İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:16 PM
    Qadın - Fatimə Fatimədir
    Ardı...
    Qəfildən atam gözlərini açır: "Qızım, bu ki, Əbu Talibin mənə qoşduğu şerdir. Qızım, şer oxuma, Quran oxu, oxu ki: "Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz?”.
    Daha sonra sanki öz-özünə zümzümə etdi: "Müstəbidlər üçün Cəhənnəmdə bir yer yoxmu?”. Sonra davam etdi: "Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə çirkinlik və alçaqlıq istəmirlər...”.
    Həzrəti (s) yazmağa qoymayan siyasətçilər təklif etdilər ki, yazmaq istədiyini şifahi desin.
    Həzrət incik halda baxıb dedi:
    - Mənim malik olduğum, sizin məni dəvət etdiyinizdən üstündür. Mən sizə üç vəsiyyət edirəm:
    "Əvvəla, müşrikləri ərəb adasından çıxarın. İkincisi, qəbilələrin nümayəndəliyini mənim qəbul etdiyim kimi edin. Üçüncüsü, .... ”(sükut).
    hamı ixtiyarsız olaraq Əliyə (ə) baxdı. Əli (ə) isə dərin düşüncələr içində idi. Həzrət (s) susurdu, nəzərlərini bir nöqtəyə dikmişdi. Onlar getdilər.
    Qəmdən fəryad çəkdim... "Atan üçün bu gündən o yana qəm yoxdur” dedi və dodaqları qapandı.
    Vəyh deyən, qızını, körpələrini öpən dodaqlar qapandı. Bir müddət bizə baxdı, sonra gözlərini qapadı.
    Başı Əlinin sinəsi üstə idi. Əlini dəhşətli bir sükut bürümüşdü, sanki Peyğəmbərdən (s) qabaq o ölmüşdü. Aişə və digər qadınlar onun başına toplaşdılar.
    Qəfildən dua üçün açılmış əlləri yanına düşdü. Dodaqları tərpəndi. Hər şey tamam oldu.
    Bayırda haray qopdu. Şəhər qorxu və tərəddüd içində ağlayırdı. Ömər fəryad çəkib deyirdi: «Peyğəmbər ölməyib; o, İsa kimi göyə qalxıb və yenə də qayıdasıdır. Kim desə ki, "Peyğəmbər ölüb” münafiqdir və boynunu vuracağam».
    Bir neçə saat ötdü. Sakitlik yarandı. Əbu Bəkr və Ömərin daxil olduğunu gördüm. Əbu Bəkr atamın üzündəki örtüyü açdı, ağladı, getdi. O biri də getdi.
    Əli (ə) Peyğəmbərin (s) qüsl və kəfən işi ilə məşğul oldu. O, atamın pak bədənini yuyur, ağlayırdı. Onun üstünə su, öz canına od tökürdü. Xalq öz Peyğəmbərini (s) itirmişdi. Mən və Əli isə hər şeyimizi! Birdən mənə elə gəldi ki, bu şəhərdə, bu dünyada qərib qalmışıq.
    Hər şey bir anda dəyişmişdi. Üzlər dönmüşdü. Sədaqəti siyasət əvəz etmişdi. Qardaşlıq əhdi oxuyanlar uzaqlaşmış, yenidən varlı-kasıb ögeyliyi yaranmışdı.
    Atamın ölümündən daha ağır bir gerçəkliklə üzbəüz dayanmışdıq. Mədinə hiylə və fitnələrlə dolmuşdu.
    Böyük əmimiz Əbbas narahat görkəmdə gəlib Əliyə dedi:
    - Əlini ver, sənə beyət edim. Qoy bilsinlər ki, Peyğəmbərin (s) əmisi Əliyə beyət etdi. Ailə üzvləri də sənə beyət edər. Yoxsa...
    Nə "yoxsa”? Olmaya başqalarında da bir tamah var?
    Əli (ə) dedi ki, sabah biləcəksən. Əli (ə) təhlükə hiss edirdi. Amma bu hiss ani oldu. Qəlbində başqa bir dərd vardı. Məhəmməd (s) Əli (ə) üçün ata, müəllim, qardaş, dost, peyğəmbər, bir sözlə, hər şey idi. O, bu evdən kənarda baş verənləri düşünə bilmirdi. O, Peyğəmbərə (s) qüsl verməklə, mən uşaqlara baxmaqla məşğul idik.
    Həsənin yeddi, Hüseynin altı yaşı vardı. Zeynəb beş, Ümm-Gülsüm isə üç yaşındaydı. Peyğəmbərdən sonra bu uşaqları xoş tale gözləmirdi.
    Səqifədə Peyğəmbərin (s) yaxınları (ənsar) toplaşıb canişin seçmək istəyində idilər. Hiss etdilər ki, Məkkə mühacirlərinin (Qüreyş) öz planı var. Əbu Bəkr, Ömər, Əbu Übeydə özlərini yetirdilər ki, Peyğəmbər (s) özünə Qüreyşdən canişin istəyib. Nəticədə, bu toplantıda Səqifədə təşkil olunmuş Əbu Bəkr seçildi.
    Fatimənin (ə) iztirablarını kimsə dərk etməyə qadir deyil. Fatimənin atasına məhəbbəti sadəcə övladlıq məhəbbəti deyil və o, öz atasını aşiqanə sevir. O "atasının anası” və bütün çətinliklərdə onun çiyin yoldaşı olub. Həzrətin (s) ölümündən sonra o yeganə zürriyyət, evin yeganə sütunu, övladlarının anasıdır. Fatimə (ə) dünyaya göz açdığı vaxt artıq nə anasının sərvəti, nə də ailədə sevinc vardı. O zaman Xədicə yaşı altmış beşi keçmiş qoca bir qadın idi. Ailəni kin-küdurət, xəyanətlər ağuşuna almışdı. Hələ Fatiməni dünyaya gətirməmişdən qabaq risalət yükü onun belini əymişdi. Cahiliyyət, quldarlıq, bütpərəstlik bu ailə üçün zindana çevrilmişdi. Həyatını Məhəmmədin (s) işıqlı yoluna fəda edən Xədicə şirinliklə yanaşı, mühitin zəhərini içirdi. O, Məhəmmədin (s) risalətinə məşğuldur. O zaman Fatimə (ə) ata-anasının nəvazişə ehtiyaclı olduğunu hiss edirdi.
    Həyatını dosta isar, fəda edən kəs qəlbən ona yaxınlaşır. Bu zaman dost da onun ehtiyacına cavab verir. Amma dostluq və eşq fərqli məfhumlardır. Fatimənin (ə) atasına sevgisi sadəcə dostluq deyil. Bu sevgi çox ağır sınaqlardan iftixarla keçmiş bir sevgidir.
    Ata öz vətənində qərib idi. Onu hər tərəfdən cəhalət qılıncları çalırdı. Onu hamıdan çox incidən qohumlarıdır. Bir yandan vəhy həyəcanları, bir yandan vicdan və eşq tufanları, digər tərəfdən qohumların əzabları, tənhalıq və dağların, göylərin sahib durmadığı əmanət yükü! O, bütün bu əzab yağışı altında xalqın arasına çıxır, Səfa təpəsinə dırmanıb cahil xalqı qorxudur, üç yüz otuz neçə bütə sitayiş edən cahillər arasında azadlıq nidası çəkir, günün sonunda yorğun, yaralı, qəmgin halda evə qayıdır. Fatimə (ə) şəhərin nifrət dolu küçələrində atasını addımbaaddım izləyir. Peyğəmbər (s) yıxıldığı vaxt quş yuvadan düşmüş balasını qoruduğu tək Fatimə (ə) atasını qoruyur. İncə barmaqları ilə atasının çöhrəsindəki qan izlərini təmizləyir. Fatimə (ə) Allah kəlamı gəzdirən atasına öz uşaq kəlmələri ilə təsəlli verir. Taifdən qayıtdığı vaxt onu tənha qarşılayır. Üç illik mühasirədə əzab çəkən ata-anasına nəvaziş göstərərək onlardan bir addım aralanmır.
    Sonradan tənha qalmış atasına analıq edir, onu öz sevgi haləsinə bürüyür. Əlinin (ə) evinə getməklə fəqirlik və şərəf yolunu seçir. O, öz övladları ilə üç oğul, üç qız itirmiş atasının könlünü sevindirir. 18, ya 28 illik ömrü boyu Fatimə (ə) qəlb bağları ilə öz atasına fədai olmuşdur.
    İndi isə ölüm araya ayrılıq salır. Fatimə (ə) Peyğəmbərsiz yaşamaq məcburiyyətindədir. Bu zərbə zəif bədənli Fatimə (ə) üçün çox üzüntülüdür.
    Peyğəmbərin (s) ölüm yatağında yalnız Fatiməyə üz tutması təsadüfi deyil. Fatiməyə (ə) tezliklə qovuşacaqlarını deməklə təsəlli verir.
    Amma Fatimə (ə) ikinci sarsıdıcı zərbəni alır. Bu zərbə əvvəlki zərbə kimi şiddətli olmasa da, onun qədər dərindir. Bəlkə də, daha dərin! Bu zərbə birincinin ardınca, fasilə vermədən vurulur: Peyğəmbərə (s) Əli (ə) yox, başqa biri canişin seçilmişdir! Hər şey aydındır. Bəs nə üçün vida həccindən qayıdarkən Həzrət Peyğəmbər (s) Qədiri-Xumda Əlinin (ə) vilayətini, rəhbərliyini təsdiq etmişdi?! Nə üçün elə bu səfərdə, bu hadisədən sonra on iki nəfər pusquda durub, Peyğəmbəri (s) və olsun ki, Əlini (ə) qətlə yetirmək istəyir? Bu qəsd Qədiri-Xumdakı elanla əlaqəsiz deyil. Çünki seçim zamanı baş verən hadisələr təsadüfi olmur. Nə üçün bu on iki nəfər həbs olunduqda onların adları açıqlanmır? Hansı ki, bu hadisə adi bir hadisə deyil. Nə üçün çox təhlükəli Təbuk döyüşündə yaşı keçmiş Peyğəmbər (s) bütün yaşlılarla döyüşə getdiyi halda Əlini (ə) Mədinədə saxlayır? Əliyə (ə) deyir: «Harunun Musa yanındakı məqamını mənim yanımda tutmaq istəmirsən? Axı məndən sonra peyğəmbər yoxdur!».
    Həzrət (s) nə üçün ölüm yatağında ikən qoşunu intiqam üçün Ruma göndərmək istəyir? Nə üçün nüfuzlu Əbu Bəkr, Ömər bu döyüşə ezam olunur? Nə üçün etirazlara baxmayaraq 18 yaşlı Üsamə qoşuna başçılıq edir? Nə üçün qoşunun tez yola çıxması üçün hətta mane olanlara nifrin edir? Amma belə bir vaxtda Əli (ə) ilə qalmaq istəyir? Nə üçün ona kağız-qələm verilmir? Nə üçün üçüncü vəsiyyətdə susur? Nə üçün özü namaza gedə bilməyəndə Əlini (ə) çağırtdırır? Amma qızlarının xəbərdarlığı ilə Əbu Bəkr və Ömər peyda olur? Bunu görən Peyğəmbər (s) hər üçünü mürəxxəs edir! Niyə? Nə üçün ölümü yaxınlaşdıqca daha çox təkrarlayır: "Fitnələr qaranlıq gecələr tək yaxınlaşır...”.
    Əli (ə) Peyğəmbərin (s) dəfnini başa çatdırır. Əshabın böyükləri isə Əlinin haqqını, hüququnu dəfn edirlər. Məscidə qayıdırlar və xəlifə öz vilayət xütbəsini oxuyur. Əli (ə) isə Peyğəmbərin (s) boş qalmış otağından Fatimənin (ə) otağına qayıdır və iyirmi beş illik qaranlıq, üzücü bir tənhalıq başlanır!
    Fatimə (ə) üçün sanki hər şey süqut etmişdir. Misilsiz əzablar bahasına başa gəlmiş bir qəsr, sanki ani olaraq xarabaya çevrilmişdi.
    İslamın taleyi Səqifədə təyin olunur. Bu məclisdə Əli (ə), Səlman (r), Əbuzər (r), Əmmar (r), Miqdad (r) və bu kimi sədaqətli insanlar iştirak etmir! İndi bu insanlar Fatimənin (ə) evində toplanıb. Onları Əliyə (ə) bağlayan nədir? Onlar nə Ovs, nə Xəzrəc qəbiləsindəndir. Mədinədə ünvanları, qəbilə bağlılıqları yoxdur. Onların bir hissəsi Səlman (iranlı), Əbuzər (səhralı) kimi qəriblər, Əmmar kimi anası afrikalı qara kəniz, atası yəmənli kimsəsizlərdir, xurmasatan Meysəm kimi sadə insanlardır. Əli (ə) işığına yığışanlar!
    Bu insanlar həzrət Peyğəmbərin (s) əzizləri idilər. İndi isə Əlidən (ə) başqa ümid yerləri yoxdur. Əli (ə) özü də yalqızlıqda onlardan fərqlənmir. Otuz neçə yaşlı bu gənc kasıb və dəstəsizdir. Döyüşlər qəhrəmanı, elm və təqva nümunəsi olan bir insan bu gün sakit dayanmışdır.
    Bir ruh öz dövrünün səviyyəsindən çox ucaya qalxarsa, tənhalaşar. Gözəlin varlığı istər-istəməz çirkinin varlığını sıxıntıda qoyur. Bu insan nə qədər təvazö göstərsə də, ətrafdakılar ona qarşı çıxır. Bu ruhun real ucalığı ətrafdakıları sıxır və ona təsir göstərilir ki, kütlənin səviyyəsinə ensin. Əlinin (ə) kiçildilməsinə səy göstərənləri də məhz onun ucalığı narahat edirdi.
    Məhz bu səbəbdən mühacir və ənsarın düşməni olan Bəni-Üməyyə "Əli namaz qılmır” - deyə avam kütlə arasında təbliğat aparırdı. Bəni-Üməyyə Peyğəmbərin (s) qohumlarıdır, Ümmül-Möminin Əbu Süfyanın qızıdır.
    Əli (ə) məscidin mehrabında qətlə yetirildi. Dedilər: "Məgər Əli namaz qılırdı ki, məscidə daxil olub?” Nə böyük kin, nə dərin cəhalət! Bu düşmənçilik Əlini (ə) Bədr, Xəndək döyüşlərində vurduğu zərbələrin namərd cavabıdır.
    Başqa bir maraqlı nöqtə də var. Həmin döyüşlərdə Əlidən (ə) ruh alıb Bəni-Üməyyə ilə döyüşənlər də Əliyə (ə) qarşıdır. Çılğın qələbə əhval-ruhiyyələri geridə qalıb. Araya sakitlik çöküb. Bir zaman Əlinin (ə) zərbəsindən şövq alanların qəlbində, özləri də hiss etmədən, həsəd baş qaldırıb.
    Xeybər döyüşündə əlinə bayraq götürüb hücuma keçən Əbu Bəkr məğlubiyyətlə geri dönür. Ömər də müvəffəq ola bilmir. Həzrət Peyğəmbər (s) buyurur: "Sabah bayrağı o şəxsə verəcəyəm ki, həm o Allahı və Rəsulunu sevir, həm də Allah və Rəsulu onu sevir”.
    Səhəri gün bayraq Əliyə (ə) verilir. Əli misilsiz qəhrəmanlıqla qalaları bir-birinin ardınca fəth edir.
    Bədr və Ühüd döyüşlərində özünü daha üstün bilənlər şücaət göstərə bilmədiyi halda, Əli (ə) savaş meydanlarında şimşək tək çaxır. Hüneyn döyüşündə özünü Əlidən (ə) üstün tutanlar qaçdığı vaxt Əbu Süfyan qəhqəhə çəkərək, onları məsxərəyə qoyur: "Bunlar ki, belə qaçır Qırmızı dənizə töküləcəklər”.
    Amma Əlinin (ə) şücaəti düşməndə kin, dostda həsəd yaradır. Elə bu səbəbdən də keçmiş dostlar artıq düşmənlərlə çiyin-çiyinədir. Artıq dost düşmənə, düşmən isə dosta möhtacdır. Əlinin (ə) əzəməti təhqir olunur. Bu təhqir Əlinin (ə) fəzilətlərini görməməzliyə vurmaqdan başlanır. Onlar saman çöpündən dağ düzəldir.
    Bəs Əbu Bəkr və Ömər bu prosesdə necə iştirak edir? Onlar Əlinin haqqını özlərinə məxsus bir üsulla qəsb edirlər. Əlidən (ə) söz düşəndə deyirlər: "Əli? Bəli! Amma o, hələ cavandır!”; "Əli? Bəli! Amma o, cəngavərdir və siyasətdən başı çıxmır! Şücaətlidir, amma hərb elmindən xəbərsizdir!”; "Əli? Bəli! Amma o, çox zarafatcıldır!”; "Əli? Bəli! Amma indi onun düşməni çoxdur, hələ məsləhət deyil!”; "Əli? Bəli! Amma o özündən çox razıdır!”; "Əli? Bəli! Əgər xilafət cilovu onun əlinə düşsə, bu dəvəni öz yolu ilə qovar. O, bu işə çox müştaqdır!”.
    Nəticə? Nəticə bu olur ki, Əli (ə) həm Bəni-Üməyyə, həm də Bəni-Üməyyənin düşməni olan Ömərdən zərbələr alır. Osman Ömərin düşməni olduğu halda, öz qohumları Bəni-Üməyyənin və Ömərin köməyi ilə qalib gəlir.
    Fatimə (ə) evdar olsa da, hamını tanıyır, hadisələri dəqiq qiymətləndirir. Fatimə (ə) yeriməyi mübarizədə, danışmağı təbliğdə öyrənib. O, dövrünün siyasət tonqalında bişmiş müsəlman qadındır.
    Artıq Peyğəmbər (s) dəfnindən bir neçə saat keçmişdir. Peyğəmbərə (s) sevimli insanlar onun evində cəm olub. Bu yığıncaq Əbu Bəkrə - Səqifədə seçilmiş xəlifəyə beyətdən imtina deməkdir. Əbu Bəkr vilayət xütbəsi oxuyur, Ömər isə maneələri aradan qaldırmaqla məşğuldur.
    Xəzrəc rəisi Səd ibn İbadə Səqifədə ənsarın nümayəndəsi olur və Əbu Bəkrə beyət etmir. Sonra isə üsyan əlaməti olaraq Mədinəni tərk edir. Çox keçməmiş xəbər yayılır ki, Səd qeybdən atılan bir oxla qətlə yetirilib. Qəbilələrin münasibəti fərqlidir. Münasibət bildirməklə, təhlükəylə üzləşmək qorxusu var. Diqqət mərkəzində isə Fatimənin (ə) evidir. Hökumət bu evi təhlükə mənbəyi hesab edir.
    Hökumət qarşısındakı bu mərkəzin müqaviməti Öməri çox qəzəbləndirir. Əbu Bəkrin hakimiyyətə gəlməsində böyük səylər göstərmiş Ömər, bu evdəki müxalifətə dözə bilmir. Bu ev isə kənarda deyil, xəlifə hökumətinin nümayəndəliyi olan məscidə bitişikdir.
    Fatimə (ə) üzüntü içindədir: bir yandan Peyğəmbərin (s) ölümü, digər tərəfdən Əliyə (ə) qarşı xəyanət! Onun xəyalı keçmişə qayıdır. Bu zəhər dolu düşüncələr onun bağrını parçalayır... Qəfildən məscidə səs-küy düşür. Fatimə (ə) Ömərin səsini tanıyır. Bu səs anbaan yaxınlaşır: «Mən bu evi əhli ilə birgə yandıracağam!».
    Fatimə (ə) sözləri aydın eşidir. Səs-küy daha da yaxınlaşır. Fatimənin (ə) məscidə olan qapısı açılır. Ömərin qulamı əlində alov gətirir. Fatimənin qapısına od vurulur. Ömər qışqırır: «Ey Əli, bayıra çıx!».
    Evin qapısı şiddətlə çırpılır. Alov dilimləri qapının çatlarından keçir. Ömərin səsi bir az da ucalır.
    Birdən Fatimənin (ə) fəryadı qopur. Bu fəryadda dünyanın qəm yükü var:
    - Ey ata! Ey Allahın Rəsulu! Səndən sonra Xəttab oğlundan, Əbu Qəhafə oğlundan nələr görmədik!
    Ömərin ətrafındakılar bir neçə addım geri çəkildilər. Bu, Peyğəmbərin (s) sevimli qızının fəryadı, qəzəbi idi. Özünü saxlaya bilməyib ağlayanlar oldu. Çoxu Peyğəmbər və Fatimə evinin qapısında donub qalmışdı. Adamlar aram-aram özünə gəlirdi. Ömər tək qaldığını görüb, Əbu Bəkrin yanına getdi.
    Əbu Bəkrin yanında yığıncaqdır. Ona Fatimənin (ə) əhvalatını danışırlar. Onlar, sanki böyük bir faciəni nəql edirlər.
    Əbu Qəhafə oğlu və Xəttab oğlu Fatimənin evinə üz tutur. Amma bu dəfə sakit, aram! Qabağa Əbu Bəkr düşüb. Biri qılıncla kəsirdisə, o biri pambıqla kəsir. Müsibətlərə adət etmiş, mübarizələr alovunda böyümüş Fatimə (ə) daxildən üzülsə də, diz çökməməyə çalışır. Qapının kənarında tənha durub. Sanki, bu evin keşiyini çəkir. Sanki tənha Əlini (ə) müdafiə edir.
    Əbu Bəkr və Ömər evə daxil olmaq üçün icazə istəyirlər. Fatimə (ə) icazə vermir. Səbri təsəvvürə sığmaz Əli (ə) çölə çıxır. Fatimədən (ə) onlara icazə verməsini istəyir. Fatimə (ə) Əliyə (ə) müqavimət göstərməyib, sakit durur. Qəzəblə dolu sükut pozulur. Əli (ə) onları evə dəvət edir.
    Onlar evə daxil olub Fatiməyə (ə) salam verirlər. Fatimə (ə) qəzəblə üzünü çevirib salamı almır. Kənara çəkilib, divarın arxasına keçir. Fatimənin (ə) qəzəbindən özünü itirmiş Əbu Bəkr nə edəcəyini bilmir. Bəli, Fatimə və Əlinin qarşısında danışmaq çox çətindir.
    Nəhayət, Əbu Bəkr özünü toplayıb, qəmgin və mehriban halda deyir:
    - Ey Allah Rəsulunun sevimli qızı! And olsun Allaha ki, Peyğəmbərlə qohumluq mənə bütün qohumluqlardan əzizdir. Səni qızım Aişədən çox sevirəm. Kaş mən öləydim, Peyğəmbər (s) yaşayaydı. Mən sənin fəzilətini etiraf edirəm. Əgər səndən atanın irsini almışamsa, bunu da onun buyuruğuna əsasən etmişəm. O, deyirdi: "Biz peyğəmbərlər irs qoymuruq. Bizdən nə qalsa sədəqə verilməlidir”.
    Əbu Bəkr susur. Ümid edir ki, göstərdiyi mehribanlıq Fatiməyə (ə) təsir edəcək. Fatimə (ə) isə tərəddüdsüz sual verir:
    -Əgər sizə Allahın Rəsulunun (s) bir buyuruğunu nəql etsəm, onu etiraf edərsinizmi?
    -Hər ikisi bir ağızdan razılığını bildirdi.
    Fatimə (ə) dedi:
    - Sizi and verirəm Allaha, siz ikiniz eşitməmisiniz ki, Həzrət (s) buyurub: "Fatimənin razılığı mənim razılığımdır, Fatimənin qəzəbi mənim qəzəbimdir. Fatiməni dost bilən - məni dost bilir. Fatiməni sevindirən məni sevindirir, Fatiməni qəzəbləndirən məni qəzəbləndirir?!
    Əbu Bəkr və Ömər etiraf etdilər ki, bu sözlər həqiqətdir. Fatimə (ə) sözünə davam etdi: - Mən Allahı və mələkləri şahid tuturam ki, siz ikiniz də məni qəzəbləndirdiniz. Allahın Rəsulunu görsəm, ona sizdən şikayət edəcəyəm!”.
    Əbu Bəkri ağlamaq tutdu. Hiss etdi ki, nə özündə danışmağa güc, nə də Fatimədə dinləməyə qüvvə var. Ayağa qalxdı. Ömər də onun ardınca. Məscidə daxil olub, ağlar halda nalə çəkdi ki...
    Amma onu inandırdılar ki, onun kənara çəkilməsi ümmətin xeyrinə deyil. Əbu Bəkr də inandı!
    Öz düşüncələrinə əsasən, İslamın hökmlərini icra etməyə başladı. İlkin qərarı Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) bağışladığı Fədək bağının müsadirəsi oldu. Beləcə, Əli (ə) iqtisadi cəhətdən də sıxıntıya salındı. Bir sözlə, Əli (ə) tənha buraxıldı. Hətta ətrafındakı bir neçə yaxın adam da zorla dağıdıldı. Onlar əmin idilər ki, Fatimənin sağlığında Əli beyət edə bilməyəcək. Doğrudan da, Fatimə (ə) ömrünün son nəfəsinədək öz mövqeyini dəyişmədi.
    Peyğəmbər (s) dünyasını dəyişdi, Əli (ə) xanənişin oldu. Fatiməyə (ə) qalmış yeganə dolanışıq mənbəyi müsadirə edildi. Hakimiyyət Əbu Bəkrlə Ömərin əlinə keçdi. İslam və xalq siyasət ümidinə qaldı. Peyğəmbər (s) hakimiyyətinin idarəçiliyi həris Əbdürrəhman ibn Ofv, kübar Osman, yüngülməzac Xalid ibn Vəlid, amansız Səd ibn Vəqqasa həvalə olundu. Əli (ə) isə evdə oturub Quranı toplamağa, tərtib etməyə başladı. Bilal Mədinəni tərk edib Şama getdi və həmişəlik susdu. Səlman hakimiyyətdəkilərə etirazını bildirib, İrana qayıtdı və Mədaində tənhalığa çəkildi. Əbuzər və Əmmar bekar qaldılar.
    Amma Fatimə (ə) yerində oturmadı. O, ağır qəm yükü altında layiq bilmədiyi xəlifə ilə mübarizəsini davam etdirdi. O, Fədək bağının müsadirəsini siyasi intiqam kimi dəyərləndirir və müqavimət göstərirdi. Fədək kiçik bir bağ idi. Amma bu məsələ Fatimə (ə) üçün mövcud hakimiyyətin müstəbidliyi baxımından əhəmiyyətli olmuşdu. Fatimə (ə) Fədək məsələsinə istinad edərək, mövcud hakimiyyətin iç üzünü açmağa səy göstərirdi. O, xalqın nəzərinə çatdırırdı ki, Peyğəmbər sünnətini şüar edənlər, əslində, Peyğəmbər ailəsinə zülm etməkdədir.
    Peyğəmbərin (s) ölümü Fatimənin (ə) ruhunu alova bələsə də, o, oturmur. Artıq mühacirlərin və ənsarın əksəriyyəti yeni xilafətə səs vermişdir. Fatimə (ə) qüdrətə çatmaq ümidini demək olar ki, itirib. Artıq Əlinin hüquqları əldən çıxıb. Amma nə hökumətin zoru, nə də xalqın təslimçiliyi Fatiməni (ə) batillə mübarizədən çəkindirmir. Ümidi itirmək Fatimə (ə) xislətinə yaddır! Ən azı, onları rüsvay etmək əlindədir! Xalq bilməlidir ki, hakimiyyət zorla ələ keçirilmiş, həqiqətin üzərinə pərdə çəkilmişdir.
    Bəli, Mədinə tarixin ən heyrətamiz səhnələrinə şahid olur: Peyğəmbər Məscidinin yanında bir kişi öz qara paltarlı əzadar xanımını miniyə oturdub, sakit küçələri dolandırır. Piyada Əli (ə), minikdə isə Peyğəmbərin (s) sevimli və mübariz qızı Fatimədir (ə). Hər gün gecələr evdən çıxır, ənsarı soraqlayırlar. Onlar səmimi və bitərəf insanlardır. Mühacirlərin çoxu Qüreyşdən olduğu üçün onların dərin siyasi bağlılıqları var. İndi xəlifə də onlardandır. Amma ənsarın hökumətdə heç bir pay yoxdur. Onların yeganə namizədi Səd ibn İbadə qətlə yetirildi. Onlar özü mühacir olan Əbu Bəkrin dəlillərinə və xəlifəliyinə göz yumanlardır. Əbu Bəkrin "Peyğəmbər istəyirdi xəlifə Qüreyşdən, onun yaxınlarından olsun” sözü onları yerində oturdub.
    İndi isə Fatimə (ə) özü onlarla görüşür. Əli (ə) ilə birlikdə məclislərdə iştirak edir, danışır, Peyğəmbərin (s) sifarişlərini onlara xatırladır. İslamı dəyərlərə, qanunlara tam sahib olan bu qadın İslamı və ümməti qarşıda gözləyən təhlükədən xalqı xəbərdar edir.
    Tarixçilər qeyd edirlər ki, Fatimənin (ə) dəlilləri qarşısında hamı təslim olurdu. Hamı bu yanlış seçimdə öz günahını etiraf edirdi. Amma kimsə ayağa qalxıb bu itirilmiş haqqı müdafiə etmək əzmində deyildi. Onlar deyirlər:
    - Ey Peyğəmbər qızı, biz Əbu Bəkrə beyət etmişik, artıq iş tamamlanıb. Əgər Əli qabağa düşsəydi, vaxtında həqiqəti bildirsəydi, biz başqa cür hərəkət edərdik.
    Əli (ə) bu sözlərə etiraz edir:
    - Demək, mən Həzrətin qüsl, kəfən, dəfnini qoyub, hakimiyyət savaşına qalxmalı idim?!
    Beləcə, hər şey sona çatdı!..
    Fatimə (ə) ölümünü gözləyir. O, hiss edirdi ki, düşündüyündən də tənhadır. Artıq Peyğəmbərin (s) ardıcılları da biganəlik göstərir. Artıq Mədinəni "Peyğəmbər şəhəri” adlandırmaq olmaz. İman şəhərində siyasət at oynadır. Artıq cihad, iman, təqva ruhu ölgünləşmişdir. Qanlı qəbilə ixtilafları baş qaldırmaqdadır. Dəstəbazlıq, xudbinlik, mühafizəkarlıq qızışır, mənəviyyat ikinci plana keçir.
    Artıq Fatimənin (ə) evi ətrafında sakitlikdir. Bir zaman Peyğəmbərin (s) qəlbində ən uca məqamı qazananlar yeni siyasətçilərin gözündən düşməkdədir. Yalnız "zirəklər” önə keçə bilir! Hökumət qovğasından qulağı tutulanlar artıq dostluq və ixlas pıçıltılarını eşitmirlər. Əbu Bəkrin şəxsiyyəti, Ömərin qəzəbi, Xalidin qılıncı, Əmr Asın ayıqlıqlığı Mədinə əhlini elə bir qalaya salıb ki, Fatimə (ə) kənarda qalıb və onun səsini eşidən yoxdur. Fatimənin (ə) Mədinədəki düşmənləri Məkkədəki düşmənlərindən qat-qat güclüdür. Həzrət Peyğəmbər (s) Məkkədə tək-tənha olduğu halda, müqəddəs sayılan bütləri "lal və şüursuz” adlandırırdı. Bu vaxt onun yeganə hamisi kiçik Fatimə (ə) idi.
    Amma həmin Peyğəmbər (s) ən qüdrətli, ən hörmətli vaxtında Üsamənin qoşununu yola sala bilmir. Onun nifrinlərinə baxmayaraq, qoşun Mədinədən çıxmır.
    Həzrət (s) öz evində, ən yaxın adamlarının yanında vəsiyyətini dilinə gətirə bilmir.
    Xəndək döyüşündə bütün düşmən qəbilələr birləşərək Mədinəyə hücum etmişdilər. Ərəblərlə yəhudilər birləşərək İslam dinini məhv etmək qərarına gəlmişdilər. Onlar "bu şəhərin torpağını at torbasında daşıyacağıq” deyirdilər. Amma gənc Əlinin (ə) bircə zərbəsi döyüşün müqəddəratını həll etdi. Döyüşdə müvəffəqiyyətinə əmin olan, Peyğəmbərin (s) öldürüldüyünü elan edən, Həmzənin qanını içib məst olan küfr cəbhəsi Əlinin zərbələri altında çürük ağac kimi kökündən qopdu.
    İndi bu qılınc qınında sakit dayanmışdı. İşə bir bax ki, hətta onun evinə hücum edirlər və o, yerindən də qalxmır! Bu vəziyyətdə Fatimə (ə) tənha nə edə bilər?!
    Ümumiyyətlə, daxildə mübarizə üzbəüz mübarizədən qat-qat ağırdır. Bu döyüş Əbu Ləhəb, Əbu Cəhl, Əbu Süfyan, Hind, Ütbə ilə aparılan döyüşlərdən deyil. İndi cəbhənin bir tərəfində Əli və Fatimə (ə), digər tərəfində isə Əbu Bəkr, ailədən kənar olub Peyğəmbərə (s) ilk qoşulan şəxs dayanmışdır. Əbu Bəkr! Peyğəmbərin (s) hicrət zamanı mağara yoldaşı, Ümmül-möminin Aişənin atası, çətin vaxtlarda Həzrətə (s) kömək əli uzatmış kəs, iyirmi üç il Peyğəmbərlə (s) çiyin-çiyinə dayanmış insan! Əli və Fatiməyə (ə) qarşı çıxan ikinci şəxs Ömər! İslama qırxıncı qoşulmuş, zəif müsəlman cəmiyyətini öz varlığı ilə gücləndirmiş, Peyğəmbərin (s) ən yaxınlarından hesab olunan bir kəs! Ümmül-möminin Həfsənin atası!
    Üçüncü həmişə öndə olan Əbu Übeydə, dördüncü Həzrət Peyğəmbərin (s) yeznəsi, var-dövlətini İslam yolunda sərf etmiş Osman və sairləri! İndi rumluların başında doqquz qılınc sındırmış "Seyfullah” ləqəbli Xalid ibn Vəlid də, Əmr As və Səd ibn Əbu Vəqqas kimi qəhrəmanlar da Əbu Bəkrin cəbhəsindədirlər. Onların şüarı da bütpərəstlik, şirk deyil. Peyğəmbər sünnətini diri saxlamaq, İslamı yaymaq, ən əsası müsəlmanların birliyini qorumaq fikrində olduqlarını bəyan edirlər. Amma bütün bu iddialara baxmayaraq, çox rahatlıqla Əlinin (ə) hüququnu tapdalayır və "o, hələ cavandır, düşməni çoxdur” deyirlər. "Əli üçün tezdir, hələ məsləhət deyil” - deyə, bəhanə gətirirlər. Məsləhət! Bəli, məhz bu kəlmə ilə həqiqətin boynu vurulur! Necə də asan! Necə də səs-küysüz! Kimsəni oyatmadan, sakitcə! Bəli, bu şəraitdə heç bir fəryadla həqiqəti xilas etmək mümkün deyil! Hətta Fatimənin (ə) da fəryadları təsirsiz, gücsüzdür! Zülm ədalət donu geyindiyi vaxt tarixin ən böyük faciələri baş verir! Bu elə bir faciədir ki, Əli və Fatimə, onların övladları kimi qurbanları var. Fatimə (ə) anladı ki, artıq bu faciə qarşısında bir iş görə bilmir. Bir ömür mübarizə, işkəncələr və kasıblığın ağrılarını canında hiss etdi. Əmin oldu ki, artıq Əli (ə) də acizdir.
    Gözündə dünya qaraldı. Atası da ömrünün son günlərində oxşar hisslərdən danışardı. Sabah nə olacaq? Bu soyuq siyasət küləklərində atasının zəhmətlərinin səmərəsi olacaqmı?! Xalqın taleyi kimlərin əlinə düşəcək?! Qəbilə, qohumluq hissləri tüğyan etməkdədir. Necə olur ki, Əbu Bəkrin bir cümləsi hamını qane edir? Axı onlar uzun müddət Peyğəmbərlə (s) yaşamış, ondan İslamı öyrənmişlər. Əbu Bəkr və Ömər də həmin adamlardandır. Sabah İslam Mədinədən çıxdı, nəsil dəyişdi, kim səs verəcək və kimi seçəcək? Əgər bu gün ən imanlı insanlar Əlini (ə) "məsləhətə” görə kənara çəkirsə, sabah zəif imanlılar Fatimə (ə) övladları ilə necə rəftar edəcəklər? Artıq Həsən, Hüseyn və Zeynəbin də taleyi qaranlıq görünür!
    Əlinin (ə) xanənişinliyi çox qanlı bir tarixdir. Əbu Bəkrə beyətin dalınca qanlı beyətlər, "Fədək” intiqamının ardınca qanlı intiqamlar gözlənilir.
    Bir sözlə, sabah qaranlıq və qanlıdır! Sabahkı xilafətlər İslam üçün böyük faciələr gətirəsidir.
    Bəs indi nə etməli? Fatimə (ə) nə qədər çalışdı ki, bünövrəyə əyri kərpic qoyulmasın, mümkün olmadı. O, hiss etdi ki, artıq Mədinənin qulağı kar, qəlbi daşdır. Əlinin (ə) sükutu onu anlayanların qəlbində şimşək tək yandırıcıdır.
    Eqoistlik, xudbinlik necə də mərhəmətsiz olurmuş. O, özünə inandırdıqda daha da müstəbidləşir, hətta fədakar səhabələri Əliyə (ə) qarşı çevirir. Artıq bu sel qarşısında Əli (ə) də, Fatimə (ə) də diz çökməyə, susmağa məhkum olmuşdur. Amma bu sükuta da dözmək mümkünsüzdür.
    Artıq hər gün Peyğəmbərin salamını ötürən pəncərə də bağlıdır. Bu günkü siyasət isə qapını kilidləmişdir. İndi o qəm dağını xatırladan Əli (ə) ilə zindana düşmüşdür.
    Artıq yaşamaq ağır gəlir. Fatimənin (ə) zəif çiyinləri bu yükü daşıya bilmir. İndi onun ikicə təsəllisi var: atasının türbəti və onun "mənimlə ilkin sən görüşəcəksən” sözləri. O, intizardadır. Axı nə vaxt? Onun ruhu qanadları qırılmış yaralı quş tək əzabdadır. Əlinin (ə) və övladlarının solğun çöhrəsi, Peyğəmbərin məzarının soyuq torpağı, Aişənin evinin kənarı! Dərdi ərşə dirənən kimi atasının yanına gedir, ağlamaqdan yaralı gözlərini onun türbətinə sürtür. Birdən elə şivən qoparır ki, sanki atasının ölüm xəbərini indi eşitmişdir. Torpağı qoxulayıb Həzrətin (s) ətrini almaq istəyir. Bir az sakitləşib dilinin altında oxuyur:
    Əhməd türbətindən kim görüb ziyan,
    Müşk-ənbər istəməz o ətri duyan.
    Torpaq barmaqları arasından ələnir. Rəvayətçilərin təbirincə "sanki, dünyadan xaric olub yaşamaqdan azad olur”.
    Onun üçün hər gün Peyğəmbərin (s) vəfat günü kimidir. Hər gün daha da üzülür, nalələri dözülməz olur. Ənsar qadınları başına toplaşıb ağlaşırlar. O da qanlı yaşlar axıdaraq itirilmiş haqları xatırlayır. Ona kimsə təsəlli vermək gücündə deyil. Günlər ötüşür. Fatimə (ə) atasının müjdə verdiyi günü gözləyir.
    Amma zaman ağır keçir. Atasının vəfatından 75 gün ötmüşdür. Amma bir xəbər yoxdur.
    İndi isə hicrətin on birinci ili, cəmadiüs-sani ayının üçü Həzrət Peyğəmbərin (s) vəfatının bir ili tamam olur. Fatimə (ə) övladlarını birbəbir öpür. Həsənin yeddi, Hüseynin altı, Zeynəbin beş, Ümm-Gülsümün isə üç yaşı var.
    Əli ilə vidalaşmaq məqamı çatır. Necə də ağır anlardır! Əzablı bir vida!
    Fatimə (ə) Ümm-Rafeni, Peyğəmbərin (s) xidmətçisi olmuş kənizi çağırır və deyir:
    - Ey Allahın kənizi, mənə yuyunmaq üçün su hazırla. Çox sakit halda qüsl verir. Atasının ölümündən sonra geymədiyi təzə libaslarını geyinir. Sanki əzadan çıxıb görüşə gedir. Kənizə tapşırır ki, otağın ortasında yataq hazırlasın. Yataq hazır olur. Yatağa uzanıb, üzünü qibləyə çevirir və gözləyir...
    Qəfildən otaqda şivən qopur. Bəli! Artıq Fatimə (ə) gözlərini qapayıb başqa bir aləmə qədəm basmışdır.
    Əlinin (ə) evində atəş və əzab şəmi söndü! Əli tənha qaldı!
    Əliyə (ə) tapşırmışdı ki, onu gecə dəfn etsin və qəbrini kimsə tanımasın. Həmin iki «şeyx»in iştirakını istəməmişdi. Əli (ə) vəsiyyətə əməl etdi. Elə əməl etdi ki, hələ də, əsrlər keçdikdən sonra da bu məzarın yeri kimsəyə məlum deyil!
    Mədinədə gecədir. Hamı yatıb. Gecə isə xəlvətcə Əlinin (ə) pıçıltısına qulaq asır. Çiynində ağır qəm yükü, tənha qalmış Əli (ə) qəbrin başında oturub. Saatlar ötür. Vəfasız Mədinə susur.
    Gecə yarısının nəsimi, Əlinin dilindən çətinliklə qopan sözləri Peyğəmbərin (s) evinə aparır:
    - Sənə məndən və sənə çatmağa tələsən qızından salam olsun, ey Peyğəmbər!... Əzizinin başına gələnlərdən dözümüm azaldı, üzüntüyə düşdüm. Amma sənin ayrılığın və müsibətindən sonra səbrim tükənməyib... Mən səni qəbirdə yatırtdım, sən mənim boğazımla sinəm arasında can verdin... "İnna lillahi və inna iləyhi raciun”... Əmanəti qaytarıb girovları götürsünlər... Amma mənim qəmim əbədi, gecələrim yuxusuzdur... Nə qədər ki, Allah sənin olduğun yerdə mənə sığınacaq verməyib!..
    Qızın sənə xəbər verəcək ki, sənin qövmün ona zülm etməkdə əl-ələ verdilər. Ondan israrla hər şeyi soruş; hansı ki, sənin əhdindən çox keçməmiş, xatirən unudulmamışdır!.
    Hər ikinizə salam olsun! Nə qəzəbli, nə də sakit olmayanın salamı!.
    Bir an susdu. Sanki bütün ömrünün ağrısını birdəfəyə hiss etdi. Sanki dediyi kəlmələr onun varlığından ayrılmışdı. Çarəsiz halda yerində qaldı. Bilmirdi qalsın, yoxsa getsin. Fatiməni necə tənha qoysun? Şəhər pusquda durmuş divə oxşayır. Bəs evdə uşaqlar varkən necə qalsın? Yalnız onun boynunda qalmış məsuliyyətlər necə olsun?
    Dərd o qədər ağırdır ki, onu biçarə etmişdir. Qərara gələ bilmir. Tərəddüdlər onu sıxır. Getsin, yoxsa qalsın? Fatiməylə danışır: - "Əgər getsəm, səbəb o deyil ki, qalmaq məni sıxır. Əgər qalsam, bu da Allahın səbir edənlərə verdiyi vəddən naümid olmaqdan deyil.”
    Ayağa qalxdı, Peyğəmbərin (s) evinə üz tutdu. Sanki gedib Peyğəmbərə demək istəyirdi ki, mənə tapşırdığın əmanəti sənə qaytardım, ondan hər şeyi öyrən, səndən sonra gördüklərini sənə danışsın.
    Fatimə «Fatimə» kimi yaşadı, Fatimə kimi də dünyasını dəyişdi. Ölümündən sonra tarixdə həyat tapdı. İslam tarixində sonralar zülm görənlər üçün Fatimə bir halə oldu. Bütün haqqı tapdananlar üçün bir həqiqi şüar yazıldı: Fatimə! Xilafət qılıncında doğrananlar, bütün məzlumlar üçün təsəlli olacaq həqiqət Fatimənin (ə) xatirəsi oldu.
    Məhz bu səbəbdən də bütün məzlum müsəlman millətlər və mərhum təqəbələr üçün Fatimə (ə) ilham mənbəyi olaraq ədalət rəmzinə çevrildi.
    Fatimənin (ə) şəxsiyyətindən danışmaq çox çətindir. Fatimə (ə), İslamın istədiyi, nəzərdə tutduğu qadın nümunəsi idi. Onun simasını Peyğəmbər (s) özü mübarizə meydanlarından keçirərək yaratmışdı. Bir sözlə, o, hər bir cəhətdən qadın nümunəsi yaradılmışdı.
    Ataya necə qız olmalı?
    Ərə necə yoldaş olmalı?
    Övladlara necə ana olmalı?
    Cəmiyyətdə necə qadın olmalı?
    Fatimə (ə) bütün bu suallara cavabdır. O, özü bir imam, rəhbərdir. Yəni dünya qadınları üçün misilsiz bir ideal!
    Onun heyranedici uşaqlığı, daxili və xarici cəbhələrdə davamlı mübarizəsi, həyatının müxtəlif məqamları hər bir qadının "necə olmalı” sualına cavab verir.
    Nə qədər danışdıqsa, yenə də az oldu. Demədiklərimiz dediklərimizdən qat-qat çoxdur. Fatimənin (ə) mənim üçün ən maraqlı xüsusiyyətlərindən biri, onun Əlinin (ə) yoldaşı olmasıdır. Fatimə Əli üçün təkcə həyat yoldaşı deyildi. Fatimə Əlinin həm mübarizə, həm də tənhalıq dostu idi. Əli də Fatiməyə və onun övladlarına sadəcə ailə başçısı gözü ilə baxmırdı. Bu ailə Peyğəmbər ailəsi idi.
    Əli Fatimədən sonra evlənir və övladları olur. Fatimədən olan övladlarını "Fatimə övladı”, o birilərini isə "Əli övladı” adlandırır.
    Fatimə (ə) Peyğəmbərin (s) də nəzərində o biri qızlarından fərqlənir. Ona ciddi yanaşır, ona kiçik yaşlarında böyük dəvətlərlə müraciət edir.
    Bir natiq Həzrət Məryəmdən danışarkən dedi: "1700 ildir ki, dünya xətibləri Məryəmdən danışır. Məryəmin fəzilətləri bəyan edilir, şairlər ona şerlər həsr edir, rəssamlar onun portretini çəkir və s. Amma bütün bunları bir neçə kəlmə ilə də ifadə etmək olur: "Məryəm İsanın anasıdır”.
    Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim.
    "Fatimə böyük Xədicənin qızıdır” dedim, kifayət etmədi. "Fatimə Məhəmmədin qızıdır” dedim, kifayət etmədi. "Fatimə Əlinin xanımıdır” dedim, kifayət etmədi. "Fatimə Həsən və Hüseynin anasıdır” dedim, kifayət etmədi.
    Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1028 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024