İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:17 PM
    Nəfsin saflaşdırılması
    BİRİNCİ - ALLAHI YAD ETMƏK
    Allahı yad və Onu zikr etməyi insanın batini hərəkətinin və Pərvərdigari-aləmin dərgahına yaxınlaşmasının ilk yolu hesab etmək olar. Allaha tərəf gedən insan zikr vasitəsilə tədrici olaraq maddi aləmin fövqünə çıxır, səfa və nuraniyyət aləminə qədəm qoyur, daha da kamilləşir və nəhayət Allah dərgahına yaxın bir məqama nail olur. Allahı yad etmək ibadətlərin ruhu və onların şəriətdə qanun halına salınmasının əsas hədəfidir. Çünki hər bir ibadətin dəyəri bəndənin Allaha nə qədər diqqət yetirməsinə bağlıdır. Ayə və rəvayətlərdə Allahı zikr etmək barəsində çoxlu tövsiyələr edilmişdir. Quranda buyurulur: "Ey iman gətirənlər! Allahı çox-çox zikr edin.”(Əhzab” surəsi, ayə 9)
    "(Əql sahibləri) o kəslərdir ki, ayaq üstə də, oturanda da, yatan zaman da Allahı yad edir, asimanların və yerin yaradılışında fikirləşirlər (və deyirlər:) Pərvərdigara, bu əzəmətli dəstgahı əbəs yerə yaratmamısan. Sən pak və münəzzəhsən. Bizi cəhənnəm odunun əzabından saxla.”("Ali-İmran” surəsi, ayə 191)
    "Öz nəfsini təzkiyə edib Pərvərdigarını yad edən və namaz qılan şəxs, mütləq nicat tapacaq.” ("Ə”la” surəsi, ayə 15
     )
    Yenə buyurulur: "Sübh və axşam Rəbbini yad et.”("İnsan” surəsi, ayə 25)
    "Pərvərdigarını çox yad elə, gecə və sübh çağları Ona təsbih de.”("Ali-İmran” surəsi, 41) "Namazını qıldıqdan sonra ayaq üstə, oturan yerdə və uzanan zamanda Allahı yad edin.”("Nisa” surəsi, ayə 103)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs Allahı çox yad etsə, Allah onu behiştdə Öz lütf və mərhəmətinin sayəsində qərar verər.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. 118)
    O Həzrət (ə) öz səhabələrinə buyurdu: "Bacardığınız qədər gecə-gündüzün bütün saatlarında Allahı yad edin, çünki, Allah sizə, Onu çox zikr etməyi əmr etmişdir. Allah, Onu yad edən hər bir mömini yad edir. Bilin ki, hər bir mömin bəndə Allahı yad edirsə, Allah da onu yaxşılıqla yad edir.”(Vəsailuş-şiə”, 4-cü cild, səh. 118)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Mütəal Allah Həzrət Musaya buyurdu: «Gecə və gündüz ərzində Məni çox zikr et. Zikr deyən zaman xüşu halında, bəla nazil olanda səbirli, Məni yad edərkən xatircəm ol. Mənə ibadət et və Mənə heç bir şərik qoşma. Hamının qayıdacaq yeri Mənə doğrudur. Ey Musa! Məni öz ehtiyatın qərar ver, baqiyati-salihat (əbədi qalan saleh əməllər) xəzinələrini Mənim yanımda qoy.»(Vəsailuş-şiə”, 4-cü cild, səh. 118)
    İmam Cəfər Sadiq (ə) başqa hədisdə buyurur: "Allahı zikr etməkdən başqa hər bir şeyin həddi-hüdudu vardır, Allah vacibatlar müəyyən etmişdir. Hər kəs onları yerinə yetirsə, həddi elə o qədərdir. Ramazan ayının orucu da məhduddur. Həcc də məhduddur. Bu mərasimlər yerinə yetirilməklə sona çatır. Amma Allahı zikr etməyin həddi-hüdudu yoxdur və Mütəal Allah onun az miqdarı ilə kifayətlənməmişdir. (Sonra bu ayəni tilavət etdi:) "Ey iman gətirənlər, Allahı çox-çox zikr edin, gecə-gündüz, sübh-axşam Ona təsbih deyin.” Mütəal Allah bu ayədə zikr üçün müəyyən bir miqdar təyin etməmişdir. (Sonra buyurdu:) Atam (İmam Məhəmməd Baqir) çox zikr edən idi. Mən onunla yol gedəndə Allahı zikr edərdi. Onunla yemək yeyəndə Allahı zikr edər, hətta camaatla söhbət edən zaman belə Allahı zikr etməkdən qafil olmazdı. Görürdüm ki, dili ağzına yapışıb və "la ilahə illəllah” deyir. Sübh namazından sonra bizi bir yerə toplayıb gün çıxana qədər zikr deməyi göstəriş verirdi. (Nəhayət sözü bura çatır:) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Sizə əməllərin ən yaxşısının nə olduğunu xəbər verimmi ki, sizin dərəcənizi hər bir əməldən daha artıq yüksəltsin, Allahın yanında hər şeydən daha pak-pakizə və rəğbətli olsun, sizin üçün dinar və dirhəmdən daha yaxşı, hətta Allah yolunda cihad etməkdən belə fəzilətli olsun?!” Ərz etdilər: Ey Allahın Rəsulu, buyurun! Buyurdu: "Allahı çox zikr edin.” İmam (ə) sonra buyurdu: Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) yanına gəlib dedi: Məscid əhlinin ən yaxşısı kimdir? Buyurdu: «O kəsdir başqalarından daha artıq Allahı yad etsin.” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: «Hər kəsin zikr edən dili olsa ona dünya və axirət xeyri əta olunar.»(Vəsailuş-şiə”, 4-cü cild, səh. 118)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: "Quranı oxu və Allahı çox zikr et. Çünki, sənin (Allahı) zikr etməyin sənin asimanda yad olunmağına səbəb olar və yer üzündə sənin üçün nur olar.”("Biharul-ənvar”, 93-cü cild, səh.154)
    İmam Həsən (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: "Behişt bağlarına doğru (hərəkətdə) bir-birinizi ötün.” Səhabələrə ərz etdi: "Behişt bağları hansıdır?” Buyurdu: "Zikr dövrələri.”("Biharul-ənvar”, 93-cü cild, səh.156)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Qafillər arasında Allahı zikr edən bir şəxs fərarilər arasında olan mücahidə bənzəyir. Belə mücahid üçün behişt vacibdir.”("Biharul-ənvar”, 93-cü cild, səh.160)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səhabələrinə buyurdu: "Behişt bağlarından istifadə edin!” Ərz etdilər: Ey Allahın Rəsulu, behişt bağları hansılardır? Buyurdu: "Zikr məclisləri. Sübh və axşam Allaha zikr edin, hər kəs özünün Allah yanında olan məqam və mənzilətinin dəyərini bilmək istəyirsə Allahın onun nəzərində olan dərəcəsinə baxsın. Çünki Allah Öz bəndəsini o məqama çatdırar ki, bəndə Allahı həmin məqama seçmişdir. Bilin ki, Rəbbiniz yanında sizin ən yaxşı əməliniz və sizin dərəcə və məqamınızı hər şeydən daha yaxşı yüksəldən, üzərinə günəşin saçdığı şeylərdən daha yaxşı olan şey Allahı zikr etməkdir. Çünki Allah buyurmuşdur: "Mən, Məni yad edən şəxsin həmsöhbətiyəm.”(Biharul-ənvar”, 93-cü cild, səh.163)
    Nümunə olaraq qeyd olunan ayə və rəvayətlərdə zikrin dəyəri məlum olur. İndi isə zikr dedikdə məqsədin nə olduğunu araşdırırıq.
    ZİKR DEDİKDƏ MƏQSƏD NƏDİR?
    Allahı zikr etmək böyük bir ibadət, insanın özünü qurmasında, nəfsini təkmilləşdirməsində və onun Allah dərgahına doğru seyr etməsində ən yaxşı yoldur. İndi ayə və rəvayətlərdə qeyd olunan «zikr»in mənasının nə olduğunu aydınlaşdırmalıyıq. Görəsən, məqsəd "sübhanallah”, "əlhəmdu lillah” və "la ilahə illəllah” kimi tələffüz olunan zikrlərdirmi, yoxsa məqsəd başqa şeydir? Bu kimi sözlər batini diqqət olmadan belə bir mühüm təsirə malik ola bilərmi?
    Lüğətdə "zikr” tələffüzdə deyilən zikrlər mənasında gəlmişdir. Həm də qəlbən diqqət yetirməyə və hüzuri-qəlbə də aid edilir. Hədislərdə bu iki mənanın hər biri işlədilmişdir. Hədisdə qeyd olunur ki, Həzrət Musa (ə) münacat edərkən belə dedi: "Pərvərdigara, dili və qəlbi ilə Sənə ah-zar edən şəxsin mükafatı nədir?” Cavab gəldi: "Ey Musa! Onu qiyamətdə ərşin sayəsində və Öz pənahımda qərar verərəm.”("Biharul-ənvar”, 93-cü cild, səh.156)
    Gördüyünüz kimi bu hədisdə zikr həm dildə olan zikr, həm də qəlb vasitəsilə olan zikr mənasındadır. Çoxlu rəvayətlərdə də hər iki mənada gəlməsi qeyd olunur. Amma əksər hallarda qəlbən diqqət yetirmək və hüzuri-qəlb mənasına işlənib. Həqiqi və kamil zikr də bundan ibarətdir. Allahı zikr etməkdə məqsəd budur ki, Allahı ruhani bir məqamda görəsən, dünyanın batininə diqqət yetirsən, özünün hər bir hal və əməllərinə yalnız Allahı hazır və nəzarətçi görəsən. Allahı belə yad edən şəxs Onun göstərişlərinə əməl edər, vacibatı yerinə yetirər və haram işlərdən çəkinər. Buna görə də Allahı zikr etmək çox da asan deyildir. İmam Cəfər Sadiq (ə) buyurur: "Hər bir kəsin əlindən gəlməyən ən çətin üç əməl var: 1.İnsanlarla özün-özünlə olduğun kimi insafla davranmaq. Yəni, özün üçün bəyəndiyin şeyləri onlar üçün də bəyənəsən. 2.Var-dövlət yolunda möminlə bərabər olasan. (Yəni olduğunu onlarla paylaşasan). 3.Bütün vəziyyət və hallarda Allahı yad etməkdə məqsəd "sübhanallahi vəlhəmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbər” demək deyil. Bu mənadadır ki, vacib bir iş irəli gələrsə onu yerinə yetirəsən, haram iş qarşıya çıxdıqda onu tərk edəsən.”(Biharul-ənvar”, 93-cü cild, səh.151)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əmirəl-möminin Əliyyibni Əbitalibə (ə) buyurdu: "Üç şey mənim ümmətimin imkanı xəricindədir (yəni, onlara çox çətindir): 1.Mal-dövləti mömin qardaşlarla paylaşmaq (və onlarla bu sahədə bərabər olmaq). 2.Özün üçün istədiyini camaat üçün də istəyib, özün üçün bəyənmədiyini onlar üçün də bəyənməmək. 3.Hər vaxt və bütün hallarda Allahı zikr etmək. Zikr dedikdə məqsəd təkcə "sübhanəllah”, "vəlhəmdu lillah”, "la ilahə illəllah”, "əllahu əkbər” kəlmələri deyil. Əksinə, həqiqi zikr bundan ibarətdir ki, haram bir iş qarşıya gəldikdə Allahı yad edərək Ondan qorxub həmin işi tərk edəsən.”(Biharul-ənvar”, 93-cü cild, səh.151)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Subhan Allaha səhv və qəflət üzündən zikr demə və Onu unutma. Allaha kamil zikr de. Belə ki, qəlbinlə dilin bir-birilə uyğun olsun, batinin zahirinlə uyğun gəlsin. Allahı yalnız o halda həqiqi zikr edərsən ki, zikr halında özünü unudasan və işi yerinə yetirərkən özünü görməyəsən.”("Ğurərul-hikəm”, səh.817)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs Allahı doğrudan yad etsə Ona müti olacaqdır. Hər kəs Allahdan qafil olsa günaha mürtəkib olar. Allaha itaət etmək hidayət, günaha düşmək azğınlıq əlamətidir. Zikr itaətin, qəflət isə günahın mənşəyidir. Belə isə öz qəlbini qiblə qərar ver. Dilini yalnız qəlbinin göstərişləri, əqlinin müvafiqliyi və imanın razılığı ilə hərəkət etdir. Çünki Allah sənin zahir və batininə agahdır. O kəs kimi ol ki, ruhu qəbz olunma halındadır, yaxud əməllərin hesabını vermək üçün Allahın hüzurunda dayanmışdır. Öz nəfsini özün üçün mühüm olan ilahi təkliflər, yəni əmr və nəhylərin yerinə yetirilməsi, və”d və qorxutmalardan başqa şeylə məşğul etmə. Hüzn suyu ilə qəlbini yuyub pakla. Allah səni yad etdiyi üçün, sən də Onu yad et, çünki O səndən ehtiyacsız olduğu halda səni yad edir. Deməli, Allahın səni yad etməsi sənin Onu yad etməyindən daha dəyərli, ləzzətli, kamil və sabit olacaqdır. Sənin Allah zikri ilə tanış olmağın Onun müqabilində xüzulu, həyalı olmağına və bəndəlik etməyinə, nəticədə Onun sabiq fəzl və mərhəmətini müşahidə etməyinə səbəb olacaqdır. Bu zaman sənin itaətlərin çox olsa da belə, Allahın əta etdiyi nemətlər müqabilində kiçik və əhəmiyyətsiz olacaqdır. Belə isə əməllərini yalnız Allah üçün yerinə yetir. Əgər öz zikrini (böyük) hesab etsən riyakarlığa, xudbinliyə, cəhalətə, camaatla kobud xasiyyətli olmağa, ibadətləri böyük hesab etməyə, Allahın kərəm və mərhəmətindən qafil olmağa səbəb olar. Belə zikrin Allahdan uzaq olmaqdan başqa bir faydası olmaz, dövranın keçməsilə qəm-qüssədən və vəhşətdən başqa bir təsiri olmaz. Allahı zikr etmək iki cürdür: biri xalis zikrdir və qəlb onunla uyğundur. Digəri isə Allahdan başqasının yadını inkar edən zikrdir. Belə ki, Rəsuli Əkrəm (s.ə.v.v) buyurur: (Pərvərdigara,) Mən Səni layiqincə məhd edə bilmirəm, Sən elə Özünü təriflədiyin kimisən.” Deməli, hətta Allahın Rəsulu da öz zikri üçün heç bir dəyər görmür. Çünki bu mətləbə diqqət yetirmişdir ki, Allahın Öz bəndəsini zikr etməsi bəndənin Onu zikr etməsindən irəlidir. Rəsuli-Əkrəmdən (s.ə.v.v.) aşağı mərtəbədə olanlar isə öz zikrlərini əhəmiyyətsiz hesab etməyə daha layiqlidirlər. Allahı zikr etmək istəyən bir şəxs bilməlidir ki, Allah Öz bəndəsini yad etməyincə, ona müvəffəqiyyət və tövfiq verməyincə bəndə Onu zikr etməyə qadir olmaz.”(Biharul-ənvar”, 93-cü cild, səh.158)
    Gördüyünüz kimi, bu hədislərdə qəlbən diqqət yetirmək və batini hüzur zikrin nümunəsi kimi təqdim olunmuşdur. Özü də, onlar qəlbdən keçən xəyallar və təsirsiz zehni təsəvvürlər kimi deyil, əksinə elə batini və təsirli hüzurdur ki, Allahın əmr və nəhylərinə əməl etmək onun nişanələri kimi tanınmışdır. Lakin bu sözdən "la ilahə illəllah”, "subhanəllah”, "vəlhəmdu lillah” kimi tələffüz olunan zikrlərin zikrin həqiqi nümunələri olmaması təsəvvür olunmamalıdır. Əksinə, bu kəlmələrin özü də Allahı zikr (yad) etməyin müəyyən mərtəbələridir. Bundan əlavə, tələffüzdə olan bu zikrlərin mənşəyi qəlbdir. Dildə bu zikrləri deyən şəxs qəlbən də (az olsa belə) bu sözləri dediyinə diqqət yetirir ki, İslam nəzərindən bu kəlmələrin, zikrlərin dildə deyilməsi, oxunması belə, bəyəniləndir, onların savabı vardır, amma bu şərtlə ki, Allaha yaxınlaşmaq qəsdi ilə deyilmiş olsun. Belə ki, namazın zahiri də həmin hərəkət və kəlmələrdən ibarətdir ki, biz eynilə bunları yerinə yetirməyə vəzifəliyik. Amma buna baxmayaraq, yenə də, hüzuri-qəlb namazın məğzi, ruhudur.
    ZİKRİN MƏRTƏBƏLƏRİ
    Zikrin müxtəlif dərəcə və mərtəbələri vardır: onun ən ibtidai və ilkin mərhələsi dildə tələffüz edilən zikrdən başlayır, kamil şühud və fəna məqamına qədər davam edir. İlk mərhələdə zikr edən şəxs qəlbən Allaha diqqət yetirdiyinə görə məxsus zikrləri qürbət qəsdilə dildə təkrar edir, amma onların mənasına diqqət yetirmir. İkinci mərhələdə zikrləri qürbət qəsdilə deyir və həmin halda onların mənasını da zehnində canlandırır. Üçüncü mərhələdə isə dil qəlbə tabe olub zikr deyir; qəlb Allaha diqqət yetirdiyindən və zatının batinində zikrin məna və məfhumlarına iman bəslədiyindən qəlb dilə zikr etmək fərmanı verir. Dördüncü mərhələdə Allah yolunun yolçuları Pərvərdigari-aləm qarşısında tam batini ilə hüzuri-qəlbə malikdir, diqqəti kamil həddədir, hər bir halda Onu özünə hazır və nəzarətçi görür. Bu məqamda olan insanların da vəziyyəti bir-birindən fərqlənir. Onların kamili və daha kamili vardır. Nəzər-diqqətlərini Allahdan qeyrilərindən nə qədər kəssələr həmin miqdarda da Allahla ünsiyyət bağlayır, Ona məhəbbət göstərir və nəhayət kamil şühud və fəna məqamına çatırlar.
    Ən yüksək mərtəbə olan bu məqamda Allaha yaxınlaşmaqda olan bəndə dünyəvi hicabları parçalayıb məcazi və qeyri-həqiqi olan məhəbbətləri qəlbindən çıxarır, xeyirlərin və kamalların həqiqi mənbəyinə qovuşur. Hər bir şeyi – hətta öz nəfsini belə buraxıb Allaha müraciət edir. Ümidini Allahdan başqalarından üzüb yalnız Ona məhəbbət bəsləyir, Ondan başqa heç bir kamal görmür ki, ona ürək bağlasın, Ondan başqa heç bir munis tapmır ki, onunla ünsiyyət saxlasın. Allahın belə xalis bəndələri əzəmət, cəlal, kamal, xeyir və nur mədəninə yol tapmışlar. Onlar batin (bəsirət) gözləri ilə Allahın camalının nurunu müşahidə edir, hətta bir an belə dünyanın məcazi varlıqlarına diqqət yetirmir, onlara ürək bağlamırlar. Onlar kamal mənbəyinə çatdıqlarından məcazi və şərti olan kamallar onların nəzərində dəyərsiz olur. Allahla görüşə olan eşq-məhəbbətdə yanır, bu ləzzəti dünyaya dəyişmirlər. Gördükləri dünya varlıqlarının hamısını Allahın camal nurunun bir şüası, Onun kamil vücudundan bir nişanə hesab edirlər.
    Bir nəfər Əmirəl-möminin Əliyyibni Əbitalibdən (ə) soruşdu: "Allahı görmüsənmi?” Buyurdu: "Vay olsun sənə! Mən görmədiyim Allaha ibadət etmərəm.” Soruşdu: "Allahı necə görmüsən?” Buyurdu: "Vay olsun sənə! Allahı zahiri gözlərlə görmək olmaz, lakin Onu iman həqiqəti ilə müşahidə edərlər.”("Həqaiq”, səh.179)
    İmam Hüseyn (ə) "Ərəfə” duasında belə deyir: "Pərvərdigara, Sənin varlığını isbat etmək üçün özü Sənə ehtiyaclı olan bir şeyə necə istinad oluna bilər?! Sən nə vaxt gözlərdən qaib olmusan ki, (Səni isbat etmək üçün) dəlilə ehtiyac duyulsun?! Nə vaxt uzaq olmusan ki, əsərlər və əlamətlər Sənə çatmağa səbəb olsun?! Kor olsun o gözlər ki, Səni özünə nəzarətçi görməyir! Necə ziyankardır o bəndə ki, Öz məhəbbətindən ona heç bir pay verməmisən.”
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) "Şəbaniyyə münacatında deyir: "Pərvərdigara, Sənə doğru gələn yolu kamil surətdə qət etməyi mənə əta et (yəni, Sənə qovuşmağı). Bizim qəlb gözlərimizi Sənin camalını müşahidə etmək nuru ilə işıqlandır ki, qəlblərin bəsirət gözləri nur hicablarını yarsın, əzəmət mə”dəninə nail olsun və bizim ruhlarımız Sənin müqəddəs məqamına qovuşsun.”
    İmam Səccad (ə) Allahın belə xalis bəndələrinin münacatları barəsində buyurur: "Pərvərdigara, dillər Sənin cəlalına layiq olacaq həmd-səna və tərifi bəyan etməkdə qüsurlu, ağıllar Sənin camalının zatını dərk etməkdə və gözlər Sənin camal nurlarını görməkdə acizdir. Sən mərifət məqamına çatmaqda bəndələrin üçün acizlik izhar etməkdən başqa bir yol qoymamısan. Pərvərdigara, bizi o bəndələrindən qərar ver ki, Səninlə görüş şövqünün pöhrələrini onların qəlblərində əkmisən, Sənə eşq-məhəbbət yanğısı onların qəlblərinin hər yerini bürüyübdür. Onlar ali fikirlərə doğru hərəkət edir, qürb və şühud məqamının bağlarındakı (mə”nəvi) nemətlərdən bəhrələnirlər. Pərvərdigarının sözündə: Məhəbbət mənbəyinin lütf camlarından içir, səfa və məhəbbət arxlarına varid olurlar. Onların (batini) gözlərindən pərdələr götürülmüş, batini əqidələrindən şəklər və zülmətlər aradan qalxmış, qəlblərindən şəkk çirkabları aradan getmişdir. Mərifət vasitəsilə qəlbləri genişlənmişdir, zöhd müsabiqəsində himmətləri yüksəlmişdir, Allah ilə müamilədə ürəyə yatan içməliləri vardır, Allah ilə üns məclisində batinləri pak-pakizədir, qorxulu yerlərdə əmin-amanlıq yolundan faydalanırlar. Pərvərdigara tərəf qayıtmaqda (müraciət etməkdə) xatircəm nəfsə malikdirlər, səadət və qurtuluş yolunda yəqin mərhələsinə çatmışlar, öz məhbublarını müşahidə etməklə gözləri aydın olmuşdur, istədikləri şeyə nail olduqlarına görə batini aramlığa malikdirlər, dünyanı axirətlə müamilə etməkdə qazanc əldə ediblər.
    Pərvərdigara! Səni zikr etməklə ilham xatirələri qəlblərə necə də ləzzət verir! Qeyb yolunda təfəkkür etmək vasitəsilə Sənin dərgahına doğru seyr etmək nə qədər şirindir! Sənin məhəbbətinin dadı nə qədər ləzzətlidir! Sənin dərgahına yaxınlıq suyu içmək necə də ürəyə yatımlı və ləzzətlidir! Belə isə, bizi (Sənin dərgahından) uzaqlıqdan və qovulmaqdan qurtarıb pənah ver, bizi ariflərin ən məxsusundan, bəndələrin ən salehlərindən, itaət edənlərin ən sadiqlərindən, ibadət edənlərin ən xalislərindən qərar ver! Ey əzəmət və cəlal sahibi, ey kərim və ehsan sahibi olan Allah, Səni and verirəm rəhmət və nemətlərinə, ey rəhm edənlərin ən rəhimlisi!”("Biharul-ənvar”, 94-cü cild, səh.150æ "Münacatul-arifin”)
    Bir sözlə, dördüncü məqam çox yüksək bir mərhələdir və onun da özünə görə müəyyən məqam və dərəcələri vardır ki, Vacibul-vücudun Müqəddəs Zatına, sonsuz camal və kamala, yəni, sonsuzluğa qədər davam edir. Bu, Allaha arif olanların dilində zikr məqamı, üns məqamı, inqita (Allaha tərəf gedən yolu qət etmə) məqamı, məhəbbət məqamı, şövq məqamı, riza məqamı, xovf məqamı, şühud məqamı, eynul-yəqin məqamı, həqqul-yəqin məqamı və nəhayət fəna məqamı və bəqa-billah məqamı adlandırılır. Bu kimi ifadələr əksər hallarda ayə və hədislərdən əxz edilmiş və onların hər birinə ad qoyulmasının da müəyyən bir səbəbi vardır. Məsələn, irfan yolunu seyr edən bir şəxs Vacibul-vücud zatının sonsuz kamal, camal və əzəmətinə diqqət yetirdikdə, Onun məhəbbət, işraq və nuraniyyətini nəzərə aldıqda, özünün sonsuz qüsurlarına diqqət yetirdikdə, o yüksək məqama çatmaq üçün məsafənin çoxluğunu anladıqda onun üçün yandırıcı eşq (şövq) yaranır, buna görə də "şövq məqamı” adlandırılır. Özünün nail olduğu məqam, dərəcə və kamallara baxdığı zaman həmin şühudlarla ünsiyyətdə tutub sevindiyi üçün "üns məqamı” adlandırılır.
    Mütəal Allahın sonsuz kamal, camal və əzəmətinə diqqət yetirdiyinə, özünün isə sonsuz zəiflik, acizlik və qüsurlarını anladıqda qəlbi lərzəyə gəlir, kədərlənir, xovf və qorxu onun bütün vücudunu bürüyür, ağlayıb ah-nalə edir. Buna görə də həmin məqam "xovf məqamı” adlandırılır. Sair məqamalarda eynilə bu cürdür.
    Yaxşı olar ki, həvayi-nəfsin əlində əsir, maddiyyat zülmətlərində məhbus və mənəvi məqamlara çatmaqdan məhrum olan bəndə (müəllif təvazökarlıq edərək özünü belə adlandırır – red.) bu sonsuz və ənginliyi məlum olmayan dəryalara qədəm qoymasın, belə ali və yüksək məqamların şərh olunmasını öz əhlinə həvalə etsin. Çünki bir kəs Allahla üns, məhəbbət və görüşün ləzzətini dadmayınca onları şərh etməkdən aciz olar. "Uhibbussalihinə və ləstu minhum” (Zərbi-məsəl: Salehləri sevirəm, amma özüm onlardan deyiləm.) Pərvərdigara, Sənə zikr etməyin şirinliyini bizə dadızdır və bizi zikr əhlindən qərar ver!
    Yaxşı olar ki, bu sözləri öz əhlindən eşidək. Böyük filosof, rəbbani arif Sədrəddin Şirazi yazır: «Əgər ilahi rəhmət nurlarından biri bəndənin halına şamil olsa cəhalətdən və təbiət yuxusundan ayılar və bilər ki, hiss olunan aləmin fövqündə digər bir aləm, heyvani ləzzətlərdən yüksəkdə daha böyük ləzzətlər vardır. Bu zaman batil və dəyərsiz işlər görməkdən və günahlara mürtəkib olmaqdan tövbə edib Allah dərgahına qayıdar. Bu zaman Allahın ayələrində dərindən diqqət yetirməyə, ilahi movizələri dinləməyə, əziz Peyğəmbərin (s.ə.v.v) hədisləri üzərində düşünməyə və şəriətin tələbinə uyğun əməl etməyə başlayır, axirətin kamal mərhələlərinə çatmaq üçün dünyanın çirkin işlərindən, o cümlədən cah-cəlal, mal-dövlət və sair kimi şeylərdən əl çəkir. Əgər ilahi mərhəmətlər ona daha artıq şamil olarsa, ciddi şəkildə qərara alacaq ki, Allahdan başqa hər bir şeydən göz yumsun, yalnız Ona doğru hərəkət etsin, nəfs vətənindən, həva-həvəs məqamından çıxıb Allah dərgahına doğru seyr etsin. Bu halda mələkut nurlarından bir şüa onun üçün aşkar olar, qeyb aləmindən onun üzünə bir qapı açılar, tədricən qüds aləmindən başqa səhifələr bunun üçün görünməyə başlayar. Qeybi işləri misal qalibində müşahidə edər, qeybi işlərin müşahidə olunması ləzzətini daddıqdan sonra xəlvətə, guşənişinliyə, zikri davam etdirməyə meyle edər, qəlbi maddi işlərə məşğuliyyətlərdən təmizlənir və bütün varlığı ilə Allaha diqqət yetirər. Bu zaman lədünni elmlər (heç bir müəllimə ehtiyac olmadan Allah tərəfindən verilən elm) tədrici olaraq ona verilir və mənəvi nurlar vaxtaşırı onun üçün zahir olar. Nəhayət tam şəkildə gerçəkləşdikdən sonra haldan-hala düşmək, dəyişilmək (xisləti) onun daxilində məhv olub aradan gedir, qəlbinə aramlıq, xatircəmlik nazil olur. Bu zaman cəbərut aləminə varid olub, müfariqə (maddi aləmdən fərqli olan) əqlləri müşahidə edir, onların nurlarına qovuşub nurani olur. Bu halda Zati-Əhədiyyətin səltənət, əzəmət və kibriya nuru onun üçün aşkar olur, vücudu "həbaən mənsura” olur – pərakəndə vəziyyətə düşüb, sultani əhədiyyətin cəlal və əzəməti müqabilində süqut edir. Buna "tövhid məqamı” deyilir ki, Allahdan başqa hər bir şey belə şəxsin nəzərində həlak olub aradan gedir və "bu gün hökm kimə məxsusdur?! Qəhhar və Vahid olan Allaha” nidasını dinləyir.»("Məfatihul-qeyb”, səh.54)
    Rəbbani arif mərhum Kaşani yazır: «Allah məhəbbətinə nail olub onu qüvvətləndirmək və liqaullaha (Allaha qovuşmağa) yetişmək istedadını əldə etmək üçün mərifət əldə edib onu qüvvətləndirmək lazımdır. Mərifət əldə etməyin yolu da yalnız qəlbi dünyəvi işlərdən, maddi məhəbbətlərdən paklaşdırmaq, fikir, zikr və Allahdan başqasının məhəbbətini qəlbdən çıxarmaq vasitəsilə hər bir şeydən əl üzüb Allaha diqqət yetirməkdir. Çünki qəlb bir qaba bənzəyir. Əgər su ilə dolsa artıq onda sirkəyə yer yoxdur, sirkə doldurmaq üçün onu boşaltmaq lazımdır ki, sirkəni qəbul edə bilsin. Allah heç kəs üçün iki qəlb yaratmamışdır. Məhəbbət Allahı bütün qəlblə sevməklə kamil olur. Allahdan başqasına diqqət yetirdiyin qədər qəlbinin bir guşəsi Allahdan qeyrisinə məşğul olur. İnsan Allahdan başqasına məşğul olduğu miqdarda Ona məhəbbəti azalır. Amma onun Allahdan başqasına olan nəzəri Allahın işi, Onun yaratdığı, ilahi sifət və isimlərin təzahürü olduğuna görə olsa, o zaman bu, başqa məsələ.
    Allah-təala Quranda məhz həmin məsələyə işarə edərək buyurur: "Qulillahu summə zərhum – De: Allah! Sonra onlardan uzaqlaş.” Bu halət şövqün qələbəsi nəticəsində hasil olur. Belə ki, insan onun üçün aşkar olan şeylərin daha da aşkar olmasına, hələ hasil olmayan şeylərə doğru isə şövqlü olmağa çalışmalıdır. Çünki şövq həmişə o şeyə aid olur ki, müəyyən bir cəhətdən dərk olunsun, digər cəhətlərdən isə dərk olunmasın. Bu zaman daim iki iş arasında qərarlaşacaqdır ki, onların heç birinin axırı görünmür. Çünki hasil olmuş şeylər üçün aşkarlıq dərəcəsi və mərtəbələrin sonu yoxdur. Həmçinin yerdə qalanlar üçün də – Allahın cəmal və cəlalının da sahili yoxdur. Əksinə, vüsalın hasil olması ilə belə, yenə də ləzzət bəxş edən bir şövqü hiss edir ki, onda heç bir qəm-qüssəyə yol yoxdur. Deməli, şövq heç vaxt sükunətdə qalmır, xüsusilə ondan yuxarıda müşahidə etdiyi çoxlu dərəcələrdə. "Onların nurları qarşılarında o tərəfə bu tərəfə doğru hərəkət edir və "Pərvərdigara, bizim nurumuzu tamamla!” - deyirlər.”("Həqaiq”, səh.181)

    Category: Nəfsin saflaşdırılması | Views: 920 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024