İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:42 AM
    Nəfsin saflaşdırılması
    HÜZURİ-QƏLBİN MƏRHƏLƏLƏRİ
    Hüzuri-qəlbin müxtəlif mərtəbə və dərəcələri – həm nisbətən kamili, həm də daha kamili vardır. Təkamül yolçusu onları tədrici olaraq qət edə bilər ki, yüksək qürb və şühud məqamına çata bilsin. Bu çox uzun və müxtəlif məqamlara malik olan yoldur ki, mənim kimi uzaqdan nəzarət edən, həsrət odunda yanan bir şəxsin onları izah etməsi rəva deyildir. Lakin onların bəzi mərtəbələrini qısa şəkildə qeyd edirik ki, təkamül yolçusu üçün faydalı olsun.
    Birinci mərhələ
    Hüzuri-qəlbin birinci mərhələsi bundan ibarətdir ki, namaz qılan şəxs bütün namazlarında, yaxud onun bəzi hissələrində, sözlərin mənalarına diqqət yetirməsə və onların mənasını müfəssəl şəkildə bilməsə belə, Allahın hüzurunda dayandığına müəyyən qədər diqqət yetirsin, Onunla danışdığını bilsin və Onunla razi-niyaz etdiyinə fikir versin.
    İkinci mərhələ
    Hüzuri-qəlbin ikinci mərhələsi budur ki, namaz qılan şəxs namaz halında olmaqdan əlavə, özünü Allahın hüzurunda və Onunla danışan bir halda olduğunu bilsin, kəlmələrin, zikrlərin mənalarına diqqət yetirsin və Allahla nə danışdığını bilsin. Sözləri elə tələffüz etsin ki, sanki onların mənalarını öz qəlbinə başa salır. Məsələn, kəlmələrin tələffüz olunma qaydasını öz övladına təlqin edən və onun mənaları ilə tanış edən ana kimi.
    Üçüncü mərhələ
    Üçüncü mərtəbədə namaz qılan şəxs əvvəlki mərhələlərdən əlavə gərək təkbirin, təsbihin, təqdisin, tövhidin, təmhidin və s. kimi zikrlərin məfhum və həqiqətlərini yaxşı şəkildə bilsin, onları elmi dəlil və bürhanlarla tanısın və namaz halında onlara diqqət yetirsin, nə dediyini, nə istədiyini və kiminlə danışdığını yaxşı bilsin.
    Dördüncü mərhələ
    Namaz qılan şəxs dördüncü mərhələdə əvvəlki mərhələlərdən əlavə, gərək zikrlərin məna və məfhumlarını, məaariflərini kamil şəkildə öz batininə nüfuz etdirmiş, yəqin mərhələsinə, kamil imana çatmış olsun. Bu halda dil qəlbə tabe olur. Qəlb o həqiqətlərə imanlı olduğu üçün dili zikr deməyə vadar edir.
    Beşinci mərhələ
    Namaz qılan şəxs bu mərhələdə əvvəlki mərhələlərdən əlavə kəşf, şühud və kamil hüzur mərhələsinə çatır. Haqqın adlarını, sifətlərini və kamallarını batin gözü ilə müşahidə edir, Allahdan başqa heç bir şeyi görmür. Hətta özünə, öz hərəkətlərinə, zikrlərinə belə, diqqət yetirmir. Allahla danışır, lakin hətta danışığından belə, qafildir. Bu məqamda o, özünü əldən vermiş, Haqq-Təalanın camalını müşahidə etməyə qərq olmuşdur. Bu məqamda da müxtəlif mərtəbə və dərəcələr vardır ki, təkamül yolçusunun vəziyyəti ilə əlaqədar olaraq fərqlənir. Bu məqam dərin bir dəryaya bənzəyir. Yaxşı olar ki, mən belə şeylərdən məhrum olan bir bəndə kimi, ora daxil olmaqdan çəkinim və onu öz əhlinə həvalə edim. "Allahummərzuqna həlavətə zikrikə və muşahədətə cəmalik. (Pərvərdigara, Sənə zikr etməyin şirinliyini və camalını müşahidə etməyi bizə nəsihət et!”
    HÜZURİ-QƏLBİN ƏMƏLƏ GƏLMƏSİNDƏ MÜHÜM TƏSİREDİCİ AMİLLƏR
    Hüzuri-qəlbin malik olduğu dəyər qədər də, onun özünü əldə etmək çətindir. İnsan namaza daxil olan zaman şeytan dərhal vəsvəsə etməyə başlayır, qəlbi daim o tərəfə bu tərəfə çəkir, onu müxtəlif gərəksiz fikirlərlə, puç xəyallarla məşğul edir. Hesab çəkir, plan cızır, tədbir tökür, keçmiş və gələcək məsələlər barəsində fikirləşir, mühüm elmi məsələləri həll edir, çox hallarda tamamilə unutduğu mövzuları məhz namaz halında xatırlayır, özünə gəldiyi zaman artıq namazı tamam etmiş olur. Əgər bəzən namaz fikrinə düşsə də, dərhal bu fikrdən keçir.
    Çox təəccüb və təəssüf yeridir: Biz nə edə bilərik ki, bu inadkar və namazı oyun-oyuncağa çevirən nəfsi cilovlayıb onu öz ixtiyarımıza keçirək?! Namaz halında pərakəndə vəziyyətdə olan fikirləri özümüzdən necə uzaqlaşdırıb yalnız Allahı xatırlaya bilərik?! Bu yolu ötüb keçən və buna müvəffəq olan şəxslər bizim üçün daha yaxşı yol göstərə bilər. Yaxşı olar ki, qələmi onlara verək. Lakin mən hüzuri-qəlbin əldə olunmasına faydalı ola bilən bəzi mətləblərə işarə edirəm:
    1.Xəlvət yerin seçilməsi:
    Əgər namazı tək halda, yaxud müstəhəb namaz qılırsa, yaxşı olar ki, səs-küyün ona maneçilik törətməməsi üçün xəlvət bir yer seçsin. Namaz qılınan yerdə şəkil, yaxud namaz qılanın diqqətini özünə cəlb edə biləcək bir şey olmasın, ümumi mərkəzlərdə qılmasın. Yaxşı olar ki, evdə də namaz qılmaq üçün xəlvət bir yeri seçsin, namazı həmişə orada qılsın. Namaz halında yalnız səcdə yerinə baxsın, yaxud gözlərini yumsun. Hüzuri-qəlb üçün faydalı olmasını ayırd etdiyi bu işlərdən hər birini seçsin. Yaxşı olar ki, kiçik otaqda, yaxud divara yaxın olan yerdə namaz qılsın ki, çox görünən şey olmasın.
    Əgər namazı camaatla qılırsa, yalnız səcdə yerinə baxsın, əgər imam qiraəti ucadan oxuyursa, onun qiraətinə qulaq assın.
    2.Maneələrin aradan qaldırılması:
    Namazdan qabaq əvvəlcə hüzuri-qəlbə maneə olacaq şeyləri aradan qaldırmaq, sonra namaza başlamaq lazımdır. Məsələn, əgər bövl və ğait ona təzyiq göstərirsə, əvvəlcə özünü rahatlasın, sonra dəstəmaz alıb namaza başlasın. Əgər çox ac və susuz olduğuna görə aram deyilsə, əvvəlcə aclığını və susuzluğunu aradan qaldırsın, sonra namaz qılsın. Həmçinin əgər çox yediyinə görə namaz qılmağa halı yoxdursa, bir qədər gözləyib hal tapandan sonra namaza başlasın. Əgər çox yorğun olduğuna, yaxud yuxusuzluğuna görə namazda hal tapa bilmirsə, əvvəlcə yorğunluğunu və yuxusunu aradan qaldırsın, sonra namaza başlasın. Əgər hər hansı bir mövzunu ayırd etmək, yaxud nigarançılıq yaradan və pərişan bir hadisənin baş verdiyinə görə fikri qarışmışsa, mümkün olan surətdə namazdan qabaq nigaranlıq törədən amilləri aradan qaldırıb sonra namaza başlasın.
    Böyük maneələrdən biri dünyəvi işlərə şiddətli məhəbbət və bağlılıqdır. O cümlədən mal-dövlət, şan-şöhrət, cah-cəlal, məqam, arvad, övlad və s. Bu kimi işlərə məhəbbət bəsləmək namaz halında insanın fikrinin o tərəfə bu tərəfə getməsinə, Allahdan yayınmasına səbəb olur. Buna əsasən namaz qılan şəxs bu kimi işlərdən əlaqəsini kəsməlidir ki, hüzuri-qəlb və Allaha diqqət onun üçün müyəssər olsun.
    3.İman qüvvəsinin gücləndirilməsi:
    İnsanın Allaha olan diqqəti Onun barəsindəki mərifət və agahlığı qədərdir. Əgər iman yəqin həddinə çatmış olsa və mə”budun qüdrət, hüzur, əhatə və elmini kamil şəkildə dərk etmiş olsa, təbiidir ki, Onun qarşısında xüzu və xuşu edəcək, unutqanlıq və qəflət üçün heç bir əsas olmayacaqdır. Allahı hər bir yerdə hazır və nazir, özünü isə Onun məhzərində görən bir şəxs Allahla danışıq məqamı olan namaz halında da Ondan qafil olmayacaqdır. Belə ki, əgər böyük qüdrət sahibi olan bir padşahla danışırsa, bütün duyğu və hiss üzvləri tamamilə cəm olur və kiminlə danışdığını, nə dediyini bilir. Əgər Allahı da qüdrət və əzəmətlə tanısa, onda namaz halında Ondan qafil olmayacaqdır. Deməli, insan imanını gücləndirmək və kamil mərifət əldə etmək üçün daim çalışmalıdır ki, namaz halında da hüzuri-qəlb tapa bilsin.
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allaha elə ibadət et ki, sanki Onu görürsən. Sən Onu görməsən də, O səni görür.”
    Əban ibni Təğlib deyir: İmam Cəfər Sadiqə (ə) ərz etdim: «Əliyyibni Hüseynin (ə) namaz halında rənginin qaçdığını gördüm (bunun səbəbi nədir)?!»
    Buyurdu: «Bəli, o qarşısında durduğu məbudu tam tanımışdır.»
    4.Ölümü yad etmək:
    Hüzuri-qəlbin yaranmasında faydalı olan işlərdən biri də ölümü yad etməkdir. Əgər insan ölümü yad etsə, ölümün nə vaxtının, nə də necə baş verəcəyinin məlum olmadığını, hər an və hər bir şəraitdə baş verəcəyinə diqqət yetirsə, hətta qıldığı namazın onun axırıncı namazı olmasını ehtimal versə, namazını heç vaxt qəflətlə qılmaz. Yaxşı olar ki, namaz qılan şəxs namazdan öncə ölüm fikrinə düşsün, belə təsəvvür eləsin ki, əcəli gəlib çatıb, Əzrail (ə) onu qəbzi-ruh etmək üçün hazır dayanıb, bir saat, yaxud bir neçə dəqiqədən artıq fürsəti yoxdur. Belə ki, ondan sonra əməl dəftəri bağlanacaq, əbədi dünyaya daxil olacaqdır. Orada onun əməlləri araşdırılacaq, nəticəsi ya əbədi səadət və xoşluqda Allah dərgahına yaxınların yanında olmaqdan, ya da bədbəxtçilik, əzab və cəhənnəmin dibində işgəncədən ibarət olacaqdır. Ölümü gözləri önündə canlandırmaqla daha yaxşı hüzuri-qəlbi tapıb, özünü Allahın hüzurunda bilib, namazı tam xüzu, xüşu və vida halında qıla bilər. Namaza başlamazdan əvvəl bu haləti yaratmalı və namaz boyu da da onu davam etdirməlidir.
    İmam Cəfər Sadiq (ə) buyurur: "Vacib namazı axırıncı namazını qılan şəxs kimi vaxtında qıl. Bu cür şəxs namaz qılmaqdan ötrü bir daha fürsət tapmayacağını bilir. Namaz vaxtı səcdə yerinə bax. Əgər bir şəxsin sənin yanında olduğunu və sənin namazına nəzarət etdiyini görsən namazı yaxşı qılarsan. Bil ki, sən elə bir şəxsin hüzurundasan ki, səni müşahidə edir, lakin sən onu görmürsən.”
    5.Hazırlıq:
    Namaz qılan şəxs maneələri aradan qaldırdıqdan sonra xəlvət və münasib yerdə namaza başlayır. Namazdan öncə Allahın sonsuz əzəmət və qüdrətini, özünün isə sonsuz zəlillik, bacarıqsızlıq və zəifliyini xatırlasın. Aləmlərin Rəbbinin hüzurunda, Əzrailin qarşısında dayandığını, onunla danışdığını bilsin. O, elə bir əzəmət və qüdrət sahibi qarşısında dayanmışdır ki, hər bir şeyə, hətta gizlin fikirlərə belə, agahdır.
    Ölümü, əməllərin dəqiq şəkildə araşdırılmasını, cənnət və cəhənnəmi gözləri önündə canlandırsın. Ehtimal versin ki, onun ölümü çox yaxındır, hətta, elə bu namaz onun son namazı ola bilər. Bu fikrini o qədər davam etdirsin ki, nəfsi aram olsun, hal tapsın. Sonra hüzuri-qəlb ilə azan və iqaməni deməyə başlasın, ondan sonra bu duanı oxusun: "Allahummə iləykə təvəccəhtu və mərzatəkə tələbtu və səvabəkəbtəğəytu və bikə aməntu və ələykə təvəkkəltu. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəftəh məsamiə qəlbi bi zikrikə və səbbitni əla dinikə və dini Nəbiyyikə və la tuziğ qəlbi bədə iz hədəytəni və həb li min lədunkə rəhmətən. İnnəkə əntəl-Vəhhab.” Yəni: «Pərvərdigara! Yalnız Sənə üz gətirdim, yalnız Sənin razılığını istədim, yalnız Sənin savabını tələb etdim, yalnız Sənə iman gətirdim, yalnız Sənə təvəkkül etdim. Pərvərdigara! Məhəmməd və onun Əhli-beytinə salavat göndər, qəlbimin qulaqlarını Öz zikrin üçün aç, məni Öz dinində və Peyğəmbərinin dinində sabitqədəm et, məni hidayət etdikdən sonra yolundan azdırma, Öz dərgahından mənə rəhmət əta et. Həqiqətən Sən çox əta edənsən.!”
    Duanı oxuyarkən onun mənasına diqqət yetirsin, sonra desin: "Ya Muhsinu, qəd ətakəl-musii. Ya Muhsinu əhsin iləyyə.”
    Əgər diqqət və xüşu halındadırsa, təkbirətul-ehramı deyərək namaza başlasın. Lakin hələ hazır olmadığını, hal əmələ gəlmədiyini bilsə, «əuzu billahi minəş-şeytanir-rəcim» deyib şeytanın vəsvəsələrindən Allaha pənah aparsın. Bu işi hazırlıq tapana qədər davam etdirsin.
    Bu zaman hüzuri-qəlb ilə, mənasına diqqət yetirməklə təkbirətul-ehramı desin və namaza başlasın. Amma kiminlə söhbət etdiyini, nə dediyini anlasın. Dilin qəlblə münasib olmasına, yalan danışmamasına diqqət yetirsin. "Allahu Əkbər”in nə demək olduğunu bilirsənmi? Yəni, Allah vəsf edildiyindən çox-çox böyükdür. Nə dediyinə düzgün şəkildə diqqət yetir. Dediklərinə doğrudanmı imanlısan?!
    İmam Cəfər Sadiq (ə) buyurur: "Namaz qılmaq məqsədi ilə üzü qibləyə dayandıqda dünya və onda olan şeyləri, insanları, onların vəziyyətlərini və məşğuliyyətlərini birdəfəlik unut, qəlbini səni Allahdan saxlayan hər bir işdən boşalt, Allahın əzəmət və cəlalını batin gözləri ilə müşahidə et. Allahın hüzurunda dayandığını yada sal, insanın öncədən göndərdiyi əməllərin Onun hüzurunda aşkar olacağı və Allaha doğru qaytarıldığı bir gündə Onun hüzurunda dayanacağına diqqət yetir. Namaz zamanı xovf (qorxu) və rəca (ümid) arasında ol. Təkbirətul-ehram deyən zaman yerdə və göydə olanları çox kiçik hesab et, çünki namaz qılan şəxs təkbir deyəndə Allah onun qəlbinə nəzər salır. Əgər o, təkbirin həqiqətinə diqqət yetirmirsə, Allah ona belə xitab edir: "Ey yalançı! Məni aldatmaq istəyirsənmi?! Öz izzət və cəlalıma and olsun, səni Öz zikrimin ləzzətindən, Öz dərgahıma yaxınlıqdan, Mənimlə münacatın ləzzətindən məhrum edərəm!”
    Bəli, namazdan əvvəl niyyət və təkbirətul-ehram halında hazırlıqlı olmaq hüzuri-qəlbdə çox təsir qoyur. Lakin bunlardan da mühüm məsələ bu halətin davam etdirilməsidir. Əgər azacıq qəflətə yol verilsə, nəfs o tərəf, bu tərəfə pərvaz edir və hüzur haləti aradan gedir.
    Deməli, namaz qılan şəxs bütün namaz boyu öz nəfsini tam nəzarət altına almalı, qəlbin qapısını Allahdan başqasının üzünə bağlamalı, dağınıq fikir və xəyalların qarşısını almalıdır. O, özünü daim Allahın hüzurunda görməli, namazını elə qılmalıdır ki, sanki Allahla danışır, Onun müqabilində rüku və səcdə edir. Çalışmalıdır ki, qiraət halında zikrlərin mənasına diqqət yetirsin, nə dediyini, hansı böyük qüdrət sahibi ilə söhbət etdiyini bilsin və bu halı namazın axırına qədər davam etdirsin. Əlbəttə, bu, çox çətin bir işdir, lakin cidiyyət və nəzarət nəticəsində asan olar. "Vəlləzinə cahədu fina lənəhdiyənnəhum subuləna.” (Hər kəs Bizə tərəf gəlməyə cəhd etsə, Biz, hökmən onu Öz yollarımıza hidayət edərik.) Əgər ilk əvvəl tovfiq tapmırsa, məyus olmasın, daha cidiyyətlə, qətiyyətlə əməl meydanına daxil olsun ki, tədriclə nəfsinə hakim kəsilsin. Dağınıq xəyal və fikirləri qəlbindən çıxartsın, qəlbini Allaha doğru yönəltsin. Əgər bir gün, yaxud bir neçə həftədə, yaxud bir neçə ayda mümkün olmazsa, yenə də məyus olmamalıdır. Çünki hər bir halda bu mümkün olan işdir. Bəzi insanlar namazın əvvəlindən axırına qədər hüzuri-qəlb halında olur və namaz halında Allahdan başqa heç nəyə diqqət yetirmir.
    Biz də belə bir gözəl məqama çatmaqdan ümidsiz olmamalıyıq, kamil mərtəbəyə çatmasaq da, heç olmazsa, mümkün qədərinə nail olmağa səy göstərməliyik ki, bunu da qənimət sayaq.
    2. NAFİLƏ NAMAZLARI
    Əvvəldə qeyd olundu ki, namaz insanın Allah dərgahına doğru seyri-süluk etməsi, Allahı yad etməsi üçün ən yaxşı vasitədir. İnsanın xüsusi yaradılışına, onun təkamül yoluna hamıdan daha artıq agah olan Mütəal Allah namazı şəri qanun halına salmış və Peyğəmbər (s.ə.v.v) vasitəsilə onu insanların ixtiyarına vermişdir ki, öz təkamül və səadətləri üçün ondan bəhrələnsinlər. Namaz heç bir şeylə məhdudlanmır. Hər bir zamanda, məkanda və hər bir şəraitdə ondan bəhrələnmək olar.
    Namaz ümumi şəkildə iki qismə bölünür: Vacib namazlar və müstəhəb namazlar. Vacib namaz altıdır.
    1.Gündəlik namazlar. 2.Ayət namazı. 3.Meyyit namazı. 4.Vacib təvaf namazı. 5.Nəzir, and, əhd vasitəsilə insana vacib olan namaz. 6.Atanın böyük oğluna vacib olan qəza namazları.
    Gündəlik vacib namazlar bütün mükəlləflərə vacibdir, amma sair namazlar xüsusi zamanlarda və xüsusi şəraitlərdə vacib olur. Əbədi səadət və kamal istəyən şəxs ilk mərhələdə vacib namazları şəriətdə qeyd olunan tərzdə yerinə yetirməlidir. Əgər ixlas və hüzuri-qəlblə qılarsa, insanı Allah dərgahına daha yaxşı şəkildə yaxınlaşdırar. Vaciblər tərk olunsa müstəhəblərə ehtiyac olmaz. Vacibləri tərk etmək, amma müstəhəblərin, zikrlərin vasitəsilə kamal yolunu qət etmək və ali məqamlara çatmaq istəyənlər səhv yoldadırlar. Amma vacibləri yerinə yetirdikdən sonra nafilələrin və müstəhəblərin vasitəsilə ali-mənəvi məqamları kəsb etmək olar.
    Müstəhəb namazlar çoxdur. Onlar da ümumi iki dəstəyə bölünür: Gündəlik namazların nafilələri və sair müstəhəb namazlar.
    Gündəlik namazların nafilələri otuz beş rəkətdir: Zöhrlə əsr namazlarının hər birinin nafiləsi səkkiz rəkət, məğrib namazının nafiləsi dörd rəkət, işa namazının nafiləsi iki rəkət, sübh namazının nafiləsi iki rəkət və gecə nafiləsi isə on bir rəkətdir.
    Hədis kitablarında gündəlik namazların nafilələrini qılmaq üçün çox təkidlər edilmiş, onun üçün çoxlu savablar və müsbət nəticələr qeyd edilmişdir. Onlar vacib namazların təkmilləşdiriciləri kimi təqdim olunur. Amma gündəlik namazların nafilələrindən başqa sair namazlar məxsus vaxt, şərait və məkanlar üçün nəzərdə tutulmuşdur ki, onların da savabları vardır. Siz müstəhəb namazlar və onların savabları ilə tanış olmaq üçün hədis və dua kitablarına baxıb, Allah dərgahına doğru seyr edərkən onlardan istifadə edə bilərsiniz. Bundan əlavə, namaz hər bir zaman, məkan və hər bir halda müstəhəbdir və təkamül yolçusu ondan istifadə edərək bəhrələnə bilər. Onlardan istifadə etmək qapıları həmişə açıqdır. İnsan hər bir zamanda, məkanda və hər bir halda bu böyük feyzdən istifadə edərək Allahla rabitə bərqərar edə bilər.
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Nafilə namazı möminin Allah dərgahına yaxınlaşmasına səbəb olur.”("Biharul-ənvar”, 87-ci cild, səh.36 
    )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Həqiqətən bəzən namazın yarısı, bəzən üçdə biri, bəzən dörddə biri və bəzən də beşdə biri yuxarı aparılır (qəbul olunur). Namazın o miqdarı yuxarı aparılır ki, hüzuri-qəlblə qılınmış olsun. Buna görə də nafilələri qılmağa əmr olunmuşdur ki, onların vasitəsilə vacib namazlardakı nöqsanları aradan qaldırılsın.”("Biharul-ənvar”, 87-ci cild, səh.28 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: «Mütəal Allah belə buyurur: "Mənim bəndəmin, Mənim tərəfimdən sevilmək üçün vacibata əməl etməsindən də yaxşı bir şey yoxdur. Nafilələri yerinə yetirməklə o qədər sevimli olur ki, Mən onun eşidən qulağı, görən gözü, danışan dili, zərbə vuran əli, yeriyən ayaqları olaram. Məni çağırsa, qəbul edərəm, bir şey istəsə, əta edərəm. Mən mömin bəndəmin ruhunu alanda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. O, ölümə ikrah hissi ilə yanaşır, Mən isə onun narahat olmağını istəmirəm.”»("Biharul-ənvar”, 87-ci cild, səh.31 )
    3. GECƏ NAMAZİ
    Nafilələrin arasında gecə namazı daha artıq fəzilətə malikdir. Belə ki, Quranda və hədislərdə onun barəsində çoxlu təkid və tövsiyələr gözə dəyir. Mütəal Allah Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) buyurur: "Gecənin bir qismini qalxıb namaza məşğul ol. Bu, sənin üçün müstəhəbdir. Bununla Allah səni bəyənilmiş bir məqama məbus edəcək.”(İsra” surəsi, ayə: 79 )
    Allah Öz xalis bəndələrini tərif edərkən buyurur: "O kəslər ki, gecəni Pərvərdigarları üçün səcdə və qiyam halında keçirirlər.”("Furqan” surəsi, ayə64 )
    Möminlərin vəsfində buyurulur: "Gecə yataqlarından dururlar. Həm qorxu, həm də ümidlə Allahı çağırırlar. Onlara verdiyimizdən infaq edirlər. Heç kəs bilmir ki, əməlləri müqabilində onları necə nemətlər gözləyir!”(Səcdə” surəsi, ayə:16)
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mütəal Allah dünyaya vəhy etdi ki, sənə xidmət edənləri çətinliyə sal, səni tərk edənlərə xidmət et. Allahın bəndəsi gecə qaranlığında Pərvərdigarı ilə xəlvətdə münacat edərkən Allah onun qəlbini nurani edir. O, "ey mənim Rəbbim” deyərkən Allah tərəfindən belə nida olunur: "Bəli, ey Mənim bəndəm! Nə istəyirsənsə istə, əta edəcəyəm. Mənə təvəkkül et ki, sənə kifayət edim.” Sonra Allah mələklərinə buyurar: "Baxın bəndəmə, görün gecə qaranlığında Mənimlə necə münacat edir, halbuki, dünya əhli bihudə və boş-boş işlərlə məşğuldurlar, qafillər yuxudadırlar. Siz şahid olun ki, Mən bu bəndəmi bağışladım.”("Biharul-ənvar”, 87-ci cild, səh.139 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) yenə buyurur: "Mənim ümmətimin ən şərəfliləri Quranı öyrənənlər və gecəni oyaq qalanlardır (ibadətlə keçirənlərdir).” ("Biharul-ənvar”, 87-ci cild, səh.138)
    O Həzrət (s.ə.v.v) yenə buyurur: "Cəbrail gecə namazı barəsində o qədər tövsiyə etdi ki, ümmətimin yaxşılarının gecəni yatmayacağını güman etdim.” ("Biharul-ənvar”, 87-ci cild, səh.148)
    Başqa bir hədisdə isə belə buyurur: "Gecə yarısı qılınan iki rəkət namaz mənim üçün dünya və onda olanlardan daha sevimlidir.”("Biharul-ənvar”, 87-ci cild, səh.148)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Gecə namazı qılmaq üzü gözəl, əxlaqı yaxşı, insanı ətirli edir. Ruzini artırır, borcu əda edir, qəm-qüssəni aradan qaldırır və gözə nuranilik verir.” ("Biharul-ənvar”, 87-ci cild, səh.153 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Gecə namazı Allahın razılığını, mələklərin məhəbbətini qazanmaq üçün bir vasitədir. Gecə namazı peyğəmbərlərin sünnəsi, mərifət nuru, imanın köküdür (çünki iman gecə namazı vasitəsilə güclənir). O, bədəni aramlaşdırır, şeytanı qəzəbləndirir. O, düşmənlər əleyhinə çəkilən bir silah, duaların və əməllərin qəbul olunması üçün bir vasitədir. İnsanın ruzisinə bərəkət verir, Ölüm mələyi ilə namaz qılan arasında şəfaətçi olur. O, qəbrin çırağı və döşəməsi, Münkərlə Nəkirin cavabıdır, qiyamətə qədər qəbirdə namaz qılanın ziyarətçisi və munisi olacaqdır. Qiyamət bərpa olan zaman namaz onun başına kölgə salacaqdır. Onun başında bir tac, bədənində bir paltar olacaqdır, onun qarşısındakı bir nur onunla cəhənnəm atəşi arasında bir pərdə salacaqdır. Mömin üçün Allahın yanında bir höccət, əməl tərəzisinin ağırlaşma vasitəsi, siratdan keçmə hökmü, behiştin açarıdır. Çünki namaz təkbir, həmd, təsbih, təqdis, təzim, qiraət və duadan ibarətdir. Həqiqətən vaxtında qılınan namaz əməllərin ən fəzilətlisidir.”(Biharul-ənvar”, 78-ci cild, səh.161 )
    Gecə namazının fəziləti barəsində çoxlu ayə və rəvayətlər vardır. Gecə namazını qılmaq peyğəmbərlərin və Allah övliyalarının adətidir. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və onun Əhli beytindən olan məsum imamlar (ə) gecə namazına xüsusi diqqət və əhəmiyyət vermişlər. Allah övliyaları və ariflər gecə namazına davamiyyət vasitəsilə, səhər sübh namazından qabaq zikr və duaya məşğul olduqlarından ali məqamlara çatmışlar. Allahın bəndəsinin sübh namazından qabaq yuxudan duraraq özünün yumşaq yorğan döşəyini tərk edib dəstəmaz alaraq gecə qaranlığında gözlər yuxuda olan zaman Pərvərdigari-Aləmin hüzurunda dayanması, Onunla raz-niyaz etməsi necə də çox gözəl bir işdir. O, bu merac vasitəsilə yüksək aləmlərə seyr edir, asimanların mələkləri ilə yoldaş olur, Allaha təsbih, təqdis deməyə məşğul olur. Belə bir halda onun qəlbi Allah nurunun saçma mərkəzinə çevrilir, ilahi cazibələrlə qürb məqamına doğru yüksəlir.
    Category: Nəfsin saflaşdırılması | Views: 983 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024