İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:18 PM
    Nəfsin saflaşdırılması
    İKİNCI HISSƏ
    TƏHLİYƏ, YAXUD NƏFSİN PƏRVƏRİŞ OLUNMASI VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
    TƏHLIYƏ, YAXUD NƏFSIN PƏRVƏRIŞ VERILIB TƏKMILLƏŞDIRILMƏSI
    Nəfsi aludəliklərdən pakladıqdan sonra onun təkmilləşdirilməsi və pərvəriş olunması mərhələsi gəlir. Bu əxlaq elmində «təhliyə» adlandırılır. Əqli elmlərdə isbat olunmuşdur ki, insanın nəfsi daim hərəkətdə, yeniləşməkdədir. Onun feliyyətləri qüvvə və istedadlarına qarışmışdır. Öz istedadlarını tədrici olaraq feliyyətə çevirir. Əvvəldə kamil olmur, tədrici olaraq özünü qurur, zat gövhərinə pərvəriş verir. Əgər düzgün yolda hərəkət edərsə tədriclə təkamülə çatır, kamilləşir, nəhayət, yekun kamal mərhələsinə nail olur. Əgər azğınlığa çəkilmiş olsa və azğınlıq yolunda addımlasa, tədrici olaraq insaniyyətin son kamalından uzaqlaşaraq heyvaniyyətin dəhşətli vadilərinə süqut edir.
    ALLAH DƏRGAHİNA YAXİNLİQ
    Qeyd etmək lazımdır ki, insanın mənəvi təkamülü və hərəkəti şərti və etibari hərəkət deyil, həqiqi hərəkətdir, arizi (sonradan əlavə olunan) deyil, zati bir hərəkətdir və bu hərəkət onun bədəni ilə deyil, mücərrəd ruhu ilə əlaqədardır. Bu hərəkətdə insan zatının gövhəri hərəkət edib dəyişilir. Deməli, insanın hərəkət yolu da etibari və məcazi deyil, həqiqi yoldur. Amma, hərəkət yolu onun daim dəyişilməkdə olan zatından ayrı deyildir. Əksinə, hərəkət edən şey öz zatının batinində hərəkət edir və hərəkət yolunu özü ilə yanaşı aparır.
    Belə bir sual yaranır: Bildiyimiz kimi hər bir hərəkətin son və yekun məqsədi vardır. İnsanın zati hərəkətinin axır məqsədi nədir? İnsanlar bu dünyada hansı məqsədə doğru hərəkət edirlər və onların axır-aqibətləri necə qurtaracaqdır?
    Ayə və rəvayətlərdən məlum olur ki, insanların hərəkəti üçün müqəddər olunan son hədəf Allah dərgahına yaxınlaşmaqdır. Lakin, bütün insanlar eyni bir yolda hərəkət etmədiklərindən hamısı Allah dərgahına yaxınlaşa bilmirlər. Quranda insanlar üç qismə bölünür:
    1.Əshabul-məymənəh (sağ tərəf sahibləri).
    2.Əshabul-məşəməh (sol tərəf sahibləri).
    3.Sabiqun (öndə olan).
    Sonuncu dəstə Allah dərgahına yaxın olanlar kimi vəsf edilir və buyurulur: "Siz insanlar üç dəstədən ibarətsiniz. Sağ tərəf sahibləri. Kimdir onlar?! Sol tərəf sahibləri. Kimdir onlar?! Və bir də öndə olanlar! Bunlar Allah dərgahına yaxın olanlardır və onlar Nəim cənnətlərində məskunlaşacaqlar.”("Vaqiə” surəsi, ayə 12)
    «Əshabul-məymənəh» yəni xoşbəxtlər, «əshabul-məşəməh» yəni bədbəxtlər. «Sabiqun» isə o kəslərdir ki, «sirati-mustəqim»i ötüb keçməkdə başqalarından qabağa keçmiş və Allah dərgahına yaxınlıq məqamına nail olmuşlar. Yuxarıdakı ayədən məlum olur ki, insanların təkamül yolunda hərəkətinin yekun məqsədi Allah dərgahına yaxınlaşmaqdır. Başqa bir ayədə isə buyurulur: "Amma əgər Allah dərgahına yaxın olanlardan olsa, (onu) qiyamətdə rəhmət, gözəl ruzi və Nəim cənnəti gözləyir! Əgər sağ tərəf sahiblərindəndirsə, sağ tərəf sahiblərindən sənə məxsus olan bir salam vardır. Əgər yalan sayanlardan, yoldan azanlardansa, onlara cəhənnəmin qaynar suları veriləcək və onların yerləri cəhənnəm olacaqdır.”("Vaqiə” surəsi, ayə 88-91)
    Başqa bir ayə də buyurulur: "Belə (kafirlərin güman etdikləri kimi) deyildir. Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlərin əməl dəftəri İlliyyundadır (ali dərəcələrdədir). Sən nə bilirsən ki, İlliyyun nədir! Elə bir kitabdır ki, Allah tərəfindən təsbit olunmuş bir kitabdır və Allah dərgahına müqərrəb olanlar o məqamı görə bilərlər.”("Mütəffifin” surəsi, ayə 21)
    Bu ayələrdən məlum olur ki, Allah dərgahına yaxınlıq məqamı insanların ruhi təkamülünün yekun kamal mərhələsi və məqsədidir. Allahın insaniyyətin düzgün yolunda hərəkət edən seçilmiş bəndələri həmin məqama nail olurlar. Deməli, «müqərrəblər» xoşbəxtliyə nail olanlardan ibarət olan seçilmiş bir qrupdur. Quranda buyurulur: "Məlaikələr: "Ey Məryəm, Allah sənə Öz tərəfindən olan bir kəlmə ilə (yəni İsa ibni Məryəmlə) müjdə verir ki, axirətdə Allah yanında heysiyyətli və müqərrəblərdən olar” - dedilər.”("Ali-İmran” surəsi, ayə 45)
    Deməli, iman, yəqin və saleh əməllərdə başqalarından qabağa keçən Allahın layiqli bəndələri qiyamətdə çox yüksək və ali məqamlarda olacaqlar. Bu məqam da "qürb məqamı” və bəzi ayələrin təbirincə "ində Məlikin muqtədir” adlandırılır. Şəhidlər də belə yüksək məqama malikdirlər. Quranda buyurulur: "Allah yolunda öldürülən şəxslərin ölü olduğunu güman etməyin. Əksinə, onlar diridirlər və Allahın yanında ruzidən bəhrələnirlər.”("Ali-İmran” surəsi, ayə 169)
    Bununla da məlum olur ki, insanın yekun kamalı Allah dərgahına yaxınlaşmaqdan ibarətdir.
    ALLAH DƏRGAHİNA YAXİN OLMAĞİN MƏNASİ
    İndi isə "Görəsən Allah dərgahına yaxın olmaq dedikdə məqsəd nədir?”, "İnsanın Allaha yaxın olmasını necə təsəvvür etmək olar?” suallarını araşdırmalıyıq. "Qürb” sözünün mənası "yaxınlıq” deməkdir. Bunun üç mənası var:
    1.Məkan baxımından yaxınlıq. Ərəb dilində məkan baxımından bir-birinə yaxın olan iki şeyə "bir-birinə qəribdir” - deyilir.
    2.Zaman baxımından yaxınlıq. Zaman baxımından da bir-birinə yaxın olan iki şeyə «bu iki şey bir-birinə qəribdir» - deyilir.
    Aydındır ki, bəndələrin Allaha yaxınlığı qeyd olunan bu iki növdən deyildir. Çünki Allaha nə zaman, nə də məkan aid olunmur ki, hər hansı bir şey zaman və ya məkan baxımından Ona yaxınlığa nisbət verilsin. Əksinə, Allahın Özü zamanın və məkanın xaliqidir və onlara tam əhatəlidir.
    3.Məcazi yaxınlıq. Bəzən, "filan şəxs filan şəxsə yaxındır” - deyirik və məqsədimiz də budur ki, bu şəxs onun sevdiyi və ehtirama layiq gördüyü adamdır, onun istəklərinə müsbət cavab verir. Bu kimi yaxınlıq həqiqi deyil, məcazi yaxınlıqdır.
    Görəsən, bəndənin Allaha yaxınlığı bu qismdən ola bilərmi? Əlbəttə, Allah Özünün layiqli bəndələrini sevir və onların istəklərini yerinə yetirir. Lakin bəndənin Allaha yaxın olmasını bu növdən də hesab etmək olmaz. Çünki əvvəldə də qeyd etdiyimiz və əqli elmlərdə də sübuta yetdiyi, ayə və hədislərdə də qeyd edildiyi kimi, insanın zati və «sirati-mustəqim»dəki hərəkəti məcazi deyil, həqiqi və gerçək işlərdəndir. Bu qədər ayə və rəvayətlərdə qeyd olunan "Allaha doğru qayıtmaq” məsələsi həqiqətə malikdir və heç vaxt etibari ola bilməz. Quranda buyurulur: "Ey arxayın nəfs! Öz Pərvərdigarına doğru qayıt. Sən Ondan razısan və O da səndən razıdır.”(Fəcr” surəsi, ayə 28)
    Yenə buyurulur: "Hər kəs saleh (yaxşı) bir iş görmüş olsa onun faydası özünə qayıdar və hər kəs çirkin işə mürtəkib olsa öz ziyanına əməl etmişdir. Sonra sizin hamınız Pərvədigarınıza tərəf qaytarılacaqsınız.”("Casiyə surəsi, ayə:15)
    Başqa ayədə buyurulur: "(Səbr edənlər) bir müsibət baş verən zaman "Biz Allaha məxsusuq və Ona doğru qaytarılacağıq” deyərlər.”("Bəqərə” surəsi, ayə:156)
    Bir sözlə, Allah dərgahına qayıtmaq, «sirati-mustəqim»də və Allah yolunda olub nəfsi kamala çatdırmaq məcazi deyil, həqiqi əməllərdəndir. İnsanın Allaha tərəf hərəkət etməsi agahlıq və ixtiyar üzündən olan bir hərəkətdir. Nəticəsi də ölümdən sonra aşkar olacaqdır. İnsan, varlığının əvvəlindən bu hərəkəti başlayır və öldüyü vaxta qədər davam etdirir. Deməli, Allaha yaxınlıq da həqiqi bir işdir, Allahın layiqli bəndələri doğrudan da Allaha yaxınlaşırlar. Günahkar və yaramaz iş sahibləri doğrudan da Allahdan uzaqlaşırlar. Allah dərgahına yaxınlaşmağın həqiqi mənasının nədən ibarət olduğunu araşdırmalıyıq.
    «Allaha yaxınlıq» yaxınlığın yuxarıda işlənən mənalarından deyil, tam başqa mənadadır. Onu kamal yaxınlığı, vücudi dərəcə hesab etmək olar. Bu məsələni anlamaq üçün əvvəlcə bir müqəddiməni qeyd edirik.
    İslam fəlsəfsi və Kəlam kitablarında isbat olunmuşdur ki, vücud və varlıq müxtəlif dərəcə və mərtəbələrə malik olan bir həqiqətdən ibarətdir. Vücud eynilə şiddətli və zəif mərhələləri olan bir nura oxşayır. Nurun ən zəif mərhələsi də (məsələn, bir voltluq lampanın işığı) işıqdır, nəhayət, sırf nurdan olan (nurdan başqa bir şeyin olmadığı) ən yüksək mərtəbəyə qədər davam edir. Yüksək və aşağı mərtəbələr arasında yerləşən müxtəlif mərhələlərdəki nurların hamısı nurdur. Fərqləri də zəif və şiddətli olmaqdadır. Vücud da bunun kimi müxtəlif mərhələlərə malikdir. Onların fərqləri də şiddətli və zəif olmalarına görədir. Vücudun ən aşağı mərhələsi təbiət və maddə, ən yüksək mərhələsi isə Allahın vücudi kamal baxımından sonsuz olan müqəddəs Zatıdır. Bu iki mərtəbə arasında müxtəlif dərəcələr vardır ki, onların da fərqləri şiddətli və ya zəif olmaları ilədir. Deməli, vücud nə qədər güclü, onun dərəcəsi nə qədər yüksək və kamil olarsa həmin qədər də Allahın sonsuz və müqəddəs zatına yaxın olacaqdır. Bunun əksinə olaraq vücud nə qədər zəif olarsa, Allahın vacibul-vücud Zatından bir o qədər uzaq olacaqdır.
    Bu müqəddiməyə diqqət yetirməklə bəndənin Allah dərgahına yaxın və ya uzaq olmasının mənasını təsəvvür etmək olar. İnsan ruh baxımından mücərrəd bir həqiqətdir. Fel və iş nəzərindən maddədən asılıdır. Buna görə də hərəkət edə bilir, kamilləşir, nəhayət öz vücudunun son mərhələsinə çatır. Hərəkətin əvvəlindən məqsədə çatdığı vaxta qədər bir şəxsdən, bir həqiqətdən başqa bir şey deyildir. Nə qədər çox kamal kəsb edərsə, vücud mərhələlərində təkamülə doğru nə qədər hərəkət edərsə həmin qədər də vücudun mənbəyinə, yəni Allahın sonsuz və müqəddəs zatına daha yaxın olar. İnsan iman və saleh əməllərlə öz vücudunu kamilləşdirərək ilahi qürb məqamına nail ola bilər. Varlığın mənşəyindən, kamal və camal mənbəyindən daha artıq nuraniyyət əldə edərək özü də daha da artıq təsir mənşəyi ola bilər.
    Bununla aydın olur ki, insanın hərəkəti sonsuz bir məqsədə doğru davam edir. Hər kəs öz səy və himməti qədər qürb məqamından birinə nail olur. Başqa sözlə desək, qürb məqamı bir nöqtə deyil, əksinə, müxtəlif dərəcələrə malik olan bir həqiqətdir. Qürb bir nisbi məsələdir. İnsan nə qədər artıq çalışıb səy etsə, daha yüksək məqamlara nail olaraq Allahın feyzlərindən bəhrələnər.
    İMAN NƏFSANİ KAMALLARİN ƏSASİDİR
    İman və mərifət nəfsani kamalların və Allah dərgahına seyr etməyin əsasıdır. Bu yolda addımlayan bir şəxs hərəkətdən öncə öz hərəkətinin məqsədini aydınlaşdırmalı və hara gedəcəyini, hansı yolla hərəkət etməli olduğunu bilməlidir. Əks halda məqsədə çatmayacaqdır. Allaha iman insanın hərəkətinə istiqamət verib onun məqsədini aydınlaşdırır. İmansız şəxslər də təkamülün düzgün yolunu keçməkdə acizdirlər. Quranda buyurulur: "Allaha və qiyamətə imanı olmayan şəxslər düzgün yoldan azacaqlar.”("Möminin” surəsi, ayə 74)
    "Xeyr, axirət aləminə iman gətirməyənlər, uzun-uzadı əzaba və azğınçılığa giriftar olarlar.” ("Səba” surəsi, ayə 8)
    Allaha və məada inanmayan kafir insan kamal aləmindən ayrılmış, birbaşa maddiyyata, heyvani istəklərin təmin olunmasına üz gətirmişlər. Buna görə də onun bu hərəkətinin məqsədi maddi aləmdən başqa bir şey olmayacaqdır. O, kamal yolunda olmadığından onun üçün Allaha yaxınlıq heç vaxt mümkün olmayacaqdır. Onun hərəkət istiqaməti yalnız dünya olduğu üçün insaniyyətin düzgün yolunun mərtəbələrindən uzaq olacaqdır. Əgər kafir şəxs xeyir bir iş görmüş olsa da bu, onun nəfsinin kamala çatmasına, Allah dərgahına yaxınlaşmasına səbəb olmaz, çünki bu işi Mütəal Allah üçün və təqərrüb niyyəti ilə görmür ki, onun üçün bir faydası olsun. Əksinə o, dünya üçün etmişdir və nəticəsini də elə bu dünyada alacaq, qiyamətdə onun heç bir təsiri olmayacaqdır. Allah Quranda buyurur: "Pərvərdigarlarına kafir olan şəxslərin əməllərinin məsəli çox şiddətli küləyi olan bir gündə küləyin qarşısında qərar tutaraq ətrafa səpələnən külə bənzəyir ki, kəsb etdiklərini qoruyub saxlamağa qüdrətləri olmaz. Zəlalət və nicat yolundan uzaq olmaq da məhz budur.” ("İbrahim” surəsi, ayə 18)
    İman əməllərin əsası, bünövrəsidir və onlara dəyər verir. Əgər möminin canı iman və tövhid kəlməsilə qarışsa nurani olar, Allah dərgahına tərəf seyr edər və saleh əməllər də ona kömək göstərər. Quranda buyurulur: "Hər kəs izzət istəyirsə (bilməlidir ki,) bütün izzətlər Allahın yanındadır. Pak söz (la ilahə illəllah) Allaha doğru yüksəlir və saleh əməl (isə) onu (daha da) yuxarı aparır.” ("Fatir” surəsi, ayə 10)
    Saleh əməl insanın canını və ruhunu yüksəkliyə aparıb Allahın qürb məqamına çatdırır, onun üçün pak və gözəl bir həyat hazırlayır. Lakin bu şərtlə ki, imanlı olsun. İmansız ruh qaranlıq və zülmətlidir, Allah dərgahına yaxınlaşmağa, pak həyatdan faydalanmağa ləyaqəti yoxdur. Quranda buyurulur: "Hər kəs mömin olan halda saleh bir iş görsə, istər qadın olsun, istərsə də kişi Biz onu pak-pakizə həyatla dirildərik.” (Nəhl” surəsi, ayə 97)
    Deməli, Allah dərgahına tərəf seyr etmək istəyən bir şəxs əvvəlcə iman qüvvəsini gücləndirmək üçün çalışmalıdır. Onun imanı nə qədər güclü və yüksək olarsa bir o qədər də kamalın yüksək mərhələlərinə çatacaqdır. Quranda buyurulur: "Allah sizlərdən imanlı olan şəxslərin dərəcəsini yuxarı aparır. Elmə malik olan şəxsləri yüksək dərəcələrə qaldırır. Allah gördüyünüz işlərdən agahdır.”("Mücadilə” surəsi, ayə 11)
    ALLAH DƏRGAHİNA YAXİNLAŞMAĞİN VƏ TƏKAMÜLÜN SƏBƏBLƏRİ
    Nəfsin təkmilləşdirilməsi və Allah dərgahına yaxınlaşmaq üçün bir neçə vasitədən istifadə etmək olar. Onların ən mühümləri aşağıdakılardır:
    1.Allahı yad etmək;
    2.Fəzilətlərin və əxlaqi normaların pərvəriş olunması;
    3.Saleh əməl;
    4.Cihad və şəhadət;
    5.Allah bəndələrinə yaxşılıq və onlara xidmət;
    6.Dua;
    7.Oruc tutmaq.
    Bu kitabda tədricən həmin məsələləri araşdırırıq.
    Category: Nəfsin saflaşdırılması | Views: 875 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024