İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1823
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    9:20 PM
    Nəsihətlər
    Üçüncü fəsil
    Peyğəmbərdən (s) olan digər şiə hədisləri
    ◘Əgər bir alim və yaxud bir tələbə hər hansı bir müsəlmanlar yaşayan kənddən, yaxud da şəhərdən keçərsə və hətta dayanmadan bir tərəfindən daxil olub digər tərəfindən xaric olarsa və yaxud da orada dayanaraq heç bir su və azuqədən istifadə etməzsə də Allah qırx gün onlardan qəbir əzabını götürər.
    ◘Bu ümmətin alimləri iki təbəqədən ibarətdir: Biri Allahın onlara verdiyi elmi heç bir tamahları olmadan yeyir, öz biliklərini çörəyə və suya satmırlar. Dəryadakı balıqlar, qurudakı heyvanlar havadakı quşlar bu cür alimlərdən ötrü istiğfar edirlər. Onlar Allah dərgahına böyük hörmət və şərafətlə gedər, peğəmbərlərlə bir yerdə oturub durarlar. Digəri isə elmlə möhtəkircəsinə davranar (yəni, onu cəm edib saxlayar, münasib fürsət ələ keçdikdə onu baha qiymətə satır). Onu (elmi) pula, dövlətə dəyişər. Qiyamət günü bu cür alimlərin ağızlarına atəşdən yüyən vurular. Bir nəfər fəryad edib car çəkər: "Bunlar Allahın onlara elm əta etdiyi kəslərdir. Onlar isə həmin elmi yaymaqda simiclik edir və onu dünya malına satırdılar!” Bu səda insanlardan hesab çəkilib qurtarana qədər davam edir. (Bu alimlərdən məqsəd qəzavət işlərinə rüşvətxor alimlərdir ki, qəzavət etməkdən ötrü müəyyən məbləğ pul tələb edirlər. Yaxud da məqsəd dinin zəruri məsələlərini pulsuz öyrətməyənlərdir. Lakin moizə edib rövzə oxumaqdan ötrü muzd almağın eybi yoxdur, xüsusilə də, həmin şəxsin ehtiyacı varsa.)
    ◘Elm iki növdür: Biri odur ki, qəlbdə özünə yer alıb. Bu elm fayda verən elmdir. Digəri isə təkcə dildədir. Bu elm də sahibi üçün höccətin tamam olması deməkdir.
    ◘Mən öz ümmətimdən ötrü möminin və müşrikin şərindən qorxmuram. Ona görə ki, möminin imanı onun fəsadının qarşısını alır. Müşriki də öz şirki məhv edəcək. Təkcə qorxduğum şey münafiq alimlərdir ki, danışıqları gözəl, rəftarları isə pisdir.
    ◘Şər insanların ən şəri şər alim, xeyir insanların ən xeyirlisi gözəl alimdir.
    ◘Özü əməl edib, başqalarına da öyrətmək üçün iki hədis öyrənən şəxs bu işə başlayan kimi onun üçün yazılan savab altmış illik ibadətdən üstündür.
    ◘Allahın məni məhz onun üçün göndərdiyi elm və hidayət müxtəlif yerlərə yağan yağışa bənzəyir. Bu yerlərin də bəziləri münbitdir. Suyu özünə çəkir, gözəl yaşıllıqlar yetirir. Eyni zamanda sudan müəyyən miqdarını özünə çəkib müəyyən qablarda onu su anbarı şəklində qoruyub saxlayır. Beləliklə də Allah insanlara mənfəət yetirir; həmin su anbarlarından içməli su kimi və əkin biçin işlərində istifadə edirlər. Bu yerlərin bəziləri isə yararsız torpaqlara bənzəyir. Nə bəhrəsi var, nə də suyu özündə qoruyub saxlayır. İnsanların da bəzisi din elmlərini öyrənib ona əməl edir və eyni zamanda onu həm də yayırlar. Bəziləri də nə əməl edirlər, nə də tədris.
    ◘İki kəsdən başqa heç kəsə qibtə etmək olmaz: Biri yaxşı insandır ki, Allah ona var-dövlət verib, o da onu Allah yolunda sərf edir. Digəri də odur ki, Allah ona hikmət əta edib, o da həm onu insanlara öyrədir, həm də onun vasitəsi ilə düzgün qəzavət edir.
    ◘Hər kim ki, insanları haqqa dəvət edir, haqqa gələnlərin əməlləri miqdarında onun üçün savab yazılar və eyni zamanda haqqa gələnlərin də savabları öz yerində qalar. Hər kim də ki, insanları haqq yoldan azdırır, azğınlığa gedənlərin günahları qədər də həmin şəxs üçün günah yazılar və eyni zamanda onların öz günahları da yerində qalar.
    ◘Elm öyrənən və elmi öyrədənin hər ikisinin Allah yanında əcri var. Digər insanlarda isə xeyir yoxdur.
    ◘Elm öyrənib zöhdə riayət etməyən kəs Allahdan uzaq düşməkdən başqa bir şey əldə etməyib. (Zöhd odur ki, əlinə gələn şey üçün sevinməyib əldən verdiyin şey üçün heyfislənib təəssüflənməyəsən.)
    ◘Səhl ibn Səd deyir: "Bir kişi Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: "Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: "Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin.”
    ◘Qiyamət günü Allah mənim ümmətimin hər birinə qanadlar verər ki, qəbirlərdən behiştə doğru pərvaz etsinlər, orada istədikləri şəkildə dövrə vursunlar və müxtəlif nemətlərdən bəhrələnsinlər. Məlaikələr onlardan soruşar: "Siz kimin ümmətindənsiniz?” Cavab verərlər: "Məhəmməd (s) ümmətindən.” Soruşarlar: "Siz Allah, sizin dünyadakı əməliniz nə idi?” Cavab verərlər: "İki xüsusiyyət səbəb oldu ki, Allah Öz fəzl və rəhməti ilə bizə bu məqamı əta etdi; xəlvətdə də olsaq Allah qarşısında günah etməkdən çəkinərdik və aza da qane olardıq.” Məlaikələr deyər: "Bəli, siz bu məqama layiqsiniz.”
    ◘Sizin aranızda sizə nəsihət edəcək iki şey qoyuram; biri danışan, biri sakit. Danışan Qurandır, sakit isə ölüm.
    Dördüncü fəsil
    Əli ibn Əbitalibdən (ə) nəql olunan şiə hədisləri
    ◘Həzrət Əli (ə) buyurub: "İnsanların iki qismi var ki, onların yoldan azmasına mən səbəb olaram, halbuki, məndə təqsir yoxdur: Biri (mənim barəmdə) qabağa gedən (həddi aşan) dost, biri də geri qalan (məndən üz döndərən) düşmən.”
    (Şeyx Səduq "Əmali” kitabında bu hədisi nəql etdikdən sonra yazır: "Bu sözü Həzrət (ə) üzürxahlıqla, onun barəsində həddi aşanlar və ifrata varanlardan ötrü deyib ki, bilsinlər ki, o Həzrət (ə) onların bu əqidəsinə nifrət edir.”)
    Bunun ardınca Həzrət (ə) buyurur: "And olsun öz canıma! Əgər İsa da (ə) nəsranilərin ifratçı sözləri qarşısında sükut etsəydi Allah ona əzab verərdi.”
    ◘Səbir iki növdür: Biri bəla gələn zaman dözümlü olmaq. Bu çox yaxşıdır. Lakin bundan da üstünü haram iş qarşıya çıxarkən səbirli olmaqdır.
    ◘Allahı zikr (yad) etmək də iki növdür: Biri müsibət üz verən zaman, digəri - bundan da üstün olanı - insanı günahdan saxlayıb onu harama düşməkdən çəkindirən zikr.
    ◘Həzrət Əlidən (ə) soruşdular: "Xeyir nədir?” Buyurdu: "Xeyir bu demək deyil ki, var-dövlətin və övladın çox olsun. Xeyir budur ki, elmin çox, əməlin kamil olsun, Allah da sənin ibadətinlə fəxr etsin. Allah da sənin o ibadətinlə fəxr edər ki, yaxşı iş görən zaman Allaha şükür, edəsən, pis iş görən zaman isə tövbə edəsən.
    ◘Dünyada iki qisim insandan başqa heç kəsdə xeyir yoxdur. Biri günahlarını tövbə vasitəsi ilə aradan aparanlar, digəri isə xeyir işlər görməyə sürətlə tələsənlər. Təqva vasitəsilə görülən heç bir ibadət az deyil. Bir əməl ki, Allah dərgahında qəbul olunur, az ola bilər?!
    ◘Məhəmmədin (s) dostu o kəsdir ki, onunla qohum olmasa da, Allahın fərmanlarına itaət etsin. Düşməni o kəsdir ki, qohum olsa da günahkar olsun.
    ◘Əli (ə) oğlu Həsənə (ə) buyurub: "Allahdan elə qorx ki, sanki, bütün insanların ibadəti ilə Onun dərgahına getmisən, lakin səndən qəbul edəcəyinə arxayın deyilsən və Onun rəhmətinə elə ümidvar ol ki, sanki, bütün insanların günahları ilə Onun dərgahına getmisən və ümidvarsan ki, səni bağışlayacaq.”
    ◘Dünya keçid yeridir. Axirət isə mənzil. Dünyada olan insanlar iki firqədir. Biri özünü dünyaya satır və həlak edir. Digəri isə öz canını dünyadan alır və azad edir.
    ◘Dünya və axirət iki barışmaz düşmən və iki müxtəlif yoldur. Dünyanı dost bilən axirətə düşməndir. Dünya və axirət şərq və qərb kimidir. Hansına tərəf yaxınlaşsan o birisindən uzaqlaşırsan.
    ◘Qənaət (qane olma) və itaət izzət və ehtiyacsızlığa, hərislik (tamah) və günah isə zillət və bədbəxtliyə səbəb olur.
    ◘And olsun Allaha, mən əlimi əjdəhanın ağzına apararam, lakin heç dünyaya yeni gəlmişin də qabağında açmaram; o ki qalsın hər əlinə gələni dəyərsiz hesab edib tərəddüd etmədən əta edənin qabağından. Günəş bulud arxasında olsa da hamı onun işığından istifadə edir.
    ◘Əli (ə) öz səhabələrindən birinə buyurub: Məbada ümdə səy və himmətini arvad-uşağına sərf edəsən. Əgər onlar Allahın dostlarıdırlarsa, Allah heç vaxt öz dostlarını başlı-başına buraxmaz. Əgər Allahın düşmənləridirlərsə nəyə görə Allahın düşmənlərindən ötrü təlaş göstərirsən?! (Yəni, dini və əxlaqi vəzifələrindən qabaq onlar barəsində düşünmə.)
    ◘Oğlu İmam Həsənə (ə) buyurub: "Oğul! Var-dövlət yığmaqdan ötrü səy göstərmə! (Məqsəd onu qeyri-şəri olaraq cəm etməkdir.) Çünki sənin varisin bu iki nəfərdir: Ya həmin var-dövləti Allaha itaət yolunda sərf edib sənin əzab-əziyyətinə səbəb olmuş şeyi öz xoşbəxtliyi üçün istifadə edəcək, ya da günah işlərə sərf edib, sənin yığdığın var-dövləti öz itaətsizliyi yolunda xərcləyəcək. Hər bir halda yaxşı deyil ki, bu iki halı özündən artıq tutasan və bu yükü öz üzərinə götürəsən.
    ◘Dünya barəsində buyurub: "Dünya barəsində nə deyim ki, əvvəli əziyyətdir, axırı yoxluq. Halalının haqq-hesabı var, haramının əzabı. Onda ehtiyacsız olanlar əziyyət çəkir, möhtaclar qəm-qüssə. Arxasınca gedəndən qaçır, ondan üz döndərənə tərəf gedir. Bəsirət gözünü açanları görən, ona gözünü dikənləri isə kor edir.
    ◘Əql artdıqca danışıq azalar.
    ◘Əql iki növdür: Firti (yəni yaradılışdan insanın zatında olan) və kəsbi (yəni təcrübə vasitəsilə əldə olunan). Günəş işığı kor insanın halına fayda vermədiyi kimi fitri olan əqli də işlətməsən kəsbi olan əqlin faydası olmaz.
    ◘Cahilanə danışıqda xeyir olmadığı kimi, hikmətamiz danışıqdan da çəkinməkdə xeyir yoxdur.
    Beşinci fəsil
    Sünni və şiələrin Həzrət Əlidən (ə) nəql etdikləri hədislər
    ◘İki nəfər mənim belimi sındırdı; fasiq alim və cahil abid. Biri insanların əqidəsini korlayır, digəri isə öz ibadəti ilə camaatı aldadır.
    ◘Hər şeydən dəyərsiz ən cahil insandır. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir.
    ◘Elmin şərafətində bunu qeyd etmək kifayətdir ki, ona malik olmayanlar da malik olduqlarını iddia edir və onu (elmi) hər kəsə aid etsələr xoşhal olar. Cəhalətin rəzilliyində də bunu qeyd etmək kifayətdir ki, ona malik olanlar da ondan imtina edir və hər kəsə aid etsələr qəzəblənər.
    ◘Əql iki növdür; zati və təcrübi. Hər ikisi faydalıdır. Lakin dindar (dini olan) əql sahibinə etibar daha çoxdur. Əql və kərəmini əldən verən kəsin sərmayəsi günahdır.
    ◘Hər kəsin dostu onun əqli və hər kəsin düşməni onun cəhalətidir.
    ◘Ağıllı və müdrik təkcə o deyil ki, xeyir və şəri tanısın. Həm də o kəsdir ki, iki şərin arasında nisbətən yüngül olanını seçsin.
    ◘Müdrik insanlarla oturub-durmaq insanın şərəfini artırar. Kamil əql tüğyankar nəfsi cilovlayar. Ağıllı insan gərək özünün dini, fikri, əxlaqi və ədəbi eyiblərini bir-bir yadda saxlasın, yaxud yazsın və onları aradan qaldırmaqdan ötrü çalışsın.
    ◘İnsanın istəkləri iki növdür. Bir qismi onun imkanı xaricindədir. (Yəni, onları ələ gətirmək qeyri-mümkündür.) Nə qabaqlar onu əldə edə bilib, nə də sonralar əldə edə biləcək. Digər qismi isə yeməlidir, lakin onun da müəyyən vaxtı var. Əgər yer və göy əhli nə qədər kömək edib səy göstərsələr də vaxtı çatmamış ələ gəlməz. Elə isə bu insanın işi nə qədər təəccüblüdür?! Bir şey əldə edib tapanda elə sevinir ki, sanki heç vaxt əldən verməyəcək. Və bir şey əldən verib itirəndə də elə qəmgin olur ki, sanki bir daha heç vaxt əlinə gəlməyəcək. Əgər açıq gözlə baxsa görüb dərk edər ki, hər şeyin tədbiri Allahın əlindədir. Belə olan halda əlinə gələnə qane olub, əliçatmaz şeylərə də əl uzatmağa çalışmaz. Beləliklə də qəlbi bütün əzab-əziyyətlərdən aram olar.
    ◘Azla da olsa işləri yoluna qoy, lakin öz ehtiyac və kasıblığını bildirmə.
    ◘Daxilən sadə, zahirən isə varlı olun. Allah-taala Öz bəndələrinə gözəl ədəb öyrədərək (kasıb, həyalı bəndələrinin xüsusiyyətləri barəsində) buyurub: "Onların şiddətli heysiyyətləri olduğuna görə qafil insanlar onları ehtiyacsız hesab edərlər. Onları sən üzlərindən tanıyarsan. Camaatdan israrla bir şey istəməzlər.”
    Altıncı fəsil
    Hədislərdən digəir nümunələr
    ◘Əli (ə) buyurur: "İnsanların amanda qalmasının iki yolu var; biri Peyğəmbərdir (s) ki, əldən çıxıb, digəri isə tövbə və istiğfardır ki, hələ də əldədir.”
    ◘Əli (ə) buyurub: "Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurub: "Bəsrə şəhərindən bir nəfər həzrət Əlinin (ə) hüzuruna gəlib ondan mömin dostlar və qardaşların hüquqları barədə soruşdu. Həzrət (ə) buyurdu: "Dost iki cürdür; xalis və həqiqi, səthi və zahiri. Həqiqi və xalis dost müxtəlif hadisələr müqabilində möhkəm bir pəncəyə bənzəyir. Belə adamlar insandan ötrü qol, qanad, ailə, var-dövlətdir. Əgər hər hansı bir dosta etibar edib ona arxayın oldun, öz can və malından onun yolunda fəda etməkdən çəkinmə. Dostluq elədiyi kəslərlə sən də dost ol, düşmən olduğu kəslərlə də düşmən ol. Eyiblərini və sirlərini gizli saxla. Gözəllik və yaxşılıqlarını zahir et. Lakin, bil ki, belə insanlar qırmızı yaqut kimi nadirdirlər.
    Səthi və zahiri dosta gəldikdə isə ondan uzaq gəzmə. Lakin, öz daxilində olan gizli sirləri də onun üçün açma. Sən də ondan ötrü onun sənin üçün olduğu kimi şirindil və gülərüzlü ol.”
    ◘Əli (ə) buyurub: "İki şey insanları həlak edib; yoxsulluqdan qorxmaq, fəxr və öyünmək arzusu.”
    ◘Yenə buyurub: "İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: "Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!”
    ◘Öz övladlarına buyurub: "Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
    ◘Alimlərdən biri nəql edib deyir: "Həccac ibn Yusif Səqəfi (Allahın lənəti olsun ona!) dörd alimə − Hüseyn Bəsri, Əmr ibn Übeyd, Vasil ibn Əta və Amir Şöbiyə yazdı ki, "Qəza və qədər” barəsində bildikləri hər bir məlumatı yazıb ona göndərsinlər. (Bu həmin dövrdə gündəlik məsələlərdən olan cəbr və ixtiyar məsələsi idi. Bu məsələ barəsində çoxlu mübahisə və dava-dalaş olurdu. Bir qrup insan etiqad bəsləyirdi ki, insan ixtiyar sahibi deyil və gördüyü hər bir günah, yaxud savab əməl də usta əlində olan baltaya bənzəyir. Əslində Allahın iradəsidir ki, insanı o tərəf bu tərəfə çəkir.)
    Hüseyn Bəsri cavabında yazdı: "Bu məsələnin ən gözəl cavabını mən həzrət Əlidən (ə) eşitmişəm. O, buyurub: "Sən elə bilirsən ki, Allah səni qadağan etdiyi işi görməyə məcbur edər?! Əsla! Səni pis işlərə vadar edən sənin qarnın və fərcindir (övrətindir)!”
    Əmr cavabında yazdı: "Bu barədə eşitdiyim ən ali məlumat həzrət Əlinin (ə) sözüdür. O, buyurub: Əgər günah və cinayət Allahın müqəddər etdiyi mütləq və məcburi işlərdən olsaydı, o zaman cani və günahkardan qisas alıb onu cəzalandırmaq zülm olardı.”
    Vasil də cavabında yazdı: "Bu şübhəli məsələnin ən nəfis həlli həzrət Əlinin (ə) göstərdiyi yoldur ki, buyurur: "Məgər mümkündürmü ki, Allah Özü yol göstərsin, sonra yüz yol müəyyən etsin?! Bu ağlasığmaz bir təsəvvürdür.”
    Şöbi də cavabında yazdı: "Bu məsələnin cavabından ötrü Əlinin (ə) sözündən gözəl söz eşitməmişəm. O, belə buyurub: "Tövbə edilməli hər bir iş bəndə tərəfindən, şükür olunmalı hər bir iş isə Allah tərəfindəndir.”
    Elə ki, məktublar Həccaca çatdı həzrət Əliyə (ə) qarşı bəslədiyi bütün kin, ədavət və düşmənçiliyə baxmayaraq dedi: "Həqiqətən bu cavablar saf çeşmədən qaynaqlanır.”
    Yeddinci fəsil
    İmam Sadiqdən (ə) olan şiə hədisləri
    ◘İmam Cəfər Sadiq (ə) buyurur: "İki bacarıqsız (zəif) məxluq barəsində Allahdan qorxun! Onlardan biri yetimlər, digəri isə qadınlardır.”
    ◘İki qız övladını, yaxud iki bibini, yaxud da iki xalanı dolandıran şəxs atəşdən amanda olar.
    ◘Atası İmam Baqirdən (ə) nəql edir ki, buyurur: "Allah-təala Musaya (ə) vəhy etdi: "Mal-dövlətin çoxluğuna sevinmə və Məni heç bir halda yadından çıxarma. Mal-dövlət çoxluğu günahları insanların yadından çıxarar. Allahdan qafil olmaq isə qəlbi qaraldıb möhkəmlədər.”
    ◘Yenə İmam Cəfər Sadiq (ə) buyurur: "Hər cümə günü dırnaq tutub, bığları düzəltmək insanın xora (cüzam) xəstəliyindən amanda qalmasına səbəb olar.”
    ◘Musa ibn Əkil deyir: "İmam Cəfər Sadiq (ə) buyurdu: "Fəqahətə yalnız o kəslər çatar ki, geyimdən iki köhnə paltardan birinə və yeməkdən qarının aclığını aparacaq hər hansı bir şeyə qane olsun (və bütün səy və himmətini dini elmləri öyrənməyə sərf etsin.)
    ◘Yenə buyurub: "Dünyanın iki kəsdən başqa heç kəsə xeyri yoxdur. Biri odur ki, hər gün öz ehsan və yaxşı işlərini artırmaqla məşğuldur, digəri isə keçmiş günahlarından tövbə etəklə onların əvəzini yaxşı işlərlə bərpa etsin. Amma, nə tövbə? And olsun Allaha! Səcdəni tövbə məqsədilə boynu sınana qədər uzatmağına baxmayaraq bizim vilayətimizi qəbul etməsə, Allah onun tövbəsini qəbul etməz.
    ◘Hər hansı bir ticarətçi barəsində onun satdığı şeyin pis və yaxşı olmasından asılı olaraq camaat iki dua edər. Əgər malı keyfiyyətli olsa deyərlər: "Allah sənin və bunu sənə satanın bərəkətini artırsın!” Yox, əgər, malı keyfiyyətsiz olsa deyərlər: "Allah sənin və bu malı sənə satanın malından bərəkətini çəksin!”
    ◘Əgər müsəlman papağını qarşısına qoyub Allahın haqqına nə dərəcədə əməl edib-etməməsi barəsində fikirləşib müəyyən etsə, Allah ona bunun müqabilində iki mükafat verər. Biri qane olduğu miqdarda ruzi və hidayətinə səbəb olacaq rizayət (razılıq).
    ◘Elə ki, Həzrət Nuh (ə) gəmidən düşdü, şeytan ona yaxınlaşıb dedi: "Yer üzərində mənim boynumda sənin qədər minnəti olan yoxdur. Bircə nifrin etməklə məni bütün fasiq və facirlərin əlindən azad etdin. Bunun müqabilində sənə iki nəsihət edirəm. Biri budur ki, həsəddən çəkin, çünki mənim başıma nə gəldi, həsəddən gəldi. İkincisi isə budur ki, hərislik və tamahdan çəkin, çünki, Adəmin də başına nə gəldi, bundan gəldi.
    ◘Müfəzzəl ibn Yəzidə buyurub: "Səni insanları həlakətə sürükləyən iki xasiyyətdən çəkindirirəm; batili öz dininə daxil etmə, bilmədiyin hökm barəsində fətva vermə.
    ◘İki ac heç vaxt doymaz; elm acı, var-dövlət acı.
    ◘İki şey həqiqi imandan irəli gəlir; hər yerdə və hər zaman haqqı batildən üstün tutmaq; baxmayaraq ki, haqq sənin zərərinə, batil isə xeyrinədir; bir də danışığının biliyindən təcavüz etməməsi.
    ◘Qabları yumaq və evin qapısını süpürmək ruzini artırar.
    ◘Atalarınıza yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsin və camaatın namusuna xəyanət etməyin ki, sizin də namusunuza xəyanət olunmasın.
    Category: Nəsihətlər | Views: 795 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019