İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:23 PM
    Nəfsin saflaşdırılması
    NƏFSİN PAKLANMASİNA KÖMƏK EDƏN İŞLƏR
    1.Təfəkkür. Nəfsin paklaşdırılması yolunda ən mühüm maneələrdən biri qəflətdir. Biz gecə-gündüz dünya həyatına məşğuluqsa, ölümü yad etməkdən qafiliksə, bir saat belə onun barəsində fikirləşməyə vaxtımız yoxdursa, bəzən də beynimizdən bu fikir keçən zaman dərhal onu başımızdan çıxardırıqsa, rəzil xasiyyətlərin təhlükəli təsirlərindən qafiliksə, günahların cəzaları və axirət əzabları barəsində fikirləşmiriksə, nəhayət məada iman canımıza nüfuz etməyib və zehni məfhumdan başqa bir yüksək mərhələyə çatmayıbsa belə qəflət ilə yanaşı nəfsimizin paklanması üçün necə qərara gələ bilərik. Onun istəklərini necə nəzarət altına alıb cilovlaya bilərik? Məgər nəfsi-əmmarə ilə belə bir sadəliklə mübarizə aparmaq olarmı? Qəflətin özü böyük nəfsani xəstəliklərdəndir və bu sair mənəvi xəstəliklərin mənşəyidir. Bu xəstəliyin dərmanı təfəkkür etmək, axır-aqibəti düşünmək və iman qüvvəsini gücləndirməkdir. Hər bir insan daim özünü nəzarət altına almalı, ölümü heç vaxt unutmamalı, nəfsani xəstəliklərin acınacaqlı aqibəti, günahların cəzaları və cəhənnəmin ağır əzabları barəsində daim düşünməli, qiyamətin hesab-kitabını həmişə nəzərində canlandırmalıdır. Məhz belə olan halda insan nəfsini paklamaq üçün hazır olub qəti şəkildə qərara gələ bilir, öz nəfsini çirkin əxlaqlardan və rəzil sifətlərdən təmizləməyə müvəffəq olur.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs öz qəlbini fikirləşməkdə davamlı olmaqla abad edərsə onun batindəki və zahirdəki işləri yaxşı olar.”(Ğurərul-hikəm”, səh.690)
    2.Həvəsləndirmə və cəzalandırma. Nəfsin paklaşdırılmasında və günahın tərk edilməsində müvəffəq olmaq üçün tənbeh etmə, həvəsləndirmə və cəzalandırma vasitələrindən istifadə etmək olar. Əvvəldə öz nəfsimizə xitab edərək onu təhdid edir və deyirik: «Ey nəfs! Mən günahları tərk etməyi qərara almışam. Əgər bu yolda mənimlə həmkarlıq etməsən və günahlara mürtəkib olsan səni filan cür cəzalara düçar edəcəyəm. Məsələn, əgər qeybət etsən bir gün oruc tutacağam, yaxud, bir həftə yalnız zərurət miqdarında danışacağam, yaxud filan məbləğdə pulu sədəqə verəcəyəm, yaxud bir gün su içməyəcəyəm, yaxud bir dəfə yeməkdən səni məhrum edəcəyəm, yaxud bir neçə saat yandırıcı günəşin altında qalacağam ki, cəhənnəm atəşinin hərarətini unutmayasan. Bu qəbildən olan sair cərimələrlə onu təhdid etmək lazımdır.
    Ondan sonra nəfsimizi tam nəzarət altına almalıyıq ki, qeybət etməsin. Əgər bir dəfə qeybət edərsə heç bir güzəştə gedilmədən, səhlənkarlığa yol verilmədən, qətiyyətlə onun qarşısında dayanaraq vədə verdiyimiz cəzanı onun barəsində icra edirik. Nəfsi-əmmarə bizim günahı tərk etməkdə qəti qərara gəldiyimizi, heç bir güzəştə getmədən onu cəzalandırmaqda qətiyyətli olduğumuzu görsə bizim qanuni istəklərimiz müqabilində təslim olacaqdır.
    Əgər bir müddət bu proqram heç bir güzəşt olmadan davam etdirilərsə şeytanın nüfuz etmə yollarının qarşısını alıb kəsə, nəfsi-əmmarəni tamamilə cilovlaya bilərik. Bu şərtlə ki, qəti şəkildə qərara gələk və azacıq güzəşt olmadan günahkar nəfsimizi cəzalandıraq. Çox təəccüblü məsələdir ki, dünyəvi işlərdən kiçik biri barəsində xətaya yol verən insanları tənbih edib cəzalandırırıq, lakin nəfsin paklanması üçün bu cəza tədbirlərindən istifadə etmirik. Halbuki, bizim axirət səadətimiz və xoşbəxtliyimiz yalnız bu işə bağlıdır! Allahın layiqli və saleh bəndələrindən çoxu da məhz həmin vasitə ilə nəfsini paklaşdırmış və onu cilovlamağa müvəffəq olmuşdur.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Nəfsi əsarət altına almaq və onun adətlərini sındırmaq üçün aclıq çox yaxşı bir köməkdir.”("Ğurərul-hikəm”, səh.773)
    Yenə buyurur: "Hər kəs öz nəfsinə riyazət verməyi davam etdirərsə faydalanar.”("Ğurərul-hikəm”, səh.647)
    Səhabələrdən biri deyir: «Qızmar bir yay günündə Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ağacın kölgəsində oturmuşdu. Elə bu zaman bir kişi gəlib paltarlarını soyundu və yandırıcı qumların üzərində uzandı. Qumun üstündə o tərəfə fırlanmağa başladı. Qızmar qumların vasitəsilə gah kürəyini, gah qarnını, gah da üzünü yandırır və deyirdi: «Ey nəfsi-əmmarə! Bu qumların hərarətini dad və bil ki, cəhənnəm odunun hərarəti bu qumların hərarətindən çox-çox şiddətlidir.»
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) kənardan bu mənzərəni müşahidə edirdi. Həmin şəxs paltarlarını geyinib getmək istədikdə onu yanına çağırdı. Kişi gəldi, Həzrət (s.ə.v.v) ona buyurdu: «Səni başqalarının görmədiyi bir iş gördüyünü müşahidə etdim. Bu işdə məqsədin nədir?» Cavabında dedi: «Ey Allahın Rəsulu! Allah xovfu məni bu işə vadar etmişdir. Bu işi görməklə öz nəfsimə deyirəm ki, bu yandırıcı hərarəti dad və bil ki, cəhənnəm atəşinin hərarəti çox şiddətli və dərdlidir.» Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: «Doğrudan da Allahdan qorxmusan. Mütəal Allah sənin əməlinlə asimandakı mələklərə öyünür.» Sonra öz səhabələrinə buyurdu: «Bu kişiyə yaxınlaşın və sizin barənizdə dua etməsini istəyin. Səhabələr yaxınlaşıb ondan dua etməsini xahiş etdilər. O kişi əllərini Allah dərgahına qaldırıb dedi: "Pərvərdigara! Bizim işlərimizi hidayət əsasında bir yerə yığ. Təqvanı bizim yol ehtiyatımız, cənnəti sığınacağımız qərar ver."»("Məhəccətul-beyza”, 7-ci cild, səh.308)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Öz nəfsinizi ədəbləndirməyə başlayın və onu adətlərin şiddətindən saxlayın.”("Ğurərul-hikəm”, səh.350)
    İmam Cəfər Sadiq (ə) bir hədisdə buyurur: "Bəndə ilə Allah arasında nəfs və onun istəklərindən də qaranlıq və vəhşətli bir hicab yoxdur. Onların aradan qaldırılması üçün Allaha ehtiyac hissi, Onun müqabilində xüzu, gündüzdə aclıq və susuzluq, gecədə oyaqlıqdan da təsirli və yaxşı bir silah yoxdur. Əgər insan bu halda ölsə şəhid olaraq dünyadan gedər. Əgər diri qalsa axırda böyük rizvan (razılıq) məqamına nail olar. Allah Quranda buyurur: "O kəslər ki, Bizim yolumuzda cihad edərlər, Biz onları Öz yolumuza hidayət edərik və Allah yaxşı işlər görənlərlədir. ”("Məhəccətul-beyza”, 8-ci cild, səh.170)
    3.İnsan zatının kəramətinə diqqət yetirmək və insani dəyərlərin gücləndirilməsi. Yuxarıda qeyd olunduğu kimi insan nəfsi çox dəyərli bir gövhərdir. O, həyat, elm, kamal, camal, rəhmət, ehsan, nur aləmindən vücuda gəlmişdir və təbiidir ki, onun həmin işlərlə uyğunluğu vardır. Deməli əgər öz vücudunun dəyərli məqamına diqqət yetirsə çirkin, yaramaz və rəzil əxlaqları, günahları öz şəninə yaramaz hesab edər və təbii olaraq onlardan uzaqlaşar. İnsan olduğunu və insanın da yüksək aləmlərdən gələn ilahi bir ruh olduğunu bilsə şəhvətlər və heyvani istəklər onun nəzərində dəyərsiz olacaq, gözəl əxlaqa meyl onun vücudunda canlanacaqdır.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs öz nəfsinin qədrini bilsə şəhvətlər onun üçün kiçik və dəyərsiz olacaqdır.”("Nəhcül-bəlağə”, kəlimati qisar, 449)
    İmam Səccaddan (ə) soruşdular: «Camaatın ən dəyərlisi kimdir?» Buyurdu: "Dünyanı öz vücudunun dəyəri hesab etməyən kəs.”("Tuhəful-üqul”, səh.285)
    Deməli, insan ruhunun kəramətinə diqqət yetirmək, onun dəyərli məqamını və vücudunun dəyərini anlamaq nəfsin çirkin xüsusiyyətlərdən, rəzil xislətlərdən və günahlardan təmizlənməsində bizə kömək edə bilər. Biz nəfsimizə xitab edərək deməliyik: «Sən qüds, elm, həyat, kamal, hüsn, rəhmət aləmindən gəlmisən. Sən Allahın yer üzərindəki xəlifəsisən. Sən insansan və əbədi axirət həyatı üçün, Allah dərgahına yaxınlaşmaq üçün yaradılmısan. Sən heyvandan çox-çox yüksəksən, sənin vücudunun dəyəri heyvani istəklərə tabe olmaqda deyil.» Bu halda insan nəfsinin paklaşdırılması və günahın tərk edilməsi çox asan olacaqdır.
    Həmçinin nəfsin paklaşdırılması üçün bu kimi xislətlərin ziddinə olan xislətləri gücləndirmək və onları pərvəriş etmək lazımdır ki, rəzil xüsusiyyətlər tədiricən aradan getsin. Onun yerinə tədricən yaxşı xüsusiyyətlər gəlib ikinci növ xüsusiyyətə çevrilsin. Məsələn, əgər hər hansı bir şəxsə qarşı həsəd ediriksə, ona nəsib olan nemət və xoşbəxtlikdən əziyyət çəkiriksə, ona qarşı nalayiq sözlər danışmaqla, əzab əziyyət verməklə, işlərində maneçilik törətməklə, təhqir etməklə və etinasızlıqla öz qəlbimizi razı salırıqsa çalışmalıyıq ki, onu tərifləyək, ona ehtiram göstərək, həmkarlıq edək və onun barəsində xeyirxah olaq. Əgər bizim rəftarımız həsədin tələblərinin əksinə olarsa yavaş-yavaş bu rəzil sifət aradan gedəcək və xeyirxahlıq xüsusiyyəti onun yerinə keçəcəkdir.
    Əgər paxıllıq kimi bir xəstəliyə düçar olmuşuqsa öz mal-dövlətimizi şəriətin icazə verdiyi və lazım olan hallarda xərcləməyi öz nəfsimizə adət etdirək ki, tədrici olaraq paxıllıq kimi rəzil sifətlər aradan getsin və ehsan etməyə adət edək.
    Əgər Allahın vacib etdiyi şəri vergiləri ödəməkdə paxıllıq ediriksə nəfsimizin qarşısında qətiyyətlə dayanmalı, onun vəsvəsələrinə qulaq asmamalı və mal-dövlətin vacib hüquqlarını ödəməliyik.
    Əgər mal-dövlətimizi öz həyat, məişət işlərində və ailəmizdə xərcləməkdən imtina ediriksə bu yollarda xərcləməyi nəfsimizə qəbul etdirək ki, tədricən bu adətə çevrilsin. Əgər paxıllıq nəticəsində xeyriyyə işlərində iştirak edə bilmiriksə mümkün olan hər bir yolla əməl məqamına gəlməli, mal-dövlətimizin bir miqdarını Allah yolunda xərcləyərək zəiflərə və köməksizlərə verməliyik ki, yavaş-yavaş nəfs bu məsələyə adət etsin. Əlbəttə, bu kimi işlər ilk əvvəldə müəyyən qədər çətin ola bilər, lakin müqavimət göstərdikdə asanlaşar.
    Ümumi halda nəfsin saflaşdırılmasında və çirkin, rəzil əxlaqlarla mübarizədə ilk növbədə iki iş görməliyik:
    1.Bu çirkin xüsusiyyətlərin və xislətlərin istəyinə müsbət cavab verməməliyik ki, nəticədə bunların kökləri qurusun.
    2.Onların ziddi olan gözəl sifətləri gücləndirməli, ona uyğun olaraq əməl etməyi öz nəfsimizə qəbul etdirməliyik ki, tədrici olaraq ona adət edək, bizim varlığımızda sabit bir xislət, səciyyə formasına düşsün, rəzil sifətlərin kökünü kəssin.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Öz nəfsini fəzilətli və yaxşı işlər görməyə məcbur et. Çünki rəzil sifətlər sənin zatının batinində qoyulmuşdur.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.130)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Öz nəfsini yaxşı işlər görməyə və cərimə yükünün ağırlığına adət etdir ki, nəfsin şərafətli olsun, axirətin abad edilsin və səni tərifləyənlər çoxalsın.”("Ğurərul-hikəm”, səh.492)
    O Həzrət (ə) yenə buyurur: "Nəfsani istəklər və şəhvətlər öldürücü xəstəlikdir, onların ən yaxşı müalicə yolu onların qarşısında dözüb müqavimət etməkdir.”("Ğurərul-hikəm”, səh.72)
    4.Pis dostlarla əlaqələrin kəsilməsi və onlarla gediş-gəlişin tərk edilməsi. İnsan başqalarından təsir qəbul edir. Bəzi xüsusiyyətlərin, ədəb qaydalarının və rəftarlarının çoxunu təmasda olduğu insanlardan əxz edir və həqiqətdə onlarla eyni xislətdə olur. Xüsusilə, insanın yaxın dostları və yoldaşları ona daha çox təsir göstərirlər. Əxlaqsız, yaramaz və pis xasiyyətli insanlarla dostluq insanı fəsada və bəd xasiyyətli olmağa, yaxşı, əməli saleh və gözəl əxlaqlı insanlarla dostluq isə insanı islaha, yaxşılıqlara tərəf çəkir. İnsanın fitri xüsusiyyətlərindən biri də özünü başqaları ilə eyniləşdirməkdir. Əgər onunla ünsiyyətdə olanlar pis xasiyyətli və günahkar olsalar, insan da pis əxlaqla, yaramaz işlərlə ünsiyyətdə olar. Onların pisliklərini nəinki hiss etməz, hətta çox hallarda bu işlər onun nəzərində gözəl cilvələnər. Bunun əksinə olaraq əgər insanın oturub-durduğu şəxslər gözəl əxlaqlı və saleh insanlar olarsa insanın özü də yaxşı əxlaqla, gözəl əməllə ünsiyyətdə olar, özünü həmin dostlarla eyniləşdirməyə meyl göstərər.
    Deməli, yaxşı dost Allah nemətlərindən biri, insanın tərəqqiyə, səadətə nail olması amilidir. Bunun əksinə olaraq pis dost insanın ən pis çətinliklərindən biri olub, onun bədbəxtlik və azğınlıq səbəbidir. Dost seçməyi kiçik və əhəmiyyətsiz bir iş hesab etmək olmaz. Bu, son dərəcə mühüm, müqəddəratı həll edən və həyati bir məsələdir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: "Müsəlman şəxs fasiq və günahkarla dostluq etməməlidir. Çünki günahkar dost pis işlərini yaxşı cilvələndirir və dostlarının da onun kimi olmasını istəyir. Pis dost nə dünya işlərində insana kömək edir, nə də axirət işlərində. Onunla gediş-gəliş edilməsi abırsızlığa səbəb olur.”("Kafi”, 2-ci cild, səh.640)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Müsəlmana layiq deyildir ki, fasiq, axmaq, yalançı insanlarla dostluq etsin.”("Kafi”, 2-ci cild, səh.640)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: "İnsan öz dostunun və ünsiyyətdə olduğu şəxsin dinində olar.”("Kafi”, 2-ci cild, səh.642)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Fasiq (günahkar) dostlardan ciddi şəkildə çəkinin, çünki şər şərə birləşər.”("Ğurərul-hikəm”, səh.147)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Şər adamlarla ünsiyyətdə olmaqdan, onlarla oturub-durmaqdan ciddi şəkildə çəkin, çünki pis dost od kimidir; hər kəs ona yaxınlaşsa yandırar.”("Ğurərul-hikəm”, səh.147)
    Yenə buyurur: "Pis dostla oturub-durmaqdan ciddi şəkildə uzaq ol! Çünki o, onunla ünsiyyətdə olanı həlak edər, abır-heysiyyətinə xələl gətirər.”("Ğurərul-hikəm”, səh.142)
    Deməli, öz nəfsini paklamaq istəyən bir şəxsin pis dostları və yoldaşları olarsa onlarla ünsiyyətdə olmağı, gediş-gəlişi dərhal tərk etməlidir. Çünki ləyaqətsiz şəxslərlə dostluğu qorumaqla eyni zamanda günahı tərk etmək çox çətindir. Pis dostlar insanın nəfsin saflaşdırılması ilə əlaqədar qərar və iradəsini süstləşdirir, onu günah işlərə, fəsada doğru rəğbətləndirir. Günaha mürtəkib olmaq bir adətdir. Onun tərk edilməsi də yalnız o vaxt mümkün ola bilər ki, insan ona adət edən sair kəslərlə oturub-durmasın.
    5.Sapma ehtimalı verilən hallardan uzaq olmaq. Nəfsin saflaşdırılması və günahın həmişəlik olaraq tərk edilməsi asan deyil. Əksinə, çətin işdir. İnsanın həmişə günaha düşmək ehtimalı vardır. Nəfsi-əmmarə təbii olaraq onu pisliklərə dəvət edir. Bədənin fərman verilmə mərkəzi olan qəlb daimi olaraq dəyişilməkdədir. O, xarici hadisələrdən təsirlənir, onların əsasında fərman verir ki, insan hansı şəraitdə qərar tapsın, nə görsün, nə etsin. Mənəviyyat məclis və mərkəzlərində, ibadət və ehsan yığıncaqlarında təbiidir ki, yaxşı işlərə meyl edir. Fisq-fücur, günah məclisləri və mərkəzlərində də təbii olaraq günaha doğru çəkilir. Mənəvi səhnələri müşahidə etməklə mə”nəviyyətə rəğbət tapır, şəhvət yaradan mənzərələri görməklə şəhvətə təhrik olunur. Eyş-işrət məclisində iştirak edərsə əyyaşlığa meyl göstərər, dua məclisində iştirak edərsə Allaha nəzər yetirər; dünya əhli ilə, mal-dövlət məftunları ilə oturub-dursa heyvani ləzzətlərə doğru meyl edəcək, Allahın saleh bəndələri ilə oturub-dursa yaxşılıqlara, islahata üz gətirəcəkdir.
    Deməli, nəfsini saflaşdırıb günahı tərk etmək məqsədində olan bir şəxs hökmən gözünü və qulağını şəhvət yaradan mənzərələrdən, fəsaddan, azğınçılıq və günahdan örtməli, belə məclislərdə iştirak etməməli, belə insanlarla oturub-durmamalıdır. Əks halda həmişə xətaya, günaha düçar olacaqdır. Məhz buna görə də islam dini insanı haram məclislərdə, o cümlədən qumar, şərab və s. yığıncaqlarında iştirak etməkdən çəkindirmiş, naməhrəmə baxmaq, məhrəm olmayan qadınla xəlvət yerdə olmaq, müsafihə (qadınla əl verib görüşmək), onunla deyib-gülmək və zarafat etmək kimi işləri qadağan etmişdir. Hicabın şəriət qanunu halına salınması səbəblərindən biri də qeyd olunan mətləbdir.
    İslam dini istəmişdir ki, günahın tərk olunması və nəfsin saflaşdırılması üçün münasib mühit yaransın. Əks halda nəfsi-əmmarənin nəzarət altına alınması qeyri-mümkün olacaqdır. Çünki fasid, pozğun və əxlaqsız mühit təbii olaraq insanı fəsada çəkir. Hətta, günah barədə fikirləşmək belə insanı günaha çəkə bilər. Buna görə də islam bizə buyurur ki, insan hətta öz beynində günahın fikrinə belə yol verməməlidir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Göz şəhvəti görsə qəlb axır-aqibəti düşünmək barədə kor olar.”("Ğurərul-hikəm”, səh.315)
    Yenə buyurur: "Günah barəsində fikirləşmək səni ona aludə olmağa təşviq edir.”("Ğurərul-hikəm”, səh.518)
    ÖZÜNÜ İSTƏMƏK BÜTÜN FƏSADLARİN MƏNŞƏYİDİR
    Əxlaq alimləri özünü istəmək sifətini ümmül-fəsad (fəsadların anası) və bütün rəzilətlərin, günahların mənşəyi hesab etmişlər. Nəfsin paklaşdırılmasında da onunla ciddi şəkildə mübarizə aparmaq lazımdır. Biz burada ilk növbədə özünü istəməyin mənasını deyir, sonra bu sifətin pis nəticələrini və onunla mübarizə yollarını bəyan edəcəyik.
    Bilməliyik ki, hər bir canlı varlıq özünün zatına, sifətlərinə, təsirlərinə, fel və kamallarına məhəbbət bəsləyir. Yəni, təbii olaraq özünü sevir. Deməli, özünü sevməyi külli şəkildə məzəmmət etmək olmaz və bu barədə əlavə izaha ehtiyac duyulur.
    Əvvəldə qeyd olundu ki, insanın iki vücud mərhələsi vardır; insani "öz” və heyvani "öz”. İlahi yönə malik olan insani "öz” mələkut aləmindən nazil olmuşdur ki, Allahın yer üzündəki xəlifəsi olsun. Bu yönün elm, həyat, qüdrət, rəhmət, ehsan, feyz, kamal və yaxşılıqla uyğunluğu vardır və təbii olaraq onları istəyir. Deməli, əgər özünü tanısa, özünün vücud dəyərini anlasa və onu əzizləsə bütün kamalların və yaxşılıqların mənşəyinə yaxınlaşacaq, onda fəzilətlər, əxlaqi gözəlliklər və yaxşılıqlar canlanacaqdır. Buna görə də bu növ özünü istəməyi məzəmmət etmək olmaz. Əksinə bu baxımdan yaxşı və bəyəniləndir. Çünki bu sifət həqiqətdə özünü sevmək deyil, Allahı istəməkdir. Bu, əvvəllər də qeyd olunmuşdu, gələcəkdə də onun barəsində bir az izah verəcəyik.
    İnsan vücudunun digər mərhələsi isə onun heyvani "öz”üdür. O, bu mərhələdə eynilə bir heyvandır. Bütün heyvani qərizələrə, meyllərə və istəklərə malikdir. İnsan bu dünyada yaşayıb həyatını davam etdirmək üçün öz heyvani ehtiyaclarını ağlasığan həddə təmin etməlidir. Bu cəhətdə heç bir qadağa və məzəmmət yoxdur. Lakin əsas və mühüm məsələ bədənə hakimiyyətin əqlin və mələkuti ruhun öhdəsinəmi, yoxsa nəfsi-əmmarənin və heyvani "öz”ün ixtiyarında olmasıdır.
    Əgər əql və insani "öz” insana hakim olarsa heyvani nəfs və onun istəklərini mötədil vəziyyətə salar, hər bir şeyi fəzilətlərin və insani gözəlliklərin dirçəldilməsi, Allah dərgahına yaxınlaşmaq vasitəsi edər. Belə olan halda Allaha mənsub edilən insani "öz” ilkinliyə, əsalətə malik olur. Əsas hədəf də fəzilətlərin, əxlaqi gözəlliklərin dirçəldilməsi, Allah dərgahına yaxınlaşıb kamala yetməkdən ibarət olur. Heyvani ehtiyacların təmin olunması isə ikinci dərəcəli yönə malik olur. Deməli, insanın özünü istəməsi, zatını əzizləyib sevməsi nəinki məzəmmət olunur, üstəlik bəyənilən və təriflənən bir xasiyyət hesab olunur.
    Amma əgər nəfsi-əmmarə və heyvani «öz» bədənə hakim olarsa, əqli və insani «öz»ü məğlub edərək işdən kənarlaşdırır, bədən meydanında yeganə və yenilməz qəhrəmana çevrilir. Belə olan halda insan tədrici olaraq Allahdan və insani kamallardan uzaqlaşaraq heyvaniyyətin qaranlıq vadilərinə doğru süqut edir. Həqiqi "öz”ünü, yəni insaniyyətini unudur. İkinci dərəcəli yön olan heyvaniyyəti onun yerində oturdur. Məhz buna görə də bütün pisliklərin mənşəyi və özünü istəmək mənasına olan bu xislət bəyənilməzdir və həmişə məzəmmət olunur.
    Özünü istəyən adam yalnız heyvani "öz”ünü istəyir. Onun bütün hərəkət, əməl, rəftar və danışıqlarında əsas hədəfi heyvani istəklərini və meyllərini təmin etməkdir. O, özünü əməli olaraq bir heyvan hesab edir və həyatda heyvani istəklərin təmin olunmasından başqa bir hədəfi güdmür. Alçaq heyvani hədəflərə nail olmaq üçün özünü azad hesab edir, hər bir yaramaz əmələ bəraət qazandıraraq görülməsinə icazə verir. Onun üçün yalnız bir şey müqəddəsdir - o da heyvani nəfsdir. Hər bir şeyi, hətta haqq-ədaləti belə özü üçün istəyir. Elə bir ədalət ki, onun öz xeyrinə və istəklərini təmin etmək istiqamətində olsun. Əgər onun zərərinə tamam olarsa belə, ədaləti istəməyib və onunla mübarizə aparmağa özünə haqq qazandırır. Hətta hökm və qanunları da öz ürəyi istədiyi kimi yozur, öz əməllərinə bəraət qazandırır. Yəni, ilkinliyi və əsaləti öz fikir və rə”ylərinə verir və din qayda-qanunlarını və hökmlərini onunla uyğunlaşdırır.
    Özünü istəyən adam fəzilətlərdən, əxlaqi gözəlliklərdən və həqiqi kamallardan məhrumdur. O, dünyanın aldadıcı, süst və puç işlərinə, o cümlədən şan-şöhrət, cah-cəlal, məqampərəstlik, vəzifəpərəstlik, hərislik, tamahkarlıq, təkəbbür, rəyasət, yeyib-yatmaq, cinsi ləzzətlərdən faydalanmaq, əylənib özünü şad etmək kimi işlərə qurşanır, Allahı yad etməkdən, nəfsini təkamülə çatdırıb pərvəriş verməkdən qafil olur.
    Özünü istəyən adam nəfsi-əmmarənin qarşısında müti olduğundan həyatında nəfsin istəklərini təmin etməkdən və onu mümkün qədər razı salmaqdan başqa bir hədəfi olmadığından heyvani hədəflərə nail olmaq yolunda heç bir çirkin əməli əsirgəmir, hər bir çirkin işə də bəraət qazandırır. O, özünün heyvani hədəfləri yolunda zülm etməkdən, yalan danışmaq, töhmət vurmaq, vədəsinə xilaf çıxmaq, yalandan bəzəmək, xəyanət və digər günahlardan imtina etmir. Deməli, özünü istəmək doğrudan da bütün fəsadların mənşəyidir; o, hər bir çirkin əməli başqa yerə yozub görülməsinə icazə verir. Hətta demək olar ki, hər bir günah həqiqətdə bir növ müxtəlif surətlərdə zahir olan özünü istəməkdir. Məsələn, zülm etmək, başqalarının hüququnu tapdalamaq özünü istəməkdən başqa bir şey deyildir. Həmçinin yalan danşmaq, qeybət etmək, yaramaz sözlər danışmaq, eyb axtarmaq, fəsad törətmək, intiqamçılıq eynilə özünü istəmək rəzil sifətidir ki, qeyd olunan surətlərdə cilvələnmişdir.
    Özünü istəməyin müxtəlif dərəcə və mərhələləri vardır. Onun ən yüksək mərhələsi özünəpərəstişdən ibarətdir. Əgər bu çirkin xislətlə mübarizə aparılmazsa tədricən bu xüsusiyyət şiddətlənib elə bir həddə çatır ki, nəfsi-əmmarəni məbud və itaəti vacib olan bir şey qərar verir, öz istəklərinə müti olub pərəstiş etmə həddinə çatdırır. Allah-təala belə şəxslər barəsində buyurur: "Məbudunu öz həvayi-nəfsi qərar verən şəxsi görmədinmi?”("Furqan” surəsi, ayə:43)
    Məgər ibadətin, şəxsin öz mə”budunun qarşısında zəlillik göstərməsi, heç bir qeyd-şərt olmadan onun fərmanlarına tabe olmasından başqa bir mənası vardırmı? Özünü istəyən adam da belədir, çünki o, öz nəfsinə itaət etməyi vacib hesab edir. Onun qarşısında zəlillik göstərir. Qeyd-şərt olmadan fərmanlarına itaət edir. Deməli, özünü istəyən şəxs həqiqi mənada müvəhhid ola bilməz.
    DÜNYAYA MƏFTUN OLMAQ BÜTÜN GÜNAHLARİN MƏNŞƏYİDİR
    Quran ayələrində və hədislərdə dünya barəsində çoxlu məzəmmətlər gözə dəyir. O, bihudəlik, qürur mənşəyi kimi təqdim olunur. Ona baş qoşmağın möminə yaraşan iş olmadığı, ondan ciddi şəkildə çəkinməyin lazım olduğu qeyd olunur.
    Quranda buyurulur: "Dünya həyatı aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.”("Ali-İmran” surəsi, ayə:185)
    Yenə buyurulur: "Dünya oyun-oyuncaqdan və həvəsbazlıqdan başqa bir şey deyildir. Axirət dünyası isə təqvalılar üçün daha yaxşıdır. Bu barədə dərindən düşünmürsünüzmü?” ("Ən”am” surəsi, ayə:32)
    Yenə buyurulur: "Bilin ki, dünya həyatı oyun-oyuncaqdan, həvəsbazlıqdan, bəzəkdən, fəxrdən, mal-dövlət və övladın çoxluğundan başqa bir şey deyildir. Onun məsəli vaxtlı-vaxtında yağan, onun ardınca yerdən bitki cücərən və əkinçini heyrətə gətirən yağışa bənzəyir. Sonra baxıb görərsən ki, saralıb (quruyub) çürüyüb. Bunun ardınca axirətdə çətin və şiddətli əzab olacaqdır.” (Hədid” surəsi, ayə:20)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dünya malından çəkinin. Çünki dünya şirin və gözəl nəzərə çarpır. O, şəhvət və həvəslərlə qarışıqdır. Özünü yaxın və ötəri şeylərlə sevdirir, azacıq işlərlə heyrətə salır. Arzu və yalanlarla özünü bəzəyir. Onun xoşluqları davamlı deyildir, müsibətlərindən və çətinliklərindən aman yoxdur. Çox aldadıcı və ziyanlıdır. Halbahal olub dəyişən, aradan gedən, fani və məhv olandır, (insanları) yeyən və həlak edəndir.”("Nəhcül-bəlağə”, 111-ci xütbə)
    Yenə buyurur: "Dünya arzular evidir. Onun əhli ondan köç etməlidirlər. Şirin və gözəl nəzərə çarpır. Sürətlə onu tələb edənlərə doğru gedir, məhəbbətini (ona) nəzər edənlərin qəlbinə salır.”("Nəhcül-bəlağə”, 45-ci xütbə)
    Bu kimi ayə və rəvayətlər dünyanı məzəmmət edərək, camaatı ondan çəkindirir. "Nəhcül-bəlağə”də dünya və ona məftun olanlar çox məzəmmət edilmiş, camaatdan dünyanı tərk edib axirət fikrində olmaları istənilmişdir. Orada insanlar iki dəstəyə bölünür; dünya əhli və axirət əhli. Onlardan hər birinin özünəməxsus proqramları vardır. Quranda buyurulur: "Hər kəs dünya mənfəətini istəsə (Biz) ona dünya mənfəətini, hər kəs axirət savabını istəsə ona da axirət savabını verərik.” ("Ali-İmran” surəsi, ayə:145)
    Yenə buyurulur: "Mal-dövlət və övladlar dünya həyatının zinətləridir. Lakin əbədi qalan saleh əməllər sənin Pərvərdigarının yanında həm savab, həm də ümid baxımından daha xeyirlidir.” ("Kəhf” surəsi, ayə:46)
    DÜNYA NƏDİR?
    Hər bir halda islam dünyanı məzəmmət olunmuş hesab edir və insanlardan zöhdü (dünyaya məftun olmamağı) istəyir. İndi dünyanın nə olması və ondan necə uzaq olunmasını araşdırmalıyıq.
    Görəsən məzəmmət olunan dünya elə bu dünyanın varlıqları olan yer, günəş, ulduzlar, heyvanlar, bitkilər, ağaclar, mədənlər və insanlardan ibarətdirmi? Bunun müqabilində axirət aləmi yəni, digər aləm nədir? Buna əsasən dünya həyatı yemək, içmək, işləmək, istirahət etmək, evlənmək və bu dünya həyatı ilə əlaqədar olan sair işləri görməkdən ibarətdir. İslam bunları məzəmmət etmişdirmi? Yoxsa yer, göy, heyvanlar, bitkilər pisdir və onlardan uzaq olmaq lazımdır? İslam dini ticarəti, ruzi qazanmağı, nəsil artırmağı və s. işləri məzəmmət edirmi? Şübhəsiz belə deyildir. Bunların hamısı Allahın yaratdığıdır və əgər pis olsaydılar yaradılmazdılar. Allah bunların hamısını Özünün gözəl nemətləri hesab edərək ondan istifadə etsin deyə insanın ixtiyarına qoymuşdur. Sərvət, mal-dövlət nəinki məzəmmət olunmur, hətta Quranda xeyirli bir şey kimi təqdim olunur: "Əgər meyyit xeyirli bir şeyi (mal-dövləti) tərk etmiş olsa valideynlərinə və yaxın qohum-əqrəbasına məxsusdur.”("Bəqərə” surəsi, ayə:180)
    Ticarətlə məşğul olub işləmək, halal ruzi qazanmaq nəinki məzəmmət olunmamışdır, əksinə, çoxlu rəvayətdə ibadətlərin ən yaxşısı kimi təqdim olunmuşdur.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İbadət yetmiş qismdir. Onun ən yaxşısı halal ruzi qazanmaqdır.”("Kafi”, 5-ci cild, səh.78)
    İmam Məhəmməd Baqir (ə) buyurur: "Hər kəs camaatdan ehtiyacsız olmaq üçün ruzi qazanmaq arxasınca gedərsə və ailəsinin ruzisini genişləndirib qonşularına ehsan edərsə, Allahla qiyamətdə görüşəndə onun surəti on dörd gecəlik ay kimi parıldayar.”(Kafi”, 5ci cild, səh.88)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Ailəsinin ruzisini əldə etmək üçün çalışan bir şəxs Allah yolunda cihad edən şəxs kimidir.”("Kafi”, 5-ci cild, səh.88)
    Rəvayətlərdə əkinçiliyə, ticarətə, hətta nikaha belə tövsiyə edilmişdir. Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və pak imamların (ə) da tutduğu yol belə olmuşdur. Onlar daim işləyirdilər. Zahidlərin sərvəri Əliyyibni Əbi Talib (ə) də ciddi işgüzarlıqla çalışır və daim fəaliyyətlə məşğul olurdu. Belə isə, görəsən məzəmmət olunan dünya hansıdır?
    Bəziləri demişlər ki, dünyanın özü deyil, ona məftun olmaq, məhəbbət bəsləmək bəyənilməzdir. Bəzi ayə və rəvayətlərdə də dünyaya məhəbbət məzəmmət olunmuşdur. Quranda buyurulur: "Nəfsani istəklərə – qadınlara, övladlara, qızıl-gümüş kisələrinə, cins atlara, heyvanlara, əkinə məhəbbət camaat üçün zinət verilmişdir. Bu, dünya həyatının həzzidir. Lakin Allah yanında yaxşı qayıdış yeri vardır.”("Ali İmran” surəsi, ayə:14)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Məbada dünyanı sevəsən! Çünki dünya məhəbbəti hər bir günahın kökü və hər bir bəlanın mənşəyidir.”("Ğurərul-hikəm”, səh.150)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Dünyaya məhəbbət bütün xətaların və günahların başıdır.”("Biharul-ənvar”, 3-cü cild, səh.7)
    Bu kimi ayə və hədislərdən məlum olur ki, dünyaya və dünyəvi işlərə bağlılıq məzəmmət olunmuşdur, bu işlərin özü yox.
    Burada belə bir sual irəli gəlir. Görəsən dünya işlərinə məhəbbət mütləq şəkildə məzəmmət olunur və insan qadına, övlada, evə, mal-dövlətə, yeyib-içməyə məhəbbət bəsləməməlidir? Bunu iddia etmək olarmı? Halbuki bu kimi işlərə məhəbbət insanların fitri və təbii işlərindəndir və Allah da insanı belə yaratmışdır. Məgər insan öz həyat yoldaşını, övladlarını sevməyə bilərmi? Məgər yeməliləri, geyməliləri, bu dünyanın sair gözəlliklərini sevməyə bilərmi? Əgər bu işlərə məhəbbət bəsləmək məzəmmət olunsaydı Allah insanı belə yaratmazdı. İnsan yaşamaq və diri qalmaq üçün bu kimi işlərə ehtiyac duyur və yaradılışında təbii olaraq onlara meyl göstərir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanlar dünyanın övladlarıdır və heç kəs anasına məhəbbət bəslədiyinə görə məzəmmət olunmaz.”("Nəhcül-bəlağə”, 33-cü qisar kəlməsi)
    Rəvayətlərdə tövsiyə olunur ki, övladlarınıza və həyat yoldaşınıza məhəbbət göstərin. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və məsum imamlar da (ə) qadınlarına və övladlarına məhəbbət izhar edir, bəzi yeməkləri daha çox sevirdilər. Deməli yer, göy, bitkilər, ağaclar, mədənlər, heyvanlar və sair Allah nemətləri məzəmmət olunmamışlar. Onlara və dünya həyatına məhəbbət bəsləmək pis deyildir. Bəzi rəvayətlərdə dünya təriflənmişdir.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) dünyanı məzəmmət edən bir şəxsin cavabında buyurdu: "Dünya, onu təsdiq edənlər üçün doğruçuluq və sədaqət evi, həqiqəti tapanlar üçün əmin-amanlıq evi, ondan (axirət üçün) ehtiyat götürənlər üçün zənginlik evi, ibrət alanlar üçün öyüd-nəsihət evidir. Dünya Allah dostlarının məscidi, mələklərin namaz qıldığı yer, vəhyin nazil olduğu məkan və Allah övliyalarının ticarət yeridir. Onlar dünyada Allahın fəzl və mərhəmətinə nail olmuş, behişti qazanmışlar.”(Nəhcül-bəlağə”, 330-cu qisar kəlməsi)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Dünya axirət üçün ən yaxşı kömək vasitəsidir.”("Biharul-ənvar”, 73-cü cild, səh.127)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Abır-heysiyyətini qorumaq, borclarını ödəmək və sileyi-rəhm etmək üçün halal mal kəsb etməyi xoşlamayan bir kəsdə xeyir və yaxşılıq yoxdur.”("Kafi”, 5-ci cild, səh.72)
    Belə isə, görəsən məzəmmət olunan dünya nədir ki, ona məhəbbət bəsləmək bütün günahların mənşəyi olsun?
    Ayə və rəvayətlərin məcmusundan belə başa düşülür ki, dünyada olan varlıqlar, dünya həyatı və dünyəvi işlərə sadəcə məhəbbət və bağlılıq deyil, dünyaya meyl etmək, ona məftun olmaq məzəmmət olunur. İslam insanlardan istəyir ki, dünyanı olduğu kimi tanısınlar və onun üçün artıq yox, elə həmin qədər dəyər versinlər. Özlərinin və dünyanın yaradılışındakı hədəfləri və məqsədləri tanısınlar, həmin yolda hərəkət etsinlər. Əgər belə olsalar axirət əhli, amma əgər əməl və rəftarları bu hədəfin əksinə olarsa dünya əhlidirlər.
    Category: Nəfsin saflaşdırılması | Views: 1077 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024