İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 7
Qonaqlar 7
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:22 PM
    Qadın - Fatimə Fatimədir
    ZALIM VƏ MƏZLUM
    Həzrət Əli (ə) buyurur: "Zülmün yaranmasında iki şəxs məsuliyyət daşıyır: zalım və bu zülmü qəbul edən şəxs”. Bu iki şəxsin həmkarlığı sayəsində zülm yaranır. Zalım havaya zülm edə bilməz. Zülm çəkic və zindan arasında döyülən dəmir parçasıdır. Əgər zindan, yəni zülmü qəbul edən yoxdursa, hansı zülmdən danışmaq olar?!
    Təkcə zülm yox, bütün çarəsizliklər həmkarlıqdan doğur (rüşvəti verən yoxsa, kim alacaq?). Cəmiyyəti şikəst edən təkcə zalım hakim yox, eləcə də əzilən cəmiyyətdir. Deməyin ki, hicri VII əsrdə Çingiz bizi məğlub etdi. Tarixi yaxşı nəzərdən keçirin. Biz hələ XI əsrlərdən bu məğlubiyyətə daxilən hazırlaşırdıq. Çingiz sanki içi boş bir heykəli itələyib yıxdı.
    Qurd ağacın daxilində həyat qurur, doğub-törəyir, ağacı içindən məhv edir. Deyirlər "Külək ağacı aşırtdı”. Xeyr, ağac çoxdan bu süquta hazırlaşırdı. Sadəcə, külək onun son bağlarını qırdı.
    Əgər bu günkü qadın özünü fransız oyuncağı kimi bəzəyib səhnəyə çıxırsa, qərbdən uzanan əli və içimizdən bu əli sıxan xəyanətkarları görməliyik. Qadın əldən buraxılıb və ovlanıb!
    Biz onu «ər üçün kəniz», «evdar qadın» edib ləqəblər qoyduq, insani şəxsiyyətini alçaltdıq. Bəziləri qadının savadlı olub yazı yaza bilməsinə qarşı çıxdı ki, birdən naməhrəmə məktub yazar. Qadını xəyanət imkanından məhrum edən ağalar asudələşdi.
    Qadının iffət və təqvasını divarlar və zəncirlərlə qoruduq, onu düşünərək insan olmaq imkanından məhrum etdik. Qadın cəmiyyətdən, məktəbdən, kitabxanadan məhrum edildi. Hansı ki, İslam belə şüar vermişdi: "Təhsil hər bir müsəlman kişi və qadına vacibdir.” Həzrət Peyğəmbər (s) daim minbərdə bu barədə danışardı. Amma sanki kişilər bu sözləri qulaqardına vururdular. Yalnız imkanlı müsəlmanlar evə müəllim dəvət edib, xanımların savadlandıra bilirdilər.
    Qadın heç bir dini, fəlsəfi dərslərdə iştirak edə bilməzdi. Yalnız rövzə məclisləri istisna təşkil edirdi. Bu məclislərdə də qadının danışmaq səlahiyyəti yox idi. O, yalnız xətibin sözlərinin təsiri altında ağlayırdı.
    Bəli, evdə övlad «istehsal» etməli olan qadın, çöldə yalnız göz yaşı «istehsal» edə bilərdi. Məgər müsəlman qadınının idealı Fatimə (ə) belə idi? Məgər öz dövrünün diktatoruna amansız tənqidlər yağdıran Zeynəb (ə) belə idi? Bütün əzizlərini, o cümlədən iki oğlunu şəhid vermiş Zeynəbin (ə) qatilə üz tutaraq dediyi sözlərə baxın: "Həmd olsun o Allaha ki, bizim ailəmizə belə bir iftixar nəsib olub!”. Zeynəb (ə) sınmır, tipik müsəlman qadını tək üzülmür. O, öz şəhidləri ilə fəxr edərək, Kərbəla səhnəsini gözəllik adlandırır.
    Bəli, Fatimə (ə) və Zeynəb (ə) kimi idealları olan qadınlar mütiləşdirildi, yaxşı nə vardısa, hamısından məhrum edildi. İndi isə "qadın avropalaşır” -deyə haray çəkirlər. Əslində isə, qadın qəfəsdən qaçır və İslamın yox, biz xurafatçı kişilərin toxuduğu qəfəsdən! Ən dəhşətlisi qadın üçün hörülmüş hörümçək toru İslamın adına yazılır. O, İslamın ki, bəşər tarixində ilk dəfə qadın üçün Fatimə, Zeynəb məqamı müəyyənləşdirdi.
    Deyirlər, qadın evdə oturub uşaq tərbiyə etməlidir. Maraqlıdır, elm və mərifətdən xəbərsiz bir insan övlad tərbiyə edə bilərmi?! Bir millətin gələcəyi olan nəsli savadsız qadına etibar etmək olarmı?! Axı o uşaq əmdirməkdən, əski yumaqdan başqa bir şey bacarmır! O, uşağı necə tərbiyə edə bilər, körpənin şıltaqlığının qarşısını necə ala bilər? Təbii ki, əvvəlcə körpənin başına çımxıracaq, sonra kötəkləyəcək, daha sonra atasını köməyə çağıracaq və nəhayət, körpəni cin-şeytanla qorxutmağa başlayacaq. Axı onun əlindən başqa bir iş gəlmir!
    Beləcə, məlum olur ki, mühafizəkar bir cəmiyyətdə qadın ata evində bayırın havasından xəbərsiz böyüyür, yetkinlik həddinə çatır. O, "ərə verilir” əvəzinə "satılır” desək, daha düzgün olar. Qadın ər evində işləyir, biş-düş edir, doğur, körpəsini saxlayır və təmizlik işlərinə baxır. Ərə getdiyi üçün «xanım» adlanır, körpəsi dünyaya gəldikdən sonra ana olur. Əslində isə, bütün bu işlər kənizlik, dayəlik həddini aşmır. Heç o, bundan artıq biliyə də malik deyil. Xüsusi ilə imkanlı ataların və ərlərin dindarlıq bəhanəsi ilə qadını savadsız saxlamaları böyük qəbahətdir. İslam tarixini yaxşı oxuyun. İslamda qadınlar ictihada çatmış, təhsillə məşğul olmuş, qiymətli əsərlər yazmışlar.
    Ən dəhşətlisi isə evdarlıq çərçivəsində dünyadan xəbərsiz qalmaqdır. Əlbəttə ki, kənd qadını belə deyil. O, öz əri ilə çiyin-çiyinə çalışır, zəhmət çəkir. Ümumiyyətlə, kənd qadınının işi çox ağırdır. Bununla belə, o daha azaddır.
    Avropalı qadını "heç” hesab etmək olmaz. Onlar hər ikisi (ər-arvad) evdən kənarda işləyir, ev işlərində bir-birinə yardım edirlər. Kiçik qız ikən o, oğlan kimi azad olur. O, öz cəmiyyətini lazımınca tanıyır, oğlanlarla birgə dərs oxuyur, hətta özünə ər də seçə bilir.
    Evdar qadını da "heç” hesab etmək olmaz. O, ər evində demək olar ki, bütün ev işlərinə rəhbərlik edir, uşaq saxlayır, yemək bişirir və s.
    O qadını "heç” adlandırmaq olar ki, evdə oturub xanımlıq edir. Onun uşaqlarını saxlayır, evini silib-süpürür, xörəklərini bişirirlər. O, evinə baxmayan evdar qadındır. Əkin sahəsində işləmir, heyvan saxlamır, avropalı deyil ki, evdən kənarda işləsin. Təhsili olmadığından adi mütaliədən də məhrumdur. Hətta körpəsini də dayələr yedirir. Bu nə varlıqdır?! Bu varlığın dünyada işi, rolu nədir? Heç! Demək, nə qərbə, nə şərqə aid olmayan tiplər də var.
    Belələrini "ev xanımı” adlandırırlar. Onların işi yalnız xərcləməkdir. Onlar bekar qalmır. Qeybət edir, özünü bəzəyir, başqalarının gözünə girmək istəyir; ədabazlıq edirlər. Onları kübar qadın adlandıranlar da var.
    Kübar xanımın başı həmişə qaldadır. Cəmiyyətdə bu tip qadınları birləşdirən tədbirlər də olur. Qədim kübarlar hamamlarda görüşərdilərsə, indiki kübarların görüş yerləri daha çeşidlidir. Onlar mütəmadi olaraq görüşür, həftəlik macəralarından danışır, yeni libaslarını nümayiş etdirirlər. Bu qadınlar məclisi qızışdırmaq, diqqəti özlərinə cəlb etmək üçün iyrənc yalanlar uydurur, şəhərdəki eşqbazlıq əhvalatlarını xüsusi maraqla təqdim edirlər.
    Bəli, artıq kübar qadınlar hamamlarda yox, daha münasib cəmiyyətlərdə görüşürlər. Əsas görüş yerlərindən biri də yas və toy məclisləridir.
    Amma bu "evdar xanım”ların qızları başqa bir aləmdə yaşayırlar. Çünki, onlar tamam başqa bir nəsli təmsil edirlər. Bu ikrahdoğurucu məclislər həmin qızı boğur. O, artıq müasir dövrdən, dünyada baş verənlərdən, elm və təhsildən xəbərdardır. Savadsız məddahların rövzələri onun qəlbini sıxır. O, bu cəmiyyətdən qaçmaq, öz şəxsiyyətini izhar etmək istəyir. Amma hara? Qeybətcil qadın məclislərindən çıxış yolu onu gecə klublarına, barlara dəvət edir. Həmin mərkəzlərdə də oturub "müftə cinsi ov” gözləyənlər var.
    Amma boşluqdan, heçlikdən bezmiş gənc qız öz şəxsiyyətinə, əxlaqına xəyanət etmək istəmir. Amma ona din adından "yox”, "olmaz”, "baxma”, "görmə”, "eşitmə”, "oxuma”, "yazma”, "düşünmə” deyirlər.
    Ana mənasız, puç bir ömür sürür. Sadəcə, onun pulu var. O, yaxşı geyinir, bəzənir və öz görünüşü ilə həyəcan doğurmaqdan başqa ideyası, məsləki yoxdur. O, - xanımdır!
    Xanımqız isə ulduzlu səmaları seyr edir, romantik xəyallara dalır, cinsi böhrandan narahatlıq keçirir. Divarın o biri üzündə isə başqa bir aləm var. Bəzən bir qəzet həmin dünyaya pəncərə olur. O, hörümçək torundakı milçək tək çırpınır. Ona elə gəlir ki, yalnız qız doğulmağı ucbatından məxfi bir küncdə qalmalı və nə vaxtsa, kiminsə hərəmxanasına qaçırılaraq, mətbəxdən yatağadək uzanan meydanda azadlığı dadmalıdır. O da nə vaxtsa kişi məclislərindən kənar qadın məclislərində rövzələrə qulaq asmalı, göz yaşları axıtmalıdır. Axı dini məclislərin də əksəriyyəti kişilərə aiddir.
    İSTİSMARIN FƏRYADI
    Xurafat, nadanlıq, cəhalət istismar üçün münbit zəmin yaradır. İstismar haray çəkir:
    - Azad ol!
    - Nədən?
    - Bu nə sual? Sən ki boğulursan, hər şeydən məhrumsan, azad ol! Hər şeydən azad ol!
    Ağır yük altında boğulmaqda olan ruh isə yalnız bu azadlıq haqqında düşünə bilir.
    Elm və biliyə əsaslanaraq, öz ictimai və fərdi azadlıqlarını anlayaraq, insani şəxsiyyətini qoruyaraq azad olmaq mümkünmü?! Amma qadın bir anda "azad” olur. Çadrasını atır və birbaşa ziyalılar cərgəsinə qoşulur.
    İstismar dünyasının ən böyük qazancı da o oldu - çadrasını atmış müsəlman qadın! Öz aralarında ona tərif də verdilər: "Qadın - alınıb-satılan bir heyvandır!”. Ərəstunun "İnsan natiq, yəni danışan heyvandır” tərifi belə modernizə olundu. Guya, qadının nə idealı var, nə ictimai dəyəri var, nə də insani şəxsiyyəti! Avropa təsirinə düşmüş böyük bir müsəlman şəhərinin qəzeti yazırdı: "On il ərzində gözəllik salonlarının sayı 500 dəfə artmışdır”. Hər hansı sahədə 10-15% artım mümkündür. Amma 500 dəfə?! Yəni əgər 10 il əvvəl, məsələn, pudraya, laka yüz min tümən xərclənirdisə, 10 il sonra bu rəqəm 500 milyona çatmışdır. Məsələ burasındadır ki, iş təkcə kosmetikadakı kosmik sıçrayışla başa çatmır. Bütün geyimlər, aksessuarlar dəyişir. Əbanı kostyum, çalmanı şlyapa əvəz edir. Qərbin bir fəndlə şərqdə nə qədər qazandığını təsəvvür edirsinizmi?!
    Avropalıların açdığı hər bir iqtisadi sahə yeni xərclər üçün növbəti sahələr deməkdir. Sahə dəyişirsə əqidə, tip, səliqə, tarixi ənənələr də aradan qalxır. Sərmayədar pul xatirinə Qeysəriyyəni də yandırır. Milli geyimini Amerikadan və Avropadan gətirilən cır-cındırla dəyişən şərqli qadın bütün cəmiyyətə, ailəyə, məktəbə, əxlaqa, mədəniyyətə təsir göstərir. Qlobal dəyişikliklər şərq qadınını payız xəzanı tək saraldır. O, artıq dünənki kimi yaşamaq imkanına malik deyil.
    Bəs milli qeyrətini itirməmiş sərmayədarlar, iş adamları hara baxır? Onların vətənlərində təkcə qadının üzərində milyonlar qazanılır. Əgər qadın dünənki kimi yaşamaq istəmirsə, nə üçün onun bu gününü amerikalı və ya avropalı qurmalıdır?! Franko xarici qüvvəni "ölkədə beşinci sütun” adlandırır. Ehtiyac varmı bu "beşinci sütuna”?! Hanı şərqin müasir dövrlə ayaqlaşan arxitekturası? Ən azı, hanı şərq qadınının müasir geyimi? Hər şey, hər şey Avropadan gəlməli, qazanc da onların cibinə axmalıdır! Şərq kişisi çadranın vaxtının keçdiyini vaxtında anlasaydı, müsəlman qadın göbəyini açmaz, daha münasib, daha mədəni, daha dini geyimlə örtünərdi!
    NƏ EDƏK?
    Bəs bu düçar edildiyimiz fikir böhranlarından necə çıxaq? Kim qabağa düşüb risalət yükünü çiyninə götürməlidir?
    Nə adət-ənənə çərçivəsində uyumuş xanım qadında və nə də adət-ənənələrdən bezib özünü yarımavropalı qəlibinə salmış xanım qızda belə bir qüvvə tapılması heç cür ağıla sığmır. Təkərləri sındırılmış və yolunun üstünə daş-kəsək yığılmış, "İslam bax budur” damğası ilə gözdən salınmış bu hidayət, bu qurtuluş gəmisini kim hərəkətə gətirə bilər? Hər halda, ümid qalır, köhnəpərəstliklə də olsa dinini, iffətini qorumuş müsəlman xanımlara. Bu xanımlar yeni insanlıq xüsusiyyətlərini anlayıb avropalıların maskasından sezilən hiyləgər gözləri görə bilsəydilər, onların bütün istəklərinin qadının istismarı üzərində qurulduğunu hiss etsəydilər yaxşı olardı.
    Ağıllı qadınlar onlara təqdim olunan təhsil proqramlarının, dükan-bazarı bürümüş iffətsiz libasların hansı əllərlə ötürüldüyünə diqqətli olmalıdırlar. Köhnəlikdə əriyənlərin, avropalaşmaqla təsəlli tapanların şəxsiyyət səviyyəsi məlumdur. Amma cəmiyyət qeyd etdik ki, təkcə bu iki dəstədən ibarət deyil. Üçüncü təbəqə var. Onlar din və məzhəblərinə sadiq qadınlardır və anlayırlar ki, vəziyyət belə qala bilməz. Onlar nümunə, ideal sorağındadırlar. Kimdir bu nümunə?
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1032 | Added by: Islam_Kitabxanasi | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024