İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    5:20 AM
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    ON BIRINCI DƏRS:
    İSLAM NƏZƏRINDƏ ŞADLIQ
    MÖMİNİ SEVİNDİRMƏK
    Mötəbər dini mənbələrdə bildirilir ki, mömini sevindirmək böyük ibadətdir. Allah yanında ən sevimli ibadətlərdən biri insanın öz mömin qardaşını sevindirməsidir. İmam Baqir (ə) buyurur: «Allah yanında ən sevimli ibadət möminin qəlbini şadlandırmaqdır»(«Üsuli-Kafi», cild 2, səh. 188.). Əhli-beytdən nəql olunmuş hədislərdə buyurulur ki, mömin bir şəxsi sevindirən Əhli-beyti sevindirir, Əhli-beyti sevindirən isə Allahın Rəsulunu şad edir(«Biharul-ənvar», cild 74.). Bu sayaq təşviqedici rəvayətlər çoxdur və onlardan birində imam Sadiq (ə) belə buyurur: «And olsun Allaha ki, bir mömin qardaşını sevindirən kəs bizi sevindirmiş, Allah rəsulunun qəlbini şad etmişdir»(«Üsuli-Kafi», cild 2, səh. 182. ). Həmin mənbədə nəql olunmuş digər bir hədisdə həzrət Peyğəmbər (s) buyurur: «Mömini sevindirən bizi şad edir, bizi şad edən isə Allahı sevindirir.»
    Mömini sevindirməyin kifayət qədər bəyənilmiş bir iş olduğuna heç bir şübhə qalmır. Amma yenə də suallar doğur. Əgər insan istənilən bir şəxsi istənilən bir yolla sevindirsə bu onun üçün ibadət hesab oluna bilərmi? İslam maarifi ilə tanış olanlar üçün bu sualın cavabı aydındır. Aydındır ki, günaha batmaqla başqasını sevindirmək olmaz. Əgər insan öz mömin qardaşını günah yolla şad edərsə nəinki savab qazanmaz, hətta günaha batar. İslam alimlərinin nəzərincə hətta mənasız işlərlə, zarafatla, məsxərəbazlıqla mömini sevindirmək bəyənlilməyən işdir. Əlbəttə ki, istisnalar da ola bilər. Əgər bir mömin hansısa ruhi sarsıntılardan bədbinləşmişsə onu bu vəziyyətdən çıxarmaq üçün zarafat, baməzəlik etmək olar. Bir daha qeyd edək ki, bu istisna xəstənin müalicəsi üçün nəzərdə tutulur. Adi hallarda «Möminun» surəsində buyurulduğu kimi mömin mənasız işlərdən çəkinməlidir.
    İkinci bir tərəfdən hər insanı yox, yalnız mömini sevindirmək ibadətdir. Zalım və kafir insanla münasibətlərdə isə məhdudiyyətlər vardır.
    ŞADLANMAQ FİTRİ İSTƏKDİR
    Bu mövzuda daha dərin və mürəkkəb suallar vardır. Ümumiyyətlə, İslamda şadlığa münasibət necədir? İnsan üçün şadlanmaq, yoxsa qəmlənmək daha faydalıdır? Hüznün tərifi haqqında rəvayətlər çoxdur. Rəvayətə görə, məclisdə bir insanın məhzunluğu bütün məclis əhlinə mərhəmətə səbəb olar. Əgər şadlanmaq faydalı deyilsə, nə üçün mömini sevindirmək savab əməl hesab olunur?
    Şəksiz ki, insanın fitrətində şadlanmağa meyl var. Qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri şadlıqdır. «Ğaşiyə» surəsinin 8-ci ayəsində oxuyuruq: «O gün bir çox üzlər sevinəcək». «İnşiqaq» surəsinin 9-cu ayəsində buyurulur: «O, (mömin) ailəsinin yaxınlarının yanına sevinclə qayıdacaqdır». Sevinc mənfi hiss deyildir. Behiştə daxil olanlar deyəcək: «Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun!» («Fatir» surəsi, ayə 34.). Bəli, şadlıq fitri istək, qəm-qüssə isə cəhənnəm əzablarındandır. «Zumər» surəsinin 60-cı ayəsində buyurulur: «Allaha qarşı yalan uyduranların üzlərini qiyamət günü qapqara görərsən». Əksinə, Allahın rəhmətinə qoşulmuş şəhidlər haqqında buyurulur: «Onlar Allahın öz mərhəmətindən bəxş etdiyi nemətə sevinir, hələ onlara çatmamış (şəhid) kəslərin heç bir qorxusu olmayacağına və qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər»(«Ali-imran» surəsi, ayə 170.).
    İnsan fitrətən şadlıq sorağındadır. Dünya həyatı sevinc və kədərsiz ötüşmür. Kimsə ömür boyu sevinc duymadığı kimi, kimsə də ömrünün sonunadək qəm-qüssə içində qalmır. Təbii olaraq şadlıq ardınca gəzən insan məqsədinə çatmaq üçün müxtəlif yollar axtarır. Bəzən insan bir saat şadlıqdan ötrü günaha batır və ömrünün bütün qalan hissəsini həmin şadlığın əzabını çəkir. Məsələn, narkotik maddələrdən, spirtli içkilərdən duyulan şadlıq müvəqqətidir. İnsan ağlı bu sayaq sevinci qəbul etmir. Şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükləyən bu cür saxta şadlıqlara bəraət qazandırmaq olmaz. İslam dini o şadlığı qəbul edir ki, bu şadlıq insanı əbədi səadətdən məhrum etməsin. Əgər dünya sevinci əbədi axirət sevincinə qənim kəsilməyibsə onu qəbul etmək olar.
    Bəs dinə zidd olmayan şadlıqlar hansıdır? Əvvəla, onu qeyd edək ki, ifrat qəm-qüssəyə batıb bədbin olmuş insan nə özü, nə ailəsi, nə də cəmiyyət üçün xeyirli ola bilər. Belə bir insan nə dünya, nə də axirət həyatı üçün çalışmaq iqtidarında deyil. Belə insan küfrə batıb özünü öldürə də bilər. Bu sayaq ifrat qəm-qüssə İslam dinində pislənilir. Amma insanın dünya və axirət səadətini təmin edən şadlıqlar müsbət qiymətləndirilir. Bir şadlıq ki, insanı təhsilə, ibadətə və zəhmətə həvəsləndirir, bu şadlıq din tərəfindən təqdir olunur.
    Demək, dünya həyatına aid olan ifrat şadlıqlar məqbul hesab edilmir. «Hud» surəsinin 10-cu ayəsində oxuyuruq: «Başına gələn müsibətdən sonra ona rahatlıq nəsib etsək, sevinərək deyər ki, artıq fəlakətlər məndən sovuşdu». Həddini aşmış Qarun haqqında isə belə buyurulur: «Qövmü Qaruna belə dedi: Sevinmə, şübhəsiz ki, Allah qürrələnib sevinənləri sevməz»(«Qəsəs» surəsi, ayə 76.).
    Bu sayaq şadlıqlar bəyənilmir. Çünki bu şadlığın nəinki təkamülə heç bir xeyri yoxdur, hətta onu yuxuya verib hərəkətdən saxlayır. Hətta Quranda buyurulur ki, dünyada çox sevinənlərin axirətdə vəziyyəti çətin olur(«İnşiqaq» surəsi, ayə 13.).
    BƏYƏNİLMİŞ HÜZN
    İnsanın diqqətini Allaha, axirətə, dini və ictimai vəzifələrə yönəldən qəm-qüssə faydalıdır. Əgər insan vəzifəsini yerinə yetirə bilmədiyi, günaha batdığı üçün qəmgin olursa, bu qəmginlik çox faydalıdır. Amma bu hüzn ifrat olmamalıdır. Hüznün elə bir həddi vardır ki, insanı bədbinləşdirib fəaliyyətdən saxlayır. İnsan qəm dəryasına qərq olub təhsildən, ibadətdən, vətənə xidmətdən dayanırsa, bu qüssənin nə faydası ola bilər?! Bir sözlə, insanı səadətə aparan hüzn bəyənilmişdir.
    İSTƏYƏ ÇATMAQ SEVİNCDİR
    İnsan o zaman sevinir ki, arzusu həyata keçsin. Amma insanların arzu-istəkləri müxtəlifdir. Məsələn, bir uşağı sevindirmək üçün ona oyuncaq vermək kifayətdir. Bir az böyüdükdən sonra maraqlı nağıllar danışmaqla onu sevindirmək olar. Lakin yeniyetmələri şadlandırmaq üçün oyuncaq və şirin nağıllardan istifadə etmək əbəsdir. Onlar öz şəxsiyyətləri haqqında xoş sözlər eşitdikdə fərəhlənirlər. Bəzən bu istək ifrata varır və yeniyetmə yeri gəldi-gəlmədi özünü göstərmək istəyir. Yaş artdıqca istəklər də dəyişir. Amma dadlı yemək, gözəl geyim, rahatlıq bütün yaşda olanları sevindirir.
    İSLAM DİNİNDƏ ŞADLIQ
    İnsanın mənəvi təkamülünə yardımçı olan bütün şadlıqlar İslam dinində bəyənilir. Elə ruhani insanlar vardır ki, yalnız Allaha ibadət edərkən sevinirlər. Belə insanları şad etmək üçün onlara ibadət şəraiti yaratmaq lazımdır. İmam Səccad (ə) minacatlarının birində belə ərz edir: «Allahım səninlə ünsiyyətdən kənarda duyduğum ləzzətlərə görə tövbə edirəm. Səninlə görüşdən kənardakı sevinclər mənə günahdır. Belə şadlıqlardan Sənə pənah aparıram». Bəli, belə insanları sevindirmək üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Belə insanları sevindirməyin çox böyük savabı vardır. Çünki belələri yalnız Allahla ünsiyyətdən ləzzət alırlar.
    Belə də ola bilər ki, insan şadlanmaqla günahdan uzaqlaşa. Məsələn, ailədə şadlıq varsa, bu şadlıq ərlə arvad arasında mehribanlıq yaradır və onların kənarda günaha düşməsinin qarşısını alır.
    Mömin insanın dünya sevinci onun ibadətinə yardımçı olmalıdır. İslam dinində yorğunluğun qarşısını almaq üçün səfərdə olan insanlarla zarafat etmək icazəsi verilir. Amma bu zarafat ifrata varmamalı, ətrafdakılar üçün narahatlıq yaratmamalıdır.
    Demək, imam Sadiqin (ə) buyurduğu hədisdə mömini sevindirmək nəzərdə tutulur. Mömini isə günahla sevindirmək olmaz. İnsanlar müxtəlif iman mərtəbələrindən olduğundan onları eyni bir işlə sevindirmək çətindir. Yetkinlik yaşına təzə çatmış mömini psixoloji sarsıntıdan çıxarmaq yaxşı iş hesab olunur. Aydın məsələdir ki, imam Hüseyn (ə) üçün qurulmuş əzadarlıq mərasimində ağlamaq faydalı olduğu üçün əzadarı hüzndən ayırmaq olmaz. Gecə yarı Allahla raz-niyaz edərkən ağlayan insana mane olmaq lüzumsuzdur. Çünki bu iki halda qəm-qüssə mənəvi yüksəlişə yardımçıdır.
    Mümkündür ki, bəziləri öz nəfs istəklərini doyurmaq üçün bu hədisdən sui-istifadə etsinlər. Onlar deyib-gülür, zarafatlaşır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, bu iş onun imanını artırsın.
    Bu dünyada insanlar üçün çeşidli çətinliklər vardır: xəstəlik, kasıblıq, itki, zəlzələ, sel, tufan və s. Bu çətinlikləri yaşayıb bədbin olmuş insanları sevindirib normal həyata qaytarmaq, onları ibadətə həvəsləndirmək böyük savabdır.
    Category: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri | Views: 916 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024