İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    9:23 PM
    Nəsihətlər
    On birinci fəsil
    Alimlərin dediklərindən bəziləri
    ◘Dini onun vaizi olmayan kəsə moizə fayda verməz. Fəsadı sevən qiyaməti sevməz. Hər kəs öz əkdiyini biçər və öz əməlinin cəzasını çəkər. Öz bədəninin sağlamlığı və dünəninin asayişi səni məğrur etməsin, çünki, ömrün müddəti qısa, bədənin sağlamlığının həmişəlik olması isə mahal (yəni qeyri-mümkün).
    ◘Nəfsani istəklərinə uyan şəxs dinini dünyasına satıb. Elmin səmərəsi əməldir. İnsanların ən yaxşısı odur ki, şəhvəti dinini xarab etməsin. İnsanların ən yaxşısı odur ki, hərisliyi qəlbindən çıxarsın və Allaha itaət yolunda öz həvayi-nəfsi ilə müxalifət etsin. Paxıl öz nemətlərinin qoruqçusu, varisin isə anbardarıdır. Tamahkar şəxs təqvadan bəhrələnməz.
    ◘Nemət əlinə gələn zaman çox sevinən şəxs müsibətə tab gətirməz. Lazımsız danışıqdan çəkin ki, gizlin eyibləri aşkar edər, yatmış düşməni isə oyadar. Hər kəsin danışığı onun əql və fəzilətini məlum edər. Elə isə gözəl söz danışana köməklik göstər və az sözə qane ol. Kişini danışığı ilə tanıyarlar, əməli ilə tanıtdırarlar. Sözünü möhkəm, əməlini tərifə layiq et. Çoxdanışan adam ürək sıxıcı olar, simic dilənçi isə məhrum.
    ◘Dostlarını təhqir edən tənha qalar. Sultana qarşı cürətli olan öldürülər. Qonşularını xar edən kəs izzət tapmaz, qardaşlarını məhrum edən isə xoşbəxt olmaz. Ən həyalı bəxşiş odur ki, istənilmədən verilsin. Dilənməyə (bir şey istəməyə) üzü olmayan kəs hamıdan ləyaqətlidir. Xoş təbiətli insan dostluq və rəfaqətə layiqdir.
    ◘Səni məzəmmət etməklə qəzəbləndirən şəxsi həlimliklə (gözəl bir helmlə) moizə et. Mal-dövlətini özü üçün xərcləməyə simiclik edən kəs, səxavətlə onu arvadının əri üçün qoyub gedər. Başqasına etdiyin yaxşılığı gizli saxla, başqasının sənə etdiyi yaxşılığı isə aşkar et. Kərim insanlarla qonşu olan şəxs kasıbçılıqdan uzaq olar. Əsli pak olanın özü də pak olar.
    ◘İnsanların ona etdiyi yaxşılıqları inkar edən kəsdə yaxşılıq olmaz. Yaxşılıq edərkən minnət qoyan şəxsə təşəkkür lazım deyil. Ücbə (özünübəyənməyə) səbəb olan işin mükafatı yoxdur. Özünün bəd əməlindən razı olan kəs özünün alçaq olmasına şahid durur. Əta etdiyini (bağışladığı bir şeyi) geri alan kəs xəsislikdə həddini aşıb.
    ◘Himmət nərdivanı ilə yuxarı qalxan kəs camaatın gözündə böyüyər. Bədxasiyyət adamın ruzisi az olar. Mal-dövlətindən keçən şəxs əziz olar, hər kəs abır-həyasından keçsə zəlil olar. Ən gözəl sərvət odur ki, halal yolla ələ gəlib, halal yerə xərclənsin.
    ◘Ən pis sərvət odur ki, haram yolla əldə olunsun və günah işlərə xərclənsin. Ən yaxşı xeyir iş dəryada çağıranların dadına çatmaqdır. Mərd xasiyyəti kamilləşdirən xüsusiyyət odur ki, öz haqqını unudub başqaları haqqında fikirləşəsən; belə ki, bir kəsə pislik etsən bunu ən böyük, əgər sənə pislik edilsə bunu kiçik hesab edəsən. Səxavət dostların sənə qarşı məhəbbətinə, simiclik isə düşmənçiliklərinə səbəb olar. Sənə yaxşılıq edənə pislik etmə, heç kəsə də zərər yetirmə. Zülmü və başqalarının haqqını tapdalamağı uzun müddət davam edən şəxsin həlakı da yaxınlaşır.
    ◘İnsanların ən pisi zülmkara kömək edib məzlumu tərk edəndir. Qardaşına quyu qazan, quyuya özü düşər. İnsana heç bir zərər yetirməyən pəltəklik, peşmançılıq gətirən gözəl nitq qabiliyyətindən üstün və xeyirlidir. Nalayiq söz danışan xoşagəlməz şey eşidər. Şəhvətini boğan şəxs öz alicənablığını artırır. Düşmənçilik qılıncı çəkənin qılıncı başında qınına girər. Bəxşişi çox olanın dostu da çox olar. Zülmdən çəkin! Çünki o, kişiləri bir-birinə qarşı qaldırar və ömürləri azaldar. Qənaət (qane olmaq) bədənin asayişidir. Təcrübənin çoxluğu əqlin artmasına səbəb olar.
    ◘Uzaq da, yaxın da sözgəzdirəndən uzaq gəzər. Qadınlarla məşvərət edənin əqli xarab olar. Helmi olan şəxs böyük olar. Öz izzətini istəyən şəxs gərək pulu xar etsin. Yol ilə düz gedənin ayağı büdrəməz.
    ◘Haqqın bəndəsi azaddır. Yaxşılığından sənə bir pay ayırana sən təşəkkürünün hamısını ver. Səbr və tələsməməklik arzuya çatmağa səbəb olar. Elmi qorumaqdan ötrü onu əhlinə tapşırmaqdan gözəl şey yoxdur. Bəzən əta xətadır, inayət (xeyirxahlıq) cinayət.
    ◘Əgər qılınc olmasaydı tərslik çox olardı. Əgər doğruçuluq cism şəklinə düşsə aslan olar, yalan cism şəklinə düşsə tülkü. Əgər nadanlar və cahillər sussa, ixtilaf aradan gedər. İşlərini dərrakə ilə yoluna qoyan şəxs sirlərə varar. Bir xoşagəlməz sözü eşitməyə dözməyən bir neçəsini eşidər.
    ◘Öz eyiblərini axtaranın ruhu pak olar. Arzuların sonuna çatan şəxs nigarançılığın da sonunu gözləsin. Dünyanın izzətində sultanlarla şərik olan axirət zillətində də onlara şərikdir. Fəqirlik zirək insanın dilini bağlayar. Xəstəlik bədənin zindanıdır, qüssə isə ruhun.
    ◘Hədiyyə dünya bəlasını qaytarar, sədəqə isə axirət bəlasını. Tamah azad insanı qul edər, qənaət isə (qane olmaq) qulu azad. Fürsət tez keçir, lakin gec ələ düşür. Dilin həcmi kiçikdir, günahı isə böyük. Ədalət gününün zalım üçün çətinliyi, zülm gününün məzlum üçün çətinliyindən daha artıqdır.
    ◘Peyğəmbər (s) sünnəsinə tabe ol və bidət yaratma. Səni heç bir ehtiyacı olmadan qoruyanın dediklərinə riayət et. O kəslərdən olma ki, aşkarda şeytana lənət edib, gizlində ona tabe olsunlar. Sənin dostun sənə düz söz deyəndir, nə inki, səni təsdiq edən. İsrafda xeyir olmadığı kimi, xeyirdə də israf yoxdur.
    ◘Özünün qiyməti olmayan malını Allah yolunda sərf edən kasıb, öz yaxşı imkanından az miqdarda sərf edib minnət qoyan dövlətlidən üstündür. Tamah fəqirlik, qənaət isə dövlətdir. Camaatın dövlətinə göz dikməyən şəxsin onlara ehtiyacı olmaz. Həyat keçib gedən saatlardan və xoşagəlməz hadisələrin təkrarından ibarətdir.
    ◘İbn Məsud deyir: Hər gün bir mələk fəryad edib deyir: "Ey Adəm övladı! Kifayət qədər olan az, tüğyana səbəb olan çoxdan üstündür.
    ◘Üveys Qərəni deyib: Hikmət sahiblərinin sözlərindən heç biri mənə bu cümlə qədər fayda verməyib: Bir üzlə həmahəng ol ki, başqa üzlərdən ehtiyacsız olasan; Allahla həmdəm ol ki, səni başqalarına möhtac olmağa qoymasın.
    On ikinci fəsil
    Hikmət sahiblərinin dediklərindən
    ◘Bir həkim (hikmət sahibi) başqasına yazıb: "Öz hesabını çəkən kəs fayda əldə edər, hər kəs özündən qafil olsa zərər görər.
    ◘Loğmana dedilər: "Sən filan qəbilənin nümayəndəsi deyilsənmi? Dedi: "Bəli.” Dedilər: "Nə səbəbə bu məqama çatmısan?” Dedi: "Düzdanışmaq, əmanətdarlıq, boş-boş işlərdən çəkinmək, göz yummaq, dilini saxlamaq və möhkəm xasiyyətli olmaqla. Hər kəs bunlardan azına malik olsa məndən aşağıdır. Hər kəs bunlardan çoxuna malik olsa məndən yuxarıdır. Hər kəs bu dərəcədə olsa mənimlə bərabərdir.”
    ◘Öz oğluna vəsiyyətində belə buyurur: "Oğlum! Şər şər vasitəsi ilə sakit olmaz, necə ki, atəş atəş vasitəsi ilə sönməz. Əksinə, şər xeyir vasitəsi ilə, atəş isə su vasitəsi ilə sakitləşər.”
    Heç kəsin ölümünə sevinmə, işi çətinə düşənə məsxərə etmə. Öz xeyrin üçün həsrət çəkmə.
    Ey oğul! Əmanətdar ol ki, imkanlı olasan. Ey əziz övlad! Sən dünyaya gələn gündən dünya sənin arxanda, axirət isə qarşındadır. Ömrünün günləri keçdikcə dünyadan daha da uzaqlaşır və axirətə yaxınlaşırsan.
    Ey oğul! Təqvanı öz ticarətin et ki, əlində heç bir sərmayə olmadan çoxlu xeyir sənin başına tökülsün. Səhv edən zaman isə arxasınca sədəqə göndər ki, bununla onun şöləsini yatırasan.
    Ey oğul! Moizə qəbul etmək ağılsız insanlar üçün taqətdən düşmüş qocanın üzü yuxarı getməsi kimi çətindir.
    Əziz övlad! Zülm etdiyin kəsə etdiyin pisliyə görə deyil, ona zülm etməklə öz törətdiyin cinayətin üçün nalə et. Əgər bir gün əlində olan qüdrət səni zülmə tərəf çəksə, Allahın qüdrətini yad et.
    Ey oğul! Bilmədiyin şeyi alimlərdən öyrən. Bildiklərini də camaata öyrət.”
    ◘Başqa bir vəsiyyətində də öz oğluna belə deyib:
    "Ey oğul, çətinliklər zamanı özünü ələ al. Xoşagəlməz hadisələr zamanı səbirli ol. Rifah zamanı isə şükür et. Namazlarını xüsusi ilə yerinə yetir və onları təxirə salma. Haqqa itaət edəni təhqir etmə, günahkarlara isə ehtiram etmə. Sənin olmayan bir şey üçün iddia etmə. Sənin üzərində olan haqları inkar etmə. Batilə öz etirazını bildir. Haqdan utanma. Bilmədiyin şeyi demə. Bacarmayacağın işi öhdənə götürmə.
    Ey oğul! Elm öyrən! Baxmayaraq ki, ondan o qədər də bəhrələnməyəcəksən. Ruzigarı (fürsət verməməkdə) pisləsələr də, bu, sənin öz dövründə xəcalətli olmandan daha üstündür.
    ◘İmam Sadiqdən (ə) nəql olunur ki, Loğmanın öz oğluna etdiyi moizələrdən biri də budur: "Səndən qabaq yaşayan kişilər övladları üçün mal-dövlət ələ gətirdilər, lakin bunlar həmişəlik qalmadı. Sən muzdla işləyən bəndəsən. Sənə iş sifariş veriblər və bu işə görə də haqqını alacaqsan. İşi tamam yerinə yetir, haqqını da kamil al. Dünyanı körpü hesab et ki, keçirsən keçirsən və əbədi olaraq bir daha qayıtmırsan.”
    ◘İmam Sadiqdan (ə) Loğmanın hikməti barəsində belə nəql olunur: "And olsun Allaha, Loğmanın hikməti cah-cəlal, var-dövlət, əhl-əyal və ya gözəl surət və boy-buxuna görə deyildi. Onun hikmət sahibi olması buna görə idi ki, o, Allaha aid olan işlərdə qüvvətli, dində pərhizkar, aram və vüqarlı, dərin fikirli, nəzər sahibi, dəqiq görüşlü idi. Heç vaxt gündüzlər yatmazdı, dostların cəm olduğu yerdə yuxuya getməzdi. Çox danışmazdı. Bir kəsin eyblərini axtarmazdı. Heç kəs onu təxəlli (tualet) və qüsl zamanı görməzdi. Həyalı, dərin düşüncəli, işlərində dəqiq idi. Heç vaxt gülməz və qəzəblənməzdi. Günah iş görməkdən çox qorxurdu. Heç kəslə zarafat etməzdi. Nə dünyanın əvvəlinə görə narahat olurdu, nə də axırına görə qüssələnirdi. Bir kəsdən bir söz eşidəndə əgər bəyənsəydi izah və açıqlanmasını istəyərdi. Çox zaman hikmət sahiblərinin cəm olduğu yerdə olar, onlar qarşısında təvazökarlıq edərdi. Sultanlar və qazilərlə oturub-durardı, lakin qazilərin (qəzavət edənlərin, hakimlərin) halına ağlayardı ki, öhdələrinə təhlükəli vəzifə götürüblər. Sultanlara Allahın onlar üçün qoyduğu möhlətə görə qürurlanıb dünyaya arxayın və meyilli olduqlarına, dünyaya aldandıqlarına görə onlara ürəyi yanar, özü isə bu barədə fikirləşər və bunlardan ibrət götürərdi.
    Bu təcrübələr ona öz nəfsi ilə mübarizə və şeytanla müxalifət etməkdə qüvvət verərdi. Faydalı sözdən başqa heç nəyə qulaq asmazdı. Lazım olduğu qədər danışardı. Bu səbəbdən hikmət məqamına və ismət feyzinə sahib oldu. Gecə yarısı gözlər yuxuya gedən zaman Allah-təalanın göstərişi ilə bir dəstə məlaikə onu çağırıb dedilər: (Loğman onların səsini eşidir, lakin özlərini görmürdü) "Ey Loğman istəyirsənmi ki, Allah səni öz canişini etsin və sən də camaata hakim olasan (onlara hökumət edəsən)?” Dedi: "Əgər Allahın fərmanıdırsa və əgər O özü kömək olub fəryada yetişəcəksə, işin tərzini öyrədəcəksə və xatalardan qoruyacaqsa sözsüz itaət edirəm. Yox əgər ixtiyar mənimlədirsə, mən asayiş və salamatlığı seçirəm.” Dedilər: "Niyə?” Dedi: "Ona görə ki, camaat arasında hökumət etmək dinə görə ən aşağı məqamdır, fitnə və çətinliyi çoxdur. Hakimin dostu, yavəri yoxdur. Zülm onun ətrafını əhatə edər, o, isə iki yol ayrıcında qalar; əgər haqla hökm etsə mümkündür salamat qalsın, yox, əgər xata etsə behişt yolundan çıxmış olar. Dünyada insanlar arasında xar və dəyərsiz olan şəxs axirətdə bundan da aşağı olar. Hər kəs dünyanı axirətdən üstün tutsa hər ikisini uduzar. Biri əlindən çıxar, ikincisinə də çatmaz.”
    Məlaikələr Loğmanın hikmətindən heyrətə gəldilər. Allah da onun məntiqini bəyəndi. Gecənin bir aləmi yatağında uzandığı zaman Allah ona hikmət nazil etdi. Belə ki, bu onun bütün vücudunu bürüdü. Yuxudan ayılan zaman yer üzündə olan insanların ən həkimi (hikmətlisi) oldu.”
    ◘İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, Loğman oğluna belə nəsihət edib: "Mən dünyaya ayaq qoyan vaxtdan arxası dünyaya, üzü axirətə olmuşam; üzü ona tərəf getdiyin ev sənə, arxada qalıb səndən uzaqlaşan evdən daha yaxındır.”
    "Ey oğul! Əlindən çıxan işin arxasınca düşmə və sənə tərəf gələn işdən də üz döndərmə! Əgər belə etsən bu rəyi xarab, əqli nöqsanlı edər.
    "Ey oğul! Düşmənə qalib gəlməkdən ötrü bu göstərişlərdən istifadə et; günahdan uzaq ol və öz alicənablığını qoru. Öz pak ruhunun qədrini bil və onu Allahın itaətindən çıxmaqla, pis əxlaqla və pis rəftarla çirkinləşdirmə. Öz başını bağla. Öz daxilini və rəftarını gözəlləşdir. Əgər belə etsən Allahın amanında olarsan. Düşmənin sənin sərhədinə yaxınlaşıb səni çaşdırmaq qüdrəti yoxdur. Amma eyni zamanda onun məkr və hiyləsindən də arxayın olma. Çox mənfəəti az hesab et, az zərəri isə çox.”
    "Ey oğul! Camaatla onların təfəkkür tərzlərinin ziddinə rəftar etmə. Onlara bacarmayacaqları şeyi yükləmə. Bu iş sənin ən yaxın dostlarını da səndən uzaqlaşdırar və camaat arasında tənha qalarsan; nə sənə həmdəm olacaq dostun olar və nə də sənə kömət edəcək qardaşın. Tənha qalsan sığınacaqsız və zəlil olarsan. Üzrünü qəbul etməyəcək kəsdən üzürxahlıq istəmə. Öz işlərində dostu olmayan və muzd alan şəxsdən kömək istəmə. Çünki, muzd alan şəxs sənin işini öz işi kimi ciddi şəkildə yerinə yetirməyəcək. Həmin muzd onun üçün dünya mənfəəti, sənin üçün isə axirət ehtiyatıdır. Kömək aldığın dostların və qardaşların gərək məhəbbət əhli, ehtiyaclarını ödəyə biləcək, abırlı və pakdamən (pis işlərdən uzaq), sənin hüzurunda sənə təşəkkür edib, sən olmayanda səni yad edən kəslər olsun.”
    "Ey oğul! Əgər bir dəstə insanla səfərə çəxsan onlarla çox məşvərət et, üzlərinə gül. Dəvətlərini qəbul et. Yaxşı işlərdə, namaz və səxavətdə onlardan qabağa düş. Öz minik, mal-dövlət və yükünü onların ixtiyarında qoy. Hərəkət etdikləri vaxt sən də hərəkət et. Əgər iş görsələr sən də iş gör. Ən böyük və yaşlı olana itaət et. Əgər bacarsan öz yeməyindən başqalarına verməmiş yemə. Minikdə olduğun müddətdə Quran oxu. İşə məşğul olduğun müddətdə Allahı yada sal və ona həmd-səna et. İşin olmadığın müddətdə isə dua et.
    "Ey oğul! Tez küsən, bədxasiyyət və səbirsiz olma. Bu xüsusiyyətlərlə sənin heç bir dostun qalmaz. Özünü işlərdə səbirli olmağa vadar et.”
    "Ey oğul! Əgər qohumları yoluxub, dostlarını başa çıxmaqdan ötrü pulun olmasa da xoşxasiyyət və gülərüzlü ol. Hər kəs belə olsa (yəni xoşxasiyyət) yaxşı insanlar onun dostu olar, pis insanlar isə öz mal-dövlətlərini ondan gizlətməzlər. Allahın qismətinə razı ol ki, yaşayışının çətinliyi aradan getsin. Əgər dünyada olan bütün izzəti əldə etmək istəyirsənsə camaatın əlindən gözünü çək. Peyğəmbərlər və siddiqləri bu məqama məhz, tamahı boğmaq çatdırıb.
    Səfərə çıxmağın qaydaları barəsində Loğmandan bir hədis də nəql olunub. O, bu hədisdə öz övladına belə buyurur: "Elə ki, karvanla səfərə çıxdın öz işlərində onlarla çox məşvərət et. Onlara çox təbəssüm et. Öz yol tədarükünü səxavətlə onların arasında qoy. Dəvətlərini qəbul et. Əgər səndən kömək istəsələr onlara kömək et. Üç şeydə onlardan üstün olmağa çalış: çox namaz qılmaqda, öz minik, tədarük və malından keçməkdə. Əgər səndən haqq şahidliyi istəsələr onlardan əsirgəmə. Öz rəyindən istifadə et, məşvərət zamanı düşünmədən cavab vermə. Əgər yoldaşların hərəkət etsələr, sən də onlara qoşul. Əgər bir işlə məşğul olsalar onlara kömək göstər. Sədəqə versələr sən də onlarla birlikdə sədəqə ver. Ən yaşlı olana tabe ol.”
    "Ey oğul! Namazın vaxtı yetişəndə onu təxirə salma, öz vəzifəni yerinə yetirməklə özünü asudə et. Dini vəzifələri gərək yerinə yetirəsən. Süvari olan zaman yatma. Mənzil üçün elə yer seç ki, təbiəti gözəl, torpağı yumşaq, yaşıllığı çox olsun. Elə ki, mənzil salmaq üçün dayandın, iki rəkət namaz qıl. Yola düşən zaman həmin yerin əhalisi ilə vidalaş və onlara salamatlıq dilə. Çünki hər bir yerdə məlaikələr cəm olurlar. Əgər bacarsan yeməyindən bir miqdarını sədəqə verməmiş və Quran oxumamış yemə. Hər hansı bir iş görərkən zikr deməklə məşğul ol. Bekar olan zaman isə dua et.”
    ◘Bozorcmehrdən soruşdular: "Elə bir nemət bilirsənmi ki, onun üçün paxıllıq etməsinlər və elə bir bəla bilirsənmi ki, öz sahibinə rəhm etməsin?” Dedi: "Bəli, həmin nemət təvazökarlıq, bəla isə təkəbbürdür.”
    Ölüm zamanı Bozorcmehrə dedilər: "Vəsiyyət et.” Dedi: " Nə vəsiyyət edim? Dünyaya cahil gəldim, ikrahla da gedirəm. Yaxşı olar ki, bəndənin cahil daxil olub, ikrahla çıxdığı evə ürək bağlanılmasın.”
    ◘Bir həkim (hikmət sahibi) deyib: "Uşaqlara dünya işləri ilə məşğul olmazdan qabaq təhsil verin.”
    ◘Aristotel deyib: "Kərim insanları şirin dillə aldatmaq olar. Hər kəs qorxduğu şeydən qaçar, lakin Allahdan qorxanlar isə ona pənah aparar. Axmaq adamı öyrətmək ömrü hədər yerə sərf etməkdir.”
    ◘Loğman deyib: "Yeməyini azalt ki, xəstəlikdən amanda qalasan.”
    Cəlyanus deyib: "Öz ehtiyacından imtina etmək, onu ləyaqətsiz insandan itəməkdən yaxşıdır.”
    ◘Bir filosofdan soruşdular: "Təvazö nədir?” Dedi: "İmkanlı şəxslərə təkəbbür etmək.” Başqa bir yerdə deyib: "Məşvərət rahatlıq və başqalarının əziyyətidir.”
    ◘Sokrat deyib: "Yaxşıya-pisə fərq qoymayan şəxs dördayaqlıdan fərqlənmir.” Başqa bir yerdə deyib: "Hikmətin əvvəli xoş xasiyyətdir.”
    ◘Pluton deyib: "İnsanlarla bədrəftar olub dostluqda onlara xəyanət etmə. Yoxsa, sənə minnət qoyarlar, həm də onların şərindən amanda olarsan.” Yenə də deyib: "Qocalıq xəstəliklə dolu buluddur.”
    ◘Hippokrat deyib: "Təəccüb edirəm özünü böyük tutan şəxslərə ki, iki dəfə sidik yolundan keçiblər. (Bir dəfə atasının belindən, ikinci dəfə isə anadan olanda.)”
    ◘Bir filosof deyib: "Təəccüblüdür o kəslər ki, pulla qul alırlar, kərəm vasitəsilə azad insan almırlar.”
    ◘Hippokrat deyib: "Səxavətli o kəsdir ki, öz malını havayı verir və başqalarının malında da gözü yoxdur.”
    ◘İbn Sina deyib: "Dünya istəyən şəxs elm öyrənsin, axirət istəyən şəxs əmələ girişsin.”
    ◘Hippokrat deyib: "O kəsdən olma ki, aşkarda şeytana lənət edib gizlində ona itaət edirlər.”
    ◘Bir filosof deyib: "Rəhbərlərin ən pisi odur ki, kasıblardan uzaqdır. Kasıbların ən pisi odur ki, rəhbərlərə yaxındır.”
    ◘Sokrat deyib: "Qəzəbin dərmanı susmaqdır.”
    ◘Hippokrat deyib: "Nacins insanlarla yoldaşlıq etmək ruhun qızdırmasıdır. Qadınlar kişiləri (istər böyük şəxsiyyət olsun istərsə də alçaq) tez ələ alırlar. Sağlamlıqdan gözəl dost, xəstəlikdən pis düşmən yoxdur. Sağlamlığın şirinliyini xəstəliyin acılığı ilə dərk edərlər. Özünün az bəxşişindən utanma. Çünki, məhrumiyyət (yoxsulluq) ondan da aşağıdır. İşlərin nəticəsini göstərən ayna insanların əli ilə təcrübə olunmuşdur.”
    ◘Bir filosof deyib: "Dərmanın acılığına dözməyən şəxs şəfanın şirinliyini dadmaz.”
    ◘Bozorcmehr deyib: "Simic öz dövlətinin qoruqçusu, öz varisinin isə anbardarıdır.”
    ◘Loğman deyib: "Özünə qarşı pis olanın ruzisi az olar. Hər kəsin yalanı çox olsa, dostu az olar.”
    ◘Digər bir filosof deyib: "Sükutun faydası sözün faydasından, sözün zərəri sükutun zərərindən çoxdur. Ağıllı adamın əlaməti çox sükut etməkdir. Cahilin əlaməti isə çox danışmaqdır. Necə ki, istəmirsən sənin sirrinin üstü açılsın, sən də başqalarının sirrinin üstünü açma.”
    ◘Pluton deyib: "İnsanların ən zəifi öz sirrini saxlaya bilməyən, ən güclüsü isə öz qəzəbini boğan kəslərdir. İnsanların ən səbirlisi öz yoxsulluğunu gizlədəndir.Cahil özü özünün düşmənidir, başqasının dostu necə ola bilər?! Kişini əsəbləşdiyi vaxt yoxla, nəinki xoşhal olan zaman. Bir də qüdrət vaxtı yoxla, nəinki zillət vaxtı.”
    ◘Loğman deyib: "Allahın zikrindən başqa heç bir sözün faydası yoxdur. Axirət barəsində fikirləşməkdən başqa da heç bir sükutun faydası yoxdur. Allaha, Onun dostlarına qarşı mehriban, düşmənlərinə qarşı sərt olmaqla yaxınlaş. Neməti danmaq alçaqlıqdır. Cahil yoldaş nəhslik gətirər. Müsibətlərin ən pisi düşməni şad etməkdir, ondan da pisi düşmənə möhtac olmaq.”
    Hikmətamiz məsəllər
    ◘Gecə qaçmışların qalxanıdır. Qələm ikinci dildir. Ədəb öyrənməyən kəsə soy-kökü fayda verməz. Bir saat elm öyrənmək çətinliyinə dözməyən şəxs bir ömür nadanlıq çətinliyinə dözməli olar. Dua rəhmət kilididir.
    ◘Dünya şirinliyi axirət acılığı, dünya acılığı isə axirət şirinliyidir. Şairlərdən qaç, çünki yalandan ötrü muzd tələb edər. Dünya izzətində sultanlara şərik olanlar axirət zillətində da onlarla şərikdir. Doğruçuluq sərmayəsiz faydadır.
    ◘Elə paltar geyin ki, abrın getməsin. Ən gözəl pərəstiş odur ki, sahibinin halına uyğun olsun. Əgər ət bahadırsa, səbr ucuzdur. Müsibətə səbr etmək bu müsibətə şad olanlardan ötrü müsibətdir. Xoş xasiyyəti olanın həm özü rahatdır, həm də yaxınları.
    ◘Dünyada böyük insan səxavətlilər, axirətdə isə pərhizkarlar hesab olunur. Kərim insan azdan ötrü də minnətdar olar, ləyaqətsiz insan isə çoxa da təşəkkür etməz. Zarafat insanın heybətini aparar. Qəzəbə itaət edən ədəbdən üz döndərib. Qəzəbin əvvəli dəlilik, axırı isə peşmançılıqdır. Ən çətin cihad qəzəblə mübarizədir. İnsanların ən zülmkarı odur ki, birinə başqasının mənfəətinə görə əzab-əziyyət versin. Xəyanətkarın dəyəri yoxdur.
    ◘Dostlarla əlaqəni möhkəmləndir, çünki onlar asayiş və rahatlıq zinəti, çətinlik ehtiyatıdırlar. (Çətinlikdə köməyə gələrlər.) Dostları başa çıxmaq, xəstələrin şəfasıdır. Plutondan soruşdular: "Düşməndən hansı vasitə ilə intiqam almaq olar?” Dedi: "Fəzl və kərəmlə.”
    ◘Bir filosofdan soruşdular: "O nədir ki, bütünlüklə sənin xeyrinədir?” Dedi: "Şər insanlardan uzaq gəzmək.” Başqa birindən soruşdular: "Dördayaqlını nə kökəldər? "Dedi: "Sahibinin gözü.” Bir filosof deyib: "İnsanlıq dövlətli olan zaman təvazö etmək, qüdrət zamanı əfv etmək, əli aşağı olan zaman səxavətli olmaq və minnətsiz əta etməkdən ibarətdir. Alimlər və elm əhli ilə oturub-duran barlı-bəhrəli, ağılsızlarla oturub-duran isə dəyərsiz olar.
    ◘Əqli az olanın zarafatı çox olar. Ədəb dövlətdir, onu işlətmək kamal. Nadanlıq ziyanla dolu olan dostdur. Dünyasını abad edən dövlətini bada verib, axirətini abad edən isə öz arzusuna çatıb. Öz hesabını çəkən şəxs salamat qalar, dinini qoruyan şəxs isə qənimət əldə edər.
    Hikmət sahibləri deyiblər:
    ◘Fəqirlik utancdır. Dövləti az olanın yaxını da az olar. Batil yay buluduna oxşayır, axırı yoxdur. Hər kəs öz görüşü qədər görər.
    ◘Əqli sağlam olan həqiqəti görər. Heyvani nəfsə malik olanlar isə hər şeyi özünə sərf edən tərzdə görər.
    ◘Bir şair deyib: "Ulduz kiçik bir gözə bənzəyir. Lakin bu gözün günahıdır ki, ulduzu kiçik görür, nəinki ulduzun günahı.
    Yenə də hikmət sahibləri deyiblər:
    ◘Dostu çox olanın düşmənləri boynuna minər. Yağışlı bulud ildırım çaxan zaman yağar, düzdanışan kişi isə vədə zamanı. Alicənab insanlar üçün vədə borc kimidir.
    ◘Kərim gec də olsa bağışlayar. Dünya izzəti səxavət və kərəmlə, axirət səadəti isə səcdə ilə əldə olur.
    ◘Calyənus ölən zaman cibindən bir kağız tapdılar. Həmin kağızda yazılmışdı: "Qazanıb yediyin bədənə, sədəqə verdiyin ruha, qoyub getdiyin isə başqalarına aid olar. Yaxşı insan bir evdən başqa evə getsə də (dünyasını dəyişsə də) diridir. Bədrəftar insan isə dünyada olsa da ölüdür. Qənaət (qane olmaq) fəqirlik yolunun üzərində olan səddir. Tədbir azı çox edər. Adəm övladının Allaha təvəkkül etməkdən faydalı bir şeyi yoxdur.
    Category: Nəsihətlər | Views: 1361 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024