İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    9:24 PM
    Nəsihətlər
    Altıncı fəsil
    Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları
    ◘Söhbətlərin bəzisi sehirli, şerlərin bəzisi hikmətamiz, bilik mənbələrinin bəzisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan ümmətdir (yəni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var). Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.
    ◘Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır. Allahın dini rahat və düzdür. Sileyi-rəhmin savabı hər ibadətin savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.
    ◘Allahın halalını haram edən kəs haramı halal edən kəs kimidir. Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır. Ali əxlaq sahibi olmaq behişt əhlinin əməllərindəndir. Yaxşıların ən yaxşısı gözəl xasiyyətdir.
    ◘Behişt əhlinin əksəriyyəti sadəlöhv insanlardır. Behiştdə sakin olanların azı qadınlardır. Allahın ianəsi (maddi yardımı) ehtiyac miqdarındadır. (Bəndə nə qədər çox möhtac olsa kömək də o qədər çoxdur). Səbr müsibət qədər nazil olar. Ataya ən gözəl ehsan odur ki, ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən.
    Şeytan Adəm övladına nəzərən (arterial damarda axan) qan kimidir. İnsanlardan Allaha ən çox şükr edəni bəndələrin haqqını ən çox gözləyənidir. Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat), yığıb saxlamaq isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yəni dünya narahatçılıqları mömin bəndə üçün axirət əzabının əvəzidir). İnsan bəzən günah səbəbinə ruzidən məhrum olur.
    ◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla hacətləri rəva olar. Allahın elə bəndələri var ki, fərasətlə insanları tanıyırlar. Allah özünə borc bilir ki, dünyanı ucaldıb, onun əzəmətini artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları çətinlikləri aradan aparmaqdan ötrü yaradıb. Məktubun cavabı da salamın cavabı kimi zəruridir.
    ◘Ən gözəl yemək kəsb olunan məhsuldur və övlad da kəsb olunmuşlardandır. (Yəni əgər övlad öz malını atasının ixtiyarında qoysa ata üçün zillət və haram deyil.) Həddindən artıq borcu olan və acınacaqlı vəziyyətdə olan fəqirlərdən başqasına dilənmək halal deyil. Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə xoş xasiyyətli olmaqla gündüzlər oruc olub, gecələr namaz qılanların dərəcəsinə çatar. Hər dinə məxsus olan bir əxlaqi xüsusiyyət var, mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır.
    ◘Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər padşahın qoruğu var, Allahın qoruğu da haramdır.
    ◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Hər şeyin mədəni var, təqvanın mədəni ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Quranın qəlbi də "Yasin” surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.
    ◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət üçün sərf etdiyindən başqa. (Ehtiyacını ödəməkdən ötrü olan hallar istisnadır. Yəni qeyri-şəri olmamalıdır.) Həsəd atəşin odunu aradan apardığı kimi yaxşı əməlləri aradan aparar. Atəşə daxil olmağın ən alçaq səbəbi ağız və fərcdir (cinsiyyət üzvü). İnsanı behiştə çatdıracaq ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm kölgəsində olan alimlərdən başqa hamı yerindən olar.
    ◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus libas geyinənə Allah-təala qiyamət günü nəzər salmaz. Allah gözəldir və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə və xoş əxlaqlı olsun). Allah dua edərkən israr edənləri sevir. Allah xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir.
    ◘Allah işləyib çalışan mömini sevir. Allah hər bir qəmgin qəlbi sevir (o halda ki, qəlbi mənasız və günah iş üçün qəmgin olmasın). Allah şərəfli və gözəl işləri sevir və dəyərsiz və alçaq işlərdən xoşlanmır. Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli və həmçinin bir neçə xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da şücaəti sevir.
    ◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini can boğaza çatana qədər qəbul edir. Allah heç bir mal və can xəsarəti görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz halında oynamağı, gündüz vaxtı qadınla yaxınlıq etməyi və qəbristanlıqda gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən, malınızı bihudə tələf etməkdən, bir şey istəyərkən israr etməkdən (yalvarmaqdan) çəkindirir.
    ◘Allah müsəlman üçün qeyrət sahibidir; o da gərək qeyrətli olsun. Allah rəhimdil insanlardan başqasına rəhm etməz. Allah sədəqə verməyə görə yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bəzən bu dini dinsiz insanın əli ilə möhkəmləndirir. Allah elə həmin miqdar bəndədən razı olar ki, yemək yeyərkən və su içərkən şükrünü yerinə yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və içmək) halaldan olsun).
    ◘Allah bəndəsinə verdiyi nemətlərin əlamətlərinin zahir olmasını sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir. Allah axirət məqsədi üçün dünya verir, lakin dünya məqsədi üçün isə axirət vermir. Allah ona tərəf qalxan əli boş qaytarmağa həya edir. Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib.
    ◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər yeri gördüm və gözümlə müşahidə etdiyim hər yerdə ümmətim hakimiyyət edəcək. Allah mənim ümmətimi nəfsinin xatalarına görə məzəmmət etməz. Yalnız o zaman qınanarlar ki, həmin xatalar əməl donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin və öz müqəddər etdiyinə razı olmağın kölgəsində, qəm-qüssəni isə şəkk-şübhə və narazılıqda qərar verib. Allah, günü (yeni arvad) narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər hansı buna səbr etsə şəhid savabı əldə edər. Allah hər danışanın dili yaxınlığındadır.
    ◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah hər hansı bir millətə xeyir vermək istəsə onları imtahan edər (ki, təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər). Qiyamət günü ən pis əzab əməlsiz alimlərdən ötrüdür. Qiyamət günü Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən qorxsunlar. Qiyamət günü ən pis insanlardan biri də axirətini başqasının dünyasına satan bəndədir.
    ◘İnsanların ən bədbəxti o kəsdir ki, dünyada fəqir, axirətdə də əzab əhli olsun. Bağışlanmağa səbəb olan işlərdən biri də mömin qardaşı sevindirməkdir. Şirindil olub salam vermək bağışlanmağa səbəb olan işlərdəndir. Dünya şirin və cəlbedicidir. Allah sizi keçmişdəkilərin yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev sahibi qonağı evin qapısına qədər yola salsın.
    ◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: "Heç kəs nə qədər ki, öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə isə Allahdan qorxun və ruzi kəsb edərkən xoşrəftar olun.” Camaatın keçmiş peyğəmbərlərdən yadda saxladığı sözlərdən biri də budur ki, əgər həya yoxundursa hər nə istəyirsən et. Mənim ən xoşuma gələn məşğuliyyət namazdır. Namazqılan bütün cahan səltənətinin sahibinin evinin qapısını döyür və hər kəs döyməyi davam etdirsə, ümid var ki, qapını üzünə açarlar. Allah mənə göstəriş verib ki, danışığım zikr, sükutum təfəkkür, baxışım isə ibrət olsun.
    ◘Mən Allahın öz bəndələrinə hədiyyə etdiyi rəhmətəm. Nadanlığın şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl əxlaqı təkmilləşdirməkdən ötrü məbus olmuşam. Mən öz ümmətim üçün onları azdıracaq rəhbərlərdən qorxuram.
    ◘Əməllər niyyətə və nəticəyə bağlıdır. Dünyadan bəla və fitnədən başqa bir şey qalmayıb. Qəlblər də (dəmir kimi) pas atır. Soruşdular: Bəs qəlbin cilası nədir? Buyurdu: Ölümü çox yad etmək və Quran oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır. Cəhənnəmi (başqa bir rəvayətdə dünyanı) qazanmaq yolu asan və ləzzətlidir.
    Yeddinci fəsil
    Peyğəmbəri –Əkrəmin (s) digər tərzdə olan hikmətli kəlamları
    ◘Eşitmək görmək kimi deyil. Fasiq üçün qeybət yoxdur. Zülm əsasında yerdə bitən kök haqq cücərtməz. Yaltaqlıq mömin xüsusiyyəti deyil.
    ◘Öləndən sonra üzürxahlıq yoxdur. O kəs ki, Allah ona imkan verib, o isə ailəsini pis dolandırır, bizdən deyil. Başqalarına oxşayan (yəni əxlaq və əməldə kafirlərə bənzəyən) şəxs bizdən deyil. Böyüklərə hörmət, kiçiklərə mərhəmət və nəhy əz münkər və əmr be məruf etməyən şəxs bizdən deyil.
    ◘Hər kəs iki nəfəri barışdırmaq məqsədi ilə həqiqətə uyğun olmayan bir söz desə yalançı hesab olunmur. İmkanlı olmaq sərvətin çoxluğu ilə deyil, qəlbin genişliyi ilədir. Qəhrəmanlıq güləşməklə deyil, qəzəb zamanı özünü ələ almaqladır. Allah yanında heç bir şey dua qədər əziz və dəyərli deyil. Heç bir günahın əzabı zülmünkü kimi tez yetişmir.
    ◘Sən mal-dövlətdən yeyib aradan aparmaqdan, geyib köhnəltməkdən və sədəqə verib özündən əvvəl göndərməkdən başqa bəhrə görə bilməzsən. Bir çox gecə namazı qılanlar var ki, yuxusuz qalmaqdan başqa bəhrəsi yoxdur, nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan başqa fayda görmür! Nə çox yeyib şükür edənlər var ki, savabları səbirlə oruc tutanlardan çoxdur!
    Səkkizinci fəsil
    Rəsuli-Əkrəmin (s) ən gözəl şeyləri tanıtdıran digər hikmətli kəlamları
    ◘Zikrlərin ən yaxşısı gizli zikrdir. Ruzilərin ən yaxşısı odur ki, kifayət qədər olsun. İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən gözəl məclis ən geniş məclisdir.
    ◘Sizin dininizin ən gözəl işi ən asan olanıdır. Ən gözəl evlənmək odur ki, daha sadə və daha asan olsun. Ən gözəl sədəqə odur ki rifah halında verilmiş olsun. Elmlərin ən üstünü ən faydalı olanıdır. Hidayətin ən üstünü odur ki, əməl mərhələsinə çatsın.
    ◘Qəlbə olan ilhamların ən yaxşısı yəqindir. İnsanların ən üstünü o kəsdir ki, başqalarına faydası hamıdan çox olsun. Dostların ən yaxşısı dostu üçün ən yaxşı olanıdır. Dostları ən yaxşı sayı dörddür. Sizlərdən ən yaxşınız Quranı öyrənib başqalarına öyrədəninizdir.
    ◘Sizdən ən üstününüz ailəsi üçün ən yaxşı olanınızdır. Sizlərdən ən üstününüz o kəsdir ki, camaat xeyrinə ümidvar və şərindən amanda olsun. Sizin evlərinizdən ən yaxşısı odur ki, orada yetimə ehtiram olunsun. Qadın üçün ən yaxşı məscid evin küncüdür. Ən gözəl libas ağ paltardır.
    Sizin cavanlarınızın ən üstünü o kəslərdir ki, (əql, tədbir və nəfsani istəkləri ilə müxalifət etməkdə) özünü yaşlılara oxşatsın, yaşlılarınızın ən pisi o kəslərdir ki, (yelbeyinlik və boş-boş istəklərdə) özünü cavanlara oxşatsın. Kişilər üçün səflərin ən yaxşısı birici ən pisi axırıncısıdır. Qadınlar üçün isə səflərin ən yaxşısı axırıncı ən pisi isə birincisidir. Verən əl alan əldən daha üstündür. Az və kifayət qədər olan mal çox və insanı qəflətə düçar edən maldan daha yaxşıdır.Ən yaxşı möminlər qənaətkarlar (yəni qane olanlar) və ən pis möminlər isə tamahkarlardır.
    ◘Dünya, ehtiyacları ödəyəcək vəsaitlər yeridir və orada olanların ən yaxşısı isə ləyaqətli qadındır. Tənhalıq pis yoldaşdan daha yaxşıdır. Yaxşı dost tənhalıqdan yaxşıdır. İnsanın əməl dəftərində yazılacaq gözəl danışıq sükutdan, sükut isə pis danışıqdan daha gözəldir. Yaxşı və xeyir işi təkmilləşdirmək onu başlamaqdan daha üstündür. Dinə və sünnəyə uyğun olan az əməl bunlara müxalif olan çox əməldən üstündür.
    ◘Sizin ən yaxşınız günaha düşən zaman tövbə edəninizdir. Sizin ən yaxşınız öz borcunu daha yaxşı ödəyəninizdir. Mənim ümmətimin ən yaxşıları alimlərdir. Alimlərin də ən yaxşısı camaatla təmkinlə davrananlarıdır. Mənim ümmətimin ən yaxşı kəsləri qəzəblənən zaman tez sakitləşə bilən tündxasiyət şəxslərdir. Sədəqənin ən yaxşısı dilin sədəqəsidir.
    ◘Sədəqələrin ən yaxşısı insanlar arasında mehribanlıq yaratmaqdır. Ən gözəl sədəqə səninlə düşmənçilik edən qonşuna verilən sədəqədir. İbadətlərin ən yaxşısı Ali-Muhəmmədin fərəcinin intizarında olmaqdır. Mənim ümmətimin ibadəti Quran oxumaqdır. Elm ibadətdən üstündür.
    ◘Acı doydurmaqdan böyük ibadət yoxdur. Allaha yaxınlaşmağa səbəb olan axırıncı səcdə kimi ibadət yoxdur. Heç bir ata öz övladına ədəbdən də gözəl töhfə verməmişdir. Hikmətli söz nə gözəl hədiyyədir! Qıtlıq və kasıblıq vaxtı xurma ağacının gül açmağı nə gözəl maldır!
    ◘Saleh mal nə gözəldir! Sərvət təqvaya riayət etmək üçün nə gözəl köməkçidir. Sirkə-çörək yemək yaxşıdır. Ev müsəlman üçün yaxşı ibadətgahdır. Sözlərin ən doğru-düzgün olanı Allahın kitabıdır, ən möhkəm bəhanə təqva kəlməsidir və ən yaxşı hidayət peyğəmbərlərin hidayətidir.
    ◘Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə yeməkdən ötrü ən yaxşı şey duzdur. Qaib olan şəxs üçün edilən dua tez qəbul olunar.
    Doqquzuncu fəsil
    Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələr
    ◘Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat tapar, hər kəs onunla müxalifətçilik etsə qərq olar. Mənim əshabım ümmətim üçün duzun yeməyə olan nisbəti kimidir. Yemək də duzsuz düzəlməz. Mənim ümmətim yağışa bənzəyir; başdan ayağa xeyirdir. Məlum deyil əvvəli yaxşıdır yoxsa axırı. Mömin bal arısına bənzəyir; pak qidalar yeyər və pak bəhrələr verər.
    ◘Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanlar qədər. Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar. Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.) Quran bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar.
    ◘Qadın əyri qabırğa kimidir. Əgər düzəltmək istəsən sınar. Lakin həmin əyriliklə onu düzəltsən bəhrə apararsan. Saleh yoldaş ətir satan kimidir. Sənə ətir verməsə də onun ətrinin xoş iyi sənə hopar. Pis yoldaş isə dəmirçi kimidir. Atəşinin qığılcımı sənə çatmasa da pis iyi sənə əziyyət verər. Vacib namaz tərəziyə bənzəyir. Əgər tamam versələr, tamam götürərlər. Dünya ilə bizim məsəlimiz süvari kimidir: İsti gündə ağac kölgəsində dincəlib sonra hərəkət edər və kölgəni tərk edər. Dünya ilə axirətin fərqi barmağın ucunda olan sümüyün dərya ilə müqayisəsi qədərdir. Barmağını dəryaya sal gör nə qədər su götürə bilirsən?
    Onuncu fəsil
    Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları
    ◘Şəxsin imanı andlarından məlum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.
    ◘Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz olamaqdadır.
    ◘Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı axirətə sat ki, xeyir götürəsən.
    ◘Möminin Allah qorxusundan ağlaması gözünün nurunu artırar. Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.
    ◘Ömrün bərəkəti yaxşı işdədir. İnsanın bəlası dilinin altındadır. Ömrün qalan hissəsinin qiyməti yoxdur. Yaxşı işi minnət qoymaqla aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir.
    ◘Allaha təvəkkül et sənə bəs edər. İşi təxirə salmaq bədbəxtlikdir. Ömrünün əvvəlində əldən verdiklərinin yerini ömrünün qalan hissəsində doldur. Namazda halsız və tənbəl olmaq imanın azlığından irəli gəlir. Süfrəyə çox əlin uzanması bərəkətdir.
    ◘Yaramaz işlərdən uzaq ol ki, möhtərəm olasan. Öz zirəklik və oyaqlığını günahın tərkində işlət. İnsanın təvazökarlığı onun kərəmindən irəli gəlir. Hərislik quyusunu torpaqdan başqa heç nə doldurmaz. Dində itki alimlərin ölümü ilədir.
    ◘Salamatlıq libası köhnəlməz. Hakimiyyətin davamlı olması ədalətə əsaslanır. Üzürxahlıq vasitəsilə yaxşılığı təkrarla (əgər yaxşılıq etdiyin kəsin ona layiq olmadığını bildirsən ona ikinci dəfə yaxşılıq etmiş olarsan). Axirət savabı dünya nemətlərindən üstündür. Canın davamı yeməklədir, ruhun davamı isə fəna ilə (yəni, bu dünyadan getməklə).
    ◘Kərəm əhlinə sitayiş etmək, onların ətalarının artmasına səbəb olar. Nə qədər varındır əliaçıqlıq et (əlbəttə, özün başqalarına möhtac olacaq qədər yox). İnsanın gözəlliyi onun həlimliyi ilə ölçülür. Kasıbın verdiyi az bəxşiş də çoxdur. Pis yoldaş şeytandır.
    ◘Batilin cövlan etməsi bir saatdır, haqq-ədalət dövləti isə qiyamətəcən. Sözün gözəlliyi onun qısa və müxtəsər olmasındadır. Yaxşı yoldaş qənimətdir. Kasıblarla yoldaşlıq et ki, hörmətin artıq olsun. O kəsin ki, ölüm (və yoxluq) yoxudur, böyük insandır.
    ◘İnsanın elmi onun dostudur. Qadınların zinəti qızıldır. İnsanın həyası (pis əməllərindən ötrü) pərdədir. Yeməyin turşuluğu sözün turşuluğundan yaxşıdır. Tündxasiyyət olmaq kişini fəlakətə aparır.
    ◘Əsil-nəcabəti olmayan adamdan vəfa gözləmək olmaz. İnsanın məşğuliyyəti xəzinədir. Xoşxasiyyət olmaq qənimətdir. Allahdan qorxsan, başqalarından amanda qalarsan. Ən yaxşı dost odur ki, səni xeyir işlərə doğru istiqamətləndirsin.
    ◘Nəfsinlə mübarizə et ki, azad olasan. Dinin dünyaya satıldığı alver başdan-ayağa ziyandır. İnsanın dostu onun əqlinin nişanəsidir. Qəlbin (qüssədən) xali olması kisənin dolu olmasından yaxşıdır. Allahdan qorxmaq qəlbi cilalayar (qəsavəti aradan aparar).
    ◘Dostluqda xalis olmaq xoşpeymanlıqdandır. Qadınların ən yaxşısı uşaq doğan və mehriban olanıdır. Ən yaxşı mal Allah yolunda sərf olunanıdır. Qəlbin dərmanı qəza və qədərə razı olmaqdır. Nəfsin dərdi hərislik, dərmanı isə onun qarşısını almaqdır.
    ◘Danışıq insan əqlinin göstəricisidir. İnsanın dyərinin göstəricisi onun rəftarıdır. Xoş yaşayışın davamı dostlarla görüşməkdədir. Nalayiq və alçaq adamların dövləti kişilərin afətidir (bəlasıdır). Paxılların dinarı (Dinar-pul vahidi.)daşdır.
    ◘İnsanın dini onun danışığıdır. Padşahların dövləti ədalətə bağlıdır. Həmişə qəzəbini yatırt ki, yaxşı nəticə əldə edəsən. Tüğyankarları boşla ki, qoy öz tüğyanlarında qalsınlar (Yəni sənin nəhy əz münkərdən başqa vəzifən yoxdur). Bir günah çoxdur, min itaət az.
    ◘Şahların "əraqəsi”(Zəraqə xoş ətlirli bitkidir. Burada məqsəd budur ki, şahlarla əlaqə xətərlidir.) dodaqları yandırar. İnsanın zilləti tamahındadır. Fəqirlik zillətinə düçar olan şəxs Allah yanında əzizdir. Cavanlığı yad etmək həsrətdir. Rəvan danışıq sərmayədir.
    ◘Ölümü yad etmək qəlbin cilasıdır. Dostla görüşmək gözün cilasıdır. Atana ehtiram et ki, oğlun da sənə ehtiram etsin. Rifah halında olan yaşayış əmniyyət sayəsindədir. Rütbələrin ən böyüyü elm rütbəsidir.
    ◘Rahat ol! Ruzi özü sənin arxanca qaçır. Doğum ölümün qasididir. Hədis nəql etmək insanı Peyğəmbərə (s) yaxınlaşdırar. Həvayi-nəfsə qələbə zamanı haqqa riayət et. Hər kəsin dostu onun əqlinin göstəricisidir.
    ◘Camaatı öz tərəziləri ilə ölçün (yəni, hər kəslə onun əql və mərifətinə uyğun tərzdə rəftar edin). Saleh insanların zəhməti rəhmətdir. Elmin aradan getməsi alimin ölümündən yaxşıdır. (Yəni əgər bir elmi kitab aradan getsə alimlərin tədqiq və təhqiqi nəticəsində yenidən yazılar. Lakin, alim dünyadan getsə elmi kitabların elə də faydası olmaz). Hər kəsə sənə etdiyi hörmət qədər ehtiram göstər. Dünyanın küncləri müsibətlərlə doludur.
    ◘Dostla görüşmək ona məhəbbətin əlamətidir. Zəiflərlə görüşmək təvazökarlıq əlamətidir. Daxili gözəllik zahiri gözəllikdən yaxşıdır. Bədgümanlıq haram işlərdəndir. Dünyanın xoşluqları hiylədir.
    ◘Bəd xasiyyət çıxış yolu olmayan bir dəhşətdir. Hər kəsin getdiyi yol onun batini mərifətinə bağlıdır. İnsanın salamat qalmağı dinini saxlamağındadır. Sükut insanın salamatlığıdır. (O halda ki, danışmaq lazım olmasın). Ümmətin böyükləri fəqihlərdir.
    ◘Zəiflərin silahı şikayətdir. İnsanın yükəlişi təvazökarlıqladır. Elmin eybi özünübəyənməklikdir. Behişti ələ gətirməkdən ötrü himmət ətəyini kəmərinə sanc.
    ◘Ağ tük ölümün qasididir. Qəlbin şəfası Quran oxumaqdır. Simic imkanlı səxavətli kasıbdan da kasıbdır. Dostluğun şərti əziyyət və buyuruğu tərk etməkdir. İnsanların ən pisi odur ki, camaatdan qorxur.
    ◘Sədəqə nicat tapmağa səbəb olar. Bədənin sədəqəsi orucdur. Səbr etmək zəfər əldə etməyə səbəb olar. Gecə namazı, gündüzün aydınlığıdır. İnsanın məsləhəti dilini qorumaqdır.
    ◘Yaxşı insanlarla dostluq et ki, şər insanların şərindən amanda qalasan. Nadan insanın sükutu onun eyib örtüyüdür. Qohumlarına yaxşılıq et ki, himayədarın çox olsun. Dinin islahı təqva, fəsadı (xarab olmağı) tamahdır. Hər kəs Allahdan başqasına ümid etsə boşuna əziyyət çəkib.
    ◘Allah hər kəsin ruzisinə zamindir. Dostun kötəyi daha dərdlidir. Qəlbin nurlu olması halal yeməkdəndir. Dilin zərbəsi nizənin zərbəsindən daha ağırdır. Şər insanlara etimad edən şəxs yolunu azıb. Dinini dünyaya satan insan yolunu azıb.
    ◘Qəlbin aşağı olması (kasıblığı) əlin aşağı olmağından daha çətindir. Qəlbi simic olanın özü də simic olar. Dünya kin-küdurət əhli üçün dardır. Xoş o kəsin halına ki, ona salamatlıq (sağlamlıq) nəsib olub. İbadətdə keçən uzun ömür Peyğəmbərin (s) imtiyazlarındandır.
    ◘Əziyyəti az olanın ömrü uzun olar. Ədəb sahibi olmaq qızıl sahibi olmaqdan üstündür. Ümidi qısa olanın ömrü uzun olar. Düşmənə itaət məhv olmaq deməkdir. Xoş o kəsin halına ki, ailəsinin yaramaz üzvü yoxdur.
    ◘Allaha itaət qənimətdir. Zülm insanı həlak edər. Məzlumlara edilən zülm aradan getməz. Zülm zülmkarı məhv edər. Var-dövlət susuzluğu suya olan susuzluqdan çoxdur.
    ◘Zülm imanı zülmətə salar. Həqq rəhbərlərin kölgəsi Allahın kölgəsidir. Zülmkar ömrünün kölgəsi qısadır. Kərim insanların kölgəsi genişdir. Qənaətlə yaşa ki, padşahlıq edəsən.
    ◘Yüksək iradə və himmətli olmaq imandan irəli gəlir. Danışığın eybi onun uzun-uzadı olmasındadır. Zülmün axırı təhlükəlidir. Nadan dostdan çox ağıllı düşmən barədə fikirləşmək lazımdır. Axirət çətinlikdəri ağırdır, özünə tədarük gör!
    ◘Elmi qorumaq üçün çalış, nəinki, kitab yığmaq üçün. Zülmkarın cəzası qəfil ölümdür. Hər gecənin gündüzü var. Sağlam olan hər kəs qənimət əldə edib. Allaha təvəkkül edənlərin dəyəri böyükdür.
    ◘Ölüm çətinliyi cinssiz (pis) yoldaşdan asandır. Ağıllı cavan axmaq qocadan üstündür. Sənin bədrəftar olmağına səbəb olan şəxs səni aldadıb. Səni yersiz əsəbləşdirən kəs sənə xəyanət edib. Haqq sözdən acığı gəlmək pisdir.
    ◘Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır.
    ◘Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir.
    ◘Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir.
    ◘Şər insanlara yaxın olmaq ziyan gətirər. Qəlbin bərkliyi toxluqdandır. Hər kəsin dəyəri onun himməti qədərdir. Allah kəlamı qəlblərin dərmanıdır. Səxavətli kafir behiştə paxıl mömindən daha yaxındır.
    ◘Naşükürlük neməti aradan aparır. Qoca üçün qocalıq dərdi bəsdir. Paxıldan ötrü paxıllıq dərdi bəsdir. Elmin kamalı helm (həlimlik, xoşrəftarlıq) ilədir. Üzürxahlıq bağışlanmağı təkmil edir.
    ◘Dünyadan ötrü bu nöqsan bəsdir ki, vəfası yoxdur. Ölümün olduğunu bilmək qəm-qüssə üçün kifayətdir. Ağ tük ölümün elanı üçün kifayətdir. Əgər rəhm etsən sənə də rəhmət edərlər. Sən bekar və işsiz olduğun müddətdə xoşagəlməzsən.
    ◘Yumşaq və xoş danışıq qəlblərin zənciridir. Xoş söz danış ki, sevimli olasan. Qocalıq dövrü ömrün tərkib hissəsi deyil. Paxıl rahat olmaz. Elm səltənəti yıxılmaz.
    ◘Paxılın düşmənçiliyindən başqa hər bir düşmənçilik səbəb və məsləhətə əsaslanır. Himməti ali olanın qüssəsi də uzun olar. Çoxdanışanı qınayıb danlayanı da çox olar. Saf və təmiz içməli suya hücum çox olar. (Yəni kamal sahiblərinin hüzurunda olmağa can atanlar çoxdur). Elm məclisi behişt bağıdır.
    ◘Şər yoldaşlar dəryada səfər etmək kimi təhlükəlidirlər. Dodağını dodağının üzərinə qoyan peşmanlıq görməz. Böyük insanların məclisi gözəl sözlər öyrənmək yeridir. İnsanın fəziləti dilinin altında gizlənib. Müxtəlif qruplar və dəstələrlə oturub durmaq insanın dinini xarab edər.
    ◘Möminin nuru gecə namazındadır. Ölümü unutmaq qəlbin pasıdır. Qəlbi qaranlıqdan namaz qılmaqla nurani et. Elə ki, başının tükü ağardı, bil ki, ölüm xəbərin gəlib çatıb. Yatmaq üçün ən yumşaq yataq əmin-amanlıqdır.
    ◘Arzulara çatmaq qüdrət və imkan sayəsində mümkündür. Ayrılıq atəşi qəlbi cəhənnəm atəşindən daha çox yandırıb yaxır. Üzün təravət və şadlığı düzdanışmaqlığın əsəridir. Yersiz yaxşılıq zülmdür. Minnət qoyulmuş yaxşılığın günahı savabından çoxdur.
    ◘Axmaq rəhbər çox qalmaz. Vay o kəsə ki, əxlaqı pis, üzü çirkindir. Tək qalmaq pis yoldaşla oturub-durmaqdan yaxşıdır. Sənin ona etdiyin pisliyinə göz yuman kəs sənə qardaşlıq edib. Səninlə düşmənçilik etməyən kəs səni dost tutub.
    ◘Paxıllığının şərinə görə vay olsun paxıla! Allah uşağı himayə edənin ruzisini yetirər. Vay o kəsə ki, azad insanlara zülm edir. Hər kəsin qəmi onun himməti qədərdir. Heyhat, düşmənin nəsihətindən!
    ◘Xoşbəxtin səy və himməti axirət üçündür, bədbəxtin səy və himməti isə dünya üçün. Özünübəyənmək insanı xarab edər. Özündən (yəni həvayi-nəfsin istəklərindən və günah arzulardan ) qaçmaq aslandan qaçmaqdan daha faydalıdır. Həris elə həlak olub ki, ondan xəbər də yoxdur. Malik olduğun hər şeyi gətir ki, tanınasan. Hər kəsin qiyməti onun himmətinə bağlıdır. Müqəddər olunan şeylər gəlib çatacaq. Sözgəzdirən bir neçə aylıq fitnəni bir saatın içində bərpa edər. Sədəqə ruzini artırar. Sən ruzi dalınca qaçdığın kimi o da sənin dalınca qaçır.
    ◘Xətər baş verən zaman qorxağın ürəyi aram olar. Səbr edən öz muradına çatar. Doğruçuluqla insan böyüklərin dərəcəsinə çatar. Öz qəbiləsinə yaxşılıq etməsi nəticəsində onların mehtəri olar. Ümidsizlik can rahatlığıdır. Səadət sahibləri ilə yoldaşlıq etmək tərəqqiyə səbəb olar.
    Həzrət Əlinin (ə) başqa növ kəlamları
    ◘Helm elə bir dostdur ki, heç vaxt səhv etməz. Qənaət elə bir qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.
    ◘Mömin dünyada düzdanışan və oyaq qəlblidir. (İlahi) hədlərə riayət edər. O, elm sandığıdır. Onun əqli kamil, qəlbi səlim, helmi sabitdir. Əli açıq və bağışlayandır. Evinin qapısını ehsan etməkdən ötrü açıq qoyar. Dodaqlarındakı təbəssüm çox, daxilindəki qəm-qüssəsi isə həmişəlikdir. Mütəfəkkir (dərindən fikirləşən), az yatan, az gülən və xoş təbiətlidir. Tamahını öldürmüş, nəfsani istəklərini aradan aparmışdır. Dünyaya meyilsiz, axirətə isə meyillidir. Qonaqpərvər və yetimlərə nəvaziş edəndir. Kiçiklərlə mehribanlıq, böyüklərlə ehtiramla davranar. Dilənçini əliboş qaytarmaz. Xəstələrə baş çəkər, dəfndə iştirak edər. Quranın hörmətini saxlayar. Allahla raz-niyaz (gizlində yalvarıb-yaxarma) edər, öz günahlarına ağlayar. Əmr be məruf və nəhy əz münkər edər. Acımayınca yeməz, susamayınca içməz. Ədəblə hərəkət edər. Sözünü ciddiyyətlə deyər. Xoşluq və mehribanlıqla nəsihət edər. Allahdan başqasından əsla qorxmaz, Ondan başqasına ümidvar olmaz. Allaha həmd və səna etməkdən başqa ödəyəcəyi borcu yoxdur. Namazda əsla süst olmaz. Təkəbbürlü deyil, var-dövlətə meyli yoxdur. Başı öz eyiblərinə elə qarışıb ki, başqalarının eyiblərinə heç fikir vermir. Gözünün nuru namaz, peşəsi oruc, adəti doğruçuluq, bərəkətinin əsası isə şükürdür. Onun rəhbəri əql, azuqəsi təqvadır. Dünya onun dükanı, qəbr isə mənzilidir. Sərmayəsi gecə-gündüz (yəni ömrü), pənahgahı isə behiştdir. Quran onun üns tutduğu dostu, Məhəmməd (s) günahlarının şəfaətçisi, Allah isə onun qəlb dostudur.
    Category: Nəsihətlər | Views: 1404 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024