İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:32 PM
    Nəsihətlər
    Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən
    ◘Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə təyin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu təkid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bəzilərini sizə təqdim edirik:
    ◘Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər təyin edib. Ona itaət etmək ənsar, mühacir və tabeindən olan saleh əməl sahiblərinə, şəhərli və kəndli, ərəb və əcəm, azad və qul, kiçik və böyük, ağ və qara dərili və yeganə Allaha sitayiş edən hər kəsə vacibdir. Onun hikməti rəvan, danışığı haqq, fərmanı itaət olunmalıdır. Onunla müxalifət edən məlundur. Ona itaət edən Allahın rəhmətinə qovuşar.
    ◘Ey camaat! Bura mənim dayanacağım axırıncı yerdir. Eşidin və itaət edin. Öz Pərvərdigarınızın fərmanı qarşısında baş əyin. Allah sizin yeganə məbudunuz və yeganə rəbbinizdir. Ondan sonra itaət olunmalı kəs onun elçisi Məhəmməddir (s). Məndən sonra itaət olunmalı şəxs isə Əlidir. O sizin vəliniz, rəhbəriniz və imamınızdır. İmamət nəsli Qiyamətə qədər mənim nəslimdən və onun övladlarındandır. Allahın halal etdiklərindən başqa halal və Onun haram etdiklərindən başqa haram yoxdur.
    ◘Ey camaat! Allah bütün elmləri mənə öyrətmiş, mən də Allahın mənə öyrətdiyi bütün elmləri Əliyə öyrətmişəm.
    ◘Ey camaat! Əli (ə) barədə yolunuzu azmayın, ondan uzaq düşməyin və dediklərindən üz döndərib ona qarşı itaətsizlik göstərməyin.
    ◘Ey camaat! Allahın onu üstün tutduğu kimi siz də üstün tutun və onu tanıyıb qəbul edin. Çünki onu Allah seçib təyin edib.
    ◘Ey camaat! Bilin ki, o, Allah tərəfindən təyin olunmuş bir imamdır. Buna görə də Allah onun vilayətini inkar edənləri bağışlamaz və heç vaxt onların bu günahlarından keçməz!
    ◘Ey camaat! Allah bu fəzilət və üstünlüyü mənə əta edib və bunun vasitəsi ilə mənə minnət qoyub və mənə ehsan edib.
    ◘Ey camaat! Əlini yüksək tutun və ona ikram edin. O məndən sonra bütün insanlardan – istər kişi olsun, istərsə də qadın - üstündür. Allah bizim vücudumuzun bərəkətinə görə məxluqatına ruzi verir və onları saxlayıb yaşadır.
    ◘Ey camaat! Bilin ki, o, "Cənbillah”dır. (yəni, onun vilayətini qəbul etmək, Allaha itaət və bəndəlikdir). Allah-təala Öz nazil etdiyi kitabda buyurur:
    ”Cənbillah” barəsində etdiyim səhlənkarlıqlara görə vay halıma!
    ◘Ey camaat! Quran üzərində dərindən düşünün, onun ayələrini dərk edin, onda olan möhkəm ayələrə nəzər salın və mütəşabih ayələrin ardınca getməyin. And olsun Allaha! Mənim əlindən tutduğum kəsdən başqa (yəni, Əlidən (ə) başqa) kimsə sizə Allahın nəhy etdiklərini bəyan etməz və həmin ayələrin düzgün izahını verə bilməz.
    ◘Ey camaat! Əli (ə) və nəslimdən olan pak imamlar "siqli-əsğər” (yəni, çox böyük dəyərə malik olan kiçik əmanət) və Quran isə "siqli-əkbər”dir (yəni, çox böyük dəyərə malik olan böyük əmanət). Bunların hər biri digərindən xəbər verir. Bunların heç biri Behiştdəki Kövsər Hovuzunun yanında mənə qovuşanadək digərindən ayrılmaz.
    ◘Ey camaat! Əli (ə) mənim qardaşım, vəsim, elmimin varisi, məndən sonra ümmətim arasında və Allahın kitabının təfsirində mənim canişinimdir. Allahın fərmanına əsasən deyirəm: "İlahi, onunla dost olanla dost, düşmən olanla da düşmən ol!”
    ◘Ey camaat! Bilin ki, Allah sizin dininizi Əlinin (ə) imaməti ilə kamil etdi. Kim ona və onun mənim nəslimdən olan övladlarına iqtida etməsə və onları öz imamı kimi qəbul etməsə, o həmin kəslərdən olacaq ki, onların əməlləri batil və özləri də etibardan düşmüş kəslərdir.
    ◘Ey camaat! Əli (ə) mənə sizin hamınızdan artıq kömək edib və mənim üçün sizin hamınızdan daha yaxın və daha layiqlidir. Mütəal Allah da, mən də ondan çox razıyıq.
    ◘Ey camaat! O, Allah dininin yavəri, Allah rəsulunun müdafiəsindən ötrü döyüşçüdür. O, pak təqvalı və hidayət olmuş hidayətçidir. Sizin peyğəmbəriniz (s) peyğəmbərlərin ən üstünü, Əli (ə) vəsilərin ən üstünü, onun mənim nəslimdən olan övladları da canişinlərim və imamların ən üstünüdür.
    ◘Hər bir peyğəmbərin canişinləri onun öz sülbündəndir. Mənim canişinlərim isə Əlinin sülbündəndir.
    ◘Ey camaat! Bilin ki, İblis Adəmi həsəd üzündən Behiştdən çıxardı. Elə isə Əliyə (ə) həsəd aparmayın. Əgər belə etsəniz, əməlləriniz batil olar və hədərə gedər, qədəmləriniz titrəyər.
    ◘Ey camaat! Allaha, Onun peyğəmbərinə və nazil etdiyi Nura iman gətirin!
    ◘Ey camaat! Mən sizi qorxudub çəkindirirəm. Mən Allahın sizin üçün göndərdiyi elçisiyəm. Məndən öncə də peyğəmbərlər gəlib getmişdir. Məgər ölsəm yaxud öldürülsəm keçmiş cahiliyyətinizə gerimi dönəcəksiniz?
    ◘Ey camaat! Müsəlman olduğunuza görə Allaha minnət qoymayın, yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın əzabı günahkarların püsqusundadır.
    ◘Ey camaat! Məndən sonra sizə elə kəslər rəhbərlik edəcək ki, sizi ona tərəf dəvət edib, Qiyamət günü də sizə heç bir kömək etməyəcəklər.
    ◘Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik.
    ◘Ey camaat! Onlar, onların tərəfdarları, ardıcılları və dostları Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar.
    ◘Ey camaat! Mən imamət və xilafəti özümdən sonra sizin aranızda Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə çatdırmaqdan ötrü məmur olunduğum vəzifəmi yerinə yetirdim. Burada olanlar bunu qaib olanlara çatdırsınlar.
    ◘Ey camaat! Allah, Onu, ayələrini, hökmlərini inkar etmələri üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun vədələridir. Allah vəd etdiyi hər bir sözdə haqlıdır və vəd etdiyi hər bir sözünə də vəfa edər.
    ◘Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da onları məhv etdi. Allah keçmişdəkiləri də, gələcəkdəkiləri də məhv etməyə qadirdir.
    ◘Ey camaat! Cənnətlə cəhənnəm arasında təfavüt çoxdur. Bizim düşmənlərimiz Allahın lənət etdiyi kəslərdir. Dostlarımız da Onun sevdiyi kəslərdir.
    ◘Ey camaat! Bilin ki, mən peyğəmbərəm, Əli isə mənim vəsim, canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim də (ə) bizdəndir.
    ◘Ey camaat! "Həcc”, "Səfa”, "Mərva” və "Ümrə” ilahi mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə ziyarətini yerinə yetirsə, iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur.
    ◘Ey camaat! Allah evinin həcc ziyarətini yerinə yetirin. Bu ziyarəti yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və bu ziyarətdən üz döndərən elə bir imkanlı şəxs yoxdur ki, sonradan fəqir və yoxsul olsun.
    ◘Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mömin yoxdur ki, Allah onun bütün keçmiş günahlarını əfv edər və həcc mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar.
    ◘Ey camaat! Hacılara kömək olunar, onların çəkdikləri xərclərin hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz.
    ◘Ey camaat! Həcc ziyarətini düzgün din, fəhm və biliklə yerinə yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və günahlardan qayıtmaqla geri dönün.
    ◘Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. Əgər, müddət sizin üçün uzun olsa, ya səhlənkarlıq etsəniz, yaxud da unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır.
    ◘Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər bir haram olduğu kimi qalır. Mən onların heç birini əvəz etməmişəm. Agah olun ki, əmr be mərufun başı budur ki, mənim nə dediyimi biləsiniz, onu eşidib-bilməyənə çatdırasınız, ona həmin sözü qəbul etməsini göstəriş verəsiniz və onu bu sözlə müxalifət etməkdən çəkindirəsiniz.
    ◘Ey camaat! Quran sizə imamətin Əlidən sonra onun övladlarına çatacağını bildirir. Mən sizi agah etdim ki, onlar mənim və Əlinin nəslindəndir. Allah-təala buyurur:
    Onu nəslində həmişəlik bir söz qərar verdi.
    Mən də sizə deyirəm həmin bu iki şeydən (Quran və itrətdən) yapışsanız, heç vaxt yolunuzu azmazsınız.
    ◘Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:
    Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.
    ◘Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib beyət edə bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan sonra onun mənim nəslimdən olan övladlarının möminlərin rəhbəri və xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, siz də hamılıqla deyin: "Biz eşitdik və itaət edirik.”
    ◘Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər kəs də zəlaləti seçsə, öz zərərinədir. Hər kəs beyət etsə, Allaha beyət edib:
    Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.
    ◘Ey camaat! Allahdan qorxun, Əli, Həsən, Hüseyn və digər imamlarla beyət edin.
    ◘Ey camaat! Sizə dediklərimi deyin, Əliyə "əmirəlmöminin” kimi salam verin və deyin: "Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, axır dönüş Sənədir. Həmd olsun Allaha ki, bizi hadayət etdi. Əgər Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq.”
    ◘Ey camaat! Həqiqətən, Əliyyibni-Əbutalibin (ə) fəzilətləri Allahın sizə nazil etdiyi Quranda kifayət qədər bəyan olunub.
    ◘Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara itaət etsə, həqiqətən də böyük bir hidayətə, böyük bir nicata nail olmuşdur.
    ◘Ey camaat! Ona ilk öncə beyət edənlər, onu sevənlər, ona "Əmirəl-möminin” kimi salam verənlər nicat tapacaq və nemətlərlə dolu olan behiştlərdə olacaqlar.
    ◘Ey camaat! Allahın sizdən razı olmasına səbəb olacaq sözü deyin. Əgər yer üzərində olan insanların hamısı kafir olsalar, Allaha heç bir ziyan verə bilməzlər. İlahi, mömin və möminələri bağışla və kafirlərə qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!”
    Bu zaman hamı Peyğəmbərin (s) çağırışına cavab olaraq bir ağızdan uca səslə dedi: "Bəli, eşitdik və Allahın, Onun Rəsulunun (s) göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik.”
    Əlli tərkibdən artıq olan nəsihətlər bölməsi
    İmam Səccadın (ə) hüquq risaləsi
    ◘Əbu Həmzə Somali deyir: "Bu risaləni həzrət Səccad (ə) öz səhabələrindən biri üçün yazmışdır.”
    "Sənin üzərində olan haqların ən böyüyü Allahın haqqıdır. Onun sənin üzərində haqqı budur ki, Ona ibadət edəsən, Ona heç bir şərik qoşmayasan. Əgər ixlas üzündən belə etsən, Allah həm dünya, həm də axirət işlərində sənə kifayət edər.
    Nəfsinin (yəni, sənin özünün) sənin üzərində haqqı budur ki, ondan yalnız Allaha itaət yolunda istifadə edəsən.
    Dilin haqqı budur ki, onu söyüş söyməkdən qoruyasan, gözəl danışığa adət etdirəsən, faydasız sözlər danışmayasan, onun vasitəsilə camaata ehsan edəsən və onlara qarşı şirindil olasan.
    Qulağın haqqı budur ki, onu qeybət və sair mühərrəmat eşitməkdən qoruyasan.
    Gözün haqqı budur ki, onu haramdan yumasan və onun vasitəsi ilə ibrətlər alasan.
    Əlin haqqı budur ki, onu harama uzatmayasan.
    Ayağın haqqı budur ki, onunla harama getməyəsən, çünki, həmin ayaqla Sirat körpüsündə duracaqsan. Muğayat ol ki, səni titrədib, atəşə atmasın.
    Qarının haqqı budur ki, onu haram malın qabı etməyəsən və onu tutumundan artıq doldurmayasan.
    Cinsiyyət üzvünün haqqı budur ki, onu zinadan qoruyasan və gözlərdən gizli saxlayasan.
    Namazın haqqı budur biləsən ki, O, Allah dərgahına varid olmaq deməkdir və namaz halında haqq qarşısında dayanmısan. Bunu dərk edən kimi yaxşı olar ki, namaz halında zəlil, dəyərsiz, rəğbətli və ümidlə qorxu arasında olan, biçarə bir bəndənin əzəmətli sahibi qarşısında dayandığı kimi durasan. Eləcə də layiqdir ki, namazda tamam-kamal vüqar və aramlıqla dayanasan, hüzuri-qəlbə riayət edəsən və namazı bütün həddi-hüdudlarını və şərtlərini layiqincə yerinə yetirəsən.
    Həccin haqqı budur biləsən ki, bu, Pərvərdigarın şah sarayıdır. Həcc günahdan qaçmaq və Allaha pənah aparmaq deməkdir. Həcc tövbənin qəbul olunması və vacib vəzifənin yerinə yetirilməsi deməkdir.
    Oruc budur biləsən ki, Allahın səni atəşdən qorumaq üçün dilinə, qulağına, göz, qarın və fərcinə atdığı bir pərdədir. Əgər orucu tərk etsən, pərdəni yırtmış hesab edilirsən.
    Sədəqənin haqqı budur biləsən ki, o sənin Allaha tapşırdığın və heç bir şahidə ehtiyacı olmayan əmanət və ehtiyatdır. Əgər bunu dərk etsən, gizli sədəqəyə, aşkar sədəqədən daha artıq etibar edəcəksən və eləcə də dərk edəcəksən ki, o, dünyada bəla və xəstəliklərdən, axirətdə isə atəşin qarşısını alır.
    Qurbanlığın haqqı budur ki, onu yalnız Allahdan ötrü yerinə yetirəsən. Heç bir məxluqu nəzərdə tutmayasan və Allahın rəhmətindən və Qiyamət günündə nicat tapmaqdan başqa bir hədəfin olmasın.
    Sultanın haqqı budur ki, biləsən ki, Allah səni onu yoxlamaq vasitəsi qərar verib. Allahın ona verdiyi qüdrət də onu imtahan etməkdən ötrüdür. Özünü onun qəzəbinə tuş etməyəsən. Əgər belə etsən, özünü həlakətə atmış olarsan və bu halda da onun sənə etdiyi zülmə şərik olmuş olacaqsan.
    Müəllimin haqqı odur ki, ona təzim və ehtiram göstərəsən, diqqətlə sözlərinə qulaq asasan, onunla uca səslə danışmayasan, ondan bir söz soruşsalar sən cavab verməyəsən, qarşısında başqası ilə söhbət etməyəsən, bir kəs onu məzəmmət etsə sən onu müdafiə edəsən, eyiblərini örtəsən, gözəl xüsusiyyətlərini izhar edəsən, düşmənləri ilə oturmayasan, dostları ilə düşmənçilik etməyəsən. Əgər belə etsən, Allahın mələkləri şəhadət verərlər ki, həqiqətən sənin elm öyrənməkdə məqsədin Allah razılığını qazanmaqdır.
    Tabeçiliyində olduğun şəxsin haqqı budur ki, onun qarşısında müti olasan, sözündən çıxmayasan. Yalnız Allahın qəzəbinə səbəb olacaq işlərdə ona tabe olma. Allaha qarşı günaha səbəb olacaq işlərdə, ümumiyyətlə, heç kəsə tabe olmaq olmaz.
    Sənin tabeçiliyində olan kəslərin haqqı budur biləsən ki, onların sənin tabeçiliyin altına düşməsinə səbəb sənin qüdrətin və onların zəifliyidir. Elə isə gərək onlarla ədalətlə rəftar edəsən, onlardan ötrü mehriban ata olasan, onların nadanlığına göz yumasan, onları cəzalandırmaqda tələsməyəsən və Allahın sənə verdiyi bu qüdrətə görə Ona təşəkkür edəsən.
    Sənin elm öyrətdiyin kəsin, tələbənin haqqı budur biləsən ki, elmi sənə Allah verib, elmin xəzinələrini üzünə O açıb və elm öyrətməyi O sənə qismət edib. Əgər onlarla mülayim və xoş rəftar edib üz-gözünü turşutmasan, Allah da sənə olan nemətlərini artırar. Əgər, elmini yaymaqda simiclik etsən və elm öyrənmək istəyənlərlə kobud davransan, Allah sənin elmində olan rövnəq və səfanı alar, qəlblərdə olan ehtiram və mövqiyyətini də aradan aparar.
    Qadının sənin boynunda olan haqqı budur biləsən ki, Allah onu sənin ülfət tapmağın, aramlıq və rahatlığın vasitəsi qərar verib. Gərək sən bunu Allahın nemətlərindən hesab edəsən və buna görə də onunla xoş keçinib ehtiramını saxlayasan. Hərçənd ki, sənin onun boynunda daha çox haqqın var, lakin sən də gərək, ona qarşı mərhəmətli olasan, onun yeməyini və geyimini verəsən, nadanlıq etsə, buna göz yumasan.
    Qulun haqqı budur biləsən ki, o da Allahın məxluqudur. Ata-anası, əti, qanı səndə olduğu kimidir. Sənin ona sahib olmağın bu demək deyil ki, onu yaratmısan. Sən onun bədəninin heç bir üzvünü də xəlq edə bilməzsən. Elə bir gün də gələcək ki, o sənin əlində olmayacaq. Onun ruzisini Allah verir. Səni də məhz Allah onun sahibi edib. O, Allahın sənin əlində olan bir əmanətidir. Allah bu əmanəti tapşırıb ki, ona yaxşılıq etməklə savab qazanasan. Necə ki Allah sənə ehsan edir, sən də onunla xoş rəftar et. Əgər onu bəyənməsən, azad et, Allahın yaratdığına işkəncə verməkdən çəkin. Və la həvlə vəla quvvətə illa billahil əliyyil-əzim.
    Ananın sənin boynunda olan haqqı budur bilməlisən ki, ondan başqa heç kəs səni özündə saxlayıb-daşımayıb. O sənə qəlbindən meyvə verib ki, heç kəs bunu etməz. Bütün üzvləri ilə sənin qoruyub saxlamaqdan ötrü çalışıb. Sənə yemək verib, özü ac qalmaqdan, səni geyindirib, özü paltarsız qalmaqdan, sənə su verib, özü susuz qalmaqdan, sənin üzərinə kölgə salıb, özü günəşin hərarəti altında qalmaqdan, yuxusuz qalmaqdan, səni soyuqdan və istidən qorumaqdan əsla qorxmayıb. O bütün bunlara ona görə dözüb ki, təki bir övladı olsun! Əgər Allah sənə kömək edib tövfiq verməsə, ona təşəkkür edib borcundan qurtarmağa qüdrətin çatmaz.
    Atanın sənin boynunda olan haqqı budur biləsən ki, o sənin varlığının, mövcud olmağının mənşəyidir. Əgər o olmasaydı, sən də olmazdın. Sənin vücudunda olan xoşagələn hər şeyin kökü atandır. Elə isə Allaha şükr et və bu nemətə görə ona minnətdar ol.
    Övladın haqqı budur biləsən ki, o sənin bir hissəndir. Dünyadakı xeyir və şəri sənə mənsubdur. Onun Allahı tanımağı, ədəbli olmağı və tərbiyələnməyindən ötrü məsuliyyət daşıyırsan. Gərək Allaha itaət etməkdə ona kömək edəsən. Onun barəndə əməlin elə bir şəxsə oxşayır ki, o yaxşı iş görsə savabı var və pis iş görsə cəzası var.
    Qardaşın haqqı budur bilməlisən ki, o sənin əlin, izzətin və qüvvətindir. Onu günah və zülm vasitəsi etməyəsən. Düşmənə qalib gəlməkdə ona kömək etməlisən. Onunla xeyirxahcasına davran. Əgər Allaha müti olsa, ona arxa-dayaq ol. Əks təqdirdə, Allahı ondan üstün tutmalısan.
    Səni Allah yolunda azad edən sahibin haqqı budur bilməlisən ki, o öz malını səndən ötrü sərf edib səni zillətdən, qul olmaq dəhşətindən xilas edib, səni əsirlikdən qurtarıb, qul zəncirlərini ayağından açıb, səni zindandan azad edib, səni öz şəxsi mülkiyyətinə çevirib. Sənə ibadət etmək imkanı verib. Sən də gərək bacardığın və əlində olan hər bir imkanla, hətta canınla da olsa, ona kömək edəsən.
    Azad etdiyin qulun haqqı budur bilməlisən ki, Allah-təala onun azad olunmağını Özünə yaxınlıq və atəşdən xilasolma vasitəsi qərar vermişdir. Sən ondan nəğd bəhrə aparırsan: əgər ölsə, qohumu olmadığı halda ondan qalan miras sənə çatır, ikincisi də onu azad etməklə axirətdən bəhrələnirsən ki, bu bəhrə də behiştdən ibarətdir.
    Sənə ehsan edən kəsin haqqı budur ki, gərək ona təşəkkür edəsən. Onun sənə etdiyi ehsanı (yaxşılığı) unutmayasan, adını yaxşı tanıtdırasan, ondan ötrü Allaha ürəkdən dua edəsən. Belə etsən, gizlində də, aşkarda da ona minnətdar olmuş olarsan. Eyni zamanda onun sənə etmiş olduğu yaxşılığı zay etməyəsən.
    Müəzzinin haqqı budur bilməlisən ki, o, Allahı sənin yadına salır, səni ibadətdən bəhrələnməyə çağırır, sənə ilahi vacibatı yerinə yetirməkdə kömək edir. Elə isə, sən də gərək ona minnətdar olasan.
    İmam-caamatın haqqı budur ki, bilməlisən ki, o, Allahla sənin aranda səfir vəzifəsini icra edir. O sənin tərəfindən söz deyir, lakin sən onun tərəfindən söz demirsən. Sən onun üçün dua etmirsən, lakin o səndən ötrü dua edir. Pərvərdigarın qarşısında dayanmaq hövl və vahiməsini o öz öhdəsinə alıb. O özünü sənin, namazını isə sənin namazın qarşısında sipər edib. Buna görə də ona minnətdar olmalısan.
    Səninlə oturub-duran, yoldaşlıq edən kəsin haqqı budur ki, gərək onunla yumşaq davranmalısan, onunla adilanə söhbət edəsən. O, razı olmasa, yanından qalxmayasan. Əgər sənin yanında başqa birisi oturmuş olsa, o səndən icazə almadan yanından dura bilər. Sən gərək onun səhv və xətalarına göz yumasan, yaxşılıqlarını unutmayasan və o gərək səndən yaxşı və xoş sözdən başqa bir şey eşitməsin.
    Qonşunun haqqı budur ki, o olmayanda onun heysiyyətini qoruyasan, yanında ona ehtiram göstərəsən, əgər, ona zülm olunsa, onun tərəfini tutasan, eyiblərinin axtarışında olmayasan, eyiblərini örtəsən, əgər, nəsihətə qulaq asandırsa, ona nəsihət edəsən, çətin anlarında onu tək buraxmayasan, səhvlərinə göz yumasan, xətalarını bağışlayasan, onunla ünsiyyəti kəsməyəsən.
    Dostun haqqı budur ki, onunla kərəm və insafla rəftar edəsən, necə ki o sənə ehtiram edir, sən də ona ehtiram edəsən. O səninlə necə dostluq edirsə, sən də onunla eləcə dostluq et. Əgər günah etmək fikrinə düşsə, onu gərək bundan daşındırasan, sən ondan ötrü qəzəb yox, rəhmət ol.
    Şərikin haqqı budur ki, o olmadığı vaxtlarda onun işlərini öz öhdənə alasan, onun haqlarına riayət edəsən, onun razılığı olmadan bir işə qərar verməyəsən, onunla məşvərət etməmiş bir iş görməyəsən, onun malını hifz edəsən, nə kiçik, nə də böyük işlərdə ona xəyanət etməyəsən, çünki iki şərik nə qədər bir-birinə xəyanət etməyib, Allahın əli onların başları üzərindədir.
    Sənin malının haqqı budur ki, onu halal yoldan başqa bir vasitə ilə gətirməyəsən, onu Allaha itaət yolunda sərf edəsən, simiclik etməyəsən. Çünki simiclik özü ilə həsrət, peşmançılıq və ilahi əzab gətirir.
    Səndən borcunu istəyən şəxsin haqqı budur ki, əgər imkanın varsa onun borcunu ödəməlisən, verə bilmirsənsə, şirin dillə onun razılığını əldə etməlisən, onun borcunu hələlik qaytara bilməyəcəyini lütf və nəzakətlə bildirməlisən.
    Səninlə xoş münasibət yaratmaq istəyənin haqqı budur ki, onu aldatmayasan və ona hiylə və fırıldaq gəlməyəsən, onunla bağlı Allah-təaladan qorxasan.
    Səni ittiham edən şəxsin haqqı budur ki, əgər iddiasında haqlıdırsa, sən özün şahid olub iddiasını təsdiqləyəsən, yox, əgər yanlış iddiadadırsa, onunla xoş rəftar edəsən. Onunla yalnız xoşluqla davran və bu məsələdə Allahı qəzəbləndirmə.
    Sənin ittiham etdiyin şəxsin haqqı budur ki, əgər iddianda haqlısansa, onunla xoş dillə danışasan, onun haqqını inkar etməyəsən, əgər nahaq iddiadasansa, Allahdan qorx, tövbə et və iddianı geri götür.
    Səninlə məşvərət etmək istəyənin haqqı budur ki, əgər münasib rəyin varsa, onu bildirəsən, əgər münasib rəyin yoxdursa, onu məsləhət ala biləcəyi bir adamın yanına göndər.
    Sənin məşvərət etmək istədiyin kəsin haqqı budur ki, əgər sənə istədiyinin əksinə rəy versə, onu günahlandırmayasan, əgər sənə münasib bir nəzər bildirsə də Allaha şükür et.
    Səndən nəsihət istəyənin haqqı budur ki, ona mehr və məhəbbətlə nəsihət verəsən.
    Sənə nəsihət edənin haqqı budur ki, onun qarşısında mülayim olasan, sözlərinə qulaq asasan, əgər sənə dəyərli sözlər desə, Allaha şükür edəsən, əks təqdirdə onunla mərhəmətlə rəftar edəsən, onu günahlandırmayasan, əgər, səhv etdiyini anlasan, onu danlamayasan, əgər, danlağa layiq olacaq sözlər danışsa, bu halda ona güzəştə getmək olmaz, çünki onun artıq heç bir etibarı qalmır.
    Səndən böyüyün haqqı budur ki, yaşına görə ona hörmət edəsən, İslamda səndən çox ömür sürdüyünə görə ona ehtiram göstərəsən, onunla söz güləşdirməyəsən, yol gedərkən ondan qabağa düşməyəsən, onu nadan bilməyəsən. Əgər bir dəfə nadanlıq etsə, İslama görə hörmətini saxlayasan.
    Səndən kiçiyin haqqı budur ki, ona lütf və məhəbbətlə təlim verəsən, xətalarından keçəsən, pərdəni aradan götürməyəsən, onunla nəzakətlə rəftar edəsən, işlərində ona kömək edəsən.
    Səndən borc istəyənin haqqı budur ki, imkan dairəsində ona köməklik göstərəsən.
    Borc istədiyin kəsin haqqı budur ki, sənə borc versə qəbul edəsən, ona təşəkkür edib minnətdar olasan. Əgər, verə bilməsə, üzrünü qəbul edəsən.
    Səni Allaha xatir sevindirən kəsin haqqı budur ki, əvvəl Allaha təşəkkür edəsən, sonra ona.
    Sənə pislik edənin haqqı budur ki, onu əfv edəsən, amma bilsən ki, bağışlamaq onun zərərinədir, ondan intiqam al (ki, bunun vasitəsi ilə ağlı başına gəlsin.) Allah-təala buyurub: ”Zülm görərkən intiqam alan şəxs hücuma məruz qalmaz.”
    Dindaşlarının haqqı budur ki, onların asayişi məqsədini güdəsən, günahkarları ilə mehriban rəftar edəsən, onlara lütf göstərəsən, islaha ehtiyacı olanları islah edəsən, yaxşı əməl sahiblərinə "çox sağ ol” deyəsən, onlara azar-əziyyət yetirməyəsən, özün üçün istədiyin şeyləri onlar üçün də istəyəsən, özün üçün istəmədiyini onlar üçün də istəməyəsən, onların yaşlılarını özünə ata əvəzi, cavanlarını qardaş, qoca qadınlarını anan yerində, uşaqlarını, azyaşlılarını övladların yerində biləsən.
    (Xüsusi şərtlərlə İslamın himayəsində olan) zimmi kafirin haqqı budur ki, Allahın onlardan qəbul etdiyini sən də qəbul edəsən və nə qədər ki, Allahla bağladıqları əhd-peymana sadiqdirlər, onlara zülm etməyəsən.
    Category: Nəsihətlər | Views: 944 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024