İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 20 » Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    5:07 AM
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri
    İYIRMI IKINCI DƏRS:
    DÜŞÜNƏNLƏR ÜÇÜN NƏSIHƏTLƏR
    TƏLƏSKƏNLİYİN PİS TƏSİRLƏRİ
    İnsan adətən, nəfsinin vəziyyətindən, niyyətlərindən, ətrafındakı hiylələrdən xəbərsiz olur. O, təbii, psixoloji, ictimai şəraitdən doğan bəzi səciyyəvi hərəkətlərə yol verir. Onun yeməyi, danışmağı, rəftarı çox vaxt bu şəraitdən asılı olur. Ətraf mühitin diktəsi ilə hərəkət edən insan çox vaxt bu hərəkətləri ölçüb-biçmədiyindən səhvlərə yol verir və sonradan peşman olur. Oturuşu, duruşu, danışığı, rəftarı ona əzab verməyə başlayır. Bu ağrılardan qaçmaq üçün insan iş görməzdən əvvəl öz ağlını işə salıb, əvvəlcə düşünüb, sonra hərəkət etməlidir. İmam Sadiq (ə) öz səhabələrinə buyurur ki, heç zaman tələsik iş görməyin. Səbr edib bu işin faydasının zərərindən çox olduğuna əmin olun!
    Bu göstərişlər təkcə dini yox, dünya həyatına da aiddir. Mömin isə həm dünya, həm də axirət işlərinin faydalılığını düşünür. O anlayır ki, bir saat dünya ləzzətinə görə insan əbədi olaraq cəhənnəmə gedə bilər. Xeyir və zərəri götür-qoy edən insan heç zaman günaha yol verməz. Məsələn, şərab içən şəxsə «içmək olmaz» deməklə zahirən dini vəzifə bitir. Amma şərabxora bir insan kimi ürək yandıran müsəlman ağlını işə salıb elə bir iş görə bilər ki, qarşısındakı günahkar qəflət yuxusundan oyanıb normal həyata qayıdar.
    Mömin müsəlman ağıllı və uzaqgörən olub tədbirlə iş görməli və öz ilahi məqsədinə nail olmalıdır.
    AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
    Qurani-Kərimdə qəlb, əql və nəfsin insana aid xüsusiyyətlər olması bəyan olunur. «Yusif» surəsinin 53-cü ayəsində buyurulur: «Rəbbinin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər». Bu ayədə nəfs mənfi tanıtdırılır. Amma bəzən o sevgi ilə yad edilir: «Ey arxayın nəfs, dön rəbbinə, sən Ondan, O da səndən razı halda»(«Fəcr» surəsi, ayə 27-28.).
    Əvvəla, nəfs İslamda mühüm mövzulardandır və müxtəlif mənalarda işlənir. İmam Sadiq (ə) buyurur: «Qəlbini özünə elə yaxın et ki, sanki onunla şəriksən. Ağlını ata yerində bilib əlindən tut və ardınca get. Nəfsinə isə vuruşacağın düşmən kimi bax».
    Çoxları sanki bilərəkdən bütün bu deyilənlərin ziddinə gedir. Ağlın yerinə nəfsi rəhbər seçir. Hansı ki, İslam nəfsə yox, əqlə itaət etməyi tapşırır. Biz insanlar adətən daxilimizi qoyub zahirimizlə maraqlanırıq. Bəzən işin əsl məqsədi yaddan çıxır və insan nəfsin komandanlığı altında tər tökür. Məsələn, yaxın bir adamı nəsihət etmək istəyən şəxs əvvəlcə öz istəyini qiymətləndirməlidir. Görən, məqsəd insanlıq vəzifəsini yerinə yetirmək, yoxsa ağıllı görünməkdir?
    Əxlaq alimləri özünü düzəltmək istəyənlərə çox ciddi şəkildə tapşırırlar ki, iş görməzdən əvvəl niyyətə fikir vermək lazımdır. İlahi məqsədlə işə başlayanlar üçün bir çox çətinliklər artıq geridə qalmışdır. Şəriki tərəfindən aldanmaq istəməyən insan ilk əvvəl öz qəlbini şeytan vəsvəsələrindən pak etməlidir. Əks təqdirdə daha böyük problemlərlə qarşılaşmaq olar.
    Bunu da qey edək ki, İslamın bəzi bölmələrində əql və nəfs müxtəlif mənalarda işlədilir. Əxlaq mövzusunda əql insanı doğruya, nəfs isə süquta çəkir. Əlbəttə ki, xoşbəxt olmaq istəyən insan yaxşıların ardınca gedəcək. Uşaq atanın əlindən tutduğu kimi, əqlin əlindən tutub çətinliklərdən keçməliyik. Səadət yolunda bizə maneə olmuş nəfs isə daim hədəfdə olmalıdır.
    Unutmaq olmaz ki, nəfs insanı ləzzətlərlə aldadır. Ağıllı insan anlayır ki, nəfsin ötəri ləzzətləri arxasında cəhənnəm öz qapılarını açmışdır. Nəfsin insana təqdim etdiyi bütün ləzzətlər ani, amma axirət ləzzətləri misilsiz və əbədidir.
    Allahla ünsiyyət, Onun mərifətini dadmaq, övliyaları ilə görüşmək əbədi bir ləzzətdir. Bu gün duyduğumuz nəfsani ləzzətlər axirət aləmi ilə müqayisədə yuxudan artıq bir şey deyil. «Fəcr» surəsinin 24-cü ayəsində buyurulur: «İnsan deyəcək: «Ey kaş, əvvəlcədən axirət həyatım üçün bir iş görəydim». «Ənkəbut» surəsinin 64-cü ayəsində isə belə buyurulur: «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət aləmi isə şübhəsiz ki, əbədi həyatdır». Gözlərini dünyaya qapayan insan əbədi həyata düşdüyünü anlayır. İnsan bilməlidir ki, nəfsin şirin vədləri yalnız ölümə qədərdir.
    İmam Sadiq (ə) buyurur: «Sən özün-özünə həkim olmalısan. Həm dərdin, həm də dərmanın sənə tanıtdırılıb. Aqil insan heç zaman sağlamlığı qoyub dərdi götürməz…».
    MİNNƏT SAVABI PUÇA ÇIXARIR
    Bütün əməllərin düzgünolma və qəbul şərtləri vardır. Oruc tutarkən bu şərtlərə əməl etməsək onun qəzasını tutmağa məcburuq. Amma əməlin qəbul olması üçün başqa şərtlər də vardır. Əgər bu şərtlərə əməl olunmasa hətta düzgün yerinə yetirilmiş əməl üçün axirət savabı gözləməyə dəyməz. Yaxşı, bəs bir mömin həm düzlük, həm də qəbul şərtlərinə əməl etmişsə yenə də axirət üçün qorxu qalırmı? Diqqət etməliyik ki, çirkin bir iş əvvəlki savabı puça çıxara bilər. Tövbə günahı yuyub apardığı kimi, pis iş də savabı puça çıxara bilər. Məsələn, riya bütün savabları məhv edə bilər. «Hucurat» surəsinin 2-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, səsinizi peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən əməlləriniz puç olar». Bir mömin saf niyyətlə yardım əlini uzadıb savab qazanır. Amma bir neçə il ötəndən sonra etdiyi yaxşılığı onun üzunə vuraraq əvvəlki savabı puça çıxarır. «Bəqərə» surəsinin 264-cü ayəsində oxuyuruq: «Sədəqələrinizi malını riyakarlıqla xərcləyən kafir kimi, minnət qoymaqla puça çıxarmayın». Minnət yaxşılığı puça çıxarır!
    İmam Sadiq(ə) buyurur: «Birinə əl tutmusansa minnət qoymaqla puça çıxarma, əksinə, daha yaxşı bir iş gör ki, əxlaqın gözəlləşsin, axirət savabın artsın.
    DİL BƏLASI
    İmam Sadiq (ə) buyurur: «İnsanda təbii meyllərdən biri özünü göstərmək, tanıtmaqdır». Məsələn, uşaq bir şey eşitdikdə onu hamıya danışmaq istəyir və bununla da özünü hər şeydən başı çıxırmış kimi göstərir. Əslində uşağa aid olan bu xüsusiyyətə yaşlı adamlarda da təsadüf olunur. Amma özündə İslami əxlaqi cilvələndirmək istəyənlər belə xüsusiyyətlərlə mübarizə aparır və riyadan uzaq olmağa çalışırlar. Uşaq isə hətta namaz qılanda da başqalarından tərif umur.
    Əqli yetkinliyə çatmamış insan uşaq kimidir. O, namaz qılarkən yalnız Allahın razılığını düşünməli olduğunu bilsə də yenə də başqalarının nəzərini güdür. Bu bəladan qurtulmağın səmərəli yollarından biri az danışmaqdır. Adətən, dilini boş saxlaya bilməyənlər elə öz danışıqları ilə xalis niyyətdə olmadıqlarını bildirirlər. Böyük İslam alimlərindən bəzilərinin bir ömür yaşadığı şəhərdə onların elmi səviyyəsindən xəbərsiz qalıblar. Müctehid özünü necə aparmalıdır ki, adi bir ruhani tək tanınsın?!
    Az danışmaq sözbazların belini qırır. Çünki sözbazlar cəmiyyəti çox danışanların dili ilə qarışdırırlar. Az danışmağın digər bir xeyri qəzəbin qarşısının alınmasıdır. Həyəcanlanmış insanın danışığı adətən davaya səbəb olur.
    İmam (ə) buyurur: «İstər bildiyin, istərsə də bilmədiyin halda sükuta riayət et. Əgər belə etsən səbrli və həlim insan sayılarsan və bu sükutun sənin üçün alimlər yanında zinət, nadanlar qarşısında örtük olar».
    Category: Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri | Views: 1176 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024