İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 12
Qonaqlar 12
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:41 PM
    Nəsihətlər
    Səkkizinci bölmə
    Səkkiz tərkibli nəsihətlər
    BİRİNCİ FƏSİL
    Peyğəmbərdən (s) hədislər
    ◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız vermək, fəryad çəkənin dadına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, aca yemək vermək, susuza su vermək və yayın isti günlərində oruc tutmaq.
    ◘Allahın bir kəsdən xoşu gəlsə, ona səkkiz xüsusiyyət ilham edər: naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı, səbr, əmanətdarlıq, doğruçulluq və səxavət.
    ◘İnsanların ən abidi odur ki, vacibatı yerinə yetirir, ən zahidi odur ki, haramlardan çəkinir, ən təqvalısı odur ki zərərinə də olsa, xeyrinə də, həmişə haqqı deyir. Ən pəhrizkarı odur ki, haqlı da olsa mücadilə etməsin, hamıdan çalışqan odur ki, günahları tərk etsin, hamıdan daha artıq əziz olanı ən təqvalı olanıdır, ən dəyərlisi odur ki, boş-boş sözlər danışmasın və ən xoşbəxti odur ki, şərəfli insanlarla oturub-dursun.
    ◘Hər kəs səkkiz dəstə insanla oturub-dursa, Allah onun vücudunda səkiz şeyi artırar: Dövlətli ilə yoldaşlıq etsə, Allah onun qəlbində dünya məhəbbətini artırar, kimsəsiz salehlərlə yoldaşdlıq edənin Allah səbr və rizayətini artırar, sultanlarla yoldaşlıq edənin Allah qəsavət və təkəbbürünü artırar, qadınlarla oturub-duranın Allah nadanlıq və şəhvətini artırar, uşaqlarla oturub-duran günah etməkdən ötrü cürəti artar və tövbə etməyi təxirə salar, (çünki, uşaqlar şəri nöqteyi-nəzərdən mükəlləf olmadıqları üçün onların ruhiyyəsinin onlarla oturub-duran böyüklərə də keçməsi labüddür), salehlərlə yoldaşlıq edənin itaətə rəğbəti artar, alimlərlə yoldaşdıq edənin elmi çoxalar və nəhayət, zahidlərlə yoldaşlıq edənin axirətə meyl və rəğbəti artar.
    ◘Səkkiz şey səkkiz şeydən doymaz: Göz baxmaqdan, yer yağışdan, qadın kişidən, alim elmdən, dilənçi dilənməkdən, həris mal toplamaqdan, dərya sudan və atəş odundan.
    İkinci fəsil
    Həzrət Əmirəl-möminindən (ə) hədislər
    ◘Qəlbi aramlıqlar və ruhi hazırlıqla qılınmayan namazda xeyir yoxdur. Boş-boş və faydasız şeylərdən çəkindirməyən orucun da faydası yoxdur. Təfəkkür və düşüncəsiz oxunan Quranın faydası yoxdur. Təqvasız elmin heç bir xeyri yoxur. Eləcə də, səxavətsiz dövlət, günahdan çəkinilməyən xəlvət, davamsız nemət, ixlassız duanın heç bir faydası yoxdur.
    ◘Əgər səkkiz kəs özünə hörmətsizlik və təhqir görsə, özündən başqa heç kəsi qınamasın: Dəvətsiz gəlib süfrə arxasında oturan, ev yiyəsinə ağalıq edən, düşmənlərdən xeyir gözləyən, alçaqlardan alicənablıq intizarında olan, camaatın məhrəm söhbətlərinə soxulan, sultanların ünvanına pis sözlər deyən, özünə uyğun olmayan məclisdə iştirak edən və qulaq asmayandan ötrü danışan.
    ◘Bir gün Həzrət Əli (ə) Peyğəmbərin (s) hüzuruna getdi. Peyğəmbər (s) ondan soruşdu: "Ey Əbəlhəsən, vəziyyətin necədir? "Həzrət Əli (ə) cavab verdi: "Elə bir haldayam ki, səkkiz tələbkar məndən öz tələblərini gözləyir. Allah vacibatı tələb edir, siz müstəhəbat, əməl yazan mələklər doğruçulluq, ölüm mələyi ruh, ailəm yemək, şeytan günah, nəfs ləzzət, dünya isə meyl və rəğbət.”
    ◘Hər kəs daim məscidə get-gəl etsə, səkkiz şeydən faydalanar: Allah yolunda olan qardaşlarla dostluq edər, yeni-yeni biliklər əldə edər, Quran ayələri ilə tanış olar, rəhmətə qovuşar, ona nicat verəcək nəsihətlər eşidər, hidayətinə səbəb olan söhbətlərə qulaq asar, ya qorxu, yaxud da həya üzündən günahı tərk edər.
    Üçüncü fəsil
    İmam Sadiqdən (ə) hədislər
    ◘Bir nəfər Həzrət Sadiqə (ə) ərz etdi: "Siz bütün insanları adam surətində görürsünüzmü? " Həzrət cavab verdi: "Səkkiz dəstə insanı kənara at. Həmin kəslər bunlardır:
    1. Dişlərini yumayan.
    2. Dar yerdə bardaş qurub oturan.
    3. Lazımsız və heç bir faydası olmayan işlərə girişən.
    4. Heç bir məlumatı olmadan mübahisə edən.
    5. Heç bir ağrısı olmayıb nalə edən.
    6. Heç bir bəla üz verməmiş pərişan olan.
    7. Dostlarının müttəfiq olduqları hər hansı bir məsələdə onlara müxalif olan.
    8. Ata-babaları heç bir iftixara layiq olmadığı halda onları öyən.
    Belə kəslər barədə Allah-təala buyurur: "Onlar heyvan kimidirlər, bəlkə ondan da aşağıdırlar.”
    ◘Məhəmməd ibn Müslim deyir: Bir gün İmam Sadiqə (ə) ərz etdim: "Sənə fəda olum, necə olur ki, biz, kafirlərin cəhənnəm əhli olduqlarını iddia edirik, lakin özümüzün cənnət əhli olduğumuzu iddia edə bilmirik.” O həzrət buyurdu: "Bu sizin özünüzün (dini məsələlərdə) zəif olduğunuzdan irəli gəlir. Əgər böyük (kəbirə) günahları yerinə yetirmirsinizsə, siz də behişt əhli olmağınızı iddia edə bilərsiniz.” Mən soruşdum: " Böyük günahlar hansılardır?” Həzrət (ə) buyurdu: "Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, İslam şəhərinə mühacirət etdikdən sonra küfr şəhərinə qayıtmaq, pakdamən bir qadına böhtan atmaq, döyüşdən qaçmaq, yetimin malını zorla yemək, İslamın hökmündən xəbərdar olduğu halda riba (faizə pul) almaq və mömini öldürmək.” (Böyük günahların sayı qırx və bir az da çoxdur. Lakin burada səkkizi göstərilib.)
    ◘Məscidləri alqıdan, satqıdan, dəlidən, günahdan, itmiş bir şeyi elan etməkdən, qəzavətdən , hədd icra etməkdən (yəni, günahkarı cəzalandırmaqdan) və səs-küydən qoruyun.
    ◘Çox gözəl olar ki, mömin bu səkkiz xüsusiyyətə malik olsun; pərişanlıq zamanı soyuqqanlı, dəyişməz və mətanətli olsun, müsibətlər zamanı səbirli və dözümlü olsun, nemət zamanı şükürlü olsun, Allahın verdiyi ruziyə qane olsun, düşmənlərə zülm etməsin, dostlarının boynuna ağır vəzifələr qoymasın, bədəni onun əlindən əziyyətdə olmasın, camaat onun tərəfindən amanda olsun. Elm möminin dostudur. Helm isə silahdaşı və vəziri, səbr qoşununun əmir və sərkərdəsi, mehribanlıq və mərhəmət qardaşı, mülayimlik və yumşaqlıq isə atası.
    ◘Bir gün İmam Cəfər Sadiq (ə) şagirdlərinin birindən soruşdu: Mənim məktəbimdə nə öyrənmisən? Şagird dedi: Səkkiz məsələ. İmam buyurdu: Bir-bir say görüm hansılardır. O dedi: Birincisi, başa düşdüm ki, ölüm zamanı hər kəs istədiyi və sevdiyi şeydən ayrılır. Ona görə də bütün səy və himmətimi ölüm vasitəsilə ayrılmayacağım şeylərə sərf etdim. Yəni, tənhalığın həmdəmi olan xeyir əməllər qazanmağa çalışdım. Bu barədə Quran buyurur: Hər kəs etdiyi yaxşı işin mükafatını alacaq. Həzrət buyurdu: Əhsən sənə, vallah! O yenə dedi: İkincisi, fikir verib gördüm ki, insanların bəzisi var-dövləti ilə fəxr edir, bəzisi qohumları ilə, bəzisi övladları ilə. Halbuki, bunların heç biri iftixar olunmağa layiq bir şey deyil. Ən böyük iftixar olunacaq şey təqvadır. Çünki Allah-təala Quranda buyurur: Sizin Allah yanında ən üstününüz ən təqvalı olanınızdır. Buna görə də, Allah yanında əziz olmaqdan ötrü çalışdım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird davam elədi: Üçüncüsü budur ki, bir yandan insanların nəfsani istəklərə uymasını müşahidə edib, digər tərəfdən də Quranın "Hər kim Allahın məqamından qorxub öz nəfsinin istəklərindən çəkinsə, behişt onun yeridir” buyurduğunu görüb öz nəfsani istəklərimdən uzaq olmağa, ona uymamağa çalışdım ki, Allahın razılığı yolunda sabitqədəm olum. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird: Dördüncüsü budur ki, gördüm hər kəs malik olduğu dəyərli şeylərin əlindən çıxmamasından ötrü var-gücü ilə çalışır və Allah buyurur: Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah da həmin borcu ona iki qat edib daha da dəyərlisini ona qaytarsın. Mən də iki bərabər əvəzi seçdim və Allahın sandığından daha etibarlı sandıq görmədim. Buna görə də nəzərimdə dəyərli olan hər bir şeyi həmin sandıqda ehtiyat saxlamağı qərara aldım. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird daha sonra dedi : Beşincisi budur ki, camaat ruzi barədə bir-birinə paxıllıq edir, halbuki Allah Quranda buyurur: Biz dünya həyatında onların ruzilərini öz aralarında bölüşdürdük və bir iddə insanı başqalarından üstün etdik ki, bir-birilərinə nisbətən imtiyaz sahibi olsunlar və sənin Pərvərdigarının rəhməti onların cəm etdiklərindən üstündür. Buna görə də heç vaxt heç kəsə paxıllıq etmədim və heç vaxt da əlimdən çıxan bir şeydən ötrü təəssüflənmədim. İmam buyurdu: Əhsən sənə, vallah! Şagird: Altıncı budur ki gördüm camaat bir-birinə düşmənçilik edir, kin bəsləyərək intiqam almağa çalışır, Allah isə Quranda buyurur: Şeytan sizin düşməninizdir, elə isə siz də onu düşmən tutun. Mən də şeytanla düşmən olmağı qərara aldım. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird dava elədi: Yeddinci budur ki, gördüm camaat halal-harama baxmadan ruzi əldə etməkdən ötrü özünü oda-közə vurur, halbuki, Allah-təala buyurur: «Mən insanları və cinləri yalnız Mənə ibadət etmələrindən ötrü yaratdım. Onlardan ruzi tələb etmirəm və onlardan yemək istəmirəm. Əksinə, ruzi verən də, əzəmətli qüdrət sahibi olan da Allahdır.» Başa düşdüm ki, Onun vədəsi haqq və dedikləri doğrudur və buna görə də Onun vədəsinə və sözünə arxayın olub haram dalınca getmədim. Bütün səy və himmətimi öz vəzifəmi icra etməyə sərf etdim. Həzrət buyurdu: Əhsən sənə, vallah! Şagird sözünün sonunda dedi: Səkkizinci budur ki, gördüm insanların bəzisi bədənlərinin sağlamlığına, bəzisi var-dövlətinə, bəzisi də özləri kimi insanlara arxayın olur. Allah-təala isə Quranda belə buyurur: "Hər kəs Allah qarşısında təqvalı olsa, Allah onun üçün düşdüyü çətin vəziyyətlərdən çıxış yolu açar və güman etmədiyi yerdən onun ruzisini yetirər və hər kəs Allaha təvəkkül etsə, Allah ona bəsdir.” Buna görə də mən Allaha etimad göstərib Ona təvəkkül etdim və gözümü başqa şeylərə yumdum. Həzrət (ə) buyurdu: And olsun Allaha! Tövrat, İncil, Zəbur, Quran və bütün asimani kitablar məhz bu səkkiz məsələni ehtiva edir.
    Dördüncü fəsil
    Zahidlərin dediklərindən
    ◘Bir zahid bir qaziyə deyir: "Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: Danlaqdan qorxma, tərifə ürək bağlama, işdən çıxarılmaqdan qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda qəzavət etmə, nəfsani istəklərə uyma və nə qədər ki münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.”
    ◘Səkkiz şey səkkiz şeyin bəzəyidir: heysiyyət, izzəti-nəfs fəqirliyin, şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin, özünü kiçik tutmaq elm öyrənənin, ağlamaq qorxunun, xüşu da namazın.
    ◘Hər kəs səkkiz şeyi tərk etsə, səkkiz şey əldə edər. Boş-boş və faydası olmayan danışığı tərk edən hikmət əldə edər, yersiz baxışları tərk edən qəlbin xüşusunu əldə edər, çox yeməkdən çəkinən şəxs ibadətin ləzzətini dadar, dünya məhəbbətini qəlbindən çıxaran kəsə axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar, Allahın zatı barədə düşünməkdən çəkinən kəs nifaqdan amanda olar, camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər.
    ◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:
    1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
    2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
    3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
    4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
    5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
    6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
    7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
    8. Camaatın tərifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.
    ◘Rum hakimi Qeysər bir keşişdən soruşdu:
    –Ən böyük hikmət nədir?
    –Keşiş cavab verdi:
    –Öz qədir-qiymətini bilmək.
    –Ən kamil əql hansıdır?
    –Elmin hüdudlarını aşmamaq.
    –Ən böyük helm nədir?
    –Söyüş qarşısında səbr etmək.
    –Heysiyyətin ən böyük qoruyucusu nədir?
    –Abırı qorumaq.
    –Ən kamil mal-dövlət hansıdır?
    –Haqqı ödənilmiş mal (yəni, vacib vergiləri ödənilmiş mal)
    –Ən yaxşı səxavət nədir?
    –Təqva və ixlas.
    –Ən yaxşı sultan kimdir?
    –Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli olmaqda görən sultan.
    Nəticə
    Dili qorumaq barədə
    ◘Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Quran oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
    1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır.
    2. Verdiyin vədə xilaf çıxmaqdan. Məbada, yaxşılıq vədəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb vədə vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Vədəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.
    3. Qeybətdən. Bir çox hədislər əsasında məlum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
    4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
    5. Özünü tərifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: "Özünüzü tərifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: "Xoşa gələn düz, lakin pis söz nədir? "Cavab verir: "Özünü tərifləmək.”
    6. Müsəlmana lənət etməkdən. Bu işdən var gücünlə çəkin!
    7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: "Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
    8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.
    Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə məruz qalarsan.
    Category: Nəsihətlər | Views: 1043 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024