İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:46 PM
    Nəsihətlər

    ÜÇÜNCÜ FƏSİL
    Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri hədislər
    ◘Əli (ə) barədə mənə beş imtiyaz verilib ki, onları dünyadan və dünyada olanlardan daha artıq sevirəm:
    1) Bəndələrin əməl və xüsusiyyətləri barədə olan Allahın kitabı bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır.
    2) Qiyamət günü həmd bayrağı onun əlində olacaq.
    3) "Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə sirab edəcək.
    4) Məni kəfənə büküb, Allaha tapşıracaq (yəni, qəbrə qoyacaq).
    5) Onun paklıqdan sonra çirkaba bulaşacağı imandan sonra küfrə düşəcəyi barədə zərrə qədər də olsun nə bir qorxum var, nə də bir narahatçılığım.
    ◘Həzrət Əliyə (ə) etdikləri nəsihətlərində buyurur: Ey Əli! Beş şey qəlbi öldürər; çox yemək, çox yatmaq, çox gülmək, çoxlu qəm-qüssə və haram yemək. Bu, imanı da aradan aparır.
    ◘Beş şey unutqanlığa səbəb olar; siçan yeyən bir şeydən yemək, üzü qibləyə idrar etmək, axarı olmayan suya, yaxud da kül üzərinə idrar etmək, biti diri halda yerə atmaq və haramçılıqla yaşamaq.
    ◘Beş şey qəlbi işıqlandırar: "İxlas” surəsini çox oxumaq, az yemək, alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək.
    ◘Beş şey qəlbə səfa bəxş edər və qəsavəti aradan aparar; alimlərlə oturub-durmaq, yetimin başına sığal çəkmək, gecə yarısı istiğfar etmək, gecə az yatmaq və oruc tutmaq.
    ◘Ey Əli! Beş şey gözün nurunu artırar: Kəbəyə baxmaq, Quranın xəttinə baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir də axar suya baxmaq.
    ◘Bir qurtum şərab içən adamı Allah beş bəlaya düçar edər; qəlb bərkliyi, Cəbrail, Mikail, İsrafil və bütün mələklərin bezarlığı, peyğəmbərlərin bezarlığı və cəhənnəm atəşi.
    ◘Hər kəs beş yerdə Allaha xəyanət etsə Qiyamət günü Allahın rəhməti ona nəsib olmaz və aqibəti də cəhənnəm odudur; dəstəmaz, namaz, oruc, həcc və zəkat. Hər kəs peyğəmbərlərin göstərişlərinə itaət etməsə Allaha xəyanət etmiş hesab edilir və sonluğu da cəhənnəm əzabıdır.
    ◘Allah beş qrup insana görə mələklər yanında fəxr edər; cihad edənlər, fəqirlər, Allaha xatir alnını torpağa qoyan cavanlar, çoxlu sayda minnətsiz infaq edən dövlətlilər və xəlvət yerdə Allah qorxusundan ağlayan kəs.
    ◘Beş şey beş kəsdə görünəndə daha gözəl olur; əməl alimdən, ədalət padşahdan, səxavət varlılardan, səbr fəqirlərdən və həya da qadınlardan. Əməlsiz elm tavanı olmayan otaq kimidir. Ədalətsiz padşah susuz arx kimidir. Səxavətli olmayan dövlətli meyvəsi olmayan ağac kimidir. Səbri olmayan fəqir işıq saçmayan çıraq kimidir. Həyasız qadın da duzsuz xörək kimidir.
    ◘Hər bir müsəlmanın digər müsəlman boynunda beş haqqı var; salama cavab, xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, dəvətini qəbul etmək, asqıran zaman ona "yərhəməkumullah” demək.
    ◘Əbuzər deyir ki, Peyğəmbər (s) belə buyurdu: "Kimdir ki, mənim sözlərimi öyrənsin və ona əməl etsin, yaxud da başqalarının əməl etməsindən ötrü onlara öyrətsin?”
    Dedim: "Mən!” Həmin vaxt Həzrət (s) əlimdən tutub mənim üçün beş şey saydı: "Günahdan çəkin ki, insanların ən abidi hesab olunasan, Allahın qismətinə razı ol ki, hamıdan daha varlı olasan, qonşuna yaxşılıq et ki, mömin olasan, özün üçün istədiyin şeyləri başqaları üçün də istə ki, müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi öldürər.
    ◘Uşaqları beş şeydən ötrü çox istəyirəm; çox ağlayırlar, toz-torpağa bulaşırlar (yəni, təkəbbürdən tamamilə uzaqdırlar), anlaşılmazlıq olanda kin saxlamırlar, sabahdan ötrü ehtiyat saxlamırlar, tikirlər və sökürlər (yəni, öz tikdiklərinə qarşı məhəbbətləri yoxdur.”
    ◘İmam Hüseynə (ə) buyurub: "Vacibləri yerinə yetir ki, hamıdan təqvalı olasan, Allahın qismətinə razı ol ki, hamıdan daha ehtiyacsız olasan, günahdan çəkin ki, hamıdan daha zahid olasan, qonşunla xoş rəftar et ki, mömin olasan və yoldaşınla da yaxşı davran ki, İslamın şərtlərindəndir.”
    ◘Dünyanın beş çətinliyi var; bir dirhəm də olsa borc, fəraq (uzaq düşmək), bir xardal qədər də olsa dilənmək, bir mil də olsa səfər və qız, baxmayaraq ki, bir dənədir.
    ◘İnsanların ən simici odur ki, İslamdan simiclik etsin, ən tənbəli odur ki, bekar oturub Allaha zikr demir, ən oğrusu odur ki, namazdan bəzi şeylər oğurlayır və bu namazı köhnə əski parçası kimi necə gəldi büküb onun üzünə vurarlar, ən zalımı odur ki, mənim adımı eşidib salavat demir, ən bacarıqsızı da odur ki, dua etməkdə aciz olsun.
    ◘"Layiqli elm” təhsilindən ötrü sərf olunmayan ömür hədərə gedib, xeyir işdən ötrü sərf olunmayan elm batil olub, ixlasla yerinə yetirilməyən əməl bərbad olub, davamlı olaraq qorunmayan ixlas zay olub, aqibəti xeyirli olmayan davamiyyət də puç olub. Çünki hər bir əməlin xeyirli olub olmamasının meyarı onun aqibəti ilə ölçülür.
    ◘Bilin ki, qəbir beş sözlə fəryad edir:
    1) Ey Adəm övladı! İndi mənim belimdə gəzirsən, lakin son mənzilin bətnimdədir.
    2) Ey Adəm övladı! Belimdə şadsan, lakin, bətnimdə qəmgin olacaqsan.
    3) Belimdə günah edirsən, bətnimdə əzaba düçar olacaqsan.
    4) Belimdə gülürsən, qarnımda isə ağlayacaqsan.
    5) Belimdə haram yeməklər yeyirsən, bətnimdə isə oddan, atəşdən yeməklər yeyəcəksən.
    ◘Qəbrin beş nidası var:
    1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin.
    2) Mən ilanlar mərkəziyəm, özünüzlə onları zərərsizləşdirən vasitə gətirin.
    3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin.
    4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin.
    5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin.
    ◘Nə qədər ki, bir kəsdə beş xüsusiyyət cəm olmayıb heç vaxt imanı kamil olmaz; Allaha təvəkkül, Onun qarşısında təslim, bəlaya səbr, Allahın təqdirinə razılıq və camaatla mehribanlıq.
    ◘Möminin beş əlaməti var; xəlvətdə də təqvalı olmaq, kasıb halında da sədəqə vermək, müsibət və bəla zamanı səbr, qorxu zamanı düz danışmaq, qəzəb zamanı mülayim olmaq.
    ◘Mal toplamağın beş eybi, nöqsanı var; cəm etmək əziyyəti, Allahı yad etməkdən qəflət, əldə edən zaman onu əldən vermək qorxusu, simiclik, ləyaqətli və saleh insanlardan uzaq düşmək. Mal-dövləti xərcləməyin də beş nəticəsi var; can rahatlığı, Allahı yad etməkdən ötrü asudə olmaq, oğrudan və s. əldən vermə vasitələrindən olan qorxunun olmaması, kərim və səxavətli insan kimi tanınmaq və saleh insanlarla dostluq.
    ◘Hər kəs özünü göstərməkdən ötrü elm öyrənərsə dünyadan cahil kimi gedər, hər kəs əməldən ötrü yox, danışmaqdan, söhbət etməkdən ötrü elm öyrənərsə münafiq kimi ölər, hər kəs mübahisə və mücadilə etməkdən ötrü elm öyrənərsə fasiq kimi can verər, hər kəs var-dövlət toplamaqdan ötrü elm öyrənərsə dinsiz halda dünyadan gedər və hər kəs əməldən ötrü elm öyrənərsə arif və Allahı tanıdığı halda dünyadan gedər.
    ◘Beş şey axirət müsibətlərindəndir; namazı əldən vermək, alimin ölməyi, səndən bir şey istəyəni naümid etmək, ata-anaya itaətsizlik etmək və zəkat verməmək.
    ◘Beş şey də dünya müsibətlərindəndir; dostun ölümü, mal-dövlətin tələf olmağı, düşmənin məzəmməti, işləməmək və pis qadın.
    ◘Bir kəs sübh namazını qılmadığı vaxt göydən bir mələk onu səsləyib deyər: "Ey ziyankar!” Əgər zöhr namazını da qılmasa ona deyilər: "Ey xəyanətkar!” Əgər əsr namazını da tərk etsə ona deyilər: "Ey günahkar!” Əgər məğrib namazını da tərk etsə ona deyilər : "Ey kafir!” Elə ki, işa namazını da tərk edər ona belə deyilər: "Səndə heç bir xeyir və fayda yoxdur!”
    ◘Allah qiyamət günü beş nəfəri öz ərşinin kölgəsi altında saxlayar; namaz qılanı, zəkat verəni, oruc tutanı, Allah yolunda cihad edəni və Kəbənin ziyarətinə gedənləri.
    DÖRDÜNCÜ FƏSİL
    Həzrət Əlidən (ə) nəql olunmuş hədislər
    ◘Beş şey olmasaydı, insanlar hamısı saleh və ləyaqətli olardılar; nadanlıq və savadsızlığa qane olmaq, dünya hərisliyi, bolluqda simiclik, riya və ikiüzlülük, öz rəy və fikirlərində xudpəsəndlik.
    ◘Mən dili saxlamaqdan gözəl dostluq, təqvadan gözəl libas, qənaətdən dəyərli dövlət və mərhəmətli və mehriban olmaqdan gözəl ehsan və səbrdən də dadlı yemək görmədim.
    ◘Tövratın sonunda beş cümlə var ki, hər sübh tezdən mən onları oxumağı xoşlayıram:
    1) Əməlsiz alim şeytana bərabərdir.
    2) Ədalətsiz sultan Firona bərabərdir.
    3) Dövlətli qarşısında müti olan tamahkar fəqir itə bərabərdir.
    4) Faydası olmayan dövlət kərpicə bərabərdir.
    5) Heç bir zəruri ehtiyac olmadan evdən çıxan qadın kənizə bərabərdir.
    ◘Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək məqsədilə dəvəyə minib dünyanı dövr etsəniz dəvə əldən düşər, lakin siz məqsədinizə çatmazsınız:
    1) Heç kəs Allahdan başqasına ümid bağlamasın.
    2) Günahdan başqa bir şeydən qorxmayın.
    3) Heç bir cahil sual soruşmaqdan utanmasın.
    4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir.
    5) Səbri olmayanın imanı da olmaz.
    ◘Həzrətdən soruşdular: "Bəndəlik nədir?” Buyurdu: "Bəndəlik beş şeydə özünü biruzə verir; qarını boş saxlamaq, Quran oxumaq, gecə namazı qılmaq, sübh çağı ah-zar edib yalvarmaq və Allah qorxusundan ağlamaqda.”
    ◘Allah bizə beş imtiyaz verib; fəsahət, camal, kərəm, alicənablıq və camaat arasında ehtiram.
    ◘Elm beş şeydən başqa heç cür ələ gəlməz; çoxlu sual soruşmaq, çoxlu məşğul olmaq, rəftarın paklaşdırılması, alimlərin xidmətində durmaq və Cəlal sahibi olan Allahdan kömək istəməklə.
    ◘Cəhənnəmdə bir dəyirman var ki, hey fırlanır. Bilmək istəyirsinizmi ki, nə üyüdür?” Dedilər: "Nə üyüdür?” Buyurdu: "Günahkar alim, fasiq fəqir, zalım rəhbər, xain vəzir və yalançı şəhər hakimi.”
    ◘O həzrət öz fərmanı altında olan böyüklərə yazır: "Qələmlərinizi nazik edin, sətirlərin də arasında az məsafə qoyun. Artıq kəlmələri atın, ümdə diqqətiniz mənaya yönəlsin və artıq (ifrat) şeylərdən çəkinin. Çünki, müsəlmanların beytül-malının bütün bunlara dözümüyoxdur.
    ◘Hər kəs gününü bu beş şeydən birinə sərf etməsə o günün haqqını tapdalayıb: Haqqı əda etmək, ya vacibləri yerinə yetirmək, ya yaxşı ad qazanmaq, ya xeyirli bir işin əsasını qoymaq və yaxud da elm kəsb etmək.
    BEŞİNCİ FƏSİL
    İmam Sadiqdən (ə) nəql olunan hədislər
    ◘Beş şeyin beş kəsdən görünməyi qeyri-mümkündür: paxıldan nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də heybət.
    ◘Beş şeyə heç kəs etiraz etmir: Simicin aramlığı yoxdur, paxıl heç vaxt ləzzət görməz, küsəyən adamın vəfası olmaz, yalançının comərdliyi, ağılsızın da alicənablığı olmaz.
    ◘Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yəqub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
    Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı. Yəqub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: "Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.” Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: "Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət, bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular. Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.
    ◘Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub: Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)
    ◘Əbid ibn Zürarə deyir ki, bir gün Həzrət Sadiqə (ə) ərz etdim: "Böyük günahları bəyan edin.” Buyurdu: "Beş günah var ki, Allah onlardan ötrü cəhənnəm atəşi vəd edib:
    1) Yetimin malını yemək; Bu barədə buyurub: "Yetimlərin mallarını yeyənlər qarınlarını odla doldururlar, tezliklə onlar cəhənnəmə daxil olacaqlar.
    2) Riba; Bu barədə buyurub: "Ey möminlər! Allahdan qorxun və faizli puldan əl götürün...”
    3) Döyüşdən qaçmaq; Bu barədə belə buyurub: "Ey möminlər! Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...”
    4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq;
    5) Qəsdən mömini öldürmək.
    (Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.)
    ◘Dostluğun şərtləri və hədləri var. Bu həddi-hüduda riayət etməyənləri kamil dost hesab etmə. Hər kəs də ki, ümumiyyətlə, bu şərtlərdən xaric oldu, ona heç dost demə. Şərtlər və hüdudlar bunlardır; gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin, xiffəti də sənin xiffətin olsun), malı pulu onun dostluğuna heç bir təsir göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı səni tək qoymasın.
    ◘Hər kəsdə bu beş xüsusiyyətdən biri olmasa heç kəs ondan faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən.
    ◘Hər kəs bu beş nemətdən birinə sahib olmasa həyatın şirinliyini dadmaz və həmişə fikri ayrı yerdə (qarışıq) olub daim özü ilə məşğul olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis. Ravi deyir: "Soruşdum, münasib munis kimdir? " Buyurdu: "Saleh qadın, saleh övlad və saleh dost. Beşincisi isə bunların dördünə də sahib olmaqdır.”
    ◘İnsanlar arasında paylanan ən az şey beşdir: yəqin, qənaət, səbr, şükür və bunların hamısına sahib olan əql.
    ◘Şeytan deyib: "Beş nəfərdən başqa hamı mənim əlimdədir:
    1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər;
    2) Gecə-güdüz çoxlu zikr deyənlər;
    3) Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər;
    4) Müsibət zamanı səbr edənlər;
    5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.
    ◘Zəkatı beş kəsə vermək olmaz; övlada, ataya, anaya, qadına və nökərə.
    ◘Behişt meyvələrindən beşi dünyada da var; nar, alma, heyva, üzüm və rütbə (xurma növü)
    ◘Əbu Üsamə deyir ki, Həzrət Sadiq (ə) belə buyurdu: "Allahdan başqa heç kəsin bilmədiyi beş şeyi sənə söyləyimmi?” Dedim: "Bəli.” Həzrət bu ayəni oxudu:
    1) Qiyamətin qopacağı vaxtı Allahdan başqa heç kəs bilmir.
    2) Allah yağış göndərir.
    3) Bilir ki, bətinlərdə nə var.
    4) Heç kəs bilmir ki, sabah nə edəcək.
    5) Heç kəs harada öləcəyini də bilmir. Allah bunların hamısını bilir.”
    ◘İmam Səccad (ə) buyurub: "Dinin kamil olmasının beş əlaməti var; faydası olmayan sözlərdən çəkinmək, söhbət zamanı mücadilə, höcət etməmək, səbr, dözümlülük və xoş xasiyyət.
    ◘Mənim şiəm o kəsdir ki , öz qarnını və cinsiyyət üzvünü qorusun, din yolunda möhkəm və çalışqan olsun, işlərini yalnız Allaha görə etsin, Onun savabına ümidvar olsun və əzabından qorxsun. Əgər bu xüsusiyyətdə bir adam görsən bil ki, İmam Cəfər Sadiqin (ə) şiəsidir.
    ◘İmam Zamanın (ə) zühurundan qabaq beş şey mütləq baş verəcək:
    1) Bir Yəmənli kişinin meydana çıxması.
    2) Əbu Süfyan nəslindən olan bir kəsin meydana çıxması.
    3) Asimandan gələn səs.
    4) Məkkə və Mədinə arasında olan "Biyda” adlı bir məkanın bir hissəsinin yerə batması.
    5) Pak bir kişinin öldürülməsi.
    ◘Dinin məsləhət icazəsi verdiyi işlərdə beş xüsusiyyətə malik olan insanlarla məşvərət et; ağıl, elm, təcrübə, xeyirxahlıq və təqva. Əgər belə bir adam tapmasan sən özün bu beş cəhətə riayət et, sonra qərar qəbul et və Allaha təvəkkül et, mütləq yol tapacaqsan.
    ALTINCI FƏSİL
    Sair imamlardan (ə) olan hədislər
    ◘İmam Məhəmməd Baqir (ə) buyurub: "İslamın beş əsası var; namaz, zəkat, həcc, ramazan ayının orucu, biz əhli-beytin vilayətini və dostluğunu qəbul etmək. Bunlardan dördü müəyyən hallarda rüsxətlidir. Yəni, fəqirə zəkat düşmür, imkanı müəyyən həddə çatmayan həccdən azaddır, xəstə adam namazını oturduğu halda da qıla bilər və oruc tutmaya bilər. Lakin vilayət heç kəsin boynundan götürülmür. Bu xəstəyə də, sağlama da, varlıya da, yoxsula da vacibdir.
    ◘Həzrət Baqir (ə) Əbi-Bəkr Həzrəmiyə buyurub: "Bilirsənmi ki, ölüyə necə namaz qılınır?” Dedi: "Xeyr.” Buyurdu: "Beş təkbir gündəlik beş namazdan götürülüb. Beş gündəlik namazlardan da yalnız təkbir götürülüb. (Elə hesab etmək olar ki, beş namaz qılınıb.)
    ◘Həzrət Sadiq (ə) buyurub: "Həzrət Adəm (ə) meyvə yemək istədi. Oğlu Hibətullah meyvə ardınca yola düşdü. Yolda Cəbrail onunla qarşılaşıb dedi: "Hara gedirsən? " Dedi: "Adəm xəstədir, ürəyi meyvə istədi.” Cəbrail dedi: "Qayıt, Allah ruhunu aldı.” Hibətullah qayıdıb atasının vəfat etdiyini gördü. Sonra mələklər ona qüsul verdi. Sonra Cəbrail Hibətullaha göstəriş verdi ki, qabağa keçib atasının bədəninə namaz qılsın, mələklər də ona iqtida etsin. Allah tərəfindən vəhy nazil oldu ki, beş təkbir desin, sonra aram-aram bədəni qaldırıb qəbirə qoysun və qəbri hamarlasın. Daha sonra göstəriş verdi ki, bütün ölüləri bu cür etsinlər.
    ◘Həzrət Baqir (ə) buyurub: "Bir qrup müşriki Peyğəmbərin (s) hüzuruna gətirdilər, göstəriş verdi ki, birindən başqa hamını öldürsünlər. Həmin müşrik soruşdu: "Nə üçün məni azad etdiniz? " Buyurdu: "Cəbrail mənə xəbər verib bildirdi ki, sən Allahın və Peyğəmbərin sevdiyi beş xüsusiyyətə maliksən; öz namusuna qarşı çox qeyrətlisən, səxavətlisən, xoşxasiyyətsən, doğrudanışan və şücaətlisən.” Müşrik bu sözləri eşidən kimi dönüb müsəlman oldu. O, ömrünün axırına qədər İslama sadiq qaldı və nəhayət, Peyğəmbərin (s) apardığı döyüşlərin birində şəhid oldu.
    ◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: "Həzrət Əli (ə) "Özünün dünyadakı bəhrəni yaddan çıxarma” ayəsinin təfsirindən buyurub: "Yəni, bədənin sağlamlığı, asudə vaxt, cavanlıq və fərəhindən axirətindən ötrü istifadə etməyi unutma.”
    ◘Həzrət Riza (ə) buyurub: "Var-dövlət beş xüsusiyyət olmasa toplanmaz: "Möhkəm simiclik, uzun-uzadı arzular, hərislik, qohumlarla əlaqəni kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
    ◘Allah-təala peyğəmbərlərdən birinə vəhy edib buyurdu: "Sabah səhər qarşılaşdığın birinci şeyi ye, ikincini gizlət, üçüncünü qəbul et, dördüncünü naümid etmə və beşincidən özünü qoru.”
    Sabahısı gün səhər hərəkət etdi. Elə ilk mərhələdə böyük, qara bir dağla üzləşdi. Heyrətlə donub yerində qaldı. Sonra öz-özünə dedi: "Allah boş yerə göstəriş verməz.” Dağı yemək məqsədilə irəli getdi.” Hər nə qədər irəli gedirdisə dağ getdikcə kiçilirdi. Nəhayət, həmin dağ kiçik bir tikəyə çevrildi. Elə ki yedi, gördü çox dadlı bir tikədir. Oradan keçib qızıldan bir teşt gördü, göstərişə uyğun olaraq yeri qazıb teşti orada basdırdı. Bir az gedib dönüb arxaya baxdı. Gördü ki, teşt öz-özünə torpağın altında çıxıb. Öz-özünə dedi: "Mən öz üzərimə düşəni yerinə yetirdim.” Sonra bir quşa rast gəldi. Həmin quşun ardınca ov qızılquşu düşmüşdü. Quş gəlib onun ətrafında fırlanmağa başladı. Peyğəmbər dedi: "Mənə əmr olunub onu qəbul edim.” Əbasının yaxasını araladı. Quş ora daxil oldu. Qızılquş ona dedi: "Neçə gün idi bu ovun arxasınca düşmüşəm, sən isə onu məndən oğurladın.” Öz-özünə dedi: "Allah mənə bunu da naümid etməməyi tapşırıb.” Ovun bud hissəsindən bir tikə qoparıb ona atdı. Bir az getmişdi ki, gördü bir parça ət yerə düşüb. Ət iylənmiş və qurd basmışdı. Vəzifəsinə uyğun olaraq ondan uzaqlaşdı. Bundan sonra qayıtdı. Gecə yatarkən yuxuda ona belə dedilər: "Sən boynuna düşən vəzifəni yerinə yetirdin. Məqsədin nə olduğunu başa düşdün?” Dedi: "Xeyr.” Dedilər: "O dağ qəzəb idi. İnsan qəzəblənən zaman özünü dağın qarşısında görür. Əgər insan özünü ələ alsa qəzəb yavaş-yavaş aramlaşar. Nəticədə dadlı bir tikə kimi onu udar. Qızıl teşt saleh və xeyir əməl idi. Nə qədər gizlətsən də Allah onu aşkar edib sahibini tanıtdırar. Axirətdə də özünəməxsus savabı var. Quş nəsihət edənə işarə idi. Gərək onun göstərişinə əməl edəsən. Qızılquş isə hacəti olandır ki, onu naümid etmək olmaz. İylənmiş ət isə qeybətdir. Ondan uzaq ol.”
    ◘Həzrət Sadiq (ə) buyurub: "Möminin beş əlaməti var; xəlvətdə Allahdan qorxu, yoxsulluq zamanı sədəqə, müsibət zamanı səbr, qəzəb zamanı helm və qorxu zamanı doğru danışmaq.
    ◘Beş xüsusiyyət hər hansı bir mömində cəm olsa layiqdir ki, Allah onu behiştə varid etsin; qəlbin nuraniliyi, İslami məsələlərin fəhmi, təqva, camaatı sevmək və xoş sima (elə bir sima ki, kamal və salehlik əlamətləri onda açıq-aşkar görünsün.)
    ◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: "İslamın baş barədə beş göstərişi; sair üzvlər barədə də beş göstərişi var. Baş barəsində olan göstərişləri bunlardır; dişləri yumaq, bığı qısaltmaq, saçları daramaq, məzməzə (ağızı yumaq), istinşaq (burunu yuyub təmizləmək). Sair üzvlər barədə olan göstərişlər isə bunlardır; sünnət etmək, qarının aşağı hissəsinin tüklərini təmizləmək, qoltuğun tüklərini təmizləmək, dırnaq tutmaq və istinca (ifrazat yerini yuyub təmizləmək).
    ◘Həzrət Baqir (ə) buyurub: "Namazı yalnız beş halda yenidən qılmaq lazımdır; təharət pozulan zaman, qiblə, rüku və səcdə düz olmadıqda. Həmd və surə sünnətdir, təşəhhüd də sünnətdir, bunlar namazı batil etmir. (Yəni, əvvəlki beş şey namazın əsas vaciblərindəndir. Bunların hansına xələl gəlsə namaz batildir. Sair vaciblər isə Peyğəmbərin (s) sünnəsidir ki, əgər səhvən icra olunmasa namazı batil etmir.)”
    ◘Həzrət Baqir (ə) buyurub: "Ulul-əmr (yəni, müstəqil dinə sahib olub, din gətirməklə öncəki dini qüvvədən salan) peyğəmbərlər beş nəfərdir; Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).”
    ◘Həzrət Səccad (ə) buyurub: "Xoş danışıq mal-dövlətin artmasına, ruzinin çoxalmasına, ömrün uzanmasına, ailədə məhəbbətə və behiştə səbəb olar.”
    ◘Yeddinci imam (ə) buyurub: "Mömin həmişə beş şeyə sahibdir; diş fırçası, daraq, səccadə, otuz dörd dənəli təsbeh, əqiq üzük.” (Yəni, bunlar möminin zinətlərindəndir, nəinki, bir kəs bunlara sahib olmasa mömin hesab edilmir.)
    ◘İmam Həsən Əsgəri (ə) buyurub: "Möminin beş əlaməti var; gecə-gündüz əlli bir rəkətlik namaz (vacib və müstəhəb hər ikisi daxil olmaqla), "Ərbəin” ziyarəti, sağ əlinə üzük taxmaq, alnını torpağa qoymaq, "Bismillah” sözünü ucadan demək.”
    ◘Bir nəfər İmam Həsənə (ə) ərz etdi: "Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin.” Buyurdu: "Beş işi yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et; Allahın ruzisini yemə, elə bir xəlvət yer tap ki, Allah səni orada görməsin, Allahın qüdrət və hakimiyyətindən kənara çıx, Əzrail gələn zaman onu özündən uzaqlaşdır və cəhənnəmin məmuru səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər bu işləri yerinə yetirmə qüdrətinə maliksənsə hər nə qədər istəyirsən günah et.”
    ◘Həzrət İmam Hüseyn (ə) Cabir ibni yəzid Cofiyə buyurdu: "Ey Cabir! Sənə beş nəsihət edirəm. Sənə zülm etsələr sən zülm etmə, sənə qarşı xəyanət etsələr sən əmanətdarlığını əldən vermə, səni təhqir etsələr qəzəblənmə, onun-bunun səni mədh etməsinə xoşhal olma, məzəmmətlərindən narahat olma, sənin barəndə deyilən bu sözləri özünlə tutuşdur. Əgər düz deyirlərsə, o zaman nahaq yerə qəzəblənmisən. Çünki haqq sözdən inciməklə Allahın nəzərindən düşmək, camaat gözündən düşməkdən daha böyükdür. Yalan deyirlərsə sən heç bir əziyyət çəkmədən savaba nail olmusan.”
    ◘İmam Məhəmməd Baqir (ə) buyurub: ”Atam mənə tapşırdı ki, hətta yol yoldaşı da olsa beş dəstə insanla dostluq və yoldaşlıq etmə:
    1. Fasiqlə; Çünki fasiq səni bir tikəyə, hətta, bəlkə ondan da aza satar. Soruşdum: Atacan tikədən də kiçik nədir? Buyurdu: Heç, bəlkə də çata bilməyəcəyi tikənin tamahına.
    2. Simiclə; Simic ən çətin anlarında əlində olanı səndən əsirgəyər.
    3. Yalançı ilə; Yalançı ilğıma bənzəyir. O, uzağı sənə yaxın, yaxını isə uzaq göstərər.
    4. Axmaqla; Axmaq sənə xeyir vermək istədiyi halda zərər verər.
    5. Qohumları ilə yola getməyən kəslə. Çünki, Allah Quranda üç yerdə onlara lənət edib.
    Category: Nəsihətlər | Views: 1269 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024