İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:24 PM
    Nəfsin saflaşdırılması
    MÜALİCƏ ETMƏYƏ DAİR QƏRAR
    Nəfs xəstəliklərini tanıdıqdan, xəstə olduğumuza yəqin etdikdən sonra müalicəni dərhal başlamalıyıq. Bu mərhələnin ən mühüm mövzusu qərar və iradədir. Əgər doğrudan da özümüzü pisliklərdən, çirkin əxlaqdan paklamaq istəsək bunu hökmən edə bilərik. Lakin məsələni kiçik və əhəmiyyətsiz hesab etsək və bu barədə müəyyən qərara gəlməsək onun sağalması qeyri-mümkün olacaqdır. Məhz bu mərhələdə şeytan və nəfsi-əmmarə meydana daxil olur və müxtəlif hiylələrə əl ataraq bizi həmin qərardan çəkindirmək istəyir. Bu halda tam ayıq olmalı və onların hiyləgərliklərinə aldanmamalıyıq. Bizim çirkin sifətimizə bəraət qazandırıb belə deyə bilərlər: «Sən cəmiyyətlə yaşamaq istəyirsən. Başqalarında da bu sifət vardır. Filankəslərə bax. Onlar da bu sifətə, hətta bundan pisinə də düçar olurlar. Sən təklikdə yaxşı olmaq istəyirsən? "Palaza bürün ellə sürün!”»
    Lakin bu hiylə qarşısında qətiyyətlə dayanaraq deməliyik ki, başqalarında belə bir xəstəlik varsa onun mənə nə dəxli var? Başqalarının nəfsani eyblərə mübtəla olması məni qane etmir. Hər bir halda məndə eyb və xəstəlik vardır, mən bu eyblərlə ölməli və əbədi bədbəxtçiliyə düçar olmalıyammı? Deməli nəfsin müalicə olunmasında və onun aludəliklərdən təmizlənməsində səy etməliyəm.
    Bəzən də şeytan "vaxtı keçirtmək”, "təxirə salmaq” kimi hiylələrlə meydana daxil olur və bizi öz iradə və qərarımızdan döndərmək istəyir. Deyir ki, düzdür bu eyb səndə vardır və onu islah etməlisən, lakin hələ çox vaxt vardır, nə üçün bu qədər tələsirsən? Qoy filan iş tamam olsun, vaxt tapanda nəfsini saflaşdırarsan. İndi cavansan və sənin kef çəkmək vaxtındır, qocalıq vaxtı çatanda tövbə edib paklanmağa başlayarsan.
    Diqqət yetirməliyik ki, bu da bir növ şeytanın hiyləsidir. Həmin vaxta qədər sağ qalacağın haradan mə”lumdur? Bəlkə ondan əvvəl əcəlin çatdı və həmin nəfsani xəstəliklərlə dünyadan getdin?! Belə olan halda bizim müqəddəratımız necə olacaqdır? Tutaq ki, o dövrə qədər sağ qaldıq, lakin görəsən nəfsi-əmmarə və şeytan o dövrdə bizdən əl çəkib hiylələrini bizim başımızda icra etməyəcəkmi və bizi nəfsimizin işləri ilə məşğul olmağa azad qoyacaqmı? O zamanda da başqa hiylələrlə gəlib bizim qərarımızı döndərmək istəyəcəkdir. Deməli, yaxşı olar ki, elə indidən əmələ başlayaraq, əmmarə və inadkar nəfsi cilovlayaq.
    Bəzən nəfsi-əmmarə bizə belə deyə bilər: "Axı sən filan günaha və sifətə adət etmisən, onun tərk olunması qeyri-mümkündür. Sən həvayi-nəfsin əsirisən, özünü bu əsarətdən necə xilas etmək istəyirsən? Sənin nəfsin günah vasitəsi ilə qaralmışdır və sənin qayıdışına bir yol yoxdur.”
    Bilməliyik ki, bu da bir növ hiylədir. Əmmarə nəfsinə demək lazımdır ki, adətin tərk edilməsi qeyri-mümkün deyildir, tamamilə mümkün olan bir işdir. Əlbəttə çətindir, lakin hər bir halda əmələ başlayıb öz nəfsimi təmizləməliyəm.
    Əgər günahın, çirkin sifətlərin tərk edilməsi və onlardan uzaqlaşmaq mümkün olmasaydı Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar bu qədər göstərişlər verməzdi, əxlaqi tövsiyələr etməzdi. Tövbə qapısı həmişə açıqdır və heç vaxt bağlanmır. Deməli, qəti qərara gələrək öz nəfsimizi təmizləməliyik.
    Mümkündür, şeytan və ya nəfsi-əmmarə çirkin sifətləri və nəfsani xəstəlikləri kiçik, çox da mühüm olmayan bir şey kimi cilvələndirərək desin: «Sən ki, vacibatı yerinə yetirirsən, filan-filan müstəhəb əməlləri görürsən, bil ki, Allah səni bağışlayacaq, yerin behişt olacaqdır. Səndəki çirkin xasiyyətlər çox da mühüm deyildir, müstəhəbləri yerinə yetirməklə onlar bağışlanacaqdır.»
    Burada da diqqət yetirmək lazımdır ki, bu cür bəraət qazandırmaq nəfsi-əmmarənin və şeytanın hiylələrindəndir. Nəfsi-əmmarəyə deməliyik ki, saleh əməl yalnız müttəqilərdən qəbul olunur. Təqvanın hasil olması da nəfsin təmizlənməsi olmadan mümkün deyildir. Əgər bizim nəfsimiz pisliklərdən təmizlənməzsə yaxşı xislətlərin pərvəriş tapmasına onda yer olmayacaqdır. Şeytan qəlbdən çıxmayınca mələk ora gəlməz. Əgər nəfs və qəlb günah işlər və rəzilətli sifətlərə aludə olubsa onun axirət aləmində də heç bir nuru olmayacaqdır.
    Həmişə nəfsani xəstəliklərin təhlükəli və ağır aqibətinə tam diqqət yetirməliyik. Bundan əlavə əxlaq kitablarına və hədis mənbələrinə müraciət etməklə nəfsani xəstəliklərin hər birinin pis təsirlərini, onların axirətdəki cəzalarını diqqət mərkəzində saxlamalı, bununla da nəfsi-əmmarə, şeytanın hiylələri və əməllərin yaxşı cilvələndirilməsi müqabilində müqavimət göstərməli, nəfsin islah edilib təmizlənməsində qəti qərara gəlməliyik. Əgər iradə mərhələsindən keçsək əməl mərhələsinə daha yaxın olarıq.
    NƏFSİN NƏZARƏT ALTİNDA SAXLANMASİ VƏ QƏLƏBƏ
    İnsanın bütün pis və yaxşı hərəkət, danışıq və əməllərinin mənşəyi onun nəfsidir. Əgər nəfs islah olunarsa insanın dünya və axirəti təmin və abad olunar. Əgər fəsada, əxlaqsızlığa adət edərsə bütün pisliklərin mənşəyi olacaq, dünya və axirətdə insanı fəlakətə sürükləyəcəkdir. Əgər insaniyyət yolunda qədəm götürərsə Allah dərgahına yaxın olan mələklərdən də daha artıq yüksələ bilər. Yox əgər şərif insaniyyət gövhərini görməməzliyə vuraraq heyvaniyyət yolunda qədəm götürərsə heyvanlardan da alçaq olar, hətta şeytanlıq məqamına qədər süqut edər. Bu iki yoldan hər birini ötməkdə lazım olan səbəb və vasitələr insanın daxilində mövcuddur. Onun həm əqli vardır və fitri olaraq əxlaqi fəzilətləri, insani keyfiyyətləri istəyir, həm də bir heyvan kimi heyvani qüvvələrə və qərizələrə də malikdir. Amma heyvani qərizələr, qüvvələr və meyllərin də tamamilə batil və ziyanlı olması, insanı süquta çəkməsi düşünülməməlidir. Əksinə, onların varlığı insan həyatı üçün zəruridir. Əgər onlardan düzgün istifadə olunarsa insanın təkamülü və Allah dərgahına yaxınlaşması yolunda kömək olur.
    Amma əsas çətinlik bundan ibarətdir ki, heyvani istəklər və təmayüllər heç bir müəyyən həddə dayanmır və başqalarını nəzərə almır. Nə insani istəklərə diqqət yetirir, nə də sair qərizələri nəzərə alır. Əksinə, hədəfi yalnız onları tam mənada təmin etməkdən ibarətdir. Bundan başqa heç bir hədəfi yoxdur. Yemək-içməyə, cah-cəlala, məqama, şan-şöhrətə, vəzifəyə, rəisliyə və mal-dövlətə məhəbbət, güzəranda eyş-işrətdən və firavanlıq kimi şeylərdən ləzzət almaq, qəzəb və intiqamçılıq kimi xüsusiyyətlər heç bir həddə dayanmır, onlardan hər biri tamam-kamal surətdə təmin olunmağı tələb edir. Buna görə də insanın nəfsi həmişə müxtəlif qərizələrin çarpışmasına meydan yaradır. Onda heç vaxt aramlıq və sükunət yoxdur. Onlardan hansı biri qələbə çalsa nəfsi özünün kamil əsarəti altına alacaqdır.
    Lakin bu çarpışma əsnasında əql çox mühüm mövqeyə və qüdrətə malik olur. O, şəriətin göstərişlərindən istifadə edərək nəfsani qərizələri, meylləri və istəkləri nəzarət altına ala bilər, onları mötədil hala salaraq baş verəcək təfrit və ifratın qarşısını ala bilər, hakimiyyət məqamını ələ keçirərək qərizə və istəklərin arasında müvazinət yarada bilər. Bununla da "nəfs ölkəsini” hərc-mərclikdən, tüğyançılıqdan qurtararaq insaniyyətin düzgün yoluna və Allah dərgahına doğru seyr-süluka hidayət edə bilər.
    Amma əqlin hakimiyyət tapması o qədər də asan deyildir. Çünki o, çox güclü, hiyləgər və aldadıcı düşmənlə qarşı-qarşıya durur. "Nəfsi-əmmarə” adlanan bu düşmən həddindən artıq bəhanə gətirir. Onu himayə edən çoxlu köməkçiləri də vardır.
    Allah-təala Quranda buyurur: "Nəfs insanı daim pis yollara (ketməyə) əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa.”("Yusif” surəsi, 53-cü ayə)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”("Biharul-ənvar”, 70-ci cild, səh.64)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Əql və şəhvət biri-birinə ziddir. Elm əqli, həvayi-nəfs isə şəhvəti himayə edir. Nəfs bu iki qüvvənin çəkişdiyi, mübarizə apardığı meydandır; onlardan hər biri digərinə qələbə çalsa nəfsi öz ixtiyarına keçirir.”(Ğurərul-hikəm”,, 1-ci cild, səh.96)
    Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Şər və pislik hər bir nəfsin daxilində gizlənmişdir. Əgər sahibi ona qələbə çalsa gizlənər, qələbə çalmazsa aşkar olar.”("Ğürərul-hikəm”, 1-ci cild, səh.105)
    Deməli, əql çox gözəl hakimdir. Amma onun müəyyən qədər köməyə, həmkarlığa ehtiyacı vardır. Əgər bu batini çarpışmada əqlin tərəfini saxlasaq, nəfsani istəklərə, şəhvətlərə və həvayi-nəfsə həmlə etsək "bədən ölkəsinin” idarə olunmasını əqlin ixtiyarına vermiş oluruq. Bunun ardınca da böyük nailiyyətlərə, qələbələrə çatırıq. Bunu da şəriət, təriqət və həqiqət rəhbərləri – Peyğəmbəri-Əkrəm (s.ə.v.v), onun pak və ismətli Əhli-beyti (ə) bizdən istəmiş, bu barədə çoxlu təkidli göstərişlər vermişlər.
    Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Ehtiyatlı olun, şəhvətlər (həvayi-nəfs) sizin qəlblərinizə qələbə çalmasın. Çünki o, əvvəlcə sizi öz mülkiyyətinə keçirir, axırda isə sizi həlakətə salır.”("Ğurərul-hikəm”, səh.16)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs özünün nəfsani istəklərini öz mülkiyyətinə (ixtiyarına) keçirməsə, öz əqlinin də maliki olmayacaqdır.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.702)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Nəfsani istəklərin qələbə çalması ən böük həlakət (bədbəxtçilik), (insanın) ona qələbə çalması isə malikiyyətlərin ən yaxşısıdır.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.507)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs rəğbət, qorxu, şəhvət, qəzəb və razılıq anlarında öz nəfsinə hakim olsa Allah cəhənnəm odunu onun bədəninə haram edər.”("Vəsailuş-şiə”, 6-cı cild, səh.123)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: «Öz nəfslərinizə hakim olun və onu günahlardan çəkindirin ki, itaətə doğru çəkmək asan olsun.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.908)
    Deməli, nəfsə hakim kəsilib onun istəklərini nəzarət altına almaq nəfsin saflaşdırılması üçün zəruri və həyati bir məsələdir. İnsanın nəfsi hələ minilməyən və ipə-sapa yatmayan inadkar bir ata bənzəyir: əgər riyazət vasitəsilə ram olub cilovlanarsa ona minib istifadə etmək olar. Amma əgər ram olmazsa və istədiyi hər tərəfə hərəkət edərsə insanı uçuruma salar. İnadkar və ipə-sapa yatmayan nəfsin ram edilməsi də çox çətindir. O, əvvəlcə sənin qarşında ciddi müqavimət göstərəcəkdir. Lakin sən də müqavimət göstərsən axırda təslim olacaqdır. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Əgər nəfsin sənin qarşında inadkarlıq göstərsə (tərslik edərsə) və təslim olmazsa sən də onun qarşısında ciddiyyət göstər ki, sənin üçün zəlil və ram olsun. Onunla hiyləgərliklə rəftar et ki, özünə itaət etdirə biləsən.”("Ğurərul-hikəm”, səh.319)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Nəfsani istəklər və şəhvətlər öldürücü xəstəliklərdir. Onların ən yaxşı müalicəsi də onların qarşısında səbr edib müqavimət göstərməkdir.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.72)
    NƏFS İLƏ CİHAD
    Nəfs bizim ən böyük düşmənimizdir. Daim əql ilə mübarizə aparır. O, şeytanın vəsvəsələrindən ilham alıb öz ordusu ilə əqlə hücum edir ki, onun nurunu söndürsün və ona qalib gəlsin. Əsas məqsədi də bundan ibarətdir ki, mələkləri nəfs ölkəsindən çıxarıb onu işğal etsin və kamil şəkildə şeytanların ixtiyarına versin. Çoxlu üzr gətirən və bəhanə axtaran bu düşməni məğlub etmək o qədər də asan iş deyildir. Bu iş üçün tam qətiyyətli olmaq, güclü müqavimət göstərmək, hətta cihad aparmaq belə lazım gəlir. Özü də bir-iki dəfə, bir-iki gün, yaxud bir-iki il deyil, insan ömrünün axırına kimi davam etdirilməli bir cihaddan, ciddi mübarizədən ibarətdir. Nəfsin və onun istəklərinin cilovlanması, qərizələrin nəzarət altına alınması üçün çox ciddi mübarizə aparmalıyıq. Biz Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və məsum imamların (ə) fərmanlarından ilham almalı, əqlə və onun qoşununa gömək etməli, nəfs təcavüzlərinin və yersiz əməllərinin qarşısını almalı, müqavimət göstərib onun ordusunun kökünü kəsməliyik ki, əql bədən ölkəsinə hakim olsun, şəriət göstərişlərindən ilham almaqla bizi insaniyyətin kamal yolunda qərar versin və Allah dərgahına yaxınlaşdırsın.
    Nəfslə heç vaxt sülh və saziş etmək olmaz: onu məğlub edincəyə və öz yerində oturduncaya qədər həmişə onunla mübarizə aparmalıyıq ki, özünün hiyləgərlik işlərindən əl çəksin. Səadətə çatmaq üçün bundan başqa bir yol yoxdur. Buna görə də "nəfslə mübarizə” barəsində olan hədislərdə "nəfs ilə cihad” ifadəsi gözə dəyir. Nümunə olaraq Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə) kəlamlarından bəzilərini nəql edirik.
    Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Cihadı davam etdirməklə öz nəfsinizə hakim kəsilin.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.131)
    Yenə buyurur: "Nəfsin istəklərinə, həvayi-nəfsə qələbə çalın və onunla mübarizə edin. Çünki əgər o, sizi zəncirə çəkə bilsə həlakətin ən alçaq dərəcələrinə sürükləyəcəkdir.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.138)
    Yenə buyurur: "Agah olun (və bilin ki, nəfs ilə) cihad elə bir nemətdir ki, onun vasitəsilə behişt qazanılır. Belə isə hər kəs öz nəfsi ilə cihad etsə və ona qalib gəlsə behişt (yaxud, nəfsin özü) onun qüdrətini tanıyan kəs üçün ən yaxşı mükafatdır.”(

    "Ğurərul-hikəm”, 1-ci cild, səh.164)

    Yenə buyurur: "Düşmən öz düşməni ilə cihad apardığı kimi siz də nəfs ilə cihad edərək onu Allaha itaət etməyə vadar edin. Zidd öz ziddinə qələbə çaldığı kimi, siz də ona qələbə çalın. Çünki camaatın ən güclüsü o kəsdir ki, öz nəfsinə qələbə çalmış olsun.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.371)
    Yenə buyurur: "Aqil o kəsdir ki, öz nəfsi ilə mübarizəyə – cihada məşğul olsun, onu islah etsin, həvəslərdən və ləzzətpərəstlikdən saxlasın, bunun vasitəsilə onu cilovlasın və öz nəzarəti altına salsın. Həqiqətən ağıllı və aqil insan öz nəfsinin islahına o qədər məşğuldur ki, dünyaya, onda olanlara və dünya əhlinə diqqət yetirməz (əhəmiyyət verməz).”("Ğurərul-hikəm”, 1-ci cild, səh.237)
    Nəfs ilə cihad müqəddəratı həll edən mühüm bir mübarizədir. Belə ki, bizim necə yaşamağımız, dünya və axirətdə necə olmağımız, hətta bizim nə olmağımız belə, ona bağlıdır. Əgər biz cihad ilə nəfsimizi məğlub etməsək, onu cilovlamasaq o bizi məğlub edərək istədiyi tərəfə sürükləyəcəkdir. Əgər biz onu əsarət altına almasaq o bizi əsir və özünə qul edəcəkdir. Əgər biz onu gözəl əxlaqlara və insani davranışlara vadar etməsək o bizi çirkin işlərə və yaramaz hərəkətlərə vadar edəcəkdir.
    Deməli, nəfs ilə cihad Allah dərgahına seyr edənlərin öhdəsinə qoyulan ən mühüm və ən çətin vəzifədir. İnsan bu yolda nə qədər qüvvə sərf eləsə, yenə də dəyərlidir.
    ƏN BÖYÜK CİHAD
    Nəfs ilə cihad etmək o qədər mühümdür ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) onu "ən böyük cihad” ("cihadi-əkbər”) adlandırmışdır və hətta silahlı cihadlardan da böyük və əhəmiyyətli bir məsələ kimi təqdim etmişdir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) nəql edir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) böyük bir ordunu düşmənlə müharibəyə göndərdi. Onlar (qələbə çalıb) müharibədən qayıtdıqda buyurdu: "Əhsən o kəslərə ki, kiçik cihadı yerinə yetirdilər, lakin onların qarşısında daha böyük bir cihad da durur.” Soruşdular: «Ya Rəsuləllah! Ən böyük cihad hansıdır?» Buyurdu: "Nəfs ilə olan cihad.”(Vəsailuş-şiə”, 11-ci cild, səh.124)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Cihadların ən yaxşısı o kəsin cihadıdır ki, iki böyrü arasında yerləşən nəfsi ilə etmiş olsun.”(Vəsailuş-şiə”, 11-ci cild, səh.124)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Həzrət Əliyə (ə) vəsiyyət edərkən buyurdu: "Ya Əli! cihadların ən yaxşısı o kəsin cihadıdır ki, gecəni bir kəsə zülm etmək qəsdi olmadan sübh etmiş olsun.”(Vəsailuş-şiə”, 11-ci cild, səh.123)
    Bu hədislərdə nəfs ilə cihad ən böyük və ən fəzilətli cihad kimi təqdim olunur. Bu, hətta Allah yolunda aparılan cihadlardan belə fəzilətli və üstündür. Allah yolunda aparılan cihadın ən yaxşı ibadət və son dərəcə böyük fəzilətə malik olmasına diqqət yetirməklə nəfs ilə aparılan cihadın əhəmiyyət və dəyəri aydın olur. Nəfs ilə cihadın ən üstün cihad olmasını üç yöndən araşdırırıq:
    Birinci. Hər bir ibadətdə, hətta Allah yolunda aparılan silahlı mübarizədə belə, nəfs ilə cihada iki yöndən ehtiyac vardır. Əvvəla, ibadətin özünün kamil şəkildə və bütün şərtləri ilə yerinə yetirilməsində nəfs ilə cihada ehtiyac vardır. Görəsən, namazı «möminin meracı» olacaq və «insanı çirkin işlərdən çəkindirəcək» dərəcədə hüzuri-qəlb ilə, bütün şəraitlərinə riayət etməklə qılmaq cihad və səy olmadan mümkün ola bilərmi?
    Görəsən, «orucun cəhənnəm odundan bir sipər olacağı» dərəcədə kamil bir şəkildə tutulması nəfs ilə cihad olmadan mümkündürmü? Görəsən, nəfs ilə cihad olmadan mücahid bir insan müharibə meydanında öz canından keçərək islam düşmənlərilə yaxşı mübarizə apara bilərmi? Sair ibadətlərdə də məsələ eynilə belədir.
    İkincisi, hər bir ibadət Allah tərəfindən yalnız o zaman qəbul olunur və bəndənin Allah dərgahına yaxınlaşmasına səbəb olur ki, yalnız Allahın razılığı üçün yerinə yetirilsin, hər növ şirkdən, riyadan, xudbinlikdən və s. kimi nəfsani məqsədlərdən pak və xalis olsun. Belə bir iş də nəfslə cihad olmadan əsla mümkün deyildir. Hətta silahlı mübarizə və şəhadət də o zaman dəyərə malik olur və insanın Allah dərgahına yaxınlaşıb təkamülə çatmasına səbəb olur ki, tam mənada Allahın razılığı və tövhid kəlməsinin yüksəldilməsi məqsədilə olsun. Lakin əgər bu böyük ibadət şan-şöhrət qazanmaq, düşməndən intiqam almaq, yaxud insanın adının tarixdə əbədi qalması, özünü göstərmək, riyakarlıq, məqam kəsb etmək, həyat çətinliklərindən xilas olmaq, yaxud sair nəfsani qərəz və məqsədlər xatirinə olsa heç bir mənəvi dəyərə malik olmayacaq, insanın Allah dərgahına yaxınlaşması amili sayılmayacaqdır. Deməli, nəfs ilə aparılan cihad bütün ibadət və xeyir əməllərdən, hətta Allah yolunda aparılan cihaddan belə üstündür, çünki onların hamısının düzgünlüyü və kamilliyi nəfs ilə aparılan cihada bağlıdır. Məhz buna görə də nəfs ilə aparılan cihad "ən böyük cihad” adlandırılmışdır.
    İkinci. Silahlı cihad xüsusi zaman və şəraitlərlə vacib olur. Bundan əlavə o vacibi-eyni deyil, kifaidir. Yəni, bəzilərinin bu cihada getməsi ilə başqalarının öhdəsindən götürülür. Bəzi dövrlərdə bu kimi cihad, ümumiyyətlə vacib deyildir. Vacib olduğu təqdirdə də vacibi-kifaidir. Yəni əgər lazımi qədər əsgər iştirak edərsə və başqalarına ehtiyac olmazsa onların üzərində olan öhdəçilik götürülür. Bundan əlavə qadınlara, qocalara, acizlərə və xəstələrə də vacib deyildir. Amma nəfs ilə aparılan cihadda məsələ belə deyildir. Bütün dövrlərdə, bütün şərait və zamanlarda hər bir şəxsə vacibi-eynidir və həyatın axır anlarına qədər davam etdirilməlidir. Məsumlardan başqa heç kəs heç vaxt ondan ehtiyacsız deyildir.
    Üçüncü. Nəfs ilə aparılan cihad bütün ibadətlərdən, hətta mücahidlərin öz canlarını təhlükəyə qoyub şəhadət məqamına çatmaq istədikləri silahlı mübarizədən belə üstündür. Çünki haqqın qarşısında qeydsiz-şərtsiz təslim olmaq və bir ömür nəfsani istəklərlə mübarizə apararaq təkamülün düzgün yolunda irəliləmək insanın bir neçə gün cihad meydanında islam düşmənləri ilə döyüşərək axırda şəhadət məqamına çatmasından qat-qat çətindir. Nəfs ilə mübarizə o qədər çətindir ki, nəfs ilə ağır, davamlı döyüş aparmadan, ağır çətinliklərə sinə gərmədən və Allah tərəfindən inayət və kömək olmadan mümkün deyildir. Buna görə də namazlarda təkrar deyirik: "İhdinəssiratəl-mustəqim” («Pərvərdigara, bizi düzgün yola hidayət et.») Düzgün təkamül yolunu ötmək o qədər çətin və zərifdir ki, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) də daim belə dua edərdi: "İlahi bir göz qırpımı belə, məni öz nəfsimə həvalə etmə!”
    CİHAD VƏ ALLAHİN KÖMƏYİ
    Nəfslə cihadın çox çətin olmasına, müqavimət, səbr, ardıcıl nəzarət və ayıqlığı tələb etməsinə baxmayaraq hər bir halda mümkün və insanın səadəti üçün tam zəruri bir işdir. Əgər insan bu məqsədlə qəti qərara gəlib işə başlasa Allah tərəfindən də köməklər gələcəkdir. Allah Quranda buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər, Biz onları Öz yolumuza hidayət edib onlara yol göstərərik.”("Ənkəbut” surəsi, 69-cu ayə)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Xoş olsun o bəndənin halına ki, Allahın razılığı üçün öz nəfsi və onun (nəfsin) istəkləri ilə cihad etsin. Hər kəs öz nəfsinin istəklərinin ordusuna qələbə çalsa Allahın razılığını qazanar. Hər kəs Allah qarşısında cihad, bəndəçilik və xüzu ilə əqlini nəfsi-əmmarəyə qonşu qərar verərsə böyük səadətə nail olacaqdır. Bəndə ilə Pərvərdigar arasında əmmarə nəfsi və onun istəklərindən də qaranlıq və dəhşətli bir hicab (pərdə) yoxdur. Onların kökünün kəsilməsində isə Allaha ehtiyac (hissi), xüşu, gündüzdə aclıq və susuzluqdan (oruc tutmaqdan), gecə isə ibadət etməkdən yaxşı bir silah yoxdur. Belə şəxs ölərsə dünyadan şəhid kimi köçmüş olar. Əgər diri qalarsa Allahın ən böyük rizvan (razılıq) məqamına çatar. Allah Quranda buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər Biz onları Öz yolumuza hidayət edərik, Allah yaxşı əməl sahibləri ilədir.” Əgər nəfsi ilə cihad edən bir şəxsin öz nəfsinin islah olunmasında səndən artıq səy göstərdiyini görsən öz nəfsini danlayıb tənbih et və onu daha artıq nəzarət altına alınmağa rəğbətləndir. Allahın əmr və nəhylərinin vasitəsilə nəfs üçün bir cilov düzəlt. Eynilə dəcəl uşağı tərbiyə etmək istəyən şəxs kimi öz nəfsini yaxşı işlərə doğru sövq et. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) o qədər namaz qılırdı ki, mübarək ayaqları şişirdi. O Həzrət (s.ə.v.v.) bu işə etiraz edənlərin cavabında buyururdu: "Allahın şükr edən bəndəsi olmamalıyammı?!” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ibadətdə ciddiyyət göstərib səy etmək üçün öz ümmətinə dərs verirdi. Deməli riyazət, ibadət və cihad yolunda heç vaxt qafil olmamalı və bilməlisən ki, ibadətin şirinliyini və onun bərəkətlərini müşahidə etsən, qəlbini onun nuru ilə nuraniləşdirsən elə (yüksək mənəvi) vəziyyətdə olacaqsan ki, hətta səni tikə-tikə doğrasalar da bir anlıq belə o namazdan əl çəkməyəcəksən. Deməli, ibadətdən yalnız o kəslər üz döndərər ki, günahdan çəkinmək və yaxşı işlərdə müvəffəqiyyət qazanmaq müsabiqəsinin faydalarından məhrum olsun.” ("Biharul-ənvar”, 70-ci cild, səh.69)
    Cihad ilə nəfs eynilə silahlı cihad kimidir; düşmənə nə qədər zərbə vurulsa və ordu vasitəsilə səngərlər nə qədər fəth edilsə düşmən də həmin miqdar da zəifləyəcək, cihad edənin ordusu bir o qədər güclənəcək və sonrakı zərbələr və fəthlər üçün daha hazırlıqlı olacaqdır. Bu da Allahın qoyduğu ümumi bir qanundur: "Əgər siz Allaha kömək etsəniz O da sizə kömək edəcək və qədəmlərinizi sabit edəcəkdir.”
    Nəfs ilə cihadda da məsələ eynilə belədir: Nəfsi-əmmarəyə nə qədər zərbə vurulsa, onun qanunsuz və yersiz istəkləri ilə nə qədər çox müxalifət olunsa bir o qədər zəifləyəcək, eyni zamanda siz də sonrakı fəthlər üçün bir o qədər hazırlıqlı olacaqsınız. Bunun müqabilində nə qədər süstlük göstərsəniz və nəfsin istəklərinə nə qədər təslim olsanız siz bir o qədər zəifləyəcəksiniz, nəfs isə bir o qədər güclənəcək və özünün sonrakı fəthləri üçün daha hazırlıqlı olacaqdır. Əgər biz nəfsimizin aludəliklərdən təmizlənməsi yolunda bir qədəm götürsək Allah tərəfindən kömək nazil olacaqdır və hər gün öz nəfsi-əmmarəmizə daha artıq hakim olacağıq. Amma əgər nəfsin istəkləri və orduları qarşısında geri çəkilsək onlar güclənəcək və bizə daha artıq hakim kəsiləcəkdir.
    Category: Nəfsin saflaşdırılması | Views: 1124 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024