İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:25 PM
    Qadın - Fatimə Fatimədir
    ƏQL VƏ EŞQ
    Hər bir məzhəb, məktəb, hərəkat və inqilab iki ünsürdən ibarətdir: biri işıqlıq, digəri hərəkətdir. Birinci dəstənin nümayəndələri xalqın düşüncəsini işıqlandırır, ikinci dəstə isə onları ali məqsədlərə doğru hərəkətə qaldırır. Aleksis Karl deyir: "Əql-avtomobilin qarşıda yolu göstərən çırağıdır, eşq isə bu maşını hərəkətə gətirən mühərrikdir”. Biri olmasa, o birisi faydasızdır. İşıqsız mühərrikli maşın kor aşiq kimi uçurumdan aşasıdır.
    Cəmiyyətdə, hər hansı hərəkatda alimin işi yol göstərməkdir. Xalq isə hərəkət mənbəyidir. İstənilən bir hərəkatın beyni alimlərin fəaliyyəti ilə hərəkətə gəlir, xalq isə eşqini izhar edir. Əgər cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər. Xüsusi ilə din və məzhəbdə bu iki şərt mühümdür. Bir sözlə, əql və hisslər qarşılıqlı şəkildə bir-birini tamamlamalıdır.
    İslam dini bütün məzhəblərdən daha çox "kitab” və "cihad” dinidir. Quranda düşüncə (alim) və eşqin (cihad) sərhədlərini seçmək çətindir. Şəhadət həyat hesab olunur, qələmə and içilir. Həzrət Peyğəmbərin (s) tərəfdarları arasında abidlər mücahidlərdən, mübəlliğlər başqalarından seçilmirlər.
    Şiə tarixində eşq və şəhadət səhifələri genişdir. İslam eşqi cuşa gəlmiş aşiqlər, təfəkkür və mərifət, elm və hərəkət mərkəzidir. Eşq və pərəstişsiz həqiqət elm, həqiqətdən uzaq pərəstiş isə bütpərəstlikdir!
    ŞƏHADƏT EŞQI - GÖZ YAŞI!
    Şiəlik belə doğulmuş və belə yaşamışdır. Onun mütəfəkkir və müctehidləri ictihada, elmi araşdırmalara, məntiqə, etiqad və əməli bəhslərə, həqiqi İslamın hifz edilməsinə, yunandangəlmə fəlsəfə və digər başgicəlləndirən elmlərdən qorunmağa həvəsləndirilmişlər.
    Xalq kütlələri ixlas və eşqlə Əli (ə) və onun ardıcıllarına tabe olmuş, şiəliyin təqib olunduğu dövrlərdə "Peyğəmbər”, "Əli” kəlmələrinə görə olmazın əzabına düçar edilmişlər. Bu gün də insanlar Əhli-beyti (ə) sevir, onlara vəfadarlıq nümayiş etdirirlər. Hələ də, əsrlər ötdükdən sonra, müxtəlif çətinliklərdən keçmiş insanlar Əhli-beyt (ə) yolu ilə daxil olduqları tövhid qəsrinə arxa çevirmirlər. Hələ də hüznlü başları Fatimə (ə) divarına dayanmış görürük. Bu göz yaşlarının hər bir damlası Əhli-beyt (ə) xanədanına sədaqətin bəyanıdır. Göz yaşından səmimi bir etiraf, eşq varmı?! Məgər göz yaşı sədaqətdən danışmırmı?! Ən ülvi eşq nümunəsi olan bu göz yaşları, aşiqlərin məhəbbət dəryasında fəna olması deyilmi?!
    Hələ də ardıcıllarımızın öz sözlərini gözəl şəkildə bəyan etdiyini görürük. Mənim göz yaşını yüksək dəyərləndirməyim sizi təəccübləndirir?! Təəccüblənməyin, bu ən ülvi eşqin rəmzidir!
    Diqqətli olun ki, iki fikri bir-biri ilə qarışdırmayasınız. Vəzifə olaraq ali hədəfə çatmaq üçün ağlamaq bir başqa həqiqətdir. Amma ağlamaq, həm də təbii bir hissin təcəllasıdır. Eşq acısından doğan göz yaşlarında riya axtarmayın.
    Hazırda Latın Amerikasında yaşayan məşhur fransız inqilabçısı yazır: "Heç vaxt ağlamayan, göz yaşlarını tanımayan insanlar insanlıq hissini itirmişlər”. Bəli, belə bir qəlb daş, quru və vəhşi bir varlıqdır.
    Bizim "eşq pirimiz” özünü danlayaraq deyir: "Ey qəlbim, bilirsənmi ağlamaqda necə faydalar var? Ey qürur, hətta göylər, səhra canavarları da ağlayırlar!”.
    Elə ki, gözdən yaş damdı, sızıltı qopdu, göz yaşları damla-damla qəlbə axdı, qəfildən nəfəs yolunu bağlayır; hıçqırtı qopur. Bu, insanın həqiqi eşqinin bəyanıdır!
    Hansısa bir zəruri məsələyə görə "proqram”əsasında göz yaşları axıdılırsa, nəzərdə tutulmuş məqsədə çatmaq olar, amma bu eşq deyil!
    Məşuqundan uzaq düşmüş aşiq, əzizini itirmiş şəxs məqsədli, fayda güdərək ağlamır. Bu göz yaşları imanın lətif nişanələrindəndir.
    Amma gün uzunu min bir hoqqadan çıxıb, cib soyub, qulaq kəsib, günorta şaqqanaq çəkərək ailəsi ilə kabab yeyib, axşama yaxın özünü məscidə verən "gözüyaşlı”nı səmimi hesab etmək olmaz! Proqram əsasında ağlamaq, qəmlənmək aşiq işi deyil. Proqramla qəmlənənlər, adətən, bu proqram başa çatanacan qəhvə, qəlyan sifariş verir, böyük bir xeyirxahlıq etmiş kimi mütəkkələr ağuşunda yırğalanırlar. Beləsinə siz necə baxırsınız? Mən də elə baxıram! Məhbubu tanımayan aşiq öz göz yaşları ilə ancaq gözlərinin tozunu təmizləyə bilər.
    Unutmayaq ki, həzrət Hüseynin (ə) vaqeəsinə ilk ağlayan Ömər ibn Səd oldu. Bu göz yaşlarını müttəhim edən isə həzrət Zeynəb idi! Bu da maraqlıdır ki, həzrət Hüseynə (ə) ilk əzadarlıq məclisi Yəzidin sarayında quruldu.
    Aşiqanə ağlayan isə xalq idi. Bu xalqın sözü göz yaşı idi. Onlar nə alim, nə də filosof idilər. Onları ağladan iman və eşq idi.
    Heç bir məzhəbin belə bir pak ailə nümunəsi olmamışdır. Bu ailədə ata—Əli (ə), ana—Fatimə (ə), oğul—Hüseyn (ə), qız—Zeynəbdir (ə). Heç bir xalq hansısa bir ailəyə bu qədər eşq, ixlas, iman, fədakarlıq izhar etməmişdir.
    Hazırda Fatimə (ə) ocağında yeni bir mədəniyyət yaranmışdır. Tarix bu evin fəzilətləri ilə zənginləşmişdir. Bu eşq indi də həqiqət aşiqlərinin damarlarında cərəyan etməkdədir. Bu ailə bəşər nəsli içində əbədi əzadarlıq imtiyazı qazanmış yeganə ailədir. Amma aşiq, könüllü fədakarların gözlərindən sellənən bu yaşlar hələ də şoranlıqları cücərdə bilməmişdir. Bu ağrılar, bu nalələr hədər gedirsə, kimdir günahkar? Alimlər! Xalqa istiqamət, agahlıq verməyə borclu olan alimlər!
    Əsrlər boyu istedadını fəlsəfə, kəlam, təsəvvüf, fiqh, üsul, ədəbiyyat, bəyan, məani, bədi, sərf-nəhvə sərf edən alimlər hələ ki, xalqa "əməl risaləsi”ndən başqa bir şey təqdim edə bilməmişlər. Hansı ki, xalqa əsl həqiqətləri, kamillik yolunu, Kərbəla fəlsəfəsini, Əhli-beyt ideallarını çatdıra biləcək şəxslər "müctehid” tituluna layiq bilinmədiklərindən kölgədə qalmışlar. Ona görə də, bu sayaq həyati əhəmiyyətli mövzular, sadəcə mədrəsə proqramlarında yer almışdır. Beləcə, gənclər, adətən, fiqh öyrənmək üçün mədrəsələrə daxil olur, min bir zəhmət hesabına "fəqih” olub, xalqdan kənarda qalırlar. Fəqihlik istedadı olmayan bir qrup isə sırf çarəsizlikdən dini təbliğat üçün xalqa üz tutur. Üçüncü bir dəstə də var. Əlindən heç bir iş gəlməyən bu üçüncü dəstə, az qalır həm müctehid, həm də təbliğçidən irəli keçə!
    Bütün bu pərakəndəlikdə xalqın və məzhəbin halı necə olmalıdır?
    Beləcə, iman və eşqi, Quran və Nəhcül-bəlağəsi, Əli və Fatiməsi, Hüseyn və Zeynəbi, isar etdiyi qan dəryası olan millət qara günə qalır.
    İşə bax ki, Janna dArk kimi yuxupərəst bir qadın fransız xalqının azadlıq simvoluna çevrilir və fransız xalqı bu çılğın qızdan ilham alır; Hüseyndən (ə) ağır risalət yükü daşıyan Zeynəb (ə) kölgədə qalır?! Hansı ki, Kərbəla vaqeəsinin davamı, açılışı, cinayətkarların ittihamı Əli qızı (ə) Zeynəbin (ə) çiynindədir. Fədakarlıq simvolu olan mücahid Zeynəb növhəçi kimi tanıtdırılır və həqiqətlər amansızlıqla susdurulur.
    Mən məzəmmət dolu, kinli bir fəryad eşidirəm. Bu fəryad xalqın imanına, İslama, Peyğəmbər və Əli şiələrinə məsul alimlərə yönəlib. Bəlkə də, bu fəryad elə Əlinin (ə) öz səsidir! Sanki Əli (ə) deyir: «Nə işlə məşğulsunuz?! Nədən danışırsınız?! Nə üçün susursunuz?! Əsrlər boyu Quranı xalqa çatdıracaq qənaətbəxş bir kitab yazılıbmı?! Mənə həsr olunmuş mədhiyyələrlə dolu cildlərlə kitablar nə verir?! Bir fars, bir türk mənim dilimi anlamır. Lamartininin bütün sevgi dastanları dilinizə çevrildiyi halda, müsəlman mücahid mənim haraylarımdan xəbərsiz qalıb!»
    Qısa ömrü "Bitlz”a sərf edənlər dünyadan Əli xəbərlərini eşitmədən gedəcək, heyf!
    İmamların həyat və fəaliyyətlərini yığcam və dəqiq əks etdirən bir risalə yazılıbmı? Mövlud və vəfat günləri göz yaşları axıdırsınız, amma hələ də dünya Əhli-beyt (ə) məqamından xəbərsiz qalıb.
    Bizim millətlər bütün ömrünü Əhli-beytə (ə) eşq içində keçirib, əzadarlıqlar qurub, göz yaşları axıdıb, ehsanlar paylayıb. Amma imamlar kimi yaşamaq, onlar kimi danışmaq, onlar kimi oturmaq, onlar kimi susmaq, onlar kimi əsarətə boyun əyməmək, şəhadətə qucaq açmaq bir o qədər də önəmli olmayıb. Hansı ki, əsl aşiq qədəmini məşuqun qədəm yerinə qoymaqdan ləzzət alır.
    Əgər bir şəxs sevgi dolu ürəklə başını yarıb qanını yerə tökürsə və eyni zamanda Kərbəla vaqeəsini anlamırsa, günahkar kimdir? Əgər bir xanım Zeynəb (ə) eşqi ilə köz üstə çıxırsa, amma Zeynəb (ə) ideallarından xəbərsizdirsə, günahkar kimdir? Belə insanlar üçün Hüseyn, Zeynəb Aşura gününün səhərindən Aşura günortasınadək mövcuddur?! Əzadarlıq dövrü sovuşan kimi, bütün amallar yaddan çıxarılır!
    Təsəvvür edin ki, gözünü açıb ata-ananı Hüseynə, Zeynəbə, Kərbəla şəhidlərinə ağlayan görən gənc kənar bir ölkədə ali təhsil alıb vətənə qayıdır. Bu əvvəlki övlad deyil. Onun ciddi sualları var. Onun "din yalnız ağlamaqdan ibarətdirmi?” sualına kim cavab verməlidir? Axı, bütün ömrünü dinə sədaqətlə sərf etmiş savadsız ana öz hisslərini izhar etməkdə acizdir! Bəs müqəssir kimdir?
    Əgər azad düşüncəli bir ziyalı öz xalqının geri qalmasından əziyyət çəkirsə və onları oyatmaq üçün çalışırsa, həm cəmiyyətini tanımalı, həm də tarixini bilməlidir. Bu ziyalı öz məzhəbini Mədinə, Fatimə ocağı, Hüseyn şəhadətgahı, Zeynəb karvanı prizmasından yox, İsfahan və Qum fatimiyyə və hüseyniyyələrindən öyrənərək fəryad qoparsa ki agahlıq və şəxsiyyət istəyən qadınımız uzaq keçmişdə qalmış ənənələrdən faydalana bilməz, hələ zülmü tanımamışdır. Bu ziyalı, cəmiyyətin buxovunu öz boynunda hiss etmir. Dünyagörüşü məhdud insan, hadisələri yalnız "öz pəncərəsindən” seyr edərək, zülmə qarşı qiyam üçün əlinə şəmşir götürür və bu şəmşiri öz başına endirərək dünyasını dəyişir. Bu məzhəbi əməl onun dəryalarca günahını yuyur və o, anadan yenicə doğulmuş körpə tək pak halda Allah hüzuruna gedir... Bəli, alimlərin günahı budur ki, insanları yaxşıya əmr edib, pisdən çəkindirmək, həqiqət yolunda cihad və şəhadət əvəzinə, xalqı əzadarlıq, göz yaşı, təqiyyə, yersiz şəfaətə çağırırlar. Xalqın zülm qarşısında itaətə, səbrə dəvət edilməsi islami prinsiplərdən kənardır!
    Əgər xalq inanıbsa ki, Əli məhəbbətində kimyəvi bir təsir var və bu məhəbbət günahı savaba çevirir, bir ömür zülm etmiş insan bu məhəbbət səbəbindən axirətdə xoşbəxtliyə qovuşur, müqəssir kimdir?
    Əgər atalarını əməldə Əhli-beyt (ə) göstərişlərinə bağlı görməyən oğullar bu məzhəblə əlaqəni kəsirlərsə, kimdir günahkar?
    Əgər bizim ziyalılarımız iddia edirlər ki, bizim cəmiyyət məzhəbi, Əhli-beyt (ə) aşiqi, Əli (ə) vurğunu olmasına baxmayaraq, bəzi qeyri-müsəlman və ya qeyri-şiə cəmiyyətlərdən mədəniyyət baxımından geri qalır, kimdir müqəssir?
    ƏLİ (Ə) AİLƏSI, ZİYALI, YOXSA XALQ?
    Doğrudanmı, Əli xanədanı cəmiyyətin tərəqqisində təsirsizdir? Yoxsa, ziyalıların araşdırmaları əsassızdır? Bəlkə, dindar xalq özü süstlük göstərir?
    Əlinin (ə) müqayisəsiz həqiqət, mütərəqqi məktəb olmasına heç bir şübhə yoxdur. Əli (ə) əfsanəvi həqiqətdir. İnsan necə olmalıdırsa, Əli (ə) elədir!
    Onun həyat yoldaşı Fatimə ideal qadın nümunəsi olaraq, heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn və Zeynəb öz inqilabları ilə istibdadı bəşər tarixində əbədi rüsvay edənlərdir.
    Fatimə "evi”, İbrahimin öz varisləri ilə məskunlaşdığı Kəbədir. Əlbəttə ki, burada "Kəbə” bir işarədir. O Kəbə daşlardan qurulmuşdusa, bu Kəbə insanlardan ucalmışdır. O Kəbə yalnız müsəlmanlar üçün idisə, bu Kəbə bütün məzlum aşiqlərin sığınacağıdır.
    Digər bir tərəfdən tarix həmişə şahları və sarayları din, mədəniyyət, elm və bilik mərkəzi kimi tanıtdırmışsa da, agah insanlar bu göyçək sözlərə inanmamış, əsl mərifət ocağını özləri təyin etmişlər. Bu gün də səmimi ürəklər Fatimə evinə məhəbbətlə doludur. Onlar Əhli-beyt (ə) müsibətlərinə ağlayır, ilahi həqiqətlər yolunda canlarından keçirlər. Bu vəqfləri, nəzirləri, ehsanları hesablayın. Bu gün maddiyyat önə çıxıb məzhəb zəifləsə də, həqiqi aşiqlər bir tikə çörəyə möhtac olduqları halda belə imanlarına sədaqət göstərir, Məsumların (ə) xatirəsinə milyonlarla məclislər qururlar. Bu məclislərdə 150 minədək alim və vaiz, yetmiş min rövzəxan iştirak edir. Hüseyniyyələrin inşasına, heyətlərin təşkilinə xərclənən pulları, imanlı müsəlmanların ödədikləri xüms və zəkatı hesablayıb qurtarmaq mümkün deyil. Onu da nəzərə alın ki, bütün bu işlər iqtisadi cəhətdən geri qalmış, əsas sərmayəsi bir neçə min kapitalistin əlində toplanmış ölkələrdə baş verir. Bu yeni təbəqə qərb havasında mədəniyyətbazlıq edir və həqiqi məzhəbi tanımaq istəmir. Bu burjua təbəqəsi arasında üç-beş nəfər özünü dindar göstərən varsa da, bu dindarlıq formal xarakter daşıyır. Seyyid Qütb demişkən, belələri yalnız "amerikan islamı”nı bəyənirlər. Bu "dindar”ların övladları vaxtını Avropa otellərində, çimərliklərdə keçirir, atalarının səxavəti hesabına rəqqasələrin başına pul səpir, arabir də aclıq çəkən ölkələrə qəpik-quruş humanitar yardım göstərirlər. Bir növ sağılıb qurtardıqdan sonra, öz millətlərini sağmaq üçün geri qayıdırlar. Belələri nəinki öz çirkin əməllərindən xəcalət çəkmir, hətta özlərini «mədəniyyət fədailəri» hesab edirlər.
    Eyni vaxtda müqəddəs Kərbəla, müqəddəs Kəbə evinin ziyarəti eşqi ilə yaşayan, əqidəsini, dünyagörüşünü artırmaq istəyən, dini vəzifələrini yerinə yetirmək arzusunda olan bir müsəlman cəmi 50 min tümən pul götürüb, "Bismillah” deyərək yola çıxır. (İlahi, nələr deyirlər bu adam haqqında! Millətə, mədəniyyətə xərclənəsi pullar havaya sovruldu! Daha deyən yoxdur ki, adı müsəlman olan bir kapitalistin ərköyün oğlu öz aşnaları ilə Paris otellərində bircə gecədə on qat bundan artıq pulu havaya sovurur! Özü də xalqın damarından sorulmuş pulu!)
    Bunu da qeyd etməliyik ki, özünü əksəriyyət təşkil edən təbəqədən ayırıb "modern” göstərən yalnız bir hissə varlı tacirdir. Varlıların böyük bir hissəsi mədəni, məzhəbi cəhətdən kasıb xalqla çox yaxındır. Onlar din və məzhəb yolunda elə böyük pullar xərcləyirlər ki, bu səxavət yalnız imandan doğa bilər.
    Burada bir sual yaranır: Bir tərəfdən İslam bizim dinimizdir. Eləcə də, İslam bəşər tarixinin son dinidir. Ən təkmil olan bu din insanlara yaşamağı, şəxsiyyətli olmağı, mədəniyyət və qanunçuluğu, ilahi və ictimai tövhidi və hər fərdə şəhadətə hazır cəmiyyət qurmağı öyrədir.
    Digər tərəfdən, şiə məzhəbi "imamət” və "ədalət” məzhəbidir. Şiələr Əli (ə) və onun övladlarının (ə) ardıcıllarıdır. Tarix bu şəxslərin cihad, müqavimət, azadlıq mübarizəsinə, zülm önündə boyun əyməməsinə şahiddir. Onlar hər zaman zalım və ya istismarçı və müstəmləkəçilərlə yaxınlıqdan kənar olmuşlar.
    Əli, Hüseyn və Zeynəbə inam, məsum rəhbərə itaət, elmi ictihad və əməli cihad, şəhadət və hazırlıq, sonuncu İmamın (ə) zühurunun intizarı kimi həqiqətlər hər an diridir.
    Bizim xalq eşq əhli olaraq bu ailədən ilham alır. Müqəddəs adlar insanlara ruh verir, onların zikri qanları cuşa gətirir.
    Bu xalq həmin müqəddəslər yolunda qanından keçməyə hazırdır. Bu xalq nalə çəkir, qəm içində üzülür, hər il o qanlı hadisəni xatırlayaraq, əzadarlıq edir və hətta eşqin şiddətindən özlərini qana bulayırlar.
    Digər bir tərəfdən, bizim ziyalılar, dünyadan xəbərdar və agah gənc nəsil imana möhtac olduğu halda, azadlıq və inqilablar haqqında düşünür, öz xalqının bərabərliyi və ayıqlığı üçün çalışır. Bu günkü ziyalı qərbə uyub, öz xalqına biganə qalan ziyalı deyil. Maraqlıdır ki, o, artıq öz ana dilini unutmur. O, öz adət-ənənəsinə sadiq milləti ilə fəxr edir. Bir vaxt framasonların "saç ayırıcımızdan ayaq dırnağımızadək mədəni olmalıyıq” şüarı şərqdə əkildi və qanla, neftlə suvarılıb cücərdildi. İstismarçılar üçün gözəl otlaq yaradıldı. Bu gün artıq İslam mədəniyyətinin yox, qərbpərəstliyin cəmiyyətdən rədd edilməsi haqqında danışılır. Artıq bizim ziyalı öz ictimai məsuliyyətini gözəl dərk edir.
    Bəs nə üçün İslama uyğun dəyişikliklər səmərə vermir? Hər yerdə din də var, məzhəb də, ziyalı da, xalq da. Amma islami dirçəliş yoxdur! Nə üçün dini dəyərlər yolunda göz yaşı axıdan mömin bir millət özünə qayıda bilmir? Din qurtuluş, məzhəb—ədalət, ziyalı—məsul, xalq—mömindirsə, günahkar kimdir? Bu sualın bir cavabı var: alim!
    Çünki millətin sevdiyi dini şüurlu şəkildə qəbul edə bilməməsinin səbəbi əsl dini tanımamasıdır. Məhəbbət var, amma mərifət yox! Əgər insanlara həyat vermək üçün gəlmiş bir dində həyat tapa bilmiriksə, demək, bu dini yetərincə tanımırıq. Bəs, bütün bu incəlikləri xalqa kim öyrətməlidir? Əlbəttə ki, alim!
    Xalqa Əli şəxsiyyətini alimlər tanıtdırmalıdır. Alim anbar dolu biliyi olan deyil. Bu elm nə vergidir, nə də fizika, kimya. Məlumat ayrı məfhumdur həyat yolunu işıqlandıran məfhum. Allahın elmi nurdur, qaranlıqları işıqlandıran nur! Elm coğrafiya, tarix deyil, iman və əqidədir! Quranda bu elm "fiqh” adlandırılmışdır. Bu gün isə həmin elm «şəri əhkam», «fəri» adlandırılır. Alim qaranlıqda və qaranlıqla işləmir. O, qaranlığı yarıb, doğru yol göstərir. O, sadəcə həkim, ustad deyil, xalqın müəllimidir. Onun elmi Əflatun nəzəriyyəsi yox, risalət elmidir. Məhz belə alimlər "peyğəmbər varisləri” hesab olunmuşlar. Bu elmlər hidayət nurudur. Hidayət nur aləmi, alim isə ziyalıdır. Bu ziyalı əqidəsi və xalqı qarşısında cavabdehdir.
    Şiə aliminin məsuliyyəti daha aydındır. O, "naebi-imam”, yəni imamın xidmətçisidir. Bu alimlər imamət məsuliyyətini öhdələrinə götürmüşlər. İmamət isə peyğəmbərlik məsuliyyətidir. Şiə alimi imamın vəzifəsini icra edir və onun haqqını, payını alır. O, ən azı xalqa imamı tanıtdırmalıdır. Xalq bilməlidir ki, imamlar kim olub, nə düşünüblər, nə danışıblar, nə ediblər? Alimlər imamların həyatını, tarixdə rolunu, əqidəsini, mövqeyini, mübarizəsini bəyan etməlidirlər. Xalq imamət qarşısında hansı vəzifə daşıdığını bilməlidir. Əgər kitab mağazalarında avropalı bir müğənnini təbliğ edən kitab olduğu halda, şiə alimlərini tanıtdıran kitab yoxdursa, demək, alim müqəssirdir. Əgər təhsilli bir gənc öz ana dilində əxlaqsız lent yazıları əldə edib "Nəhcül-bəlağə”ni tapa bilmirsə, müqəssir alimdir. Əgər xalq yalnız imamların doğum və vəfat günlərindən xəbər tutursa, yenə də alim günahkardır.
    Əli (ə) azadlıq carçısıdır, xalq isə ona aşiqdir. Xalq əsirdirsə, demək Əlini (ə) yaxşı tanımamışdır.
    Əsl dəyər tanımaqdır. Tanımadan sevmək dəyərsiz bir bağlılıqdır. Oxunmayan və ya oxunduqda başa düşülməyən Quranla adi kitablar, ağ dəftər arasında heç bir fərq yoxdur. Hətta insanları Qurandan çəkindirmək üçün "Quranın yetmiş batini var” deyir, insanları həvəsdən salırlar. Hətta iddia edirlər ki, Quranı tərcümə, təfsir etdirmək haramdır.
    Amma bu qəbil düşmənlərə cavab olaraq Qurani-kərimdə buyurulur: "Quranın ayələrini düşünün...”. Bəziləri Quranın çətin anlaşıldığını iddia edirlər. Allah-təala isə "Biz Quranı asan göndərdik” buyurur.
    Əli (ə) öz ardıcıllarını əsarətdən yalnız o zaman azad edəcək ki, onu tanısınlar. Əgər Əli (ə) haqqında bu günə qədər bircə dənə də olsa yetərli bir kitab yoxdursa, yerə-göyə sığmayan təriflərin səmərəsi nədir?!
    İnsan yalnız tanıdıqdan sonra, həqiqətən, sevə bilər. Bu sözlər Fatimə (ə) haqqında da deyilə bilər. Bu əzəmətli qadının ilahi şəxsiyyəti hələ də göz yaşları arxasında açıqlanmamış qalır.
    QADININ ÜÇ FORMASI
    Müsəlman cəmiyyətində üç növ qadınla rastlaşırıq: müqəddəsnüma dindar qadın; son dövr artmaqda olan Avropa görünüşlü dindar qadın; bir də Fatimə görünüşlü, Fatimə xislətli qadınlar! Nə birinci, nə də ikinci qrup qadınlarla Fatimə arasında heç bir oxşarlıq yoxdur.
    Bu günkü dünyada, xüsusi ilə də şərqdə, fərdi və ictimai təbəddülatlar nəticəsində cəmiyyətdə demək olar ki, qarşı-qarşıya dayanmış "ziyalı-müasir” və "mühafizəkar-dindar” təbəqələri formalaşmışdır. Bu ziddiyyətin qarşısını almaq imkansızdır. Cəmiyyət dəyişdikcə kişi geyimləri, paralel olaraq qadın geyimləri, ümumiyyətlə həyat tərzi dəyişilir. İnsan əbədi bir qəlibdə qala bilməz.
    Qədim zamanlar oğul hökmən atanın formasına sədaqətli qalardı. Atanın ağlına da gəlməzdi ki, başqa cür ola bilər. Amma sonra elə bir vəziyyət yarandı ki, ata və oğul arasında heç bir oxşarlıq qalmadı. Ata və oğul bircə dəqiqə həmsöhbət olduqları vaxt mübahisə, ixtilaf yarandı. Bəli, əsrimiz belədir. İstər şərqdə, istərsə də qərbdə bu iki nəsil arasında böyük bir fasilə, fərq ortaya çıxmışdır. Təqvim nöqteyi-nəzərindən 30 il fərq, ictimai baxımdan 3 əsr görünür.
    Nə vaxtsa cəmiyyət sabit idi. İctimai dəyərlər, xüsusiyyətlər demək olar ki, dəyişməz idi. Təqribən 300 il ərzində heç bir dəyişiklik baş verməmişdi. Babalardan nəvələrədək olan zaman fasiləsində ictimai əsaslar, istehsal, istehlak, hökumət, din və dini təbliğat, dini mərasimlər, ədəbiyyat, dil - bir sözlə, hər şey dəyişilməz qalmışdı.
    ƏHL VƏ NAƏHL
    Sabit, dəyişməz ictimai zamanın dayandığı bir mühitdə həm kişi, həm qadın sabit bir tip olur. Belə mühitdə sözsüz ki, qız ananın surəti olmalıdır. Belə mühitdə ana və qız çox əhəmiyyətsiz məsələlər barəsində mübahisə edə bilərlər. Dəyişməz cəmiyyətlərdə dəyərlərə qarşı yekdil münasibət olur. İki insan qrupu arasında yalnız məişət zəminində mübahisə yaranır.
    Amma bu gün əxlaqlı qız öz əxlaqlı anasından "uzaq” düşmüşdür və onlarda bir-birinə qarşı biganəlik var. Cəmi 20-25 yaş bir-birindən fərqlənən bu insanları, eyni bir cəmiyyətdə yaşamalarına baxmayaraq, yalnız şəxsiyyət vəsiqəsi bağlayır.
    Tiplər arasındakı fərqə addımbaşı təsadüf etmək olur. Mağazada pasterizə süd olduğu halda Tehranın küçələrində çoban öz qoyunlarını sağıb südünü asfaltın ortasındaca sata bilir. Bir də görürsən ki, avtosənayenin fəxri hesab olunan "Yaquar”ın arxasında bir dəvə dayanıb. İnanın ki, çiyin-çiyinə addımlayan, biri dondurma yeyən, o birisi isə "xoruz” soran qız və ana arasında daha heyrətləndirici fərqlər yaranmışdır.
    MƏZHƏB VƏ ADƏT-ƏNƏNƏ (SÜNNƏT)
    Bu ziddiyyətlər təbii və həmişəlik deyildir. Həmin iki tipdən biri, yəni ana artıq ömrünün son günlərinə yaxınlaşır. O, özünü zorla, ya da həya-abıra görə qorumuşdur. Amma bu qarının hələ gənc qızı öz dövrünü yaşayır. Sabah o da ana olasıdır. Bu vaxt onların zaman fasiləsi eyniləşir. Artıq ana olmuş qız öz anası - yəni nənə üçün "əhl uşaqdır. Bu vaxt "sünnəti”, yəni mühafizəkar ananın yeni tipə çevrilməsi labüddür. Qədim adətləri tapdalayan nəsilə qarşı hər hansı formada zor əbəsdir. Yersiz müqavimət yalnız və yalnız müqaviməti artırır.
    Quranın təbirincə, "sünnətul-əvvəlin”, "əsatirul-əvvəlin” ifadələrini önə çəkən böyüklər, adət-ənənələri qorumağa çalışan insanlar "adət-ənənə” ilə "din və məzhəb”i qarışdırmamalıdır. İstənilən bir dəyişikliyi (hətta geyim, saç düzümü) "küfr” adlandırmaq yanlışdır. Çox vaxt mühafizəkarlıq, köhnəpərəstlik dinlə səhv salınır.
    Bu yanaşma qadına münasibətdə daha aşkar görünür. Qadından tələb olunur ki, o qədimdə necə idisə, elə də qalmalıdır. İddia edirlər ki, qadın üçün bu qəlibi İslam bəyənmişdir və dünyanın sonunadək qadın belə qalmalıdır. Dünya dəyişir, hər şey dəyişir, ata, ər, oğul dəyişir, amma qadın sabit qalmalıdır?! Guya Peyğəmbər (s) bu qəlibi seçmiş və bu beləcə də qalmalıdır. Nə böyük nadanlıq!
    Bu insanlar anlamırlar ki, dəyişikliklərin qarşısını almaq imkansızdır. Onsuz da bu yersiz tələblərə əhəmiyyət verən yoxdur. Bəli, dövr dəyişir, cəmiyyət yeniləşir, adət-ənənələr, qayda-qanunlar yeni forma alır. Həqiqət isə sabitdir. Dövrün karvanı bütün maneələri ayaqları altında əzəsidir.
    Bəzən köhnəliyi qoruyub saxlamaq üçün dindən istifadə edirlər. Hansı ki, ölmüş, çürümüş köhnəliyi dinin köməyi ilə yaşatmaq mümkün deyil.
    Köhnə adətlərlə nadancasına yüklənmiş din özü haldan düşür. Hətta elə olur ki, din köhnəliyin ağırlığına tab gətirmir.
    Dinin adət-ənənə ilə bir tutulması nəticəsində, qəlbi yenilik eşqi ilə dolu olan hərəkatlar dini də köhnəliyə qatıb səhnədən çıxarmaq istəyirlər.
    Diqqətli olun! Dini, İslamı köhnəliklərə qarışdırmayın! Məsələn, qaynatası ilə qəfil rastlaşan gəlin, guya hörmət üçün qucağındakı körpəni daş döşəməyə atırsa, bu din yox, köhnəlikdir!
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1261 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024