İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:22 PM
    Nəfsin saflaşdırılması
    DÜNYANİN HƏQİQƏT VƏ MAHİYYƏTİ
    Bu mətləbin izahında öncə islam nəzərindən dünyanın həqiqət və mahiyyətini bəyan edib sonra nəticə alacağıq.
    İslamın dünyaya iki cür etiqadı vardır. Biri yaşadığımız maddi dünya, digəri isə ölüb köçdüyümüz axirət dünyası. Ona axirət aləmi deyilir. Belə ki, insanın həyatı bu dünyada yaşadıqdan sonra ölməklə sona çatmır. Ölümdən sonra axirət aləmində davam edir. İslam dini bu dünyanı ötəri, fani və yol arasında olan ev, keçid, axirət aləmini isə əbədi bir dünya hesab edir.
    İnsan bu dünyaya bir qədər yaşayıb sonra ölüb məhv olmaq üçün gəlməmişdir ki, öz nəfsini elm və əməl vastəsilə pərvəriş edib təkmilləşdirməklə, axirət aləmində xoşhallıq və sevinclə əbədi yaşasın. Deməli, dünya axirət üçün əkin sahəsi, ticarət yeri, yol ehtiyatı hazırlamaq məntəqəsidir. Baxmayaraq ki, insan bu dünyada yaşamaq, Allahın onun üçün yaratdığı nemətlərdən istifadə etmək məcburiyyətindədir. Lakin, nemətlərdən bəhrələnmək hədəf deyil, sadəcə bir müqəddimədir. İnsan və dünyanın yaradılışında hədəf bu deyildir ki, bu dünyadakı həyatı yaxşı nizama salsın, firavanlıqda yaşasın, müxtəlif növ nemətlərdən və ləzzətlərdən mümkün qədər faydalansın. Əksinə o, daha ali və yüksək bir hədəf, yəni insaniyyətin şərəfli gövhərini pərvəriş etmək və Allah dərgahına yaxınlaşmaq üçün nəzərdə tutulubdur. Misal üçün aşağıdakı hədislərə diqqət yetirin:
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Dünya sizin daimi eviniz olmaq üçün yaradılmamışdır. Əksinə, bir keçiddir ki, saleh əməl vasitəsilə özünüzün əbədi mənziliniz üçün yol ehtiyatı tədarük görürsünüz. Belə isə dünyadan köç etmək üçün tələsin və ayrılıq üçün miniklərinizi hazırlayın.”("Nəhcül-bəlağə”, 1323-cü xütbə)
    Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) başqa yerdə buyurur: "Ey insanlar! Dünya ötəri bir saray, axirət isə əbədilik evidir. Axirət qərargahı üçün keçid məhəllindən ehtiyat götürün. Sirr pərdələrinizi sizin sirlərinizdən agah olan kəsin yanında cırmayın. Bədənlərinizi xaric etməmişdən qabaq qəlblərinizi dünyadan xaric edin. Dünyada imtahana, sınağa çəkiləcəksiniz və siz dünyadan başqa bir şey üçün yaradılmısınız. İnsan ölən zaman camaat "nə qoydu?”, mələklər isə "özü üçün əvvəlcədən nə göndərdi?” - deyərlər. Allah atanıza rəhmət eləsin, mal-dövlətinizin bir miqdarını öncədən göndərin (ehsan edin) ki, Allah yanında borc surətində qalsın. Qoymayın ki, onun vacibləri (xums, zəkat və sair) sizin boynunuzda qalmış olsun.”(Nəhcül-bəlağə”, 303)
    Yenə buyurur: "Agah olun! Arzu etdiyiniz və məhəbbət göstərdiyiniz, bəzən sizi qəzəbləndirən, bəzən isə sevindirən bu dünya nə sizin eviniz, nə onun üçün yaradıldığınız bir mənzil, nə də ona doğru çağırıldığınız yerdir. Bilin ki, nə dünya sizin üçün əbədi qalacaq, nə də siz dünyada əbədi qalacaqsınız. Baxmayaraq ki, dünya sizi aldadıcı gözəllikləri ilə aldadır, lakin şər və pisliklər ilə də sizi qorxudur. Onda mövcud olan həzər olunmalı şeylər vasitəsilə onun qürurlarından və onda mövcud olan qorxmalı şeylər vasitəsilə onun tamahlandırmasından çəkinin. Çağırıldığınız evə doğru yarışın və qəlblərinizi dünyadan ayırın.”(Nəhcül-bəlağə”, 173-cü xütbə)
    Gördüyünüz kimi, bu hədislərdə dünyanın həqiqəti və mahiyyəti fani olan ötəri yer deyə, bəyan olunur. O, yol arasında olan bir ev, keçid yeri, qürur, aldadılmaq və hiyləgərlik evidir. İnsan bura üçün deyil, axirət aləmi üçün yaradılmışdır. İnsan bu dünyaya gəlmişdir ki, elm və əməl ilə öz insaniyyətinə pərvəriş verib, axirət aləmi üçün yol ehtiyatı və tədarük görsün.
    AXİRƏT ƏHLİ
    İslam insanlardan istəyir ki, dünyanı elə olduğu kimi tanıyıb, əməl və rəftarlarını belə bir nəzərlə uyğunlaşdırsınlar. Dünyanı belə tanıyan şəxslər heç vaxt ona məftun olmaz, onun bər-bəzəklərinə aldanmaz. Bu dünyada yaşamaqlarına, onun qanuni ləzzət və nemətlərindən istifadə etmələrinə baxmayaraq onun əsiri və qulu olmazlar. Allahı və axirət aləmini heç vaxt unutmaz, saleh əməllə axirət aləmi üçün daim yol ehtiyatı toplamağa çalışarlar. Onlar bu dünyada yaşayırlar, lakin qəlblərinin gözü daha yüksəkliklərə nəzər salır. Hər anda, hər halda və hər bir əməldə Allahı və axirət aləmini nəzərə alıb, axirət dünyasının xeyrinə olaraq ondan bəhrələnirlər. Dünyanı axirət üçün bir yol, əkin sahəsi, ticarət yeri hesab edir, axirət aləmi üçün yol ehtiyatı hazırlamağa çalışırlar. Bu dünyanın hər bir şeyindən axirət faydaları üçün bəhrələnir, hətta öz əməlləri, yemək, içmək, evlənmək və sair kimi dünyəvi işlərdən də axirət aləmi üçün istifadə edirlər. Belə şəxslər dünya əhli deyil, axirət əhlidirlər.
    İbni Əbi Yəfur deyir: İmam Cəfər Sadiqə (ə) dedim: «Biz dünyanı sevirik.» Buyurdu: «Dünya mal-dövlətləri ilə nə edirsiniz?» Ərz etdim: «Onların vasitəsilə evlənirik, həccə gedirik, onu ailəmiz üçün xərcləyirik, din qardaşlarımıza kömək edirik və Allah yolunda sədəqə veririk.» Buyurdu: «Bu ki, dünya deyil axirətdir.»(Biharul-ənvar”, 73-cü cild, səh.106)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Ey Allah bəndələri, agah olun və bilin ki, pərhizkarlar həm bu dünyadan, həm də axirətdən fayda aparırlar. Deməli, dünya əhli ilə dünya nemətlərindən bəhrələnməkdə şərikdirlər, amma dünya əhli axirətdə bunlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, onun yeməlilərindən ən yaxşı şəkildə istifadə edirlər. Bunlar dünyadan zalımların, təkəbbürlülərin, xoş güzəran keçirənlərin faydalandığı kimi istifadə etmişlər. Sonra kamil ehtiyatla, ticarət yerindən bəhrələnməklə dünyadan axirətə köçmüşlər. Dünyanın zövq və ləzzətinə nail olmuş, yəqin şəkildə inanmışlar ki, axirətdə də Allahın mərhəməti sayəsində yaşayacaqlar. Belə ki, onların istəklərindən heç biri geri qaytarılmayacaq, onların ləzzət və xoşluqdan olan bəhrələri azalmayacaqdır.”("Nəhcül-bəlağə”, 27-ci kitab)
    Dünyada qazanc, sənətkarlıqla, ticarət və əkinçiliklə məşğul olmaq, ondakı ictimai məsuliyyətləri, məqam və mənsəbləri qəbul etməyin insanın axirət əhli və zahid olması ilə ziddiyyəti yoxdur. Əksinə, elə məhz bunlar axirət yolunda və Allahın razılığını qazanmaq üçün istifadə edilə bilər. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) işlərində və qazanclarında malik olduğu ciddiyyətlə belə, camaat arasında ən zahid bir adam idi. Camaata hakim olduğu dövrdə gecə ikən ibadət mehrabında ağlayaraq deyirdi: "Ey dünya, ey dünya! Məndən uzaq ol! Məni aldatmaq üçün özünü təqdim edib məhəbbət göstərirsənmi? Bu vaxt sənin vaxtın deyil. Heyhat! Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur. Mən sənə üç dəfə təlaq vermişəm ki, artıq qayıtmağın mümkün deyil. Sənin həyatın qısa, dəyərin az, ümidin əhəmiyyətsizdir. Ah, yol ehtiyatının azlığından, yolun uzaqlığından, səfərin uzaqlığından və mənzilin əzəmətindən!”(Kəlimati qisar”, 77)
    Digər bir yerdə buyurur: "Ey dünya, məndən uzaq ol! Sənin cilovunu öz boynuna atıb buraxmışam. Sənin caynaqlarından xilas olmuşam, sənin tələlərindən qaçmışam, sənin sapmalarına düşməkdən çəkinmişəm.”("Nəhcül-bəlağə”, 145-ci məktub)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) böyük bir ordu ilə müharibəyə gedərkən köhnə və dəyərsiz ayaqqabılarını İbni Abbasa göstərib deyirdi: "Allaha and olsun, mənim nəzərimdə bu köhnə ayaqqabı hökumət və rəislikdən daha sevimlidir. Rəyasətə ona görə razılıq vermişəm ki, haqqı bərqərar edəm, yaxud haqsızlıqların qarşısını alam.”("Nəhcül-bəlağə”, 33-cü xütbə)
    Allahın xalis bəndələri həmişə belə olmuş və hal-hazırda da belədirlər. Onlar elə bu dünyada yaşadıqları halda daha yüksək üfüqlərə nəzər edirlər. Onlar axirət əhlidirlər. Sair insanlar kimi qazanc və ticarətə, maddi fəaliyyətlərə ciddiyyət göstərir, hökumət, rəislik, sərkərdəlik, həyatın idarə olunması kimi işlərlə məşğul olurlar. Lakin hər bir işi Allahın razılığını qazanmaq və öz vəzifəsini yerinə yetirmək məqsədilə görürlər. Allah nemətlərindən qanuni və şəri həddə istifadə edir və eyni halda dünyaya "üç dəfə təlaq verib” onun mehr və məhəbbətini qəlblərindən çıxarırlar. Hakimiyyəti ələ almaq üçün müharibə edirlər, amma sadəcə rəhbərliyə çatmaq üçün deyil, haqq-ədalətin bərqərar olunması, müdafiə edilməsi naminə.
    DÜNYA ƏHLİ
    Amma dünyanı olduğu kimi tanımayan, dünyanın özünə və onun həyatına əsl hədəf kimi baxaraq dünyəvi işlərlə məşğul olanlar və bu dünyadan sonra hesab-kitaba və əbədi həyata inanmayanlar dünyanın mal-dövlətinə, arvad-uşaqlarına, cah-cəlalına, məqamına aşiq olmuş, dünya həyatından bərk-bərk yapışmış və ona şiddətlə ürək bağlamışlar; axirət həyatını və Allahı unutmuş, mənəvi dəyərlərə göz yummuşlar. Heyvani istəklərinin təmin olunması və dünya ləzzətlərindən son dərəcə bəhrələnməyi öz himmətlərinin əsası qərar vermişlər. Belə şəxslər hətta fəqir, əliboş və guşənişin olmalarına, yaxud hər növ ictimai məsuliyyətdən imtina etmələrinə baxmayaraq dünya əhli hesab olunur.
    Quranda buyurulur: "Onlar dünya həyatının zahirini görürlər, lakin axirətdən qafildirlər.” ("Rum” surəsi, ayə:7)
    Yenə buyurulur: "Onlar həmin kəslərdir ki, dünya həyatını axirət həyatı müqabilində satın almışlar.” (Bəqərə” surəsi, ayə:86)
    "Yoxsa siz dünya həyatına razılıq verdiniz? Halbuki, bu azacıq mənfəətdən başqa bir şey deyildir.”("Tövbə” surəsi, ayə:38)
    "Bizim görüşümüzə ümid bəsləməyən, dünya həyatına ürək bağlayıb onunla qəlblərini sevindirən və Bizim ayələrimizdən qafil olanların əbədi yeri bu dünyada kəsb etdikləri şeylərə görə cəhənnəm əzabıdır.”("Yunis” surəsi, ayə:8)
    İmam Cəfər Sadiq (ə) buyurur: "İnsanın Allah dərgahından ən çox uzaq olduğu hallar odur ki, qarınla övrətinin (cinsiyyət üzvünün) istəklərini təmin etməkdən başqa heç bir hədəfi olmasın.”("Biharul-ənvar”, 73-cü cild, səh.18)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Təqvanın dünyaya məftun olan qəlbdə yerləşməsi haramdır.”("Ğurərul-hikəm”, səh.383)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Dünyanı öz nəfsləriniz üçün müamilə qiyməti qərar verməyin və dünyanı Allahın yanında olanların əvəzində dəyişməyin. Həqiqətən bu çox pis ticarətdir.”("Nəhcül-bəlağə”, 32-ci xütbə)
    Dünya ona görə məzəmmət olunur ki, o qurur gətirir, aldadıcıdır, insanı axirətdən yayındırır, özünü gözəl və şirin cilvələndirərək insanı məftun edir, onu Allahdan yayındırır və axirət üçün yol azuqəsi hazırlamaqdan saxlayır. Dünya məzəmmət olunmuş və onun çirkinlikləri ifşa edilmişdir ki, insanlar ayıq olub onun hiylələrinə uymasınlar, gözlərini ona dikib onun əlində əsir olmasınlar. Məzəmmət olunan şey Allah nemətləri deyil, məhz dünyaya qəlbən bağlılıq, yaradılışın hədəfini unutmaq və axirətin əbədi həyatından qafil olmaqdır.
    DÜNYA ƏHLİ VƏ AXİRƏT ƏHLİ
    Deməli, dünyada axirət üçün işləyənlər axirət əhli, amma dünya üçün işləyənlər dünya əhlidirlər. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanlar dünyada (necə) əməl etdiklərinə görə iki dəstəyə bölünürlər. Biri onlardır ki, dünyada elə dünya üçün işləyirlər. Dünya onları özünə məftun edir və axirətdən saxlayır, öz ölümlərindən sonra övladlarının fəqir olmasından qorxurlar, amma gələcəkdəki (axirətdəki) fəqirliyindən əmin-amanlıq hissi keçirir, ömürlərini başqalarının mənafeyinin təmin olunması yolunda sərf edirlər. İkinci isə dünyada dünyadan sonrakı vaxt (qiyamət) üçün işləyənlərdir, onların ruziləri də zəhmətsiz olaraq onlara çatır. Yəni, dünya və axirət qismətlərinə çatır və hər iki aləmin maliki olurlar. Ona görə də onlar Allahın yanında abır-heysiyyətli və möhtərəm olacaq, Allahdan istədikləri hər bir şey müqabilində onlara müsbət cavab veriləcəkdir.”("Nəhcül-bəlağə”, 269-cu kəlmə)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) yenə buyurur: "Dünya qərar tutmaq evi deyil, keçid məkanıdır. Ondakı insanlar iki qrupdur: Biri öz nəfslərini dünyanın dəyərsiz əşyaları ilə müamilə edənlərdir ki, dünya onu zillətə, fəlakətə salar. Digəri isə öz insani nəfsini alıb azad edənlərdir.”("Nəhcül-bəlağə”, 133-cü qısa kəlmələr)
    Dünya əhli ilə axirət əhli arasında olan fərq onların varlı və kasıb olmalarında, dünya işləri ilə məşğul olub yoxsa işsiz olmalarında, ictimai məsuliyyətləri qəbul edib etməmələrində, camaat arasında yaşamalarında, yoxsa guşənişin olmalarında, ticarətlə məşğul olub, yoxsa elm, tədris, kitab yazmaq və moizə ilə məşğul olmalarında, dünya nemətlərindən istifadə edib etməmələrində, dünyəvi və məqamda olub olmamalarında deyildir. Onların əsaslı fərqləri dünyəvi işlərə, yoxsa axirət işlərinə meyl etməkdə, dünya həyatınamı, yoxsa axirət həyatına ürək bağlamalarında, dünyaya, yoxsa Allaha nəzər yetirməsində, heyvani istək və həvəsləri təmin edilməsini həyatın hədəfi hesab etməsində, yoxsa insani gözəl əxlaqları və fəzilətləri tərbiyə etməsindədir. Hər şey insanı özünə məşğul edib onu Allahdan və axirət aləmindəki səadətini təmin etməkdən yayındırsa, hətta elm, tədris, kitab yazmaq, imamət, vaizlik, çıxış olsa belə, dünya hesab olunur. Hətta dünyada guşənişinlik edib tərki-dünyalıqla, ibadətlə məşğul olmaq belə Allahdan başqası üçün olarsa dünya hesab olunur.
    Deməli, nə dünya əhli, nə də axirət əhli eyni səviyyədə deyillər. Dünya əhlinin bir qrupu kamil şəkildə dünyaya meyl edir, ümumiyyətlə, Allahdan və axirət aləmindən qafil qalırlar. Belə şəxsləri dünya qulları, dünyapərəstlər adlandırırlar. Onların müqabilində Allahın xalis bəndələridir ki, onların bütün diqqətləri Allaha və axirət aləminə yönəlir və Allahın tam razılığını qazanmaqdan başqa hədəfləri yoxdur. Bu iki qrup arasında qarşılıqlı olaraq çoxlu dərəcə və mərtəbələr vardır. Hər kəs dünyaya nə qədər meyl edirsə həmin miqdar da dünya əhli olur və Allah dərgahından uzaqlaşır. Bunun əksinə olaraq nə qədər Allahı yad edib axirətə diqqət yetirsə, həmin miqdarda dünyanı tərk edən zahid hesab olunacaqdır. Başqa sözlə, dünya əhli və axirət əhli olmaq iki nisbi məsələdir.
    TƏQVA – TƏZKİYƏNİN MÜHÜM AMİLİDİR
    İslam məktəbində təqva çox böyük imtiyaza malikdir. Möminlərin içərisində müttəqilər (təqvalılar) də imtiyazlı şəxslər hesab olunur. Quranda, hədis kitablarında, xüsusilə "Nəhcül-bəlağə” kitabında təqva kəlməsi və bu kökdən alınan sair kəlmələr çox təkrar olunmuşdur. Qurani-Kərim insanların dəyər və kəramətinin meyarını təqva hesab edərək buyurur: "Allah yanında sizin ən əziziniz və ən hörmətliniz ən təqvalı olanınızdır.”("Hucurat” surəsi, ayə:13)
    Təqva ən gözəl axirət ehtiyatı və səadətin ən böyük vasitəsi kimi təqdim olunur. Quranda buyurulur: "(Öz axirətiniz üçün) yol ehtiyatı tədarük görün, ehtiyatların ən yaxşısı təqvadır.”
    Yenə buyurulur: "Yaxşı əməl sahibləri və təqvalı olanlara çox böyük mükafat veriləcəkdir.”("Ali-İmran” surəsi, ayə:172)
    "Belə isə hər kəs təqvalı olub layiqli əməllər görsə onlar üçün heç bir qorxu və qəm-qüssə olmayacaqdır.”("Ə”raf” surəsi, ayə:35)
    "Pərvərdigarınızın məğfirətinə, bağışlamasına və behiştə doğru tələsin. Elə bir behişt ki, onun genişliyi asimanların və yerin genişliyi qədərdir və təqvalılar üçün nəzərdə tutulub.”("Ali-İmran” surəsi, ayə133)
    "Həqiqətən müttəqilər behiştdə və nemətlər arasında yaşayırlar, Pərvərdigarın əta etdiyi nemətlərdən xoşhaldırlar.”("Tur” surəsi, ayə:18)
    "Nəhcül-bəlağə”də və hədis kitablarında təqva əxlaqın başı, ən böyük səadət vasitəsi kimi təqdim olunmuşdur.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Təqva bütün əxlaqların başıdır.”("Nəhcül-bəlağə”, 41-ci qısa kəlam)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Bir xüsusiyyət hər kəsdə olsa dünya və axirət onun ixtiyarında olacaq, behiştə gedəcəkdir. Soruşdular: Ey Allahın Rəsulu, o hansı xüsusiyyətdir? Buyurdu: «Təqva. Hər kəs camaatın ən hörmətlisi (izzətlisi) olmaq istəyirsə təqvanı özünə adət etsin. (Sonra bu ayəni oxudu:) "Hər kəs təqvalı olsa Allah onun üçün (düşdüyü çətin vəziyyətlərdən) çıxış yolu qərar verəcək, ruzisini gümanı gəlmədiyi yerdən çatdıracaqdır.”»("Biharul-ənvar”, 70-ci cild, səh.285)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "(Amandır) heç vaxt təqvanı əldən vermə. Çünki o, bütün xeyirləri və yaxşılıqları əhatə edir. Təqvadan başqa bir xeyir yoxdur. Təqva vasitəsilə əldə olunan xeyirlər də ondan başqasında tapılmır. İstər dünya xeyri olsun, istərsə də axirət xeyri.”("Biharul-ənvar”, 70-ci cild, səh.285)
    İmam Səccad (ə) buyurur: «Hər əməlin şərafət və dəyəri təqva ilədir. Səadət və nicat yalnız müttəqilər nail olurlar. Mütəal Allah buyurur: "Həqiqətən səadət və qurtuluş müttəqilərə məxsusdur.”»("Biharul-ənvar”, 77-ci cild, səh.386)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Ey Allah bəndələri! Agah olun və bilin ki, müttəqilər axirət nemətlərindən bəhrələnəcəklər. Dünya nemətlərindən bəhrələnməkdə dünya əhli ilə şərikdirlər. Lakin dünya əhli axirətdə onlarla şərik deyillər. Dünyada ən yaxşı şəkildə yaşayır, ən yaxşı yeməklərdən istifadə edirlər. Müttəqilər dünyada müşriklərin və təkəbbürlülərin istifadə etdiyi həmin nemətlərdən istifadə edirlər, lakin dünyadan çoxlu fayda və yol ehtiyatı ilə köçəcəklər. Dünyada zöhd ləzzətindən faydalanır və bilirlər ki, qiyamətdə Allahın rəhməti sayəsində yaşayacaqlar. Onlar hər nə istəsələr Allah yerinə yetirəcək və onların ləzzətlərdən olan bəhrələri azalmayacaqdır.”("Nəhcül-bəlağə”, 27-ci kitab)
    Bəzi hədislərdə təqva nəfsin saflaşdırılması və paklanması üçün mühüm amil, nəfsani xəstəliklərə şəfa verən ən yaxşı dərman kimi təqdim olunur. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Həqiqən təqva sizin qəlblərinizə şəfa verən, qəlblərinizin korluğunu işıqlandıran, bədən xəstəliklərinizə şəfa verən, sinələrinizin fəsadını islah edən, nəfsin aludəliklərini paklayan, göz pərdələrini cilalayan, batini iztirablarınıza aramlıq verən, sizin qaranlıqlarınıza nuranilik verən bir şeydir.”("Nəhcül-bəlağə”, 198-ci xütbə)
    Category: Nəfsin saflaşdırılması | Views: 1022 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024