İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 12 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    3:05 PM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    SƏKKİZİNCİ MƏCLİS:
    HƏCC VƏ KƏBƏ EVİNƏ ALLAHIN XÜSUSİ LÜTFÜ
    «Rəbbinizin evinə münasibətdə Allahı…Allahı unutmayın; nə qədər ki sağsınız, onu boş qoymayın; əgər o boşlanılsa sizə möhlət verilməz.»
    ÖTƏN MƏCLİSLƏRDƏKİ MƏSƏLƏLƏRƏ BİR BAXIŞ
    Əmirəl-möminin (ə) öz dəyərli vəsiyyətinin başlanğıcında hamının dərk edə biləcəyi ümumi insani dəyərlərdən danışdı və bu dəyərləri tövsiyə etdi. İşlərdə nəzm, məzluma əl tutmaq, zülmlə mübarizə vəsiyyətdə tövsiyə olunan nöqtələrdəndir. Bu tövsiyələr tarix boyu bütün insanların əxlaqında özünü göstərmiş, bütün yer üzündə dərk edilmiş və qəbul olunmuşdur. Əlbəttə ki, bu məsələlərə hamı eyni dərəcədə əməl etməmişdir. Hər halda heç bir ağıllı insan onların dəyərini inkar etməmişdir. Məsələn, kimsə iddia etmir ki, məzluma yardım, zülmlə mübarizə pisdir. Kimsə bu dəyərlərin mənfiliyi barədə ehtimal da irəli sürmür. Öncə qeyd etdiyimiz kimi, sadalanan işlər əslində ağıl tərəfindən tanınan və təsdiq edilən işlərdir. Din isə bu nöqtələri tövsiyə ünvanında xatırladır. Həzrət insani və ağılabatan dəyərləri sadaladıqdan sonra müsəlmanlara və Quran ardıcıllarına məxsus dəyərləri yada salır. Öncə Qurani-kərim və ondan istifadə tövsiyə edilir. Sonra dini qeyrətin təhriki üçün bu işdə başqalarından geri qalmamaq tapşırılır. Məbada, müsəlman və Qurana etiqadlı olmayanlar bu işdə sizləri ötüb keçə! Həzrətin uyğun buyuruğunu araşdırarkən ötən məclisdə müəyyən nöqtələri qeyd etdik.
    Həzrət Qurana aid tövsiyələrinin ardınca Quranın mahiyyəti ilə bağlı bəyanatlar verir. Hər şeydən öncə namaz, onun yeri və əhəmiyyəti qeyd edilir. Həzrət namaza diqqətli olmağı tapşırır. O qeyd edir ki, namaz din evinin sütunudur. Həzrətin hazırkı buyuruğu məşhur rəvayətin məzmunundan doğur. Rəvayətdə buyurulur: «Bəndələrdən ilkin soruşulacaq şey namazdır; namazı qəbul olunanın başqa əməlləri də qəbul edilər. Əgər namaz qəbul olmasa, onun başqa əməlləri də qəbul olunmaz.»("Biharul-ənvar”, c. 82, s. 236, rəvayət 36, bab 1.)
    Əmirəl-mömininin (ə) vəsiyyətinin uyğun cümlələri haqqında ötən məclisdə imkan həddində danışıldı. Əlbəttə, namaz və onun əhəmiyyəti ilə bağlı bir neçə məclis keçirilə bilər. Amma vəsiyyətnaməni bütünlüklə nəzərdən keçirmək üçün bəzi məsələlərə yığcam şəkildə yanaşmalı oluruq. Bu səbəbdən də namaz haqqında deyilənlərlə kifayətlənib vəsiyyətnamənin növbəti hissəsinə keçirik.
    HƏCC VƏ KƏBƏ EVİNİN MƏQAMI
    Əmirəl-möminin (ə) namazı tövsiyə etdikdən sonra, həcc və onun əhəmiyyətindən danışır: «Rəbbinizin evinə münasibətdə Allahı…Allahı unutmayın; nə qədər ki sağsınız, onu boş qoymayın; əgər boşlanılsa, sizə möhlət verilməz.»
    Belə görünür ki, namazdan sonra ən mühüm ibadət həcdir. Həzrət namazın ardınca dərhal həcc mövzusunu yada salır. Əgər həccin faydaları nəzərə alınsa həzrətin bu məsələyə diqqəti bir qədər aydınlaşar. Həcc müsəlmanlar və İslam cəmiyyəti üçün geniş əhəmiyyətə malikdir. Burada o qədər böyük fayda var ki, iqtisadi, siyasi, ictimai, ibadi, hərbi sferalar əhatə olunur, buna görə də Qurani-kərim həcc haqqında dərin və uca təbirlər işlədir: «Allah Kəbəni, Beytül-həramı insanların işlərinin sahmana düşməsi üçün qərar verdi.»("Maidə”, 97.)Digər bir ayədə insanların böyük toplantı təşkil etməsi həccin fəlsəfəsi kimi göstərilir: «Evi (Kəbəni) xalq üçün toplanış məhəlli qərar verdik.»("Bəqərə”, 125.)«Həcc» surəsində isə belə buyurulur: «Xalq arasında həcc üçün nida et, qoy piyada və ya hər cür miniklə hər uzaq yoldan sənə üz tutsunlar, öz mənafelərinə şahid olsunlar.»("Həcc”, 27, 28.)
    Vəsiyyətnamədə bir nöqtə diqqəti çox cəlb edir: «Rəbbinizin evindən muğayat olun!» Bu təbirlərdə təhrik hissi güclüdür. Buyurulur ki, Rəbbinizin evini boş buraxmayın; bu ev bir tərəfdən Allahın evidir, digər tərəfdən insanların mənafeyi üçün tikilmişdir. Ayədə buyurulur: «Həqiqətən, xalq üçün bina olunmuş ilk ev Məkkədəkidir. (Bu ev) mübarəkdir və aləmdəkilər üçün hidayətdir.»("Ali-İmran”, 95.)
    Bu ev bir tərəfdən Allaha, digər tərəfdən xalqa aiddir. Axı Kəbə insanların faydalanması üçün bina olmuşdur. Bu baxımdan xalqı həccə təşviq etmək üçün bu məkan daha çox Allahın evi kimi təqdim olunur. «Allahın evinə yola düşün, bu evə getmək istəmirsinizmi» kimi təbirlər olduqca təhrikedicidir. Beləcə, insanlar həcc səfərinə təşviq olunur. Əmirəl-möminin (ə) sözünün davamında həccə daha çox təhrik etmək üçün kəlamında həm də insanları qorxudur: «O boşlanılsa, sizə möhlət verilməz.»
    Nə qədər ki, sağsınız Allahın evini boş buraxmayın, o ev boş qalsa bir daha sizə möhlət verilməz. Bəziləri qeyd edirlər ki, «ləm tunzəru» (möhlət verilməz) təbirləri müəyyən mənbələrdə açıqlanmışdır. Həmin nüsxələrə əsasən deyilənlərdən «sizə möhlət verilməz» mənası anlaşılır. Uyğun məzmunla başqa rəvayətlərdə də rastlaşırıq. Buyurulur ki, Allah evini tərk etsəniz məhv olarsınız.("Fürui-kafi”, c. 2, s. 451, rəvayət 1.)
    Qeyd edilir ki, nə qədər ki, bu ev yerindədir, ümmətə əzab nazil olmayacaq. Demək, nə qədər ki, insanlar həcc ziyarətini davam etdirir din və İslam yerindədir. Yalnız bu ev tərk olunduqdan sonra İslam aradan gedə bilər. İslam olmayan bir dünya isə ilahi lütfün kəsilməsi ilə məhv olasıdır. «İstiğfar» mövzusunda danışılarkən də Qurani-kərim buyurur: «Nə qədər ki, onların arasındasan, Allah onlara əzab verməz. Nə qədər ki bağışlanma (istiğfar) diləyirlər, Allah onlara əzab verəsi deyil.»("Ənfal”, 33.)
    Buyurulur ki, İslam ümmətinin əzaba düçar olmasına iki amil mane olur: Əziz Peyğəmbərin (s) mübarək vücudunun varlığı, insanların günahdan tövbəsi. İslam ümməti bu iki səbəbdən bir çox öncəki ümmətlər kimi sarsıdıcı əzaba düçar olmur.
    SARSIDICI ƏZAB KƏBƏYƏ MÜNASİBƏTDƏ QƏFLƏTDƏN DOĞUR.
    Quranda haqqında danışılan bir çox ümmətlər öz azğınlıqları səbəbindən ümumi və sarsıdıcı əzaba düçar olurlar. Onlar tamamilə yer üzündən silindi. «Şüəra» surəsində bir neçə peyğəmbərin haqqında danışılır. Bu ümmətlər sarsıdıcı, dağıdıcı əzaba düçar oldular. Çünki onların əksəri azğınlıq və küfrə uğramışdı.("Şuəra”, 67, 103, 121.)Bu arada yalnız İslam ümməti amanda qalmışdır. Əlbəttə ki, bütün ümmətlər hansısa məhdud əzablara düçar olur. Müsəlmanların ara-sıra düçar olduğu əzabların bir çoxu onların öz əməllərinin nəticəsidir: «Düçar olduğunuz hər müsibətin səbəbi öz əməllərinizdir.»("Şura”, 30.) Qurani-kərim bu nöqtəyə təkrar-təkrar toxunur və müsəlmanlara tövsiyə edir ki, ilahi göstərişlərə riayət etsinlər. Quran göstərişlərinə müxalifətin axırı ağrılı əzabdır. Üsyankarlığın acı sonluqlarından biri də İslam cəmiyyətində qarşıdurma və qardaş qırğınıdır: De ki, O sizə başınızın üstündən və ayağınızın altından əzab göndərməyə qadirdir. Ya da sizi dəstə-dəstə bir-birinizin üstünə salar, bəzinizin əzabını bəzinizə daddırar.»("Ənam”, 65.)
    Təəssüf ki, hələ də müsəlmanlar Qurana lazımınca diqqətli yanaşmır. Beləcə onlar düşmənlə savaşdan daha tez qardaş qırğınına düçar olurlar. Bu sayaq əzablar tənbeh xarakterlidir. Sel, zəlzələ, qıtlıq, bir çox başqa problemlər ilahi əzab nümunəsidir və bu hadisələrin gedişində kimlərsə öz əməlinin cəzasını çəkir. Allah bu yollarla başqalarını tənbeh edib oyatmaq istəyir: «Şübhəsiz, həmin böyük əzabdan əlavə onlara dünya əzabından daddırarıq. Olsun ki, geri dönələr.»("Səcdə”, 21.)
    Demək, ilahi sünnə, qayda budur ki, insanların qəflətdən oyadılması məqsədi ilə onlara məhdud əzablar göndərilsin. Amma azğınlığını davam etdirmiş keçmiş ümmətlər məhvedici əzaba düçar oldular. Onlardan yalnız salehlər və möminlər nicat tapdı. Deyilənlərin bariz nümunəsi Nuh qövmünün başına gələn hadisədir. Bu gəmidə özünə sığınacaq tapanlardan savay hamı məhv oldu. Bir çox keçmiş qövmlər Nuh qövmü kimi yer üzündən silinmişdir, Quranda onlardan bəziləri yada salınır. Qeyd etdiyimiz kimi, İslam ümməti ilə bağlı zəmanət verilir ki, bu ümmət məhvedici bəladan amandadır. Amma bu zəmanət ayrı-ayrı nöqtələrdə İslam ümmətinin bəladan amanda qaldığını göstərmir.
    Bu dəyərli vəsiyyətdə və başqa rəvayətlərdə belə bir nöqtəyə işarə olundu ki, əgər müsəlmanlar Allah evini boşlasalar artıq onlara möhlət verilməz və dağıdıcı əzaba düçar olarlar.
    Allah bu evi öz adına ucaltmış və onu əmin-amanlıqda qərar vermişdir. Bu evə sığınan kəs amandadır və kimsə onu yaxalaya bilməz. Bu məkandakı heyvanlar və otlar da toxunulmazdır. Peyğəmbərlər əsrlər boyu bu həqiqəti təbliğ etmişlər. Bu evə qarşı ən böyük həqarət o olardı ki, insanlar Kəbəni tərk edəydilər. Belə bir arzuolunmaz hadisə baş verərsə, Allah mərhəmətini kəsər və məhvedici əzab göndərər.
    HƏCC VƏ ONUN HESABSIZ FAYDALARI
    Həzrət İbrahim həzrət İsmailin köməyi ilə bu evi tikib başa çatdırdıqdan sonra Allah-təala buyurdu: «Xalq arasında həcc üçün nida çək ki, piyada və hər miniklə, hər yerdən gəlib sənə üz tutsunlar!»("Həcc”, 27.)
    Beləcə, İbrahim övladlarından tutmuş sonrakı peyğəmbərlərədək hər bir Allah elçisi insanları Allah evinin ziyarətinə dəvət etmişdir. Rəvayətlərdə bildirilir ki, hətta həzrət İbrahimdən öncə bu ev ziyarət olunmuş və həcərül-əsvəd (qara daş) həmin yerdə saxlanılmışdır. Şübhəsiz ki, həzrət İbrahimə qədər Kəbə abad vəziyyətdə deyildi. Yalnız həzrət İbrahimin işindən sonra bu yer rəsmi ibadətgah kimi tanındı və insanlar zəruri həccə dəvət edildi. Bu evin xalq üçün əmin-amanlıq evi olduğu bəyan edildikdən sonra dünyanın ən ucqar nöqtələrindən möminlər buraya ibadətə gəldilər. Burada zikr olunası bərəkətlər qeydə alınıb. Amma bir çox həqiqətlər diqqətli olmamağımız səbəbilə bizə məxfi qalmışdır.
    Həqiqət budur ki, Qurani-kərimdən sonra xalqı qiyamət gününədək hidayət edəcək nemətlərdən biri Məkkədəki Kəbə evidir. İnsanlar üçün təyin olunmuş zəruri vəzifələrdən biri onların dünya və axirət səadətinə zamin durası həcc əməlləridir. Amma bizlər ixtiyarımızda olan bir çox nemətlər kimi bu nemətin də əhəmiyyətini dərk etmirik. Allah bəşəriyyətə girami İslam Peyğəmbəri (s) və məsum imamlar tək nemətlər əta etmişdir. Onlardan hər birinin varlığı bütün başqa nemətlərin məcmusundan üstündür. Təəssüf ki, onların ardıcılları bu nurani şəxsiyyətlərin dəyərini qədərincə bilməmişlər.
    Allahın başqa nemətlərinə də eyni münasibət göstərilir. Müqəddəs şəriətin vacib saydığı ibadətləri xatırlayaq. Bu gün bizlər ibadətə bir yük kimi baxırıq. Amma bəsirətli insanlar onun böyük ilahi nemət olduğunu anlayırlar.
    Namaz, oruz, həcc və digər ibadətlər zahirən bizə tapşırılmış vəzifədir. Mahiyyət baxımından isə bütün bunlar insana əta olunmuş nemətlərdir. Bu nemətlərdən istifadə o qədər zəruridir ki, onları tərk edən üçün cəza nəzərdə tutulur. Amma bu cəzanı doğuran Allahın öz bəndələrinə məhəbbətidir. Allah insanları qorxutmaq bahasına olsa belə, onları bu nemətlərdən faydalanmağa sövq edir. Allah itaətsizliyə görə cəza nəzərdə tutmasaydı bir çoxları süstlük göstərər, bu gün yerinə yetirdikləri ibadətləri də tərk edərdilər. Nəticədə insan ibadət bərəkətlərindən məhrum qalır. Hazırda isə böyük əksəriyyət əzab qorxusuna olsa belə, ibadətlərin bərəkətindən faydalanır. Bəli, Allahın bu qəbildən olan əzab vədləri bir növ onun mərhəməti sayıla bilər.
    Söhbətimiz həcc haqqında idi. Qeyd etdik ki, Kəbə evinin və həccin bəşəriyyət üçün misilsiz faydaları var. Bu ibadət Allahın insana əta etdiyi ən böyük nemətlərdəndir. Düşmənlər də həcc və onun təsirlərini dərk etdiklərindən Kəbəyə qarşı diş qıcıtmış və müxtəlif yollarla həccin qarşısını almağa çalışmışlar. Elə İslamın başlanğıcında müsəlmanlar arasında ixtilaf düşdü və bir qrup insan məsum imamlara qarşı ayağa qalxdı. Onları yolundan azdıran dünyapərəstlik və rəyasət həvəsi idi. Bu istiqamətdə savaşlar da baş verdi. Bəziləri həcc büsatını viran qoymaq istəyirdi. Hamıdan öncə bu fikirə düşən Bəni-Üməyyə oldu. Onlar müxtəlif bəhanələrlə həcc zəvvarlarının qarşısını almağa çalışır, onları bir yolla başqa işə sövq etmək istəyirdilər. Bu gün də müxtəlif yollarla həcc ziyarətinə maneçiliklər törədilir. Bəziləri iddia edirlər ki, həccə bir dəfə getmək kifayətdir və qalan imkanları yoxsulluğun aradan qaldırılmasına sərf etmək lazımdır. Onların nəzərincə, təkrar həcc ziyarətini yerinə yetirməkdənsə yoxsullara əl tutmaq daha faydalıdır. Onlar Həcc səfərinə xərclənmiş pulları sanki çölə atılmış sayırlar!
    Təəssüf ki, islami məmləkətimizdə də bu sayaq nəğmələr eşidilir. Əlbəttə, çeşidli problemlər səbəbindən həccin məhdudlaşdırılmasını arzulayanların pis məqsədi yoxdur. Amma Bəni-Üməyyə və bu qəbildən olanlar yalnız İslamı zəiflətmək üçün həccə qarşı çıxırdılar. Onlar görürdülər ki, həcc müsəlmanların bütün dünyada izzətini artırır. Nə qədər ki, həcc var, İslam həqiqəti ilə mübarizə aparmaq mümkünsüzdür. Bəzi rəvayətlərdə həcc İslamın bayrağına bənzədilir. Nə qədər ki, bu bayraq qalxıb, insanlar həccə gedir, demək İslam yaşayır. Əgər həcc zəifləsə və Allah eləməmiş, bu bayraq ensə İslam məhv olar.
    Etiraf etməliyik ki, Əhli-beyt (ə) məktəbində böyümüş bizlər üçün də məsələ bir o qədər aydın deyil. Biz yalnız faydanı maddi mənfəətdə görürük. İkincisi, maddi mənfəətin də elə bir anda əlimizə keçməsini arzulayırıq. Bu gün xərclədiyimizi qazanmadıqda zərər etdiyimizi düşünürük. Əlbəttə ki, bu sayaq münasibət uzaqgörən olmadığımızı göstərir. Ağıllı insanlar uzun müddət sonra qazanc götürmək üçün bu gün xərc qoyurlar. İqtisadi mənfəət dedikdə ani olaraq əldə olunan mənfəət nəzərdə tutulmur. Düşüncəli insanlar bünövrəli işlərin sorağına gedib on illər qazanc gözləmir, nəhayət bir gün böyük mənfəət əldə edirlər. Bir işi düzgün dəyərləndirmək üçün insan hazırkı vəziyyəti və gələcəkdə bu işdən götürə biləcəyi faydaları nəzərə almalıdır. Biz müsəlmanlar öz işlərimizdə hər şeydən öncə bütün İslam ümmətinin mənafeyini nəzərdə tutmalıyıq. İkincisi, ani mənafelər sorağına getməməliyik. Yalnız uzaqgörənliklə qurulmuş planlar əsasında bir müddət sonra böyük mənfəət əldə olunur. İnsanlar əkin əkir, ona qulluq edir, pul xərcləyir, bəzən on il sonra öz zəhmətlərinin bəhrəsini dadır. Bir çox ciddi iqtisadi planlar uzunmüddətli zəhmətlərdən sonra bəhrə verir. Belə böyük mənfəətlər əldə etmək üçün səbr və hövsələyə ehtiyac var. Qeyd etdiyimiz kimi, öz mənafeyimizi İslam ümmətinin mənafeyindən ayrı saymamalıyıq. Hər hansı bir müsəlman iş görürsə, onun nəticəsindən bütün İslam ümməti faydalanmalıdır. Qoy qazanc bir qədər az olsun. Amma İslam ümməti izzətə çatsın! Ümməti düşünməklə yerinə yetirilən planlar düşmən hiylələrinin və təcavüzlərinin qarşısını alır. Qismən maddi qazancdan imtina etməklə belə bir mənfəət əldə etmək zərərdirmi?!
    Bu səbəbdən də bir az uzaqgörən olmalı, həm qısa müddətdə əldə ediləsi qazanc arxasınca qaçmamalı, həm də işimizdə bütün İslam ümmətini nəzərə almamalıyıq. Müsəlmanlar və möminlər bir qəbilədir və bir-birləri ilə qardaşdırlar. Onların birinin zərəri o birindən də yan ötüşmür. Əgər məsələlərə bu prizmadan yanaşsaq görərik ki, həccin mənəvi faydaları ilə yanaşı çox böyük maddi faydaları da var.
    HƏCC İSLAMIN DAVAMLILIĞINA ZAMİNDİR.
    Əgər bir şəxs iddia etsə ki, həcc olmasaydı müsəlman qalmazdı, nahaq danışmır. Əgər həcc olmasaydı, imam Hüseynin (ə) qanı da hədərə gedərdi. Hər il dünyanın ən ucqar nöqtələrindən axışıb həcdə əzəmətli toplum yaradan müsəlmanlar bir-birləri ilə tanış olur, bir-birlərinin dərdlərindən xəbər tutur və bu toplumda bir sıra gizli dərdlər açıqlanır.
    İmam Baqir (ə) vəsiyyət edir ki, onun vəfatından sonra on il minada əzadarlıq keçirilsin. Mümkündürmü ki, misilsiz fəzilət və kamilliklərə malik məsum bir şəxs özü üçün əzadarlıq mərasimləri umacağında olsun? Görəsən imamın nəzərində bundan da dəyərli bir iş yox idimi? Axı on il ardıcıl minada toplaşıb əzadarlıq keçirməyin mənası nədir?
    Bu sualın cavabı bizim nəzərdə tutduğumuz nöqtələrlə əlaqəlidir. Allah övliyaları və uzaqgörən insanların baxışı bizim baxışlarımızdan fərqlənir. İmam Baqir (ə) bilirdi ki, hər il dünyanın uzaq nöqtələrindən bu mərasimdə iştirak üçün şiələrin minaya gəlişi məzhəbi gücləndirəcək. İmam Baqirə (ə) fərd kimi baxmaq olmaz. İmam bir cərəyan, bir məktəb, bir təfəkkür tərzidir. İmam Baqir (ə) məzhəb rəhbəri idi. Onun adının xatırlanması əslində məktəbin xatırlanmasıdır. Demək, imamın vəsiyyət etdiyi əzadarlıq sadəcə bir şəxsin əzadarlığı deyildi. Məqsəd məzhəbi təfəkkürlərin dünyaya yayılması idi. Amma düşmənlərin məzhəb toplantısına həssas yanaşmaması üçün imam bu mərasimlərdə rövzə oxunmasını vəsiyyət edir. Bütün dövrlərdə insanların öz dünyadan gedənləri üçün əzadarlıq edib rövzə oxutdurması adi bir haldır. İmam Baqir (ə) də Bəni-Haşimin böyüklərindən idi. Məsələ zahirən belə görünürdü ki, Bəni-Haşim Minada toplanıb öz əzizi üçün əzadarlıq mərasimi keçirir. Amma həqiqət budur ki, məzhəbin təbliği üçün bu ən yaxşı yoldur. Növbəti illərdə insanlar Minaya gəldikdə bir qrup insanın əzadarlıq etdiyini görür. Axı əzadarlıq Minadakı əməllərdən deyil? Bəs bu insanlar hansı münasibətlə bir araya gəlib? İstər-istəməz zehnə gəlir ki, bu əzadarlıq mühüm bir şəxslə bağlıdır. Onun kimliyi soruşulur. Bildirilir ki, şiələrin imamıdır. Şiələrin kimliyi barədə soruşulur. Cavab verilir ki, onlar peyğəmbərin canişin etdiyi kəsin ardıcıllarıdır. Bu yolla minada imam Baqir (ə) üçün saxlanılmış əzadarlıq Əhli-beyti (ə) tanıtdırır, insanlar öyrənirlər ki, onlar vilayət məktəbi, hidayət məşəlinin qoruyucularıdır.
    DİNİ VƏ İCTİMAİ MƏSƏLƏLƏRİN TƏHLİLİNDƏ ƏHATƏLİLİK
    Biz bəzi dini məsələlərin hikmətini anlamırıq. Bunun səbəblərindən biri baxışlarımızdakı məhdudluq, araşdırmalarımızdakı səthilikdir. Biz müsəlmanlar həmin dar baxış və səthi düşüncədən çox zərər çəkirik.
    Məsələni dərindən və hərtərəfli öyrənmək Allah övliyalarının səciyyələrindəndir. Bu səciyyə Allahın təsdiqi ilə gerçəkləşir, insanlar məsələləri ilahi bir nurda seyr edir. Hərəkatımızın rəhbəri imam Rahil bu zümrədən idi. İmam hərəkatın gedişində bəzən elə qərarlar çıxarırdı ki, ətrafdakılar heyrətə gəlirdi. Amma zaman ötdükcə imamın uzaqgörənliyi aşkara çıxırdı. Nümunə üçün bir hadisəni xatırlayaq. İnqilabın əvvəlləri idi. Ölkə problemlər içərisində sıxılırdı. Yaşlı nəsil həmin günləri yaxşı xatırlayır. İnqilabın qələbəsindən keçən iki il ərzində kimsə bu quruluşun yaşayacağına əmin deyildi. Bütün xarici təhlilçilər qurulmuş nizamın qısa bir müddətdə dağılacağını bildirirdi. Daxili çəkişmələr baş alıb gedirdi. Küçələrdə, parklarda insanlar şəhadətə yetirilirdi. Ölkə çox böhranlı vəziyyətdə idi. Bəli, belə bir şəraitdə imam bildirdi ki, biz İsraillə bağlı beynəlxalq bir addım atacağıq. İmam ramazan ayının son cümə gününü Qüds günü elan edərək bütün dünyanı İsrailə qarşı çağırdı. Bu, ilahi ilham nümunəsi idi. Bu sayaq ilhamlara çox şahid olmuşuq. Uyğun bəyanatlar verilərkən ətrafda kimsə bu bəyanatların həyata keçəcəyinə inanmırdı. Amma verilmiş qərar gerçəkləşirdi.
    İmam tərəfindən ümumdünya Qüds gününün elan olunması heç bir siyasi təhlilə sığmırdı. Təsəvvür edin ki, daxili və xarici problemlər içərisində yaşamaq uğrunda mübarizə aparan bir quruluş dünyanı İsrailə qarşı çağırırdı. Bu ilahi ilhamdan başqa bir şey deyildi. Çünki mövcud şəraitdə bütün dünyada səs-küyə səbəb olacaq bir bəyanat fərdi düşüncədən doğa bilməzdi. Hər halda imam Əhli-beyt (ə) məktəbində tərbiyə almışdı. O Əhli-beyt (ə) nurundan faydalanaraq yüksək məqama çatmışdı. Yalnız Əhli-beytin (ə) nuru sayəsində insan anlaya bilər ki, onun düşməni kimdir, nə vaxt İslama zərbə vuracaq və onunla necə mübarizə aparmaq lazımdır.
    Şübhəsiz, həmin dövrün dünya siyasətçiləri imamın bu hərəkətini ciddi qəbul etmədilər. Hətta daxildəki siyasətçilər də bu məsələyə rişxəndlə yanaşdı. Onlar deyirdilər ki, öz vəziyyəti qeyri-müəyyən olan bir nizam bütün dünya müsəlmanlarını necə ayağa qaldıra bilər? Amerikanın müsəlman məmləkətlər üzərindəki nüfuzu əksəriyyəti ümidsizləşdirirdi. Onlar düşünürdülər ki, Amerikanın boyunduruğu altında imamın çağırışına cavab verən olmayacaq. Onlar düşünürdülər ki, elan olunmuş gün rüsvayçılıqla ötüşəcək.
    Bəli, daxili siyasətçilər imamın qarşısında belə bir mövqe tutmuşdular. Amma zaman ötdü və imamın nə qədər uzaqgörən olduğu özünü bir daha təsdiqlədi. İllər ötdükcə Qüds günü əzəmətləndi. Əgər imamın bu hərəkəti və dünyada keçirilən Qüds gününün fəryadı olmasaydı bəlkə də bu gün Fələstindən danışmağa dəyməzdi. Həmin vaxtlar Fələstin xalqı can vermək üzrə idi. Ümumdünya qüds günü onlara yeni bir həyat verdi. Bu xalq mübarizə üçün damarlarından yeni bir qan axdığını hiss etdi. İki-üç il Qüds günü keçirildikdən sonra Fələstin xalqı dirçəlməyə başladı və öz şəxsiyyətini dəyərləndirdi.
    Əgər bu hərəkat uğursuzluğa düçar olsaydı, İslamın məntəqədəki nüfuzuna ciddi zərbə dəyərdi. Əlbəttə ki, biz şərti olaraq ehtimallar veririk. Çünki Allah-təala öz tədbirlərində İslam üçün həyat nəzərdə tutur. Dünyamız səbəblər dünyasıdır, biz də səbəblər üzərində danışırıq. Amma əminik ki, Allah İslamın hifzinə yönəlmiş səbəblər hazırlamışdır.
    HƏCC VƏ KƏBƏ EVİNİN TƏKRARSIZ MƏQAMI
    Əmirəl-mömininin (ə) həclə bağlı buyuruqlarına qayıdaq. Həccin əhəmiyyətini artıran səbəblərdən biri də onun ideoloji və təbliği yönümüdür. Dünyamızda sübuta yetib ki, təbliğat ən təsirli müvəffəqiyyət vasitələrindəndir. Hərəkat yaratmaq üçün düşüncələrdə zəmin hazırlamaq zəruridir. Əgər biz də İslam dünyasında və ya bütün yer üzündə nəyisə dəyişmək istəyiriksə, öncə düşüncələrdə və mədəniyyətlərdə zəmin hazırlamalıyıq. İslamda bu məqsədi həyata keçirmək üçün ən münasib yol həcdir.
    Həcc vaxt baxımından elə bir ayda nəzərdə tutulub ki, İslam qanunlarına əsasən savaş icazəsi yoxdur və əmin-amanlıq dövrüdür. Əlbəttə ki, ixtilaf həmişə var. Amma əksər hallarda müsəlmanlar bu qanuna riayət edir. Həcc mərasimlərinin keçirildiyi zil-hiccə ayı möhtərəm aylardandır. Bu ayda müharibə etmək haramdır. Belə bir münasib dövrdə təbliğat üçün münasib şərait olur. Məkan baxımından həcc elə bir yerdə keçirilir ki, təkcə müsəlmanlar yox, həm də qeyri-müsəlmanlar həmin yerdə özünü əmin-amanlıqda hiss edir. Bu qanun günahkar və cinayətkarlara da şamil olunur. Əgər bir günahkar qaçıb Məscidül-Hərama sığınarsa, həmin yeri tərk edənədək kimsə ona yaxınlaşa bilməz. Bu ilahi bir tədbirdir. Olsun ki, dar baxışlı insanlar bu qanunu təəccüblə qarşılaya! Onlar iddia edə bilərlər ki, bu qanun cinayətkarlara işləyir! Əslində isə dərin təhlil aparanlar bu qanunun faydalarını görür. Qanunun ehtimal olunan zərərləri isə əhəmiyyətsizdir. Əslində qanunu çıxaran tərəf onu hər tərəfli araşdırmalı, müxtəlif yönümlərdən təhlil etməlidir. Ola bilər ki, bir qanunun min faydası ilə yanaşı, cüzi zərərləri də olsun. Cüzi zərərlərə görə ümumi faydalara göz yummaq olmaz. Əksər qərar çıxarılarkən bu tənasüb nəzərə alınır. Qanun çıxarılarkən əsasən onun ümumi faydası nəzərə alınmalıdır. Şahidik ki, hərəkatımızın düşmənləri böyük müvəffəqiyyətlərə göz yumub xırda məsələləri araşdırmaqla, qaşınmayan yerdən qan çıxarırlar! Onlar İslam nizamını zalım şah rejimi ilə müqayisə edirlər. Bu qədər insafsızlıqmı olar?!
    İslam bizə göstəriş verir ki, daim xeyirlə zərəri müqayisə edək. Əmirəl-möminin (ə) buyurur ki, ağıl xeyiri şərdən seçmək yox, iki şər arasından daha pisini təyin etməkdir.("Biharul-ənvar”, c.78, s. 6, rəvayət 58, bab 15.)
    Əgər dünya həyatında şər olmasaydı, daha yaxşı idi. Amma dünya həyatı belə deyil. Bu həyatda xeyir şərə qatılmışdır. Əslində bu dünyada əziz Peyğəmbər (s) və məsum imamların vücudundan savay şərsiz xeyir tapmaq mümkünsüzdür. Əgər çoxluğu nəzərə alsaq, heç vaxt xeyir şərsiz olmur. Hətta peyğəmbər və məsum imamların evində də belə olub. Əgər Peyğəmbər (s) və məsum imamların nəslini nəzərdən keçirsək, şər insanlara da təsadüf edə bilərik. İmam Hadinin (ə) oğlu Cəfər məgər «kəzzab», yəni yalançı adı ilə tanınmırdımı?! Bəli, hətta peyğəmbər və imam övladları arasında da şər insanlar olur. Məgər belə mühakimə yürütmək olarmı ki, nəslində Cəfəri-kəzzab kimisi olan haqdan danışmamalıdır?! Mümkündürmü ki, bir pis övlada görə Peyğəmbər (s) və məsum imamların bərəkətli vücuduna göz yumulsun?! Bu səbəbdən də istər təkvini (təbii), istərsə də şəriətə aid məsələlərdə son nəticənin müsbət və ya mənfi olması əsas götürülməlidir. Sırf xeyirdən ibarət nəsə axtarsaq, bu şeyi tapa biləcəyimiz inandırıcı görünmür.
    Həccə də bu prizmadan baxmaq lazımdır. Həccin zərərləri, problemləri də var. Xüsusi ilə qədim zamanlarda piyada və ya yetərsiz miniklə həccə gedənlərin bir çoxu yolda xəstələnib dünyasını dəyişirdi. Quldurlar onların yolunu kəsir, var-yoxlarını əllərindən alırdılar. Bununla belə, həcc həmişə tövsiyə olunmuşdur. Çünki həccin ümumi nəticədə faydaları onun zərərlərindən qat-qat artıqdır. Öncə qeyd etdiyimiz kimi, Quran Kəbənin təkcə müsəlmanlar yox, bütün insanlar üçün nəzərdə tutulduğunu bildirir.("Maidə”, 97.) Yəni bu ev bütün bəşəriyyət üçün bir bərəkətdir. İslam hakim olduğu vaxt başqaları da onun bərəkətindən istifadə edir.
    HƏCCİN QARŞISINI ALMAQ ÜÇÜN QURĞULAR
    Həcc həyati əhəmiyyətə malik olduğundan İslam düşmənləri tarix boyu bu mərasimə mane olmağa çalışmışlar. Onlar zora əl atmış, müqəddəslik donu geyərək bəhanələr gətirmiş, zahirən məntiqə əsaslanaraq dəlillər göstərmişlər. Bu gün də uyğun cəhətlərlə rastlaşırıq. Bəzən ölkənin iqtisadi durumunun yetərsizliyini bəhanə göstərərək insanları həcdən çəkindirməyə çalışırlar. Bəziləri iddia edir ki, öz ölkəmizdə yoxsulluq olduğu halda nə üçün bu pulları ərəblərin cibinə tökək. Hətta tarixi vərəqləyib keçmişdə iranlı hacıların Məkkədəki qırğınını da yada salırlır. Bəziləri isə bu pullara mədrəsə tikmək, unverisitet açmaq, məscid bünövrəsi qoymaq olar, deyə həccə qarşı çıxır. Qədim vaxtlarda da bu sayaq təbliğatlar olmuşdur. Bir vaxt yoxsulları bəhanə gətirirdilər. Deyirdilər ki, ölkədə yüzlərlə yoxsul olduğu halda nə üçün bu pullar başqalarının cibinə axsın?!
    ƏHLİ-BEYTİN (Ə) HƏCCƏ BAXIŞI
    Qeyd olunan yanlış təsəvvürü aradan qaldırmaq üçün Əhli-beytdən (s) rəvayətlər nəql olunur. Rəvayətdə nəql olunur ki, bir şəxs həcc mərasimi başa çatdıqdan sonra imam Sadiqin (ə) xidmətinə gəlib ərz etdi: «Mən bu il müəyyən çətinliklər səbəbindən həcc əməllərini yerinə yetirə bilmədim. İndi həccin xərcini nəyə xərcləyib həmin savabı qazana bilərəm?» Həzrət Əbu-Qubeys dağına nəzər salıb buyurdu: «Əgər Əbu-Qubeys dağı qızıldan olsa və sənin mülkündən sayılsa, onu bütünlüklə Allah yolunda infaq etsən, həccin savabını əldə edə bilməzsən!»("Biharul-ənvar”, c. 99, s. 26, rəvayət 110, bab 2.)
    Görəsən imam Sadiqin (ə) yerinə olsaydıq nə cavab verərdik? Məğrur bir məntiqlə deyərdik: «Həcci tərk etməyin mühüm deyil, həmin pulu yoxsullara xərclə, bunun savabı həcdən də artıqdır.»
    Şübhəsiz ki, infaq və xeyir işlər üçün ən münasib ünvanlardan biri fəqirlərə əl tutmaqdır. Amma imamın məntiqi başqadır. İmam məsələyə daha əhatəli yanaşır. Əgər imam uyğun sualın cavabında infaqın həcdən daha böyük savaba malik olduğunu desəydi, bu söz başqalarına da nəql edilər, növbəti ildə çoxları həccə getməzdi. Son nəticə olaraq, bəşəriyyət həcdən qazanacağı misilsiz mənfəəti əldən çıxarardı.
    Biz məsələyə səthi və birtərəfli yanaşırıq. Həccə baxışımız da fərqlənmir. Bu gün də bəziləri iddia edirlər ki, Həccə yalnız həccin vacib olduğu kəslər getməlidir. Hətta vacib həcci yerinə yetirmiş şəxsin ikinci dəfə həccə getməsini yersiz sayırlar. Onlar bu pulların ölkənin abadlığına və yoxsullara xərclənməsini təklif ediblər.
    Amma İslamın baxışı başqadır. İmam Rahil də məsələyə bu cür yanaşmırdı. İmam Ərəbistan hakimi ilə çox sərt danışsa da, həcc ziyarətlərini dayandırmaqla razılaşmırdı. Müəzzəm rəhbərlik məqamı da eyni mövqeni tutmuşdur. Rəhbər bütün zəruri məsələlərə çox ciddi yanaşdığı kimi həcc məsələsini də nəzərdən qaçırmır. Bəli, həcc ziyarəti dayandırıla bilməz. Çünki Əmirəl-möminin (ə) buyurur: «O boşlanılsa, sizə möhlət verilməz.» Şübhəsiz, həcc mərasimləri dayandırılsa, insanlara əzab nazil olasıdır. Həccə bütün dünya ölkələrindən gəlirlər. Əgər ölkəmiz həcc ziyarətini dayandırsa, tədricən bu münasibət digər məmləkətlərə də sirayət edər və nəticədə həccin tətili ilə İslamın izzəti azalar. Tarixə nəzər saldıqda şahid oluruq ki, böyük dini şəxsiyyətlər heç vaxt həccin tətili ilə razılaşmamışlar.
    Öncə qeyd etdiyimiz kimi, əgər desək ki, həcc olmasaydı biz müsəlman olmazdıq, yanılmarıq; bizim müsəlmanlığımız və şiəliyimiz Əhli-beyt (ə) təlimlərinin bərəkətindəndir. Əhli-beyt (ə) təlimlərinin mühüm bir hissəsi isə həclə bağlıdır. Onlar şiələrə belə öyrədir: «Həcc məsum imamla görüşlə başa çatar.»("Mən la yəhzuruhul-fəqih”, c. 2, s. 578, rəvayət 3162, bab 2.)
    Şiələr həccə getdikləri vaxt ya imamla orada görüşər, ya da Mədinəyə onun görüşünə gedərdilər. Həclə bağlı əksər rəvayətlər imamlar tərəfindən həcc mərasimində nəql olunmuşdur. Həccin mühüm siyasi, ictimai, iqtisadi faydalarından əlavə bu mərasimdə geniş məlumat mübadiləsi aparılır. Axı həmin vaxtlar bugünki informasiya vasitələri yox idi. Uzaq bir ölkə haqqında məlumat almaq mümkünsüz idi. Digər tərəfdən, verilən məlumatın etibarlılığı mühümdür. Həcc mərasimində görüşən müsəlmanlar göz-gözə dayanıb dərdləşir, həqiqətlər olduğu kimi çatdırılır. Bu gün də müsəlmanların taleyi ilə bağlı məsələlər həcdə açıqlanılır. Bu mərasimdə müxtəlif dini icmalar arasında dostluq əlaqələri yaranır. Bütün bunlar həccin bərəkətlərindəndir. Həccin hətta bu günədək hiss etmədiyimiz faydaları var.
    Deyilənləri nəzərə aldıqda aydın olur ki, nə üçün məsum imamlar həccə bir bu qədər əhəmiyyət vermişlər. Düşmənlərin də həccə münasibəti aydınlaşır. Onların həccə yönəlmiş təhdidləri yalnız İslamı izzətdən salmaq məqsədi daşıyır.
    Düşmənlər həccə münasibəti dəyişmək üçün təkcə şəkk-şübhə yaratmaqla kifayətlənmirlər. Onlar hətta həccə oxşar bir mərasim düzəltməyə çalışırlar. Bəni-Üməyyə xəlifələrindən bəziləri bu işdə əməli addımlar atmışlar. Bəzi xəlifələr Beytül-müqəddəsin Kəbədən üstnlüyünü iddia etmiş və Şam əhli Kəbəni yox, Beytül-müqəddəsi ziyarət etmişlər. Tarixi mənbələrdə qeyd olunur ki, hicri beşinci əsrədək şam əhlinin çoxu həcc əməllərini yerinə yetirmək üçün Beytül-müqəddəsə gedirdi. Onlar məscidül-əqsada ibadət edir, qurbanlarını da orada kəsirdilər!
    Bəni-Üməyyə xəlifələrindən olan Həccac ibn Yusif Səqəfi rəsmi olaraq bəyan etmişdir: «Bu nə işdir Mədinəyə gedib Peyğəmbərin (s) qəbrini ziyarət edirsiniz? O susuz səhralara üz tutub Peyğəmbərin (s) qəbrini ziyarət edincə Şamda Əbdül-Məlikin qəsrinə gedib onun ətrafında təvaf edin!»
    Bu istiqamətdə addım atanlardan biri də Abbasi Mütəvəkkil olmuşdur. Xəlifə görürdü ki, həccə gedənlər geri dönəndə ölkədə çaxnaşma yaranır. Onlar Əhli-beyt (ə) alimləri, bəzən imamlarla görüşüb əməli addımlara təşviq olunurdular. Həmin vaxt hələ peyğəmbərin səhabələrindən sağ qalanlar vardı. İnsanlar bu böyük şəxsiyyətlərlə təmasda olub geri qayıtdıqda əsil həqiqəti xalqa çatdırırdılar. Mütəvəkkil həcc mərasiminə maneçilik törətmək üçün Samirrada bir bina tikib onun ətrafında Mina, Ərəfat adlı məntəqələr ayırdı. O xalqı Samirrada yaratdığı Mina və Ərəfata sövq edirdi!
    Həclə mübarizə yollarından biri də bu idi ki, açıq aşkar həccə gedənlərin qarşısı alınırdı.
    Müxaliflərin uyğun addımları qarşısında məsum imamlar sakit dayanmırdı. Onlar xalqı həccə təşviq edir, bu istiqamətdə müxtəlif üsullardan yararlanırdılar. İmam Sadiq (ə) öz dostlarına buyurur: «İstərdim ki, bizim şiələr bu il həcdən qayıdan kimi növbəti həcc haqqında düşünüb tədarük görsünlər.»("Fürui-kafi”, c. 4, s. 241, rəvayət 1.) Rəvayətlərdə nəql olunur ki, həzrət səhabələrindən birinə belə buyurdu: «Nə üçün hər il həccə getmirsən?» Səhabə ərz etdi: «Ey peyğəmbər övladı, çətinliklərim olur, ailə-uşağım var.» O bu sözlərlə xərclərinin çoxluğuna işarə edirdi. Həzrət buyurdu: «Əgər yalnız çörək və duz yeməklə tədarük görə bilərsənsə, hər il həccə get!»("Təhzibul-əhkam”, c. 5, s. 488, rəvayət 1537.)Başqa bir rəvayətdə səhabələrdən birinə buyurulur: «Ailənə sirkə və zeytun yedirt, pul toplayıb hər il həccə get!»("Fürui-kafi”, c. 4, s. 256, rəvayət 16.) Bütün bunlar həccin misilsiz faydalara malik olduğunu göstərir. Əlbəttə ki, həcc dedikdə təkcə Məkkəyə gedib təvaf etmək, qurban kəsmək nəzərdə tutulmur. Həcc daha geniş məfhuma malikdir. Bu barədə çoxsaylı rəvayətlər var. Əhli-beyt (ə) ona görə insanları həccə təşviq edirdi ki, müsəlmanlar həccin əsil faydalarından bəhrələnsinlər.
    Biz hazırkı söhbətimizdə həclə bağlı şeytani düşüncələrə cavab verməyə çalışdıq. Açıqladıq ki, iqtisadi problemlərə görə həcci boşlamaq olmaz. Bu sayaq düşüncə kökündən yanlışdır. Əgər iqtisadi mənafeləri düşünürüksə, bu da həccə bağlıdır. Həcc olmasa müsəlmanlar izzətə çatmaz, nə maddi, nə də mənəvi cəhətdən faydalanarlar. Onlar siyasi və hərbi cəhətdən geri qalar. Biz mənfi təbliğatlara və şeytanın təlqinlərinə uyub həcci əzəmətdən salmamalıyıq. Müstəhəb həccin zəruri olmadığını düşünənlər yanılır. Onların nəzərincə vacib həclə kifayətlənmək lazımdır. Şübhəsiz, belə bir münasibət kökündən yanlışdır. Deyilənləri məsum imamların buyuruqları təsdiqləyir. Bəli, İslam qohumları yoxlamağa, fəqirlərə əl tutmağa, bir çox başqa xeyir işlərə çağırır. Amma bütün bu işlər həclə müqayisə olunduqda üstünlük həccə verilir. İmam Sadiq (ə) buyurur: «Həcc yolunda xərclənən bir dirhəm digər xeyir işlərdə xərclənən iki milyon dirhəmdən üstündür.»("Təhzibul-əhkam”, c. 5, s. 26, rəvayət 62.)
    Allah-təaladan diləyirik ki, bizə İslam hökmlərinin nurani həqiqətlərini, xüsusi ilə həcc əməllərini tanıyıb dərk etməkdə tövfiq əta etsin.
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 879 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024