İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    5:27 AM
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    İKINCI DƏRS:
    NƏFSIN HESABI, ƏMƏLLƏRIN QIYMƏTLƏNDIRILMƏSI
    İNSANIN HƏQİQİ İTKİSİNİ QURAN VƏ ƏHLİ-BEYT HƏDİSLƏRİ TANITDIRIR
    Biz Əhli-beyt yolunu getməklə səadətlə bədbəxtliyi fərqləndirə bilirik. Gözümüzə kiçik görünən bəzi biliklər çoxları üçün əlçatmazdır. Əhli-beyt sayəsində asanlıqla nəsibimiz olmuş bu dəyərli biliklərə çox vaxt əhəmiyyət vermədən səadət yolunu başqa yerdə axtarırıq. Xoşbəxtliyimiz üçün zəruri biliklər ixtiyarımızda olduğu halda, etibarlı mənbələrdə adı çəkilməmiş şeylərdə səadət axtarırıq. Əsl səadət yolu isə Quran və Əhli-beyt buyuruqlarında göstərilmişdir. Allah-təala öz bəndələrini ilahi yaxınlığa çatdırmaq istəyir. Ona görə də, əcib-qərib yollara uymadan ilahi göstərişlərə əhəmiyyət verməyimiz lazımdır!
    NƏFSİN HESABI
    Nəfsin hesabı rəvayətlərdə təkid olunmuş və əxlaq alimlərinin böyük diqqət ayırdığı bir məsələdir. Haqqında danışacağımız rəvayətdə də təkid olunur ki, hər kəs öz əməllərini qiymətləndirməli, ən azı gündə bir dəfə əməllərinin hesabını aparmalıdır. Bu iş üçün ən münasib vaxt gecədir. Yatmazdan qabaq gün ərzində görülən işlərin düzgün olub-olmaması barədə düşünmək zəruridir. Buraxılmış səhvləri etiraf edib, onların nəticəsini aradan qaldırmaq barədə tədbir görülməlidir.
    İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: «Ey Cündəb oğlu Əbdullah, bizi tanıyanlara vacibdir ki, hər gündüz və gecədə əməllərinə nəzər salıb özləri ilə hesab çəksinlər. Gördükləri yaxşı işləri artırıb, çirkin işlərə görə bağışlanma tələb etsinlər ki, qiyamətdə rüsvay olmasınlar».
    İNSANI HESABA VADAR EDƏN AMİL
    Əhli-beyti tanıyan hər bir müsəlman öz həyat proqramını onların göstərişlərinə uyğunlaşdırmalı və əməllərinə nəzər salmalıdır. İnsanın öz əməllərinə nəzər salması Allahın onun ruhuna əta etdiyi bir xüsusiyyətdir. Bu, dünya filosoflarını heyrətə gətirmiş bir xüsusiyyətdir. Adətən, başqalarını qiymətləndirmək imkanına malik olan insan üçün öz daxilinə də nəzər salmaq səciyyəvidir. Özünütanıma mövzusunda mütaliəsi olan insanlar yaxşı bilirlər ki, insanda özünü həvəsləndirmək, tənbeh etmək, danlamaq kimi xüsusiyyətlər vardır. Bütün bunlar Allahın insana böyük mərhəmətidir. Elə bu səbəblərdən də insandan hər gün heç olmazsa bir dəfə əməllərini araşdırmaq tələb olunur.
    Özü ilə hesab çəkən insan yaxşı bir əməllə rastlaşdıqda bunu Allahın lütfü bilməli və yaxşı əməlləri artırmaq üçün Ondan yardım istəməlidir. Başqa bir rəvayətə əsasən, insan öz yaxşı əməlinə görə Allaha şükr etməli və gələcəkdə daha çox yaxşı iş görmək üçün Ondan yardım diləməli, pis işlərinə görə tövbə etməlidir. Amma tövbənin şərtləri vardır. Məsələn, qılınmamış namazın qəzasını qılmaq, vurulmuş zərəri ödəmək və s. Belə bir hərəkət növbəti dəfə günahın ruha sirayət etməsinin qarşısını alır. Aydındır ki, qiyamət günü ötən nöqsanların nəticələrini aradan qaldırmaq qeyri-mümkündür. İmam (ə) qiyamət gününün rüsvayçılığını xatırladaraq hələ imkan varkən nöqsanları aradan qaldırmağa çağırır.
    İnsan bir işin faydalı və ya dəyərli olduğunu dərk etməsə ona konkret münasibət göstərmir. Ona görə də hər hansı bir xəbərdarlıq olduqca faydalıdır. İnsanın bir işi görməsi üçün məsləhət olduqca faydalıdır. Hər hansı bir işin pis nəticəsindən qorxu həmin işə başlamağın qarşısını alır. Müəyyən bir proqrama əməl etmək üçün də onun faydaları nəzərə alınmalıdır. Bu faydalar insanı həvəsləndirir. Bu məsələyə diqqətsizlik nəticəsində insan tənbəlləşir.
    İnsan üçün olduqca ağrılı olan peşmançılığın qarşısını almaq məqsədi ilə yubanmadan özümüzlə hesab çəkməliyik. Qiyamət gününün adlarından biri «yəvmül-həsrət», yə´ni «həsrət günü»dür. Bu ad peşmançılığın ruhən ağrılı olmasına bir işarədir. Qiyamət gününün başqa bir adı isə «yəvmül-hisab», yə´ni «hesab günü»dür. İnsan nə zamansa bütün xeyir və şər əməllərinin hesaba çəkiləcəyinə əmin və diqqətli olmasa çirkin işlərdən uzaqlaşmağa çalışmaz. Amma qarşılaşacağı sorğunun ciddiliyinə inansa xırda nöqsanlara belə yol verməz. Qurani-Kərimdə də təsdiq olunur ki, qiyamət əzabının səbəbi insanların həmin günü unutmasıdır. Məhz bu unutqanlıq səbəbindən insan əbədi əzaba düçar olur. Qurani-Kərimin «Sad» surəsinin 26-cı ayəsində oxuyuruq: «Şübhəsiz ki, Allah yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir».
    Qurani-Kərimdə biri həddi aşmış, digəri isə öz əməllərinə diqqətli olan iki qardaş haqqında danışılır. Mömin qardaşının nəsihətlərini qulaqardına vuran təkəbbürlü qardaş deyir: «Qiyamətin qopacağını təsəvvür etmirəm. Hətta Rəbbimin hüzuruna qaytarılsam özümə bundan da yaxşı məskən taparam»(«Kəhf» surəsi, ayə 36.). Quran bu hekayəti nəql etməklə hesab-kitabsız etiqadın heç bir fayda verməyəcəyini anladır. Qiyamət hesabına inam axirət inamının əsasıdır. Qiyamət gününün hikməti insanların öz yaxşı və pis əməllərinin mükafat və cəzasına çatmasıdır. Hesab olmasaydı, qiyamət nəyə lazım idi?! Həzrət Peyğəmbər (s) buyurur: «Nə qədər ki, hesaba çəkilməmisiniz özünüz özünüzü hesaba çəkin»(«Biharul-ənvar», cild 70.). Belə bir inama malik olan insan hökmən öz əməllərini nəzərdən keçirib nəticə çıxarır.
    HESABIN MƏRHƏLƏLƏRİ
    Nəfsin hesabı o qədər mühüm məsələdir ki, bu mövzuya kitablar həsr edilmişdir. Bu barədə kifayət qədər ayə və rəvayətlər mövcuddur. Əxlaq kitablarında verilmiş göstərişlər insanların bu sahədə təkamülü üçün olduqca faydalıdır. Nəfsin hesabı üçün dörd mərhələ müəyyənləşdirilmişdir: müşaritə, müraqibə, mühasibə və müatibə.
    Birinci mərtəbədə insan özü ilə şərt kəsir ki, bu gün vəzifələrini tam yerinə yetrəcək və günahlardan çəkinəcəkdir. İkinci mərhələdə insan verdiyi əhdləri pozmamaq üçün bütün əməllərini nəzarət altına alır. Üçüncü mərhələ günün sonunda bütün əməllərin hesab-kitabından ibarətdir. Dördüncü mərhələdə insan buraxdığı nöqsanlara görə özünü tənbeh edir və bunun üçün müəyyən işlər görür. Məsələn, növbəti gün ya oruc tutmağı, ya sədəqə verməyi, ya Quran oxumağı, ya da başqa bir xeyirli işi özünə vacib edir.
    Bu mərhələlərin ən əhəmiyyətlisi mühasibədir. Əgər insan öz yaxşı və pis əmələrini tam dəqiqliklə qiymətləndirməyə müvəffəq olarsa, Allahın yardımı ilə nöqsanları aradan qaldırmağa da müvəffəq olar.
    BƏZİ MÜHÜM NÖQTƏLƏR
    1. Günahdan çəkinmək. İnsan günah barədə dərindən düşünməli və onun mahiyyətini dərindən dərk etməlidir. Etiqadımıza əsasən Allah bizi yaratmış, yaxşı və pis yolu tanıtdırmaqla hansını seçməyi öz ixtiyarımızda qoymuşdur. İnanırıq ki, bu dünyadan sonra başqa bir aləm də var və orada insan yaxşı əməllərinin mükafatını və pis əməllərinin cəzasını alacaqdır. Bu inam səbəbindən insan öz ömür sərmayəsindən lazımınca istifadə etməlidir. Biz bu dünyaya imtahan olunmaq, özünütərbiyə mərhələlərini keçib, kamilliyə çatmaq üçün gəlmişik. Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir.
    İnsanın dünya həyatı körpənin ana bətnindəki həyatına bənzəyir. Körpə ana bətnində doqquz ay qalmaqla dünya həyatına hazırlaşdığı kimi, bizim də bu qısa dünya həyatımız əbədi bir həyat üçün hazırlıqdır. Sadəcə, ana bətnindəki körpədən fərqli olaraq, bizim dünyadakı təkamülümüz özümüzdən asılıdır. Eləcə də, körpənin gələcəyi dünya həyatı öz müddətinə görə bizim gedəcəyimiz axirət həyatı ilə müqayisə oluna bilməz.
    Din dünyanı özünütərbiyə məkanı kimi tanıtdırır. İnsan bu məkanda əbədi həyat üçün hazırlıq görməlidir. Dünya həyatına bu nöqteyi-nəzərdən baxanlar hər dəqiqəsini gələcək axirət dünyası üçün faydalı bilirlər. İstənilən hər hansı başqa bir nəzər və ya fəaliyyətsizlik əbədi bədbəxtliklə nəticələnir.
    Nöqsanları aradan qaldırmaq barədə düşünək. Müamilədən qazanc götürməmək, müamilədə zərərə düşməkdən fərqlənir. Birinci halda sərmayə yerindədirsə, ikinci halda sərmayə əldən çıxmışdır. Günah ikinci müamilənin oxşarıdır. Ömrünü əldən verib əbədi əzaba düçar olmaq!..
    2. Günahların kəmiyyətinə diqqət. Günahın çirkinliyini anlamış insan yol verdiyi günahları kəmiyyət cəhətdən hesablayıb onların nəticəsini aradan qaldırmaq üçün çalışmalıdır. Çıxış yolu günahı inkar edib unutmaq yox, Allah qarşısında etiraf etməkdir. Günahkar insan gün uzunu neçə dəfə qeybət etdiyini, neçə dəfə yalan danışdığını və başqa neçə günaha yol verdiyini dəqiq hesablaya bilməsə də günün neçə saatını günaha sərf etdiyini düşünüb saatlardan ibarət olan ömrün puça çıxmasından peşman olmalıdır.
    3. Günahların keyfiyyətinə diqqət. Günahlar keyfiyyətinə görə müxtəlifdir. Elə günah var ki, ona bir dəfə yol vermək yetmiş il başqa bir günaha yol verməyə bərabərdir. Günahın böyük-kiçikliyinə diqqət vermək zəruridir. Məsələn, bir çox rəvayətlərdə qeybət olduqca çirkin günah kimi təqdim olunur. Bunu da qeyd edək ki, günahı kiçik hesab etməklə onu davam etdirməyin özü böyük günah hesab olunur. Şeytanın hiylələrindən biri günahı insana kiçik göstərməkdir.
    4. Vacib buyuruqların icrası. İnsan diqqətli olmalıdır ki, Allahın vacib buyuruqlarını nəzərdən qaçırmasın. Namaz qılıb, oruc tutan oxucu «biz ki, vacibata əməl edirik» düşünərək arxayınlaşmasın. Bu arxayınlıq şeytandandır. Adətən, hər birimiz hansısa vacib bir buyuruğu nəzərdən qaçırırıq. Hətta daim fiqh, Quran və rəvayətlə məşğul olan şəxslər də hansısa vəzifəsindən qəflətdə qalır. Valideynə yaxşılıq, qohum-əqrəbaya baş çəkmək, möminin istəyini yerinə yetirmək və bir çox başqa vacib buyuruqların unudulması imanlı insan üçün böyük bəladır. İctimai və siyasi vəzifələr də nəzərə alınsa vəziyyət bir qədər də mürəkkəbləşər.
    Vacib dini vəzifələri nəzərdən qaçırmamaq üçün proqramlı bir həyat yaşamaq, vacib göstərişlərin yazılı qeydiyyatını aparmaq olduqca faydalıdır.
    5. Əməlin düzgün icrasına diqqət. Hər bir əməlin qəbulu üçün onun düzgün icra edilməsi şərtdir. Bəzən insan müəyyən bir vəzifəni yerinə yetirdiyi üçün xoşhal olsa da, həmin əməlin düzgün icrasına diqqətsizlik göstərir. Elə də olur ki, insan yerinə yetirdiyi vəzifəsinin ardınca elə bir iş görür ki, əvvəlki iş puça çıxır. Məsələn, namaz qılmaq vacib vəzifədir. Bəzən insan namaz qıldığı və cəmiyyət namazında iştirak etdiyi üçün sevindiyi halda düşünmür ki, bu namaz qəbul dərəcəsinə çatıb, yoxsa yox. Namazda riyaya yol verilibmi? Təkəbbür göstərməklə onu puça çıxarmamışdırmı? Minnət qoyduğumuz üçün verdiyimiz yardım hədər getməyibmi?…
    Bəli, əməlin qəbul olma şərtlərinə diqqət göstərmək lazımdır.
    Category: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri | Views: 1161 | Added by: Islam_Kitabxanasi | Rating: 3.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024