İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:44 AM
    Nəfsin saflaşdırılması
    ƏMİRƏL-MÖMİNİN ƏLİYYİBNİ ƏBİTALİBİN (Ə) GÖSTƏRİŞİ
    Nuf deyir: Əlinin (ə) sürətlə getdiyini gördüm. Soruşdum. «Ey mənim Mövlam! Hara gedirsiniz?»
    Buyurdu: «Ey Nuf, mənə mane olma! Çünki arzularım məni məhbubuma tərəf aparır.»
    Soruşdum: «Ey mənim Mövlam, arzuların nədir?»
    Buyurdu: «Arzularımı bilməli olan şəxs bilir və onları başqasına deməyə ehtiyac yoxdur. Ədəb bunu tələb edir ki, Allahın bəndəsi ondan başqasını nemət və hacətlərdə şərik etməsin.»
    Ərz etdim: «Ey Əmirəl-möminin, mən həvayi-nəfsin qələbəsindən, dünyəvi işlərin tamahından qorxuram.»
    Buyurdu: «Nə üçün qorxanların qoruyucusundan, ariflərin pənahgahından qafilsən?»
    Ərz etdim: «Onu mənə tanıtdır!»
    Buyurdu: «O, böyük Allahdır ki, onun fəzl və mərhəməti ilə öz arzularına çatarsan. Öz himmət və səyinlə ona diqqət yetir, qəlbinə daxil olanları çıxart. Əgər bu iş sənə çətin gəlsə mən ona zaminəm. Allaha doğru qayıt və bütün diqqətini Ona doğru yönəlt. Sübhan Allah buyurur: "Öz izzət və cəlalıma and olsun! Məndən başqasına ümid bağlayan şəxsin ümidini kəsərəm, ona zillət və xarlıq libası geyindirərəm, Öz yaxınlığımdan uzaqlaşdıraram. Mənimlə olan əlaqəsini kəsərəm və onun yadından gizli qalaram. Vay olsun onun halına, yoxsa müşküllərdə Məndən başqasına pənah aparır?! Halbuki, çətinliklərin həll olunması yalnız Mənim əlimlədir. Məndən başqasına ümid bəsləyirmi?! Halbuki, Mən diri və əbədiyəm. Çətinliklərin həll olunmasında yadların qapısına gedirmi, halbuki onların qapısı bağlıdır. Mənim qapımı isə buraxır! Halbuki, o, açıqdır. Kim Mənə ümid bağlayıb və Mən onun ümidini kəsmişəm?! Bəndələrimin ümidini Özümə bağlamışam və onu özləri üçün saxlamışam. Asimanı elə kəslərlə doldurmuşam ki, Mənə təsbih deməkdən yorulmurlar, mələklərə demişəm ki, Mənimlə bəndələrim arasında olan qapıları heç vaxt bağlamasınlar. Bir şəxs üçün çətinlik yarandıqda bilmirmi ki, Mənim iznim olmadan bir kimsə onun çətinliyini həll edə bilməz?! Nə üçün bəndə öz istəklərində Mənə müraciət etmir? Halbuki, ona istəmədiyi şeyləri əta etmişəm. Nə üçün Məndən istəmir və Məndən başqasından istəyir?! Yoxsa belə təsəvvür edir ki, ilk əvvəldə bəndəmə əta edirəm, lakin istəyib sual etdikdə onu məhrum edirəm? Mən paxılammı ki, bəndəm Məni paxıl hesab edir?! Dünya və axirət Mənim əlimdə deyildirmi?! Cud (bəxşiş vermək, əta etmək) və kərəm Mənim sifətlərimdən deyildirmi?! Fəzl və mərhəmət mənim əlimdə deyildirmi?! Bütün arzular mənə doğru gəlib nəticələnmirmi?! Kim onları kəsə bilər?! Öz izzət və cəlalıma and olsun, əgər yer üzündə olan bütün insanların istəklərini bir yerə toplasam və onların hər birinə, hamısının istədiyi qədər versəm Mənim mülkümdən zərrə qədər azalmaz. Mənim tərəfimdən əta olunanlar necə nöqsanlı ola bilər?! Necə də fəqir və biçarədir Mənim rəhmətimdən məyus olan şəxs! Nə qədər biçarədir o kəs ki, itaətsizlik edib haram işlərə mürtəkib olsun və Mənim hörmətimi saxlamayıb tüğyan etsin!»
    Əli (ə) bu sözlərdən sonra buyurdu: "Ey Nuf! Bu duanı oxu:
    İlahi, in həmədtukə fə biməvahibikə, və in məccədtukə fə bimuradikə, və in qəddəstukə fə biquvvətikə, və in həlləltukə fəbi qudrətikə, və in nəzərtu fə ila rəhmətikə, və in əzəztu fə əla nimətikə. İlahi, innəhu mən ləm yəşğəlhul-vəlvəu bizikrikə və ləm yəzvihis-səfəru biqurbikə kanət həyatuhu əleyhi məytətən və məytətuhu ələyhi həsrətən. İlahi, tənahət əbsarun-nazirinə iləykə bi sərairil-qulubi və taləət əsğəs-samiinə ləkə nəciyyatus-suduri fələm yəlqə əbsarəhum rəddun dunə ma yuridun. Hətəktə bəynəkə və bəynəhum hucbəl-ğəfləti fəsəkənu fi nurikə və tənəffəsu biruhikə fəsarət qulubuhum məğarisən lihəybətikə və əbsaruhum məakifən liqudrətikə və qərrəbtə ərvahəhum min qudsikə fəcaləsu isməkə bivəqaril-mucaləsəti və xüzuil-muxatəbəti fəəqbəltə iləyhim iqbaləş-şəfiqi və ənsəttə ləhum insatər-rəfiqi və əcəbtəhum icabatil-əhibbai və nacəytəhum munacatəl-əxillai fəbəlliğ biyəl-məhəlləlləzi iləyhi vəsəlu vənqulni min zikri ila zikrikə və la tətruk bəyni və bəynə mələkuti izzikə babən illa fətəhtəhu və la hicabən min hucubil-ğəfləti illa hətəktə hətta tuqimə ruhi bəynə ziyai ərşikə və təcələ ləha məqamən nəsbə nurikə innəkə əla kulli şəyin qədir. İlahi, ma ovhəşə təriqən la yəkunu rəfiqi fihi əməli fikə və əb”ədə səfərən la yəkunu rəcai minhu dəlili minkə, xabə mənitəsəmə bihəbli ğəyrik, və zəufə ruknu mənistənədə ila ğəyri ruknik, fə ya muəllimə muəmmilihil-əmələ fə yəzhəbu ənhum kabətul-vəcəl, la təhrimni salihəl-əməl, vəkləni kələətə mən farəqəthul-hiyəl, fəkəyfə yəlhəqu muəmmilikə zullul-fəqri və əntəl-ğəniyyu ən məzaril-muznibin. İlahi, və innə kullə həlavətin munqətiətun və həlavətəl-imani təzdadu həlavətuha ittisalən bikə. İlahi, və innə qəlbi qəd bəsətə əmələhu fiykə fəəziqhu min həlavəti bəstikə iyyahul-buluğə lima əmmələ, innəkə əla kulli şəyin qədir. İlahi, əsəlukə məsələtə mən yərifukə kunhə mərifətikə min kulli xəyrin yənbəği lil-mumini ən yəslukəh, və əuzu bikə min kulli şərrin və fitnətin əəztə biha əhibbaəkə min xəlqik, innəkə əla kulli şəyin qədir. İlahi, əsəlukə məsələtəl-miskinilləzi qəd təhəyyərə fi rəcahu, fəla yəcidu məlcəən vəla musnədən yəsilu bihi iləykə, vəla yəstədillu bihi ələykə illa bikə, və biərkanikə və məqamatikəl-ləti la tətilə ləha minkə, fə əsəlukə bismikəl-ləzi zəhərtə bihi lixassəti övliyaik, fəvəhhədukə və ərəfukə fəəbədukə, bi həqiqətikə ən tuərrifəni nəfsəkə li əqirrə ləkə bi rububiyyətikə əla həqiqətil-imani bikə və la təcəlni, ya İlahi, mimmən yəbudul-ismə dunəl-məna vəl-həzni biləhzətin min ləhəzatikə tunəvviru biha qəlbi bimərifətikə xassətən və mərifəti övliyaikə, innəkə əla kulli şəyin qədir.("Biharul-ənvar”, 94-cü cild, səh.94 )
    İMAM CƏFƏR SADİQİN (Ə) GÖSTƏRİŞİ
    Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: «Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim. Cəfər ibni Məhəmməd (ə) bizim şəhərə gəldikdə onun hüzuruna getdim. Çünki o Həzrətin (ə) də elmindən istifadə etmək istəyirdim. Bir gün mənə buyurdu: "Mən diqqət və nəzarət altında olan bir adamam. Bundan əlavə, hər bir gecə-gündüzün hər bir saatlarında xüsusi zikrlərim vardır. Sən mənim zikrlərimin qarşısını alma, elm kəsb etmək üçün əvvəldə olduğu kimi Malik ibni Ənəsin yanına get.”
    Mən bu sözdən qəmgin oldum və onun yanından çıxıb getdim. Ürəyimdə dedim: "Əgər imam (ə) məndən bir xeyir görsəydi məni görüşdən məhrum etməzdi.” Sonra Peyğəmbər (s.ə.v.v) məscidinə gedib o həzrətə salam verdim. Sonrakı gün də Peyğəmbərin (s.ə.v.v) rövzəsinə gedib iki rəkət namaz qıldım və dua edərək dedim: "Ya Allahu, ya Allah, in tu”tifu ələyyə qəlbə Cə”fərin və tərzuqəni min ilmihi əhtədi bihi ila siratikəl-mustəqim!” (Ey Allah, ey Allah! Sən Cəfərin qəlbinə məhəbbət sal və onun elmindən məni Sənin düz yoluna istiqamətləndirəcək qədər bəhrələndir!) Sonra yenə də qəm-qüssə içində evə qayıtdım, amma Malik ibni Ənəsin yanına getmədim. Çünki Cəfər ibni Məhəmmədə (ə) məhəbbət mənim qəlbimdə özünə yer açmışdı. Bir müddət guşənişinlik etdim. Vacib namazımı qılmaqdan başqa sair işlər üçün evdən çıxmırdım. Nəhayət səbrim tükəndi. Bir gün imamın (ə) qapısına getdim və daxil olmaq üçün icazə istədim. Xidmətçi gəlib dedi:
    "Nə işin var?”
    Dedim:-Mən imamın hüzuruna gedib salam vermək istəyirəm.
    Dedi:-Ağa mehrabda namaz qılır.
    Sonra evə girdi. Mən də qapının ağzında oturdum. Çox keçmədi ki, xidmətçi qayıdıb dedi:-Mənzilə buyurun.
    Mən evə daxil oldum və Həzrətə (ə) salam verdim. Salamımı aldı və buyurdu:-Əyləş, Allah səni bağışladı.
    O Həzrətin (ə) hüzurunda oturdum. Mübarək başını aşağı saldı. Bir qədər sükutdan sonra qaldırıb buyurdu:-Künyən nədir?
    Ərz etdim:-Əba Əbdillah.
    Buyurdu:-Allah səni bu künyədə sabit saxlasın və səni müvəffəq etsin. Nə istəyirsən?
    Ürəyimdə dedim: «Əgər bu görüşdə bu xeyir-duadan başqa bir fayda olmasa, elə bu da mənim üçün dəyərli olacaqdır.» Sonra ərz etdim:
    Allahdan istəmişəm ki, sənin qəlbini mənə qarşı mehriban etsin, sənin elmindən məni bəhrələndirsin. Ümidvaram ki, Mütəal Allah duamı qəbul etsin.
    Həzrət buyurdu:-Ey Əba Əbdillah! (Həqiqi) Elm təəllüm (öyrənməklə) vasitəsilə hasil olmur. Əksinə, elm bir nurdur ki, Allah hidayət etmək istədiyi bəndənin qəlbinə salır. Əgər elm istəyirsənsə, əvvəlcə qəlbində bəndəliyin həqiqətini yarat və elmi əməl vasitəsilə istə, Allahdan dərk etməyi istə ki, sənə başa salsın.
    Dedim:-Ey Şərif!
    Buyurdu:-Mənə "Əba Əbdillah” de.
    Dedim:-Ey Əba Əbdillah! Bəndəçiliyin həqiqəti nədir?
    Buyurdu:-Bəndəçiliyin həqiqəti üç şeydədir.
    Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.
    İkincisi budur ki, özünü işlərin idarə olunmasında bacarıqsız görəsən.
    Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhylərini yerinə yetirməyə məşğul edəsən. Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını – tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır. Əgər Allahın əmr və nəhylərini əməl etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi yollarda zay etməyəcəkdir. Əgər Allah bir bəndəni bu üç şeylə əzizləsə, dünya, şeytan və məxluqat ona çox dəyərsiz və asan görünəcəkdir. Belə olan halda o, mal-dövlətini artırıb bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz. Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz. Bu, təqvanın ilk dərəcəsidir ki, Allah-təala Qurani-Kərimdə buyurur: "O axirət evidir ki, onu yer üzündə fitnə-fəsad və üstünlük istəməyənlər üçün qərar verərik. Xeyirli aqibət müttəqilər üçündür.”
    Ərz etdim:-Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.
    Buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.
    Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.» O, buyurdu:
    Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:
    1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.
    2.Acımamış yemə.
    3.Halal yeməklərdən ye və yeməkdən əvvəl "Bismillah” de.
    Sonra Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) buyurduğu aşağıdakı hədisi nəql etdi: "İnsan qarnından da şər qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır.”
    Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:
    1.Hər kəs sənə "mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: "Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!”
    2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: "Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!”
    3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua vədəsi ver.
    Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:
    1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.
    2.Şəxsi rəyinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.
    3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rəy əsasında (şəri dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.
    Sonra buyurdu:
    Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara!(Kəşkül” (Şeyx Bəhai), 2-ci cild, səh.184, "Biharul-ənvar”, 1-ci cild, səh.224 )
    MƏRHUM ƏLLAMƏ MƏCLİSİNİN GÖSTƏRİŞİ
    Bu yolun yolçularından biri böyük alim, rəbbani arif mərhum Əllamə Məhəmməd Təqi Məclisidir. O, yazır: «Mən riyazətlə və nəfsimi paklaşdırmaqla məşğul olduğum dövrdə əldə etdiyim şeylər təfsiri mütaliə etdiyim vaxtlara aiddir. Bir gecə yuxu ilə ayıqlıq arasında Həzrət Məhəmmədi (s.ə.v.v) müşahidə etdim, öz-özümə dedim ki, yaxşı olar o Həzrətin (s.ə.v.v) kamal və əxlaqına yaxşı diqqət edim. Nə qədər çox diqqət yetirdimsə, o Həzrətin (s.ə.v.v) əzəmət və nuraniyyəti də bir o qədər genişləndi və getdikcə nuru hər yeri əhatə etdi. Bu zaman ayıldım (özümə gəldim), mənə ilham oldu ki, Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) əxlaqı Qurandır. Gərək Quranda dərindən düşünüb təfəkkür edim. Ayələrdə nə qədər çox diqqət etdimsə, daha artıq həqiqətləri dərk etdim. Nəhayət bir dəfə qəlbimə çoxlu həqiqət və mərifət nazil oldu. Hər bir ayəyə diqqət yetirdikəcə hər dəfə mənə belə bir nemət əta olunurdu. Əlbəttə, belə mətləbləri belə müvəffəqiyyətə nail olmayan şəxslər üçün təsdiq etmək çox çətindir. Hətta, adətən qeyri-mümkündür. Lakin mənim məqsədim din yolunda olan qardaşlarıma yol göstərməkdən ibarətdir.
    Riyazət və nəfsin saflaşdırılmasının göstərişi aşağıdakılardan ibarətdir:
    Faydasız sözlərdən, hətta Allahın zikrindən başqa sözlər danışmaqdan belə, çəkinmək. Ləzzətli yeməklərdən, içməklərdən, libaslardan, gözəl mənzillərdən və zövcələrdən çəkinmək, zəruri miqdarla kifayətlənmək. Allah övliyalarından başqaları ilə oturub-durmaqdan çəkinmək. Çox yatmaqdan çəkinmək, Allaha zikr etməyi kamil müraqibət ilə davam etdirmək.
    Allah övliyaları "ya Həyyu ya Qəyyum, ya mən la ilahə illa ənt” zikrinə davam etməyi təcrübə etmiş və böyük nəticələr almışlar. Mən də həmin zikri sınaqdan çıxarmışam. Lakin mənim zikrim əksər hallarda "ya Allah”dır. Bu, Allahdan başqalarını qəlbdən çıxarmaq və yalnız Allaha diqqət yetirməklə baş verir.
    Əlbəttə əsas və mühüm məsələ Allahı zikr etməyin kamil müraqibətlə yanaşı olmasıdır, sair işlər zikrin dəyərinə çatmaz. Əgər bu əməl qırx gecə-gündüz davam edərsə, ilahi hikmət və məhəbbət nurları (qapıları) insanın üzünə açılır. Sonra insan "fəna fillah” və "bəqa fillah” məqamına nail olur.» ("Rövzətil müttəqin”, 13-cü cild, səh.128 )
    AXUND MOLLA HÜSEYNQULU HƏMƏDANİNİN MƏKTUBU
    Rəbbani və ilahi alim, zahid və arif mərhum Axund Molla Hüseynqulu Həmədani (rəhmətullahi ələyh) Təbriz alimlərindən birinə belə bir məktub yazır:
    «Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Vəssəlatu vəssəlamu əla Muhəmmədin və alihit-tahirin və lənətullahi əla ədaihim əcməin.
    Dini qardaşlara gizli qalmasın ki, bütün hərəkətlərdə, sükunətlərdə, danışıqlarda, anlarda və sairədə şərif şəriətə tam dəqiqliklə əməl etməkdən başqa yolla Allah dərgahına yaxınlaşmaq olmaz. Zövqi xurafatlar, hətta əgər bu məqamdan başqa yerlərdə yaxşı olsa da belə, bu, cahillərin və sufilərin adətidir və insanı məqsəddən daim uzaqlaşdırır. Hətta bir şəxs saqqalını qırxmamağa və ət yeməməyə adət etsə, imamların ismətinə iman gətirmiş olsa belə, həmçinin zikrin keyfiyyətində də məsum imamlardan (ə) nəql edilənlərdən başqasına əməl edərsə, başa düşməlidir ki, yenə də Allahdan uzaqlaşacaqdır. Buna əsasən, şərif şəriəti hər şeydən qabağa salmalı və ona əməl etməyə cidiyyət göstərməlidir. Şəriətdə diqqət yetirilən hər şeyə, eləcə də bu zəif bəndənin əqli və nəqli dəlillərdən əldə etdiyinə görə, Allah dərgahına yaxınlaşmaq üçün mövcud olan yolların ən mühümü günahı tərk etməkdə ciddi səy göstərməkdir. Bu xidməti etməyincə nə zikrin, nə də fikrin qəlbin halına faydası olmayacaqdır. Çünki, Sultanı inkar edib ona qarşı çıxan bir şəxsə xidmət və peşkəş etmək faydasızdır. Bilmirəm hansı sultan əzəmətli şəriət sahibi olan bu Sultandan böyükdür?! Hansı ədavət onunla olan ədavətdən daha qəbahətlidir?!
    Sənə xatırlatdıqlarımdan başa düş ki, ilahi məhəbbəti tələb etdiyin halda günaha düçar olmağın nalayiq bir işdir. Ciddi şəkildə günahın nifrətə səbəb olması və nifrətin də məhəbbətlə zidd olmasını bildiyin halda bilməmisən ki, günahı tərk etmək dinin həm əvvəlidir, həm də axırı. Həm batinidir, həm də zahiri. Belə isə, günahlara qarşı cihada qalx, bütün səylərini toplayıb sübh yuxudan durduğun vaxtdan, axşam yatdığın vaxta qədər bütün anlarda ciddiyyətlə müraqibəyə (özünə nəzarətə) məşğul ol. Haqq-Təalanın müqəddəs hüzurunda ədəb qaydalarına riayət et. Bil ki, sən bütün vücudunun hissələri ilə belə zərrə-zərrə Onun qüdrəti dairəsində əsirsən. Onun hüzurunun şərif hörmətinə riayət etməlisən. Elə ibadət et ki, sanki Onu görürsən, sən Onu görməsən də O səni görür. Daim Onun əzəmətinə, özünün isə həqir və zəlilliyinə, Onun yüksək məqamına, özünün alçaq məqamına, Onun izzətinə, özünün zillətinə, Onun qəniliyinə, özünün isə başdan-ayağa ehtiyaclığına diqqət yetir. Onun müqəddəs dərgahından qafil olma. Çünki O, həmişə sənə diqqət yetirir. Onun hüzurunda zəlil və zəif bir bəndənin dayandığı kimi dayan. Onun hüzurunda, şahın ayaqlarına düşüb yalvaran bir qul kimi ol. Şərəf və fəxr baxımından sənə elə bu kifayətdir ki, sənə bu çirkin və aludə, günah nəcasətinə bulaşdırdığın, günah çirkləri ilə aludə etdiyin dilinlə Onun əzəmətli adını zikr etmək icazəsi veribdir.
    Ey Əziz! Bu kərim və rəhim Allah dili nur dağının, yəni şərif zikrin xəzinəsi qərar vermişdir. Sultanın xəzinəsini nəcasətlə, qeybət, yalan, söyüş, əziyyət və s. kimi günahlarla aludə etməyin bihəyalıqdır. Sultanın xəzinəsi ətirli, gülablı olmalıdır, nəcasətlə dolu yox!. Şübhəsiz, müraqibət zamanı diqqətsiz olduğundan sənin yeddi üzvün – yəni gözün, dilin, qulağın, əlin, ayağın, bətnin və fərcin nə qədər günah etdiyini, nə qədər od yandırdığını bilmirsən!!! Bilmirsən ki, öz dilində nə qədər fəsad işlər törətmisən! Öz dilinin inkarçı qılıncı ilə qəlbinə necə yaralar vurmusan! Əgər öldürməmiş olsan, çox yaxşıdır. Əgər bu fəsadları şərh etmək istəsəm, bir kitaba sığmaz. Bu halda bir vərəqdə, bir səhifədə nə yaza bilərəm?! Sən ki, öz bədən üzvlərini günahlardan təmizləməmisən, qəlbinin əhvalını şərh etməyimi nə cür gözləyə bilərsən?! Belə isə, dərhal sidq ürəkdən tövbə et, sonra isə Allahın əmr və fərmanlarına ciddi yanaşıb müraqibəni (nəfsə nəzarəti) tezləşdir.
    Bir sözlə, müraqibə mərhələsində çalışdıqdan sonra, əlbəttə, Allah dərgahına yaxınlığı tələb edən şəxs səhər çağları oyaq qalıb gecə namazı qılmağı əldən verməz. Gecə namazını özünün məxsus ədəbləri və hüzuri-qəlb ilə qıl. Əgər vaxtın çox olsa, həmin vaxtı zikr, münacat və təfəkkürə sərf et. Lakin gecənin məxsus bir qədərini hüzurla zikrə məşğul ol. Bütün hallarda (günahlar barədə) hüznü qəlbindən çıxartma. Əgər hüznün yoxdursa, səbəbləri ilə onu əldə et. Onu qurtardıqdan sonra Fatimeyi Zəhranın (s.ə) zikrini de, "Tövhid” surəsini on iki dəfə oxu, sonra on dəfə "la ilahə illəllahu vəhdəhu la şərikə ləh ləhul-mulk” ayəsini axıra qədər oxu, yüz dəfə "la ilahə illəllah”, yetmiş dəfə istiğfar et və Qurandan bir qədər tilavət et. Səhərin məşhur dualarını, yəni "Ya mən dələə lisanəs-səbah”-ı axıra qədər oxu. Həmişə dəstəmazlı ol. Həmişə dəstəmaz alandan sonra iki rəkət namaz qılsan çox yaxşıdır. Çox ehtiyatlı və ayıq ol ki, başqalarına heç bir vəch ilə əziyyət verməyəsən. Müsəlmanların, xüsusilə alimlərin, onların içində də təqvalıların hacətlərinin rəva olunmasında ciddi çalış. Günaha düşmə ehtimalı verilən hər bir məclisdən, əlbəttə ki, uzaq ol! Hətta qəflət əhli ilə oturub-durmaq da, zərurət halından başqa, zərərlidir, günahdan uzaq olsa belə. Çoxlu öyünmək, çox zarafat etmək, boş-boş sözlər danışmaq, boş sözlərə qulaq asmaq qəlbi öldürür.
    Əgər müraqibə olmadan zikrə və fikrə məşğul olsan, hal yarada bilsə də, faydasız olacaqdır. Çünki hal davamlı olmur. Müraqibə olmadan zikrin gətirdiyi hala aldanmaq olmaz. Çox taqətim yoxdur, sizin hamınızdan çox-çox iltimasi-duam vardır. Təqsiri və günahı çox olan bu həqir bəndəni unutmayın. Cümə gecələrində "Qədr” surəsini yüz dəfə və cümə günləri axşam çağı yüz dəfə oxuyun.(Təzkirətul-müttəqin”, səh.207 )
    MİRZƏ CAVAD AĞA TƏBRİZİNİN GÖSTƏRİŞİ
    Rəbbani alim, kamil arif mərhum Mirzə Cavad Ağa Məliki Təbrizi belə yazır:
    «Peyğəmbəri-Əkrəm (s.ə.v.v) səcdənin uzadılması barəsində təkidli göstərişlər vermişdir. Bu da çox mühüm bir məsələdir. Uzun səcdə bəndəlik etmək istəyənlərin ən yaxın yoludur və məhz həmin cəhətə də görə hər rəkət namazda iki səcdə şəri qanun halına salınmışdır. İmamların (ə) və onların şiələrinin uzun-uzadı səcdələri barəsində mühüm mətləblər nəql olunmuşdur. İmam Səccadın (ə) namazlarının birində səcdədə min dəfə "la ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu təəbbudən və rəqqa, la ilahə illəllahu imanən və sidqən” cümləsini dediyi qeydə alınıb. İmam Museyi Kazimin (ə) barəsində yazırlar ki, bəzən onun səcdəsi sübhdən zöhrə qədər davam edirdi. İmamların (ə) səhabələrindən ibn Əbi Ümeyr, Cəmil, Xərribuzdan da həmin mətləbin oxşarı nəql edilmişdir.
    Nəcəfi Əşrəfdə təhsil aldığım dövrlərdə mənim bir ustadım var idi. O, təqvalı tələbələrin müraciət yeri idi. Ondan soruşdum: «Hansı əməli təcrübədən çıxarmısınız ki, təkamül yolçusunun halına daha təsirli olsun?» Buyurdu: «Hər gecə-gündüzdə uzun bir səcdə yerinə yetir və səcdə halında "la ilahə illa ənt, subhanəkə inni kuntu minəz-zalimin” cümləsini de və zikr halında buna diqqət yetir ki, Pərvərdigarım elə pak və münəzzəhdir ki, mənə azacıq belə, zülmü rəva görməz, əksinə özümə zülm edən mən özüməm və özüm özümü belə bir həlakət uçurumuna atmışam.»
    Mənim ustadım hörmət etdiyi şəxslərə bu səcdəni tövsiyə edirdi. Hər kəs onu yerinə yetirirdisə, xüsusilə bu səcdəni daha çox uzadan şəxslər, təsirini əməldə müşahidə edirdi. Onlardan bəziləri o zikri min dəfə, bəziləri az bəziləri daha artıq təkrar edirdilər. Eşitmişdim ki, onlardan bəziləri bu zikri səcdədə üç min dəfə təkrar edirdilər.(Əl-muraqibat”, səh.122 )
    ŞEYX NƏCMƏDDİNİN GÖSTƏRİŞLƏRİ
    Şeyx Nəcməddin Razi yazır: «Bil ki, şəraitinə və ədəbinə malik olmayan zikr demək çox faydalı olmaz. Əvvəlcə tərtib, adab və şərtləri ilə başlamaq lazımdır. Sadiq müriddə bu yolu keçmək məqsədi yaransa, bu onu göstərir ki, zikrlə ünsiyyət tutmuşdur. Bu zaman o, məxluqdan vəhşət hissi keçirib hər bir şeydən üz döndərməli, zikrə pənah aparmalıdır ki, "Qulillahu summə zərhum fi xovzihim yələbun”. Zikrə davam edərsə, gərək günahlardan nəsuh (qəti) tövbəsi ilə tövbə edib haqqa qayıtsın və zikr deyən zaman əgər imkanı olsa, qüsul etsin, əks halda isə dəstəmaz alsın. Çünki zikr etmək eynilə düşmənlə mübarizə aparmaqdır, özü də silahsız şəkildə. Çünki silahsız mübarizə aparmaq çox çətindir, "Dəstəmaz möminin silahıdır”.
    Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sünnəsinə uyğun olaraq pak-pakizə paltarlar geysin. Paltarın paklığının dörd şərti var: «Birincisi nəcasətdən pak olması, ikincisi, qəsbi olmaqdan pak olması, üçüncüsü, haramdan pak olsun, yəni, ipəkdən olmasın. Dördüncüsü, Peyğəmbər (s.ə.v.v) sünnəsinə görə qısa olsun ki, "və siyabəkə fətəhhir – libasını pakla.” Evi (atrıq əşyalardan) boşaldıb qaranlıq etsin və təmizləsin. Əgər bir qədər ətir verən şey yandırsa, daha yaxşı olar. Üzü qibləyə otursun, hər bir vaxtda diz üstə oturmaq nəhy olunur, yalnız zikr vaxtı icazə verilir. Mərhum Xacə sübh namazından sonra gün çıxana qədər diz üstə oturub zikr deyərdi.
    Zikr deyərkən əllərini budunun üstünə qoysun, hüzuri-qəlb tapsın və tam təzimlə "la ilahə illəllah” kəlməsini deməyə başlasın. "La ilahə” kəlməsi boğazdan çıxanda "illəllah” qəlbə ensin. Elə desin ki, zikrin təsiri və qüvvəsi bütün üzvlərə çatsın. Lakin səsini çox ucaltmasın və bacardığı qədər sakit və gizli yerdə olsun. Belə ki, buyurmuşlar: "Vəzkur Rəbbəkə fi nəfsikə təzərruən və xifyətən və dunəl-cəhri minəl qovl.”
    Buna əsasən, zikri dalbadal desin, qəlbində onun mənasını düşünsün və başqa fikir və xatirələri başından çıxartsın. Belə ki, "la ilahə” kəlməsində qəlbə gələn hər növ fikirləri inkar edir, yəni, Allahdan başqa heç bir şeyi istəmir, Ondan başqa heç bir məqsədi və məhbubu olmur. Beyinə gələn bütün fikirlər "la ilahə” kəlməsi ilə inkar olunur. "İlləllah” kəlməsi ilə Allah Təalanı yeganə məqsəd, məhbub və istənilən ünvanı ilə isbat edir. Hər vaxt qəlbinə nəzər salsa, qəlbin meyl etdiyi əlaqəli olduğu hər bir şeyi nəzərinə alsın və qəlbini boşaltdıqdan sonra Allaha tapşırsın; "La ilahə” kəlməsi ilə o meylləri aradan aparsın və həmin şeyin məhəbbətini qəlbindən tamamilə çıxartsın. "İlləllah” kəlməsi ilə haqq məhəbbətini o məhbbətin yerinə keçirsin.
    Bu tərtiblə davam etsin ki, qəlbi getdikcə məhbublardan və məluflardan (ünsiyyət və ülfət tutulan şeylərdən) boşaltsın. Zikri davam etdirsin. Özünü «ehtizaz» vəziyyətinə salsın. «Ehtizaz» odur ki, zikrin qələbəsi ilə zakirin (zikr edənin) varlığı zikrin nurunda məhv olub aradan getsin və zikr onun vücudundan meylləri və pərdələri götürsün, onu cismaniyyət dünyasından və ruhaniyyətin axırından yüngülləşdirsin. Belə ki, buyurulur: "Siru fəqəd səbəqəl-mufrədun.” Seyr edin, həqiqətən müfrədlər qabağa keçmişlər.”
    Bil ki, qəlb Allah-Təalanın hazır olduğu gizli bir məkandır ki, "La yəsəuni ərzi və la səmai və innəma yəsəuni qəlbu əbdiyəl-mumin. Nə yerlər, nə də səmalar Mənə özündə yer verə bilmədi, Mənə yalnız mömin bəndəmin qəlbi özündə yer verə bildi.” "Nə qədər ki, qəlb hərəmində başqaları izdiham yaradır, izzət qeyrəti başqasından izzət tələb edər.” Lakin "la ilahə” cümləsi qəlb hərəmini başqalarının izdihamından boşaltdığı zaman "illəllah” sultanının təcəlli etdiyi qədəmlərin intizarı çəkilər ki, "iza fərəğtə fənsəb və ila Rəbbikə fərğəb.”("Mirsadul-ibad”, səh.150)
    Gördüyünüz kimi, irfan alimləri zikri davam etdirməyi insanı təkamülə aparan yolların ən yaxşısı hesab edirlər. Onlar bu yolu müxtəlif yollarla qət edib ötməyi təcrübə və tövsiyə etmişlər. Çünki, şəriətdə gəlib çatan zikrlərin hamısı zikrin qanun halına salınmasının əsl hədəfinə, yəni Allahdan başqalarından qırılıb Allaha tam diqqət yetirməyə zəmanət verir. Bu zikrlər ayrı-ayrı fərdlərin vəziyyətləri və məqamları ilə əlaqədar fərqlənir. Təkamül yolçusunun hansı vəziyyətdə və məqamda olması hansı zikrin onun üçün daha münasib və cazibəli olmasından asılıdır. Məhz belə olan halda tərbiyəçi ustad daha mühüm rol ifa edə bilər.
    Hədis və dua kitablarında çoxlu zikrlər və dualar nəql olunmuş, onların hər birinin özünəməxsus savabı və xüsusiyyəti bəyan edilmişdir. Zikrlər və dualar ümumi halda iki qismdir: Mütləq (qeydsiz-şərtsiz) və müqəyyəd (müəyyən şeylərlə şərtlənən).
    Bəzi zikrlər üçün məxsus zaman, yaxud xüsusi keyfiyyət, yaxud ədəd təyin edilmişdir. Bu barədə təkamül yolçusu imamların (ə) tərəfindən bəyan olunan yolla getməlidir ki, savaba dair məxsus nəticələri görmüş olsun. Lakin bəzi zikrlər mütləqdir. Yəni bu barədə ixtiyar təkamül yolçusunun özünə verilir ki, öz vəziyyət və şəraitinə uyğun olaraq onun sayını, münasib zamanını seçsin və zikri davam etdirsin, yaxud da öz mənəvi rəhbərindən və ustadından göstəriş alsın. Siz bu barədə hədis və dua kitablarına müraciət edə bilərsiniz.
    Burada iki məsələyə diqqət yetirmək zəruridir:
    1.Təkamül yolçusu bilməlidir ki, zikr deməkdə əsas hədəf Sübhan Allaha qarşı hüzuri-qəlb, diqqət və halın əldə edilməsidir. Buna əsasən zikrin miqdarı, zamanı və keyfiyyəti seçilərkən bu məsələni diqqət mərkəzində saxlamalı, zikri davam etdirməlidir. Hər vaxt yorulub, rəğbətdən düşürsə, onu boşlamalı, münasib vaxtlarda yenidən başlamalıdır. Çünki Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Qəlb bəzən iqbal (rəğbət) halındadır, bəzən isə meylsiz və rəğbətsiz haldadır. Meyl və rəğbət olduqda əmələ başla. Çünki qəlb ikrah halında bir əmələ vadar edilərsə kor olar.”("Biharul-ənvar”, 70-ci cild, səh.61 )
    Əlbəttə, ayrı-ayrı adamların şəxsi vəziyyətləri, məqamları və vaxtları da bu barədə təsirlidir.
    2-Bilmək lazımdır ki, riyazət və zikrin davamında əsas hədəf nəfsin təkamülü, onun Allah dərgahına yaxınlaşmasıdır və bundan başqa yolla müyəssər ola bilməz. Əgər insan özünün şəri və ictimai vəzifəsini öhdəsinə alsa, onları yerinə yetirməli və həmin halda da Allaha diqqət yetirib Onu xatırlamalı, mümkün qədər zikr deməlidir. Boş vaxtlarında da zikri davam etdirə bilər. Əgər riyazət və zikrin davam etdirilməsi bəhanəsi ilə öz şəri məsuliyyətlərini yerinə yetirməyib guşənişinlik edərsə, bu cür əməl onun Allah dərgahına yaxınlaşmasına səbəb olmayacaqdır.
    Category: Nəfsin saflaşdırılması | Views: 1258 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024