İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » November » 3 » Nəfsin saflaşdırılması
    5:16 PM
    Nəfsin saflaşdırılması
    ZİKRİN VƏ MƏNƏVİ GÖRÜŞÜN ƏLAMƏTLƏRİ
    Əvvəldə deyildiyi kimi zikr, şühud və liqa batini bir məqam, həqiqi mənada mə”nəvi-ruhani bir təkamüldür. İnsan bu məqamda doğrudan da əvvəllər çatmadığı vücudi bir mərtəbəyə çatır. Əgər "şühud məqamı, onun gerçəkliyi və həqiqəti vardır”, həmçinin, "üns məqamı, riza məqamı, məhəbbət məqamı, şövq məqamı, vüsal məqamı, liqa məqamı məcazi məna deyildir, əksinə, həqiqəti vardır” deyilsə, deməli, qeyd olunan məqamların hər biri bir mərtəbə və həqiqi vücud dərəcəsidir və təbii olaraq, onunla yeni əsər və əlamətlərə malik olmalıdır ki, həmin kamalın varlığı onun əlamətlərinin mövcudluğu ilə tanınır.
    Burada onun təsirlərindən bir neçəsini qeyd edirik.
    1.Allaha itaət etməkdən ötrü öhdəçilik daşımaq.
    Əgər bir şəxs o məqama çatsa və öz zatının batinində Allahı müşahidə etsə, özünü onun hüzurunda görsə, şübhəsiz ki, onun əmr və göstərişlərinə itaət edəcək, əmr etdiyi şeyləri yerinə yetirəcək, qadağan etdiyi şeyləri tərk edəcəkdir. Bir kəs o məqama çatıb-çatmadığını bilmək istəsə, gərək Allahın əmr və nəhyləri qarşısında nə qədər məsuliyyət hissi keçirdiyinə nəzər salsın. Bu halda həmin məsuliyyət hissinə əsasən həmin məqama nə dərəcədə yiyələndiyini müəyyən edə bilər. Mümkündür ki, insan şühud və üns məqamına çatsın, lakin, Mütəal Allahın əmr və nəhyləri qarşısında kamil şəkildə öhdəçilik daşımasın. İmam Cəfər Sadiq (ə) zikr barəsində belə buyurur: "Zikr bu mənadadır ki, Allahın əmr etdiyi bir şeylə qarşılaşdığın zaman onu yerinə yetirəsən, qadağan etdiyi bir şeylə qarşılaşdığın zaman isə ondan çəkinəsən.”("Biharul-ənvar”, 93-cü cild, səh.255)
    İmam Hüseyn (ə) "Ərəfə” duasında belə deyir: "Ey o Allah ki, Səninlə ünsün şirinliyini Öz dostlarına dadızdırmısan. Onlar da öz növbəsində ibadət üçün Sənin müqabilində dayanır, Sənin qarşında müti olub Sənə sitayiş edirlər. Ey o kəs ki, heybət libasını Öz övliyalarına geyindirmisən ki, Sənin hüzurunda dayanıb istiğfar etsinlər.”
    Allah-təala Quranda belə buyurur: "Onlara de: Əgər doğrudan da Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi özünə dost bilib sevsin.”("Ali İmran” surəsi, ayə:31)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs doğrudan da Allaha zikr edən olsa, Ona müti olacaqdır. Hər kəs də ki, qafil olsa günahkar olacaqdır.”("Biharul-ənvar”, 93-cü cild, səh.158)
    2.Xüzu və bəndəlik.
    Bir kəs Allahın əzəmət və mərhəmətini müşahidə etsə, şübhəsiz, Onun müqabilində müti olub onda xüzu halı formalaşacaq, öz qüsur və zəifliyindən xəcalət çəkib başını aşağı dikəcəkdir. İmam Cəfər Sadiq (ə) buyurur: "Sənin Allahın hüzurunda olmağını dərk etməyin sənin xüzu halında olub həya və xəcalət hissi keçirməyinə səbəb olacaqdır.”("Biharul-ənvar”, 93-cü cild, səh.158)
    3.İbadətə eşq.
    Şühud məqamına çatmağın əlamətlərindən biri ibadətə şiddətlə məhəbbət göstərmək və ondan ləzzət almaqdır. Çünki bir kəs Allahın əzəmət və qüdrətini dərk edib, özünü Pərvərdigari-aləmin əzəmət və kamal mənbəyinin müqabilində görsə, o zaman münacat, üns və raz-niyazın ləzzətini hər şeydən artıq sevəcəkdir. Mənəvi ləzzətlərdən məhrum olan bir şəxs məcazi və ötəri ləzzətlərə – həqiqətdə qəm-qüssənin dəf edilməsindən ibarət olan ləzzətlərə ürək bağlayır. Amma Pərvərdigarla münacat və Ona ibadət etməyin həqiqi ləzzətini dadan bir şəxs özünün bu gözəl vəziyyətini heç bir (maddi) ləzzətlə dəyişməz. Belə xalis bəndələr Allaha Onun savablarına göz dikib, cəzalandırılmasından qorxduqlarına görə deyil, məhz Onun pərəstişə layiq olduğuna görə ibadət edirlər.
    Bu barədə Peyğəmbəri-Əkrəmin (s.ə.v.v), Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalibin (ə), imam Səccad (ə) və sair imamların (ə) ibadətlə əlaqədar keçirdikləri ruhi vəziyyətlər barədə müəyyən mətləbləri eşitmisiniz.
    4.Aramlıq və xatircəmlik.
    Dünya əzab-əziyyətə düşmək, qəm-qüssəyə düçar olmaq yeridir. Dünyanın çətinlikləri ümumiyyətlə üç qismə bölünür:
    1.Müxtəlif müsibətlər, o cümlədən insanın özünün, qohum-əqrəbasının xəstələnməsi, özünün və ona aid olan şəxslərin ölməsi, başqalarının ona zülm etməsi, haqqını tapdalaması, yaramaz sözlər danışıb maneçilik törətməsi və s.
    2.İnsanın bir daha əldə edə bilmədiyi dünyəvi işlərin əldən getməsi nəticəsində yaranan narahatçılıq və həsrət.
    3.İxtiyarında olan şeylərin əldən verilməsindən qorxmaq. Məsələn, mal-dövlətin oğurlanıb tələf edilməsindən, müəyyən hadisələr nəticəsində əziz övladını əldən verməsindən, xəstələnəcəyindən, özünün öləcəyindən və s.-dən qorxması kimi. Bu kimi işlər əksər hallarda insanın asayişini və aramlığını əlindən alır. Hamısının da mənşəyi dünyaya məhəbbət bağlayıb Allahın zikrindən qafil olmaqdır. Quranda buyurulur: "Hər kəs Bizim zikrimizdən üz döndərsə ona məişət və yaşayışı çətinləşər.”("Taha” surəsi, ayə:111)
    Amma bütün kamalların və xeyirlərin mənşəyinə çatan, sonsuz camal və kamalı müşahidə edən Allahın xalis bəndələri Onunla zikrdən və ünsiyyətdən sevinc hissi keçirir, heç bir qəm-qüssəyə düçar olmurlar. Allaha malik olduqlarından hər bir şeyləri vardır. Dünya və onun işlərinə ürək bağlamamışlar ki, onlar olmadıqda qəm-qüssədə, qorxuda olsunlar. Kamalların və xeyirlərin mənbəyinə ürək bağlamışlar ki, onda hər bir kamal vardır.
    İmam Hüseyn (ə) "Ərəfə” duasında deyir: "Pərvərdigara, Səndən başqa şeyləri Öz övliyalarının qəlblərindən çıxardan yalnız Sənsən. Onlar Səndən başqa heç kəsi sevmir, Səndən başqasına pənah aparmırlar. Qorxulu hadisələr (hər tərəfdən) hücum edən zaman Sən onların həmdəmisən. Onlar üçün hasil olan mərifət də yalnız Sənin hidayətin nəticəsindədir. Səni tapmayan şəxs nəyi tapacaqdır? Səni tapan şəxs nəyi itirmiş olacaqdır? Bundan da böyük ziyankarlıq ola bilərmi ki, bir şəxs Sənin əvəzinə başqasını (mə”bud) seçsin?! Necə də bədbəxtdir, o kəs ki, Sənin əvəzinə başqasına müraciət edib! İnsan Səndən başqasına necə ümid bağlaya bilər. Halbuki, Sənin yaxşılıqların ondan kəsilmir? Öz hacətlərini Səndən başqasından necə istəyə bilər, halbuki, Sən Öz ehsan adətini dəyişdirməmisən!”("Ərəfə” duası)
    Hər bir halda, üns məqamına çatmağın əlamətlərindən biri insanın qəlbən aramlığı, xatircəmliyidir. Ümumiyyətlə, Allahın zikrindən başqa heç bir şey həyatın təlatümlü bəlaları arasında insanın qəlbinə aramlıq bağışlaya bilməz. Allah-təala Quranda buyurur: "İman gətirənlər və qəlbləri Allahın zikri ilə aramlıq tapanlar... Agah olun ki, qəlblər yalnız Allahın zikri ilə aramlıq tapar.”("Rə”d” surəsi, ayə:27)
    İnsan nə qədər güclü imana malik olsa, bir o qədər də artıq xatircəm olacaqdır.
    5.Allahın bəndəyə diqqət yetirməsi.
    Bəndə Allahı yad etdiyi zaman Mütəal Allah da qarşılıqlı olaraq Öz bəndəsini diqqət mərkəzində saxlayır. Bu mətləb ayə və rəvayətlərdən aydın olur. Allah-təala Quranda buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim.”(Bəqərə” surəsi, ayə:152)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Mütəal Allah buyurur: «Ey Adəm övladı! Məni öz qəlbində yad et ki, (Mən də) səni yad edim. Ey Adəm övladı! Məni xəlvətdə yad et ki, Mən də səni xəlvətdə yad edim. Ey Adəm övladı! Məni cəmiyyət içində yad et ki, Mən də səni, sənin cəmiyyətindən də yaxşı olan bir cəmiyyətdə yad edim.» (İmam (ə) sonra əlavə etdi:) Hər hansı bəndə Allahı camaat arasında yad etsə, Allah da onu məlaikələrin arasında yad edər.”("Vəsailuş-şiə”, 4-cü cild, səh.118)
    Allahın bəndəyə olan lütf, mərhəmət və diqqəti şərti və etibari bir iş deyil. Onun gerçəkliyi vardır və onu aşağıdakı iki yoldan biri ilə izah etmək olar:
    1-Bəndə Allahı yad edir və bu yollarda Allahın rəhmətini qəbul etməyə hazır olur, Mütəal Allah da ona kamal əta edib dərəcəsini yüksəldir.
    2-Zikr edən bəndə Allahı yad və Onun dərgahına doğru hərəkət edən zaman Allahın lütf və mərhəmətinə layiq görülür. Bu da onu daha yüksək mərtəbələrə cəzb edir, qəlbinin idarə olunmasını öhdəsinə alır.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mütəal Allah buyurur: «Bəndəni Mənə diqqət yetirib Mənə məşğul olduğu halda gördükdə onu münacata, (Məndən) istəməyə məşğul edirəm. Bəzən ona qəflət baş vermək istədikdə onun (qəflətin) baş verməsinin qarşısını alıram. Bunlar da Mənim həqiqi övliyalarım, dostlarımdır. Bunlar həqiqi şücaətlilərdir. Əgər yer əhlini həlak etmək istəsəm, məhz onların bərəkətinə əzabı yer üzünün əhalisindən dəf edirəm.»”("Biharul-ənvar”, 93-cü cild, səh.162)
    Allahın Onu zikr edən bəndəsinə diqqət yetirməsi zahiri bir iş deyildir. Əksinə, bunun həqiqəti vardır və yuxarıda qeyd olunan iki məsələ ilə izah olunur ki, əlbəttə, hər ikisinin də mövcud olması mümkündür.
    6.Allahın bəndəyə məhəbbəti.
    Zikrin əlamət və nəticələrindən biri Allahın (zikr edən) bəndəsini sevməsidir. Quran ayələrindən və hədislərdən məlum olur ki, bəndə Allahı yad edərkən, Onun və Peyğəmbərinin göstərişlərinə itaət edərkən Mütəal Allah da qarşılıqlı olaraq onu sevir. Quranda buyurulur: "Camaata de, əgər doğrudan da Allahı sevirsinizsə mənə itaət edin, Allah da sizi sevsin.”("Ali İmran” surəsi, ayə:31)
    İmam Cəfər Sadiq (ə) Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu nəql edir: "Hər kəs Allahı çox zikr etsə Allah tərəfindən məhəbbətə layiq görülər. Hər kəs də Allahı çox yad etsə onun əməl dəftərində belə yazılar: «Bu bəndə Cəhənnəm və nifaqdan azaddır.”("Vəsailuş-şiə”, 4-cü cild, səh.1181)
    Allahın Öz bəndəsinə məhəbbət bəsləməsi nə etibari və nə şərti bir iş, nə də ki, insanın insana məhəbbət bəsləməsi kimi deyildir. İnsanın insana məhəbbəti qəlbi vurğunluq, bağlılıqdan ibarətdir və ona ehtiyacdan irəli gəlir. Lakin Allahın məhəbbət bəsləməsini bu cür mənalandırmaq düzgün deyildir.
    Allahın bir bəndəni sevməsini belə izah etmək olar: O Öz bəndəsinə daha artıq lütf və mərhəmət göstərir, ibadət, diqqət və ixlas üçün müvəffəqiyyət verir, bununla da onu yüksək dərəcələrə, kamala doğru aparır. Bəndəsini çox istədiyinə, onun raz-niyaz səsini eşitmək istədiyinə görə onu namaz, zikr və münacata sövq edir. Onun Öz dərgahına yaxınlaşmasını istədiyi üçün onun üçün kamala yetmə vasitələri hazırlayır. Bir sözlə, Allah bəndəni sevdiyi üçün onun qəlbinin idarə olunmasını öz ixtiyarına keçirir. Onu qürb məqamına doğru daha yaxşı və daha sürətlə hərəkət etməkdən ötrü müyəssər edir.
    7.Daha mühüm nəticələr.
    Bu məqam sahibinə getdikcə elə yüksək və ali nəticələr, gözəl faydalar əta olunur ki, qələm onu yazmaqda, dil bəyan etməkdə acizdir və belə bir məqama çatanlardan başqa heç kim bunun həqiqi mənasını dərk edə bilməz.
    Allah dərgahına seyr edənlər nəfsi aludəliklərdən təmizləməklə, batini saflaşma, Allaha ibadət, riyazət, təfəkkür və davamlı zikrlə elə bir məqama çatırlar ki, batini qulaq və göz vasitəsilə elə həqiqətləri müşahidə edib eşidirlər ki, onların zahiri göz və qulaqla eşidilməsi əsla mümkün deyildir. Onlar bəzən bütün varlıqların, hətta mələklərin belə, təsbih və təqdis səslərini eşidir, onlarla birlikdə təsbih deyirlər. Bu dünyada yaşadıqlarına, elə bu insanlarla qaynayıb-qarışdıqlarına baxmayaraq, batinlərində ən yüksək üfüqlərə nəzər salır, digər bir aləmdə yaşayırlar və sanki, ümumiyyətlə, bu dünyada deyillər. Onlar digər dünyada behişt və cəhənnəmi müşahidə edir, mələklərlə, saleh insanların ruhları ilə əlaqə yaradırlar. Tam başqa bir dünya ilə ünsiyyət yaradır, tamamilə başqa nemətlərdən faydalanırlar, lakin əksər hallarda bu barədə heç bir söz demirlər. Çünki, belə şəxslər əsl mətləbi gizlədir və camaat arasında məşhurlaşmaqdan ciddi şəkildə imtina edirlər.
    Elm və ilahi mərifət arifin qəlbinə varid olur, o, adi elmlərdən olmayan kəşf və şühudlara malikdir. Allaha tərəf gedən yol elə bir məqama çatır ki, bütün əşyalardan, hətta, öz nəfsindən belə qafil olur. Allahın Özündən, adlarından və sifətlərindən başqa bir şeyə diqqət yetirmir. Vacibul-vücudun zatını hər bir yerdə hazır və nəzarətçi görür. O, buyurur: "Huvəl-əvvəlu vəl-axiru vəz-zahiru vəl-batin.” Əvvəl də, axır da, zahir də, batin də yalnız Odur. Arif bu dünyanı Allahın sifətlərinin, hər bir camal və kamal sifətlərinin təzahür yeri görür, sair varlıqların fəqir, Vacibul-vücudun isə mütləq şəkildə zəngin və ehtiyacsız olmasını əyani olaraq müşahidə edir. O, Vacibul-vucudun heç bir qeyd-şərt olmadığı, məhdudlanmadığı kamal və camalını müşahidə etməklə Onun nuruna qərq olur.
    Qeyd olunmalıdır ki, fəna məqamının özü də müxtəlif dərəcə və məqamlara malikdir ki, bu bəndə (yəni, müəllif) onlara daxil olmaqdan məhrumdur.
    ALLAHA YAXINLAŞMAĞA NAİL OLMAĞİN YOLLARİ
    İmanın təkmilləşdirilməsi, zikr, liqa və şühud məqamına çatmaq üçün aşağıdakı yollardan istifadə etmək olar:
    1.Təfəkkür və qəti dəlillər. Allahın varlığını və tövhidi isbat etmək üçün gətirilən dəlil və sübutlar bu yolda təsirli ola bilər. Hikmət, kəlam və irfan kitablarında qeyd olunan dəlillərlə isbat olunur ki, bütün dünya varlıqları sırf ehtiyaclıdırlar. Hətta, ehtiyacın özüdür. Onlar vücuda gəlməkdə və həyatlarını davam etdirməkdə, bütün əməl və rəftarlarında hər şeydən ehtiyacsız olan bir varlığa ehtiyac duyurlar. Özləri də ki, sırf şəkildə əlaqənin özündən - vücudi-rəbtdən ibarətdir. Hamısı məhdud və möhtacdır. Onlar zatən qəni və ehtiyacsız olan, heç bir cəhətdən məhdudlanmayan, mütləq kamala sahib olan bir vücud sayəsində yaşayırlar. Vacibul-vücud bir zatdır ki, onda bir nöqsan, məhdudiyyət, ehtiyacın olmağı mümkün deyildir. Bütün kamal sifətlərinə malikdir. Onun müqəddəs zatında elm, qüdrət, həyat və s. kimi kamalların heç bir həddi-hüdudu yoxdur. Hər bir yerdə hazır və nəzarətçidir. Heç bir şey Ondan pünhan və gizli deyildir. Bütün varlıqlara yaxındır. İnsana, hətta, onun damarından belə yaxındır. Ayə və rəvayətlərdə Allah belə vəsf edilir:
    Quranda buyurulur: "Şərq də, qərb də Allaha məxsusdur, hər tərəfə üz çevirsəniz, Allah elə oradadır.”("Bəqərə” surəsi, ayə:115)
    Yenə buyurulur: "Siz harada olsanız Allah sizinlədir. O, sizin etdiklərinizi bilir və görür.”("Hədid” surəsi, ayə:4)
    "Biz insana onun şah damarından da yaxınıq.”("Qaf” surəsi, ayə:16)
    "Allah hər bir şeyi görür və hər yerdə hazırdır.”("Həcc” surəsi, ayə:17)
    İlahi mərifət barəsində olan əqli dəlillər haqda dərindən təfəkkür etmək insanı küfr zülmətlərindən çıxararaq iman sərhəddinə tərəf çəkir, təkamül yolunu onun üzünə açır və imanın tələbi olan əmələ doğru dəvət edir.
    2.Allahın ayələrində təfəkkür etmək. Qurani-Kərim bu dünya varlıqlarının hər birini dünyanı yaradanın vücuduna dair bir ayə və nişanə hesab edir. Çoxlu ayələrdə təkid olunur ki, Allahın ayələrində təfəkkür edib dərindən fikirləşin ki, dünyada mövcud olan bütün gözəlliklər, qəribəliklər, nizam-intizam və ona hakim olan uyğunluqdan elm, qüdrət və hikmət sahibi olan Pərvərdigarı dərk edəsiniz. İnsanlardan istənilmişdir ki, öz varlığında, eləcə də başdan-ayağa sirlər xəzinəsi olan ruhun və bədənin mürəkkəb quruluşunda dərindən fikirləşsinlər, dillərin, rənglərin, zahiri formaların müxtəlif olmasında, cütlərin varlığı barəsində dərindən düşünsünlər. Həmçinin, onlardan istənilmişdir ki, günəşin və ulduzların yaradılışında, onların gözəl və nizamlı hərəkətində, eləcə də yer, dağlar, təpələr, ağaclar, bitkilər, suda və quruda yaşayan müxtəlif canılalar barəsində təfəkkür etsinlər. Quranda bunların çoxuna işarələr edilmişdir.
    Doğrudan da, başdan-ayağa gözəlliklərlə, qəribəliklərlə dolu olan dünyada hər bir varlıqda yüzlərlə sirlər, qəribəliklər, incəliklər gizlənmişdir; Günəş sistemi, ulduzlar, kəhkəşanlar, buludlardan tutmuş atom kimi heyrətləndirici bir aləm, yer, dağlar, təpələr, mədənlərdən tutmuş okeanlara, dəryalara, göllər və çaylara qədər, böyük meşələrdən tutmuş müxtəlif bitkilərə, kiçikli-böyüklü ağaclara qədər, böyük heyvanlardan fil və dəvədən tutmuş qarışqa və milçəyə kimi, hətta, mikroskopik canlılar, o cümlədən, müxtəlif viruslar, mikroblar və s. İnsan bunlarda mövcud olan gözəllikləri zəriflikləri və qəribəlikləri, dünya varlıqlarındakı nizam-intizamı, dəqiq qanunauyğunluqları müşahidə etməklə onların yaradanının sonsuz əzəmət və qüdrətini elm və hikmətini dərk edərək heyrətə dalır və səmimi qəlbdən deyir: "Pərvərdigara! Sən bunları boş-boşuna, əbəs yerə yaratmamısan! Ulduzlarla bəzənmiş asimana nəzər sal və onda yaxşı fikirləş. Meşənin kənarında oturaraq Allahın əzəmət və qüdrətinə tamaşa et, necə də gözəl dünyadır!”
    3.İbadət. İman və mərifət hasil olduqdan sonra insan saleh (yaxşı) əməllər görməyə, şəri vəzifələrini yerinə yetirməyə ciddiyyət göstərməlidir. Çünki saleh əməl yalnız iman və mərifətlə kamilləşir, nəhayət, insan ilahi qürb məqamına çatır. Düzdür ki, iman mərifət və tövhid kəlməsi ilə yüksəlir, lakin saleh əməl onun köməyinə gəlir. Allah-Təala Quranda buyurur: "Hər kəs izzət istəyirsə (bilməlidir ki,) izzət bütünlüklə Allaha məxsusdur. Pak söz (la ilahə illəllah) Allaha doğru yüksəlir, saleh əməl onu daha da ucaldır.”("Fatir” surəsi, ayə:10)
    Saleh əməlin iman və mərifət ilə müqayisədəki rolu bir növ benzinin təyyarədən ötrü ifa etdiyi rola bənzəyir. Benzin olmasa təyyarə havaya qalxıb hərəkətini davam etdirə bilmədiyi və yanacaq qurtaran zaman süqut etdiyi kimi, iman və mərifət də saleh əməllə yanaşı olmazsa, insanı yüksək məqamalara çatdırmaz. Əgər saleh əməl ona kömək etməsə süqut edər.
    Allah Quranda buyurur: "Pərvərdigarına ibadət et ki, yəqin (məqamı) sənin üçün hasil olsun.”("Hicr” surəsi, ayə:99)
    Nəfsin kamala çatmasının, düzgün tərbiyələndirilməsinin və yəqin məqamına çatmasının yeganə yolu şəri vəzifələrin dəqiq və düzgün yerinə yetirilməsində, ibadət və bəndəliyə ciddi yanaşmaqdadır. Əgər bir şəxs ibadətdən başqa yolla yüksək mənəvi məqamlara çata biləcəyini güman edirsə, doğrudan da yanılmışdır. Allahın köməyi ilə saleh əməlin barəsində sonralar söhbət aparacağıq.
    4-Zikr və dua. İslam dini zikr deməyə və onu davam etdirməyə xüsusi diqqət yetirmişdir. Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) və məsum imamlardan (ə) çoxlu dualar və zikrlər gəlib çatmışdır. Onu oxuyanlar üçün çoxlu savablar nəzərdə tutulmuşdur. Zikr həqiqətdə nəfsin kamala yetməsinə, insanın Allah dərgahına yaxınlaşmasına səbəb olan mühüm bir ibadət hesab olunur.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Beş şey insanın əməl tərəzisini ağırlaşdırır: Subhanəllah, vəl-həmdu lillah, və la ilahə illəllahu, vəllahu əkbər (zikrləri) və saleh övladın ölümünə səbr etmək.”("Biharul-ənvar”, 93-cü cild, səh.169)
    Yenə buyurur: "Məni meraca apardıqları zaman behiştə daxil oldum. Bu vaxt qızıl və gümüşdən bir qəsr tikməyə məşğul olan mələkləri gördüm. Lakin bəzən onlar işlərini dayandırırdılar. Onlara dedim: "Nə üçün bəzən işləyir, bəzən də işinizi dayandırırsınız?” Dedilər: "Tikinti üçün lazım olan vəsait olan zaman işləyirik, tamam olduqda dayanırıq.” Dedim: "Sizin tikinti materiallarınız nədir?” Dedilər: "«Subhanəllahi, vəlhəmdu lillahi, və la ilahə illəllahu, vəllahu əkbər» zikri. Mömin dünyada bu zikrləri deməyə məşğul olanda bu vəsait bizə çatır və qəsri tikirik, amma onlar zikrdən qafil olduqları zaman biz də işdən dayanırıq.”("Biharul-ənvar”, 93-cü cild, səh.169)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs "subhanəllah”, desə behiştdə onun üçün bir ağac əkilər. Hər kəs "əlhəmdu lillah” desə, Allah Özü cənnətdə onun üçün bir ağac əkər. Hər kəs "la ilahə illəllah” desə, Allah ona behiştdə bir ağac əkər. Hər kəs "Allahu Əkbər” desə, Allah behiştdə onun üçün bir ağac əkər.”
    Bu zaman Qureyşdən olan bir kişi soruşdu: "Ey Allahın Rəsulu! Belə isə bizim behiştdə nə qədər ağacımız olacaq!”
    Həzrət (s.ə.v.v) buyurdu: «Bəli, belədir. Lakin ehtiyatlı olun ki, od göndərib ağaclarınızı yandırmayasınız. Çünki Allah-təala Quranda buyurur: "Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna itaət edin, öz əməllərinizi xarab və puç etməyin.”»("Biharul-ənvar”, 93-cü cild, səh.168)
    Hər kəlam Allahı insana xatırladarsa, məfhumu da həmd-səana və təsbih olarsa, zikr adlanır. Lakin hədislərdə xüsusi zikrlər bəyan olunmuş və onların oxunması üçün müəyyən savablar nəzərdə tutulmuşdur ki, onların ən mühümləri aşağıdakılardır:
    La ilahə illəllah, Subhanəllah, Əlhəmdu lillah, Əllahu əkbər, La hövlə və la quvvətə illa billah, Həsbunəllah və niməl vəkil, La ilahə illəllahu subhanəkə inni kuntu minəz-zalimin, Ya həyyu ya qəyyum ya mən la ilahə illa ənt, Ufəvvizu əmri iləllah innəllahə bəsirun bil-ibad, La hövlə və la quvvətə illa billahil-əliyyil-əzim, Ya Allahu, ya Rəbb, ya Rəhman, ya Ərhəmər-rahimin, ya Zəl-cəlali vəl-ikram, ya Ğəniyyu ya Muğni. Allahın dua və hədislərdə gələn sair adları da bunlardandır.
    Bunların hamısı zikrdir və Allahı insana xatırladır, onun Allah dərgahına yaxınlaşmasına səbəb olur. Allah dərgahına doğru seyr edən insan bu zikrlərin hər birini seçib onu davam etdirə bilər. Lakin mərifət əhli bəzi zikrlərə daha çox üstünlük vermişlər. Bəziləri "la ilahə illəllah”ı, bəziləri "subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər”i, bəziləri isə başqa zikrləri seçir. Lakin bəzi hədislərdən məlum olur ki, "la ilahə illəllah” sair zikrlərdən daha üstündür.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "İbadətlərin ən yaxşısı "la ilahə illəllah” deməkdir.”("Biharul-ənvar”, 93-cü cild, səh.195)
    Yenə buyurur: "Kəlamların sərvəri və böyüyü "la ilahə illəllah”dır.”("Biharul-ənvar”, 93-cü cild, səh.204)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cəbrəildən nəql edir ki, Allah-Təala belə buyurur: "La ilahə illəllah kəlməsi Mənim möhkəm (alınmaz) qalamdır. Hər kəs ona daxil olsa Mənim əzabımdan amanda olar.”("Biharul-ənvar”, 93-cü cild, səh.192)
    Lakin zikrdən əsas məqsəd insanın Allaha nəzər və diqqət yetirməsi olduğundan, demək olar ki, hər bir kəlam insanı Allaha daha çox yaxınlaşdırsa daha münasib olacaqdır.
    Ayrı-ayrı fərdlərin müxtəlif vəziyyətləri və bir-birindən fərqli məqamları vardır. Mümkündür ki, "Allah” kəlməsi bəzi şəxslər, yaxud bəzi vəziyyətlər üçün maraqlı və münasib olsun, halbuki, "ya mucibə dəvətil-muztərrin” kəlməsi digərləri üçün daha cazibəli və münasib ola bilər. Bəziləri üçün "la ilahə illəllah” kəlməsi, bəziləri üçün də "ya Ğəffaru, ya Səttar” kəlməsi münasib görünsün. Sair zikrlər də belədir. Məhz buna görə də, əgər təkamül yolçusu kamil mürəbbi (ustad) tapa bilsə, yaxşı olar ki, bu barədə ondan kömək alsın. Əgər tapa bilmirsə dua və hədis kitablarından, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) və məsum imamların (ə) göstərişlərindən istifadə edə bilər. Bütün zikrlər və ibadətlər yaxşıdır, bu şərtlə ki, düzgün şəkildə yerinə yetirilsin. Məhz bu halda insanı Allah dərgahına yaxınlaşdırıb ali məqamlara çatdıra bilər. Təkamül yolçusu olan insan onların hamısından, yaxud bəzisindən istifadə edə bilər, lakin böyük alimlər zikr və şühud məqamına çatmaq üçün tövsiyə edirlər ki, müəyyən olunan xüsusi zikri seçsinlər, onları xüsusi formada və xüsusi sayda davam etdirsinlər ki, məqsədə nail ola bilsinlər.
    Bu mühüm məsələyə də diqqət yetirmək lazımdır ki, şəriətdə gəlib çatan zikr və dualar ibadətdir və bəndəni ümumi şəkildə Allah dərgahına yaxınlaşdıra bilər. Lakin onlardan əsas hədəf Allahdan başqalarından tam mənada ayrılmaq, qəlbi yalnız Allaha tərəf yönəltməkdir. Deməli, təkcə kəlmələrin təkrar olunması ilə də kifayətlənməməliyik. Onun mənasına diqqət yetirərək ali hədəflərindən qafil olmamalıyıq. Çünki zikrlərin təkrar olunması, hətta onların davam etdirilməsi belə, çox çətin deyildir və bu əməl də təklikdə insanı hədəfə çatdıra bilməz. Amma faydalı olan şey–insan təfəkkürünün təmərküzləşməsi, qəlbin öz mə”budu qarşısında hüzuri-qəlb tapması, qəlbdən keçən sair şeylərin inkar edilməsidir. Bu da olduqca çətin məsələdir. Çünki zikr zamanı müxtəlif fikirlər insana hücum gətirir və onu Allahı yad etməkdən qafil edir. Halbuki, bu kimi düşüncələr qəlbdən çıxarılmayınca nəfs ilahi nuraniyyəti qəbul etməyə ləyaqəti olmayacaqdır. O qəlb Allah nurunun saçılması yeri ola bilər ki, Allahdan qeyrilərindən tamamilə boşaldılmış olsun. Qəlbin, fikrin başqa şeylərdən təmizlənməsi və təmərküzləşməsində ciddi əzm və iradəyə, nəfs ilə cihada ehtiyac duyulur. Elə də olmur ki, insan üçün bir dəfəyə, heç bir məşq etmədən mümkün olsun. Nəfs ilə tədricən xoş davranmaq lazımdır ki, bu işlərə adət etsin.
    ƏMƏLİ GÖSTƏRİŞLƏR
    Mərifət əhlindən bəziləri bu yolu ötüb keçmək üçün aşağıdakı işləri tövsiyə etmişlər:
    1-Mürid hər bir şeydən əvvəl, tövbə vasitəsilə öz nəfsini günahlardan, çirkin və rəzil xislətlərdən təmizləməlidir. Əvvəl tövbə məqsədi ilə qüsul et, qüsul halında günahlarını, batini aludəliklərini nəzərində canlandır və mehriban Allaha belə ərz et: "Pərvərdigara, günahlardan tövbə edərək Sənə tərəf qayıtdım. Qərara almışam ki, bir daha günah etməyim. Bədənimi su ilə pakladığım kimi, qəlbimi də günahlardan, aludəliklərdən rəzil xüsusiyyətlərdən paklayıram.”
    2.Özünü daim Allahın hüzurunda gör və çalış ki, bütün vəziyyətlərdə Allahı xatırlayasan. Əgər azacıq qəflət baş vermiş olsa dərhal tövbə et.
    3.Öz nəfsini günaha aludə olmamasından ötrü tamamilə nəzarət altına al. Gecə-gündüz ərzində nəfsdən hesab çəkmək üçün müəyyən bir saat ayır, gündəlik əməllərini tam diqqətlə araşdır, onu ciddi şəkildə mühasibəyə çəkib cəzalandır.
    4.Sükuta riayət et, zərurət miqdarından artıq danışma.
    5.Ehtiyac qədərində yemək ye, çox yeməkdən, qarına qulluq etməkdən çəkin.
    6.Daim dəstəmazlı ol. Hər vaxt dəstəmazın batil olsa dərhal yenidən dəstəmaz al. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: «Mütəal Allah buyurur: "Hər kəs dəstəmazı batil olduqdan sonra yenidən dəstəmaz almasa Mənə cəfa etmişdir. Hər kəs dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılmasa Mənə cəfa etmişdir. Hər kəs namaz qılıb dünya və axirət işləri barəsində dua etsə, onun duasını qəbul etməsəm Mən ona cəfa etmiş olaram. Lakin Mən cəfakar Allah deyiləm.”("Vəsailuş-şiə”, 1-ci cild, səh.268)
    7-Gecə-gündüz ərzində bir saatı hüzuri-qəlblə Allaha diqqət etməyə ayır. Əgər gecə zamanı, xüsusilə səhər çağları olsa daha yaxşı olar. Sakit bir guşədə əyləş, başını dizlərinə qoy və bütün duyğularını özünə cəm et. Yad fikirlərin daxil olmasının qarşısını ciddi şəkildə al. Bir müddət bu əməli davam etdir, bəlkə bunun vasitəsilə sənin üçün mükaşifələr (qeyb aləmindən olan görüntü) hasil olsun.
    8.«Ya Həyyu ya Qəyyum, ya Mən la ilahə illa ənt» zikrini daim dildə və eyni zamanda hüzuri-qəlblə təkrarla.
    9.Gecə-gündüz ərzində uzun bir səcdə yerinə yetir və imkan olduqca hüzuri-qəlblə bu zikrləri təkrar et: "La ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin.”
    Səcdənin davam etdirilməsi dəfələrlə təcrübədən çıxmışdır və çox müsbət təsirləri vardır. Bəzi ariflər barəsində nəql olunur ki, səcdədə bu zikri dörd min dəfə təkrar edirmişlər.
    10.Gecə-gündüzdə bir saat hüzuri-qəlb ilə "Ya Ğəniyyu ya Muğni” sözünü təkrarlamaqdan ötrü ayır.
    11.Hər gün hüzuri-qəlblə bir qədər Quran oxu, ayələrin mənasında təfəkkür et. Əgər ayaq üstə oxusan daha yaxşı olar.
    12.Sübhə yaxın yuxudan oyanan zaman dəstəmaz al və sakit bir yerdə hüzuri-qəlb ilə gecə namazı qıl, vətr namazının qunutunu uzat, özün və möminlər üçün bağışlanmaq istə.
    Gecə namazından sonra "Səxrə” ayəsini hüzuri-qəlblə yeddi dəfə oxu, çünki bu, yəqinin hasil olmasında, Allahdan başqasının fikirlərinin zehindən çıxarılmasından ötrü çox faydalıdır. Səxrə ayəsi budur:
    "İnnə Rəbbəkumullahulləzi xələqəssəmavati vəl-ərzə fi sittəti əyyamin, summəstəva ələl-ərşi yuğşil-ləylən-nəharə yətlubuhu həsisən vəş-şəmsu vəl qəməru vən-nucumu müsəxxəratin bi əmrih, əla ləhul-xəlqu vəl-əmru, təbarəkəllahu Rəbbul-aləmin. Udu Rəbbəkum təzərruən və xifyətən innəhu la yuhibbul-mutədin və la tufsidu fil-ərzi bədə islahiha vəduhu xovfən və təməən innə rəhmətəllahi qəribun minəl-muhsinin.”("Ə”raf” surəsi, ayə:54-56, "Üsuli Kafi”, 1-ci cild, səh.344)
    Nəzrədə tutulan nəticəyə çatmaq üçün qırx gecə-gündüz bu göstərişə əməl edilməlidir. Mümkündür ki, Subhan Allahın nəzərini cəlb edəsən və sənin üçün müəyyən uğurlar hasil olsun. Lakin əgər birinci qırx günlükdə müvəffəq olmasan məyus olma, ikinci qırx günlüyü daha artıq ciddiyyətlə başla və öz istəyinə çatıncaya qədər davam etdir. Əgər yenə də müvəffəq olmasan öz nəticəni əldə edənə qədər üçüncü, dördüncü və sair qırx günlükləri davam etdir. Heç vaxt əməldən, ciddiyyətdən, nəfslə cihaddan usanma, Allaha mərifət yolunda ciddiyyət göstər və mehriban Allahdan müvəffəqiyyət dilə. Səndə istedad və qabiliyyət formalaşan zaman Allahın köməkliyi ilə nailiyyət əldə edəcəksən.
    Əgər arif işin əvvəlində bütün bu işləri əncam vermək üçün qüdrət və himmətə malik olmasa az miqdardan başlayıb tədricən artıra bilər. Lakin bu əməllərin ən mühümü təfəkkür, nəfsin nəzarət altına alınması, hüzuri-qəlb və Allaha diqqət yetirməkdir. Əsas məsələ budur ki, təkamül yolçusu pərakəndə şəkildə olan bütün fikirlərini nəfsdən (qəlbdən) uzaqlaşdırsın və birbaşa Allaha diqqət yetirsin. Əlbəttə, bu çox çətin işdir.
    Allahdan başqa olan fikirləri qəlbdən çıxarmaq üçün tədricən dörd mərhələni ötmək olar:
    1.Birinci mərhələdə çalışın zikr halında ikən bütün diqqətiniz zikrlərə yönəlsin, bütün başqa fikirləri başınızdan çıxardın. Bu əməli o qədər davam etdirin ki, nəfsinizə kamil şəkildə hakim kəsiləsiniz və onun başqa fikirlərə yönəlməsinin qarşısını alasınız.
    2.İkinci mərhələdə, elə birinci yolda olduğu kimi, zikrlə məşğul olun, bu şərtlə ki, zikrin məna və məfhumlarına tam diqqət yetirəsiniz, onları zehninizdən keçirəsiniz, digər fikirlərin hücum gətirməsindən tamamilə uzaq olasınız. Bu göstərişi o qədər davam etdirin ki, nəhayət zikrin bütün mərhələlərində başqa fikirlərin qəlbə yönəlməsinin qarşısını ala biləsiniz. Eyni halda, zikrlərin məfhum və mənalarına da diqqətlə nəzər yetirməlisiniz.
    3.Üçüncü mərhələdə çalışmalısınız ki, ilk növbədə mənaları qəlbinizdə canlandırasınız, zikrləri qəlbən qəbul edib onlara iman gətirdiyiniz üçün onu dilinizdə təkrar edəsiniz. Həqiqətdə dil qəlbə itaət edir.
    4.Dördüncü mərhələdə çalışırsınız ki, bütün fikirləri, məfhumları, mənaları və hətta zikrlərdən təsəvvür olunan məfhumları belə, qəlbinizdən çıxardasınız, onu sübhan Allah tərəfindən əta olunan nuraniyyət üçün hazırlayasınız, bütün varlığınızla Haqq-Təbarəkə və Təalaya diqqət yetirəsiniz, Ondan başqa hər bir şeyi qəlbinizdən çıxardıb qəlbin qapısını Allah tərəfindən olan lütflərə açasınız. Bu zaman mümkündür ki, Allah tərəfindən olan məxsus lütflərə layiq görüləsiniz, ilahi nurdan istifadə edəsiniz, onun cazibəsi ilə kamal mərhələsinə doğru seyr edəsiniz. Təkamül yolçusu bu məqamda o qədər qərq ola bilər ki, Allahdan başqa heç bir şeyi görməyə bilər, belə ki, hətta öz nəfs və davranışlarını da müşahidə etməyə bilər, yalnız Allahla ünsiyyət bağlaya bilər.
    Yaxşı olar ki, sözün davamını Allah övliyalarının dilindən gətirək. Çünki, onlar bu yolu keçib getmiş, Allahla üns, liqa və şövq məqamının ləzzətini dərk etmişlər.
    Category: Nəfsin saflaşdırılması | Views: 1344 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024