İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:47 PM
    Nəsihətlər
    Beşinci bölmə
    Beş tərkibli nəsihətlər
    BİRİNCİ FƏSİL
    Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
    ◘Beş şey əməl tərəzisini qat-qat ağırlaşdırar: "Subhənallah”, "Əlhəmdu lillah”, "La ilahə illəllah”, "Allahu Əkbər” və Allah xatirinə saleh övladın ölümünə səbr etmək.
    ◘İslamın əsası beş şeydən ibarətdir: "La ilahə illəllah”, namaz, zəkat, həcc və Ramazan ayının orucu.
    ◘Beş iş var ki, hər kəs onları yaxud, birini yerinə yetirsə cənnət əhlidir. (Bir şərtlə ki, etiqad və əməli tamam-kamal olsun); susuza su vermək, acı doyurmaq, çılpağa paltar geyindirmək, piyadanı mindirmək və qul azad etmək.
    ◘Tövratda beş cümlə var ki, qızıl su ilə yazılsa yenə azdır:
    1. Evdə qəsbi bir daşın olması həmin evin xaraba qalmasına səbəb olar.
    2. Zülmlə qalib gələn məğlubdur.
    3. Günah vasitəsilə qələbə çalan qalib deyil.
    4. Allahın haqqını yerinə yetirməyin ən az həddi odur ki, verdiyi nemətləri günah qazanma vasitəsi etməyəsən.
    5. Sənin abrın donmuş su (buz) kimidir. Yalvarma və xahiş zamanı əriyər. Bax gör abır-heysiyyətini kimin yanında tökürsən.
    ◘İbn Abbas deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: "Adəmin Allahdan öyrəndiyi və tövbə etmə vasitəsi olan sözlər hansılardır?” Buyurdu: "Allahı Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə) and verdi, tövbəsi də qəbul oldu.”
    ◘Həyatımın sonuna qədər bu beş əməli əldən vermərəm; qullarla bir yerdə torpaq üzərində oturub yemək yemək, ulağa minmək (çünki, bu iş təvazökarlıq əlamətidir), keçini öz əli ilə sağmaq, yundan hazırlanan paltar geyinmək (o zamanlar yundan hazırlanan parça ən kobud parça idi) və uşaqlara salam vermək. (Mən bu işləri heç vaxt tərk etməyəcəyəm ki,) qoy, məndən sonra bunlar sünnə olsun.
    ◘Alış-verişlə məşğul olan kəs gərək beş şeydən uzaq olsun. Əks təqdirdə, alveri tərk etsin; riba almaq, and içmək, malın nöqsanını örtmək, satış zamanı malı tərifləmək, alış zamanı malı pisləmək.
    ◘Beş nəfərdən hər bir halda uzaq gəzmək lazımdır; xora xəstəliyinə tutulandan, natəmiz və çirkin adamdan, dəlidən, haramzadədən və ərəblərdən. (yəni, biyabanda həyat sürüb ictimai və dini ədəblərdən xəbəri olmayan bədəvilərdən).
    ◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: "Ya Rəsuləllah, mən bu oğluma yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət buyurdu: "Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş işdən başqa; kəfən satan, zərgərlik, qəssablıq, buğda satan və qul satan. Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki, mənim ümmətimdə yeni doğulan körpə günəşdən və onun saçdığı bütün şeylərdən üstündür. Zərgər müamilə zamanı hiylə və fırıldaq işlədər, qəssab daşqəlbli olar, buğda satan möhtəkir(Möhtəkir–baha satmaqdan ötrü mal alıb yığan adam.)olar. Qul alveri ilə məşğul olan adama gəldikdə isə, Cəbrail (ə) mənə xəbər verdi ki, insanların ən pisi Allahın qullarını satanlardır.”
    ◘Allah mənə üç üstün xüsusiyyət vermişdir ki, məndən öncə bunları heç kəsə verməmişdir; yer üzərini (torpağı) mənim üçün səcdəgah və paklayıcı qərar vermişdir, mənə düşmənlərimin qəlbində dəhşət və qorxu yaratmaqla daim kömək etmişdir, döyüş qənimətlərini mədən ötrü halal etdi, mənə mükəmməl, hərtərəfli nitq və bəlağət verdi və mənə şəfaət məqamı nəsib etdi.
    ◘Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə) verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu, Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb gözləri önündən pərdələri götürdü.
    ◘Allahdan necə lazımdır utanın;
    1.Əgər əməl etmək qərarınız varsa yatmayın.
    2-3. Beyinə və onun fikirlərinə və qarına və onun möhtəvasına düzgün riayət edin. 4. Qəbiri və bədəninizi örtməyi yaddan çıxarmayın. 5. Axirəti istəyəndə dünya bər-bəzəyindən əl çəkin.
    ◘Hər kəs beş şeyi öz öhdəçiliyinə alsa, mən də behiştdən ötrü ona zamin olaram; Allaha, Peyğəmbərə (s), Qurana, Allahın dininə, İslam cəmiyyətinə qarşı xeyirxah və ürəyiyanan olsun.
    ◘Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa, sağsağan, ilan, əqrəb və quduz it.
    ◘Beş şey fitri dindən irəli gəlir; dırnaq tutmaq, bığları azaltmaq, qoltuğun tüklərini və qarının aşağı hissəsindəki tükləri azaltmaq və sünnət etmək.
    ◘Həzrət Əliyə (ə) etdiyi nəsihətlərində belə buyurur: "Əbdül-Müttəlib cahiliyyət dövründə beş qanunu adət halına saldı ki, Allah-təala onları İslamda da saxladı:
    1) Atanın arvadını oğula haram bildi. Bu barədə Allah-təala buyurub: "Atalarınızın evləndiyi qadınlarla evlənməyin.”
    2) Xəzinə tapan şəxs beşdə birini sədəqə verməli idi. Allah da belə buyurub: "Bilin ki, döyüşdə ələ keçirdiyiniz qənimətlərin beşdə bir hissəsi Allahındır.”
    3) Zəmzəm suyunun adına "Siqayətül-Həcc” yəni, "Hacılara verilən su” adını qoymuşdur.
    4) Qan bahasını yüz dəvə qərar verdi.
    5. Qüreyş nəzərində təvafın xüsusi miqdarı yox idi. Əbdülmüttəlib onun sayını yeddi qərar verdi. Bu hökm də İslamda olduğu kimi qaldı.”
    ◘Ey Əli! Əbdülmüttəlib nə qumar oynadı, nə bütə sitayiş etdi, nə də ki, bütlərdən ötrü kəsilən qurbanlıq heyvanların ətindən yedi. O, belə deyirdi: "Mən İbrahimin (ə) dinindəyəm.”
    ◘Beş münasibətdən başqa ziyafət verməyə lüzum yoxdur; toy, övlad dünyaya gələrkən, uşağı sünnət edərkən, Məkkədən qayıdarkən və ev alarkən.
    ◘Ey Əli! Mən sənin barəndə Allahdan beş şey istədim, hamısını da verdi:
    1. Mən qəbirdən qalxacaq əvvəlinci kəs olum, Əli də mənimlə olsun.
    2. İcazə versin əməllərin haqq-hesabı çəkilən yerdə ikimiz də olaq.
    3. Qiyamət günü səni mənim bayraqdarım etsin.
    4. Mənim ümmətimə sənin vasitənlə Kövsər hovuzundan su içirsin.
    5. Behiştə gedən zaman səni ümmətin rəhbəri qərar versin. Allaha şükürlər olsun ki, bütün bunları qəbul etməklə mənim boynuma minnət qoydu.
    ◘Cümə günü günlərin ən üstünüdür və Allah yanında fitr və Quban bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var:
    1) Adəm bu gündə yaranıb.
    2) Bu gündə də yerə enib.
    3) Vəfatı da bu gündə olub.
    4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin.
    5) Müqərrəb mələklər, yer, göy, küləklər, dağlar, su, quru hamısı nigarandırlar ki, olmaya qiyamət günü də bu gündə olsun. (Yəni, çox ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.)
    ◘Yəzid ibni Sabitə buyurdu: "Evlənmisən?” Dedi: "Xeyr.”Buyurdu: "Evlən ki, pakdamən qalasan və heç vaxt "şəhirə”, "ləhirə”, "nəhirə”, "hidərə” və "ləfut”la evlənmə! Yəzid dedi: "Ya Rəsuləllah, mən bilmirəm sənin bu buyurduqların nə deməkdir.” Buyurdu: "Ərəb deyilsənmi? Şəhirə göy rəngli, acıdil və həyasızdır, "ləhirə” hündür boylu və arıqdır, "nəhirə” balaca boylu və pis görkəmlidir, "hidərə” yaşı keçmiş qocadır, "ləfut” isə başqa ərdən uşağı olan qadındır.”
    ◘İnsanların ən yaxşısı o kəslərdir ki, yaxşı iş görən zaman sevinər, pis iş görən zaman peşman olar və istiğfar edər, nemət zamanı şükür, bəla və müsibət zamanı isə səbir olar və bir də acığı tutanda güzəştə gedir.
    ◘Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən öncə heç bir ümmətə verilməyib:
    1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki, Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz.
    2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir.
    3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər.
    4. Allah behiştə əmr edər ki, özünü bəzəyib bəndələrimdən ötrü rəhmət diləsin. Çünki, tezliklə onlar dünyanın əzab-əziyyətindən xilas olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar.
    5. Ayın axırıncı gecəsi hamını bağışlayar.
    Bu zaman bir nəfər soruşdu: "Qədr gecəsi bağışlayar, yoxsa axırıncı gecə? " Həzrət buyurdu: "Məgər görməmisənmi ki, işçilərin maaşını işin axırında verirlər?”
    (Zahirən bunlar o kəslərə aiddir ki, bu ayın orucunu üzürsüz sındırmır və günah etməklə həya pərdələrini yırtmırlar.)
    ◘Məaz deyir ki, bir gün Peyğəmbərə (s) ərz etdim: " Mənə elə bir əməl öyrət ki, onun vasitəsi ilə atəşdən xilas olub cənnətə daxil olum.” Buyurdu: "Ey Məaz, böyük bir şey istədin, lakin, Allah hər kəs üçün istəsə işləri asanlaşdırar. Allaha itaət et və heç bir şeyi ona şərik qoşma, namaz qıl, zəkat ver, Ramazan ayının orcunu tut və bir də nə qədər bacardın Allah evinin ziyarətinə get.”
    ◘Beş xüsusiyyətə yiyələnməmiş heç bir bəndənin imanı kamil olmaz; Allaha təvəkkül, işləri ona tapşırmaq, fərmanına itaət etmək, təqdirinə razı olub, bəlalarına səbr etmək. Bir də hər kəsin dostluğu və düşmənçiliyi, verməyi və əsirgəməyi Allaha görə olsa imanı kamil olar.
    İKİNCİ FƏSİL
    Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
    ◘Hər kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz gəlməyən dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz gəlməyən mənafeyini, qohumlarla düz gəlməyən alicənablığını, həyat yoldaşı ilə düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər.
    ◘Allah hər kəsə beş işdə tövfiq versə, ondan ötrü beş mükafat hazırlayıb; hər kəsə şükr etmə tövfiqi versə onun üçün çoxlu nemət hazırlayıb, hər kəsə dua etmək tövfiqi versə ondan ötrü icabət hazırlayıb, hər kəsə tövbə və istiğfar tövfiqi versə ondan ötrü bağışlama hazırlayıb, hər kəsə sədəqə vermə tövfiqi veribsə ondan ötrü əvəz hazırlayıb və o kəsə ki, iman verib ona behişt də verəcək.
    ◘Beş şeydən qabaq beş şeyi qənimət bil; qocalıqdan qabaq cavanlığı, fəqirlikdən qabaq dövlətliliyi, məşğul olmaqdan öncə asudəliyi, xəstəlikdən öncə sağlamlığı və ölümdən öncə diriliyi.
    ◘Beş əməlin nəticəsi beş şeydir:
    1) Allah əhd-peymanlarını sındıran millətə düşmənləri hakim edər.
    2) Allahın hökmlərindən başqa qanunlar qəbul edən və onlar əsasında hökm verən camaata fəqirlik və yoxsulluq üz verər.
    3) Hər hansı bir millət arasında zina artdıqca ölüm də artar.
    4) Çəkidə aldadılan yerdə bitki bitməz, yaşıllıq olmaz və həmin yerə qıtlıq üz verər.
    5) Zəkat verilməyən yerdə də yağış yağmaz.
    ◘Hər kəs beş iş görsə beş şeyə giriftar olar və hər kəs də bu beş şeyə giriftar olsa şübhəsiz atəşə daxil olar:
    1) Hər kəs qaynadılmış üzüm suyu içsə şəraba qurşanar. Şərab içənin də cəhənnəmdən çarəsi yoxdur.
    2) Hər kəs naməhrəm qadınlarla oturub-dursa zinaya qurşanar və zinakar cəhənnəm əhlindəndir.
    3) Şən və vəzifəsinə uyğun olmayan bahalı paltarlar geyən şəxs getdikcə təkəbbürlü olar. Mütəkəbbirin də yeri cəhənnəmdir.
    4) Hər kəs sultanın xalçası üzərində otursa gərək onun xoşuna gələn sözlər danışsın. Bu işin də sonu cəhənnəmdir.
    5) Hər kəs İslam əhkamından xəbəri olmadan alış-veriş etsə ribaya düçar olar. Ribaxor da od əhlindəndir.
    ◘Sizi beş bataqlıqdan çıxarıb beş mərhələyə yüksəldən hər bir alimlə yoldaşlıq edin; şəkdən yəqinə, riyadan ixlasa, dünyapərəstlikdən zahidliyə, təkəbbürdən təvazöyə, düşmənçilikdən dostluğa.
    ◘Elə bir dövr yetişər ki, mənim ümmətim beş şeyə könül bağlayar və beş şeyi unudar, Dünyaya könül bağlayıb axirəti unudar, var-dövlətə, pula bağlanıb haqq-hesabı unudar: qadınlara bağlanıb hurul-eyni yaddan çıxarar, qəsrlərə bağlanıb qəbirləri unudar və özünü sevib Allahı unudar. Onlar məndən bezardır, mən də onlardan bezaram.
    ◘Sizə beş şeyi əmr edirəm; cəm halda olmağı (cəmiyyəti), haqq sözü eşitməyi və ona itaət etməyi, (ilahi elmləri və hökmləri öyrənməkdən ötrü) vətəni tərk etmək və Allah yolunda cihad etməyi. Hər kəs bir qarış İslam cəmiyyətindən uzaq düşsə və qayıdıb ona qoşulmasa İslamdan xaric olmuşdur. Hər kəs başında cahiliyyət fikirləri dolandırsa cəhənnəmdə dizi üstə çökmüş kəslərdəndir, baxmayaraq ki, namaz qılıb oruc tutmaqla özünü müsəlman hesab edir.
    Category: Nəsihətlər | Views: 1050 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024