İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Qadın - Fatimə Fatimədir
    8:15 PM
    Qadın - Fatimə Fatimədir
    ƏSRİMİZ MÜSƏLMAN QADINDAN NƏ GÖZLƏYİR?
    Əvvəlcə, bir neçə əməli təklif haqqında danışmaq istəyirəm. Yəni qadın hüquqları, qadın şəxsiyyəti, qadının İslamda yeri - nəzəri məsələlərdir. Bu hüquqlara, dinin ictimai və fərdi göstərişlərinə əməl etmək, uyğun qaydalar əsasında həyatımızı tənzimləmək başqa bir məsələdir. Məsələn, biz İslam dinində elmə, insan hüquqlarına yetərincə diqqət göstərildiyini təkrar-təkrar deyirik. Amma təəssüf ki, bu dəyərlərdən istifadə etmirik. Yəni bildiklərimizə əməl etməklə bu dəyərlərdən faydalana bilərik. Çoxları İslam dinində ictimai məsuliyyətlərdən, ailə və qadın hüquqlarından xəbərdar olsa da, bu bilikləri bir kənara qoyub, qeyri-islami adət-ənənələr əsasında yaşayır. İslami dəyərlərlə yaşamağa cəhd edənlər də cüzidir. Qısası, danışmağa gəldikdə danışır və bununla da, kifayətlənirik. Hansı ki, İslamda mövcud olan qanunları həyata tətbiq edib, faydalanmaq lazımdır. Əməli təkliflər verilməli, dini dəyərlərin həyatda gerçəkləşməsi üçün yollar axtarılmalıdır. Ümumiyyətlə, istənilən bir məsələnin layihəsi varsa, onu həyata keçirmək haqqında düşünmək lazımdır.
    Bu məsələni araşdırmaq istədim. Bu mövzu elmi planlaşdırmada müqəddimə kimi faydalıdır. Zənnimcə, Fatimənin (ə) adı ilə bağlı bu gecədə bir neçə əməli təklifin bəyanı qənaətbəxş olmayacaq. Bununla belə, gecəyə toplaşan Fatimə (ə) aşiqləri bu xanım haqqında eşitmək istəyirlər.
    Bu günkü söhbət dəqiq elmi nitq, əməli təkliflər planı olmayacaq. Bu günkü həyatımızda aktual olan məsələlər barədə danışacağıq.
    Qadın hüququ və tarixdə qadının rolu, həm də elmi bir məsələdir. Müxtəlif məzhəblər və fəlsəfi cərəyanların uyğun mövzuya münasibətdə müxtəlif mövqeləri mövcuddur.
    Bu gün, xüsusi ilə ikinci Dünya Müharibəsindən sonra qadın, eləcə də insan hüquqları dünyanın elmi və ictimai-siyasi qurumlarında böyük bir hadisə kimi müzakirə olunmaqdadır. Etiqadından, siyasi baxışından asılı olmayaraq, bütün cəmiyyətlər uyğun proseslərin təsir dairəsindədir.
    Qadın şəxsiyyətindəki böhrana düçar olmuş qərb və digər qüdrətli dövlətlər, təəssüf ki, ən dindar və milli adət-ənənəli cəmiyyətlərdə də uyğun böhrana səbəb olurlar. Çox az ölkələr bu seldən qorunub, onun qarşısında düzgün mövqe seçə biliblər.
    "Qadın azadlığı” adı altında formalaşmış modernizm qarşısında köhnəlmiş adət-ənənələrə arxalanmaqla dayanmaq, demək olar ki, mümkün deyil. Modernizmin hücum etdiyi ölkələrdə bu cərəyanı alqışlarla qarşılayan yalançı ziyalı təbəqələr də mövcuddur. Bu saxta intelligentlər ağına-bozuna baxmadan öz dini, milli dəyərlərini modernizmin ayaqları altına atır. Bu bəladan istər müsəlman, istər qeyri-müsəlman, bütün şərq əzab çəkir. Elmə əsaslanmayan, məntiqsiz müqavimətlər isə, olduqca mənfi nəticələrə səbəb olur. Ümumi bir qanunauyğunluq var. Əgər evə od düşübsə və ev bir tərəfdən yanmağa başlayıbsa, naşı, səriştəsiz adam bu alovu söndürmək istəsə də, öz məntiqsiz, qeyri-elmi hərəkətləri ilə, əslində, alovu bütün evə yayacaqdır. Bəli, adətən, qərbin hücumları qarşısında naşı, səriştəsiz müqavimət bu hücuma kömək edir, onun cəmiyyət tərəfindən daha həvəslə qəbuluna şərait yaradır. Öz mədəniyyətini, dinini qorumaq istəyənlər arasında agah adamlar çox azdır.
    Zəngin, amma donmuş mədəniyyətə malik şərqi, qərbin zərərli təsirindən necə qorumaq olar? Bu işdə böyük mədəniyyət, gözəllik və təcrübələrlə dolu tarix, əqidə, mütərəqqi insan hüquqları və eləcə də özünü müdafiə etmək istəyən millət üçün böyük arxa vardır. Əgər bir millətin dini və tarixi - həqiqi mənada - varsa, həmin millətin siması da var. Şükrlər olsun ki, əksər müsəlman ölkələri bu imkanlara malikdirlər. Sadəcə, bu imkanları işə salmaq, reallaşdırmaq lazımdır. Gənc nəslin müqavimət qüvvəsini artıran da, elə işlək mədəniyyət və tarixi simadır.
    Əsas vasitələrdən biri, tarix və İslam dinində ləyaqətli, nümunəvi simalara malik olmaqdır. Müsəlman ölkələrində belə simalar olub və var. Amma gənc nəsil bu simaları tanıyırmı? Köhnəlikdən qurtarmaq eşqi ilə yaşayan qadın, millətinin özünə sadiq, qərbə arxalanmayan xilaskarlarını görürmü?
    Xalqa demək lazım deyil ki, qərb modernizm, azadlıq şüarları ilə sizi uçuruma aparır. Xalqa müasir, elmi, mədəni şəkildə özünü göstərmək lazımdır. Öz mədəniyyətindən nə alacağını bilən xalq biganə mədəniyyətlərə üz tutmaz!. Xalq öz mədəniyyətinin yaratdığı şəxsləri lazımınca tanısa, qərb qadınını və ya gəncini ideal seçməz.
    Şərqin nümunəvi simaları var. İlahi simaların arasında isə Fatimə kimi müqayisəyəgəlməz şəxsiyyət vardır. Əsas nəzərə çatdırılası məsələ budur ki, İslamda qadına, elmə, cəmiyyətə, həyat tərzinə, ictimai təbəqələr arasındakı əlaqələrə, dünyagörüşünə aid bütün suallara ən müasir və ən yetərli səviyyədə cavab verilmişdir. Sadəcə, bu cavabları araşdırıb ortaya çıxarmaq, əməl etmək qalır.
    Əsas məsələ hansı yolla anlamaqdır. Şiələrin nəzərində Əhli-beyt (Peyğəmbər, Əli, Fatimə və digər on bir imam) nümunə, idealdır. Amma Əhli-beyt məktəbi yalnız şiələrin deyil. Qərb öz qondarma modernizmini bütün dünyaya sırıyır və kimsə ona demir ki, bu sənin idealındır, mənim öz idealım var. Bəs, nə üçün Əhli-beyt kimi təsdiqlənmiş bir idealdan bəşəriyyət məhrum olmalıdır?! Əgər Fatimə (ə) ən kamil qadın nümunəsidirsə, nə üçün dünya qadınları bu nümunədən xəbərsiz qalmalıdır?!
    Bəşəriyyətin böyük əksəriyyəti mütərəqqi və insani dəyərləri etiraf edir. Əgər Əhli-beyt nümunəsi olduğu kimi, təhrif olunmadan bəşəriyyətə təqdim edilərsə, yeganə münasibət etiraf və təsdiq olacaqdır. Əhli-beyt dəyərləri ilahi qaynaqlara malik olduğu üçün bütün firqə normalarından, tarixi dəyərlərdən, ənənələrdən üstündür. Özünü ziyalı hesab edən və bu məsuliyyəti anlayan hər bir şəxs bəşər tarixində Əhli-beytin nümunəviliyini təsdiq edir (əlbəttə ki, təəssüblərdən qoruna bilsə). Yenə təkrar edirəm: bəs, necə anlamalı? Məsələn, Fatimə (ə) idealından necə bəhrələnmək olar?
    Yol birdir - bəşəriyyət qarşısında özünü məsul hesab edən hər bir ziyalı İslam dinini, onun tarixini, Əhli-beyt nümunəsini tədqiq edib, anlamağa çalışmalıdır! Bu mövzuları lazımınca anlamaq bəşəriyyətin xilas yoludur. Qadınların taleyinə gəldikdə isə tədqiqat mövzusu yalnız Fatimədir (ə)!
    Qeyd etdik ki, ikinci Dünya Müharibəsindən sonra qərbdə qadın məsələsi ən aktual mövzulardan birinə çevrildi. Çünki müharibə əhəmiyyətli sayda ailə bağlarını qırmışdı. Adət-ənənələr, mədəniyyətlər, dinlər müharibədən böyük zərbələr almışdı. Müharibədən sonra əksər ölkələrdə cinayət və əxlaqsızlığın səviyyəsi qalxmışdır. Bəşəriyyət, müharibədən sonrakı nəsil mədəniyyət böhranına düçar olmuşdur. Müharibədən bir bu qədər keçməsinə baxmayaraq, onun təsirləri bu gün də qərbin əksər yönümündə, eləcə də mədəniyyətində, fəlsəfəsində hiss olunmaqdadır. Müharibədən əvvəl Almaniyanı, Fransanı, hətta Amerikanı görənlər müharibədən sonra bu ölkələri gördükdə uyğun dəyişikliyi daha yaxşı hiss etmiş və xatirələrində bu məsələyə yer ayırmışlar. Xüsusi ilə, qadınla bağlı əxlaqsızlığın vüsəti tədqiqatçıları heyrətə gətirir.
    Amma hələ müharibədən əvvəl qərbdə mübarizə var idi. Lap orta əsrlərdə hakim katolik kilsəsinə qarşı cəbhə mövcud idi. Bu mübarizə bütün sahələri - mədəniyyət, fəlsəfi fikir, iqtisadiyyat və s. sahələri əhatə edirdi. Kilsənin din adı ilə cəmiyyətə təqdim etdiyi normalar cəmiyyəti qane etmirdi. Xüsusi ilə, kilsənin qadına münasibəti onu daxilən kölə vəziyyətinə gətirmişdi.
    İntibah (renesans) dövründən sonra burjuaziya yaranır. Fərdin azadlığı şüarı ilə meydana girən burjuaziya kilsəyə qalib gəlir. Kilsə dəyərləri burjuaziyanın hücumları nəticəsində cəmiyyətdən sıxışdırılıb çıxarılır və burjuaziya öz mədəniyyətini ictimailəşdirir.
    Ortalığa cinsi azadlıq məsələsi çıxır. Bu azadlığın gerçəkləşəcəyi təqdirdə məhrum olduğu hüquqların qaytarılacağına ümid edən qərb qadını uyğun prosesi alqışlayır.
    Qadın azadlığı məsələsi cəmiyyətə elmi bir baxış kimi təqdim edilsə də, bu baxışın əsl müəllifi burjuaziyadır. Əslində, bu gün də dünyada dinlərə qarşı "elmi nəzəriyyə” adı ilə çıxış edən cərəyan elm yox, burjua təfəkkürü, burjua mənafeləridir.
    Qərb iddia edir ki, orta əsrlərdə kilsəyə tabe olan elm azadlığa çıxdı. Əslində isə, elm kilsənin əsarətindən burjuaziyanın əsarətinə keçmişdir. Bu günkü dünyada dinlə müxalifətçilik edən cərəyan elm yox, burjuaziyadır! Elm-elmdir. O, meydanda müxalifətçilikdən uzaqdır. Dini təhrif edən, öz mənafeinə uyğunlaşdıran bir vaxtkı feodalların varisi olan burjuaziya öz oyununu oynamaqdadır. Nə məsihilik feodalizmi müdafiə etmişdir, nə də dini tənqid edən elmdir. Əvvəl dini təhrif edən feodalizm idi, indi isə dinə qarşı çıxan burjuaziyadır.
    Nəhayət, Freyd ortalığa çıxır və öz seksologiya elminin bünövrəsini qoyur: hər şeyin əsasını cinsi ehtiraslar təşkil edir!
    Feodalizm insanlığa zidd bir quruluş idi. Burjuaziya da çirkindir. Amma o, yalançı da olsa, əxlaqi dəyərlərdən danışır. Amma hansı əxlaq? İlahi qaynaqlardan uzaq, burjua mənafelərinə qulluq edən bir əxlaq! Əgər bir quruluşda kapital, pul hər şeydən uca tutulursa, demək, həmin quruluşdakı əxlaq hər şeydən uca ola bilməz!
    Ən dəhşətlisi isə burjuaziyanın tərbiyəsi altında formalaşan alimin, ziyalının, meydana çıxmasıdır. Məhz həmin təbəqənin əli ilə bir qrup harının mənafei elm, incəsənət, ədəbiyyat adı altında cəmiyyətə qəbul etdirilir.
    Bəs, uyğun təbəqədən olan Freyd nə deyir? O, cəmiyyətdəki bütün narazılıqları, narahatlıqları cinsi istəklərin yetərincə təmin olmaması ilə əlaqələndirir. Hətta, guya ananın öz övladına nəvazişinin, insanın tanrıya sitayişinin əsasını cinsi ehtiraslar təşkil edir!
    Amerika professorlarından biri Məşhədə gəlmişdi. Sosiologiya mövzusunda doktorluq işi yazırdı. Fars dilini çox yaxşı öyrənmişdi. Fars ədəbiyyatı haqqında yazmaq istəyirdi. İrfanın təsiri altına düşmüşdü. Amma daha çox Hafiz Şiraziyə istinad edirdi. Soruşdum: «İrfan ustadı Mövlanaya nə üçün nəzər salmırsan?» Dedi ki, onda cinsi xətalar olub. Hansı xətadan danışdığını soruşdum. Mövlananın Şəms Təbrizi ilə sıx bağlılığını şübhəli nöqtə kimi qeyd etdi. Necə bağışlanmaz bir səhv! Bəli, Freyddən qaynaqlanan qərbli və ya amerikalı iki arif arasındakı iman və ilahi eşq yaxınlığını cinsi yaxınlıq kimi də yoza bilir! Alimlik iddiasında olan freydləri doğuran isə bütün müqəddəslikləri kapitala xidmətçi edən burjuaziyadır. O, bütün həqiqətlərin üstündən xətt çəkərək, özünə lazım olan "dini”, "peyğəmbəri” yaradır. Bu burjua peyğəmbərinin adı isə Freyddir. Bu peyğəmbərin dini cinsi ehtiras, məbədi freydizm, ilk qurbanı isə qadındır!
    Şərqdə həmişə qərb təcavüzlərindən danışılıb və bu, hamının qəbul etdiyi bir gerçəklikdir. İzahata ehtiyac var. Əslində, dünyada şərqi də, qərbi də iqtisadi və mənəvi əsarətdə saxlamaq istəyən bir qüvvə var. İnanın ki, qərb daha böyük əsarətdədir. Dünyaya hakimlik iddiasında olan bu qüvvə müsəlman şərqinə çox həssasdır və nəsilbənəsil bu ümmət üçün hiyləgər planlar cızır. Onun əsas silahı daxili təfriqələr, şayiələr, ümidsizlik yaratmaqdır. Məhz bu üsullarla müsəlman dünyası özünə məşğul olub taleyi ilə oynayan həmin qara əldən xəbərsiz qalır. Bu qüvvənin qərbin gənc nəsilləri üzərində apardığı uydurma, qəflətdə saxlama əməliyyatı şərqdəkindən daha güclüdür. Şərqdən qərbə təşkilatlanmış formada daşınan tonlarla narkotika haqqında düşünün! Çünki məhz bu maddələr hesabına qərb və Amerika gəncliyi cansız müqəvvaya çevrilmişdir. Elə şərqdə də bu üsulla çox düşünən beyinlər keyləşdirilir. Bəli, dünyada at oynadan bu qüvvə üçün istər freydizm, istər narkotika bir məqsəd üçün lazımdır: dünyanın düşünən beynində həqiqi azadlıq düşüncələrini puça çıxarmaq! İkinci Dünya Müharibəsindən sonra dünya incəsənətində, eləcə də kinosunda iki mövzu diqqəti cəlb edir: amansızlıq və seks! Bu iki mövzu müharibənin bəşəriyyətə hədiyyəsi oldu.
    Şübhəsiz ki, ən güclü təbliğat vasitəsi kinofilmdir. Uyğun sahədə çalışan, ona rəhbərlik edən insanlar qara qüvvənin təsiri altına salınmış çox istedadlı insanlardır. Amerika filmləri bütün dinləri, mədəniyyətləri puça çıxarmaq qüdrətini qazanmışdır. Dünyada yalnız bir din qalmalıdır: freydizm!
    Freydizmin günün elmi olduğunu zənn edən alimciyəzlər öz ölkələrində öz xalqlarının məhvinə yönəldilmiş bu ideologiyanı təbliğ edirlər. Özünü ziyalı hesab edən bu bədbəxtlər gördükləri işin müqabilində nəinki haqq almır, hətta insan haqlarına xidmət etdiklərini zənn edirlər.
    Həm qərb, həm də şərq heroin və freydizmin qurbanı olmaqdadır. Öz müqəddəratını təyin etmək gücündə olan gənclər öz talelərindən xəbərsiz qalmalıdırlar! Bu məqsədlə dünyadakı qara əl bütün sahələri öz zövqünə uyğun qəlibə salır. Elm, incəsənət, ədəbiyyat, tarix, idman, din bəşəriyyətə zidd düşüncələrə xidmət etməyə vadar edilir. Sadəcə, insanı uydurub ictimai-siyasi səhnədə fiqura çevirmək kifayətdir. Ən sərfəli yol isə düşüncəni dəyişməkdir. Hər şey gənclərin kövrək hisslərinə uyğun biçilir. Freydizmin nəyi pisdir axı? Həm elmi məntiqi var, həm moderndir, həm asan qəbul olunur, həm də gənclər kimi güclü bir hədəfi var! Bu prosesin bütün dünyanı necə sürətlə inhisara aldığı göz qabağındadır.
    Bu qüvvə ilə həmkarlıq edən ikinci bir tərəf də var. Bu, uyğun təcavüzlə naşı mübarizə aparan cəbhədir. Məntiqsiz mübarizə insanlarda həqiqətə münasibətdə ümidsizlik yaradır. Zahirən şirin görünən seksual azadlığa uymuş gənci, qadını güclü bir ovçunun əlindən "necə gəldi” almaq xəyaldır! Cəmiyyəti yersiz sıxıntılara salmaq düşmən üçün yol açır. İnsani haqlardan məhrum edilmiş daim sıxıntıda boğulan gənc qadın düşmənin bəzəkli toruna qaçır. Sorğulardan məlum olur ki, qadının daha çox sıxıntıya salındığı cəmiyyətlərdə freydizm daha sürətlə yayılır.
    Çıxış yolu nədir? Yeganə çıxış yolu xalqa, gənclərə, qadınlara həqiqi islami azadlıq vermək, onları köhnə adət-ənənə zindanından azadlığa çıxarmaqdır. Bu yeganə yoldur!
    İslami haqlarını əldə etmiş qadına qarşı istənilən hər bir təbliğat təsirsizdir. Qadını həmin hüquqlardan məhrum edən şəxs düşmənə yardım göstərir.
    Biz, adətən, düşüncəmizdə iki fərqli məsələni qarışdırırıq: sünnət, adət-ənənə və məzhəb məsələləri. Tarix boyu bu məsələlər qarışdırılır.
    Hər bir xalqın qədim adət-ənənələri var. Bu adət-ənənələri İslamın göstərişi ilə qarışdırmaq olmaz. İslamda bütün sahələrə aid normalar mövcuddur. İslamı qəbul etmiş cəmiyyət, adətən, onun qanunlarını öz qədim adətləri ilə qarışdırıb, sanki, yeni və qarışıq bir din düzəldir. Əgər bir adət-ənənə bir ziyalının xoşuna gəlmirsə, o, birbaşa dinlə mübarizəyə qalxır. O, dini göstərişlə adət-ənənəni ayırd edə bilmir.
    Demək, bu gün xarici təcavüzlə mübarizə aparanların çoxu dini yox, köhnə adət-ənənəni müdafiə etməkdədir. Əslində, köyhnəliklə mübarizə aparanlar isə dinə hücum edir. Nə modern ziyalı, nə naşı məzhəbçi adət-ənənəni dindən ayırd edə bilmir.
    Biz İslam dedikdə hansısa bir xalqın adət-ənənəsini yox, Allahın qanunlarını nəzərdə tutmalıyıq. Allahın qanunu təbiətdir və o, köhnəlmir. Amma adət-ənənələr köhnəlir və günün insanını qane etmir.
    Nə qədər ki, din adət-ənənə qatışıqlarından təmizlənməyib, bəşəriyyətin hazırkı ehtiyaclarına cavab verə bilməyəcək.
    Agah və həqiqi ziyalı o şəxsdir ki, dini adət-ənənədən fərqləndirə bilir və bu istiqamətdə, yəni dinin həqiqi simasının qorunmasında fəaliyyət göstərir.
    Sözsüz ki, köhnəlmiş adət-ənənə ilə mübarizə zəruridir. Bu köhnəlikləri aradan qaldırmaq, müasir tələblərə cavab verə biləcək ənənələr yaratmaq hər bir ziyalının müqəddəs vəzifəsidir. Əgər din Allahdan nazil olduğu şəkildə istənilən bir xalqa təqdim olunarsa, alqışlanar!
    Əgər Fatimənin (ə) siması düzgün təsvir olunarsa, onun necə düşündüyü, necə yaşadığı, necə danışdığı, məsciddəki rolu, şəhərdəki fəaliyyəti, ailədəki çalışqanlığı, övladlarının tərbiyə üsulu, ərinə qayğısı, ictimai funksiyaları olduğu kimi işıqlandırılsa, təkcə müsəlmanlar yox, bütün həqiqətsevər bəşəriyyət onu ideal seçər.
    Mən dəfələrlə şahid olmuşam ki, hətta dindar olmayan insanlar peyğəmbər ailəsinin hər hansı bir üzvünün həqiqi xarakteri ilə tanış olduqda təzim edirlər.
    Biz "İslam diridir” dedikdə həm etiqad əsaslarının, həm də ictimai normaların diriliyini nəzərdə tuturuq. İslam ideallarının da həmişəyaşarlığı şübhə doğurmur. Məsələn, imam Hüseynin (ə) həqiqi simasını tanıyan hansı mütərəqqi cəmiyyət onu ideal hesab etməz? Zeynəbin Kərbəlada Yezid sarayında ləyaqətli davranışından xəbərdar olan hansı qadın ona oxşamaq istəməz? Bəli, bu ilahi şəxsiyyətlər hər zaman diridirlər! Dirilik nədir? Dirilik davamlı şəkildə təsirli olmaqdır, çıxış yolu göstərməkdir.
    Təəssüf ki, dini adət-ənənəyə qatmışıq. Din həmişə müasir, adət-ənənə isə müvəqqətidir. Dinə qatılmış adət-ənənə onu kiçildir, məhdudlaşdırır, tənqid hədəfinə çevirir. Din Allahın, adət-ənənə isə insanlarındır. Qadını insani hüquqlardan məhrum olmuş görən ziyalı, dini müqəssir sayır. Hansı ki, qüsur, köhnəlik, yetərsizlik dində yox, dinə qatılmış köhnə ənənələrdədir.
    Bəs bu qatqını aradan kim qaldırmalıdır. Həmin qatqılar səbəbindən modernizmə uymuş gəncmi? Əgər tanınmış İslam alimləri, dini mərkəzlər bu işi görmürlərsə, yolunu azmış gənc və qadından nə gözləmək olar?!
    Müəllimlərimdən biri keçmiş dövrə aid belə bir əhvalat danışdı:
    - Dövlət dəftərxanasından gəlmiş məmur ona şəxsiyyət vəsiqəsi götürməyi təklif edir. Hələ gənc və məhdud dünyagörüşlü müəllim razılaşır. Məmur əvvəlcə onun adını soruşub qeyd edir. Familyasını soruşduqda "mənim familyam yoxdur” deyir. Məmurun köməkliyi ilə bir soyadı düşünüb tapırlar. Məmur müəllimin anasının adını soruşduqda müəllim deyir: "Sən naməhrəmsən, mənim anamın adını nə üçün bilməlisən?” Məmur anlatmağa çalışır ki, bu vacibdir, əgər ananın adı yazılmasa, vəsiqə etibarsız olar və şəxsiyyət tanınmaz. Müəllim qeyzlə, mən istəmirəm ki, anamın adı ora yazılsın deyir. Məmur əl çəkmədiyi üçün müəllim deyir: "Anam əmətullahdır” ("əmətullah” - "Allahın kənizi” deməkdir). Məmur da müəllimin vəsiqəsinə onun anasının adını "Əmətullah” yazır! Hansı ki, qadının adı Rüqəyyə olur. Müəllimim deyirdi ki, indi də vəsiqəmdə anamın adı "Əmətullah”dır.
    Müəllimim bu söhbətə nə üçün vaxt ayırdığını belə izah etdi: "Biz bir vaxt elə zənn edirdik ki, ananın adını çəkmək İslami qeyrətə zərbədir. Hansı ki, bu münasibət köhnə adət-ənənələrdən doğurmuş və İslam dini ilə heç bir əlaqəsi yoxmuş. İndi isə qadınlar azad təhsil alır, müəllimlər onların adını çəkir və bütün bunlar İslama zidd deyil”.
    İndi də bəzən evdə qızı, ananı, ümumiyyətlə qadını adı ilə çağırmağı qəbahət sayanlarla rastlaşırıq. Hansı ki, İslam dinində belə bir göstəriş yoxdur. Nəinki göstəriş, hətta İslam böyüklərinin həyatında oxşar nümunə də tapmaq olmaz. Məsələn, kim iddia edə bilər ki, Peyğəmbər (s) öz qızını və ya həyat yoldaşını adı ilə çağırmayıb? Heç kim! Peyğəmbər öz həyat yoldaşı ilə elə mülayim rəftar edirdi ki, onlar öz fikirlərini rahat açıqlayırdılar. Hətta Peyğəmbərin (s) arvadı Həfsənin atası Ömər, qızı Peyğəmbərlə (s) çəkinmədən danışığına görə onu cəzalandırmaq istəyir.
    Bəs, həmin dövrdən əsrlər ötdükdən sonra biz "mədəni” insanlar qadınla necə rəftar edirik? Qadın hər sözü ərinə deyə bilirmi? Onun ağzını qıfıllayan İslamdır, yoxsa adət-ənənə?!
    Peyğəmbərin (s) öz dövründə qadınların azadlığı bu günkü müsəlmanlarda təəccüb doğura bilər. Hüneyn döyüşü zamanı Mədinə qızları Peyğəmbərin (s) yanına gəlib, döyüşdə iştirak (yaralılara qulluq) üçün icazə istəyirlər. Peyğəmbər (s) icazə verir!
    Peyğəmbər məsciddə xüsusi bir yer ayırıb, Rəfidə adlı qadına xəstələrə yardım göstərməyi tapşırır. Xəndək döyüşündə yaralanmış Səd ibn Məaz məhz bu yerdə yardım alır.
    İbn Yəmin öz divanında Səbzvarın kiçik bir qəsəbəsində yaradılmış xəstəxana və həmin xəstəxanadakı tibb bacıları haqqında yazır.
    Əgər VII-VIII əsrlərdə adi bir qəsəbədə belə bir məntəqə olmuşdursa, Rey, Tus, Bəlx, Buxara, Bağdad kimi şəhərlərdə, təbii ki, daha böyük və rahat xəstəxanalar olmamış deyil. Amma bir İran ziyalısı ilk tibb bacısı kimi birinci Dünya Müharibəsində iştirak etmiş amerikalı qadını təqdim edir, onun şəninə mədhiyyələr qoşur. Bir digəri köhnəliyə istinad edərək, dindən danışır. Bir başqası isə, əslində, köhnəliyi nəzərdə tutub dinə hücum edir.
    Məsələlərin necə dolaşıq salındığı göz qabağındadır. Məhz bu dolaşıqlıqda necə böyük istedadlar təəssüb qurbanı olur, necə böyük dini dəyərlər istifadəsiz qalır. Ona görə də İslamı anlayan, cəmiyyəti tanıyan və "öz əsri”ndə yaşayan insanların məsuliyyəti çox böyükdür. Bu insanlar 15 əsrlik fasiləni hisslərində, düşüncələrində, iradələrində yaşatmalıdırlar. İslamın nazil olduğu gündən bu günədək keçən dövrü hiss etmək! Çünki XX əsrdə yaşayan bu insanların etiqadının əsası 14 əsr əvvəl qoyulmuşdur. Bu böyük tarixi keçmiş haqqında düşünmək zəruridir.
    Dediyimiz kimi, küfrdən də çirkin freydizmin qarşısında dayanmaq üçün kamil məzhəb, mədəniyyət və ideallara malik olmaq lazımdır. Qərbdə gəncliyin düşüncəsini istismarçıların xeyrinə kökləyən freydizm şərqdə də eyni məqsədlərə xidmət edir. Cəmiyyətə seksual azadlıq vəd edən freydizm bəşəriyyəti qara qüvvənin işlərindən xəbərsiz saxlamağa çalışır. Şərqdə insani azadlıqları məhv etmək üçün qərbdən şərqə seksual azadlıq təbliğ edən vasitələr ötürülür. Bu, qərbin şərqdən müftə daşıdığı xammalların haqqı kimi də başa düşülə bilər. "Sən mənə neft ver, mən onun dəyərini seksual azadlıqla ödəyim!”. Seksual azadlığa yüyürən gənc, hətta doyduqdan sonra da özünə gəlib, haqqını düşünə bilmir.
    Qərbin çirkin dəvəti qarşısında ən güclü müqavimət imkanına müsəlman cavanlar malikdirlər. Onların, əsrin alnında əks olunası ilahi idealları vardır. İslama zidd köhnəlikdən, sıxıntılardan qurtulmaq istəyən gənc nəsil bu ideallara üz tutmalıdır. Bu köhnəliyə üz tutmuş və modernizmə təslim olmuş iki qadından sonra üçüncü bir simadır. Nəsildən nəsilə ötürülən köhnə adət-ənənələrə bağlılıq İslama aid deyil. Qərbdən gələn modernizm isə nə elmdir, nə azadlıqdır, nə də qadına ehtiram! Bu, burjuaziyanın mənafe qurğusudur. Qadın hansı yolu seçməlidir? Düşüncəli, arif qadın nə köhnəliyə səs verir, nə də modernizmə. Bu seçimdə ilahi ideallar, imamlar, Əhli-beyt ən məntiqi seçim olaraq qalır. Bu ilahi ailədə hər bir üzv nümunədir: Həsən sülhdə, Hüseyn cihadda, Zeynəb ictimai ədalət uğrunda mübarizədə, Fatimə qadınlıqda, Əli isə hər bir şeydə!
    Amma tarixi şərh edərək təkrarlamaq kifayət deyil. Necə anlamağı, necə öyrənməyi, necə ibrət götürməyi araşdırmaq lazım gəlir. Əgər Peyğəmbər (s) Fatiməni (ə) dünyanın dörd əzəmətli qadınlarından biri kimi təqdim edib, Fatimədən "dünya qadınlarının xanımı olmaq istəmirsənmi?” soruşursa, bu təqdimat, bu sözlər kompliment, quru tərif deyil. Peyğəmbərdə (s) kompliment yoxdur! Peyğəmbər (s) həqiqət çərçivəsindən çıxmır! O, bir oğru qadının cəzadan azad edilməsi xahişinin cavabında "Fatimə də olsaydı, əlini kəsərdim” deyir! Peyğəmbər (s) Fatiməyə (ə) axirət həyatı üçün çalışmağı tövsiyə edir, "mən sənin üçün bir iş görə bilməyəcəyəm” deyir. Məsələ bizim düşündüyümüzdən qat-qat ciddidir. O, Fatiməyə (ə) xəbərdarlıq edir: "Sən səbir etməlisən, öz məsuliyyətini öhdənə götürməlisən, bacıların sənin qədər məsul deyil. Onlar ər evində rahat ömür sürürlər və dinin ümumi qanunlarına əməl edirlər. Amma sən istisnasan!”.
    Həzrət (s), Fatimədən (ə) büt yaratmaq fikrində deyil. O, Fatimənin (ə) həqiqəti axtaranlar üçün nümunə olduğunu nəzərə çatdırır.
    Bəs, bu nümunədən necə öyrənməli? Fatimənin (ə) həyatı məlumdur, söhbət ibrət götürməkdən gedir. Məsələn, Fatimənin əlindən alınmış Fədək bağı mövzusundan hansı dərsləri almaq olar? Fatimə (ə) ondan alınmış bağı qaytarmaq üçün mübarizə aparır. Amma bu sadəcə bağ mübarizəsi deyil. Bir kiçik bağdan ötrü bir belə əziyyət çəkmək Fatimənin (ə) əzəmətli şəxsiyyəti ilə uyuşmur. Fatimə (ə) Fədək uğrunda apardığı mübarizə ilə mövcud hakimiyyətin ədalətsizliyini sübuta yetirməyə çalışır. Yəni söhbət maddi təmənnalar üzərində qurulmamışdır. Əgər müsadirə olunan bağ yox, bir tümən pul olsaydı, Fatimədən (ə) eyni müqavimət müşahidə olunardı. Əgər Fatimə (ə) daimi olaraq saxta xəlifə seçkisinə qarşı çıxırdısa, bu mövzunu bir nöqtədə məhdudlaşdırmamalıyıq.
    Bu gün nə Fədək var, nə də xəlifə seçkisi. Bunlara tarixin ötəri hadisələri kimi baxmaq olmaz. Bu mövzular hər zaman, həmçinin bu gün də aktualdır və təkrarlanmalıdır. Amma bu təkrar hər il keçirilən tarixi ildönümləri xarakterində olmamalıdır. Həmin qadın sadəcə nümunəvi övlad, ana, həyat yoldaşı olmamış, ictimai həyatda qadın üçün normalar yaratmışdır. Bu, ailədə, cəmiyyətdə, millətin taleyində özünü məsul hesab edən qadındır. O, ictimai hadisələrdə son nəfəsinədək iştirak edir. Hətta qalib gəlməyəcəyini bildiyi bir zamanda yerində oturmur. Bu ictimai məsuliyyəti dərk etmək Fatimədən (ə) alınası bir dərsdir.
    Bu xanım 5-10 yaşlı qızcığaz ikən atasının ardınca gəzir, Peyğəmbərin (s) ardınca! 7-8 yaşlarında ev xanımı olan bu qız Peyğəmbərin (s) ən ağır vəziyyətlərində onun yanında tapılır, kömək əlini uzadır.
    Səd ibn Vəqqas mühasirə dövrünü dərin həyəcanla, ən çətin günlər kimi yad edir. Həmin bu dövrdə çətinliyin ən ağır yükü yenə də Peyğəmbər ailəsinin çiynindədir. Çünki onlar bütün çiyin yoldaşlarının məsuliyyətini daşıyırlar. Mühasirənin aclığını, sıxıntısını, təhqirlərini yaşayan Fatimə (ə) öz kiçik əlləri ilə ata-anasına nəvaziş göstərir, özündən böyük bacılarına toxtaqlıq verir.
    Hicrət dövründə isə ən böyük əzablar Fatimənin (ə) intizarındadır. Ailə qurarkən Əlini (ə) seçən Fatimə (ə) bu işdə də öz ictimai məsuliyyətini unutmur. O, yalnız öz xanımı üçün çalışan ər deyil. Əli (ə) şəmşir və eşq kişisidir, əlində başqa bir şey yoxdur. O, sanki bütün bəşəriyyətin əzab yükünü daşıyan qəhrəmandır.
    Fatimə (ə) öz seçimində agahdır. O, bu seçimin məsuliyyətini ölənədək unutmur. O, elə bir ailə qurur ki, bütün bəşər tarixində bu ailənin oxşarı yoxdur. Bu ailənin hər bir üzvü nümunədir. Əlbəttə ki, idealların bir ailədə toplanması olduqca maraqlı bir faktdır.
    Ailədaxili münaqişələrdə Peyğəmbərin (s) arvadı, Əbu Bəkrin qızı Aişənin xüsusi rolu olmuşdur. Bu qadını qıcıqlandıran nədir? O, Peyğəmbəri (s) özünə məxsus etmək istədiyi halda, Peyğəmbər (s) Fatimənin (ə) vurğunudur. Bu ilahi sevgi Aişəni üzür, onda həsəd yaradır. Amma bununla belə, Aişə deyir: "Peyğəmbər istisna olmaqla, Fatimədən üstün bir şəxs görmədim.” Təəccüblüdür, eləmi? Onu bu etirafa sövq edən nədir? Əlbəttə ki, Fatimənin (ə) inkaredilməz əzəməti!
    Bu gün hər bir ziyalı qadın müəyyən mütaliədən sonra uyğun simaları tanıya bilər. Adət-ənənələrin yaratdığı müsəlman qadını yox, əsl nümunələri qərbin modern qadını ilə müqayisə etmək lazımdır. Sadəcə, həqiqi İslamı bilən və onu olduğu kimi təsvir edən yazıçıların, alimlərin əsərlərinə müraciət etmək lazımdır. Məsələn, Siffeyn savaşındakı müsəlman qadını tanıyan şəxs həqiqi müsəlmanı, köhnəpərəst müsəlmandan fərqləndirə bilər. Həmin döyüşdə müsəlmanları Əlinin (ə) bayrağı altında döyüşə ruhlandıran kimlər idi? Tərəddüdsüz deyə bilərik ki, həmin döyüşdə cihad əhval-ruhiyyəsinin müəllifi natiq müsəlman qadınlar olub.
    Siffeyn döyüşü bitir, Əli (ə) dünyasını dəyişir. Biz həmin qadınları unutsaq da, Müaviyə unutmur. Onlardan birinin həbsi haqqında göstəriş verir. Qadını həbs edib, Dəməşqə gətirirlər. Bu həmin qadın idi ki, Əli (ə) şiələrini ruhlandırıb, Müaviyəyə qarşı nitqlər söyləmişdi. Müaviyə qadına deyir: «Sənin keçmişdə çox günahın olub. Bilirsənmi, Siffeyndə Əlinin qılıncı ilə əsgərlərimizin ölümündə sənin də əlin var?!» Müaviyə kimi amansız bir hakimin hüzurunda məhbus vəziyyətində dayanmış həqiqi müsəlman qadının cavabına baxın: "Sən mənə xoş xəbər verdin, Allah da sənə xoş xəbər yetirsin”. Budur müsəlman qadın!
    Peyğəmbər əshabı haqqında yazılmış kitablardan yalnız biri müsəlman qadınlara həsr olunmuşdur. Tarix boyu nə vaxt həqiqi İslam hakimiyyəti mövcud olmuşsa, bu cəmiyyətdə müsəlman qadınlar müxtəlif sahələrdə aparıcı rol oynamışlar. Həqiqi İslam aradan götürülən kimi, müsəlman qadın da pərdə arxasında qalmışdır.
    Qadın azadlığından danışırlar. Məgər kişiyə nə hüquq verilib ki, qadına nə hüquq verilsin?! Əgər qadın üçün hicab, islami geyim əsarət sayırlarsa, kişinin də öz hicabı var!
    Modernistlər müsəlmanlara təlqin etmək istəyirlər ki, hicab yalnız çadradır. Bəs əslində necədir? Mütəhhəri cənablarının bu sahədə gözəl araşdırmaları var. Çadra, çarşab yalnız müəyyən bir dövrə aid olan hicabdır. Zaman keçdikcə hicab da müasirləşir. Qadın azaddır və İslamın əsas göstərişlərindən olan hicab bu azadlığı məhdudlaşdırmır. Müasir hicablı qadın yarımçılpaq qadınlarla müqayisədə gözəl, cazibədar, ən əsası isə iffətlidir.
    Düşmən hicab adı altında əslində, çadraya hücum edir. Mühafizəkar dindar isə hicabı müdafiə etdiyini güman edərək, əslində, çadranı müdafiə edir. Hətta bəzi köhnəpərəst dindarlar şortla gəzən qadınla müasir qaydada hicaba riayət edən qadına fərq qoymurlar. Onlar tamamilə yanlış olaraq, yalnız çadranı hicab hesab edirlər.
    Çadranın simasında hicaba qarşı çıxan ziyalı isə hələ Zeynəbdən (ə) xəbərsizdir. Zeynəb (ə) Kərbəla inqilabının başlandığını gördüyü vaxt meydana atılır. Onu bu hərəkətə vadar edən qardaşı Hüseynə (ə) tərəfdarlıq hissi yox, Allah qarşısındakı məsuliyyət hissidir. O, öz ailə həyatını buraxıb, bəşəri dəyərlər uğrunda mübarizə aparmağı öz insanlıq vəzifəsi bilir. O, şəhadət məqamınadək Hüseynlədir. Hüseynin (ə) şəhadətindən sonra Zeynəb (ə) cihad bayrağını ələ alır. Hüseynin (ə) öz qanı ilə yazdığı həqiqətləri Zeynəb (ə) oxumaqla davam edir. Zeynəb (ə) istər əsirlikdə, istər sürgündə olduğu vaxtlar bir an belə olsun susmur. Onun dünyaya yayılmış ədalət və azadlıq harayı hətta qeyri-şiələrdə, qeyri-müsəlmanlarda Əhli-beyt məktəbinə sevgi oyadır. Xilafət səltənəti dağıldıqdan sonra əsrlər ötüb. Amma ideal mübariz qadın obrazı Zeynəbi (ə) tanıyanların qəlbində bu gün də yaşamaqdadır. Bu qadın gününün, əsrinin yox, günümüzün və əsrimizin idealıdır.
    Deyilənlər adət-ənənə çərçivəsinə sığmayan ilahi, əbədi dəyərlərdir. Nə qədər bəşəriyyət var, bu ideallar da yaşayasıdır. Bəşəriyyət, qızcığaz ikən azadlıq mübarizəsinə qalxmış Fatiməni (ə) tanımalıdır. Üç illik mühasirədə öz səbri, Peyğəmbər (s) tənha olduğu vaxt "ataya analığı”, Mədinədə böyük mücahid Əliyə (ə) xanımlığı ilə ideala çevrilmiş Fatimənin (ə) həyatı işıqlandırılmalıdır. Fatimə (ə) Həsən, Hüseyn, Zeynəb (ə) kimi övladlar tərbiyə etmiş anadır. İstər Həsən (ə), istər Hüseyn (ə), istər Zeynəb (ə) - hər biri nümunədir. Zeynəbin (ə) formalaşmasında Fatimənin (ə) xüsusi rolu var. Hüseyn (ə) Peyğəmbər məscidində, səhabələr arasında böyümüşdü. Zeynəb (ə) isə Fatimə (ə) işığında ərsəyə çatmışdı. Kərbəla hadisələrində Zeynəbi (ə) dəqiq izləyə bilənlər Fatimə (ə) ruhu ilə qarşılaşırlar. Necə olur ki, bir ailə bütün cəhətlərdən, bütün dövrlər üçün nümunəyə çevrilir? Əslində, hər şey məntiqə uyğundur.
    Fatimə (ə) Peyğəmbərin (s), Əlinin (ə) ən əzəmətli vaxtlarında fəqirlik girdabındadır. Peyğəmbərdən (s) sonrakı müstəsna sıxıntı, çətinlik də onun mübariz xarakterini sındıra bilmir. Bütün mücahid İslam şirlərinin susduğu bir zamanda da Fatimə (ə) ədalətsizlik qarşısında susmur. Gecələr səhabələrin evlərini gəzir, ən mühüm adamlarla qarşı-qarşıya durub həqiqəti bəyan edir.
    Fatimə (ə) dünyasını dəyişir və bəşər tarixində yeni bir ömür qazanır. Fatimə (ə) həqiqətsevərlik, ədalət, fədakarlıq rəmzi olaraq qalır.
    O, bu günkü müsəlman qadına necə ana olmağı, Hüseyn və Zeynəb kimi övladları necə tərbiyə etməyi öyrədir. O, sədaqətli həyat yoldaşı, ictimai xadim kimi aktual qadın nümunəsidir.
    Fatimə (ə) ölümü ilə də dərs verir. "Əli, məni gizli dəfn et, qoy ətrafımda dövrə vurub əzadarlıq etməklə, öz hakimiyyətlərinə dini don geyindirməsinlər...”. Hətta ölümü vasitəsi ilə də mübarizə aparan qadın!
    Category: Qadın - Fatimə Fatimədir | Views: 1432 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024