İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 13 » Övsafül-Əşraf
    11:44 AM
    Övsafül-Əşraf
    BEŞİNCİ BAB
    Vüsal əhlinin [sülukdan sonra] başına gələn halları zikr edər. Bu bab altı fəsildən ibarətdir:
    – Birinci fəsil – təvəkkül;
    – İkinci fəsil – riza;
    – Üçüncü fəsil – təslim;
    – Dördüncü fəsil – tövhid;
    – Beşinci fəsil – ittihad;
    – Altıncı fəsil – vəhdət.
    Birinci fəsil
    Təvəkkül
    Allah-taala təvəkkül haqqında buyurur: "Əgər mö`minsinizsə, Allaha təvəkkül edin!”("Maidə”, 23)
    "Təvəkkül”, işi kiminsə öhdəsinə qoymaq mə`nasındadır. Burada bəndənin [Allaha] təvəkkülü nəzərdə tutulur. Bəndənin Allaha təvəkkül etməsi o deməkdir ki, bəndə gördüyü bir işi və ya qarşısına çıxan bir işi – Allahı özündən daha bilikli və bacarıqlı bildiyi üçün – Allaha tapşırır ki, əgər Allahın təqdiri olsa həmin işi düzəldəcək və bəndə Allahın təqdir etdiyi hər bir şeyə qane və razı olsun: "Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir...”(Talaq”, 3.)
    Allahın təqdir etdiyi işə insanın qane və razı olması belə hasil olur ki, insan öz əvvəlki halı barəsində düşünsün ki, [Allah] onu əvvəl heçdən yaratdı və onun yaradılışında neçə-neçə hikmət qərar verdi ki, insan bütün ömrü boyu onun mində birini dərk edə bilməz, [sonra] onu boya-başa, ərsəyə çatdırdı, həyatını davam etdirə və nöqsandan kamala çata bilməsi üçün onu daxildən və xaricdən təchiz etdi və bu işi təmənnasız gördü.
    Məsləhətə uyğun onu boya-başa çatdırdı ki, bilsin ki, gələcəkdə [onun üçün lazım olacaq] hər şeyi hazır edəcəkdir və Onun təqdirindən və iradəsindən kənarda olmayacaqdır. Beləliklə Allaha e`timad edəcək və onda iztirab və nigarançılıqdan əsər – əlamət qalmayacaq. Onda yəqin hasil olacaq ki, istər iztirabı olsun, istərsə də olmasın, Allah-taala onun görməli olduğu işi Özü əncam verəcəkdir. Ona görə də buyurur: "Əgər bir kəs hər şeydən üz döndərib Allaha üz tutsa, Allah-taala onun bütün həyat ehtiyaclarını tə`min edər və ona, gümanı gəlmədiyi yerdən ruzi yetirər.”("Nurus-səqəleyn”, c. 5, səh. 357.)
    Təvəkkül o demək deyil ki, insan bütün işlərdən əl çəksin, desin ki, Allaha tapşırdım. Təvəkkül o deməkdir ki, [insan] Allahdan qeyri hər bir şeyin Allah tərəfindən olduğuna yəqin əldə edəndən sonra [bilsin ki,] aləmdə baş verin əksər işlər şərtlər və səbəblər əsasında hasil olur, çünki Allahın qüdrət və iradəsi bə`zi işlərə aid olur, bə`zi işlərə isə aid olmur. Qəti şəkildə [Allahın qüdrət və iradəsi] xüsusi şərtlər və amillər əsasında bir şeyə aiddiyyət tapır, deməli insan özünü, öz elm və qüdrətini cümlə səbəblər və şərtlərdən bilməlidir ki, bə`zi işlərin məxsus icadı [üçün hazır] olsun, hansı ki, insan o işləri özünə nisbət verir.
    Buna görə də bu cür işlərdə – hansı ki, insanın iradə və qüdrəti də onun vücuda gəlməsinin şərtləri və səbəbləri sırasındadır – çalışqan olmalıdır. Eynən o kəs kimi ki, həmin adamın vasitəsilə onun məhbubunun sevdiyi işlər hasil olur. Elə ki, vəziyyət belə oldu, cəbr və qədərin(Cəbr və qədər − Cəbr və ixtiyar, qəzavü-qədər, el dilində alın yazısı da deyilir. Əzəl gündən son günə qədər mövcudatın halına şamil olan ilahi hökm nəzərdə tutulur. Qədim fəlsəfədə qəzanı yaradılış üçün Allahın ilk iradəsi, qədəri isə Allahın ilkin iradəsinə uyğun yaradılış bilirdilər. Qəzaya görə bütün baş verənlər Allahın iradəsilə olur və Allaha nisbət verilir; İnsan gördüyü işlərdə müstəqil iradə və ixtiyar sahibi deyil. Qədərə görə insanın bütün əməlləri onun öz ixtiyarı və qüdrəti ilə olur. Qədimdən bu məsələ filosoflar və kəlamçılar arasında uzun mübahisələrə səbəb olmuşdur. Bə`zi firqə və məzhəblər birinci nəzəriyyəni əsas götürmüş, bə`ziləri isə ikinciyə üstünlük vermişlər. Xacə Nəsirəddin Tusi də bu məsələdə bir şiə alimi olaraq hər iki ifrat tərəfdən fərqli olan orta həddi qəbul edir və bu məsələdəki nəzərini sonda İmam Sadiqin (əs) dilindən sitat gətirərək açıqlamaqla şiə məktəbinin nəzərini ortaya qoymuş olur.) cəmi və ittihadı qarşıya çıxır, çünki, o işi əgər məhbuba nisbət versə, [bu işin] cəbr olduğu xəyala gəlir, əgər şərtlərə və səbəblərə nisbət versə, [bu işin] qədər olduğu sanılır. Amma, əgər diqqətlə araşdırılsa, nə mütləq cəbr, nə də mütləq qədər olur. Bu həmin (İmam Sadiq (ə) söylədiyi) kəlamdır ki, demişlər: "Nə cəbrdir, nə də qədər, məsələ bu ikisinin arasında olandır.”(Bihar”, c. 4, səh. 197.)
    Deməli insan özünü [onun] özünə aid olan işlərdə qüdrət sahibi bilməlidir. Əlbəttə bu qüdrətini vasitə və alətlərdə dəxaləti olan fail kimi yox, vasitə və alət mənziləsində görməlidir.
    Həqiqətdə, biri failə aid olan, digəri vasitəyə aid olan o iki e`tibar müttəhid olurlar və hər ikisi faildən qaynaqlanırlar və eyni halda vasitənin rolu da nəzərdə tutulur.
    Əlbəttə bu olduqca dəqiq bir məsələdir və təfəkkür qüvvəsini yetərincə çalışdırmadan onu həll etmək olmaz.
    Kim bu mərtəbəyə çatmış olsa, yəqin olaraq bilir ki, bütün mövcudatın təqdiri Allahın əlindədir və baş verəcək hər bir işi xüsusi vaxtda, xüsusi şərait, alətlər və səbəblərlə icad edir. Ona görə də mətləbə çatmaqda tələsikliyi və ya onun dəf` olmasında ləngiməyi təsirli bilmir, özünü də vasitələrdən, səbəb və şərtlərdən biri kimi görür. Beləliklə, dünya işlərinə ürək bağlamaqdan xilas olur və özünə aid olan işlərdə ciddi səy göstərir. Həqiqətdə bu mə`nanı təsəvvür edir: "(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?”( 
    "Zümər”, 36.  
    )
    Belə olan halda həmin adam mütəvəkkillər sırasında yer tutar. Bu ayə onun və onun kimiləri haqqında nazil olmuşdur: "...Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!”("Ali-İmran”, 159.)
    İkinci fəsil
    Riza
    Allah-taala riza barəsində buyurur: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür...”("Hədid”, 23.)
    "Riza”, razılıq mə`nasındadır. Bu, [Allahın işlərinə nisbətdə] məhəbbətin səmərəsi və istər zahirdə, istər batində, istər dildə və istərsə də əməldə inkarın olmamasının nəticəsidir. "Nəzər əhli”nin( 
    Nəzər əhli − Məntiq və dəlil əhli, əql əhli. Filosoflar nəzərdə tutulur.  
    ) istəyi odur ki, Allah onlardan razı olsun ki, Allahın qəzəbindən və əzabından amanda olsunlar, amma "Həqiqət əhli”nin(Həqiqət əhli − Həqiqət əhli zahir əhlinin müqabilində olar. Batin əhli də demişlər. Məqsəd Allah əhli olanlardır.) istəyi odur ki, onlar Allahdan razı olsunlar, ölüm və həyat, bəqa və fəna, əziyyət və rahatlıq, xoşbəxtlik və bədbəxtlik, sərvət və fəqirlik kimi müxtəlif hallardan heç biri onların təbinə müxalif olmasın və birini digərindən üstün bilməsinlər, çünki bilirlər ki, bu halların hamısı Allah-taala tərəfindəndir və Allah-taalanın məhəbbəti onların qəlbində möhkəm yer tutmuşdur. Beləliklə, Onun iradə və muradından artıq bir şey istəməzlər, qarşılaşdıqları hər bir hadisəyə razı olarlar.
    Riza haqqında alimlərin söylədikləri
    Alimlərdən biri haqqında belə nəql edirlər ki, yetmiş il ömür sürdü, bu yetmiş il müddətində bircə dəfə də demədi ki, "Ey kaş belə olmayaydı, elə olmayaydı.”
    Alimlərdən birindən soruşurlar ki, özündə rizanın nə təsirini gördün? Dedi: "Rizanın heç qoxusu da burnuma dəymədi, bununla belə əgər mənim zatımdan körpü düzəldib cəhənnəmin üzərində yerləşdirsələr və bütün xəlayiqi axırıncı nəfərinə kimi onun üstündən keçirib cənnətə yola salsalar və məni təkcə cəhənnəmə daxil etsələr, əsla mənim ürəyimdə nisgil qalmaz ki, niyə başqalarının payının əksinə olaraq mənim payıma bu düşdü!”
    Kimin ki, ürəyində dediyimiz müxtəlif halların bərabər olması (halı, baxışı) möhkəm yer tutsa, onun muradı həqiqətdə baş vermiş həmin şeydir. Ona görə də demişlər: "Kimə nə vermişlərsə, (onun ləyaqətinə görə) ona verilməli olan elə həmin şeydir (haqqıdır).” Allahın bəndədən razılığı o vaxt hasil olur ki, bəndənin Allahdan razılığı hasil olmuş olsun.
    "...Allah onlardan, onlar da Allahdan razıdırlar...”("Maidə”, 119.)
    Belə olan halda, madam ki, bir kəs varlıq dünyasının işlərindən birinə – hər nə olmuş-olsun – e`tiraz etsə və ya zehninə gətirsə və ya mümkündür yadına salsın – [həmin adam] riza mərtəbəsindən binəsib olar.
    Riza mərtəbəsinə yiyələnmiş kəs həmişə rahatlıq içində olar, – istər ona [olması] gərəkən və [olması] gərəkməyən şey olmasın. Həqiqətdə onun [olması] gərəkən və [olması] gərəkməyən şeylərinin hamısı gərəkən olar:
    "Allahın rizası isə [bunların hamısından] daha böyükdür...”(Tövbə”, 72.)
    Buna görə də behiştin qapıçısını "Rizvan” adlandırmışlar və demişlər "Riza Allahın böyük qapısıdır”. Çünki riza məqamına çatan kəs behiştə çatacaqdır və baxdığı hər bir şeyə Allahın rəhmət nuru ilə baxacaqdır, necə ki, buyurublar: "Mö`min Allahın nuru ilə baxar.”( 
    "Bihar”, c. 32, səh. 238, bab 4, rəvayət 190.  
    )
    Çünki Allah-taala bütün varlıqları var edəndir və əgər [aləmdəki] işlərdən birini bəyənməsə, həmin işin vücuda gəlməsi qeyri-mümkündür. [Beləliklə] əgər insanın nəzərində heç bir iş bəyənilməz olmazsa, [onda] onların hamısından razı olar; nə əldən çıxmış bir şeyə qəmgin, nə də ələ gətirdiyi bir şeyə şad olar.
    "Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”("Loğman”, 17.)
    Üçüncü fəsil
    Təslim
    Allah-taala təslim barəsində buyurur: "Amma xeyr! (Ya Rəsulum) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə`yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca, (həqiqi surətdə) iman gətirmiş olmazlar.("Nisa”, 65.)
    "Təslim” lüğətdə yenidən geri qaytarmaq mə`nasındadır, amma burada təslim deyəndə məqsəd odur ki, Salik özünə nisbət verdiyi hər bir şeyi Allaha tapşırsın. Bu təvəkkül mərtəbəsindən yuxarıdadır, çünki təvəkküldə insan işi Allaha tapşırır və həmin işə Allahı vəkil tutur; deməli insan özünün o işlə əlaqəsinin [üzülmədiyini] yerində qaldığını görür, amma təslimdə bu bağlılığı da bütövlükdə qırır ki, özünə aid hesab etdiyi hər bir işi Allaha aid bilsin.
    Və həmçinin təslim məqamı riza məqamından yüksəkdə olar, çünki riza mərtəbəsində Allahın gördüyü hər bir işdən bəndə razı qalar, amma təslim mərtəbəsində insan əsasən öz istəyini, istəyinə müvafiq və müxalif olan hər bir şeyi Allaha tapşırır, onun heç bir istəyi qalmaz ki, bir şeyə müxalif və ya müvafiq olmuş olsun.
    Deməli "verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymazlar”("Nisa”, 65) riza mərtəbəsinə aid olar və "sənə tam bir itaətlə təslim olarlar”(Həmin) bu mərtəbədən yuxarısına aid olar. Çünki Salik təhqiq nəzəri ilə baxsa özünü nə riza həddində görər, nə də təslim. [Özünü bu həddən üstün bilər], çünki hər iki mərhələdə insan özünü Allahın qarşısında qoymuş olur, yə`ni riza mərhələsində o razıdır və Allah ondan razı, təslim mərhələsində o təslim edəndir, Allah qəbul edən. Amma tövhid mərhələsində bu e`tibarlar da aradan qalxır.
    Dördüncü fəsil
    Tövhid
    Allah-taala tövhid barəsində buyurur: "Allahla yanaşı başqa tanrı qəbul etmə...”("İsra”, 22.)
    "Tövhid” biri demək, biri etməkdir. Birinci mə`nada (danışıqda) tövhid, imanın mə`rifətin başlanğıcına olan şərti və Allahın vəhdaniyyətinin təsdiqi mə`nasındadır. "...Həqiqətən, Allah tək bir tanrıdır...”("Nisa”, 171.)
    İkinci mə`nada (əməldə) tövhid, imandan sonra hasil olan mə`rifətin kamalıdır, belə ki, əgər bir kəs yəqin etsə ki, Allahdan başqa kimsə vücudu inayət etmir və Allahın inayəti də ayrıca vücud deyil, belə olan yerdə çoxluqdan gözünü çəkər və hamını bir görər və bir bilər. Deməli, nəhayətdə çoxluğun bir vəhdəti olduğuna gəlib çıxar və "Allahın üluhiyyətdə şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsindən "Allahın vücudda şəriki yoxdur və [Allah] yeganədir” mərtəbəsinə çatar.
    Bu mərtəbədə Allahdan sivayı hər bir şey salik üçün hicab olar və Allahdan qeyrisinə nəzər salmağı "mütləq şirk” hesab edər və bu halın dili ilə deyər: "Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”("Ən`am”, 79)
    Beşinci fəsil
    İttihad
    Allah-taala ittihad barədə buyurur: "Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”( 
    "Qəsəs”, 88.  
    )
    "Tövhid” bir etmək, "ittihad” bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah buyurur]: "Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”
    Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.
    Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bə`zi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır:
    تعالی الله عن ذلک علوا کبیرا
    Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar.
    Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: "Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: "Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”
    Bu məqamda mə`lum olur ki, o kəs ki, dedi: "Ənəl-həqq” və o kəs ki, dedi: "Pakam mən, mənim şə`nim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.
    Altıncı fəsil
    Vəhdət
    Allah-taala vəhdət barəsində buyurur: "(Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cür`əti çatmadığından Allah Özü cavab verəcəkdir:) "Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!”(Mu`min”, 16.)
    "Vəhdət” yeganəlik mə`nasındadır. Bu [məqam] ittihaddan üstündür, çünki mə`nası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal – hamısı aradan qalxar.
    "Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”("Bihar”, c. 91, səh. 68, bab 3, rəvayət 2.)
    Category: Övsafül-Əşraf | Views: 991 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024