İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:53 AM
    Övsafül-Əşraf
    BİRİNCİ BAB
    Hərəkətin başlanğıcı və bu səfər (hərəkətin müyəssər olması) üçün lazım olan azuqə, yol tədarükü. Bu altı şeyə şamil olur və biz onun hər birini ayrıca fəsillərdə aşağıdakı şəkildə göstəririk:
    – Birinci fəsil: İman
    – İkinci fəsil: Səbat
    – Üçüncü fəsil: Niyyət
    – Dördüncü fəsil: Sidq
    – Beşinci fəsil: İnabət
    – Altıncı fəsil: İxlas
    Birinci fəsil
    İman
    Allah-taala buyurur: "İman gətirib imanlarını zülmlə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”("Ən`am”, 82.)
    İman [kəlməsi] lüğətdə təsdiq mə`nasındadır, yə`ni inanmaq. Və təhqiq əhli arasında xas təsdiq mənasındadır və bu həmin təsdiqdir ki, qəti elm və Peyğəmbərin (s) buyurduqlarına qəlbi inam onunla hasil olur. Peyğəmbərin (s) mə`rifəti Qadir, Alim, Səmi`, Bəsir [olan] Allahın mə`rifətindən ayrı olmaz. O Allahın ki, peyğəmbərləri göndərmiş, Qur`anı Məhəmməd Mustafaya (s) nazil etmiş və İslam ümmətinin yekdil nəzərlə qəbul etdiyi halalı, haramı, vacibi, müstəhəbbi bəyan etmişdir.
    Deməli iman bu məsələlərə şamil olur, nə az, nə də çox, çünki ondan azı iman sayılmaz və ondan çoxu imanın özü yox, kamalı olar.
    İmanın nişanələri: İmanın nişanəsi odur ki, insan bilməli olacağı şeyi bilməli, deməli olacağı şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı şeydən çəkinməlidir. Bütün bu dediklərimiz "saleh əməl” adlanır və bəhs etdiyimiz təsdiq (iman) üçün lazımlı və artıb-azaltmaq qabiliyyətinə malikdir.
    Və buna görə də saleh əməl hər yerdə imanla yanaşı zikr olunur. Necə ki, Allah buyurur: "Yalnız iman gətirib yaxşı əməllər edən...(ziyanda olmayacaq)”(Əsr”, 3)
    İmanın mərtəbələri: Bilməliyik ki, imanın bir neçə mərtəbəsi var. Onun ən aşağı mərtəbəsi dildə olan imandır ki, Allah-taala bu barədə buyurur: "Ey mö`minlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qur`ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!”("Nisa”, 136.) Və həmçinin buyurulan bu ayə: "Qənimət əldə etmək iştahası ilə islama daxil olan bədəvi ərəblər "biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de ki: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır...”("Hucurat”, 14.) – həmin mətləbə işarədir. Bundan yuxarı mərtəbə təqlidi imandır. Yə`ni mö`min iman etməli olacağı şeyə qəti iman edir, amma onun imanının zavala uğramaq imkanı var. Əlbəttə, əgər qəti iman hasil olarsa, onun ardınca saleh əməl də gələcəkdir ki, Allah-taala buyurur: "Mö`minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır!...”("Hucurat”, 15.)
    Bundan daha yaxşısı qeybə olan imandır ki, Allah-taala onun barəsində buyurur: "O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır...”("Bəqərə”, 3.)
    Bu cür iman bir növ batini bəsirətlə yanaşı olur və imanda möhkəm olmağı tələb edir. Sanki mö`min qeyb pərdəsi arxasından aləmi müşahidə edir. Bu mərtəbədən də yuxarı o kəslərin imanıdır ki, Allah-taala onlar haqqında buyurmuşdur: "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar...("Ənfal”, 2.)– O yerə qədər ki, buyurur: "Onlar həqiqətən də iman əhlidirlər.”(Həmin. Ayə əslində belədir: "Onlar ancaq öz Rəbbinə təvəkkül edər.”)
    Bu, kamalla olan imanın mərtəbəsidir. Bu iman yəqinlə yanaşı olur və imanın ən ali mərtəbəsi hesab olunur. Bunun şərhini sonra verəcəyik.
    Seyri-süluk yolunda qeybə olan imandan aşağı mərtəbənin, ən azı təqlidlə olan imandan aşağısının faydası yoxdur. Çünki, həqiqətən də dildə olan iman bir iman deyil. Allahın buyurduğu bu ayə də ona işarədir: "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.”(Yusuf”, 106.)
    İnsanın seyri-süluku başa vurması üçün hökmən ali iman mərtəbəsinə yiyələnməsi lazımdır. Əgər mütləq kamil vücuda, yə`ni Yaradana qəti imanı olsa, bu e`tiqadın nəticəsində ruhu bir yerdə qərar tutacaq və seyri-süluk onun üçün mümkün olacaqdır və asanlıqla hədəfinə çatacaqdır.
    İkinci fəsil
    Səbat
    Allah-taala səbat barəsində buyurur: "Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlimeyi-şəhadətlə) sabitqədəm edər..”("İbrahim”, 27.)
    Səbat bir halətdir ki, imanla yanaşı olmayınca insanda ruhi rahatlıq, arxayınlıq yaranmaz və nəticədə, kamalın tələbi də ondan asılı olduğu üçün müyəssər olmaz. Çünki e`tiqadında süst olan hər kəs kamal tələb edə bilməz. İmanın səbatı kamil və kamalın var olduğuna qət`i imanın əldə edilməsindən ibarətdir. Nə qədər ki, bu qət`iyyət əldə edilməyib kamalın tələbi də olmayacaqdır və nə qədər ki, kamalın tələbi və bu yolda səbatın əldə edilməsi qərarına gəlinməyib, seyri-süluk mümkün olmayacaqdır və bir kəs əzm göstərib qərara gəlsə amma səbatı olmasa "Yer üzündə şeytanların azdırıb atdığı və çaşqın dolaşan adam kimi”("Ən`am”, 71.) olar. Bəlkə, belə də deyə bilərik ki, çaşqın və sərgərdan qalmış adamın qərarı da olmaz və necə ki, müəyyən bir səmtə yönəlməyibdir, onun hərəkəti və seyri-süluku da baş tutmayacaqdır və əgər hərəkəti də olsa faydasız və səmərəsiz olacaqdır.
    Və amma, bir adamın səbatının səbəbi öz əqidəsinin haqq olduğuna olan batini bəsirəti, kamala qovuşmasından aldığı ləzzət və həmin batini halətin zavala uğramayacaq şəkildə mələkəyə çevrilməsi olar. Bu səbəblə də sabitqədəm insanlar həmişə saleh əməllər görərlər.
    Üçüncü fəsil
    Niyyət
    Allah-taala niyyət barəsində buyurur: "De ki, Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”("Ən`am”, 162.)
    Niyyət qəsd mənasındadır və qəsd elm və əməl arasında vasitədir, çünki bir kəs nə etməli olduğunu bilməsə, həmin işi görməyə qəsd etmir və nə qədər ki, qəsd etməyib həmin işi görməyəcəkdir. Seyri-sülukun başlanğıcı qəsddir. Bunun üçün də salik müəyyən məqsədi nəzərdə tutmalıdır və məqsəd mütləq kamildən kamalın əldə edilməsi olduğu üçün, niyyət Haqq Taalaya yaxınlaşmaq olmalıdır, çünki mütləq kamil yalnız Odur.
    Əgər belə olsa əməlsiz niyyət, niyyətsiz əməldən daha yaxşı olacaqdır, necə ki, Peyğəmbər (s) buyurur: "Mö`min insanın niyyəti əməlindən daha yaxşıdır.”( 
    "Üsuli-kafi”, c. 2, səh. 84 (Beyrut çapı) və həmçinin "Bihar”, c. 70, səh. 201, bab 53, rəvayət 32.  
    )
    Çünki niyyət ruhun yerindədir, əməl isə bədənin; yenə də Həzrət buyurur: "Əməllər niyyətdən asılıdır("Sünən”, İnb-Macə, c. 2, səh. 1413, bab 26, hədis 4227 və həmçinin "Bihar”, c. 67, səh. 111, bab 30, rəvayət 21.)”, yə`ni bədənin həyatı ruhdan asılıdır.
    Və yenə də buyurubdur: "Hər kim, hər işdə hansı niyyəti etmiş olsa, ona da çatacaqdır. Hər kəs Allaha və Peyğəmbərinə doğru hicrət etsə, hicrəti Allaha və Peyğəmbərinə doğru olacaqdır. Hər kəs dünya malına sahib çıxmaq və ya bir qadınla evlənmək üçün dünyaya tərəf hicrət etsə, onun hicrəti həmin səmtə də olacaqdır.”
    Və amma, qürbət qəsdi isə görülən xeyir bir iş hər zaman kamalın əldə edilməsini tələb edər. Necə ki, Allah-taala buyurur: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyə, yaxud yaxşılıq etməyə və ya insanlar arasında sülh yaratmağa əmr edən şəxsin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən şəxsə (axirətdə) böyük mükafat verəcəyik!”("Nisa”, 114)
    Dördüncü fəsil
    Sidq
    Allah-taala sidq barədə buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiq olanlardan olun” (Peyğəmbər və onun səhabələri ilə birlikdə olun!)("Tövbə”, 119)
    Sidqin lüğətdəki mə`nası doğru danışmaq və əhdə vəfa anlamındadır. Amma burada murad həm danışıqda, həm niyyətdə, həm qərara gəlməkdə, həm verdiyi əhd-peymana vəfa etməkdə – ümumiyyətlə həyatda qarşılaşdığı bütün hallarda doğru-düzgün olmaq mə`nasındadır. Siddiq o kəsdir ki, sadaladığmız bütün hallarda sidq onun məsləkinə, adətinə çevrilmiş olsun; belə ki, heç bir yerdə xilaf işin eyni və əsəri onda müşahidə edilməsin. Aqillər və alimlər demişlər: "Əgər bir kəs belə olsa, onun yuxusu da doğru olacaqdır” və göstərilən bu ayə də onların şə`nində nazil olmuşdur: "Mö`minlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar...”("Əhzab”, 23.)
    Siddiqləri peyğəmbərlər və şəhidlərlə bir sırada tutmuşlar. Allah-taala buyurur: "Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne`mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), e`tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar.”(Nisa”, 69. )
    İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə vəsf etmişlər: "Həqiqətən, o, (İbrahim) büsbütün doğru danışan bir zat-bir peyğəmbər idi.”("Məryəm”, 41.)
    Həmçinin bə`zi peyğəmbərlər haqqında da buyurmuşdur: "Biz onlara doğru danışan və yüksək dərəcəli dil qərar verdik.”
    Düzgünlük və sədaqət məqsədə çatmaq üçün ən yaxşı yol olduğu üçün, məqsədə çatmaq yolunda müstəqim yolla seyri-süluk edən şəxs ən ümidverici kəs olacaqdır, inşaallah.
    Beşinci fəsil
    İnabət (tövbə)
    Allah-taala inabət haqqında buyurur: "Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.”("Zumər”, 54.)
    "Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:
    1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: "Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.”("Qaf”, 33.)
    2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: "(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.”("Mu`min”, 13.)
    3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: "Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): "Bu, və`d olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!”("Qaf”, 31-35.)
    Altıncı fəsil
    İxlas
    Allah-taala ixlas barəsində buyurur: ”Halbuki onlara əmr edilmişdi Allaha – dinlərini xalis edərək, (yalnız Allaha məxsus edərək) digər bütün batil dinlərdən islama dönərək – ibadət etsinlər...!("Bəyyinə”, 5.)
    Fars dilində "ixlas” məxsus qılmaq mənasındadır, yə`ni bir şeyi yanaşı olduğu və ya qarışdığı başqa bir şeydən paklamaq, ayırmaq. Amma burada ixlas o deməkdir ki, insanın dediyi, gördüyü hər bir iş Allah dərgahına qürbət qəsdilə, xas və xalis [şəkildə] Allah üçün olsun, belə ki, hər cür dünya və axirət qərəzindən pak olsun.
    Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur...”("Zumər”, 3.)
    İxlasın ziddi odur ki, ona başqa bir qərəz qarışsın, məsələn vəzifə, mal-dövlət istəyi, şöhrət arzusu və ya axirət savabı tamahı, və ya cəhənnəm əzabından qurtulmaq istəyi. Bunlar hamısı şirkdir. Şirkin özü iki növdür: aşkar və gizli. Aşkar şirk bütpərəstlikdir, yerdə qalan hamısı gizli şirkdir. Peyğəmbəri-əkrəm (s) buyurur: "Mənim ümmətim arasında şirkin niyyəti, zülmət gecədə qara daşın üstündə gəzən qara qarışqanın hərəkətindən gizlidir.”("Bihar”, c. 72, səh. 96, bab 98, rəvayət 8.)
    Seyri-süluk yolunda kamal sorağında olan üçün şirk ən pis maneədir. "Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”("Kəhf”, 110.)
    Elə ki, gizli şirk aradan qalxdı, süluk və ona nail olmaq asan olacaqdır. Hədislərin birində deyilir ki, "Kim qırx gün işlərini və ibadətini Allah üçün ixlasla yerinə yetirsə, hikmət bulağı qəlbindən qaynayıb dilinə cari olar.”( 
    "Bihar”, c. 70, səh. 249, bab 54, rəvayət 25.  
    )
    Category: Övsafül-Əşraf | Views: 1097 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024