İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:25 PM
    Qadın - Fatimə Fatimədir
    İSLAM PEYĞƏMBƏRİNİN QAYDALARI
    "Peyğəmbər sünnəti”, yəni peyğəmbər qaydaları İslam dinində əhəmiyyətli bir bölmədir. Bu qaydalara Həzrətin buyurduğu (hədislər), qəbul etdiyi, etiraz göstərmədiyi, eləcə də kimsəyə demədən yerinə yetirdiyi işlər daxildir. Demək, sünnət dedikdə Peyğəmbərin (s) buyurduğu və əməli nəzərdə tutulur. Nəticədə, İslam əhkamı iki hissəyə bölünür:
    1. İslamdan qabaq olmuş və həzrət Peyğəmbərin (s) qəbul etdiyi qaydalar ("əhkami - imzai”);
    2. İslamdan əvvəl heç bir əsası olmayan təsisi əhkam ("əhkami - təsisi”) .
    Amma, zənnimcə, həzrət Peyğəmbərin (s) metodları, taktika və strategiyası əvvəlki bölmələrdən az əhəmiyyət daşımır.
    PEYĞƏMBƏRİN (S) XÜSUSİ RƏFTARLARI
    Peyğəmbər (s) bir ictimai hadisə ilə qarşılaşdığı zaman elə üsul və metodlarla hərəkət etmişdir ki, bu metodlar bizim üçün bir məktəbdir. Uyğun bir dövrdən uzun bir zaman fasiləsi keçməsinə baxmayaraq, Peyğəmbərin (s) yanaşmaları aktualdır.
    ÜÇ TANINMIŞ ÜSUL
    İslahatda ictimai mübarizənin bir sıra yolları vardır:
    1. Mühafizəkarlıq ( tradisionalizm, konservatizm)
    Bu üsula görə mühafizəkar başçı tam xurafat olmasına baxmayaraq, adət-ənənəni qoruyur;
    2. İnqilabçılıq (revolyusionizm)
    Bu zaman inqilab rəhbəri köhnəlmiş, çürük adət-ənənələri qəfil zərbə ilə aradan qaldırır.
    3. İslahat və dəyişiklik (evolyusionizm, reformizm).
    İslahatçı rəhbər çalışır ki, heç olmasa, bir ənənəni tədricən aradan qaldırıb, islahat apara bilsin.
    Amma İslam Peyğəmbəri (s) dördüncü tədbirə əl atır. O, nəsillərdən nəsillərə ötürülmüş adət-ənənənin formasını saxlayıb, onun mahiyyətini dəyişir.
    Mühafizəkarlar belə bir məntiqi dəlillə çıxış edirlər ki, əgər adət-ənənələr dəyişərsə, ictimai bağlar qırılar və cəmiyyət parçalanaraq təhlükəyə düşər. Onlar hər bir inqilabdan sonra yaranan hərc-mərcliyi bununla əlaqələndirirlər.
    İnqilabçılar isə belə fikirləşirlər ki, qədim adət-ənənələr, üsul-idarələr cəmiyyəti tənəzzülə aparır. İnqilab istedadların, düşüncələrin salındığı qəlibləri sındıraraq, guya daha mütərəqqi ictimai durum əldə edir.
    İslahatçılar, yəni reformistlər bütün planlarını addım-addım həyata keçirməyə çalışır, nə mühafizəkarları, nə də inqilabçıları dəstəkləmirlər. Onlar hər atılan addıma cəmiyyətin uyğunlaşmasını gözləyirlər. Amma bu metod uzun müddətli olduğu üçün düşmənlər, adətən, onu əsl istiqamətindən kənarlaşdırırlar. Məsələn, gənclərin əxlaqını tədricən islah etmək istəsək, bizi çox asanlıqla meydandan çıxararlar. İslahatçılar öz qüvvələrini dəqiq hesabladıqları halda, düşmənin qüvvəsini lazımınca qiymətləndirməyi unudurlar.
    Amma İslam Peyğəmbərinin (s) mübarizə metodu tamam başqadır. O, ən optimal variantı seçir: ənənələri formaca saxlayıb, onların mahiyyətini dəyişmək! Bu mahiyyət dəyişikliyi inqilabi şəkildə həyata keçirilir.
    Məsələn, cahil ərəblərdə "qüsl” adlı xurafi, cadugəranə bir ayin vardı. Ərəblər inanırdılar ki, cünub olmuş, yəni məsələn, cinsi yaxınlıqda olmuş adama cin-şeytan daxil olur, bu adamın ruhu çirkinləşir. Demək, ərəb ona görə suya daxil olurdu ki, şeytanı özündən uzaqlaşdırsın və bu iş ənənə şəklini almışdı.
    İnqilabçı bu ənənəyə qarşı çıxıb, onun məhvinə çalışır. İslahatçı ictimai fikri tədricən dəyişməklə, bu ənənəni aradan qaldırmaq istəyir. Amma Peyğəmbər (s) həmin ənənənin əsl zərərli cəhətini - xurafi mahiyyətini aradan qaldırmaqla, yeni və gigiyenik bir ənənə yaradır.
    Həzrət İbrahimdən (ə) sonra İslama qədər olan dövrdə Həcc mərasimi dini mahiyyətini itirmiş, xurafat dolu ərəb adətinə çevrilmişdi. Qeyri-dini təmənnalar səbəbindən müqəddəs tövhid evi bütlərlə doldurulmuşdu. Hamı bilirdi ki, Kəbəni həzrət İbrahim (ə) tikmişdir. Kəbə ətrafda böyük nüfuza sahib idi. İslam Peyğəmbəri (s) Kəbəyə qarşı yox, onun həmin dövrdəki bütpərəst mahiyyətinə qarşı qiyam qaldırdı. Beləcə, bir qrup Qüreyş başçısının qazanc mənbəyinə çevrilmiş Kəbə öz tövhid simasına qayıtdı, bəşəriyyət üçün birlik simvolu oldu.
    Peyğəmbər (s) irqçi qəbilələrin bütpərəstlik adətini inqilabi yolla mütərəqqi ənənəyə çevirdi. Bütün bu proseslər zamanı aradan qaldırılmış xurafi adətlər ərəbləri pərişan etmədi. Əksinə, insanlar özlərini əqidələrində daha da paklaşmış və ülviləşmiş hiss etdilər. Hansı ki, bu insanlar neçə yüz illər bütpərəst olmuşdular. Peyğəmbərin (s) ildırım sürətli mədəni inqilabı nəticəsində demək olar ki, itkilər hiss olunmadı. Peyğəmbər (s) bu metodunu "adətlərin formasını saxlamaqla mahiyyət inqilabı” adlandırmaq olar.
    Mənim "qüsl” və "Həcc” məsələsindəki izahatlarımla razılaşmayan ilahiyyatçıların nəzərinə çatdırmaq istəyirəm ki, mən bu məsələləri kəlam yox, ictimai baxımdan araşdırmışam. Mən demək istəmirəm ki, Peyğəmbərdən (s) qabaq qüsl də var idi, Həcc də var idi. Əsl "qüsl” və əsl "Həcc” ilahi göstərişdir. Xurafat dolu əməlləri İslam dini üçün baza hesab etmirəm. Sadəcə, Peyğəmbərin (s) mübarizə metodunu açıqlamaq istəyirəm.
    Mühafizəkar bütün imkanlarından istifadə edir ki, köhnəliyi qorusun. İnqilabçı bir dəfəyə hər şeyi alt-üst etmək istəyir. Əlbəttə ki, belə bir məqsədə diktaturasız çatmaq qeyri-mümkün olur. İslahatçı isə öz ləng hərəkəti ilə düşmənə yeni fürsətlər yaradır.
    Amma Peyğəmbərin (s) iş metodu tamam başqadır. Əgər bu metodlara lazımınca diqqət yetirsək, dəyərli göstərişlər əldə edərik. Xurafi adətlərə, yanlış məzhəblərə qarşı mübarizədə yalnız bu metodla müvəffəq olmaq mümkündür. Əks təqdirdə, xalqın heysiyyətinə toxunmaqla düşmən qazanmaq olar.
    İDEALIZMƏ XIDMƏTDƏ REALIZM VASITƏSI
    İslamın xüsusiyyətlərindən biri cəmiyyətdəki gerçəklikləri qəbul etməsidir. Bu məsələyə İslam dini xüsusi diqqətlə yanaşır. İdealist cərəyanlarda yalnız mütləq ideallar əsas götürülür. Bu ideallarla uyğun gəlməyən istənilən gerçəklik rədd edilir. Əslində isə qəzəb, intiqam, cinsi istəklər, dünya məhəbbəti inkarolunmaz həqiqətlərdir. Əxlaqi idealizm (zahidlik) və ya məzhəbi idealizm (xristianlıq) bu həqiqətləri inkar edir. Əksinə, realizm cərəyanı bütün gerçəklikləri qəbul edir. Məsələn, İngiltərədə homoseksualizm qəbul edilir. Kilsə ailənin müqəddəsliyini əsas gətirərək, boşanmanı qadağan edir. Hansı ki, belə bir şüarla ailəni qorumaq mümkün deyil. Bu səbəbdən Avropada heç bir bağlılığı olmayan ailələr mövcuddur. Sadəcə, ona görə ki, boşanmaq olmaz! Boşanmağın qadağan edilməsi nəticəsində xəyanət yaranır. Boşanmaq hüququndan məhrum edilmiş ər-ərvad az qala açıq-aşkar bir-birinə xəyanət edirlər.
    FRANSIZ SİĞƏSİ (KONSOBINACE)
    Qapıdan buraxılmayan insanın pəncərədən qaçması ictimai gerçəklikdir. Diqqət edin:
    Fransada rəsmi arvadı ilə yaşamaq istəməyən kişi öz qadınından ayrılır. Qadın da ər kimi hərəkət edir. Həm ər, həm arvad rəsmən nigahda olduqları halda, başqa insanlarla cinsi həyat keçirirlər. Avropa və Amerikada qeyri-rəsmi doğulan uşaqların sayı baş gicəlləndirir. Axı xasiyyətləri uyuşmayan, hətta qonşuluğa dözümsüz olan insanları zorla bir ailədə birləşdirmək olmaz!
    İnsanda mövcud olan cinsi ehtiras, sevgi meyli ona qadağan edilə bilməz. İnsana əmr oluna bilməz ki, sən hökmən bu qadını sevməli və onunla yaşamalısan. Bəli, bu gün boşanmanı qadağan edən kilsə homoseksualizm, lesbiyanizm kimi gerçəkliklərlə üzləşir. Kilsə dediyini deyir və guya bu həqiqətləri görmür. Demək, qanun təbiətlə zidd olur və fəsadlar törənir. Əslində, mövcud olmayan bir şey ailə adı altında qanuniləşdirilir. Təbii ailə isə qanundan kənar fəaliyyət göstərir. Hətta belə ailəyə ad da verilir: "Konsobinace” !
    Belə ailələrdə doğulan uşaqlar cəmiyyətdə normal qəbul edilmir. Bu uşaqlar həm ailə, həm də cəmiyyətin sevgisindən məhrum olurlar. Təbii ki, məhəbbətdən məhrum edilmiş insan cinayətə meyilli olur.
    Bilirsinizmi, Avropada və xüsusi ilə də Amerikada nə qədər cinayətlər baş verir? Hətta ən geri qalmış, mədəniyyətdən xəbərsiz ölkələrdə də belə statistika qeydə alınmayıb. Çünki mədəniyyət və azadlıqdan dəm vuran bu super dövlətlərdə cəmiyyətdən intiqam almaq üçün məqam gözləyən qeyri-qanuni doğulmuşlar ordusu mövcuddur.
    Bu gün Avropada əksər cinayətlərin üstü açılmır. Çünki cinayəti törədən şəxsin qətlə yetirdiyi şəxslə heç bir əlaqəsi yoxdur. Axtarış zamanı, adətən, qətlə yetirilmiş şəxslə əlaqəsi olanlar araşdırılır. Bu metod bu gün Avropa və Amerika kriminalistikasında özünü doğrultmur. Cinayətkar öz qurbanını tanımır. O, cəmiyyətdən intiqam alır. Ona görə də qarşısına çıxan ilk bədbəxti qanına qəltan edir.
    Xristian dünyasındakı bu gerçəkliyə qəmlənərək, fəxrlə deyə bilərik ki, müsəlman aləmində belə bədbinliklərə az təsadüf olunur. İslamda təlaq, yəni boşanma olduğu üçün qanunsuz nigahlar, formal ailələr də azdır.
    Təsəvvür edin ki, körpə uşaq gözlərini yumaraq qarşısındakı samovar, çaynik kimi maneələrdən keçmək istəyir. İdealizm maneələri görmək istəməyən uşaq kimidir. O, elə zənn edir ki, görmədiyi şeylər mövcud deyildir.
    Realistlər isə idealistlərin tam ziddinə hərəkət edirlər. Onlar varlığı dəlil götürərək hər şeyi, hətta ən çirkin şeyləri qəbul edirlər. Onlar hiss üzvləri ilə varlığı sübuta yetməyən gözəllikləri isə inkar edirlər.
    Dialektik materializmə bağlı tələbələrimdən biri mənim bütün sözlərimə yalnız bir prizmadan yanaşırdı. Məni məzhəbi, dindar tanıdığı üçün bütün dediklərimi rədd edirdi. Hətta marksizmdən iqtibas etdiyim tezisləri də inkar edirdi.
    Bir gün Bəni-Üməyyənin cinayətindən danışırdım. Mövzu Bəni-Üməyyə sülaləsinin "cəbri” əqidəsini yaymaqla, öz hakimiyyətini qorumaq istəyi idi. Söhbətin ikinci sualı bu cinayətə qarşı çıxanlar haqqında idi.
    Söhbət əsnasında həmin tələbənin həyəcanlı, narahat olduğunu hiss etdim. Mən bu işdə həzrət Fatimə (ə), həzrət Əli (ə), Hacər, Əbuzər və Hüseynin (ə) ədalətli mübarizəsindən danışıram, o isə narahat olur. Mən dindən yox, ədalətsiz hakimin zülmündən və bu zülmə etiraz səsini ucaldanlardan danışıram, o isə həyəcan keçirir. Tələbə Bəni-Üməyyəni müdafiə edərək dedi: "Ağa, cəbrilik (hər şeyin Allahın iradəsinə bağlılığı) tarixdir. Tarixi şərait insanı məcbur edir”.
    Əslində, belə deyil. Əli və Hüseyn (ə) materialist yox, idealist idilər. Onlar tarixin zoruna (cəbrinə) qarşı çıxırdılar.
    Ümumiyyətlə, hər hansı bir cəmiyyətdə ictimai əqidə, dünya görüşü əvəzlənərsə, dindarla dinsiz, alimlə cahil arasında elə bir fərq qalmaz. Tarixi proseslərin əzəməti qarşısında çoxları özünü itirərək, "Bu Allahın, talehin, nə bilim, tarixin işidir” deyərlər.
    Bəni-Üməyyə cinayətlərini də bu üsulla ört-basdır etmək istəyənlər var. Bəni-Üməyyə öz çirkin əməllərini Allahın iradəsinə sırıyaraq, "Nə edirsə, Allah edir”- deyir, bununla da "cəbri” məzhəbini yayırdı. Qeyd etdim ki, bu tarixi zərurət deyil, qılınc zərurətidir.
    Yarımziyalıların çoxu zor ilə cəbri səhv salır. Realistlər mövcud olan şeyi "var” bilirlər. Əgər bir şəxs desə ki, "elə yox, belə olmalıdır”, onu idealist adlandırırlar. İngiltərədə homoseksualizmi qanuniləşdirib, onlara hüquq vermək istəyənlərin dəlillərinə baxın: Bu gerçək bir həqiqətdir. Cəmiyyətdə homoseksualistlər varsa, demək, bu qanuni şəklə salınmalıdır. Əgər bir şəxs bu fikrə qarşı etiraz edib, "bu əxlaqsızlıqdır, bununla mübarizə aparmaq lazımdır” desə, həmin şəxsi idealist, başqa sözlə, xəyalpərvər adlandırarlar.
    Özünü realist siyasətçi adlandıranların iddiasına baxın: İsrail bir gerçəklikdir. Bəli, Fələstin işğal olunub və istiqlaliyyətini itirib. Amma bu gerçəklik qəbul olunmalı və İsrail tanınmalıdır. Qarabağ məsələsində də qərb siyasətçilərinin mövqeyi oxşardır. Bəli, Qarabağ işğal olunub. Amma bu gerçəkliyi qəbul edib, Qarabağın müstəqilliyini tanımaq zəruridir!
    Gerçəklik, gerçəklik, gerçəklik! Əgər cəmiyyətdə fahişəlik varsa, bu gerçəklikdir və qanuniləşdirilməlidir?! Bu ehtiyacı ödəmək üçün fahişəxanalar açılmalı, televiziyada prezervativ rolikləri fırladılmalı, pornoqrafik filmlər nümayiş etdirilməli, qəzet və jurnallar dərc olunmalıdır?! Əgər siz bütün bu iyrəncliklərə etiraz etsəniz, demək, idealistsiniz, gerçəkliklə barışmaq istəmirsiniz.
    Bir fransız qəzeti yazır: "Evə qəfil qayıtmış M. P. öz arvadını yad kişi ilə bir yataqda tutur. Özünü itirmiş qadın duruxmuş ərindən "əzizim P.sən nə düşünürsən?” soruşur. M.P. "bu gerçəklikdir” - deyib, otağı tərk edir!”
    Ciddi və nüfuzlu qəzetlərdən birinin ilk səhifəsində özünü dindar tanıtdırmış məşhur bir yazıçının qadınlara tövsiyəsi dərc olunmuşdu: "Öz bədən quruluşundan narahat olan, artıq piylənmədən yaxa qurtarmaq istəyən xanımlar bir qədər "gəzsələr” faydalıdır”.
    Bu məsləhətlərin arxasında həmin bütləşdirilmiş gerçəklik durur. Yəqin ki, uyğun məsləhəti verən yazıçı bu işi təcrübədən keçirib. Onlar bir işi faydalı bilirlərsə, bu işə maneə törədə biləcək hər şey, hətta din də xülyadır.
    Onlar istismarçılığı da gerçəklik sayırlar. Qoy bu istismar zülmə, zora, işkəncələrə, bütöv millətlərin məhvinə səbəb olsun! Təki gerçəkliyə xəyanət edilməsin!
    Bəs idealistlər, yüksək amallar uğrunda mübarizə aparanlar nə üçün müvəffəq ola bilmirlər? Çünki, bu cərəyanın tərəfdarları gerçək maneələrə göz yumur, öz hədəflərinə doğru sanki uçurlar. Həyat və nəzərdə tutulmuş hədəflər isə yerdədir. Hərəkət nöqtəsi ilə hədəf arasında maneələr mövcuddur. Müqəddəs ideallara xəyalən qovuşmaq olar. Amma gerçəkliyi nəzərə almadan hədəfə çatmaq mümkün deyil. Demək, idealist insan fikir və düşüncədə hamıdan irəlidir.
    İnqilabçı isə nəzərdə tutduğu amallar naminə hər şeyi viran qoyur, amma tikə bilmir. O, hamıdan çox danışır, amma bir iş görə bilmir. Budur Əflatun quruculuğunun Məhəmməd (s) quruculuğundan üstünlüyü! Amma yerdə yox, səmada! Həqiqətdə yox, təxəyyüldə!
    Beləcə, bir daha qeyd edək ki, realizm insanın ülvi arzu-istəklərini puça çıxarır. O, insanın bütün ideallarını "bu gün yoxdur” deyə iflic vəziyyətinə gətirir. Realizm gerçəklik qarşısında təslimçiliyə, olanı qəbul etməyə çağırır. Bir sözlə, realizm ac varlığı zəhərləyir, idealizm isə acından ölür!
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1208 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024