İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:26 PM
    Qadın - Fatimə Fatimədir
    AİLƏ İLƏ SÖHBƏT
    Oxuduqlarınız bir hüseyniyyədəki çıxışımdır. Əvvəlcə, professor Lui Masinyonun həzrət Fatimə (ə) haqqındakı təhqiqatları, xüsusi ilə onun İslam cəmiyyəti və tarixindəki hadisələrlə bağlı xatirələrindən ibarət bir əsəri haqqında danışmaq istəyirəm.
    Məclisə daxil olduqda anladım ki, burada tələbələrdən əlavə başqa şəxslər də var və bu məclis daha çox diqqət tələb edir. Qərara gəldim ki, qadın cəmiyyətlərində çox aktual olan "necə olmalı” sualına cavab verəm.
    Qədim adət-ənənəyə sadiq qadınlar üçün problem yoxdur. Eləcə də, müasirliyi qəbul etmiş qadınlarda da narahatlıq görünmür. Lakin özünü hər hansı qəlibə salmış bu iki qadın qrupları arasında nə qədim qaydalara dözən, nə də müasir yad görüşlərə, formalara təslim olmaq istəyən bir qrup vardır. Bu qadınlar nə etməlidirlər? Onlar özlərini "seçmək”, özlərini düzəltmək, ideal tapmaq istəyirlər. Bu qadınlar üçün ən mühüm sual "necə olmaq”dır. Böyük inamla bəyan edirik: bu sualın cavabı Həzrət Fatimənin (ə) varlığıdır!
    Əvvəlcə, həzrət Fatimənin (ə) şəxsiyyətini təhlil etməklə kifayətlənmək istədim. Lakin ziyalılarımızın bu şəxsiyyətdən xəbərsizliyi, hətta dindarların "nalə”dən başqa bir şey bilməməsi məni vadar etdi ki, qüvvəm daxilində bu boşluğu doldurmağa çalışım. Ona görə də qarşınızdakı kitabda layiqincə tanınmamış bu xanımın şəxsiyyəti sənədli olaraq, geniş şəkildə izah olunmuşdur.
    Bu şərhlərdə qədim tarixi sənədlər ilkin istinadgahdır. Şiə etiqadına aid məsələlərin bəyanında isə sünni mənbələri əsas götürülmüşdür. Bu üsul bir çox iradları aradan qaldırır. Uyğun mənbələrdə həzrət Fatimənin (ə) məzlumiyyətinin, etirazlarının qəbulu bir çox həqiqətlərin üzərindən şübhə pərdəsini qaldırır.
    Oxuyacaqlarınız sadəcə bir çıxışın mətnidir və bu çıxış bir qrup şəxsin hüzurunda hazırlıqsız həyata keçib. Bu çıxışlardakı qeydlər isə bir gecə ərzində hazırlanıb. Ona görə də iddia edə bilmərəm ki, hər hansı tənqid yersizdir. Əksinə, söz sahiblərindən tənqid intizarındayam. Əlbəttə ki, həqiqət xidmətçilərinin zəhmətindən zövq alan söz sahiblərinin!
    Əli Şəriəti
    SÖHBƏTİN İSTİQAMƏTİ
    Belə bir müqəddəs gecədə çıxış etmək fikrim yox idi. Amma böyük islamşünas Lui Masinyonun həzrəti Fatimə (ə) haqqındakı araşdırmaları, xüsusi ilə "həzrət Fatimənin (ə) həyatı və şəxsiyyəti” adlı əsəri ilə tanışlığım məni bu söhbətə vadar etdi. O böyük xanımın - hətta ölümündən sonrakı - bərəkətli şəxsiyyəti, İslam tarixində ədalət ruhunun dirçəlişində rolu, zülmlə mübarizəsi İslam peyğəmbərliyinin bariz nümunələrindəndir. Təəssüflər olsun ki, bütün bu gerçəkliklər bəd niyyətli daxili və xarici əllər tərəfindən təhrif olunmuşdur. Lui Masinyonun bu əzəmətli işində bir şagird qədər çalışmağımdan fəxr duyuram. Xüsusi ilə, müxtəlif məhəlli ləhcələrdə yazılmış tarixi sənədləri araşdırmaq, kiçik də olsa, bir iş idi.
    Bu gecə həmin qiymətli əsərlərdən danışmağım istənildi. Həmin əsər hələ ki çap olunmadığından və müəllif dünyasını dəyişdiyindən, əksər islamşünas Avropa alimləri və bizim alimlər bu əsərdən xəbərsiz olduqlarından mən bu dəvəti qəbul etdim. Qərara gəldim ki, tələbələr üçün "Tarix və dinşünaslıq”, "Dini sosiologiya”, "İslamşünaslıq” mövzularında həmin alimin araşdırmalarını tənzimləyim. Amma indi görürəm ki, düşdüyüm məclis sinif otağından fərqlənir. Bu məclis moizə üçün də münasib deyil. Bu yığıncaqdakı ziyalılar müasir düşüncəli gənclərdir. Onlar bu məclisə ağlayıb savab aparmaq üçün gəlməmişlər. Onları quru tarixi salnamələr də maraqlandırmır. Burada iştirak edənləri daha həyati və taleyüklü bir məsələ maraqlandırır.
    NECƏ OLMALI?
    Bizim cəmiyyətdə qadın çox sürətlə dəyişir. Dövrün təsirləri onu tarixi xüsusiyyətlərindən məhrum edir, qadını öz istədiyi formaya salır. Ona görə də agah qadın üçün bu əsrdə ən ciddi sual "necə olmaq?”dır.
    Qadın anlayır ki, mühitin təsirləri altında olduğu kimi qala bilməz. Şəxsiyyətli qadın dövrün maskasını taxıb dəyişmək istəmir. O, özü üçün yeni simanı özü seçmək istəyir. Amma necə? Onun üçün həm keçmişdən irs qalmış qiyafə, həm də bərbəzəkli müasir maskalar darıxdırıcıdır.
    İkinci bir sual yaranır: Biz müsəlmanıq. Azadlıq eşqində yanan bizim qadın böyük bir mədəniyyətə bağlıdır. Bu mədəniyyət öz sərmayəsini İslamdan götürür. Uyğun mühitdə şəxsiyyətcə azad olmaq istəyən, həm qədim mövhumatlardan və həm də müasir şeytənətlərə təqlidçilikdən qaçan qadın İslama biganə qala bilməz.
    Bu qism qadınlar təbii olaraq düşünürlər: bizim camaat daim Fatimədən (ə) dəm vurur; onun üçün göz yaşları axıdır. İluzunu həzrət Fatimənin (ə) xatirəsinə həsr olunmuş yüzlərcə tədbirlər keçirilir. Bu xanım haqqında mədhiyyələr oxunur, onu incidənlərə lənət yağdırılır. Bütün bunlara baxmayaraq, Fatimə (ə) şəxsiyyəti hələ də açıqlanmamış qalır. Onun haqqında bildiklərimiz isə nəsildən-nəsilə ötürülmüş, demək olar ki, eyni ifadələrdir. Məsələn: Cəbrayıl (ə) həzrət Peyğəmbərə (s) zahir olub dedi: «Allah sənə salam yetirir və buyurur ki, Xədicəyə (s.ə) yaxınlaşmayasan. Qırx gün sonra Cəbrayıl Behiştdən təam gətirib, Xədicə ilə yaxınlığa göstəriş verir.
    Xədicə nəql edir: "Bu qırx günü göz yaşları içində keçirdim”. Nəhayət, həzrət Peyğəmbər (s) Xədicənin otağına daxil olur... Xədicə onları belə xatırlayır: "Mən həmin gecə bətnimdə Fatimənin nurunu hiss etdim. Elə o vaxtdan da Fatimə mənimlə danışardı, tənhalıq hiss etməzdim.”
    Diqqət edin! Fatimənin (ə) doğumundan ölümünədək onun haqqında heç bir məlumat yoxdur! Atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkr "Fədək bağı”nı Fatimədən (ə) zorla alır, Ömər öz dəstəsi ilə hücum edib o həzrəti döyür. Bu hadisə zamanı həzrət Fatimə (ə) altı aylıq körpəsini salır. Xanım öz körpələrinin əlindən tutaraq "Beytül-Əhzan” xarabalığına gəlir. Oturub ağlayır, ona zülm edənləri lənətləyir. Öz qalan qısa ömrünü göz yaşları içində keçirən həzrət Fatimə (ə) vəsiyyət edir ki, Əbu Bəkr və Ömərin pisliyindən qorunmaq üçün onu gecə və məxfi bir yerdə dəfn etsinlər.
    Amma Fatimə şəxsiyyətinin bəşər həyatı üçün örnək olası nöqtələri lazımınca araşdırılmamışdır. Əksər rəvayətlər bu xanımın Qiyamət günü möminlərə yardım olacaq şəfaətindən bəhs edir: "Ərşdən nida olunar ki: "Gözlərinizi yumun! Həzrət Fatimə (ə) öz qəsrinə gedir”. İki yaşıl örtüyə bürünmüş xanımı 70 min huri müşayət edər. Allah-təala buyurur: "Sənin müsibətinə görə sən, sənin övladların, şiələr və səni sevən qeyri-şiələr Behiştə daxil olanacan bəndələrimi sorğuya çəkməyəcəm”. Beləcə, Allah-təala yalnız bu insanları Behiştə daxil etdikdən sonra bəndələrini sorğuya çəkər ("Həqqül-yəqin”).
    Bəli, bu əzəmətli şəxsiyyət haqqında bundan artıq məlumat nəzərə çarpmır. Hansı ki, bir qadını mərifət nümunəsi seçmiş millətlər üçün bu çox azdır!
    İSTEDAD VƏ HƏQIQƏTPƏRƏSTLIK
    Zənnimcə, bizim millət üçün ən böyük iftixar onun həqiqətpərəstliyi, istedadı, agahlığı, zülmü tanıması, onun qarşısında müqaviməti və üsyanı olmuşdur. Bu milləti, istibdad rejimlərə xidmət edən ruhanilər, yanlış təbliğatlar heç zaman aldada bilməmişlər. Ona görə də, bu xalq tarixin ən sərt dönəmlərində həzrət Əlini (ə) rəhbər seçmişdir.
    Bu millət özü xilafətin vasitəsi ilə İslama gəlmişdir. O, xilafət libası geymiş xəlifələri, bəni-abbasiləri, bəni-üməyyələri, xanları, sultanları İslam təmsilçisi kimi görmüşdür. Bu millət İslamı, bütün dini bilikləri xilafətdən, mehrablar və minbərlərdən, məscid və mədrəsələrdən öyrənmişdir. Hansı ki, bütün bu mərkəzlər xəlifənin hakimiyyəti kölgəsində idi. Demək, insanları azadlığa çağıran İslam dini mövcud rejimin əlində alətə çevrilib, əksinə, azad insanları əsarətə sürükləyirdi.
    Millətlər anlayırdılar ki, İslam dini zalım hakim üçün bir vasitədir və bütün iddialar yalandır. Əsl din xadimi, əsl rəhbər isə Peyğəmbər (s) məscidinin bir guşəsindəki otaqda, öz qövmünün cəhalətinə dustaq olub oturmuşdu. Həqiqət nə Dəməşqin yaşıl saraylarında, nə də "Min bir gecə” nağıllı Bağdad qəsrlərində idi. Həqiqəti həzrəti Fatimənin (ə) uçuq, gil daxmasında axtarmalı oluruq.
    Mədinə xalqının, müasir ərəblərin, böyük əshabların görə bilmədiyi və ya görmək istəmədiyi, böyük Dəməşq və Bağdad təhsil ocaqlarının tanımadığı və tanımaq istəmədiyi həqiqətləri xəlifənin qılıncına təslim olmuş saray alimləri yaxşı görürdü. Tarixin ziddinə, zalım xilafət hökumətinə qarşı qaldırılan hər bir qiyam bu millətin fövqəl’adə istedadından və azadlıq eşqindən danışırdı. Bu qiyamlar dünya qovğalarından qulağı kar olmuş tarixi səksəndirirdi. Bu həqiqətsevərlik eşqi Mədinə kənarında xurma bağlarının dərinliyindəki müqəddəs insanı soraqlayırdı. Bu insan zalım rejimin tezliklə təqva, insanlıq libası geyərək növbəti yalanlara qədəm qoyacağını anlayırdı. Bu yolla çoxları aldadılacaq və çox qanlar axıdılacaqdı. Növbəti qurbanlar - xalq, həmin Həzrət (ə) və onun həyat yoldaşı (ə) olasıdır. Əlbəttə ki, nəsil-nəsil süzülən bu qan bir gün onların övladlarını da ağuşuna alasıdır.
    Şəksiz ki, tarixin çətin dönəmlərində belə bir qərara gəlmək millətimiz üçün asan olmayıb. Çoxqövmlü millətin bu sayaq ayıqlığı, insani gözəlliklərlə tanışlığı, tufanlar içində həqiqətə çatması olduqca çətindir.
    Bu da var ki, iman təkcə istedad və düşüncədən yox, eləcə də azadlıq yolunda axıdılmış qanlardan ibarətdir. Bu yol qurban, həqiqi isar, şücaət, əzab, xalislik, dözüm, böhtan və şallaq qarşısında səbr və s. tələb edir.
    Şiəliyin əsl ünsürləri bunlardır. Əlbəttə ki, söhbət əsl şiəlikdən gedir. Belə bir şiəlik zülmü lərzəyə gətirir. Zülmə arxalanmayan, firqəçilikdən, didişmələrdən, kin-küdurətdən uzaq olan məzhəb əsl şiəlikdir. Məhz, bu "ələvi vilayət”, yəni şiəlik öz şiəsini zülmə itaətdən, nadanlıqdan xilas edir. Bu əqidə nə Allah, nə də bəndə üçün xidmət etməyən sufilik deyil.
    Şiəlik İslamın özüdür. "İslamda başqa şeylər də var” deyimi yanlışdır. Əsl İslam şiəlikdir!
    "Ədalət” və "imamət” inanclarını İslam dininin əsaslarına şiələr əlavə etməmişlər. Din məsihilikdə, nəsranilikdə, zərdüştilikdə də vardı. "Hökumət”, "soy və millət”i dinə əlavə edən cahillik olub. Şiə və sünnilər arasındakı savaşların əsasında "imamət” və "ədl” inancları dururdu. Hansı ki, "Əli” "Məhəmməd”ə əlavə olunmayıb. "Əli”ni qəbul etmişik ki, "Məhəmməd”i itirməyək. İşə bax ki, Müaviyə, Mərvan, Mütəvəkkil, Harun, Əbu Cəhl və Əbu Süfyanın varisi olan bu zalımlar da dindən danışırlar.
    Biz Əlini və onun ailəsini Peyğəmbər (s) sünnətinə canişin təyin etməmişik. Bu ailə Peyğəmbərin (s) öz ailəsidir. Biz də Həzrət haqqında bu ailədən soruşmağı özümüzə borc bilmişik.
    Bəzi dost və düşmənlərin gümanına zidd olaraq, şiəlik İslamda sünniliyə ən yaxın olan məzhəbdir. Əsas ziddiyyət sünnilər tərəfindən yol verilmiş bidətlərə (yeniliklərə) qarşı çıxmaqla, Həzrət Əlinin (ə) və həqiqi şiələrin müqavimət göstərməsidir.
    Bütün dəyərlərin dolaşıq salındığı göz qabağındadır. Xilafətin dünyaya hakimlik etdiyi dövrdə "ədl” və "imamət”in də öz qanına qəltan edildiyi gerçəklikdir. Həqiqi din alimlərinin həmin dövrdə çəkdiyi müsibətlərə Bəni-Üməyyə, Bəni-Əbbas, türk və monqol istilaçıları canlı şahiddirlər.
    İslam tarixində həzrət Əli (ə) və Fatimə (ə) haqqında xoş söz demək asan olmayıb. Bu ailəyə sadiq mübariz şair Kumeyt deyir: "Əlli ildir ki, dar ağacımı çiynimdə gəzdirirəm”. Bu aqibət şiə məzhəbini yaşatmış bütün insanların intizarında olmuşdur. Bu tarixin hər bir sətri şəhid qanları ilə yazılmışdır! Həmin cəsur şiə mücahidləri üçün son dövrlərdə ortaya çıxmış "səbir et, özü gəlib bütün işləri islah edəcək” fəlsəfəsi məqbul sayılmamışdır!
    İbn Sikkit böyük ədib olmuşdur. O, əsgər yox, ədib idi. Mütəvəkkil Abbasi öz övladlarının təlim-tərbiyəsi üçün İbn Sikkiti dəvət edir. Bir müddət sonra hiss edir ki, övladlarında Əli (ə) və onun ailəsinə məhəbbət yaranıb. Xəbər verilir ki, bu müəllimin təsiridir.
    Bir gün xəlifə dərs otağına daxil olur. İbn Sikkitə nəvaziş göstərib deyir: "Övladlarım necə oxuyur?” İbn Sikkit uşaqları çox tərifləyir. Xəlifə qəfildən belə bir sual verir: "Ey İbn Sikkit, sənə mənim övladlarım əzizdir, yoxsa Əlinin övladları Həsən və Hüseyn?”.
    İbn Sikkit düşünür ki, bu yerdə həqiqəti gizləmək təqiyyə yox, xəyanətdir. İbn Sikkit gözəl bilir ki, təqiyyə mömini yox, imanı qorumaq üçündür. O, tərəddüd etmədən deyir: «Əlinin nökəri Qənbər də səndən və sənin övladlarından qiymətlidir!!». Mütəvəkkil əmr edir ki, İbn Sikkitin dilini boynunun ardından çıxarsınlar!
    Həqiqəti bəyan edərək böyük şücaətlə zalımları qamçılayan dillər olmuşdur. Bu bəyanlar zalımları məğlub edə bilməsələr də, onların iç üzünü açaraq, rüsvay etmişlər. Bu səbəbdən də azadlıq, bərabərlik, ədalət hissi xalqın yaddaşından silinməmiş, tarixdə öz ləyaqətli qiymətini almışdır.
    BIZ VƏ XALQ
    Bu ağır və təhlükəli məsuliyyəti iki qrup daşıyır: bu qruplardan biri "imamət”i "nübüvvət”in davamı bilən mücahid şiə alimləridir. İkinci qrup isə səmimi və pak etiqadlı insanlardır. Onların sükutu xaqanları özündən çıxarır, hökumətin şallağı belə mücahidlərin səbrindən qan ağlayır.
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1391 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024