İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 15 » Nəsihətlər
    8:31 PM
    Nəsihətlər

    Yetmişdən yuxarı tərkibli nəsihətlərdən ibarət bölmə
    Əmirəl-mömininin yetmiş fəziləti var ki, səhabələrdən heç biri bu məsələdə ona şərik deyil
    ◘"Məkhul” rəvayət edir ki, bir gün həzrət Əmirəlmöminin Əli (ə) belə buyurdu: "Peyğəmbərin (s) ən yaxın dostları bilirlər ki, öz aralarında mənim fəzilətlərimə çata biləcək bir kəs yoxdur və mənə yetmiş fəzilət məxsusdur ki, bu məsələdə heç kəs mənə şərik deyil.” Ərz etdim: "Ey Əmirəlmöminin (ə), məni onlardan agah edin.” Buyurdu: "Həmin fəzilətlər bunlardır:
    1. Bir göz qırpımı miqdarında da olsa heç vaxt Allaha şərik qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm.
    2. Heç vaxt şərab içməmişəm.
    3. Allahın Rəsulu (s) körpə ikən məni atamdan alıb özünün həmsüfrəsi, həmdəmi, həmsöhbəti edib.
    4. Mən bütün kişilərdən qabaq İslamı qəbul etdim.
    5. Həzrət Peyğəmbər (s) mənə buyurub: ”Ey Əli! Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Fərq yalnız bundan ibarətdir ki, məndən sonra peyğəmbər gəlməyəcək.
    6. Mən Peyğəmbərdən (s) ayrılan axırıncı kəsəm və onun mübarək bədənini də aramgahına (məzar – red.) mən qoydum.
    7. Həzrət Rəsul (s) hicrət etdiyi gecə öz yatağında məni yatırtdı və əbasını mənim üzərimə atdı. Müşriklər evə hücum edən zaman məni Məhəmməd (s) zənn edib oyatdılar. Mənə dedilər: "Dostun hara gedib? Dedim: "İş dalınca gedib.” Dedilər: "Əgər o qaçsaydı, bu da onunla qaçardı.”
    8. Həzrət Rəsul (s) mənə min bab elm öyrətdi ki, hər bir babdan da min bab açılır. Bunu məndən başqa heç kəsə öyrətməyib.
    9. Həzrət Rəsul (s) mənə deyib : "Ey Əli! Qiyamət günü mənim minbərim bütün peyğəmbərlərin minbərindən yuxarı, sənin minbərinsə bütün vəsilərin minbərindən üstün olacaq.”
    10. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Qiyamət günü mənə əta olunacaq hər bir şeydən sənə də əta edəcəklər.”
    11. Həzrət Rəsuldan (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Sən mənim qardaşımsan, mən də sənin. Behiştə daxil olana qədər sənin əlin mənim əlimdə olacaq.”
    12. Allahın Peyğəmbərindən (s) eşitdim ki, belə buyurdu: "Ey Əli! Sənin ümmətimdən ötrü məsəlin Nuhun gəmisi kimidir. Ona minən hər kəs nicat tapar və ondan uzaqlaşan da qərq olar.”
    13. Peyğəmbər (s) əmmaməsini başıma bağladı, düşmənə qalib gəlməyimdən ötrü dua etdi, mən də Allahın izni ilə düşmənə qalib gəldim.
    14. Bir dəfə Həzrət Rəsul (s) mənə buyurdu ki, südü qurumuş qoyunun döşünə əl çəkim. Mən ərz etdim: "Ya Rəsuləllah, siz əl çəkiniz.” Buyurdu: "Ey Əli, sənin işin, mənim işimdir.” Mən də əlimi qoyunun döşünə çəkdim. Ondan süd gəlməyə başladı. Ondan həzrət Rəsula (s) içirtdim. Sonra qoca bir arvad gəlib susuzluqdan şikayət etdi. Süddən ona da verdim. Peyğəmbər (s) buyurdu: "Mən Allah-təaladan istədim ki, sənin əlinə bərəkət versin, O da qəbul etdi.”
    15. Peyğəmbər (s) mənə vəsiyyət edib buyurdu: "Ey Əli! Səndən başqa mənə heç kəs qüsul verməsin və övrətimi səndən başqa heç kəs örtməsin. Əgər səndən başqa bir kəs mənim övrətimi görsə, hər iki gözü kor olar.” Mən dedim: "Ya Rəsuləllah, bəs sizi necə çevirim?” Buyurdu: "Sənə kömək göstəriləcək.” And olsun Allaha, o Həzrətə (s) qüsul verərkən hansı üzvünü çevirmək istəyirdimsə mənim üçün çevrilirdi.
    16. Mən ona qüsul vermək istəyərkən əynində olan paltarını çıxartmaq istədim. Mənə belə dedilər: "Ey Məhəmmədin vəsisi! Onu çılpaq etmə elə əynindəki köynək qala-qala ona qüsul ver.” And olsun onu (s) peyğəmbərliyə təyin edən Allaha, mən onun heç bir övrətinin üzərini açmadan ona qüsul verdim. Allah, bu şərəfi o Həzrətin (s) səhabələri arasında yalnız mənə bəxş etdi.
    17. Allah-təala Fatimənin yalnız mənimlə evlənməsinə razı oldu. Məndən qabaq Əbu-Bəkr və Ömər bu barədə Peyğəmbərə (s) müraciət etmiş, lakin rədd cavabı almışdılar. Amma Allah yeddi asimanın fövqündə onu mənə zövcə etdi. Peyğəmbər (s) buyurdu: "Xoş sənin halına, ey Əli! Allah cənnət qadınlarının sərvəri olan Fatiməni sənə zövcə etdi. Fatimə mənim bədənimin bir parçasıdır.” Mən dedim: "Ey Allahın rəsulu! Məgər mən səndən deyiləmmi?” Buyurdu: "Bəli, ya Əli! Sən məndən, mən də səndənəm. Biz səninlə sağ əllə sol əl kimiyik. Mən dünya və axirətdə səninləyəm və sənə ehtiyacım var.”
    18. Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli, axirətdə "həmd bayrağı” sənin əlində olacaq və Qiyamət günündə də məxluqatın mənə ən yaxın olanısan. Mən peyğəmbərlərin arasında, sən isə övsiyaların və canişinlərin arasında olacaqsan. Sənin başına nurdan tac qoyulmuş olacaq. Allah məxluqatının əməllərini haqq-hesab edənə qədər yetmiş min mələk sənin yanında olacaq.
    19. Peyğəmbər (s) mənə buyurub: ”Tezliklə peyman sındıranlar (nakisin), zülmkarlar (qasitin) və dindən çıxanlarla (mariqin) müharibə edəcəksən. Onlardan səninlə döyüşən hər bir nəfərə görə şiələrindən yüz min nəfərinə şəfaət edəcəksən.” Dedim: "Ey Rəsuləllah, peyman sındıranlar kimlərdir? " Buyurdu: "Təlhə və Zübeyr. Tezliklə onlar sənə Hicazda beyət edib, İraqda isə həmin peymanı sındıracaqlar. Belə etdikləri zaman onlara qarşı vuruş. Çünki sənin onlarla döyüşün yer əhli üçün paklıq və təharətdir.” Dedim: "Zülmkarlar kimlərdir?” Buyurdu: "Müaviyə və yaxınları.” Dedim: "Bəs dindən çıxanlar kimlərdir? " Buyurdu: "Zus-sədiyyə yoldaşları. Onlar dindən oxun yaydan çıxdığı kimi çıxacaqlar. Onları öldür. Çünki onların ölümündə yer əhlindən ötrü fərəc və açılış, dindən çıxmışlardan ötrü təcili əzab və sənin üçün isə Allah-təala yanında xüsusimükafat var.”
    20. Peyğəmbər (s) mənə belə buyurdu: "Sənin ümmətimdən ötrü məsəlin Bəni-İsrailin "Hittə qapısı” kimidir. Sənin vilayətini qəbul edən şəxs Allah-təalanın ona buyurduğu kimi həmin qapıdan daxil olub.”
    21. Peyğəmbər (s) belə buyurdu: "Mən elm şəhəri, Əli isə onun qapısıdır. Şəhərə onun qapısından başqa bir yerdən daxil olmaq olmaz.” Sonra buyurdu: "Ey Əli! Sən mənimlə bağladığın peymana sadiq qalacaqsan, mənim sünnəmə uyğun döyüşəcəksən, mənim ümmətimsə sənə qarşı çıxacaq.”
    22. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Allah-təala Həsən və Hüseyni sənin və Fatimənin nurundan xəlq edib. Bu iki nəfər iki qulaqdan asılmış, hərəkət edən iki sırğaya bənzəyir. Bu iki nəfərin nuru şəhidlərin nurunun yetmiş min qatına bərabərdir. Ey Əli! Allah-təala mənə vəd verib, bu iki nəfərə elə bir kəramət əta edəcək ki, bu cür nuru heç bir peyğəmbərə və rəsuluna əta etməyib.”
    23. Peyğəmbər (s) hələ sağlığında öz üzüyünü, zirehini, belbağısını mənə əta etdi. Bütün səhabələrinin yanında, hətta, əmim Abbasın hüzurunda öz qılıncını mənə bağışladı. Allah-təala bütün bunlar vasitəsi ilə məhz məni Peyğəmbər (s) yanında xüsusi imtiyaz sahibi etdi.
    24. Allah-təala öz Peyğəmbərinə (s) belə vəhy etdi: Ey möminlər! Elə ki, Allahın rəsulu ilə xüsusi söhbət etmək istədiniz, bu söhbətdən qabaq sədəqə verin.
    Bu zaman mənim bir dinarım var idi. Onu on dirhəmlə əvəz etdim. Hər dəfə Peyğəmbərlə (s) xüsusi söhbət etmək istəyərkən həmin dirhəmlərin birini sədəqə verirdim. And olsun Allaha, o Həzrətin (s) səhabələrindən heç biri nə məndən əvvəl, nə də məndən sonra bu əməli yerinə yetirdi. Bundan sonra Allah-təala belə vəhy etdi:
    Xüsusi söhbət etməzdən qabaq sədəqə verməkdən qorxdunuzmu?! Buna əməl etmədiniz, amma Allah sizi bağışladı.
    Məgər, günah etməyən bir kəsdən ötrü bağışlanma varmı?!
    25. Allah Peyğəmbərinin (s) belə buyurduğunu eşitdim: "Nə qədər ki, mən daxil olmamışam, Behişt bütün peyğəmbərlərə haramdır və nə qədər ki, sən daxil olmamısan bütün vəsi və canişinlərə behiştə getmək haramdır. Ey Əli! Allah mənə sənin barəndə bir bəşarət verib ki, onu məndən öncə heç bir peyğəmbərə verməyib. Həmin bəşarət budur ki, sən bütün övsiyə və canişinlərin sərvəri, Həsən və Hüseyn də bütün behişt cavanlarının sərvəridirlər.”
    26. Qardaşım Cəfər Behiştdə maləklərlə bir yerdə pərvaz edir və Allah onu dürr, yaqut və zəbərcəddən olan iki qanadla zinətləndirib.
    27. Əmim Həmzə behişt şəhidlərinin sərvəridir.
    28. Peyğəmbər (s) belə buyurdu: "Allah-təala sənin barəndə mənə vəd verib ki, məni peyğəmbər, səni isə mənim vəsim və canişinim etsin. Məndən sonra tezliklə sən mənim ümmətimdən Musanın Firondan gördüklərini görəcəksən. Sən mənimlə görüşənədək bütün bunlara döz və Allahın savabına ümidvar ol. Mən isə, səninlə dostluq edənlə dost, düşmənçilik edənlə düşmənəm.
    29. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Ey Əli! Sən Kövsər hovuzunun sahibisən. Səndən başqa onun başqa sahibi yoxdur. Bəziləri yanına gəlib səndən su istəyəcək, sən isə onlara belə deyəcəksən: "Yox, heç zərrə qədər də olmaz!” Onlar da üzüqara geri qayıdarlar. Mənim və sənin şiələrin sənə yaxınlaşan zaman isə onlara belə deyəcəksən: "Ləzzətlə və doyunca için.” Onlar içdikcə üzləri ağ və parlaq olar.
    30. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Qiyamət günü mənim ümmətim beş dəstədən ibarət olmaqla beş bayraq altında birləşəcəklər. Birinci bayraq altında mənim hüzuruma gələn dəstənin bayraqdarı bu ümmətin fironu Müaviyədir. İkinci dəstənin bayraqdarı bu ümmətin "Samiri”si olan Ömər ibn Asdır. Üçüncü dəstənin bayraqdarı bu ümmətin "Casliq”i olan Əbu Musa Əşəridir. Dördüncü bayraqdar "Əbul-Əvər Silmi”dir. Beşinci bayraqdar isə sənsən, ya Əli! Sənin bayraqdar olduğun dəstədə olanların hamısı möminlərdir, sən də onların imamı. Həmin vaxt Mütəal-Allah ilk dörd dəstəyə belə buyurur:
    (Geri dönün və özünüzə nur axtarın. O zaman aralarına qapısının içəri tərəfində rəhmət, bayır tərəfində əzab olan bir sədd çəkilər. ("Hədid”, 13. )
    Onlar (içəridə olanlar) mənim şiələrim, mənimlə dostluq edər, Siratdan və rəhmət qapısından qayıdan kəslərlə mənimlə birgə döyüşən kəslərdir. O zaman (səddin bayır tərəfində olanlar) onları çağırıb deyərlər:
    (Məgər biz sizinlə birlikdə deyildikmi?! Onlara belə cavab verərlər: "Bəli, lakin siz özünüzü fitnəyə saldınız, siz gözləyirdiniz və şəkk edirdiniz. Allahın əmri gəlib çatanadək sizi xam-xəyallar aldatdı.)
    (Bu gün artıq nə sizdən, nə də kafirlərdən bir fidyə qəbul olunar. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis yerdir!”)
    Sonra ümmətim və şiələrim daxil olar və su içərlər. Mənim əlimdə bir ağac olar ki, onunla düşmənlərimi yad dəvələri qovan kimi qovaram.”
    31. Həzrət Peyğəmbərin (s) belə dediyini eşitdim: "Məsihilərin İsa barədə hədlərini aşdıqları kimi ümmətimin də sənin barəndə ifrata vardıqlarından qorxmasaydım sənin barəndə elə sözlər deyərdim ki, qoy bütün cəmiyyətlər sən keçərkən ayağının altının torpağından şəfa məqsədilə istifadə etsinlər.”
    32. Peyğəmbər (s) belə buyurdu: "Mütəal Allah düşmənin qəlbinə qorxu və vahimə salmağa mənə kömək etdi. Onun dərgahından səni də bu cür etməsini və mənə əta buyurduğu hər şeydən sənə də əta etməsini istədim.”
    33. Peyğəmbər (s) mənə keçmişdə olanların və Qiyamətə qədər olacaqların hamısını öyrətdi.
    34. Məsihilər Peyğəmbərlə (s) mübahisə edərkən Allah-təala bu ayəni nazil etdi:
    (Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de "gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağırın, sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək!)
    Bu ayədəki "özümüz” mən və Rəsul idi, "qadınlarımız” Fatimə, "övladlarımız” isə Həsən və Hüseyn idi. Məsihilər bunu görüb mübahilə etməkdən imtina etdilər və Peyğəmbərdən (s) üzr istədilər. And olsun Musaya (ə) Tövratı və Məhəmmədə (s) Furqanı nazil edənə, əgər onlar bizimlə mübahilə etsəydilər, donuz və meymun şəklinə düşərdilər.
    35. Həzrət Rəsul (s) belə buyurdu: "Vay olsun səni qətlə yetirənə, ya Əli! O, dünyanın ən bədbəxt adamıdır! O, bədbəxtlərin bədbəxtidir! Allahın ərşi sən qətlə yetirilərkən lərzəyə gələr, ya Əli! Xoş sənin halına ki, siddiqlər, şəhidlər və salehlər zümrəsindənsən.”
    36. "Bədr” döyüşü günündə Allahın Rəsulu (s) mənə belə buyurdu: "Ey Əli, get mənim üçün qalaqlanmış xırda daş parçalarından bir ovuc gətir.” Mən gedib bir yerə yığılmış xırda daş parçalarından götürdüm. İyləyib gördüm ki, onlardan müşk iyi gəlir. Onları Həzrət Rəsula (s) verdim. O (s) həmin daş qırıntılarını müşriklərə tərəf atdı. O daşların dördü "Firdovs” cənnətindən, biri şərqdən, biri qərbdən, biri də ərşin dibindən idi. Hər bir daş parçasına görə min mələk bizim köməyimizə gəldi. Mütəal Allah nə bundan öncə, nə də bundan sonra belə bir fəziləti heç kəsə ikram etməmişdir.”
    37. Həzrət Rəsul (s) öz səhabələri arasında Quranda mövcud olan "Nasix və Mənsux”, "möhkəm və mütəşabih” və "xüsusi və ümumi” kimi ayələrin elmini yalnız mənə öyrətdi. O həzrət (s) mənə belə buyurdu: "Ey Əli! Allah-təala mənə tapşırıb ki, səni özümə yaxın edim, uzaqlaşdırmayım, sənə öyrədim və səndən əsirgəməyim. Layiqdir ki, mən öz Pərvərdigarımın əmrinə itaət edim və layiqdir ki, sən də eşidəsən və yadda saxlayasan.”
    38. Həzrət Rəsul (s) məni iş dalınca göndərdi və məndən ötrü dua etdi. Daha sonra məni özündən sonra baş verəcək bütün hadisələrdən agah etdi. Həzrətin (s) səhabələrindən biri bunu görüb paxıllıq üzündən belə dedi: "Əgər Məhəmməd öz əmisi oğlunu peyğəmbər etmək qüdrətində olsaydı, mütləq bunu edərdi!” Allah-təala öz Peyğəmbərinin (s) dili ilə məni həmin səhabənin bu sözündən agah etməklə şərəfləndirdi.
    39. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Məni sevdiyini iddia edib Əliyə düşmən olan hər kəs yalançıdır. Mənə bəslənən məhəbbətlə yanaşı Əliyə də bəslənən məhəbbət yalnız möminlərin qəlbində yer tutar. Ey Əli, Mütəal Allah məni və səni sevənləri Behiştə daxil olacaq dəstələrin ən öndə gedəni qərar verib. Eyni zamanda mənə də, sənə də düşmən olanları bu ümmətdən Cəhənnəm atəşinə daxil olacaq dəstənin ən birincisi qərar verib.
    40. Həzrət Peyğəmbər (s) döyüşlərin birində məni su gətirməkdən ötrü bir quyuya tərəf göndərdi. Lakin orada su olmadığından əliboş geri qayıdıb bu barədə Həzrətə (s) xəbər verdim. Həzrət (s) buyurdu: "Ey Əli, quyudan mənə bir az torpaq gətir.” Mən gedib oradan bir ovuc torpaq gətirdim. Həzrət (s) həmin torpağa nəsə dedi və məndən o torpağı aparıb yenidən quyuya tökməyimi istədi. Mən torpağı quyuya tökdüm. Birdən quyudan su qaynamağa başladı və quyu çox qısa bir müddətdə su ilə doldu. Qayıdıb məsələni Həzrətə (s) bildirdim. O buyurdu: "Müvəffəq oldun, ya Əli! Məhz sənin bərəkətinə quyudan su qaynadı.” Bu şərəf Peyğəmbərin (s) səhabələri arasında yalnız mənə aid idi.
    41. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: «Xoş sənin halına, ya Əli! Cəbrail mənim yanıma gəlib dedi: "Ey Məhəmməd! Mütəal Allah sənin səhabələrinə nəzər salıb əmin oğlu, kürəkənin Əlini (ə) sənin ən yaxşı dostun və köməkçin olduğunu gördü. Onu sənin vəsin və Allah tərəfindən olan hüccət qərar verdi.”»
    42. Həzrət Rəsulun (s) belə dediyini eşitdim: "Xoş sənin halına, ey Əli! Sənin behiştdəki sarayın mənim sarayımla üzbəüzdür. Sən behişt əhli arasında mənə (camaatdan və peyğəmbərlərdən) ən yaxını, İlliyyinin (Beşitin ən üstün yeri – red.) ən uca yenində də mənimlə yanaşısan.” Dedim: "Ya Rəsuləllah, İlliyyinin ən uca yeri nədir?” Buyurdu: "Ağ və parlaq gövhərdən ibarət olan, yetmiş qapıcığı olan günbəz. Ey Əli! Sən və mən hər ikimiz həmin günbəzin altında olacağıq.”
    43. Peyğəmbər (s) buyurdu: "Mütəal Allah mənim məhəbbətimi möminlərin qəlbində yerləşdirdi. Eləcə də, ya Əli, Allah sənin də məhəbbətini möminlərin qəlbində yerləşdirdi. Mənə və sənə olan kini münafiqlərin qəlbində yerləşdirdi. Sənə təqvalı mömindən başqa məhəbbət, kafir münafiqdən başqa nifrət bəsləyən olmaz.”
    44. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Ya Əli, sənə ərəblərdən yalnız atası məlum olmayanlar, əcəmdən yalnız alçaq və bədbəxtlər, qadınlardan yalnız rəzil və acıdillilər düşmən olar.”
    45. Bir gün mənim gözlərim ağrayırdı. Həzrət Rəsul (s) məni çağırtdırdı. Ağzının suyundan mənim gözlərimə sürtüb belə dua etdi: "İlahi, onun qızdırmasını soyuqluq, soyuqluğunu da hərarətlə əvəz et.” And olsun Allaha! Ondan sonra indiyə qədər bir dəfə də olsun göz ağrısına tutulmamışam.
    46. Həzrət Rəsul (s) bütün səhabələrinə və əlillərinə evlərinin məscidə açılan qapılarını bağlatdırdı. Yalnız mənim evimin qapısını Allahın göstərişinə əsasən açıq qalmasını buyurdu. Bu fəzilət yalnız mənə nəsib oldu.
    47. Həzrət Rəsul (s) mənə vəsiyyət edib onun borclarını və üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməyi mənə tapşırdı. Mən dedim: "Ya Rəsuləllah, axı mənim heç bir şeyim yoxdur?!” Həzrət (s) buyurdu: "Allah bu işdə sənə kömək edəcək.” Doğrudan da, Allah-təala Həzrətin (s) bütün vədlərini və borclu olduğu səksən mini (dinar, yaxud dirhəmi) çox asanlıqla verməyə mənə kömək göstərdi.
    48. Bir gün Allahın Rəsulu bizə gəldi. Biz artıq üç gün idi ki, heç bir şey yemirdik. Həzrət (s) buyurdu:
    –Ya Əli, yeməyə bir şeyin var?
    –And olsun sənə risalət verənə ki, üç gündür nə mən, nə Fatimə, nə də iki övladımız bir şey yeyirik.
    –Ey Fatimə, evin içinə get gör bir şey tapırsan?
    Fatimə (ə) ona dedi:
    –Elə indicə evdən gəlirəm. Heç bir şey yoxdur.
    Mən dedim:
    –Ya Rəsuləllah, istəyirsinizsə mən gedim.
    Həzrət (s) buyurdu:
    –Allahın adı ilə get.
    Mən içəri getdim. Birdən bir tabağın içində təzə xurma və bir yekə kasa xörək gördüm. Onu həzrət Rəsulun (s) qarşısına gətirdim. Həzrət (s) buyurdu:
    –Ey Əli, bu yeməyi gətirən bir kəsi gördünmü?
    Dedim:
    –Bəli.
    Buyurdu:
    –Necə idi?
    Dedim:
    –Qırmızı, yaşıl və sarı idi.
    Buyurdu:
    –Bunlar Cəbrailin dürr və yaqutla bəzənmiş qanadlarında olan xətlərin rəngidir.
    Biz hamımız xörəkdən doyunca yedik. Lakin, ondan azacıq da olsa azalmadı. Mütəal Allah bununla bizə o həzrətin (s) səhabələri arasında kəramət və şərəf nəsib etdi.
    49. Mütəal Allah Öz Peyğəmbərinə (s) peyğəmbərlik bəxş etməklə ona kəramət əta etdi. Peyğəmbər (s) də özünün vəsi və canişini etməklə mənə kəramət bəxş etdi. Deməli, məni sevib mənimlə dost olan kəs Qiyamət günü peyğəmbərlərlə məhşur olacaq.
    50. Həzrət Rəsul (s) "Bəraət” ayəsini (Məkkə müşriklərinə çatacaq xəbər) Əbubəkrin vasitəsi ilə göndərmişdi. Əbubəkr gedən kimi Cəbrail nazil olub dedi: "Ey Məhəmməd, bu işi yalnız ya sən özün, ya da özündən olan bir nəfər yerinə yetirməlidir.” O həzrət də (s) məni öz dəvəsinə mindirib Əbubəkrin dalınca göndərdi. Mən "Zülhüleyfə” adlanan yerdə Əbubəkrə çatdım. "Bəraət” ayələrini ondan aldım. Allah mənə bu fəziləti də əta etmişdir.
    51. Peyğəmbər (s) məni Qədir günü bütün insanlardan ötrü imam təyin edərək buyurdu: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır.”
    52. Bir gün Peyğəmbər (s) mənə belə buyurdu: "Ey Əli, istəyirsənmi Cəbrailin mənə öyrətdiyi sözləri sənə də öyrədim?” Dedim: "Bəli.”
    Buyurdu:
    Ey heç bir şeyi olmayanlara ruzi bəxş edən, ey yoxsullara rəhm edən, ey eşidənlərin ən yaxşısı, ey görənlərin ən yaxşısı, ey mehribanların mehribanı, mənə rəhm et və mənə ruzi əta et
    53. Bizdən olan Qaim (ə) zühur etməyincə Allah-təala dünyanı sona çatdırmaz. Qaim (ə) zühur edib bizim düşmənlərimizi qətlə yetirər, bütləri və səlibləri sındırar, döyüş sona yetər, camaat arasında bərabər bölgü aparar, onlarla ədalət əsasında rəftar edər.
    54. Həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: "Ey Əli, tezliklə Bəni-Üməyyə nəsli sənə lənət göndərəcək və mələklər onların hər bir lənətinə görə özlərinə min lənət göndərər. Qaim (ə) zühur edən zaman isə onlara qırx il lənət göndərər.”
    55. Allahın Rəsulu (s) mənə buyurdu: "Tezliklə mənim ümmətin sənin barəndə fitnəyə düşər və deyərlər: "Allahın Rəsulu (s) özündən sonra heç bir mal qoyub getməyib. Bəs onda Əliyə (ə) nə barədə vəsiyyət edib?” Məgər, Allahın nazil etdiyi kitab onun özündən sonra hər şeydən üstün deyilmi? And olsun məni haqq olaraq göndərənə ki, əgər, ya Əli, bu kitabı sən səhih və doğru-düzgün şəkildə cəm etməsən, səndən başqa heç kəs bu işi yerinə yetirə bilməz.”
    56. Allah mənə elə bir xüsusiyyət əta etmişdir ki, bunu yalnız Öz övliyalarına və müti bəndələrinə əta edir. Məni Məhəmmədin (s) varisi qərar verdi. (Əlini Mədinəyə tərəf uzadıb işarə edib buyurur:) Hər kəsin xoşu gəlir gəlsin, hər kəsin də xoşu gəlmir gəlməsin.
    57. Döyüşlərin birində Həzrət Peyğəmbər (s) susuz qalmışdı. Mənə dedi: "Ey Əli! O qayanın yanına get və ona de ki, məni Allahın rəsulu göndərib, mənim üçün su axıt.” And olsun onu peyğəmbər olaraq göndərən Allaha! Elə ki Peyğəmbərin (s) sözünü daşa çatdırdım, daş üzərində inək döşünə bənzər çıxıntılar əmələ gəldi və onlardan su axmağa başladı. Bunu görüb tez Peyğəmbərin (s) yanına gəlib onu məsələdən agah etdim. Həzrət (s) buyurdu: "Ey Əli, get o sudan gətir.” Hamı gəlib qabını su ilə doldurdu. Heyvanlarını suladılar, özləri də doyunca içdilər və dəstəmaz aldılar. Mütəal Allah bu işi mənim vasitəmlə həyata keçirdi.
    58. Döyüşlərin birində həzrət Rəsul (s) susuz qalmışdı. Məndən bir qab gətirməyimi istədi. Mən qabı gətirəndən sonra Həzrət (s) sağ əlini və mənim əlimi qabın içinə saldı və dedi: "Qayna!” Bu zaman barmaqlarımızın arasından su axmağa başladı və qab doldu.
    59. Həzrət Rəsul (s) məni "Xeybər” qalasına tərəf göndərdi. Ora çatanda qalanın divarlarının bağlı olduğunu gördüm. Onu şiddətlə tərpədib yerindən qopardım və qırx addımlıq məsafəyə tulladım. Qalaya daxil oldum. Mərhəb (yəhudi pəhləvanı – red.) mənimlə döyüşmək üçün üzərimə cümdu. Mən ona həmlə edib yeri onun qanı ilə suvardım. Məndən öncə Peyğəmbər (s) özünün iki səhabəsini (Əbubəkr və Öməri) Xeybərin fəthindən ötrü göndərmişdi. Lakin o iki nəfər başaşağı və utana- utana bir halda qayıtmışdı.
    60. Mən min nəfər döyüşçüyə bərabər olan Əmr ibn Əbdəvədi öldürmüşəm.
    61. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: "Sənin ümmətim arasındakı məsəlin "Qul huvəllahu əhəd” kimidir. Səni səmimi qəlblə sevən kəs Quranın üçdə birini oxuyan şəxs kimidir. Hər kəs səni səmimi qəlbdən sevərək dili ilə də sənə kömək yetirərsə, Quranın ikidə birini oxumuş şəxs kimidir. Hər kəs də səni səmimi qəlbdən sevib dili və əli ilə sənə kömək etsə, bütün Quranı oxumuş şəxs kimidir.
    62. Mən baş verən bütün mühüm hadisələr və döyüşlər zamanı həzrət Peyğəmbərlə (s) bir yerdə olmuşam.
    63. Mən heç vaxt döyüşdən qaçmamışam, döyüşdə heç vaxt məğlub olmamışam və mənimlə döyüşə girən hər kəsi qanına qəltan etmişəm.
    64. Həzrət Peyğəmbərə (s) Behiştin qızardılmış toyuğu gətiriləndə mən Allahdan istədim ki, Həzrətin (s) yanında ən sevimli məxluqlarına da həmin təamdan yeməyi nəsib etsin. Həmin toyuqdan yemək mənə nəsib oldu.
    65. Bir gün məsciddə namaz qılırdım. Bir fəqir gəlib ona bir şey verməyimi istədi. Mən rüku halında idim. Barmağımda olan üzüyü ona uzatdım. Mütəal-Allah da mənim barəmdə bu ayəni nazil etdi:
    Həqiqətən, sizin vəliniz Allah, Onun Rəsulu və namaz qılıb rüku halında zəkat verən möminlərdir.
    66. Allah-təala Məhəmməd (s) ümmətindən yalnız məndən ötrü günəş batdıqdan sonra onu təkrarən geriyə qaytarıb.
    67. Peyğəmbər (s) göstəriş vermişdir ki, mən həm sağlığımda, həm də dünyadan göçəndən sonra "əmirəlmöminin” ləqəbi ilə çağrılım. Bu xüsusiyyət məndən başqa heç kəsə aid edilməmişdir.
    68. Peyğəmbər (s) buyurub: ” Ey Əli, Qiyamət günü ilahi ərşin altından bir səs yayılar ki, "Peyğəmbərlərin sərvəri haradadır?” O zaman mən ayağa qalxaram. Bu zaman yenidən səs gələr: "Canişin və övsiyaların sərvəri haradadır? " Bu dəfə sən ayağa qalxarsan. Behiştin və Behişt xəzinələrinin nəzarətçisi olan Rizvan adlı mələk Behitşin açarlarını, Cəhənnəmin nəzarətçisi olan Malik adlı mələk də Cəhənnəmin açarlarını mənim yanıma gətirər və deyərlər: "Allah-təala bizə göstəriş verib ki, bu açarları sənə təhvil verək və onu da çatdıraq ki, bu açarları Əliyə (ə) verəsən. Sən isə, ey Əli, Cənnət və Cəhənnəm əhlini təyin edəcəksən.”
    69. Həzrət Rəsul (s) mənə belə buyurdu: "Əgər sən olmasaydın möminlər münafiqlərdən seçilməzdi.”
    70. Peyğəmbər (s) oturdu. Məni, Fatiməni (ə) Həsəni (ə) və Hüseyni (ə) çağırıb yanında əyləşdirdi. Sonra öz əbasını beşimizin də üzərinə saldı. Allah-təala bu ayəni nazil etdi:
    (Həqiqətən, Allah iradə edir ki, siz əhli-beytdən bütün çirkinlikləri uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.)
    Cəbrail (ə) Peyğəmbərə (s) dedi: Onda Rəsuləllah buyurdu: "Ey Məhəmməd, mən də sizdənəm” Bizim altıncımız da Cəbraildir.
    Peyğəmbərin (s) nəhy etdikləri
    ◘Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bəziləri məkruh, bəziləri də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:
    1.Cənabət halında yemək yemək.
    2. Hamamda misvak etmək.
    3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq.
    4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.”
    5. Meyvə ağacının altına bövl etmək.
    6. Sol əllə yemək yemək.
    7. Yemək yeyərkən söykənmək.
    8. Məqbərələri təmir etmək və orada namaz qılmaq.
    9. Açıq yerdə çimərkən, yaxud qüsul alarkən övrəti açıq saxlamaq.
    10. Axarı olmayan suya bövl etmək.
    11. Ayaqyolunda üzü qibləyə oturmaq.
    12. Bəla və müsibət zamanı ah-nalə edib fəryad qoparmaq.
    13. Yas mərasimlərində növhə demək və ona qulaq asmaq.
    14. Yalan yuxu danışmaq
    15. Şəkil çəkmək.
    16. Hər hansı bir heyvanı yandırmaq.
    17. Cinsi əlaqədə olan zaman çox danışmaq.
    18. Zibili atmayaraq gecəyə qədər evdə saxlamaq.
    19. Gecə əli yağlı olduğu halda və oturan halda yatmaq.
    20. Ərinin icazəsi olmadan qadının evdən bayıra çıxması.
    21. Qadının öz ərindən başqası üçün bəzənməsi.
    22. İki qadının çılpaq halda bir yataqda yatması.
    23. Bir qadının başqa qadınla özü və əri arasında olan xəlvət məsələlər barəsində danışması.
    24. Qadınla kişinin üzü qibləyə olduqları halda cinsi yaxınlıq etməsi.
    25. Falçıya, münəccimə müraciət etmək.
    26. Nərd, şahmat oynamaq, tar və tənbur çalmaq.
    27. Qeybət etmək və ona qulaq asmaq.
    28. Söz gəzdirmək və sözgəzdirənə qulaq asmaq.
    29. Fasiq insanların yemək dəvətini qəbul etmək.
    30. Yalandan and içmək.
    31. Üzərində şərab olan süfrə kənarında əyləşmək.
    32. Allah yolundan başqa bir yola çəkən söhbətlərə qulaq asmaq.
    33. Qızıl və gümüş qablardan su içmək.
    34. Kişilərin ipək paltar geyinməyi.
    35. Nərd alveri.
    36. Şərab alveri və şərab paylayan olmaq.
    37. Faiz yemək.
    38. Kafirlə əl verib görüşmək.
    39. Dördayaqlıların üzündən vurmaq.
    40. Bilərəkdən öz mömin qardaşının, yaxud qeyrisinin övrətinə baxmaq.
    41. Qadının digər qadının övrətinə baxması.
    42. Məqbərələrdə, yol üstündə, dəyirmanlarda, dərələrdə, dərin çalalarda, tövlələrdə namaz qılmaq.
    43. Bal arısını öldürmək.
    44. Dördayaqlıların üzünə dağ basmaq.
    45. Allahdan başqasına and içmək.
    46. Cənabət halında məsciddə oturmaq.
    47. Cümə namazının xütbələri oxunarkən danışmaq.
    48. Mis və dəmir üzük taxmaq.
    49. Üzük üzərinə heyvan şəkli döydürmək.
    50. Fitr, Qurban bayramları günü, Yəvmul-şəkk günü (yəni, Ramazan ayının əvvəli, yaxud Şabanın axırıncı günü olması məlum olmayan gün) və Əyyamut-təşriq (yəni, həccin Qurban bayramından sonra Minada keçirilən üç günü) günlərində oruc tutmaq.
    51. Əllə deyil dördayaqlılar kimi su içmək.
    52. Ağız suyunu suyu içilən quyuya atmaq.
    53. Əlmuzdunu əvvəlcədən müəyyənləşdirmədən fəhlə işlətmək.
    54. Küsmək. Əgər küssə də bunu üç gündən artıq uzatmaq.
    55. Qızılı çəkidə daha artıq qızıla satmaq.
    56. Mədh etmək və tərifləmək.
    57. Münaqişə zamanı zalım tərəfin vəkili olub onu müdafiə etmək.
    58. Tamah məqsədi ilə sultan, padşah, zalım hakim və digərlərini mədh edib tərifləmək.
    59. Zülm və ya zalımın ardınca getmək.
    60. Özünü göstərmək və fəxr etməkdən ötrü ev tikdirmək.
    61. Quran oxuyub sonra haram yemək, yaxud dünyanın bər-bəzəyinin ardınca getmək.
    62. Müsəlman, yəhudi, xristian, yaxud zərdüşt olmasından asılı olmayaraq hər hansı bir qadınla zina etmək.
    63. Qonşunun evinə baxmaq (güdmək).
    64. Allahın müəyyən etdiyi ruziyə razı olmayaraq şikayət etmək.
    65. Təkəbbürlə yol getmək.
    66. Qadının mehriyyəsi barədə ona zülm etmək.
    67. Şahidliyi gizlətmək.
    68. Qonşuya əziyyət etmək.
    69. Müsəlman fəqiri təhqir etmək.
    70. Pis və çirkin işlərə, şəhvətlərə, nəfsani istəklərə uymaq.
    71. Dünya işlərini axirət işlərindən üstün tutmaq.
    72. Harama baxmaq.
    73. Naməhrəm qadınla əl tutub görüşmək.
    74. Naməhrəm qadını qucaqlamaq.
    75. Al-ver zamanı fırıldaq işlətmək.
    76. Ev əşyalarını qonşudan əsirgəmək.
    77. Qadının öz ərinə dili ilə əziyyət etməsi.
    78. Hər hansı bir müsəlmanın üzünə şillə vurmaq.
    79. Xəyanət etmək.
    80. Bir kəsin əleyhinə yalandan və batil şahidlik etmək.
    81. Xəyanətlə mal əldə etmək, yaxud xəyanət vasitəsi ilə əldə edilmiş mala yiyələnmək.
    82. Başqa bir müsəlmanın haqqını tapdalamaq.
    83. Pis və çirkin bir işdən xəbərdar olub onu faş etmək.
    84. İmkanlı olduğu halda ondan borc istəyən müsəlman qardaşını əliboş geri qaytarmaq.
    85. Kişinin öz qadınının bəd xasiyyəti qarşısında təmkinli olmaması.
    86. Mömin qardaşına qarşı ehtiramsızlıq göstərmək.
    87. Qohumlarla əlaqəni kəsmək.
    88. Bir kəsin onun boynunda olan haqqını ödəməyə imkanı olduğu halda bu işi təxirə salmaq.
    89. Zalım bir hakimin cəza icra edəni.
    90. Yaxşılıq etdikdən sonra minnət qoymaq.
    91. Hər hansı bir pis və günah işi kiçik saymaq.
    Category: Nəsihətlər | Views: 1092 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024