İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    5:18 AM
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    ON DÖRDÜNCÜ DƏRS:
    HƏQIQI ƏHLI-BEYT (Ə) ARDICILLARININ MÜKAFATI
    ƏMƏLDƏ SƏBƏB VƏ SƏMİMİYYƏT
    İmam Sadiq (ə) buyurur: «Mömin qardaşının arzusunu yerinə yetirmək üçün qədəm götürən insan Səfa və Mərvə arasında səy (həcc əməllərindən biri) etmiş kimidir. Şəxsən din qardaşının ehtiyacını ödəyən kəs Allah yolunda Bədr və Ühüd döyüşündə cihad edib qanına boyanan şəxs kimidir». Bu mövzu ilə başqa rəvayətlərdə də rastlaşırıq. Bu rəvayətlərdə zahirən kiçik əməllərə görə çox böyük savablar vəd olunur. Əlbəttə ki, bu rəvayətlərdən sui-istifadə oluna bilər. Bəziləri rəvayətin mötəbər olmadığını, bir başqaları hər kiçik işə böyük savab veriləcəyini iddia edə bilərlər. Bu fikirlərdən biri ifrat, digəri isə təfritdir.
    Zahirən əhəmiyyətsiz görünən bəzi ibadətlər böyük savaba malik ola bilər. Savab kəmiyyətdən yox, səbəbdən, niyyətdən, ixlasdan, səmimiyyətdən daha çox asılıdır. Məsələn, din qardaşına xidmət elə şəkildə ola bilər ki, bu işi görən şəhidin savabını əldə edər. Yəni niyyət və səmimiyyətdən çox şey asılıdır. Milyonçu ehtiyaclıya yüz manat verməklə çətin ki, şəhadət savabını qazana bilər. Amma özü və ailəsi ehtiyaclı ikən din qardaşına yardım edən həmin savaba nail ola bilər.
    Din tələbələri arasında bəzilərinə əfsanə görünə biləcək bir qayda var. Ehtiyac içində yaşayan tələbə öz din qardaşının müşkülünü aradan qaldırmaq üçün tərəddüd etmədən təqaüdündən keçir. Əlbəttə ki, gecəni ac qalmaq hesabına möminin ehtiyacını ödəməyin dəyəri böyükdür.
    İslam dinində ehtiyaclı olduğun şeyi başqasına vermək «isar» adlanır. İsar olduqca böyük bir savaba malik əməldir. «Həşr» surəsinin 9-cu ayəsində oxuyuruq: «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara qənimət verildiyinə görə həsəd duymaz, ehtiyacları olduqları halda onları özlərindən üstün tutarlar». Ehtiyaclı olduğunu başqasına vermək fədakarlıq tələb edir. Möminin istəyini yerinə yetirmək isə fədakarlıqsız ötüşmür. Bu fədakarlıqları dəqiq qiymətləndirmək mümkün olsaydı məlum olardı ki, möminin istəyini xalis niyyətlə yerinə yetirənlərə nə üçün şəhid savabı verilir. «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır»(«Bəqərə» surəsi, ayə 261.).
    İmam Riza (ə) buyurur: «La ilahə illəllah kəlməsi» insanı əzabdan qurtarmaq gücünə malikdir. Amma müəyyən şərtlər daxilində»(«Biharul-ənvar», cild 49.). Bəli, müəyyən şərtlər daxilində «La ilahə illəllah» nicatvericidir. Bu şərtlərdən biri Əhli-beyt vilayətini qəbul etməkdir. Əslində hər bir işin nəticə verməsi üçün şərait lazımdır. Od yandırıcı olsa da bu iş yalnız oksigen olan mühitdə baş tutur.
    DİN QARDAŞLARINA ETİNASIZLIQ
    İmam Sadiq (ə) buyurur: «Qədim qövmlərdən bir çoxu ilahi əzaba düçar oldular. Amma fəqirlərin haqqına riayət etsəydilər bu əzabdan amanda qalardılar». Cəmiyyətdə imkanlı şəxslər fəqirlərin ehtiyacını ödəməlidirlər. Bu haqqı ödəməməklə günaha batanlar əzaba düçar olur. Firon insanları özünə səcdəyə vadar edən zalım bir padşah idi. Amma bir çox fəqirlər onun süfrəsindən faydalandığı üçün Allah Fironun cəzasını təxirə salır.
    Demək, mömin qardaşının hüququna riayət etməyənləri dünya və axirət əzabı gözləyir. Əgər cəmiyyətdə fəqirlərin hüququna riayət olunmazsa, bu cəmiyyəti sel, zəlzələ kimi ictimai fəlakətlər gözləyir. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran istismarçı sərmayədarların cəzası yalnız cəhənnəm əzabıdır.
    İLAHİ VƏDLƏRİN HƏYATA KEÇMƏ ŞƏRAİTİ
    İmam Sadiq (ə) öz ardıcıllarına xəbərdarlıq edir ki, şeytan ilahi vədələrin gerçəkləşmə şəraitindən nəzərinizi yayındırmaqla sizi aldada bilər. Tarixdə insanların ilahi vədələrdən düzgün faydalanmaması faktı çoxdur. Məsələn, Bəni-İsrail Firon tərəfdarlarının caynağında olarkən Allah onlara vəd edir ki, iman gətirsəniz xilas olacaqsınız. «Bəqərə» surəsinin 47-ci ayəsində buyurulur: «Ey İsrail övladı, sizə bəxş etdiyim nemətlərimi və sizi aləmdə xəlq olunmuşlardan üstün tutduğumu yadınıza salın». Bəni-İsrail bu ayədən belə nəticə çıxarmışdı ki, daha onlar üçün axirət əzabı olmayacaq. Uyğun surənin 80-cı ayəsində Allah-təala buyurur: «Siz Allahdan belə bir vəd almısınızmı?!» . «Maidə» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Yəhudilər və xaçpərəstlər deyir ki, biz Allahın oğulları və sevimliləriyik. Onlardan soruş ki, bəs nə üçün Allah günahlarınıza görə sizə əzab verir?» Bu gün də yəhudilər özlərini digər millətlərdən üstün bilib onlara ağalıq etmək üçün plan çızırlar. Məsum imamların dövründə də «murciə» adlanan tayfa əzabdan qurtulmaq üçün iman gətirməyi kifayət hesab edirdilər. Təəssüf ki, Əhli-beyt (ə) ardıcılları arasında da belə yanlış qənaətə gələnlər də var. Bəziləri elə düşünür ki, cəhənnəm əzabından qurtarmaq üçün Əhli-beyti sevmək kifayətdir. Hətta imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə də belələri olub. Hansı ki, imam Baqir (ə) buyurmuşdur: «İlahi göstərişlərə əməl edənlər bizim dostumuz, etməyənlər isə düşmənlərimizdir!»(«Biharul-ənvar», cild 70.).
    İnsanları Əhli-beyt məhəbbətinə dəvət etməkdə məqsəd günah qorxusunu qəlblərdən çıxarmaq deyil. Əgər Əhli-beyt yolu Allaha yaxınlaşma yoludursa, necə ola bilər ki, Əhli-beyti sevən insan günaha bata?! İmam Baqirin (ə) buyuruğundan belə nəticə çıxarmaq olar ki, Əhli-beyt məhəbbəti insanın əməl və rəftarından hiss olunmalıdır. Bir sözlə «sevirəm» demək kifayət deyil.
    İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Bütün şiələrə çatdır ki, məqsədsiz vurnuxub yolu itirməsinlər. Günahdan çəkinib, vəzifələrə ciddi əməl etmədən bizim vilayətə yetişmək olmaz. Vilayətə yetişməyin digər şərti mömin qardaşının ehtiyacını aradan qaldırmaqdır». İnsan öz səadəti üçün çalışdığı kimi mömin qardaşının səadəti üçün də çalışmalıdır. Eləcə də, başqalarına zülm edən Əhli-beyt şiəsi ola bilməz. Əhli-beytə məhəbbətin izharı, onlar haqqında şer oxuyub əzadarlıq etmək, vilayət əhli olmaq üçün azdır. Sözsüz ki, bir damla Əhli-beyt məhəbbəti də qənimətdir. Amma həqiqi şiəlik üçün təkcə məhəbbət kifayət deyil.
    Category: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri | Views: 1005 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024