İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:52 AM
    Övsafül-Əşraf
    İKİNCİ BAB
    Seyri-süluk yolunda maneələrin aradan qaldırılması.
    Bu bab altı fəsildən ibarətdir:
    – Birinci fəsil – Tövbə.
    – İkinci fəsil – Zöhd.
    – Üçüncü fəsil – Fəqr.
    – Dördüncü fəsil – Riyazət.
    – Beşinci fəsil – Mühasibə və müraqibə.
    – Altıncı fəsil – Təqva.
    Birinci fəsil
    Tövbə
    Allah-taala tövbə barəsində buyurur: "Ey mö`minlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.”("Nur”, 31.)
    Tövbənin mə`nası günahdan dönməkdir. Hər şeydən öncə bilməliyik ki, günah nədir, sonra ondan dönməliyik. Bilməlisiniz ki, insanın işləri beş növdür:
    1. Hökmən görüləcək və tərki cayiz olmayan iş (vacib)
    2. Hökmən görülməyəcək və görülməsi cayiz olmayan iş (haram)
    3. Görülməsi görülməməsindən daha üstün olan iş (müstəhəb)
    4. Görülməməsi görülməsindən daha üstün olan iş (məkruh)
    5. Görülməsi və görülməməsi bərabər olan iş (mubah)
    Beləliklə günah birinci bəndə görə görüləcək işin görülməməsi, ikinci bəndə görə isə görülməyəcək işin görülməsidir. Bu işlərdən tövbə etmək bütün aqillərə vacibdir. Burada günah dedikdə, yalnız dillə və əməllə olan günahlar deyil, hər bir aqil insanın ixtiyarı və iradəsilə baş tutan bütün fikri və əməli günahlar nəzərdə tutulur. Və amma üçüncü növ əməlin – yə`ni müstəhəb əməlin – tərki və dördüncü növ əməlin – yə`ni məkruhun – görülməsi «tərki-övla» adlanır. Mə`sumlar üçün övlanın tərki bəyənilməzdir. Onlar bu işlərdən tövbə etməlidirlər. Seyri-süluk əhlinin məqsədi Haqq-Taala olduğu üçün, onların Allahdan qeyrisinə diqqət yetirmələri günah sayılır və bu işdən tövbə etməlidirlər.
    Deməli tövbə üç növdür:
    1. Bütün bəndələrə şamil olan ümumi tövbə.
    2. Mə`sumlara aid olan xas tövbə.
    3. Seyri-süluk əhlinə şamil olan əxəsss tövbə.
    Ümmətin günahkarlarının tövbəsi birinci növdən, Həzrət Adəm və digər peyğəmbərlərin tövbəsi ikinci növdən və bizim peyğəmbərimizin (s) tövbəsi ki, buyurur: "Həqiqətən də mənim qəlbimə qubar oturur və mən (buna görə) hər gün yetmiş dəfə istiğfar edirəm.”("Bihar”, c. 63. səh. 183.) – üçüncü növdəndir.
    Ümumi tövbə
    Ümumi tövbə iki şərtə əsaslanır:
    1. Bütün işlərdən agah olub, hansı işin kamala çatmağa, hansı işin nöqsana səbəb olduğunu bilmək. Əlbəttə, kamal şəxslərə nisbətdə cürbəcür olur; bə`ziləri üçün kamal əzabdan qurtulmaqdır, bir başqası üçün savaba çatmaqdır, digəri üçün Allah-taalanın razılığını əldə etmək, Ona yaxın olmaqdır.
    Nöqsan da eynilə kamalın müqabilində duraraq neçə qismə bölünür; bə`ziləri cəzaya səbəb olur, bə`ziləri insanı savabdan məhrum edir və bə`ziləri də Allahın qəzəbinə səbəb olur ki, həmin Allahın lə`nətindən ibarətdir.
    2. Kamalın faydalı olduğuna, yə`ni Allah rizasının bu işdə olduğuna və nöqsanın zərərli olduğuna, yə`ni Allahın qəzəbinə səbəb olduğuna vaqif olmaq.
    Bu iki şərtə yiyələnmiş hər aqil şəxs günah etməz və əgər birdən günah etmiş olsa da, tez tövbə edər.
    Tövbənin əldə edilməsinin keyfiyyəti
    Tövbə üç şəkildə həyata keçir:
    1. Keçmiş zamanla müqayisədə tövbə;
    2. İndiki zamanla müqayisədə tövbə;
    3. Gələcək zamanla müqayisədə tövbə;
    Keçmiş zamanla müqayisədə tövbə
    Keçmiş zamana nisbətdə tövbə iki qisimdir:
    1. Keçmişdə gördüyü günaha görə insanın həddən artıq peşmançılıq və təəssüf hissi keçirməsi. [Tövbənin] bu şəkli digərini icab edər. Bu səbəbdən Peyğəmbər (s) buyurur: "Peşmançılıq özü tövbədir.”("Bihar”, c. 8, səh. 34, bab 21, rəvayət 5.)
    2. Keçmişdə gördüyü günahların əvəzini çıxmaq ki, bu da üç növə ayrılır:
    1) Allahın əmrindən boyun qaçırmaqla nəticələnən günah iş (Allaha nisbətdə edilən günah);
    2) İnsanın özünü Allahın qəzəbinə düçar etməklə, nöqsana sürükləməklə nəticələnən günah (Özünə nisbətdə etdiyi günah);
    3) İnsanın dili və ya əməli üzündən başqasının zərəri ilə nəticələnən günah. (Başqasına nisbətdə edilən günah);
    Və amma, insan başqaları haqqında etdiyi günahın əvəzini ödəməlidir. Nə qədər ki, başqasının haqqını özünə qaytarmayıb süluk yoluna qədəm qoya bilməz. Əgər başqasının haqqını dili ilə tapdalamışsa, gedib ondan üzr istəməlidir və ya əvəzini ödəməlidir və ya bir yolla onu özündən razı salmalıdır. Əgər başqasının haqqını əməli olaraq tapdamışsa, onda haqqında günah etdiyi şəxsin haqqını – əgər sağdırsa – özünə, yox əgər dünyadan köçmüşsə onun varislərinə qaytarmalıdır və ya mümkün yolla onların razılığını əldə etməlidir və nəzərdə tutulan cəzanı çəkməlidir.
    Əgər bir kəsi öldürmüş olsa, ölü yiyəsinin razılığını əldə etməlidir, çünki ölmüş şəxsdən razılıq almaq qeyri-mümkündür. Əgər bu şərtləri və tövbənin digər şərtlərini əldə etsə, Allah-taalanın axirətdə onu öz hüdudsuz rəhmətinə şamil edəcəyinə ümidvar olsun.
    Və amma özü haqqında etdiyi günahın əvəzini ödəmək üçün tə`yin edilmiş dini və dünyəvi cəzaları ödəməlidir.
    Və amma Allahın haqqında etdiyi günahların əvəzini ödəmək üçün ağlayıb-sızlamaqla Allah dərgahına üz tutmalı, ibadətə və riyazətə məşğul olmalıdır. Əlbəttə, bu şərtlə ki, özü və başqaları haqqında etdiyi günahların əvəzini ödəmiş olsun.
    İndiki zamanla müqayisədə edilən tövbə
    İndiki zamanla nisbətdə tövbə iki cürdür:
    1. Hal-hazırda mürtəkib olduğu günahı Allaha qürbət qəsdi ilə tərk etsin.
    2. Başqası haqqında etdiyi sitəm və haqsızlıqdan əl çəkib həmin kəslər haqqında etdiyi zülmün, haqsızlığın əvəzini ödəsin.
    Gələcək zamanla müqayisədə edilən tövbə
    Gələcək zamanla da nisbətdə tövbə iki cürdür:
    1. Etdiyi günahı gələcəkdə bir daha təkrarlamayacağına qəti qərar verməsi; hətta onu öldürsələr, yandırsalar belə [bir daha həmin günaha bulaşmamalıdır.] İstər öz ixtiyarı ilə olsun, istər zorla olsun, bir daha həmin günahı etməyə razı olmamalıdır.
    2. Özünə söz verməlidir ki, gələcəkdə etdiyi tövbəsini sındırmayacaq, verdiyi sözünün üstündə duracaqdır. Hətta sözünün üstündə dura bilməsi və bir daha həmin günaha düşməməsi üçün, həmin günaha qayıtdığı təqdirdə nəzir verəcəyini və ya kəffarə ödəyəcəyini və ya həmin günahdan saxlayacaq digər maneə növünü özü ilə şərt kəsə bilər.
    Nə qədər ki, öz sözündə qəti olmayıb və ya fikrində həmin günaha qayıtmaq ehtimalı olsa, sabitqədəmlik əldə edilməyəcəkdir. Bu şərtləri Allaha qürbət qəsdi ilə etməlidir ki, Peyğəmbəri-əkrəmin (ə) buyurduğu: "Günahdan tövbə edən kəs, heç bir günahı olmayan kəs kimidir”(Üsuli-Kafi”, c. 2, səh. 435, həm. "Bihar”, c. 6, səh. 21, rəvayət 16.) – zümrəsinə daxil olsun.
    Bütün bu dediklərimiz ümumi tövbə ilə əlaqədar idi.
    Allah-taala bu camaat haqqında buyurub: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün.”("Təhrim”, 8)
    Və həmçinin buyurmuşdur: "Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.”("Nisa”, 17.)
    Xas və əxəss tövbə
    Xas tövbə övla işin tərk edilməsini bildirən tövbədir. Bu tövbənin şəraiti də ümumi tövbədə yad edilən kimidir. Allah-taala bu barədə buyurmuşdur: "Allah çətin saatda bir qismin ürəyi (şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan) dönmək üzrə ikən Peyğəmbərə (s), onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi.”("Tövbə”, 117.)
    Və amma əxəss tövbə iki şeyə nisbətdə hasil olur:
    1. Salikin tutduğu yoldan qeyrisinə iltifatından və diqqətindən tövbə etməsi. Bu barədə demişlər: "Sağ və sol – hər iki tərəf azdırıcıdır.”( 
    "Nəhcül-bəlağə” (Əbduh), xütbə 16, səh. 50.  
    )
    2. Seyri-süluk əhlinin keçməsi vacib olan mərhələdən enməsi və o mərhələdə dayanmasından edilən tövbə. Onların orada dayanması günah sayılır. Yə`ni kamalın bir mərhələsini başa vurmaqla kifayətlənməməli, həmin mərtəbədə qalmaqla razılaşmamalıdır ki, bu iş onlar üçün günah hesab olunur. Buna görə də demişlər: "Yaxşıların bəyənilən işləri müqərrəblər üçün günah hesab olunur”("Bihar”, c. 11, səh. 206, bab 6, rəvayət 4.)
    Bunun üçün də seyri-süluk əhli kamalın hər mərhələsinə yetişdikdə daha yüksək mərhələyə diqqət yetirməli, həmin mərhələdə dayanmağı özlərinə günah bilməlidirlər. [Əgər belə bir günahla qarşılaşmalı olsalar] tövbə, istiğfar, israrın tərki, keçmişdə buraxdıqları səhvlərdən peşmançılıq və Allah dərgahında ağlayıb-sızlamaqla özlərini paklamalıdırlar.
    "Kim Allaha tövbə etsə və xalis bəndə olsa, Allah da onun üçün olar. Allah (günahından) tövbə edənləri, təmiz və pak olanları sevər!”(Birinci cümlə rəvayətdən, ikinci cümlə isə Bəqərə surəsinin 222-ci ayəsindən götürülmüşdür)
    İkinci fəsil
    Zöhd
    Allah-taala zöhd barəsində buyurur: (Kafirlərin) bə`zi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! (Gözünü dikmə) Rəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir. (Sürəklidir, əbədidir.) "Zöhd” rəğbətsizlik mə`nasındadır. Zahid o kəsdir ki, dünyaya aid olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir sözlə ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə – rəğbəti olmasın. Əlbəttə bu rəğbətsizlik imkansızlıq və yoxsulluq, və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu deyilənlərə dünyəvi olduqları üçün e`tinasız olsa zahid adlanır. Amma "Həqiqi zahid” o kəsdir ki, yuxarıda deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat tapmaq və cənnət savabına çatmağa da tamahı olmasın. Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır.
    Mələkənin, yə`ni hansısa sifətin insanın vücudunda adətə çevrilməsi və yer tutmasının əldə edilməsi belədir ki, insan özünü nəfsani istəklərdən saxlamalıdır və nəfsini çətin işlərlə məşəqqətə salmalıdır ki, qərəzi tərk etmək iradəsi onda möhkəmlənsin.
    Zahidlərdən biri haqqında hekayət
    Deyirlər ki, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça və faludə satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir: "Bir gün ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə qulaqburması olsun deyə kəllə-paça satmağı özümə peşə seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl göstərməyim.”
    Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır ki, alçaqlığın həddindən, həddən artıq ac olmasına baxmayaraq qonaq gedəcək deyə heç bir şey yemir ki, qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-sülukda) insan [onu məqsəddən yayındıracaq] məşğələləri kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə qarışmasın və hədəfdən yayınmasın.
    Üçüncü fəsil
    Fəqr
    Allah-taala fəqr barədə buyurur: "Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur”("Tövbə”, 91.)
    "Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu "fəqr”, həqiqətdə "zöhd”ün bir şö`bəsidir.
    Peyğəmbəri-əkrəm (s) buyurur: "Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: "Bəli.” Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.”(Bihar”, c. 77, səh. 93, rəvayət 2.)
    O Həzrətə (s) deyəndə ki: "Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək.” Cavabında buyurdu: "Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.”("Bihar”, c. 72, səh. 64, rəvayət 13.)
    Dördüncü fəsil
    Riyazət
    Allah-taala riyazət barəsində buyurur: "Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinin istəyini (şəhvət) boğmuşsa, həqiqətən, onun yurdu cənnətdir!”("Naziat”, 40-41)
    "Riyazət”in lüğəvi mə`nası heyvanı ram etmək, onu xoşagəlməz hərəkətlərdən çəkindirmək və sahibinin verdiyi bütün buyruqlara onu adət etdirməkdir. Bizim də burda məqsədimiz riyazət dedikdə, heyvani nəfsin(Nəfs − Məfhumundan asılı olaraq müxtəlif mə`nalarda işlənir: 1. Hər kəsin və ya hər bir şeyin zatı. 2. Ruh, zehin. 3. Öz. Hər bir şəxsin özü. 4. Qədim fəlsəfədə təbii cisimdə (maddə) həyatı və hərəkəti yaradan müstəqil cövhər. Nəfsin tərifində demişlər: "Mücərrəd bir cövhər olub zatında maddəyə ehtiyacı yoxdur, amma fe`ldə maddəyə ehtiyacı olar. Cənabəzi nəfsin irfani məfhumu haqqında deyir: "Nəfsin həqiqəti elmin vasitəsilə idrak olunmaz, vicdanla tanınmaz. Nəfs mütləq vücuddan ibarət olub nəfsin nöqsanları vasitəsilə pərdələnmişdir. Əbulqasim Qüşeyri deyir: "Bir şeyin nəfsi, yə`ni o şeyin vücudu deməkdir. Amma mə`rifət əhli yanında nəfs deyildikdə vücud nəzərdə tutulmur. Məqsəd bir kəsin pislənilən sifətləri, məzəmmətedici əxlaqı və əməlləridir.” Ariflərə görə nəfs ruhun zindanı, dünya isə nəfsin zindanıdır. Burada Nəsirəddin Tusi mə`rifət əhlinin, ariflərin nəzərindən çıxış edir, nəfsi salikin ali məqsədə çatması yolunda əngəl olan əsas maneələrdən biri sayır.) şəhvət və qəzəb qüvvəsində və bu iki qüvvəyə aid olan şeylərdən itaətinə mane olmaq və [həmçinin] natiqə nəfsin(Natiqə nəfs − Qədim fəlsəfədə buna insani nəfs, aqilə nəfs, mələki nəfs də demişlər. Nitq (şüur) insanı heyvandan ayıran başlıca xüsusiyyət kimi götürülür. Nitq qüvvəsi insan əqlinin və danışmasının əsas mənşəyi hesab edilir. Burada əqlin hakim kəsildiyi, digər heyvani qüvvələri özünə tabe etdirən nəfs nəzərdə tutulur.) heyvani qüvvəyə, mal toplamaq, vəzifəyə olan hərislik və bu hərislikdən törənə biləcək hiylə, məkr, qeybət, təəssüb, qəzəb, kin, həsəd, fisq, şər işlərdə batıb qalmaq və xoşagəlməz adətlər kimi əxlaqi rəzilətlərə və əməllərə tabe olmağının qarşısını almaqdır.
    Və həmçinin, riyazət dedikdə məqsədimiz, mümkün kamala çatmaq yolunda nəfsin, əql və əməldən itaətini adətə çevirməkdir. Və amma şəhvət qüvvəsinə tabe olan nəfsə "bəhimi” deyərlər, qəzəb qüvvəsinə tabe olan nəfs "səbu`i” deyərlər və əxlaqi rəzilətləri özündə adətə çevirmiş nəfsi "şeytani” adlandırarlar.
    Allah Qur`anda bu üç nəfsi "əmmarə nəfs”( 
    Əmmarə nəfs − Qur`ani-kərimin 12-ci surəsinin 53-cü ayəsindən götürülmüşdür.  
    ) adlandırmışdır. [Əlbəttə] əgər bu rəzilətlər nəfsdə sabit olmuş olsa, amma əgər sabit olmasa və ya hərdən insanda gah xeyirə, gah da şərə təmayül etsə və ya xeyirə meyilli olub, şərə meyillilikdən peşman olsa və özünü danlasa, o nəfsə "ləvvamə nəfs”(Ləvvamə nəfs − Qur`ani-kərimin 75-ci surəsinin 2-ci ayəsindən götülürmüşdür.) demişdir.
    Və amma əqlə tabe olub xeyir tələbini özündə adətə çevirmiş nəfsi "mütməinnə nəfs”( 
    Mütməinnə nəfs − Qur`ani-kərimin 89-cu surəsinin 27-ci ayəsindən götürülmüşdür.  
    ) adlandırmışdır.
    Riyazətdə insanın hədəfi
    Riyazətdə insanın qərəzi üç şeydir:
    1. Haqqa qovuşmaq yolunda zahiri və batini maneələrin aradan qaldırılması;
    2. Kamalın tələbi məqsədilə heyvani nəfsin əməli əql qarşısında müti edilməsi;
    3. Mümkün kamala çatmaq məqsədilə ilahi feyzin qəbulu yolunda insani nəfsin sabitliyə adət etdirilməsi;
    Beşinci fəsil
    Mühasibə və müraqibə
    Allah-taala mühasibə və müraqibə haqqında buyurur:”Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.”(Bəqərə”, 284.)
    "Mühasibə” lüğətdə kiminləsə hesablaşmaq və "müraqibə” (bir şeyi qoruyaraq, əmanət olaraq) saxlamaq mə`nasındadır. Mühasibə dedikdə bizim məqsədimiz budur ki, insan itaətini və günahını hesab etsin, görsün hansı daha çoxdur. Əgər itaəti çox olsa, baxıb görsün itaətinin günahdan çox olması Allahın onun haqqında lütf etdiyi ne`mətlərə nisbətdə nə qədərdir. İnsanın vücudunun özü elə bir ne`mətdir ki, onun əzalarının yaradılışında saysız hikmətlər gizlənmişdir; belə ki, təşrih elminin alimləri öz fəhmləri və elmləri tutumunda neçə-neçə kitablarda onu şərh etmişlər. [Amma buna baxmayaraq] dəryadan bir qətrəni belə başa düşə bilməmişlər. [İnsanın vücuduna diqqətlə nəzər salsaq] nəbati və heyvani nəfs qüvvələrində çoxlu faydaların mövcud olduğunu görəcəyik, [insanın ruhuna nəzər salsaq] Allahın onu, mə`qulatı(Əql vasitəsilə dərk olunanlar) və elmləri öz zatı ilə necə də dərk edən, məhsusatı(Hiss üzvləri vasitəsilə dərk olunanlar.) necə fəhm edən olaraq yaratdığını müşahidə edəcəyik, ə`za və qüvvələrini idarə edə bilməsi üçün ixtiyarında alətlər qoyduğuna şahid olacağıq. Həmçinin [Allah] ilk yaradılışdan insanın ruzisini müəyyən, onun inkişaf və bəslənməsi vasitələrini həm yuxarı aləmdən, həm də bu dünyadan hazır etmişdir.
    Belə olan surətdə əgər [günahına nisbətdə ağır gələn] itaətini Allahın bütün bu ne`mətləri və digər sayagəlməz ne`mətlərilə müqayisə etsə, bütün hallarda özünün təqsirli olduğunu görəcəkdir. Necə ki, Allah buyurmuşdur:
    "Əgər Allahın ne`mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.”("İbrahim”, 34)
    Və amma, əgər onun itaəti və günahı bir həddə, bərabər olsa, bilməlidir ki, bu ne`mətlərin müqabilində heç bir bəndəlik etməmişdir və [belə olan halda] öz təqsirini aşkar görəcəkdir.
    Və amma, əgər günahı itaətindən çox olmuş olsa.., vay halına!
    Yenə vay halına! Buna görə də kamalın tələbində olan əgər özü ilə bu cür mühasibəni aparsa, onda itaətdən başqa bir şey olmayacaqdır. Və baxmayaraq ki, ancaq itaət edir yenə də özünü müqəssir görəcəkdir. Buna görə də Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: "Sizi mühasibəyə çəkməmişdən öncə özünüzü mühasibə edin.”(Bihar”, c. 70, səh. 73, rəvayət 26.)
    Əgər bir kəs özünü mühasibə etməsə günah bataqlığına düçar olar, bu ayənin əsasında ki, buyurur: "Heç kəsə əsla haqsızlıq edilməz. Bir xaldal dənəsi ağırlığında olsa belə, onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik!”("Ənbiya”, 47) – [onu haqq-hesaba çəksələr] mühasibə vaxtı şiddətli əzaba və böyük ziyana düşər. [Belə bir andadır ki]: "Heç kəs heç kəsin karına gələ bilməsin (heç kəs heç kəsə öz əməlindən bir şey verə bilməsin), heç kəsdən şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması barəsində xahiş, iltimas) qəbul olunmasın...”("Bəqərə”, 48.) Belə bir gündən Allaha pənah aparırıq!
    Və amma "müraqibə”, insanın yaxşı əməllərini batil edəcək hərəkətlərin baş verməməsi üçün batinini və zahirini həmişə qoruyub saxlamasıdır, yə`ni həmişə öz əhvalına diqqət yetirməlidir ki, məbada gizlində və aşkarda günah iş görər, ya istər kiçik, istər böyük bir şey onu haqq yolun yolçuluğundan saxlayar. Bu ayəni həmişə xatirində saxlamalıdır ki, buyurur: "Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ondan qorxun.”("Bəqərə”, 235.)
    Beləliklə də [seyri-süluk yolunda insan] vüsal mərhələsinə, məqsədinə nail olar.
    والله یوفق من یشاء من عباده انه هو اللطیف الخبیر
    Altıncı fəsil
    Təqva
    Allah-taala təqva barəsində buyurur: "...Allah yanında ən hörmətli olanınınz Allahdan ən çox qorxanınızdır.”(Hucurat”, 13.)
    "Təqva” [insanın] Allahın qəzəbindən və dərgahından uzaq düşmək qorxusu vasitəsilə günahlardan çəkinməsi mənasındadır. Necə ki, sağalmaq istəyən xəstə onun səhhətinə zərərli və xəstəliyini artıracaq şeylərdən çəkinməlidir ki, müalicəsi baş tutsun və [müsbət] nəticə versin. Kamal tələbində olan insanlar da kamalla tərs gələn və ya kamalın əldə edilməsinə əngəl törədən və ya saliki kamal yolundan saxlayan şeylərdən çəkinməlidirlər ki, bu yolda müsbət nəticə əldə edə bilsinlər.” Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.”("Talaq”, 2, 3.)
    Təqvanı təşkil edən ünsürlər
    Həqiqətdə təqva üç şeydən təşkil olunmuşdur:
    1. Xof;
    2. Günahdan çəkinmək;
    3. Allaha yaxınlaşmaq tələbi;
    Bunların hər birinin şərhi bu risalədə yeri gəldikcə dolğun şərh ediləcəkdir. Qur`an və hədislərdə təqvaya geniş yer verilmişdir və müttəqilər haqqında çoxlu söz söylənilmişdir. Biz bu yığcam risalədə onların hamısını yad etmək iqtidarında deyilik. Təqvanın son hədəfi Allah-Taalaya məhəbbətdir.
    "Xeyr (elə deyildir.) hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.”("Ali-İmran”, 76.)
    Category: Övsafül-Əşraf | Views: 1073 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024