İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:50 AM
    Övsafül-Əşraf
    ÜÇÜNCÜ BAB
    Seyri-süluk, kamalın tələbi və salikin əhvalını bəyan edər və altı fəsildən ibarətdir:
    Birinci fəsil – Xəlvət.
    İkinci fəsil – Təfəkkür.
    Üçüncü fəsil – Xof.
    Dördüncü fəsil – Rəca.
    Beşinci fəsil – Səbir.
    Altıncı fəsil – Şükür.
    Birinci fəsil
    Xəlvət
    Allah-taala xəlvət barəsində buyurur: "Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) kəsləri boşla getsinlər.”("Ən`am”, 70.)
    Həqiqi elmlərdə sübuta yetmişdir ki, ilahi feyzi qəbul etməyə iste`dadı olan hər bir zat, nə qədər ki, bu iste`dad var və maneə yoxdur, həmin feyzdən məhrum olmayacaqdır. İlahi feyzi o kəs tələb edə bilər ki, iki işdən agah olmuş olsun və bu agahlığı bütün hallarda həmin feyzin qəbulu iste`dadı ilə yanaşı saxlamış olsun.
    1. Bilməlidir ki, qəti və şəksiz ilahi feyz var.
    2. Bilməlidir ki, hər kəsdə o feyz olsa, [həmin feyz] o şəxsin kamalının zəminəsi olacaqdır.
    Seyri-sülukün mühüm maneələri
    Bu müqəddimə aydın olandan sonra xatırlatmalıyıq ki, kamal tələbində olan şəxs ilahi feyz iste`dadına yiyələndikdən sonra [seyri-süluk] yolunda maneələrin aradan qaldırılmasına başlamalıdır. Bu maneələrin ən başlıcası məcazi məşğələlərdir ki, insanı Allahdan qeyri şeylərlə məşğul etməklə onu həqiqi məqsədə tam diqqət yetirməkdən saxlayır. İnsanı məşğul edən böyük maneələr ibarətdir:
    1. Zahiri hisslər;
    2. Batini hisslər;
    3. Heyvani qüvvələr;
    4. Məcazi fikirlər.
    "Zahiri hisslər” [məsələn,] gözün görməsiylə insanı özünə çəkən mənzərələr, qulağın eşitməsiylə insanı yerindən oynadan səslər və həmçinin [burunla duyulan] xoş qoxular, [dadbilmə hissi ilə duyulan ləziz] yeməklər və [toxunmaqla] ləms edilənlər – insanı [əsas hədəfdən yayındırıb] özünə məşğul edən məşğuliyyətlərdir.
    "Batini hisslər” [məsələn,] məhəbbətə, nifrətə, [müxtəlif] surət və hallara və bu kimi şeylərə nisbətdə yaranan xəyal və vahimələr və ya keçmiş xatirələrin xəyalda canlanması və ya mal-dövlət, vəzifə kimi cazibəli görünəcək işlərdə fikrə dalmaq insanı özünə məşğul edən məşğuliyyətlərdir.
    "Heyvani qüvvələr” [məsələn,] qorxu, qəm, qəzəb, şəhvət, xəyanət, xəcalət, [yersiz] qeyrət, [düzgün olmayan] rəqabətlər, acı hadisələrdən pəhriz etmək insanın məşğuliyyətinə səbəb olur.
    "Məcazi fikirlər” [məsələn,] mühüm olmayan işlərdə və faydasız elmlərdə təfəkkür insanın məşğələsinə çevrilir.
    Xülasə, insanın yersiz [məşğuliyyətinə,] kamalı yolunda hicaba səbəb olacaq bu kimi işlər maneə sayılır. "Xəlvət” bu cür maneələrin aradan qaldırılmasından ibarətdir. Beləliklə, xəlvət sahibi elə bir yer seçməlidir ki, zahiri və batini hisslər onu özünə məşğul edə bilməsin və heyvani qüvvələri də tərbiyə etməlidir ki, onu həmin qüvvələrə xoş gələn şeylərin cəzbinə və xoş gəlməyən şeylərin dəfinə təhrik etməsin. Məcazi fikirlərdən də külli olaraq üz döndərməlidir, çünki bu cür fikirlərin hamısı sonra fani dünyanın məsləhətinə görə olur, amma axirət məsləhəti bilinən işlərin sonu, insan ruhunda əbədi qalacaq ləzzətlərin əldə edilməsidir. [Salik] zahiri və batini maneələri, insanı Allahdan qeyri işlərə məşğul edən amilləri aradan qaldırdıqdan sonra bütün bacarığını, iradəsini işə salıb qeybi töfhələri və həqiqi zehniyyəti, yə`ni təfəkkürü – ki, ayrıca fəsildə zikr olunacaq – ələ gətirməyə çalışmalıdır.
    İkinci fəsil
    Təfəkkür
    Allah-taala təfəkkür barəsində buyurur: "Məgər onlar öz-özlərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?”("Rum”, 8) Hərçənd "təfəkkür” üçün çoxlu mə`nalar söyləmişlər, amma onların hamısının xülasəsi bir cümlədə öz əksini tapır və o da budur ki: Təfəkkür, yə`ni insaniyyət batininin məbdədən məqsədə doğru seyri və alimlərin istilahında "nəzər” də bu mə`nadadır. Heç kəs seyr etmədən nöqsan mərtəbəsindən kamal mərtəbəsinə yetişə bilməz. Buna görə də demişlər: "İlkin vacib, təfəkkür və nəzərdir”. Qur`ani-məciddə də təfəkkürə təşviq edən ayələr çoxdur, onların hamısını [burada] saymaq mümkün deyil. Misal olaraq: "Həqiqətən, bunda (bu yaradılışda) təfəkkür edən bir qövm üçün ibrətlər vardır!”("Rum”, 21)
    Hədisdə deyilir: "Bir saatlıq düşüncə və təfəkkür yetmiş illik ibadətdən üstündür.”("Bihar”, c. 69, səh. 293, bab 37, rəvayət 23.)
    Onu da deyək ki, seyrin məbdəsi, yə`ni haqqa doğru hərəkətin başlanğıc yeri varlıq aləmi və insanın vücududur. Və seyr bu mə`nadadır ki, afaqi və ənfusi ayələr,(Afaqi və ənfusi ayələr. Afaq, üfüq kəlməsinin cəm halı olub üfüqlər deməkdir. Ənfus, nəfs kəlməsinin cəm forması olub nəfslər deməkdir. Seyrü-süluk yolunun müqəddimələrindən biri də afaqi və ənfusi seyrdir. Qur`ani-kərimin Fussilət surəsinin 53-cü ayəsindən əxz edilmiş ürfani bir göstərişdir. Afaq dedikdə bütün xarici aləm (varlıq aləmi), ənfus dedikdə isə insanın vücudu nəzərdə tutulur.) yə`ni varlıq aləminin hər zərrəsinin zərrəsində və insanın vücudunda tapılan hikmətlər onları Yaradanın əzəmət və kamalına bir nişanə olsun ki, bununla da ilahinin başlanğıc nuru hər bir zərrədə müşahidə edilsin: "Onun (Qur`anın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, (varlıq aləmində) həm də onların öz vücudunda mütləq göstərəcəyik...”("Fussilət”, 53.)
    Ondan sonra aydın olur ki, Allahın müqəddəs vücudu Ondan qeyri hər bir şeyə və bu minvalla varlıq aləminin hər bir zərrəsində Onun zühurunun təcəllisinə şəhadət və nəzarət edir: (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?!”("Fussilət”, 53.)
    "Afaq ayələri” –mövcudatın (Allahdan qeyri hər bir şey) həqiqi dərkindən və bəşərin gücü həddində onların hər birinin vücudunun fəlsəfi anlamından ibarətdir. Bu dərk, asimanlar, ulduzlar, səma cisimlərinin hərəkəti, vəziyyəti və miqdarı, onların ölçüsü və təsirləri haqqında bəhs edən astronomiya elmi yolu ilə, həmçinin ünsürlərin tərkibi, malik olduqları keyfiyyət və surətləri əsasında təsir və əks təsirlərindən, ünsürlərin hasil olmasının keyfiyyətindən, bərk cisimlərin (mə`dən filizləri), bitkilərin, heyvanların tərkibindən bəhs edən təbiətşünaslıq elmi yolu ilə və eləcə də göy və yer mövcudatını, başlanğıc hərəkətini, tə`sir və əks tə`sirlərini, onların xüsusiyyət və müştərək yönləri və ədəd, riyaziyyat elmi və onlara aid bölmələr kimi elmləri öyrənmək yolu ilə ələ gəlir. Bunların hamısının dərki "afaq ayələri” adlandırılır.
    Və amma "ənfus ayələri” təşrih elmi (fiziologiya və psixologiya) vasitəsilə cismin və ruhun (fiziki və psixoloji) dərkindən ibarətdir. İnsan cismi sümüklər, əzələlər, sinir sistemi və damarlar kimi tək (sadə) üzvlərə, əmr verib, əmr alan üzvlər kimi mürəkkəb üzvlərə malikdir ki, onların hər biri [müxtəlif]alət və vasitələrə, qüvvələrə, xüsusi vəzifələrə, sağlamlıq və xəstəlik kimi halətlərə yiyəlik edirlər. Həmçinin insan ruhu cismlə əlaqədə təsir və əks təsirlərə, nöqsan və kamala, dünya və axirətə nisbətdə xoşbəxtliyə və bədbəxtliyə malikdir. Bunların hamısının dərki "ənfus ayələri” adlandırılır. Bura qədər dediklərimiz seyrin başlanğıcıdır və öndə gələn "təfəkkür” afaq və ənfus ayələrinin dərkindən ibarətdir. Amma kamalın ən ali mərtəbəsinə yetişməkdən ibarət olan seyrin sonu və məqsədi haqqında axırıncı fəsil və bablarda söhbət açacağıq.
    Üçüncü fəsil
    Xof və hüzn
    Allah-taala xof və hüzn haqqında buyurur: "Əgər mö`minsinizsə, Məndən qorxun!”("Ali-İmran”, 175.)
    Üləma [xov və hüznün fərqi barədə] demişdir: "Hüzn əldən çıxmış bir şeyə nisbətdə olan qəm-qüssədir. Xof gözlənilən bir şeyə nisbətdə olan qorxudur.”
    Deməli "hüzn”, baş vermiş və qayıtması qeyri-mümkün olan acı bir hadisəyə nisbətdə və ya bir fürsətin, ya da düzəlməsi mümkün olmayan yaxşı bir işin əldən çıxmasına nisbətdə [yaranan] qəlbi narahatçılıqdan ibarətdir. Və amma "xof”, baş verməsi gözlənilən və onu yaradacaq amillərin ortaya çıxması mümkün olan acı bir hadisəyə nisbətdə və ya yaxşı bir işin əldən çıxmasına görə ki, sonradan düzəlməsi mümkün deyil – olan nigarançılığa nisbətdə keçirilən qəlbi narahatçılıqdan ibarətdir. Beləliklə, əgər belə bir işin yaranmasına səbəb olacaq amillərin üzə çıxması qəti olsa və ya yaranmasına böyük bir ehtimal verilirsə bunu "məkruh intizar” adlandırırlar. Bu intizar ağır narahatçılıqlara səbəb olacaqdır. Amma belə bir işin baş vermə amilləri qəti olması və ancaq onun yarana bilmə fikri narahatçılığa səbəb olsa onun səbəbi "malixuliya”dır.(Malixuliya − Malixulaya − Melanxoliya. Yunan mənşəli söz kimi ərəb dilinə daxil olmuşdur. Orta əsrlər təbabətində (psixologiyada) bir növ psixoloji xəstəlik kimi göstərilir. Qara ödün çoxluğundan əmələ gələn qəm-qüssəyə deyirdilər. Qüssəyə dalmaq, iştəhasızlıq, sayıqlama, könül naxoşluğu, qarabasma malixuliyanın əsas əlamətlərindən sayılır. Məhəmməd Yusif Şirvaninin "Tibbnamə” əsərində deyilir: "Maxulaya dediyimiz bir buxardır ki, buluda bənzər və bulud dəxi günəşi necə qablar isə, bu dəxi insanın qəlbini qablayıb və əqlini zayil edib, hər nə gərəksə yabanə söylədər.” Nəsirəddin Tusi də burada yersiz fikri narahatçılığı malixuliyanın əlaməti kimi göstərmişdir.)
    Və amma saliklərin "xof” və "hüznü” faydasız olmaz, çünki hüzn əgər günaha batmaq, ya itaətdən və ibadətdən uzaq düşmüş ömürün hədərə getməsi və ya seyri-süluku və kamalı tərk etmək üzündən olsa, belə hüzn insanın tövbə etməyə qərar çıxarmasına səbəb olacaqdır.
    Xof əgər günaha batmaq, nöqsana düçar olmaq və yaxşıların dərəcəsinə çata bilməmək üzündən olsa, yaxşı işlər görməkdə sə`y etməyə, kamal yolunda irəliyə can atmağa səbəb olacaqdır.
    "Allah öz bəndələrini bununla qorxudur.”("Zümər”, 16.)_
    Seyri-süluk məqamında xofu və hüznü olmayan kəs, ürəyi daşlaşmış, qəsavət basmış adamdır.
    "Elə isə vay qəlbləri Allahın zikrinə (Qur`ana) qarşı sərt olanların halına! Onlar (haqq yoldan) açıq-aydın azmışlar.”(Zümər”, 22.)
    Xofun aradan getməsilə seyri-süluk əsnasında hiss edilən hər cür əmin-amanlıq həlak olmağa səbəb olacaqdır. "Allahın məkrindən, (onları dolaşdırıb bəla toruna salmayacağına) əmin idilərmi? Allahın məkrindən özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz!”("Ə`raf”, 99)
    Amma kamal əhli artıq belə bir xof və hüznə möhtac olmazlar.
    "Bilin ki, Allah dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.”("Yunus”, 62)
    Xof, xəşiyyət və rəhbətin(Xof, xəşiyyət, rəhbət − Hər üç kəlmə lüğət baxımından eyni mə`nada olub qorxu məfhumunu verir, amma seyri-süluk əhli bu üç qorxunu bir-birindən fərqləndirib, ortaya çıxma amillərinə görə müxtəlif dərəcələrə ayırmışlar.)fərqi. Baxmayaraq ki, lüğət baxımından xof və xəşiyyət bir mənadadır, amma seyri-süluk əhlinin istilahında onlar arasında fərq vardır. Çünki xəşiyyət alimlərə nisbət verilir, necə ki, Allah bu ayədə buyurur: "Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...”("Fatir”, 28)
    Cənnət də xəşiyyət əhlinə məxsusdur: "Bu (cənnət) Rəbbindən qorxanlar üçündür”("Bəyyinə”, 8)
    Amma onların xofu olmaz: "Onlar qəm-qüssə görməzlər”("Yunus”, 62.)
    Deməli xəşiyyət o qorxudur ki, Haqq-taalanın əzəmət və heybətini dərk etmək, öz nöqsanından xəbərdar olmaq, Haqqa bəndəlikdə qusurlu olmaq və ya übudiyyətdə ədəb-ərkanın tərk edilməsi ehtimalı, ya ibadətdə boşluğa yer vermək səbəbilə yaranır. Buna görə də xəşiyyət xofun xüsusi bir növüdür. Bu ayənin buyurduğu: "Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxarlar.”("Rə`d”, 21.) – [məsəli də] dediklərimizə bir dəlildir. Və amma rəhbət məna baxımından xəşiyyətə yaxındır: Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar.”("Ə`raf”, 154.) Salik riza dərəcəsinə çatdığında onun xofu əmin-amanlığa çevrilər.
    "İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!”("Ən`am”, 82.)
    Nə acı bir işdən nigaran olarlar, nə də xoş bir işə rəğbət göstərərlər. Bu əmin-amanlıq kamalın səbəbinə olur, [çünki] öncə söylədiyimiz əmin-amanlıq nöqsana görə idi. Bu əmin-amanlığa sahib olanın xəşiyyəti də olur, o vaxta qədər ki, vəhdət nəzəri təcəlla tapır və belə olan halda xəşiyyətdən də bir əsər-əlamət qalmır, çünki xəşiyyət kəsrətin( 
    Kəsrət − çoxluq mə`nasında olub "vəhdətin” (yeganəlik, birlik, vahid) qarşısında dayanır.  
    )tələblərindəndir.
    Dörcüncü fəsil
    Rəca`
    Allah-taala rəca` barəsində buyurur: "Həqiqətən, Allaha iman gətirənlər, (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar.”("Bəqərə”, 218. )
    Əgər bir şəxs gələcək zamanda baş verəcək yaxşı bir işin intizarında olub bu ümidlə həmin yaxşı işin müqəddiməsi üçün çalışsa, nəticədə əldə edəcəyi şeyin təsəvvüründən və intizarından qəlbində bir növ fərəh, sevinc hissi baş qaldıracaqdır ki, [bu batini fərəhə] rəca` deyirlər. Əgər qəti olaraq müqəddiməni əldə etmiş olsa və bilsə ki, onun istəyi gələcəkdə hasil olacaqdır, onu "mətlub intizar” adlandırırlar. Belə olan halda [bu halın] fərəhi və sevinci də çox olacaqdır. Əgər müqəddimənin əldə edilməsinə yəqini və zənni olmasa, [amma istəyini əldə edəcəyinə ümidi olsa] bu intizarı "təmənna” adlandırırlar. Əgər qəti olaraq bilsə ki, müqəddimənin əldə edilməsi qeyri mümkündür və [bununla belə] istəyinin intizarında olsa, bu cür ümid qurur və axmaqlıq babından sayılar.
    Xof və rəca`
    Xof və rəca` bir-birinin qarşılığıdır. (mütəqabil) Seyri-süluk məqamında, xofda olduğu kimi rəcanın da çoxlu faydaları vardır. Çünki rəca kamal dərəcəsində tərəqqiyə, mətləbə çatmaq yolunda sür`ətə bais olur. Necə ki, Allah-taala buyurur: " Kasad olmayacaq bir ticarət umarlar ki, (Allah) onlara (əməllərinin) mükafatını versin və Öz lütfündən onlara artırsın!”("Fatir”, 29-30. )
    Həmçinin rəca` [salikin] Allah-taalanın əfv və məğfirətinə xoşgüman olmasına və Onun rəhmətinə e`timad göstərməsinə zəmin yaradır: "Onlar Allahın rəhmətinə ümidvardırlar.”("Bəqərə”, 218.)
    Və amma həmin ümidin əsasında mətləbə çatmaq barədə [Allah-taala Həzrət Musaya (ə) xitabən] buyurmuşdur: انا عند
    ظن عبدی بی
    "Mən bəndəmin (Mənə etdiyi) gümanına uyğun hərəkət edirəm.”( 
    "Bihar”, c. 70, səh. 389, bab 59, rəvayət 56.  
    )
    Bu məqamda rəca`nın olmaması bədbinliyə və ümidsizliyə səbəb olur, belə ki, Allah-taala buyurur: "Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”( 
    "Yusif”, 87.  
    )
    İblis də həmin ümidsizliyə görə əbədi lə`nətə gəlmişdir. [Ona görə də]:
    "Allahın rəhmətindən ümidsiz olmayın.”( 
    "Zümər”, 53.  
    )
    Amma elə ki, salik mə`rifət dərəcəsinə çatdı onun rəc`sı sona yetər,çünki artıq bilir ki, görməli olacaq işi görmüşdür, görməli olmayacaq işi görməmişdir. Bu təsəvvürlə, əgər onda rəca` yeri qalmış olsa, bu ya olmalılara və ya olmamalılara olan cəhalət üzündəndir, ya da bütün səbəblərin Səbəbkarına olan şikayətə görədir ki, niyə mətləbinə çatmayıbdır.
    Əvvəlki fəsildən və bu fəsildən məlum oldu ki, salik nə qədər ki, [məqsədə yetməyib,] yoldadır, xof və rəca` halı ondan əskik olmaz: "(Onlar...) qorxu və ümid içində Rəbbinə dua edərlər...”("Səcdə”, 16.)
    Çünki rəhmət və qəzəb ayələrini eşitmək, nöqsan və kamalın dəlillərindən agahlıq və hər birinin digərinin yerinə zühur etməsi ehtimalı və yolun sonunda məqsədə çatmaqdan məhrum olma və məqsədə yetmə ehtimalı – bütün bunlar rəca` və xofa səbəb olurlar və bir tərəfin digər tərəfdən əskik və ya üstün olması imkansızdır. Elə buna görə də demişlər: "Əgər mö`minin xof və ümidini tərəziyə vursanız, bərabər gələcəkdir.” Çünki rəca` xofdan artıq gəlsə yersiz əmin-amanlığa səbəb olacaqdır: "Məgər Allahın məkrindən əmin idilərmi?”("Ə`raf”, 99.)
    Əgər xof rəca`dan üstün olsa məhvedici bədbinliyə və ümidsizliyə səbəb olacaqdır: "Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”("Yusif”, 87.)
    Beşinci fəsil
    Səbir
    Allah-taala səbir barəsində buyurur: "Səbir edin, çünki Allah səbir edənlərlədir!”
    Səbir lüğətdə, xoşagəlməz bir hadisə baş verdiyində insanların qərarsızlıqdan, səbirsizlikdən özünü saxlaya bilməsidir. Səbir edəndə insan qəlbini iztirabdan, dilini şikayətdən, bədən üzvlərini (artıq) hərəkətdən qorumuş olur.
    Səbirin növləri
    Səbir üç növdür:
    1. "Avam səbiri”. Bu, insanların özünü sün`i olaraq, yalandan səbirli göstərməsidir ki, zahirdə camaat, aqillər onu görüb bəyənsin: "Onlar dünya həyatının zahirini bilirlər, axirətdən isə xəbərsizdirlər.”("Rum”, 8.)
    2 – "Zahidlərin, abidlərin, təqvalıların, helm sahiblərinin səbiri” ki, axirət savabına çatmaq xatirinə olar: "Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbir edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”("Zumər”, 10)
    3 – "Ariflərin səbiri.” Ariflərdən bə`ziləri [onlara üz vermiş] acı müsibətlərdən ləzzət alarlar, çünki fikirləşərlər ki, Allah-taala onları bu bəlalara mübtəla etməklə digər bəndələrdən üstün qılmışdır və onlara xüsusi diqqət yetirmişdir: "Səbir edən şəxslərə müjdə ver? O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına qayıdacağıq!” deyirlər.”(Bəqərə”, 155-156.)
    Səbir haqqında bir hekayə
    Əsərlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüş idi. Həzrət Baqir (ə) ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir: "Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!” İmam Baqir (ə) deyir: "Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm”. Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin (ə) alnından öpdü və dedi: "Allahın rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. İnək yeri yardığı kimi, o da elmi yarar.”
    و هو یبقر العلم بقـرا کما
    ...
    Bu səbəbdən də onu "əvvəlinci və axırıncı elmləri yaran” adlandırmışlar. Dediyimiz dərəcələrə diqqət yetirməklə mə`lum olur ki, Cabir səbir əhlinin dərəcəsində imiş və Həzrət Baqir (ə) isə riza mərtəbəsində. Riza məqamının şərhi sonra veriləcəkdir, inşaallah.
    Altıncı fəsil
    Şükür
    Allah-taala şükür barəsində buyurur: "Şükür edənləri, əlbəttə mükafatlandıracağıq!"(Ali-İmran”, 145)
    "Şükür” lüğətdə, ne`mət sahibinə, onun verdiyi ne`mətləri müqabilində qədirdanlıq, təşəkkür mə`nasındadır. Ən böyük ne`mətlər, bəlkə onların hamısı Allah tərəfindən olduğu üçün, ən yaxşı iş də Allaha şükürlə məşğul olmaq olacaqdır. Şükür etmək üç surətdə olur:
    1. Ne`mətin dərki ki, afaq (dünya) və ənfusa (insan) şamil olur.
    2. O ne`mətlərin əldə edilməsindən hasil olan şadlıq və sevinc.
    3. İmkan daxilində ne`mət sahibinin razılığını əldə etməyə səy etmək. Bu razılığın əldə edilməsi, qəlbdə Ona olan məhəbbətlə, dildə və əməldə Allaha layiq şəkildə şükür etməklə, istər ibadətlə, istər itaətlə və istər də öz acizliyinə e`tiraf etməklə olsun, ne`mət sahibinin razılığını cəlb etməyə çalışmaqla hasil olur. Allah-taala buyurur: "Əgər (Mənə) şükür etsəniz, sizə (olan ne`mətimi) artıracağam.”("İbrahim”, 7.) Rəvayətdə deyilir ki: "İmanın yarısı səbir, o biri yarısı şükürdür.” Çünki salik həmişə iki haldan xaric deyil, ya xoşagəlməz bir işlə qarşı-qarşıyadır, ya da xoşagəlimli bir işlə üz-üzədir. Deməli xoşagəlimli işə görə şükür etməli, xoşagəlməz işə görə isə səbir etməlidir. Səbirin qarşısında səbirsizlik, qərarsızlıq durduğu kimi, şükürün də qarşısında küfr (nankorluq) dayanır. Küfr, küfranın bir növü sayılır: "Əgər nankorluq etsəniz, (unutmayın ki,) Mənim əzabım, həqiqətən şiddətlidir!”("İbrahim”, 7.)
    Buradan mə`lum olur ki, şükürün dərəcəsi, səbirin dərəcəsindən üstündür; çünki, şükür həm ürəklə, həm dillə, həm də başqa bədən üzvləri ilə olur və bütün bunların özü də Allahın ne`mətləridir. Şükür etmək üçün bu ne`mətlərdən istifadə edə bilmənin özü də başqa bir ne`mətdir. Beləliklə, əgər, hər bir ne`mətə şükür etmək istəsə, həmin ne`mətə şükür edə bildiyi üçün də başqa bir şükür etməlidir ki, [bu minvalla] söz uzunluğa çəkər. Elə ən yaxşısı budur ki, şükürün əvvəli və axırı acizliyə, zəifliyə e`tirafla yanaşı olsun. Şükürü yerinə yetirməkdə aciz olduğuna e`tiraf etməyin özü böyük bir şükürdür, necə ki, sitayiş etməkdə acizliyə e`tiraf etmək böyük sitayişdir. Buna görə də demişlər: "Sənə sitayişi saymaq imkansızdır, Sən elə bilirsən ki, Özün-Özünü sitayiş etmişsən və Sən, Sənin haqqında deyilənlərdən üstünsən.”("Bihar”, c. 97, səh. 87, rəvayət 13)
    Təslim əhli üçün şükür tamamlanmışdır, çünki şükür, ilahi ne`mətlərin əvəzini ödəməyə şamil olur. O kəs ki, bəndəlik məqamında özünü görmür, bəs, necə ola bilər ki, hər şeyin Özü olan Allahın qarşısında zahir olsun?! Buna görə də şükürün ən son nöqtəsi odur ki, şükür edən həm özünü, həm də ne`mət sahibini vücuda malik bilsin.
    Category: Övsafül-Əşraf | Views: 1062 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024