İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 12 » Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    9:05 AM
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü
    ONUNCU MƏCLİS:
    CƏMİYYƏTİN SƏADƏT VƏ SAĞLAMLIĞININ ZƏMANƏTÇİSİ YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞADIR.
    «Bir-birinizlə rabitə və bağlılığı, bir-birinizi bağışlamağı unutmayın; bir-birinizə arxa çevirməkdən və ayrılıqdan çəkinin; yaxşılığa əmr (əmr be məruf) və pisliyə qadağanı (nəhy əz munkər) tərk etməyin; yoxsa aranızdakı şər adamlar sizə hakim olar, sonra etdiyiniz dualar qəbul olmaz.»
    ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MUNKƏRİ TƏRK ETMƏYİN NƏTİCƏSİ ŞƏR ADAMLARIN HAKİMİYYƏTİDİR
    Əmirəl-mömininin (ə) dəyərli vəsiyyətnaməsinin şərhində son cümlələrə çatırıq. Bu məqamda həzrət iki tövsiyə verir. Birinci tövsiyə ictimai rabitələrin möhkəmləndirilməsi mövzusundadır. Həzrət qarşılıqlı yardım və bəxşişə çağırır. Tapşırır ki, rabitələr qırılmasın, müsəlmanlar bir-birlərinə arxa çevirməsinlər. Vəsiyyətnamənin ötən hissələrindən biri rabitələrin islahı ilə bağlı idi. Həmin mövzuda bir qədər danışıldı. Qeyd olundu ki, rabitələrin islahı mühüm bir prinsipə əsaslanır və bu prinsip insanların bir-biri üçün faydalı olmasıdır. İnsan iman və İslam maarifi ilə tanışlıq dərəcəsindən asılı olaraq rabitə qurur. Daha imanlı insanlar daha möhkəm rabitələr yaratmağa müvəffəq olur. Qeyd olundu ki, yalnız bilərəkdən haqqa qarşı çıxanlarla rabitələr kəsilməlidir. Yada salındı ki, mömin şəxs kafirlərlə sərt, möminlərlə mehribandır.("Fəth”, 29.)
    Vəsiyyətnamənin sonunda həzrətin ikinci tövsiyəsi budur ki, rabitələr unudulmasın, möminlər bir-birinə arxa çevirməsin, əmr be məruf və nəhy əz munkər tərk olunmasın. Nəzərə çatdırıldı ki, əgər deyilənlərə əməl edilməsə, şər insanlar hakim olar. Həzrət nəzərə çatdırır ki, əgər şər adamların hakimiyyətə gəlişinə imkan versəniz, artıq dualarınız qəbul olunmayacaq. Çünki siz iki mühüm vəzifədən, yaxşılığa əmr və pisliyə qadağa qoymaq vəzifəsindən boyun qaçırmısınız. Əslində şər insanın hakimiyyətə gəlməsi sizin bu iki vəzifəni tərk etməyinizin nəticəsidir. Yalnız özünü islah edib yenidən əmr və qadağa vəzifəsini yerinə yetirənlərin duası qəbul ola bilər.
    Bəli, yaxşılığa əmr və pisliyə qadağa vəzifələri çox mühüm vəzifələrdir. Müəzzəm rəhbərlik məqamı da bu məsələyə xüsusi diqqət yetirir. Həmd olsun Allaha, bu istiqamətdə müəyyən addımlar atılmışdır.
    ƏMR VƏ QADAĞA YOLU İLƏ VƏZİFƏLƏRİN İCRASI
    Yaxşı olar ki, əmr və qadağanın əhəmiyyətini göstərən rəvayətləri nəzərdən keçirək. Rəvayətlərdən birində oxuyuruq: «Həqiqətən, əmr və qadağa peyğəmbərlərin və salehlərin yoludur. O yetərincə böyük, vacib əməldir və onun vasitəsilə digər vacib işlər yerinə yetirilir.»("Təhzibul-əhkam”, c.6,s.180,Kitabul-cihad, babul-əmr bil məruf və nəhy ənil-munkər, rəvayət 21.)
    Bəzi vacib göstərişlər fərdi və ictimai baxımdan mühüm olsa da, digər vacib əməllərə təsir göstərmir. Əmr və qadağa vəzifəsi isə fərqlidir. Yaxşılığa əmr və pisliyə qadağa iki vacib vəzifədir. Amma bu iki vəzifənin ümumi məfhumu budur ki, müsəlman müsəlmanı vacib işlərə dəvət etsin, pis işlərdən çəkindirsin. Əslində əmr və qadağa vəzifələri digər vəzifələrin bərpasına yönəlmişdir. Başqa vacib əməllərdə belə səciyyələr yoxdur. Əlbəttə ki, o biri vacib əməllərin də hansısa dərəcədə öz ətrafına təsiri var. Amma əmr və qadağa vəzifəsi bu sahədə xüsusi təsirə malikdir. Quranda oxuyuruq: «Həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırar.»("Ənkəbut”, 45.)
    Doğrudan da, namaz səbəb olur ki, insanda digər xeyir işlərə meyl yaransın və o günahdan, çirkin işlərdən çəkinsin. Namaz bu istiqamətdə bilavasitə yox, dolayı təsir göstərir. Namazın mətni Allahla söhbətdən ibarətdir. Namaz qılan insanlar gündə Allahla üzbəüz dayandıqlarından hansısa həddə günahdan çəkinirlər. Hətta çoxları ümumiyyətlə günaha arxa çevirir. Amma namazın mətnində deyilmir ki, hansısa pis işi tərk etmək lazımdır. Yəni namaz dolayı yolla təsir göstərir.
    Başqa bir misal. Oruc misilsiz bir ibadətdir. Amma onun digər vacib əməllərlə rabitəsi yoxdur. Oruc tələb etmir ki, insan günahdan çəkinməli, namaz qılmalıdır. Bəli, oruc tutmuş insan öz ruhuna və mənəviyyatına səfa verir. Bu ibadət insanda digər vacibatlara maraq oyadır. Amma bütün bu təsirlər dolayısı ilə həyata keçir. Həcc və cihad kimi vəzifələr də bu qəbildəndir.
    Qeyd olunduğu kimi, əmr və qadağa digər vacib əmrlərin yerinə yetirilməsinə və haramların tərk olunmasına birbaşa təsir göstərir. Yəni bu iki vəzifənin mahiyyəti çağırış və çəkindirməkdən ibarətdir. Əgər bir şəxs namaza süstlük göstərirsə, möminin vəzifəsidir ki, onu yaxşılığa çağıraraq, namaza dəvət etsin. Başqa biri Ramazan ayında orucunu yeyirsə, möminin vəzifəsi onu bu işdən çəkindirməkdir.
    Əmr və qadağa vəzifəsi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu vəzifəni yerinə yetirən insan fəsada, rüşvətxorluğa və başqa mənfi təzahürlərə biganə qalmır. Rəvayətdə oxuyuruq: «Həqiqətən, əmr be məruf və nəhy əz munkər peyğəmbərlərin və salehlərin yoludur. O böyük bir vacib əməldir və onun vasitəsi ilə digər vacib əməllər tətbiq olunur, yollarda asayiş yaranır, müamilələr halal olur, məzlumların haqqı özünə qaytarılır, yer üzü abadlaşır.»("Təhzibul-əhkam”, c.6,s.180, Kitabul-cihad, babul-əmr bil məruf və nəhy ənil-munkər, rəvayət 21.)
    ƏN ÜSTÜN İŞ
    Həzrətin kəlamında əmr və qadağa vəzifəsi digər vəzifələr üçün bünövrə sayılır. Əmr və qadağa təkcə vacib işlərə və ya haram işlərə aid deyil, bütün məsuliyyət dairəsini əhatə edir. Əgər insanlar bu iki vəzifəyə əməl etsələr, digər vəzifələrə təbii şəkildə əməl olunasıdır. Bu səbəbdən də bəzi rəvayətlərdə əmr və qadağa vəzifəsi bütün əməllərdən mühüm sayılır. Necə ki, həzrət buyurur: «Həqiqətən, yaxşılığa əmr insanların ən üstün işidir.»("Ğurərul-hikəm”, s.331.)
    Əlbəttə, diqqətli olmalıyıq ki, dəyərlər və əməllər arasındakı müqayisə mütləq deyil. Yalnız müəyyən səciyyəsinə görə bir əməl o birindən üstün sayılır. Nadir hallarda iki dəyər hərtərəfli müqayisə olunur. Hər bir əməlin o biri əməldən üstün cəhətləri ola bilər. Ona görə də rəvayətlərdə bəzən namaz, bəzən cihad, bəzən əmr və qadağa digər əməllərdən mühüm və fəzilətli təqdim edilir.
    İmam Rahilin buyuruqlarında da qeyd olunan münasibətlə rastlaşırıq. İmam bəzən bir işi, bəzən başqa bir işi daha üstün sayır. Bəzi qərəzli insanlar belə bir yanaşmanı ziddiyyətli sayırlar. Hansı ki, uyğun müqayisələr məsum imamlardan nəql olunmuş rəvayətlərdə də var və həmin müqayisələr hansısa yönümdən aparılır. Belə düşünməməliyik ki, məsum imamların buyuruqlarında hansısa ziddiyyətlər ola bilər. İmamlar bəzən namazı, bəzən cihadı, bəzən həcci digər əməllərdən üstün tanıtdırır. Hansı ki, onlar bu müqayisədə uyğun əməlin hansısa səciyyəsinə əsaslanırlar.
    «Nəhcül-bəlağə»də əmr və qadağa vəzifəsi ilə bağlı həzrət buyurur: «Bütün yaxşı əməllər və Allah yolunda cihad əmr be məruf və nəhy əz munkərlə müqayisədə geniş dərya müqabilində ağız suyu kimidir!»("Nəhcül-bəlağə”, Feyzül-İslamın tərcümə və şərhi, qısa kəlamalar, kəlam 366.)
    Müqayisə olduqca maraqlı və düşündürücüdür. Ağız suyu hara, böyük dərya hara?! Həzrət nəzərə çatdırır ki, hətta Allah yolunda vuruş əmr be məruf və nəhy əz munkərlə müqayisədə dərya müqabilində bir damla su kimidir. Bəli, əmr və qadağanın təsiri ilə heç bir başqa əməldə rastlaşmaq olmaz.
    Amma bu o demək deyil ki, kiçik bir əmr və ya qadağa cihaddan, hətta Allah yolunda öldürülməkdən üstündür. Məsələn, bir şəxsin bir xanımı hicaba dəvət etməsi bu qəbildəndir. Söhbət əmr be məruf və nəhy əz munkərin elə bir formasından gedir ki, o tarix boyu öz təsirini göstərmiş olsun. Bəli, elə məqamlar var ki, insanlara yaxşılıq əmr edilməsə, onlar pislikdən çəkindirilməsə bütün digər dini vəzifələr tərk olunar. Belə sonluqda hətta İslam hökuməti aradan gedə bilər. Nəticədə şər insanlar hakimiyyətə gələr. Hakimiyyət ləyaqətsiz insanların əlinə düşdükdə cəmiyyət xoş gün görmür. Belə bir cəmiyyətdə namaz və oruc ikinci plana keçir, dini dəyərlər gözdən düşür. Bütün bu nəticələri nəzərə aldıqda əmr və qadağanın əhəmiyyəti aydın olur. Məhz belə həssas məqamlarla bağlı Əmirəl-möminin (ə) buyurur: «Əmr be məruf və nəhy əz münkərlə müqayisədə Allah yolunda cihad böyük dərya müqabilində ağız suyu kimidir!» Məsumların buyuruqlarında uyğun müqayisələri araşdırarkən nəzərdə saxlamalıyıq ki, əməlin hansısa üstün səciyyələri nəzərdə tutulur. Belə düşünə bilmərik ki, məsumlar hansısa bir əməlin əhəmiyyətini daha qabarıq göstərmək üçün mübaliğədən istifadə etmişlər.
    DİNSİZ MÖMİN!
    Əmr be məruf və nəhy əz munkərlə bağlı rəvayətlər arasından bir neçəsini yada salmaq yerinə düşər. Əziz Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə həzrət buyurur: «Allah dini olmayan zəif mömini düşmən bilər.» Həzrətdən soruşulur: «Dini olmayan zəif mömin kimdir?» Həmin şəxs ki, pisliyə qadağa qoymaq vəzifəsinə əməl etmir.»("Biharul-ənvar”, c. 72, s. 228, rəvayət 4, bab 112.) Doğrudan da «dini olmayan mömin» təbiri maraqlı görünür. Axı necə ola bilər ki, insan eyni zamanda həm mömin olsun, həm də dindən məhrum qalsın? Həzrət nəzərə çatdırır ki, bunun sirri həmin şəxsin pisliyə qadağa qoymamasındadır.
    Pisliyə qadağa qoymayan müsəlmanın imanı zəifdir. Bu vəzifədən uzaqlıq onu bütün məsuliyyətlərdən kənarda saxlamışdır. O, başqalarının fəsad və günahını gördükdə susur, heç bir reaksiya göstərmir. Belə bir imanın imansızlıqla bir o qədər də fərqi yoxdur. Çünki Allah və İslama imanı olmayanlar da belə rəftar edir.
    Əlbəttə ki, gizlində edilən günah fərqlidir. Söhbət aşkar günahdan gedir. Bazar və parklarda tez-tez bu sayaq günahlarla rastlaşırıq. Bunların yanından biganə ötmək bir növ razılıq əlamətidir.
    Allahın hökmləri Onun namusudur. Əgər bir şəxsin namusuna təcavüz olunsa o sakit dayanarmı? Qeyrətli insanlar heç vaxt öz namusuna təcavüzə göz yummur. Bəs necə ola bilər ki, mömin insanın gözü qarşısında Allahın hökmləri, namusu ayaq altına atılsın? Mömin belə məqamlarda aram dayana bilmir. Bəzən möminlər belə səhnələrlə rastlaşdıqda uzaq başı «sübhanəllah» deyərək ötüb keçir və vəzifələrini yerinə yetirilmiş sayırlar.
    Günah qarşısında sakit dayanmaq asan iş deyil. Əgər dəqiq təhlil etsək, günah, Allah qanunlarının ayaq altına atılması müqabilində sükut həmin işlərlə razılıqdır; bu isə Allahla düşmənçilik deməkdir. İmam Sadiq (ə) buyurur: «Əgər bir müsəlman bir pis işi görsə və gücü çatdığı halda onun qarşısını almasa, həqiqətən, bu işin görülməsi onu sevindirir. Allaha qarşı günahla razılaşan insan heç şübhəsiz Allahla düşmənçiliyə qalxmışdır.»("Biharul-ənvar”, c.70, s. 303, rəvayət 15, bab 57.)
    Allahın qoyduğu hədlərin pozulması ilə razılaşan insan Allahla aşkar düşmənçilik etmirmi? Şərait yarandığı halda pis işdən çəkindirməyənlər Allahla aşkar düşmənçilik edir. Günahla üzbəüz dayanıb susmaq haqqımız yoxdur. Hökmən narahatlığımızı bildirməli və həmin vəziyyəti dəyişmək üçün addım atmalıyıq.
    İslam dini öz ardıcıllarının məsuliyyətli olmasını, günah qarşısında biganə dayanmamasını tələb edir. Bütün cəmiyyətə belə bir ruhiyyənin hakim olması İslamın amalıdır. Hər bir mömin özü dini vəzifələrinə əməl etməklə yanaşı başqalarının da bu vəzifələrə biganə qalmamasına çalışmalıdır. Allahın qoyduğu hədlərə hörmət hamının vəzifəsidir. Bu istiqamətdə insan özü ilə başqaları arasında fərq qoymamalıdır. İnsan özü bu hədləri gözləməklə yanaşı başqalarının da bu hədlərə təcavüzündən narahat olmalıdır. Əgər insan ətrafa belə bir münasibətdə olmasa peyğəmbər onu dini olmayan zəif mömin sayır. Əsil mömin məsuliyyət hiss etməli, Allah hədlərinin pozulmasına biganə qalmamalıdır. Çoxları ibadət edir, amma başqalarının dinə münasibəti onun üçün fərqsizdir. Peyğəmbərlərin əsas məqsədlərindən biri möminlərdə belə bir məsuliyyət hissi yaratmaq olmuşdur.
    YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞA VƏZİFƏSİNİN NECƏLİYİNƏ DİQQƏT
    İstər fərdi, istər ictimai göstəriş və hökmlərin problemlərindən biri budur ki, onlar düzgün anlaşılmır, onlara yanlış təfsir verilir. Bu təfsirlərin də müxtəlif səbəbləri var. İnsan cəhalətdən, nəfs istəklərinə uyduğundan, sadəcə adət-ənnələrin təsirindən, cəmiyyətə hakim mədəniyyətin nüfuzu altında hansısa zərərlərdən qorxaraq, hansısa maddi mənafelər güdərək şəriət göstərişlərinə yanlış yozum verir. İnsanlar məsum olmadığından onların əməl məqamında ilahi vəzifədən boyun qaçırması, vacib bir vəzifəni tərk etməsi, günaha batması, hökmlərə yanlış təfsir və izahat verməsi mümkündür. Əməllərdə ifrat və təfritlər özünü göstərir. Yanlış yozumun səbəblərindən biri cəhalətdir. Ona görə də yaxşılığa əmr və pisliyə qadağa vəzifəsini yerinə yetirən insan şəri məsələlər, ilahi vəzifələrlə yetərincə tanış olmalı, yetərli məlumatı olmayanlar bu işdən çəkinməlidir. Şahid olduğum bir nümunəni nəzərinizə çatdırıram:
    Azyaşlı olduğum vaxt çox dindar bir qohumumuz vardı. Məzhəbə o qədər bağlı idi ki, öz baxışı əsasında ifrata varırdı. Üzünü ülgüclə qırxmış adam görəndə həmin adamı yaxalayır, çox acı sözlər deyirdi. Bu şəxs hətta gecə namazı qılır, bildiyi dini vəzifələri vaxtlı-vaxtında yerinə yetirirdi. Bir dəfə qohumlarımızdan biri ona qonaq gəlmişdi. Təsadüfdən qonaq üzünü ülgüclə qırxmışdı. Dindar qohum onun görüşünə gəlmiş bu şəxslə o qədər sərt danışdı ki, qonaq ayağa qalxıb məclisi tərk etdi və birdəfəlik əlaqələri kəsdi.
    Əmr be məruf və nəhy əz munkər, yaxşılığa əmr və pisliyə qadağa kimsəyə bu sayaq sərt rəftar etmək icazəsi vermir. Əvvəla, saqqalın ülgüclə qırxılmasını haram saymayan fətva sahibləri də var. Hər halda bu iş qəti haram işlərdən deyil. İkincisi sələmçilik, qeybət, yalan kimi böyük günahlarla müqayisədə saqqalın ülgüclə qırxılması çox əhəmiyyətsiz bir işdir. Məgər qeybət günahını saqqalı qırxmaq günahı ilə müqayisə etmək olarmı?! Əgər bir şəxs qeybət edirsə, onu öncə yetmiş çirkin işdən ağır olan qeybətdən çəkindirməliyik, yoxsa saqqal saxlamasına çalışmalıyıq? Üçüncüsü, əmr və qadağa edərkən insanı alçaltmaq haqqımız yoxdur. Mömini alçaltmaq saqqalı qırxmaqdan qat-qat ağır günahdır. Dördüncüsü, bu sayaq rəftar səbəb olur ki, insanların doğru yola çağırışı üçün şərait aradan qalxır. İnsan yumşaq rəftarla qarşı tərəfə təsir göstərib onu addım-addım irəli apara bilər. Öncə böyük günahlardan çəkindirmək lazımdır. Yalnız bundan sonra məsələn, saqqal qırxmaq kimi kiçik günahlarla mübarizə aparmaq olar. Demək, sizin saqqal qırxmaqla mübarizəniz bir insanın kəbirə günahlardan çəkinməsi üçün şəraiti aradan qaldırır.
    Beşincisi, əmr və qadağada sərt rəftar qohumluq və dostluq rabitələrinin kəsilməsinə, arada kin-küdurət yaranmasına səbəb olur. Guya savab qazanmaq istəyən biri elə rəftar edir ki, əlaqələr birdəfəlik kəsilir.
    Bizim həmin qohum vəzifəsinə əməl etməkdən başqa bir şey düşünmürdü. Əlbəttə ki, onun rəftarı yanlış idi. Bu sayaq rəftar ona keçmiş adət-ənənələrdən irs qalmışdı. Qədimdə bu sayaq sərt məzəmmət adi sayılırdı. Amma həmişə xoş, mehriban rəftar edilsə, daha böyük nəticələr əldə etmək olar.
    Çox təəssüf olsun ki, yaxın keçmişdə bəzən minbərdən elə bir tonda danışılırdı ki, bu söhbətlər yalnız zərərlə nəticələnirdi. Belə ki, acı məzəmmətlərə dözməyənlər bir daha məscidə gəlmir və söhbətlərdən məhrum olurdular. Rza xan və pəhləvi hökumətləri zamanı rejim ölkədə dini mədəniyyəti aradan qaldırmaq üçün qərb mədəniyyətinə rəvac verirdi. Şapka, kostyum həmin vaxtlar dəb düşməyə başladı. Əslində Avropa və Amerikanı təbliğ edən bu geyimlər milli geyim kimi təqdim edilirdi. Həmin vaxt dini zümrə bu cərəyanla mübarizəyə başladı. Kostyum kafir libası kimi qəbul edilirdi. Kim kostyum geyirdisə, onu küfrdə suçlayır və gördüyü işi haram sayırdılar. Hətta minbərlərdə bu barədə danışılırdı. Bu söhbətlərin nəticəsində yeni libaslardan istifadə edənlər məsciddən uzaqlaşmağa başladı. Axı əynində kostyum olan insan oturub kostyum haqqında məzəmmətli söhbətə qulaq asa bilməz!
    Tutaq ki, nə vaxtsa təcavüzkarlara nüfuz şəraiti yaratmamaq üçün şapka, kostyum bəyənilməmişdir. Məgər həmən vaxt bundan qat-qat zərərli günahlar mövcud deyildimi? Biz adətən böyük günahlara göz yumur, kiçik qəbahətlərə görə insanları sıxıntıya salırıq. Necə ola bilər ki, sələm kimi çirkin bir işi özünə peşə etmiş bir şəxs rahatca məscidə gəlib imamın arxasında cəmiyyət namazına dayanır, amma yeni dəblə geyinmiş bir şəxs öz libasına görə məscidə qədəm qoya bilmir?! Məgər Allah Quranda sələmçini özünə qarşı müharibəyə qalxmış kimi tanıtdırmırmı?!
    Çalışmalıyıq ki, böyük günahlarla ciddi, kiçik günahlara isə qismən yumşaq davranaq. Günaha necə münasibət göstərmək olduqca mühüm nöqtədir. Kiçik bir günaha yol verdiyinə görə insanı alçaltmaqmı olar?!
    Əlbəttə ki, şərait və mühit fərqlərinin də rolu var. Olsun ki, bəzən sərt rəftara ehtiyac duyulur. Amma xüsusi ilə hazırkı həssas dövrümüzdə sərt rəftarlar məqbul deyil, cəmiyyət belə münasibəti bəyənmir.
    Cəmiyyət bu gün sərt söhbəti təhqir kimi qəbul edir. Bir buyuruq əslində təhqir deyilsə də, cəmiyyət həssas olduğundan ona təhqir kimi yanaşır. Bəzən isə bir nəfərin təhqir saydığı münasibəti başqa biri normal qarşılayır.
    Demək, əmr və qadağada müəyyən şərtlər nəzərə alınmalıdır: Cəmiyyətlər arasındakı fərqlər, mühitlər arasındakı fərqlər, adət-ənənələr arasındakı fərqlər, fərdlər və mövqelər arasındakı fərqlər və sair. Məsumların buyuruqlarında «vay olsun sənə» kimi məzəmmətlərlə rastlaşırıq. Uyğun buyuruqlardan nəticə çıxarmamalıyıq ki, biz də harada gəldi uyğun təbirlərdən istifadə edə bilərik. Hər kostyum geyənə, hər üzünü qırxana sərt yanaşmaq olmaz. Adətən, bu sayaq sərt yanaşmalar yersiz olur. Bəziləri iddia edirlər ki, əmr be məruf, yaxşılıq əmri amiranə şəkildə həyata keçməlidir. Qeyd edirlər ki, amiranə bəyan olunmamış qadağa vəzifəni öhdədən götürmür. Əlbəttə ki, belə yanaşmalarda şərait nəzərə alınmamışdır. Əgər mənim amiranə danışmağım mənfi təsir göstərirsə, şübhəsiz nəticələr mənfi olacaq. Nəzərə çatdırılan nöqtələrə yetərli əhəmiyyət vermək zəruridir. Bu nöqtələrə diqqətsizlik fəsad doğura bilər.
    YERSİZ MÜDAXİLƏ?!
    Unutmamalıyıq ki, biz öz çağırışlarımızda sərtlik göstərdiyimiz vaxt düşmən öz mülayimliyi ilə diqqəti cəlb edir. Bu gün qərb mədəniyyəti dünyada çox şirin görünən «azadlıq» pərdəsi altında yayılır. Azadlığı əsrimizin böyük bütü adlandırsaq yanılmarıq. Qərb mədəniyyətində bu gün «azadlıq»dan gurultulu səslənən ikinci söz yoxdur. Onlar öz tərəf-müqabillərini qeyd-şərtsiz dəvət edirlər. Onların təqdim etdiyi azadlıqda yalnız bir məhdudiyyət var: Sənin azadlığın başqasının azadlığına mane olmamalıdır. Əgər başqasına mane olmursunuzsa, ürəyiniz istəyəni edə bilərsiniz? Əlbəttə ki, bu onların iddiasıdır.
    Məhz azadlıq şüarları sayəsində çoxları qərbə sitayiş həddinə çatmışdır. «Azadlıq bütü» bugünki məfhumu ilə ona sitayiş edənlər üçün həzrət İbrahimin sonda baltanı təhvil verdiyi baş bütdən, ərəblər arasında xüsusi hörmətə malik Hobəldən geri qalmır. Qərb mədəniyyətində ən üstün dəyər «azadlıq» dəyəridir. Kimsə kimsənin bu haqqına təcavüz etmək ixtiyarında deyil.
    Bu azadlığın şərtlərindən biri bir şəxsin o birinin işinə müdaxilə etməməsidir. Başqasının işinə qarışmaq ən böyük qəbahət sayılır. İnsanlar sadəcə öz istədikləri kimi yaşamalı və ətraflarına biganə qalmalıdırlar. Qərbdə birini hansısa işinə görə məzəmmət etsən bunu özünə qarşı təhqir sayar.
    Liberalizm düşüncə tərzinə görə hər bir insanın mövqeyi onun özü üçün müqəddəsdir. Əgər bir şəxs kiməsə nöqsan tutmaq fikrinə düşsə, bu işi məxfi və dolayı yolla görməlidir. Bu çərçivədən çıxan «sənə dəxli yoxdur» cavabını alır.
    Çox təəssüf ki, qərbdəki bu yabançı təfəkkür müsəlman ölkələrinə də sirayət etməkdədir. Əgər qərbdə öz azadlıqlarını nəzakətlə qoruyurlarsa, bu xəttin bizə nüfuz etmiş formasında nəzakətdən əsər-əlamət yoxdur. Son dövrlər qərb təsirinə düşmüş cəmiyyətimizdə doğru yola çağırışı təhqir kimi qəbul edirlər. Əlbəttə ki, əyalətlərdə vəziyyət başqa cürdür. Əgər böyük şəhərlərə nəzər salsaq, vəziyyəti tamam başqa görərik. Böyük şəhərlərdə kimisə üzdəniraq işinə görə məzəmmət etmək təhqir kimi qəbul edilir. Bəli, şəhər həyatına biganəlik hakim olmaqdadır.
    İFRAT VƏ TƏFRİT
    Əmr və qadağa mövzusunda ifrat və təfrit hədləri ilə üzləşirik. Bəziləri İslam maarifindən yetərincə məlumatlı olmadıqları halda çox sərt davranır, şəri ölçülərə riayət etmirlər. Onlar nəinki ölçü gözləmir, hətta şəriətə sığışmayan tərzdə rəftar edirlər. Onlar əmr və qadağa vəzifəsini yalnız öz təsəvvürlərinə uyğun icra edirlər. İkinci zümrə qərb mədəniyyətinin təsiri altında hər şeyə biganə yanaşır, əmr və qadağa vəzifəsini başqalarının işinə qarışmaq kimi dəyərləndirir. Biz hər iki cərəyana, həm ifrata, həm də təfritə qarşı çıxmalıyıq.
    Unutmamalıyıq ki, müqəddəs İslam şəriətində əmr və qadağa vəzifəsi Allah hökmlərinin icrası məqsədi ilə təyin olunmuşdur. Əgər məqsəd İslam hökmlərinin ictimailəşməsidirsə, biz bu istiqamətdə öz zövqümüzlə hərəkət edə bilmərik. Yaxşılığa çağırış və pis işə qadağada qaba rəftar müsbət nəticə vermirsə, şəriət bu sayaq hərəkəti caiz saymır. Vəzifəmiz bu deyil ki, haram iş görənə amiranə şəkildə əmr edib işimizin təsirinə biganə qalaq. Rəvayətlərə əsasən əmr və qadağanın fəlsəfəsi bundan ibarətdir ki, ilahi hökmlər cəmiyyətdə icra olunsun, xalq hökmlərə əməl etsin: «Həqiqətən əmr, be məruf və nəhy əz munkər böyük vacib əməldir; onun vasitəsi ilə digər vacib əməllər bərpa olur.»("Təhzibul-əhkam”, c. 6, s. 180, Kitabul-cihad, babul-əmr bil-məruf vən-nəhyə ənil-munkər, rəvayət 21.)
    Əmr və qadağada yalnız amiranə mövqe barədə düşünmək yanlışdır. Əgər bir şəxslə mülayim söhbət səmərə verirsə, başqa şübhələrə ehtiyac qalmır. Yalnız vəzifənin tamlığına xatir amiranə rəftar düzgün deyil. Əgər bu hökmün fəlsəfəsi cəmiyyətin islahına yönəlibsə, şərait nəzərə alınmalıdır.
    Digər bir tərəfdən qərbin puç iddialarına cavab verilməlidir.
    «Mənə dəxli yoxdur» şüarı «azadlıq bütün»ün şüarıdır. Cızından çıxan insana xəbərdarlıq etməmək heç bir məntiqə sığmır. Qəbul edirik ki, cəmiyyətdə xəbərdarlıq münasib sayılmaya bilər. Məqsəd həqiqətin qəbul olunmasıdır. Bu səbəbdən də sərt mövqe qəbula əngəl törədirsə, şəriətə xilaf sayılır. Əsas nöqtə budur ki, bir zümrə insan ümumiyyətlə başqasının işinə qarışmağı məqbul saymır. Bu münasibət əmr be məruf və nəhy əz munkərə biganəlikdən başqa bir şey deyil. Belə bir münasibət qərb mədəniyyətindən doğur və biz tələyə düşməməliyik. Qərb mədəniyyətinin önə çəkdiyi nöqtələrdən biri budur ki, insan başqasının işinə qarışdıqda onun həyatı üçün təhlükə yaranır. Bu sayaq bəhanələrlə ilahi vəzifədən boyun qaçırmaq olmaz. Şəriətdə insan üçün təhlükə doğuracaq bütün nöqtələr son incəliyinədək nəzərə alınıb və qərblilərin narahatçılığına ehtiyac yoxdur. Qurani-kərimdə uyğun vəzifəni tərk etmiş Bəni-İsrailin taleyi haqqında buyurulur: «Bəni-İsraildən küfrə uğrayanlar Davud və İsa ibn Məryəmin dili ilə lənətləndi. Bunun səbəbi onların günahı, təcavüzü idi. Onlar bir-birlərini yol verdikləri çirkin işlərdən çəkindirmirdilər. Doğrudan da, necə pis idi onların gördüyü iş!»("Maidə”, 78, 79.)
    Ayə ilə bağlı imam Səccad (ə) Əmirəl-möminindən (ə) belə nəql edir: «Onlar qarşılarındakı sitəmkarların çirkin işlərə məşğul olduqlarını görür, amma onları çəkindirmirdilər. Onlardan xeyir əldə edəcəklərinə ümid bağlayır və qarşı tərəfdən bir zərər toxunacağından qorxurdular.»(Biharul-ənvar”, c. 100, s.79, rəvayət 37, bab1.)
    Digər bir rəvayətdə uyğun ayə ilə bağlı imam Sadiq (ə) buyurur ki, bu güruh günahkar güruhla yoldaşlıq etmirdi, onların məclislərinə qatılmırdı; amma onlarla rastlaşdıqda səmimi görüşür, ünsiyyət saxlayırdılar. Əmirəl-möminin (ə) də öz xütbələrində bu mühüm ilahi vəzifəyə işarə edərək onun tərk olunmasının lənətə səbəb olduğunu bildirir: «Həqiqətən Allah-təala qarşınızda dayanmış keçmişdəkiləri əmr be məruf və nəhy əz munkəri tərk etdikləri üçün lənətlədi. Allah ağılsızları yol verdikləri günaha, ağıllıları nəhy əz munkəri tərk etdiyinə görə lənətlədi.»("Nəhcül-bəlağə, Feyzul-İslamın tərcümə və şərhi, xütbə 234.)
    Bir daha qeyd edirik ki, bu işdə ifratdan çəkinmək lazımdır. Uyğun vəzifənin icrası şəraitdən, tərəf-müqabilindən, mühitdən asılıdır. Biz bu fərqləri dərk etməyə çalışmalıyıq. Bu məqamda mərhum Mirzayi Şirazi ilə bağlı bir əhvalat yadıma düşdü: Böyük ustadlardan biri nəql edir ki, Mirzayi Şirazinin də olduğu məclisdəki vaiz və mərsiyəxan həqiqətə uyğun olmayan sözlər deyirdi. Bu nöqtə məclisdə iştirak edən alimləri narahat etdi. Hamı götür-qoy edirdi ki, nəhy əz münkər lazımdır, yoxsa ox? Amma mərhum Mirzayi Şirazinin sakit oturduğunu görüb hamı susdu. Mərsiyəxan minbərdən düşüb məclisi tərk etdikdən sonra oradakılardan biri Mirzayi Şirazidən soruşur: «Məgər onun rövzəsini eşitmədiniz?» Mirza bildirir ki, eşitdim. Həmin şəxs soruşur: «Məgər onun dedikləri doğru idimi?» Mirza cavab verir ki, xeyr. Yeni sual ünvanlanır: «Bəs nə üçün siz bunun qarşısını almadınız?» Mirza belə cavab verir: «Əgər ona bir söz desəydim birdəfəlik şəxsiyyəti sınardı. Buna görə də qərara gəldim ki, onu xüsusi dəvət edib təklikdə söhbət edim.»
    Hər halda əmr və qadağada mühüm bir nöqtə var: Kiçik bir günaha görə insanın şəxsiyyətini sındırmaq olmaz! Unutmamalıyıq ki, şəxsiyyətin təhqiri qadağandır. Əmr və qadağa vəzifəsi insanların təhqirinə yol açmır. Bizim əmr və qadağalarımız insanların İslama münasibətini soyutmamalıdır.
    Digər bir tərəfdən, qərb mədəniyyətinin təsiri altında insanlara elə gəlir ki, əmr və qadağa insanların işinə qarışmaqdır. Guya bir şəxsin tutduğu yol haqqında fikir bildirməyə kimsənin ixtiyarı yoxdur. Qeyd etdik ki, İslam belə bir məntiqi rədd edir və İslam maarifinə əsasən hər bir müsəlman şəraitə uyğun olaraq insanları yaxşılığa çağırmalı, pislikdən çəkindirməlidir!
    CƏMİYYƏTİN GÖYƏRTƏSİNİ DƏLMƏK GÜNAHDIR.
    Sədi Şirazi öz məşhur şerində buyurur ki, bəni-Adəm bir-birinin əzasıdır. Deyiləni əmr və qadağa mövzusuna da tətbiq etmək olar. Maraqlıdır ki, böyük əksəriyyət bu şeri zümzümə etdiyi halda cəmiyyətin bir üzvü olan fərdin ağrılarına biganə qalır. Məgər birinin gözünə düşmüş çöpü çıxarmaqda nə problem var? Əgər insanlar cəmiyyətə eyni bir əza kimi baxsalar onun eyblərinə biganə qalmazlar. Təbabət aləmində qəbul olunmuş həqiqətlərdən biri budur ki, bədənin xəstələnmiş üzvü digər üzvlərə təsir göstərir.
    Cəmiyyətdə fərdin pis iş görməsi gəmidə bir şəxsin öz oturduğu yeri dəlməsi kimidir. Belə bir hərəkətə sükutla yanaşmaq olmaz. Əgər bir şəxs «kimə nə var» deyib gəmidə öz oturduğu yeri dəlirsə, o bütün heyəti ölümə aparır. Məgər cəmiyyət öz ölümünə biganə qala bilərmi?!
    Məlum məsələdir ki, gəmi deşildikdə təkcə onu deşən kəs zərər görməyəcək. Nəticədə bütün gəmi suya qərq olasıdır. Su gəmiyə dolduqda gəmini deşən şəxsi axtarmır. Cəmiyyət də bu gəmi kimidir. Pis əməl gəmini deşmək kimidir.
    Qərb dünyasının bugünki məntiqinə əsasən insan onun işinə etiraz edənlərə «sizə dəxli yoxdur» deyə bilər. Əlbəttə ki, bu etirazda nəzakət qaydalarına əməl oluna bilər. Amma istənilən bir halda nəticə eynidir. Belələrinə aydınlaşdırmaq lazımdır ki, sizin gördüyünüz iş təkcə öz həyatınıza təsir göstərmir. Əgər bir qadın yarıçılpaq vəziyyətdə küçəyə çıxırsa onun görünüşü bütün cəmiyyəti təsirləndirir. Azadlıq pərdəsi altında insanların psixologiyasına zərbə vurmaq qadağandır. İstər qadın, istər kişilərə cəmiyyət üçün qeyri-məqbul formada küçəyə çıxmaq icazəsi yoxdur. Məntiq hökm edir ki, cəmiyyətin sağlamlığı xatirinə məhdudiyyətlər qoyulmalıdır.
    Bir sözlə, «kimsə mənim həyatıma əl uzada bilməz» məntiqi yanlışdır. Cəmiyyət vahid bir cisimdir. Bir fərdin halının dəyişməsi bütün cəmiyyətə təsir göstərir. Bu səbəbdən də eyni bir cəmiyyətdəki fərdləri ayrıca vahidlər kimi götürmək olmaz. Hətta bir şəxsin gördüyü pis iş cəmiyyət üçün qorxulu olmasa da, onun islahı Allah tərəfindən müəyyənləşdirilmiş vəzifədir. Əlbəttə ki, Allah-təala cəmiyyətin səadətinə ehtiyacsızdır və bütün bunlar bəşəriyyətin xoşbəxtliyinə xidmət edir. Allah hər vasitə ilə insanları cəhənnəm və əzabdan qorumağa çalışır.
    İFRAT VƏ TƏFRİT HAQQINDA SON SÖZ
    Söhbətimizdən belə bir qənaətə gəldik ki, əmr və qadağa vəzifəsini yerinə yetirərkən onun qaydalarına əməl etmək, daha faydalı üslubda hərəkət etmək lazımdır. Məqsəd təkcə vəzifəni yerinə yetirmək olmamalıdır. Görülən işin təsiri nəzərə alınmalıdır. Əmr və qadağa vəzifəsini zəruri edən cəmiyyətin islahıdır. Əgər bu işdə zərrəcə zərər olarsa, səbr etmək daha yaxşıdır. Var gücümüzlə çalışmalıyıq ki, əmr be məruf və nəhy əz munkərin mənfi təsirləri olmasın, arada kin- küdurət yaranmasın.
    Bu gün qərb mədəniyyətinin «fərdin işi onun özünə aiddir» şüarına qarşı iradlarımızı bildirməliyik. Əmr və qadağa vəzifəsi başqasının işinə qarışmaq və ya onun azadlıq haqqını əlindən almaq deyil. Təəssüf ki, bəzilərinin nəzərincə, azadlıq mütləq dəyərdir. Əlbəttə ki, belə bir təsəvvür batildir, İslam və müsəlmanlıq ruhuna uyğun deyil. Əslində həmin qərb ölkələrinin özündə qanunlar mövcuddur. Məgər qanun məhdudiyyət deyilmi? Biz müsəlmanların da öz əqidələrinə uyğun qanunları var. Əgər görülən iş qanuna ziddirsə, ona azadlıq donu geyindirib yol açmaq olmaz. Əlbəttə ki, biz aşkar günahlardan danışırıq və xəlvəti günahların araşdırılması ayrıca bir mövzudur. Qeyd etdik ki, günahın zərəri təkcə fərdə aid deyil. İstənilən bir halda fərdə cəmiyyət arasında qanuna zidd hərəkət etmək imkanı verilməməlidir. İslam mədəniyyətini qərb mədəniyyətindən fərqləndirən ən mühüm nöqtələrdən biri budur ki, qərb yalnız maddi ölçülərə, İslam isə həm də axirət dəyərlərinə istinad edir. Əgər qərb insanın yalnız dünya xoşbəxtliyini nəzərdə tutursa, İslam insanın həm dünya, həm də axirət xoşbəxtliyini nəzərdə tutur. Əmr və qadağa vəzifəsinin icrasını zəruri edən cəmiyyətin hər bir üzvünü təhlükədən qorumaqdır. Əgər atılacaq addım cəmiyyətə fayda verəcəksə, insan öz şəxsiyyətini nəzərə almamalıdır. Unutmamalıyıq ki, keçmişdəkilər məhz öz fərdi mənafelərini və şəxsiyyətlərini qoruduqları üçün uyğun vəzifəni tərk etmiş və Allahın lənətinə düçar olmuşlar: «Bəni-İsraildən küfrə uğrayanlar Davud və İsa ibn Məryəmin dili ilə lənətləndilər. Səbəb bu idi ki, günah və təcavüz etdilər. Bir-birlərini yol verdikləri çirkin işlərdən çəkindirmədilər. Doğrudan da, necə də pis idi onların gördüyü iş.»("Maidə”, 78, 79.)
    Qeyd etdik ki, imam Səccad (ə) hazırkı ayə ilə bağlı Əmirəl-möminindən (ə) belə nəql edir: «Onlar qarşılarındakı sitəmkarlardan çirkin işlər və fəsad görür, amma onları çəkindirmirdilər; onlardan gözlədiklərinə tamah saldıqlarından və onlardan gözlənilən qorxu səbəbindən!»("Biharul-ənvar”, c. 100, s. 79, rəvayət 37, bab 1.)
    Söhbətimizin sonunda Allah-təaladan diləyirik ki, bizi tamah və qorxu səbəbindən vəzifəsini yerinə yetirməyənlərdən qərar verməsin! Xalqın razılığını qazanmaq üçün Allah-təalanın əmrlərinə biganə qalanlardan olmayaq!
    Category: Şəhadət yatağında Mövlanın (ə) öyüdü | Views: 861 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024