İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:49 PM
    Nəsihətlər
    Dördüncü bölmə
    birinci fəsil
    Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
    ◘Peyğəmbər (s) buyurub: "Qiyamət günü mən bütün insanların günahlarını etmiş olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə onları müdafiə edən kəsə.” Bu hədisi Əli (ə) nəql edib.
    ◘Həzrət Əliyə (ə) vəsiyyətində buyurub: "Hər kim öz arvadına itaət etsə Allah onu üzü üstə atəşə atar.” Əmirəlmöminin (ə) ərz etdi: "Hansı işlərdə?” Buyurdu: "Əxlaqi fəsadlara səbəb olacaq hamamlara getməkdə, toylara getməkdə, şer məclislərinə getməkdə və nazik paltarlar geyinməkdə.”
    ◘Yenə də həzrət Əliyə (ə) vəsiyyətində buyurur: "Allah dörd kəsin duasını geri qaytarmaz; adil imamın duasını, atanın övladı üçün etdiyi duanı, möminin mömin qardaşından ötrü etdiyi gizli duanı və məzlumun duasını. Məzlum dua edərkən nida gələr: "And olsun izzət və cəlalıma, sənin intiqamını bir neçə müddət keçsə də alacağam.”
    ◘İmanın əsası dörd şeydən ibarətdir; Allahı tanıma, Onun nemətlərini tanıma, dinin hökmlərini anlayıb dərk etmək və insanın dindən çıxmasına səbəb olacaq şeyləri bilmək.
    ◘Küfrün əsası da dörd şeydir; tamah, qorxu, narazılıq və qəzəb. Allahın bəndələrinə qarşı tamah mövhumi qüvvələrdən, qorxu xoşagəlməz təqdirlərdən, narazılıq və qəzəbin ardınca getmək isə küfrə (çəkib aparacaq.)
    ◘Bir kəs dörd şeyə iman gətirməyincə mömin hesab olunmaz; Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə, ölümdən sonrakı həyata və Allahın qəza və qədərinə.
    ◘Allah mənə dörd imtiyaz verib: 1. Yeri mənim üçün səcdəgah və paklayıcı qərar verib. Mənim ümmətimdən bir nəfər namaz vaxtı (dəstəmaz və ya qüsl üçün) su tapa bilməsə torpağa təyəmmüm edə bilər. 2. Qorxu vasitəsi ilə mənə kömək edib. Çünki hər vaxt bir yerə hərəkət etsəydim qorxu məndən qabaqda gedib ürəkləri yerindən qoparırdı. 3. Müharibədən əldə olunan qəniməti ümmətimdən ötrü halal etdi. 4. Məni bütün insanları dəvət və hidayət etmək üçün göndərdi.
    ◘Qiyamət günü Allah dörd kəs üzərində rəhmət nəzəri salmaz; ata-anasının haqqını tapdalayan kəsə, minnət qoyana, qəza və qədəri təkzib edənə və şərab içənə.
    ◘Peyğəmbər (s) buyurub: "Behişt qadınlarının ən üstünü dörd nəfərdir; Xüveylidin qızı Xədicə (ə), Məhəmmədin (s) qızı Fatimə (ə), İmranın (ə) qızı Məryəm (ə) və Məzahimin qızı, Fironun arvadı Asiya.
    Həzrət Əliyə (ə) buyurub: "Dörd şey insanın belini qırar: camaatın itaət etdiyi günahkar rəhbər, ərinin onu qoruduğu, onun isə ərinə xəyanət etdiyi qadın, heç bir çarə və əlacı tapılmayan fəqirlik və daimi evdə yaşayan pis qonşu.
    ◘Yenə də həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Allah-Təala dünyaya nəzər edib insanların hamısından üstün olaraq məni seçdi. İkinci dəfə nəzər salıb səni bəyənib seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən olan imamları seçib bəyəndi. Dördüncü dəfə nəzər salanda aləmin bütün qadınlarından üstün olaraq Fatiməni (ə) bəyənib seçdi.”
    ◘Hər kimdə dörd xüsusiyyət olsa Allahın nuruna qərq olar: 1. Allaha və Onun peyğəmbərinə iman gətirdiyinə görə özünü günahdan qoruyan. 2. Müsibətlər zamanı "inna lillahi və inna iləyhi raciun” (Biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) cümləsini yadından çıxarmayan. 3. Ona hər hansı bir xeyir yetişən zaman, "Əlhəmdu lillahi rəbbil-aləmin” deyən (yəni bütün xeyirlərin mənbəyinin Allah olduğunu bilsin). 4. Günaha düşdüyü zaman da "Əstəğfirullahə və ətubu iləyh” deyib dərhal tövbə edən.
    ◘Şaban ayının axırıncı cümə gününün xütbəsində buyurub: "Ey camaat! Sizin başınız üzərinə elə bir ay kölgə salıb ki, onun gecələrindən biri min aydan üstündür. Bu Ramazan ayıdır. Bu ayda sizin dörd əməli yerinə yetirməyə ehtiyacınız var. Bunlardan ikisi Allahın razılığını qazanmaqdan ötrü, digər ikisi isə öz məqsəd və hacətlərinizə yetişməyinizdən ötrüdür. Əvvəlincisi iki əməl Allahın yeganəliyindən və Məhəmmədin (s) peyğəmbərliyindən ötrü şəhadət verməyinizdir. Digər ikisi isə Allahdan hacət, behişt, salamatlıq istəyib, cəhənnəm atəşindən Ona pənah aparmağınızdan ibarətdir.
    ◘Öz əshabına buyurub: "İstəyirsinizmi, sizə elə bir əməl öyrədim ki, şeytan sizdən məğribdən məşriqə qədər olan məsafə qədər uzaqlaşsın?” Dedilər: "Bəli, ey Allahın Rəsulu!” Buyurdu: "Oruc şeytanın üzünü qaraldar, sədəqə belini sındırar, Allah yolunda dostluq və xeyir işdən ötrü həmkarlıq etmək onun kökünü kəsər, tövbə və istiğfar etməyə qəlbinin damarlarını qırar. Hər bir şeyin zəkatı var. Bədənin zəkatı da orucdur.” (Bəlkə də ola bilsin ki, bu əməldə məqsəd şeytanın bərk narahat olmasıdır.)
    ◘Mənim ümmətimdən olan hər hansı bir kişi dörd şeydən uzaq olsa behişt əhlindəndir: Dünyaya qərq olmaq, nəfsani istəklərə uymaq, qarınqululuq və (cinsi işlərdə) şəhvətpərəstlik. Eyni zamanda ümmətimin qadınlarından da hər kəs dörd şeyi yerinə yetirsə behişt əhlindəndir: İffətini qorumaq, ərinə itaət etmək, gündəlik beş vacib namazları yerinə yetirmək və Mübarək Ramazan ayının orucunu tutmaq.
    ◘Dörd şey qəlbi öldürər: Ardıcıl günah, qadınlarla çox söhbət etmək, axmaq adamla mübahisə etmək və ölülərlə oturub durmaq. Soruşdular: Ölülər kimlərdir?” Buyurdu: Əyyaş varlılar.
    ◘Həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Dörd günahın cəzası bütün günahların cəzasından tez yetişər; yaxşılıq müqabilində pislik etməyin, günahsıza zülm etməyin, vəfalı adama xəyanət etməyin və xoşrəftar qohumlarla əlaqəni kəsməyin.
    ◘Cəhənnəm əhlinin qaynar su içmələrinə, cəhənnəm əzabının təsirindən ah-nalə və fəryad qoparmalarına baxmayaraq, bundan əlavə, dörd nəfər insan da onların əziyyətinə səbəb olar. Birincidən soruşarlar: "Sən bədbəxt nə etmisən ki, belə əzaba düçar olmusan?” Deyər: "Camaatın malından yemişəm, onları qaytarmağa etinasız yanaşmışam (yaxud, yaddan çıxarmışam).” İkincisindən əzabın səbəbini soruşanda cavab verər: "Mən sidiyi yüngül tutub ondan çəkinmirdim (yəni, namaz və ibadətlə də işim yox idi). "Üçüncüdən soruşanda deyər: "Mən pis sözlərlə camaatı məsxərəyə qoyurdum (yəni, camaatın abır və heysiyyətinə təcavüz edirdim).” Dördüncüdən soruşanda deyər: "Mənim işim isə qeybət və sözgəzdirmək idi.”
    ◘Başın qabaq hissəsində ağ tük olması mübarək bir şeydir. Sağ və sol tərəflərdə olması səxavət nişanəsidir. Alının iki tərəfində olması şücaət əlamətidir. Başın dalında olması isə namübarək bir şeydir.
    ◘Mənim ümmətim gərək dörd halda haqqa riayət etsin; tövbəkarı dost tutsun, bacarıqsıza rəhm etsin, yaxşı iş görənlərə kömək etsin, günahkarlardan ötrü isə Allahdan bağışlanma istəsin.
    ◘Qadınlar dörd dəstədir: 1. Xeyir-bərəkətlə dolu və üzüçörəkli; 2. Qucağında və qarnında uşağı olan; 3. Ərinə qarşı bədxasiyyət; 4. Əziyyətcil.
    ◘Dörd şey peyğəmbərlərin sünnə və rəftarlarındandır: Ətirlənmək, evlənmək, misvak (dişləri təmizləmək) və həna qoymaq.
    ◘Dörd şey bədbəxtliyin nişanəsidir; gözün quruluğu, qəlbin bərkliyi, ruzi qazanmaqdan ötrü həris olmaq və bilərəkdən ardıcıl olaraq günah etmək.
    ◘Həzrət Əliyə (ə) buyurub: "Ey Əli! Dörd xüsusiyyət bədbəxtliyin əlamətlərindəndir; gözün quruluğu, qəlbin bərkliyi, arzuların uzunluğu və dünyaya olan sonsuz məhəbbət.
    ◘Yenə buyurub: "Ey Əli! Üç şey alan zaman qiymət saldırmaqdan ötrü çənə boğaz olma; qurbanlıq alan zaman, kəfən alan zaman, qul alan zaman və Məkkəyə səfər etməkdən ötrü minik kirayəyə götürdüyün zaman.”
    ◘Xəstəliyin dörd üstün cəhəti var; xəstələnənin üzərindən qələm götürülər (yəni, tərk etdiyi vaciblər və istəmədən düçar olduğu günahlara görə haqq-hesab olunmaz), Allah da göstəriş verər ki, sağlam olduğu vaxtda yerinə yetirdiyi əməlləri yenə də onun üçün yazsınlar, günahlardan təmizlənər, ölsə də bağışlanar, sağ qalsa da. (Bağışlanmada "həqqullah” Allah-təalaya aiddir, xəstəlik "həqqunnas”Allah-təala aid olan günahların bağışlanmasına səbəb olmaz.)
    ◘Qiyamət günü dörd suala cavab verməmiş bir adamı da addım atmağa qoymazlar: Ömrünü hansı işlərə sərf etdin?”, "Cavanlığını hansı işlərə sərf etdin?”, "Əlində olan mal dövləti hansı yolla ələ gətirdin və hansı yolda xərclədin?” Və bir də Əhli-beytə (ə) nə dərəcədə məhəbbət bəslədin?”
    ◘Bir gün Peyğəmbər (s) buyurdu: "Allah göstəriş verib ki, əshabımdan dörd nəfəri sevim və Allah Özü də onları sevir.” Soruşdular: "Ey Allahın Rəsulu, onlar kimlərdir? Biz hər birimiz onlardan biri olmaq istərdik.” Buyurdu: "Əli onlardan biridir.” Sonra bir az gözlədi və yenidən buyurdu: "Onlardan biri Əlidir. O biriləri Əbuzər, Salman və Miqdaddır.”
    ◘Əli (ə) buyurur: "Paxılların şərindən Peyğəmbərə (s) şikayət etdim, buyurdu: "Sən sevinmirsən ki, behiştə daxil olacaq ilk dörd dəstə mən, sən, arxamızca bizim övladlarımız, sağ və solumuzda bizim şiələrimizdir?”
    ◘Qiyamət günü dörd nəfər elə ki, qəbirdən qalxar, haqq-hesabsız cəhənnəm atəşinə gedər; sübh vaxtı yatan, gecəni qəflətdə keçirən, zəkat verməyən və davamlı olaraq günah edənlər. (Sübh vaxtı yatmaqdan məqsəd sübh namazını tərk etmək, gecəni qəflətdə keçirənlərdən məqsəd isə səhərə qədər oyaq qalıb günahla məşğul olmaqdır.)
    ◘Dörd şeyin azı da çoxdur; fəqirlik, dərd, düşmənçilik və atəş.
    ◘Dinin möhkəm qalması dörd nəfərə bağlıdır; əməl sahibi olan alimə, sual soruşmağa təkəbbür etməyən savadsız adamlara, minnətsiz bəxşiş edənlərə və axirətini dünyasına satmayan fəqirə.
    ◘Pis xasiyyət namübarək bir şeydir, qadına itaət etmək peşmançılığa səbəb olar, gözəl əxlaq zinət və əzəmətdir, sədəqə isə pis ölümün qarşısını alar.
    ◘İnsanlar dörd dəstədir; səxavətli, kərim, simic və ləim. Səxavətli odur ki, yeyir və bağışlayır. Kərim odur ki, özü yemir, başqalarına verir. Simic odur ki, özü yeyir başqalarına vermir. Ləim o kəsdir ki, nə özü yeyir, nə də başqalarına verir.
    ◘Dörd xüsusiyyət və ya onlardan biri hər kimdə olsa həmin şəxs münafiqdir; yalan, vədə xilaf, əhd-peymanı sındırmaq, düşmənçilik və toqquşmada heç bir iyrənc günahdan çəkinməmək.
    ◘Hər hansı bir mömin dörd xasiyyəti tərk etməyincə Allahın əzabından amanda ola bilməz; simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür.
    ◘Peyğəmbər (s) dualarından birində belə deyir: Pərvərdigara! Mənə qarşı hiylə işlədən, gözünü mənə dikən, qəlbi mənim barəmdə (mənfi işlər haqda) fikirləşən, yaxşılıq görən kimi gizlədən, pislik görən zaman isə faş edən dostdan Sənə sığınıram!”
    İkinci fəsil
    Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər
    ◘Sözlərin ən yaxşısı dörddür: "Sübhanəllah” ; "Əl-həmdu lillah”, "La ilahə illəllah”, "Allahu əkbər.”
    ◘Mənim və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz "la ilahə illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, təzim, şirinlik və ehtiramla yanaşı tələffüz etməlidir.
    ◘Allah dörd şeyi dörd şeydə qərar verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha təzimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad olmağı camaata əziyyət etməməkdə.
    ◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri.
    ◘Hər kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir ev qərar verər: "La ilahə illəllah” kəlməsi onun pənahgahı olsun (ki, onun sayəsində günahdan çəkinsin.), əlinə nemət gələn zaman şükrünü yerinə yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə üzləşdiyi zaman "inna lillah və inna iləyhi raciun, (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) desin.
    ◘Qiyamət günü Allah-təala Öz rəhmət nəzərini dörd kəs üzərinə salar və onları paklaşdırar: Bir kəsin qəlbindən qəmi aradan aparanı, mömin bir qulu azad edəni, cavan subay oğlanı evləndirəni və birinci dəfə həccə gedəni (yəni, öz vacib həcci yerinə yetirəni).
    ◘Hər kim dörd əməli yerinə yetirsə Allah-təala behiştdə onun üçün bir bulaq (yaxud, çay) axıdar; oruc tutsa, xəstəni yoluxsa, dəfn mərasimində iştirak etsə və yoxsula sədəqə versə.
    ◘Allah öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib. Bu dörd lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz:
    1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə bilməsə Allah onun üçün bir savab yazar.
    2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar.
    3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç bir günah yazılmaz.
    4. Lakin günahı həyata keçirsə ona yeddi saat möhlət verilər. Onun yaxşı əməllərini yazmaqdan ötrü təyin olunmuş mələklər günah işləri yazmaqdan ötrü məmur olunmuş mələklərə deyər: "Bu işi yazmağa tələsmə. Çünki ola bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı aradan aparar. Çünki, Allah-təala buyurub: "Yaxşı işlər, pis işləri aradan aparar.” Əgər yeddi saat gözlədikdən sonra da bəndə heç bir xeyir əməl yerinə yetirməsə, yaxud həmin günahından tövbə etməsə, savab işləri yazan mələk günahları yazana deyər: "İndi artıq bu məhrum bədbəxtin günahını yaz.”
    ◘Riya barəsində Allahdan qorxun. Çünki, riya Allaha şərik qoşmaqdır. Riyakarları Qiyamət günündə dörd adla səsləyib deyərlər; "Ey kafir! Ey facir! (yəni, günahkar) Ey xəyanətkar! Ey ziyankar! Əməllərin xarab, savabın batil oldu. Bu gün heç bir payın yoxdur. Kimin üçün iş görmüsənsə, get əvəzini də ondan al!
    ◘Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar, yaxşı dostlar və öz vətənində ruzi.
    ◘Bədbəxtliyin nişanəsi dörd şeydir: Keçmiş günahları unutmaq (halbuki, həmin günahlar ilahi dəftərdə qorunub saxlanılır.), yerinə yetirdiyi yaxşı işləri yadda saxlamaq (halbuki, məlum deyil qəbul olunub, ya yox), dünya işlərində yüksəkdən getmək və onlara önəm vermək, axirət işlərini isə yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq.
    ◘Xoşbəxtliyin də dörd əlaməti var: Daim keçmiş günahları xatırlamaq, gördüyü xeyir işləri unutmaq, dünya işlərində çox da yuxarıdan getməmək, axirət işlərini də yüngül tutmamaq.
    ◘Əql və şüura sahib olan məxluqat dörddür: Məlaikələr, şeytanlar, cinlər və insanlar. Bu dörd qrupun doxsan faizi mələklər, on faizi şeytan, cin və insanlardan ibarətdir. Həmin bu üç dəstədən də doxsan faizi şeytandan ibarətdir, on faizi cinlərdən və insanlardan. Bu iki dəstənin də doxsan faizi cinlər, on faizini isə insanlar təşkil edir.
    ◘Dörd şey orucu və görülən hər bir xeyir işi xarab edər: Qeybət, yalan, söz gəzdirmək və naməhrəmə baxmaq. (Yəni, qəbul olunmasının qarşısını alar, nəinki, onun səhihliyini batil edər).
    ◘Yeməkdə dörd şey cəm olsa, yemək kamil olar: Halal yolla ələ gəlsin, həmin yeməyə çox əl uzansın, əvvəlində "Bismillah”, axırında isə "Əlhəmdulillah” deyilmiş olsun.
    ◘Yer üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kəbə, Beytül-müqəddəs, içində Quran oxunan ev və məscidlər. Bütün məscidlərdən ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir. Allah yanında ən üstün kəslər peyğəmbərlər, onların vəsiləri və günahdan peşman olan tövbəkarlardır. Qadınların ən yaxşısı ərlərinə itaət edən və evlərində oturan möminə qadınlardır. Günahı tərk edərək, Allahdan bağışlanma diləmək və bir daha həmin günaha qayıtmamağı qərara almaq tövbədir. Hər kəs Allah qorxusundan və Onunla görüşmə xofundan ağlasa behiştə daxil olar.
    ◘Peyğəmbər (s) bəzən bu duanı oxuyardı: "İlahi dörd şeydən Sənə sığınıram; faydası olmayan elmdən, ram olmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan.
    ◘Öz bığını qısaltmayan kəs dörd əzaba mübtəla olar: Mənim şəfaətimə nail olmaz, Kövsər hovuzundan içməz, qəbir əzabına düçar olar, Nəkir və Münkər də onun qəbrinə qəzəbli halda daxil olar. (Hədisdə batil əqidəli sufilərin özbaşına və cəlbedici görünməkdən ötrü bığ saxlama tərzinə işarə olunub.)
    ◘Mömin dörd şeyi tərk etməyincə əzabdan amanda ola bilməz: Simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür.
    ◘Dörd gövhər var ki, dörd şey vasitəsi ilə xarab olar: Əql qəzəblə, din həsəd və paxıllıqla, həya tamahla, saleh əməl də qeybət vasitəsilə.
    ◘Dörd şey səbəb olar ki, insan Qiyamət gününün dəhşətli qorxusundan amanda qalar: Nemət vaxtı şükür etmək, günahdan istiğfar etmək, müsibət və bəla zamanı "inna lillah və inna iləyhi raciun” (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik), ehtiyac və qorxu anlarında Allaha üz tutmaq.
    ◘Hər kəs dörd nemətə sahib olubsa, ona dünya və axirət xeyri verilib və hər iki dünyadan bəhrələnib: Onu günahdan qoruyan təqva, camaatla keçinə biləcək xoş xasiyyət, insanların nadanlıq və axmaqlığını dəf edə biləcək səbir və həlimlik və nəhayət, işlərində ona kömək edən ləyaqətli qadın.
    ◘Hər kəs dörd şeyə malikdirsə ona hər iki dünyanın xeyri əta olunub: Şükür edən qəlb, zikr edən dil, qüvvətli və möhkəm bədən və ləyaqətli qadın.
    ◘Qiyamət günü Allah dörd kəsi dörd təbəqədən ötrü höccət qərar verər; (nümunə göstərər) Süleymanı (ə) varlı və dövlətlilərə, İsanı (ə) kasıb və yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca salamlar olsun bu pak peyğəmbərlərə!
    ◘Dörd şey dörd məqsəddən ötrü yaradılıb: Mal-dövlət yığıb saxlamaqdan ötrü yox, xərcləməkdən ötrü yaradılıb, elm mübahisə və höcət aparmaqdan ötrü yox, əməl etmək üçün yaradılıb, bəndə xoş ömür güzəran keçirməkdən ötrü deyil, dünya da bəndəlikdən ötrü yaranıb, nəinki, abad etməkdən ötrü deyil, ibrət almaqdan ötrü yaradılıb.
    ◘Bir gün Peyğəmbər (s) buyurdu: "Dörd şey möminlər üçün vacib məsələlərdəndir: Gözəl minik, geniş ev, yaraşıqlı paltar və parlaq çırağ.” Soruşdular: "Ey Allahın rəsulu, bunlardan bizim yoxumuzdur. Sənin bu söylədiklərində məqsəd nədir?” Buyurdu: ”Gözəl minik əql, geniş ev səbir, yaraşıqlı paltar həya və nəhayət, işıqlı çıraq isə elmdir.”
    ◘Dörd şey var ki, onlardan hər hansı biri bir evdə olsa ev xarabaya çevrilər və xeyir-bərəkət üzü görməz: Xəyanət, oğurluq, şərab və zina.
    ◘Əbuzərə buyurdu: "Ey Əbuzər, dörd xüsusiyyət var ki, mömindən başqa heç kəsdə tapılmaz, ibadətin əvvəli hesab olunan sükut (lazımsız və faydası olmayan sözlərdən), Allahdan ötrü təvazö, hər zaman və hər bir halda Allahı yad etmək və kasıbçılığa səbr etmək.”
    ◘Yenə də Əbuzərə buyurub: "Gəmini saz vəziyyətə sal, çünki dərya dərindir. Azuqəni bol elə, çünki yol uzaqdır, yükünü az et, çünki dağ keçidi çətindir və əməllərini də xalis et ki, əməl sərrafı dəqiq və açıq gözlüdür.”
    ◘Dörd kəsə Allah ərşin yuxarısından lənət edər, mələklər də "amin deyər: Uşaq olmaq qorxusundan arvad və kəniz almayan kişiyə (yəni, öz şəhvətini haram yolla söndürən kişiyə), Allahın onu kişi yaratmasına baxmayaraq özünü qadına bənzədən kişiyə (ləvatla məşğul olana), Allahın onu qadın yaratmasına baxmayaraq, özünü kişiyə bənzədən qadına və camaatı məsxərəyə qoyana; məsələn, bir müsəlmana " bura gəl sənə bir şey verəcəyəm” deyib, o, gəldikdə isə "bağışlayın heç nəyim yoxdur” deyənə, yaxud, məsələn, yolu üstündə heç nə olmayan kora muğayat ol, heyvana dəyərsən” deyənə, yaxud da, hər hansı bir evin sorağında olana səhv yol göstərənə.
    ◘Allah hər kəsi Öz yaxın dostlarından və sirdaşlarından etmək istəsə ona dörd xislət əta edər: Heç bir qohum-əqrəbası olmadan izzət və hörmət, təhsil almaq əziyyəti olmadan elm, var-dövlət olmadan ehtiyacsızlıq və təklikdə olarkən aramlıq.
    ◘Dörd şeydən ötrü sevinən dörd yerdə də qüssələnər: Uzun ömürə sevinən ölən zaman qüssələnər, evinin genişliyinə sevinən qəbrin darlığından qəmgin olar (bu iki sevincdə məqsəd Allahı unutmaqdır), günaha sevinən onun cəzası zamanı kədərlənər və haram yemək yeyən zaman fərəhlənən kəs hesab çəkilən zaman hüznlənər.
    ◘Hər kəsdə dörd xüsusiyyət olsa dünyada hər nə əlindən çıxsa qüssələnməz: Əmanətdarlıq, düzdanışmaq, xoş xasiyyət və yemək zamanı iffətə riayət etmək (yəni, qeyri-şəri şeylərdən çəkinmək).
    ◘Dörd şey dünyada qəribdir: Zülümkarın qəlbində olan Quran ayəsi, namaz qılmayanlar arasında olan məscid, evdə oxunmamış qalan Quran, bədrəftar insanlar arasında olan saleh kişi.
    ◘Həzrət Peyğəmbərə (s) ərz etdilər: "Münafiqin əlamətləri nədir?” Buyurdu: "Yalandan and içmək, əhd-peymanı sındırmaq, yalan və vəd verib yerinə yetirməmək.”
    ◘Dörd dəstə insanın adı aradan getməz: Peyğəmbərlərin, şəhidlərin, alimlərin və Quranı əzbər bilib ona əməl edənlərin.
    ◘Hər kim çoxlu istiğfar etsə (bağışlanmaq diləsə) - Allah onu hər bir qəm-qüssədən azad edər, hər sıxıntıdan qurtarar, hər qorxudan amanda edər və gümanı gəlmədiyi yerdən ruzisini yetirər.
    ◘Mənim ümmətimi dörd dəstə insan islah edə bilər: Sultanlar, alimlər, ibadət edənlər və tacirlər.
    Soruşdular: "Necə ola bilər ki, bunlardan başqa heç kəs onları islah edə bilməsin?” Buyurdu: "Sultanlar bu ümmətin çobanlarıdır. Əgər çoban canavar olsa qoyunları kim otarar? Alimlər xalqın həkimləridir. Əgər həkimlər özləri xəstələnsə, xəstələri kim müalicə edər? İbadət edənlər əməl vasitəsi ilə ümmətə yol göstərirlər. Əgər yol göstərənlərin özləri yollarını azsalar, yol gedənlərə kim rəhbərlik edər? Tacirlər Allah bəndələrinin əmanətdarlarıdır. Əgər əmanətdar xəyanət etsə daha kimə etibar etmək olar?”
    Üçüncü fəsil
    Şiələrin Əmirəl-möminindən (ə) nəql etdikləri hədislər
    ◘Dinin möhkəm qalması dörd kəsdən asılıdır: Öz elminə əməl edən dilli-dilavər alim, öz var-dövlətindən qohum-əqrəbasına paylayan dövlətli, öz axirətini dünyasına satmayan fəqir və elm öyrənməkdən ötrü təkəbbür etməyən cahil. Bəs elə isə alim öz elmini yaymasa, dövlətli xəsislik etsə, fəqir axirətini dünyasına satsa və cahil də elm öyrənməyə təkəbbür etsə dünya geri dönər (yəni, cahiliyyət dövrü yenidən başlayar). Həmin zaman məscidlərin çoxluğuna və orada olan qəlbləri bir-birindən uzaq olan insan kütlələrinə aldanmayın.
    Soruşdular: "Ya Əli! Həmin dövrdə necə yaşayaq?” Buyurdu: "Zahirdə camaata qarışın, batində isə müxalif olun. Eyni zamanda Ali-Məhəmmədin (s) fərəcinin də intizarında olun.
    ◘Allah dörd şeyi dörd şeydə gizlədib: 1. Öz rizasını Ona edilən itaətlərdə. Heç bir itaəti yüngül tutmayın. Çünki, ola bilər ki, Allahın razılığı məhz həmin itaətdə olsun. 2. Öz qəzəbini günahlarda. Heç bir günahı kiçik bilməyin. Mümkündür məhz həmin günah Allahın qəzəbinə səbəb olsun. 3. İsticabəti (bəndələrinə cavab verməyi) dualarda. Heç bir duanı faydasız bilməyin. Mümkündür məhz həmin dua müstəcab olsun. 4. Öz dostlarını da bəndələrinin arasında. Heç bir bəndəyə etinasız yanaşmayın, çünki ola bilər ki, məhz həmin bəndə Allahın dostu olsun və sadəcə siz onu tanımamış olasınız.
    ◘Duanın dörd şərti var: Hüzuri-qəlb, ixlas, Allahı tanımaq və duada istədiyi şey barəsində insaf (yəni, puç və bihudə (ağıla uyğun olmayan şeylər istəməsin.)
    ◘Həzrət Musaya (ə) vəhy olundu ki, ey Musa, dörd şey barəsində Mənim tapşırığımı yadında saxla! 1. Günahlarının bağışlandığını bilməyincə başqalarının eyblərinə baş qoşma. 2. Nə qədər ki, Allahın xəzinələrinin boşaldığını bilmirsən ruzidən ötrü qəm yemə. 3. Nə qədər ki, Mənim hakimiyyət və səltənətimin aradan getdiyini bilmirsən başqasına ümid bağlama. 4. Nə qədər ki, şeytanın öldüyünü görməmisən məkrindən amanda qalma.
    ◘İşlərin ən çətini dörddür: Qəzəbli halda əfv etmək, az miqdarda olan maldan bəxşiş vermək, xəlvətdə iffətli olmaq və qorxduğun və ya qorxmadığın hər bir kəsin qarşısında haqq söz danışmaq.
    Bir gün Əli (ə) evdən bayıra çıxdı. Salman onunla rastlaşdı. Həzrət (ə) soruşdu: "Halın necədir?” Salman cavab verdi: "Bir haldayam ki, dörd qəmim var; ailəm çörək və sair ehtiyaclarını istəyir, Allah itaət istəyir, şeytan günah etməyimi istəyir, ölüm mələyi isə canımı istəyir.” Həzrət buyurdu: "Ey Salman, bu dörd qəmin hər birinə görə Allah yanında bir dərəcən var.”
    ◘Həzrət Əlidən (ə) soruşdular: "Elm nədir?” Buyurdu: "Elm budur ki, Allaha ibadəti ehtiyacın olan qədər edəsən, günahı cəhənnəm atəşinə dözəcəyin qədər edəsən, çalışmağını ömrün boyu davam etdirəsən və axirət xoşbəxliyi qədər də əməl sahibi olasan.”
    ◘Dörd şeyin qədrini dörd kəs qədər heç kəs bilməz: Cavanlığın qədrini qoca, rahatlıq və asayişin qədrini giriftarçılığa mübtəla olan, sağlamlığın qədrini xəstə və həyatın qədrini ölü.
    ◘İmam Həsən Müctəbaya (ə) buyurub: "Ruzi dalınca gedəni məzəmmət etmə. Çünki hər kim yemək tapmasa günahı çoxalar. Oğul! Fəqirin dəyəri yoxdur. Sözünə qulaq asmazlar, qədrini bilməzlər, düz söz desə yalançı adlandırarlar, əgər zahid olsa onu cahil bilərlər. Oğul! Fəqirliyə giriftar olan şəxs dörd müsibətə düçar olar; yəqinində süstlük əmələ gələr, əqli məhdudlaşar), dini zəifləyər və həyası azalar. Fəqirlikdən Allaha pənah!”
    ◘Yenə də oğlu İmam Həsənə (ə) buyurub: "Oğul! Əgər sənə çətinlik üz verdi, dostlarınla məsləhətləş, çünki bunun dörd nəticəsi var; ya işi öz öhdələrinə alarlar, ya sənə kömək edərlər, ya yol göstərərlər, yaxud da səndən ötrü dua edərlər, həmin dua da müstəcab olar.”
    ◘"Oğul! Dörd şeyi və bundan əlavə də dörd şeyi məndən yadigar saxla və heç vaxt unutma.” Ərz etdi: "Onlar hansılardır?” Buyurdu: "Ən böyük və ən üstün sərvət əqldir, ən böyük yoxsulluq axmaqlıq, ən şiddətli dəhşət özünübəyənmə və ən gözəl əsil-nəcabət xoş xasiyyət.” Ərz etdi: "Atacan, bu birinci dörd şey, bəs ikincisi nədir?” Buyurdu: "O biri dörd şey bunlardır: Axmaqla dostluq etməkdən çəkin, çünki, sənə bir yaxşılıq etmək istəsə ziyan verər. Yalançı ilə də dostluq etmə. Çünki, o, öz yalanları ilə uzağı sənin üçün yaxın, yaxını isə uzaq göstərər. Xəsislə də dostluq etmə. Çünki o, ən çətin anlarında öz köməyini səndən əsirgəyər. Bir də dinsiz insandan uzaq gəz. O, da səni nifaqı ucbatından satar.”
    ◘"Oğul! İstəyirsənmi sənə dörd əməl öyrədim, sən də bunlara əməl etməklə heç vaxt həkimə möhtac olmayasan?” Ərz etdi: " Bəli.” Buyurdu: "Acmamış süfrə kənarında oturma, doymamış yeməkdən əl çək, yeməyi yaxşı-yaxşı çeynə və həmişə yatmazdan qabaq ayaqyoluna gedib özünü boşalt. Əgər bu dörd şeyə əməl etsən həkimə ehtiyacın olmayacaqdır.”
    ◘Bir nəfər Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Dörd sual soruşmaq istəyirəm.” Əli (ə) buyurdu: "İstəyirsən qırx sual soruş.” Dedi: "Vacib nədir, daha vacib olan nədir? Yaxın nədir, daha yaxın nədir? Təəccüblü nədir, daha təəccüblü olan nədir? Çətin nədir, daha çətin olan nədir? Buyurdu: "Vacib Allaha itaətdir, daha vacib olan şey günahdan çəkinməkdir. Yaxın Qiyamətdir, ondan da yaxın ölüm. Təəccüblü dünyadır, ondan da təccüblü onu sevmək, çətin qəbirdir, ondan da çətini ora azuqəsiz getmək.”
    ◘Hər kəsin dəyər və qiyməti onun səy və çalışqanlığı qədər, doğru danışmaqlığı comərdliyi qədər, şücaəti mənlik və heysiyyəti qədər, həyası isə qeyrəti qədər.
    ◘Hər kəs bir əməli öz öhdəsinə alsa mən dörd şeydə onun üçün zaminəm: Daim sileyi-rəhm etməyi öhdəsinə alan şəxsə söz verirəm ki, qohumları onu sevər, var-dövləti çox, ömrü uzun olar və Allahın behiştinə varid olar. (Üsuli əqidəsi düz olan halda.)
    ◘Ya alim ol, ya tələbə, ya onlara qulaq asan, ya da bu dəstə insanları sevən biri. Bunların beşincisi olsan həlak olacaqsan.
    ◘Müəllif deyir: "Beşincisi dedikdə elm əhlinin düşməni nəzərdə tutulur. Çünki başqa bir hədisdə həzrət (ə) buyurur: "Nə qədər bacarırsan alim ol, yaxud elm öyrən, yaxud onları sev, əgər bunların heç biri olmasan heç olmazsa onların düşməni olma.
    ◘Tövratı, İncili, Zəburu və Quranı oxudum və hər birindən bir cümlə seçdim: Tövratdan "hər kim sükut etsə nicat tapar”, İncildən "Qənaət edən tox olar”, Zəburdan "Meyillərini tərk edən bəlalardan amanda olar”, Qurandan isə "Hər kəs Allaha təvəkkül etsə Allah ona bəs edər” cümlələrini.
    ◘İnsanlar bir-birindən fərqlənən dörd qrupdan ibarətdir və onların hər birinin xüsusiyyətləri aşkardır: Dünyası yaxşı olmayanların gözəl axirəti var, dünyası sevinc və şadlıq içində olanların axirətdə payı yoxdur, bir qrupu hər ikisinə yiyələnib, dördüncü dəstə də bunların hər ikisini zay edib, nə dünyaları var, nə də axirətləri.
    ◘İnsanların xəlq olunmasında məqsəd onların xoş xasiyyət və gözəl əxlaqa yiyələnməsidir. İnsan öz əməllərinə əsasən ya rəğbət qazanır ya da töhmət: İnsanı ucaldan şey dörd xüsusiyyətdir: Səbir, elm, ehsan və bağışlamaq.
    ◘Riyakar və ikiüzlünün dörd xüsusiyyəti var: Təklikdə tənbəl və süstdür. Camaat arasında zirək, təriflənən zaman daha fəal olur, təriflənməyən zaman da əməldən bezər.
    ◘Hədisdə var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü onun yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər biri ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu:
    −Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək?
    Buyurdu:
    −Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
    Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu:
    − Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır.
    Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi:
    −Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır.
    Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu:
    −Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar.
    ◘Dörd şey bədəni qüvvətləndirər: Cinsi yaxınlıq olmadan alınan qüsül, ətir iyləmək, ət yemək və kətan paltar geyinmək. Dörd şey də bədəni arıqladar; dolu qarınla hamama getmək, qurumuş ət yemək, şor xörək yemək və ac qarına su içmək.
    Category: Nəsihətlər | Views: 1136 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024