44-cü dərs: Rəyasət və rəhbərlik sevgisi Rəyasət və rəhbərliyin həqiqəti insanların qəlblərini ələ keçirmək və onlara sahib olmaqdır. Əmirəl-möminindən (ə) nəql olunan rəvayətdə buyurulur: "Çoban sürünü başsız buraxsa, onları canavarlara yem edər. Dini rəhbər isə müsəlmanlara düzgün rəhbərlik etməsə, onları Şüytana həvalı etmiş olar" ("Usulul-kafi" c. 2, səh.225, hədis 1) Şübhəsiz ki, bütün şüur sahibləri yanlış iradəçiliyin olduqca böyük fəsadlar miras qoyduğunu, dünya və axirət ziyanlarına bilavasitə səbəb olduğunu gözəl anlayırlar. Rəyasət və cah-cəlal daim inadkarların hədəfi olmuşdur. Onlar davamlı olaraq zəlalət və izzətin aradan getməsindən qorxmuş, xidmətçilərə qulluqçulara və insanlara qarşı şübhə ilə yanaşmaq səbəbindən daim batil təsəvvür və düşüncələr içində yaşamışlar. Rəyasət eşqi ilə yaşayan insan həyatın mənasıını anlamadan ömrünü ona-buna düşmənlik etməklə başa vurar, gecələr yuxuda sayıqlayar, gündüzlər isə heç vaxt arxayın və rahat ola bilməz. Allah-Təala Qurani-Kərimdə buyurur:
تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!("Qəsəs" surəsi, ayə 83) Rəsulullahdan (s) nəql olunan hədisdə buyrulur: "İnsanları qarşısında ayaq üstə görmək arzusunda olanlar Cəhənnəmdə yerlərini hazır bilməlidirlər" ("Biharul-ənvar" c. 77, səh. 90) Əmirəl-möminindən (ə) nəql edilən rəvayətdə buyrulur: "Alimlərin bəlası rəhbərlik arzusudur" "Rəyasət mənəvi cəhətdən həlak olmaqdır" ("Ğuraril-hikəm" səh. 331, 7614-cü hədis, "Usulul-kafi" c. 2, səh. 225) Müqəddəs Zəburda deyilir: "Əsl rəhbərlik mülk və var-dövlət rəhbərliyi deyil, axirət rəhbərliyidir" ("Biharul-Ənvar" c.14, səh.47)
|