İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:45 PM
    Nəsihətlər

    YEDDİNCİ FƏSİL
    Meracnamədən olan hədislər
    ◘Allah-təala Peyğəmbərə (s) xitab etdi: "Ey Əhməd! Bilirsənmi ki, bir bəndə Allaha nə vaxt həqiqi ibadət edir? " Peyğəmbər (s) ərz etdi: "Xeyr, Pərvərdigara!” Allah-təala buyurdu: "Yalnız beş xüsusiyyətə yiyələndiyi halda; onu günahdan qoruyan təqvaya, boş-boş sözlərdən çəkindirən sükuta, hər gün ağlamağını artıran qorxuya, təklikdə onu Allahdan utanmağa vadar edən həyaya, dünya ilə düşmənçiliyə və Mənim sevdiyim kəslərə qarşı tutduğu dostluq mövqeyinə sahib olduğu vaxt.”
    ◘Hər kəs beş xüsusiyyətə sahib olsa, bunlar onun zərərinədir; beyət sındırmaq, təcavüz, hiylə, fırıldaq, zülm. Beyət sındıran barədə Allah buyurur: "Hər kəs beyət sındırsa öz zərərinə sındırıb.” Hiylə barəsində də buyurur: "Hiylə yalnız öz sahibinin ayağını dolaşdırar.” Təcavüz barədə də buyurur: "Ey insanlar! Təcavüzünüz zərərinizədir.” Fırıldaq barəsində buyurub: ”Allah və peyğəmbərinə qarşı hiylə işlədirlər, halbuki, bu fırıldaqları onların öz əleyhinədir.” Zülm barədə isə buyurur: "Biz onlara zülm etmədik, onlar özləri özlərinə zülm etdilər.”
    Səkkizinci fəsil
    Alimlər, zahidlər və filosofların dediklərindən
    ◘Bir alim deyib: "Təqvalı insanın beş əlaməti var:
    1) Dinini islah etməkdə ona kömək edənlərdən başqa heç kəslə oturub-durmaz.
    2) Öz dilini və şəhvətini idarə edər.
    3) Dünyanın böyük bəla və müsibətlərini günahın cəzası bilər və dinə aid olan kiçicik bəlaya görə qəmgin olar.
    4) Qarnını halalla doldurmaz ki, birdən harama düşər.
    5) Camaatı haqq, özünü isə nahaq (təqsirkar) bilər.”
    ◘Başqa bir alim buyurub: ”Allah Adəmi (ə) seçdi və ona beş üstün xüsusiyyət əta etdi; fövqəladə gözəllik, adların təlimi, mələklərin onun müqabilində səcdəsi, behiştdə məskən, bütün bəşər övladının atası olmaq şərəfi.
    Nuha da (ə) beş imtiyaz verdi:
    1) Onu ikinci əbül-bəşər (bəşərin atası) adlandırdı. Çünki, onun nəslindən başqa bütün insanlar batdı.
    2) Ömrünü uzatdı. Çünki, deyirlər, xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir.
    3) Onun möminlər barəsindəki duasını və kafirlər barəsindəki nifrinini müstəcab etdi.
    4) Onu gəmiyə mindirdi.
    5) Və ilk olaraq müstəqim bir dini onun əlinə verdi.
    Həzrət İbrahimi (də) beş imtiyaz vasitəsi ilə şərəfləndirdi:
    1) Özündən sonra bütün peyğəmbərlərin atası oldu. Çünki, hədislərdə var ki, İbrahim (ə) ilə Həzrət Məhəmməd (s) arasında min peyğəmbər mövcud olmuşdur.
    2) Allahın dostu–Xəlilullah məqamı.
    3) Atəşdən nicat.
    4) İnsanlara imamət və rəhbərlik məqamı. (Onun bəzi sünnələri həmişə ehtirama və icraya səbəb olmuşdur.
    5) Hamısından müvəffəqiyyətlə çıxdığı imtahanlar.”
    ◘Bəziləri deyib: "Xüsusiyyətlərin ən pisi beş sifətdir: qocaların eşqbazlığı, padşahların tündxasiyyət olması, əsil-nəcabətli insanların yalan danışması, varlıların simicliyi və alimlərin hərisliyi.”
    ◘Bir alim deyir: "Təfəkkür beş növdür:
    1) Allahın yeganəliyi barədə insana yəqin gətirən, onun ayət və nişanələri barədə olan təfəkkür.
    2) Allaha qarşı insanın şükr və məhəbbəti artıran, onun nemətləri barədə olan təfəkkür.
    3) Allahdan qorxunu artıran və Onun əzabı barəsində olan təfəkkür.
    4) Allaha qarşı rəğbətə səbəb olan və Onun savabları barədə olan təfəkkür.
    5) Allahın bütün bu lütfləri müqabilində itaətdə yol verilən nöqsan və təqsirlərə görə həya və utancaqlığa səbəb olan təfəkkür.”
    ◘Başqa birisi deyib: "Elm arzusunda olan kəs gərək beş şeyə ciddi riayət etsin:
    1) Aşkarda da, gizlində də təqvalı və pəhrizkar olmaq.
    2) "Ayətəl-kürsi” oxumaq.
    3) Daim dəstəmazlı olmaq.
    4) İki rəkət də olsa gecə namazı qılmaq.
    5) Qarını doldurmaqdan ötrü deyil, yalnız qüvvətlənməkdən ötrü yemək.”
    ◘Süfyan Suri deyir: "İndiki dövranda beş şey olmasa mal-dövlət toplamaq olmaz; uzun-uzadı arzular, hərislik, simiclik, təqva azlığı və axirəti unutmaq.”
    ◘Zahidlərdən olmuş Hatəm Əsəm deyir: "Beş vaxt istisna olmaqla – bunlar Peyğəmbər (s) sünnəsidir – tələsmək şeytan əməlidir; qonaq üçün yemək gətirən zaman, cənazənin dəfni, həddi-büluğa çatmış qızı ərə vermək, borcu düz vaxtında qaytarmaq və günahdan tövbə üçün.
    ◘Məhəmməd Dövri deyib: "İblis beş şeyə görə bədbəxt oldu; günahını iqrar etmədi, etdiyi günahdan peşman olmadı, özünü danlamadı, tövbə etmək qərarına gəlmədi və Allahın rəhmətindən naümid oldu. Adəm (ə) beş şeyə görə səadətə qovuşdu; günahını iqrar etdi, peşman oldu, özünü danladı, tövbə etməyə tələsdi və Allahın rəhmətinə ümid bağladı.”
    ◘Əbu Zeyd deyib: "Ayıq-sayıq olmağın beş əlaməti var: Özünə nəzər salan zaman ehtiyac hiss etsin, Allahı xatırlayarkən bağışlama diləsin, dünyaya nəzər saldıqda ibrət götürsün, yadına axirət düşən zaman isə şad olsun, Allahın qulu olduğunu nəzərində canlandıran zaman da iftixar etsin.”
    ◘Şəqiq Bəlxi deyir: "Beş xüsusiyyətə riayət edin: Allaha ehtiyacınız olduğu qədər ibadət edin, dünyadan ömrünüz qədər uzaq gəzin, əzaba dözəcəyiniz qədər günah edin, nə qədər bacarırsınız qəbirdən ötrü ehtiyat götürün və behiştdə qalmaq istədiyiniz qədər çalışın.”
    ◘Yoxsullar (yoxsulluğun təqdirinə və az fəqirliklərinə razı olan kasıblar) beş şey seçmiş, varlılar da beş şey seçmişlər. Yoxsulların seçdiyi beş şey bunlardır; can rahatlığı, qəlb asudəliyi, Allaha bəndəlik, hesabın asanlığı və ən ali dərəcə.
    Varlıların (halal-haram bilmədən bütün səy və himmətini var-dövlət toplamağa sərf edən varlılar) seçdiyi beş şey isə bunlardır; can bəlası, fikir dağınıqlığı, dünyaya qul olmaq, hesabın çətinliyi və ən alçaq dərəcə.”
    ◘Şəfiq ibn İbrahim deyir: Beş məsələni yeddi yüz alimdən soruşdum, hamısı eyni cavabı verdi. Soruşdum: Aqil (ağıllı) kimdir? Dedilər: Dünyaya könül bağlamayan kəs. Soruşdum: Zirək kimdir? Dedilər: O kəs ki, dünya onu məğrur etməyib. Soruşdum: Ehtiyacsız kimdir? Dedilər: Allahın verdiyinə razı olan kəs. Soruşdum: Fəqir kimdir: Dedilər: Daim artırmaq fikrində olanlar. Soruşdum: Simic kimdir? Dedilər: Allahın haqqını ödəməyən kəs.
    ◘Dünyada beş şeydən başqa hər şey artıqdır. (Yəni, zəruri olan yalnız beş şeydir.); aclığı aradan aparan miqdarda çörək, susuzluğu aradan aparan miqdarda su, bədəni örtən paltar, yaşamaqdan ötrü ev və istifadə olunan (əməl olunan) elm.
    ◘Zün-Nun Misri deyir: "Behişt əhlinin beş əlaməti var; xoş sima, xoş xasiyyət, qohumlara ehsan, şirin dil və günahdan uzaq olmaq. Od əhlinin də beş əlaməti var; bədxasiyyət, daş ürəkli olmaq, günahkarlıq, acı dilli olmaq, qaş-qabaqlı üz.”
    ◘Əntaki deyir: "Beş şey qəlbin dərmanıdır; ləyaqətli insanlarla yoldaşlıq etmək, Quran oxumaq, qəlbin asudə olması, gecə namazı qılmaq və sağlam olan zaman Allah dərgahında ahu-zar etmək.”
    ◘Bir filosof deyib: "Allahdan qorxmayan kəs dilin xatalarından nicat tapmaz, hər kəs Allah hüzuruna qaytarılacağından qorxmasa haram və şübhələrdən xilas olmaz, hər kəs camaatdan naümid olmasa tamahdan azad olmaz, hər kəs öz ibadət və rəftarına nəzarət etməsə riyadan amanda olmaz və hər kəs də qəlbinin qorunmasında Allaha təvəkkül etməsə həsəddən amanda qalmaz.”
    ◘Başqa birisi deyir: "Hikmət sahibləri müəyyən ediblər ki, dünyanın əziyyət və müsibəti beş şeydədir; qürbət yerdə xəstələnmək, qocalıqda yoxsulluq, cavan halda ölmək, görən olduqdan sonra kor olmaq, şöhrətdən sonra itib-batmaq.”
    ◘Başqa birisi deyib: "Hind, Roma və İran təbibləri bu fikirdə həmrəydirlər ki, bütün xəstəliklər beş şeydən irəli gəlir; çox yemək, çoxlu cinsi yaxınlıq etmək, gündüz həddindən artıq yatmaq, gecə az yatmaq, gecə yarısı su içmək.”
    Doqquzuncu fəsil
    Müxtəlif məsələlər
    ◘Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı:
    1) Oğlu olmayanın gözünün nuru yoxdur.
    2) Qardaşı olmayanın bazu sümüyü yoxdur.
    3) Evlənməyən ləzzət nə olduğunu bilməz.
    4) Pulu olmayanın məqamı olmaz.
    5) Bunların heç birinə sahib olmayanın qəm-qüssəsi olmaz.
    ◘Kəsra deyib: "Hər kəs beş şeydən çəkinə bilsə onun bu qərarının heç bir eyib və nöqsanı yoxdur; hərislik, arzu, xudpəsəndlik, nəfsani istəklərə uymaq və süstlük. Hərislik həyanı aparar, xudpəsəndlik düşmənçiliyə səbəb olar. Nəfsani istəklərə uymaq rüsvayçılıq gətirər, süstlük isə peşimançılığa səbəb olar.”
    ◘Həsən Bəsri deyir: "Tövratda bu beş ifadə yazılmışdır;
    1) Ehtiyacsızlıq qənaətdədir.
    2) Salamatlıq pis insanlardan uzaq gəzməkdədir.
    3) Azadlıq tərki-dünyalıqdadır.
    4) Bəhrələnmə uzun müddətə başa gəlir. (Yəni, axirət əməllərin nəticəsidə qazanılar.)
    5) Səbr isə az bir müddətdədir (yəni, dünyadadır.)
    ◘Bir nəfər deyib: "Qənaət can rahatlığıdır, çoxlu təcrübə əqlin kamala çatmasına səbəb olar, söz gəzdirmək yaxınların və uzaqların təhdidinə səbəb olar, qadınla məşvərət hər şeyin alt-üst olmasına səbəb olar və xoşxasiyyət insan da böyük insan olar.
    ◘"Ər-riyazüz-zahirə” kitabında belə yazılıb: "Həzrət Adəm (ə) oğlu Şeysə beş vəsiyyət verib tapşırdı ki, o da bunları öz oğluna vəsiyyət etsin:
    1) Dünyaya bel bağlamayın, çünki, əbədi olan behiştə bel bağladım, Allah bunu bəyənmədi və məni oradan çıxardı.
    2) Qadınların rəyinə əsasən iş görməyin. Çünki, mən qadının sözünə qulaq asıb ağacdan yedim, sonra isə peşman oldum.
    3) Görmək istədiyiniz hər bir işin nəticəsini əvvəlcdən düşünün. Mən əvvəlcədən düşünmədiyimə görə bu müsibətə düçar oldum.
    4) Qəlbin narahat olduğu işi görməyin. Mən həmin meyvəni yeyən zaman qəlbim əsirdi. Lakin etina etmədim, nəticədə peşman oldum.
    5) İşlərinizdə məşvərət edin, əgər mən mələklərlə məşvərət etsəydim bu bəlaya düçar olmazdım.
    ◘Sədəqə verənlərin beş imtiyazı var: Hacətlərin həyata keçməsi, çətinliklərin aradan qalxması, ruzinin genişlənməsi, pis ölümdən nicat, günahların bağışlanması və bol ruzili uzun ömür.
    ◘Peyğəmbərdən (s) nəql olunur ki, Həzrət buyurdu: Sədəqə barəsində şeytandan soruşdum: Nə üçün sədəqənin qarşısını almağa çalışırsan? Dedi: Ey Məhəmməd (s) elə ki, sədəqə verildiyini görürəm sanki, mişarı götürüb boynumu kəsirlər. Soruşdum: Nə üçün? Dedi: Sədəqənin beş xüsusiyyəti var; var-dövləti artırar, xəstənin şəfa tapmasına səbəb olar, bəlanı qaytarar, sədəqə verən kəs Sirat körpüsündən ildırım kimi keçər və hesabsız behiştə daxil olar. Dedim: Allah əzabını daha da artıq etsin!
    ◘Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) belə buyurdu: "Elə ki, sədəqə sahibinin əlindən çıxar beş söz deyər: "Fani idim, məni əbədi etdin, kiçik idim, məni böyütdün, düşmənin idim, məni özünə dost etdin, bu vaxta qədər sən məni qoruyurdun, bundan sonra Qiyamətə qədər mən səni qoruyacağam.”
    ◘Səqədə beş qisimdir:
    1) Malın sədəqəsi.
    2) Hörmətin, məqamın sədəqəsi. (Müxtəlif insanlardan ötrü şəfaət etmək, vasitəçi durmaqdan ötrü.) Peyğəmbər (s) buyurub ən gözəl sədəqə dilin sədəqəsidir.” Soruşdular: "Dilin sədəqəsi nədir?” Buyurdu: "Şəfaət. Onun vasitəsi ilə əsiri əsirlikdən qurtarmaq olur, qan tökülməsinin, hər hansı bir müsəlmana zərər yetişməsinin qarşısı alınır.”
    3) Əql və təfəkkürün sədəqəsi, yəni, məşvərət. Bu barədə Peyğəmbər (s) buyurub: ”Mömin qardaşınıza ona yol göstərəcək biliyiniz vasitəsi ilə sədəqə verin.”
    4) Dilin sədəqəsi. Yəni, fitnə odunu yatırmaqdan ötrü vasitəçilik etmək, yaxud, insanları barışdırmaq. Allah-təala buyurur: "Onların qulağına sədəqə vermək, yaxşı iş görmək və insanları barışdırmaqdan başqa heç bir söz təsir göstərmir.”
    5) Elmin sədəqəsi. Yəni onu öyrənmək istəyənlərə paylamaq. Peyğəmbər (s) buyurub: «Sədəqənin bir növü də elmi öyrənib başqalarına tədris etməkdir.» Yenə də buyurub: «Zəkat, cahilə elm öyrətməkdir.»
    ◘Hər bir dində riayət olunması vacib olan əsas məsələlər beşdir: Qisas vasitəsi ilə canı təhlükədən qorumaq, dindən çıxanı öldürməklə dini təhlükədən qorumaq, oğrunun əlini kəsməklə malı təhlükədən qorumaq, şərabxoru cəzalandırmaqla əqli təhlükədən qorumaq və zinakarı cəzalandırmaqla əsil-nəsəbi qorumaq.
    ◘Dinin əsası beşdir: Allahı tanıma, əldə olana qane olmaq, dinin həddi-hüdudlarını aşmamaq, əhdə vəfalı olmaq, itirilmiş şeyə səbr etmək.
    ◘Bir hədisdə deyilir ki, hər kəs behişt istəyir, gərək beş şeydən əl çəkməsin:
    1) Allahın qorxusundan günahı tərk etməkdən; Quranda belə buyurulur: "Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani istəklərinin qarşısını alsa onun yeri behiştdir.”
    2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.”
    3) İtaət və ibadətə, Allahın və Peyğəmbərin (s) razı olduğu hər bir şeyə həvəslə yanaşmaq.
    4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək.
    5) Dua, ah-zar, yalvar-yaxar etmək. Hədislərdə var ki, hər kəs Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: "Pərvərdigara! Məni ona, onu da mənə qovuşdur.”
    ◘Başqa bir hədisdə belə deyilir ki, bir şəxs Peyğəmbərdən ona elə bir əməl öyrətməsini istədi ki, həmin əməl vasitəsi ilə o, behiştə gedə bilsin. Peyğəmbər (s) buyurdu: "Gündəlik beş vacibi namazı qıl, Ramazan ayının orucunu tut, cənabət qüsulu al, Əlini (ə) və onun məsum övladlarını (ə) sev, ondan sonra behiştin hansı qapısından istəyirsən daxil ol. And olsun məni peyğəmbərliyə təyin edib mənə vəhy göndərən Allaha, əgər min namaz qılıb min dəfə həccə getsən, lakin qəlbində Əlinin (ə) və onun məsum övladlarının (ə) məhəbbəti olmasa sair cəhənnəm əhli kimi oda daxil olacaqsan. Hazırlar qaiblərə xəbər versinlər ki, mən bu sözü yalnız və yalnız Cəbrailin göstərişi ilə, o da Allahın göstərişi ilə deyib. Cəbrail aləmdə Əlidən (ə) başqa bir qardaş seçməyib. İndi, hər kəs istəyir onu sevsin, hər kəs də istəyir onunla düşmən olsun. Allah-təala and içmişdir ki, nə qədər ki, Əlinin (ə) dostları cənnətdə məskunlaşıb, nemətlərdən istifadə edir, onun düşmənləri də cəhənnəmdə olacaq.”
    Category: Nəsihətlər | Views: 1013 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024