İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 29 » Nəfsin saflaşdırılması
    11:39 AM
    Nəfsin saflaşdırılması
    ORUCUN RUHUN SAFLAŞDİRİLMASİNDAKI ROL
    Oruc çox dəyərli və mühüm bir ibadətdir. Onun şərtlərinə və ədəblərinə riayət edilsə, müqəddəs islam şəriətində buyurulan tərzdə yerinə yetirilsə, insanın ruhunun çirkinliklərdən təmizlənməsində, yüksək mərhələlərə çatmasında çox böyük təsir qoyar. Oruc nəfsin günahlardan, çirkin və rəzil əxlaqlardan təmizlənməsində, ruhun təkamülü, insani keyfiyyətlərlə zinətləndirilməsində və ilahi nuraniyyəti qəbul etməsi üçün hazırlanmasına əsaslı təsir göstərir. Oruc tutan şəxs günahları tərk etməklə nəfsi-əmmarəni cilovlayıb nəzarət altına alır və öz ixtiyarına keçirir. Oruc tutulan günlər günahın tərk edilməsi və nəfsə riyazət verilməsi, nəfslə cihad edilməsi üçün bir məşqdir. Bu dövrdə insan öz nəfsini günahlardan və çirkinliklərdən paklamaqdan əlavə, bir sıra qanuni ləzzətlərə, o cümlədən yemək-içmək və s. kimi şeylərə də göz yumur. Bununla da öz nəfsinə səfa və nuraniyyət verir. Çünki aclıq batinin səfalı olmasına, insanın Allaha diqqət yetirməsinə səbəb olur. İnsan ac olduğu əksər hallarda çox yaxşı vəziyyətdə olur ki, mədənin dolu olduğu vaxtlarda həmin hala malik olmur.
    Bir sözlə, oruc təqva əldə etmək üçün çox böyük rol oynayır. Buna görə də Qurani-Kərim orucun şəriət qanunu şəklinə salınmasını təqva əldə olunmasından ötrü əsas amil hesab etmişdir. Belə ki, buyurulur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib olduğu kimi, oruc sizə də vacib edildi. Ola bilsin ki, bu vasitə ilə təqvalı olasınız.”("Bəqərə” surəsi, ayə: 183 )
    Mübarək Ramazan ayında oruc tutan, oruc olduğu üçün bir ay ərzində günahdan və çirkin əxlaqdan uzaq olan bir şəxs nəfsini öz ixtiyarına keçirir. O, bu mübarək aydan sonra da həmin günahı tərk etmək halını davam etdirə bilər.
    İndiyə qədər qeyd olunanlar orucun batinin saflaşdırılmasında və onun günahlardan, nəfsani çirkinliklərindən təmizlənməsində ifa etdiyi rol haqqında idi. Onun onun müsbət yönləri də nəfsin təkamülə çatmasında, onun insani keyfiyyətlərlə zinətləndirilməsində və Allah dərgahına yaxınlaşmaqda çox mühüm təsiri vardır. Bu cəhətlərə qısa şəkildə işarə edirik:
    1.Oruc insanın gün ərzində orucu batil edən xüsusi şeylərdən çəkinməsindən ibarət olan bir ibadətdir. Bu sair ibadətlər kimi, ixlas və qürbət qəsdi ilə yerinə yetirildikdə nəfsin kamala yetməsinə, ruhun saflaşmasına və insanın Allah dərgahına yaxınlaşmasına səbəb olur.
    2.Qanuni və şəriətdə icazə verilən halal ləzzətləri, eləcə də günahları tərk etməklə oruc tutanın qəlbi Allahdan qeyrisinin fikrindən paklaşır. Beləliklə də Allah tərəfindən əta olunan nuraniyyətin qəbuluna və Onunla mənəvi görüşdən ötrü ləyaqət əldə edir. Belə bir halda ona Allahın xüsusi inayətləri şamil olur. İlahi cazibələrlə Haqq dərgahına yaxınlaşmağa nail olur. Ona görə də hədislərdə qeyd olunur ki, oruc tutanın hətta nəfəs çəkməsi və yuxusu belə ibadətdir.
    3.Oruc tutulan günlər ibadət etmək, namaz qılmaq, dua etmək, Quran oxumaq, zikr, xeyir və yaxşı işlər üçün ən yaxşı fürsətdir. Çünki nəfs hüzuri-qəlb, ixlas və Allaha diqqət yetirmək üçün sair vaxtlardan daha hazırlıqlıdır. Mübarək Ramazan ayı ən yaxşı vaxt, ibadət etməyin və Allaha diqqət yetirməyin baharıdır. Buna görə də hədislərdə Ramazan ayının özünün və onda edilən ibadətlərin fəzilətinə çox təkid olunmuşdur.
    Mübarək Ramazan ayı gəlib çatanda İmam Cəfər Sadiq (ə) övladlarına çoxlu tövsiyə edərək buyururdu: "İbadət etməyə çox səy (himmət) edin, çünki bu ayda camaatın ruziləri bölüşdürülür, əcəlləri müəyyən olunur. Allah dərgahına gedəcək şəxslər bu ayda təyin olunur. Ramazan ayında bir gecə vardır ki, o gecədəki əməl min aylıq ibadətdən fəzilətlidir.” (Vəsailuş şiə”, 7-ci cild, səh.221)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Ramazan ayında çoxlu dua oxuyun, istiğfar edin, çünki dua vasitəsilə bəla sizdən dəf olunur, istiğfar vasitəsilə günahlarınız məhv olur (əməl dəftərindən silinir)” (Vəsailuş şiə”, 7-ci cild, səh.223 )
    Yenə o Həzrət (ə) rəvayət edir ki, bir gün Peyğəmbəri-Əkrəm (s.ə.v.v) bizim üçün xütbə oxudu və buyurdu:
    Ey camaat! Həqiqətən Allah ayı özünün xeyir-bərəkət, rəhmət və məğfirətilə sizə üz gətirib. Bu ay Allah yanında ayların ən yaxşısı, onun günləri günlərin ən yaxşısı, saatları saatların ən yaxşısıdır. Bu elə bir aydır ki, siz onda Allahın qonaqlığına dəvət olunmusunuz. Bu ayda siz Allahın kəramət əhlindənsiniz. Bu ayda (çəkdiyiniz) nəfəslər zikr savabına malikdir. Yuxularınıza ibadət savabı yazılır. Bu aydakı (xeyir) əməlləriniz qəbul, dualarınız müstəcabdır. Belə isə Allahı düzgün (saf) niyyətlə, günah və rəzil sifətlərdən pak olan qəlblərlə çağırıb bu ayın orucunu tutmağı, bu ayda Quran oxumağı sizə nəsib etməsini Ondan istəyin. Həqiqətən, bədbəxt o kəsdir ki, bu əzəmətli ayda (günahlarının) bağışlanmağından məhrum olsun. Öz aclıq və susuzluğunuz ilə qiyamət günündəki aclıq və susuzluğu yad edin. Öz aranızda olan fəqirlərə və miskinlərə sədəqə verin, qocalarınıza təzim edin, uşaqlarınıza nəvaziş göstərin, qohumlarınıza qarşı rəhimdil olun. Dillərinizi lazımsız sözlərdən saxlayın. Gözlərinizi halal olmayan şeylərdən yumun. Qulaqlarınızı haram şeylər eşitməkdən qoruyun. Camaatın yetimlərinə qarşı mehribanlıq edin ki, camaat da sizin vəfatınızdan sonra yetim övladlarınıza mehribanlıq etsinlər. Öz günahlarınızdan tövbə edib Allaha tərəf qayıdın. Namaz vaxtları dua etmək üçün əllərinizi qaldırıb dua edin, çünki, namaz vaxtları ən yaxşı anlardır, bu vaxtarda Haqq taala Öz bəndələrinə rəhmət nəzəri salır, onunla münacat (raz-niyaz) etdikləri vaxt onlara (müsbət) cavab verir, Onu çağırdıqları vaxt «ləbbeyk» deyib (dualarını) müstəcab edir.
    Ey insanlar! Həqiqətən, sizin canlarınız əməllərinizin girovundadır. (Onu) Allahdan bağışlanmaq istəməklə girovdan azad edin. Sizin kürəklərinizə günah yükü ağırlıq edir, səcdələri uzatmaqla həmin yükü yüngülləşdirin və bilin ki, Haqq taala Öz izzət və cəlalına and içib ki, bu ayda namaz qılıb səcdə edənlərə əzab verməsin, onları qiyamət günü cəhənnəm odu ilə qorxutmasın.
    Ey camaat, sizlərdən hər kəs bu ayda oruc tutan bir möminə iftar versə onun savabı Allah yanında bir qul azad etmək və keçmiş günahlarının bağışlanması qədər olar.
    Səhabələrdən bəziləri dedilər: «Ey Rəsuləllah, axı bizim hamımızın iftar verməyə imkanımız yoxdur!»
    Həzrət (s.ə.v.v) buyurdu: Oruc tutanlara hətta yarım dənə xurma, yaxud bir içim su qədərində olsa belə, iftar verməklə özünüzü cəhənnəm odundan uzaqlaşdırın. Həqiqətən, Allah həmin savabı bu işi görən adama bundan artığına imkanı olmasa da verər.
    Ey camaat, hər kəs bu ayda əxlaqını gözəlləşdirsə, qədəmlərin əsdiyi bir gündə (Qiyamətdə) Sirat körpüsündən asanlıqla keçər. Hər kəs bu ayda xidmətçilərinin işini yüngülləşdirsə, Allah qiyamətdə onun hesabını yüngül edər. Hər kəs bu ayda camaata şər yetirməyinin qarşısını alsa, Allah da qiyamətdə Öz qəzəbini ondan dəf edər. Hər kəs bu ayda atasız bir yetimi əzizləyib ona qarşı nəvazişlə davransa, Allah da onu qiyamətdə əzizləyər. Hər kəs bu ayda öz qohum-əqrəbasına sileyi-rəhm və yaxşılıq etsə, Allah da qiyamətdə onu Öz rəhmətinə qovuşdurar. Hər kəs bu ayda qohum-əqrəbasından öz yaxşılığını kəssə, Allah da qiyamətdə Öz rəhmətini ondan kəsər. Hər kəs bu ayda müstəhəb namaz qılsa, Allah onu Cəhənnəm odundan uzaq edər. Hər kəs bu ayda vacib namazları qılsa, Allah ona sair aylarda qılınan yetmiş namazın savabını əta edər. Hər kəs bu ayda mənə çoxlu salavat göndərsə, Allah əməl tərəzilərinin yüngül olduğu bir gündə onun əməl tərəzisini ağırlaşdırar. Hər kəs bu ayda bir ayə Quran oxusa, sair aylarda bütöv bir Quran oxuyanın savabını qazanar.
    Ey camaat! Həqiqətən bu ayda behiştin qapıları açıqdır. Öz Pərvərdigarınızdan istəyin ki, onu sizin üzünüzə bağlamasın və bu ayda Cəhənnəmin qapıları bağlıdır. Öz Rəbbinizdən istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda zəncirləyiblər, Allahdan istəyin ki, onları sizə hakim etməsin.
    Əmirəl-möminin (ə) soruşdu: «Ya Rəsuləllah, bu ayın ən gözəl əməli nədir?»
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: «Ey Əbəl Həsən, bu ayın ən yaxşı və fəzilətli əməli Allahın günah, haram buyurduğu işlərdən çəkinməkdir.»("Vəsailuş şiə”, 7-ci cild, səh.227 )
    Hədislərdən məlum olduğu kimi, mübarək Ramazan ayı çox bərəkətli, fəzilətli bir aydır. O, ibadət edərək, ruhu saflaşdırmaq, dua etmək, gecələr oyaq qalmaq, nəfsi təkmilləşdirmək ayıdır. Bu ayda edilən ibadət sair aylardakı ibadətlərdən bir neçə qat artıq savaba malikdir. Hətta möminin yuxusu və nəfəs çəkməyi belə, ibadət savabına malikdir. Bu ayda behişt qapıları möminlərin üzünə açılır, cəhənnəm qapıları isə bağlanır. Allahın mələkləri camaatı daim Allaha ibadətə çağırır. Xüsusilə, səhər çağları və "Qədr” gecələri. Belə ki, o gecəni oyaq qalıb ibadət etmək min aylıq ibadətdən fəzilətlidir.
    Allah-təala bu ayda bütün möminləri (mənəvi) qonaqlığa dəvət etmişdir. Bu dəvətin xəbərini peyğəmbərlər gətirmişdir. Qonaq sahibi mütləq yaxşılıq sahibi Allah, qonağa xidmət edənlər Onun müqərrəb mələkləridir. Qonaqlar isə möminlərdir. İlahi nemət süfrəsi açılmışdır. Onda gözün görmədiyi, qulağın eşitmədiyi, heç bir bəşərin ağlına belə gəlmədiyi müxtəlif nemətlər, hədiyyələr və kəramətlər vardır. Allah tərəfindən olan müvəffəqiyyət hər bir cəhətdən hazırdır ki, öz himmət və ləyaqətimiz qədərində ondan istifadə edək. Əgər qəflət etsək, peşmançılıq və həsrətin heç bir faydası olmayan qiyamət günündə peşman olacağıq.
    Mübarək Ramazan ayının əməlləri və dualarını "Məfatihul-cinan” və s. dua kitablarından ixlas, diqqət və hüzuri-qəlblə oxuyaraq Allah dərgahına yaxınlaşa bilərsiniz.
    Sonda qeyd etməliyik ki, sair ibadətlərin, o cümlədən namaz, oruc, zikr, dua və s.in nəfsin təkmilləşdirilməsində, rəzil xüsusiyyətlərdən paklanmasında təsiri ola bilər. Lakin ixtisarı nəzərə alaraq onlar barəsində əlavə izah vermək fikrindən daşınırıq.
    RUHANİ QARDAŞLARA BİR NEÇƏ TÖVSİYƏ
    "Ruhani” dedikdə məqsədim din elmləri üzrə təhsil alan və ruhaniyə məxsus olan işlərlə məşğul olan, tələbə olub dini təhsil alan, ədəbiyyat, sərf, nəhv, məntiq, məani-bəyan (bunlar ərəb dili qramatikası elmləridir) kimi elmləri tədris etməklə məşğul olan, fiqh-üsul elmlərini tədris edən, haşiyə və risalə yazmaqla məşğul olan, mərcəyi-təqlid məqamına çatmış, dini vergiləri yığıb, aylıq təqaüdləri tələbələr arasında bölüşdürən, dini məsələlərə cavab verməklə, yaxud elmi hövzələri idarə etməklə məşğul olan, məntiq, fəlsəfə, irfan tədris edən, əxlaq dərsi deyən, moizə, xütbə, dini çıxışlar və rovzəxanlıq edən, hardasa imam-cümə olan, yaxud camaata pişnamazlıq edən və yaxud da kitab və məqalə yazmaqla məşğul olan kəslərdir. Bəzi tələbələr də ömrünün axırına kimi heç bir ictimai məşğuliyyəti qəbul etmədən daim hövzə dərslərində iştirak edir, dərsə qulaq asır, beləliklə də həyatlarını davam etdirirlər. İmamın (ə) mübarək səhmindən ruzi kimi istifadə edirlər. Bu kimi şəxslər ruhani, elm əhli, xidmətçi, din mübəlliğləri hesab olunur, dolanacaqlarını əksər hallarda həmin yollardan və İmamın (ə) mübarək səhmindən təmin edirlər. Onlar dini işlərlə məşğul olduqlarından xüsusi imtiyaz və ehtirama malikdirlər, camaat da onlara məhəbbət göstərir, onlar üçün nəzir-niyaz edir, iltimasi-dua edir, onlardan şəfaət gözləyir, onlara təbərrük və təvəssül edirlər.
    Çox təəssüflə, camaatın nikbin olması, məhəbbət göstərməsi, eləcə də elm və alimlərin fəzilətindən nəql olunan hədislər bizim (ruhani təbəqəsinin) qəflətə düşüb qürur hissi keçirməyimizə səbəb olur. Özümüzü seçilmiş bir təbəqədən hesab edirik. Nəfsimizin saflaşdırılmasından, ruhumuzun təkamülə doğru aparılmasından qafil oluruq. Sanki, əlimizdə cəhənnəmdən azad olma bəraəti və behişt açarları bizim əlimizdədir və heç bir əmələ ehtiyacımız yoxdur. Quranla məşğul olduğumuzdan, hədis deyib dini elmləri yaydığımızdan hamımız özümüzü bu mərhələyə çatmış hesab edirik. Əlbəttə, islam nəzərindən elmin xüsusi dəyəri vardır və çoxlu hədislərdə elmin, alimlərin fəziləti bəyan edilir. Elmin özü də nəfsin təkamülə çatıb Allaha doğru seyr etməsində kömək ola bilər. Lakin bu şərtlə ki, əvvəla, qürbət qəsdi ilə olsun. İkincisi, əməllə yanaşı olsun. Alimlərin və elmin fəziləti barəsində hədislər olduğu kimi, fasiq və ya elminə əməl etməyən alimin də məzəmmət olunmasına dair çoxlu hədislər vardır.
    İmam Cəfər Sadiq (ə) Həfsə buyurdu: "Ey Həfs! Alimin bir günahı bağışlanınca, cahilin yetmiş günahı bağışlanacaqdır.”("Kafi”, 1-ci cild, səh.47 )
    O Həzrət (ə) başqa bir hədisdə isə belə buyurur: «İsa ibni Məryəm (ə) buyurmuşdur: "Vay olsun pis alimlərə, (cəhənnəm) odu onlara necə də zəbanə çəkər!”»("Kafi”, 1-ci cild, səh.47 )
    İmam Məhəmməd Baqir (ə) "Fəkubkibu fiha hum vəl-ğavun” (onlar və yolunu azanlar üzü üstə cəhənnəmə atılarlar) ayəsi ilə əlaqədar buyurur: "Onlar o kəslərdir ki, dildə ədalətdən dəm vururlar, amma (əməldə) onunla müxalifət etdilər.”("Kafi”, 1-ci cild, səh.47 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) Peyğəmbəri-Əkrəmdən (s.ə.v.v) belə nəql edir: "Alimlər iki qismdir: Birincisi, öz elminə əməl edən alimdir. Belə alim nicat tapar. İkincisi isə elmini (ona əməl etməyi) tərk edənlərdir. Bunlar isə həlak olandır. Həqiqətən, cəhənnəm əhli elminə əməl etməyən alimin (üfunətli) iyindən əziyyət çəkərlər. Cəhənnəmdə ən çox həsrət və peşmançılıq hissi keçirən o kəsdir ki, birisini Allaha tərəf dəvət edər, həmin şəxs də onun sözünə qulaq asıb (nəsihətlərini) qəbul edər. Bunun nəticəsində də Allaha itaət edər. Allah da onu cənnətə daxil edər. Onu düz yola hidayət edəni isə, öz elminə əməl etmədiyi, həvayi-nəfsinə tabe olduğu və uzun-uzadı arzular etdiyi üçün cəhənnəmə daxil edər. (Çünki) həvayi-nəfsə itaət etmək insanı haqdan saxlayar, uzun-uzadı arzular isə axirəti yaddan çıxarar.”("Kafi”, 1-ci cild, səh.44 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) minbərdə xütbə oxuyarkən belə buyurdu: "Ey insanlar! (Bir şeyi) öyrəndiyiniz zaman ona əməl edin, bəlkə hidayət olunasınız. Öz elminə əməl etməyən alim öz cəhalətindən kənara çıxa (ayıla) bilməyən sərgərdan və qafil cahil kimidir. Üstəlik mən bilmişəm ki, (elmi vasitəsilə) onun əleyhinə olan dəlil, öz cəhalətində itib batan və sərgərdan qalan həqiqi cahil əleyhinə olan dəlildən daha əsaslı və daha böyük, onun peşmançılığı cahilin peşmançılığından daha çox davamlıdır. Heç birinin də insanlıq dəyər-qiyməti yoxdur. Şəkk etməyin! Öz nəfsinə ən çox nəsihət edən şəxs Rəbbinə ən çox itaət edəndir. Özünü ən çox aldadan Rəbbinə ən çox qarşı çıxandır. Hər kəs Allaha itaət etsə, əmin-amanlıqda olar və müjdələnər. Hər kəs də Allaha qarşı çıxıb ona itaətsizlik etsə, xəsarətə düşüb peşman olar.”(Kafi”, 1-ci cild, səh.45 )
    İmam Cəfər Sadiq (ə) Qurandakı "Allahdan, yalnız Onun alim bəndələri qorxar” ayəsinin izahında buyurur: "Alim o kəsdir ki, əməli sözünü təsdiqləsin. Hər kəsin əməli sözlərini təsdiq etməsə alim deyildir.”("Kafi”, 1-ci cild, səh.36 )
    O Həzrət (ə) yenə buyurur: "Bizim dostlarımıza bizim tərəfimizdən salam çatdır və onlara xəbər ver ki, biz Allah hüzurunda dayanan zaman onları heç nədən ehtiyacsız edə bilməyəcəyik. Bu işdə yalnız əməlin faydası vardır. Onlar bizim vilayətimizə əməl və təqvadan başqa bir şeylə nail ola bilməzlər. Qiyamət günü ən çox həsrət çəkən o kəslərdir ki, dildə ədalətdən dəm vurub əməldə onunla müxalifətçilik etsinlər.”("Biharul-ənvar”, 2-ci cild, səh.28)
    İmam Cəfər Sadiq (ə) yenə buyurur: "İnsanlar arasında ən şiddətli əzaba düçar olanlar öz elmindən heç bir fayda aparmayan alimlərdir.”("Biharul-ənvar”, 2-ci cild, səh.37 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Xeyiri bilən, amma ona əməl etməyən şəxs çıraq kimidir. Camaat üçün işıq saçar, amma özü özünü yandırar.”("Biharul-ənvar”, 2-ci cild, səh.38 
    )
    İmam Cəfər Sadiq (ə) buyurur: "Elm öyrənin. Elminizə əməl etməyincə, Alah elmin vasitəsi ilə sizə fayda yetirməz. Çünki alimlərin himmət və səyi rəiyyət (onları hidayət etmək), səfehlərin himməti isə (elmi) nəql etməkdir.”("Biharul-ənvar”, 2-ci cild, səh.37 )
    O Həzrət (ə) yenə buyurur: "Bir alimin dünyaya məhəbbət bəslədiyini görsəniz, öz dininizdə onu müttəhim edin. Çünki hər bir kəsin fikri-zikri sevdiyi şey barəsində olar.» Peyğəmbəri-Əkrəm (s.ə.v.v) belə buyurmuşdur: «Allah-təala Həzrət Davuda belə vəhy etdi: Mənimlə öz aranda (yəni səni Mənə tərəf hidayət edəcək) dünyaya məftun olan bir alimi qərar vermə! (Çünki o,) səni Mənim məhəbbətimə aparan yoldan çıxarar. Bu kimilər Mənim mürid bəndələrimin yolunu kəsənlərdir. Mənim onlarla edəcəyim ən kiçik şey (cəza) budur ki, Mənimlə münacat etməyin şirinliyini onların qəlbindən çıxararam.»(Kafi”, 1-ci cild, səh.46 
    )
    Başqa bir hədisdə isə belə buyurur: "Hər kəs alimlər arasında öyünmək, səfehlərə tənə etmək, yaxud camaatın nəzər-diqqətini özünə yönəltmək məqsədilə elm öyrənsə, Cəhənnəmdə öz yerini hazırlamış olur. Təkəbbür öz əhlindən (ona layiq olanlardan) başqasına aid deyil.”("Kafi”, 1-ci cild, səh.47 )
    Yenə buyurur: "Hər kəs dünya mənəfəəti (qazanmaq) məqsədilə hədis öyrənsə, axirətdə onun heç bir payı olmaz. Hər kəs onunla (hədislə) axirət xeyri istəsə, Allah ona həm dünya xeyri, həm də axirət xeyri əta edər.”(Kafi”, 1-ci cild, səh.46 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Elm öyrənmək istəyənlər üç dəstədir. Agah olun sizi onların əlamət və xüsusiyyətləri ilə tanış edim. Onlardan bir dəstəsi cəhl və höcət aparmaq üçün elm öyrənirlər. Bir dəstəsi də elmi hiylə və məkrli işlər üçün öyrənirlər. Bir dəstəsi isə fiqh və əql üçün öyrənirlər.”("Biəharul-ənvar”, 2-ci cild, səh.46 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər kəs Allah xatirinə bir elmi məsələ öyrənsə, camaat arasında təvazökarlığı, Allah qarşısında xofu, dində ciddiyyəti artar. Elmindən faydalanan belə şəxs gərək elm öyrənsin. Hər kəs elmi dünya (məqamı, şan-şöhrəti və s.) əldə etmək, camaat yanında hörmət qazanmaq və sultanın yanına get-gəl etmək üçün öyrənsə, elmdən hər bir məsələ öyrəndikcə camaat arasında təkəbbürü, Allah qarşısında qüruru və dində zülm və cəfası artar. Öz elmindən (düzgün istiqamətdə) faydalana bilməyən belə şəxs gərək (elm öyrənməkdən) dayansın. Qiyamət günü öz əleyhinə olacaq dəlildən, peşmançılıq və xarlıqdan özünü saxlasın.”(Biharul-ənvar”, 2-ci cild, səh.34 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs özünü camaata imam (rəhbər) bilsə, gərək başqalarını öyrətməkdən öncə öz nəfsini öyrətsin. Onun özünü ədəbləndirməsi başqalarını ədəbləndirməsindən qabaq olmalıdır. Nəfsinin müəllimi (elm öyrədəni) və ədəbləndirəni başqalarına müəllimlik edib ədəbləndirməkdən daha artıq təqdirəlayiqdir.”(Biharul-ənvar”, 2-ci cild, səh.56)
    Allah-təala buyurur: "Ey iman gətirənlər! Nə üçün (əməl) etməyəcəyiniz şeyləri deyirsiniz?! Etməyəcəyiniz şeyləri demək Allah yanında böyük günahdır.”("Səff” surəsi, ayə:2 )
    Yenə buyurur: "Camaatı yaxşılığa əmr (dəvət) edir, özünüzü isə yaddan çıxarırsınız?! Halbuki, siz Kitab oxuyursunuz. Əqlinizi işə salmırsınızmı?!”(Bəqərə” surəsi, ayə: 44)
    İmam Cəfər Sadiq (ə) buyurur: "Alimlərdən bəzisi vardır ki, elmi (yalnız) yığıb toplamaq istəyir, amma onun yayılmasını istəmir. Bunlar cəhənnəmin birinci təbəqəsindədirlər. Bəziləri də moizə edərkən ciddiyyət göstərirlər, amma başqaları ona moizə etmək istəyəndə qəzəblənirlər. Bunlar cəhənnəmin ikinci təbəqəsindədirlər. Onlardan bəziləri də elmini sərvətlilərin, əyan-əşrafın ixtiyarına vermək istəyir və onu miskinlərə vermək istəmirlər. Bunlar da cəhənnəmin üçüncü təbəqəsindədirlər. Bəzi alimlər də öz elmində zalımların, sultanların yolunu getmək istəyirlər. Əgər onun sözünə cavab qaytarılsa, yaxud əmrindən bir şeydə təqsirə yol verilsə qəzəblənərlər. Bunlar cəhənnəmin dördüncü təbəqəsindədirlər. Bəzi alimlər isə yəhudi və məsihi hədislərini öyrənirlər ki, öz elmlərini və hədislərini çoxaltsınlar. Bunlar cəhənnəmin beşinci təbəqəsindədirlər. Bəzi alimlər də "məndən soruşun!” deyirlər. Bəlkə də dediyi sözlərindən bir kəlmə belə düz çıxmır. Allaha and olsun ki, onlar mükəlləfləri sevmirlər. Bunlar da cəhənnəmin altıncı təbəqəsindədirlər. Alimlərdən bəziləri də elmini mürüvvət və əql üçün yığırlar. Bunlar da cəhənnəmin yeddinci təbəqəsindədirlər.”("Biharul-ənvar”, 2-ci cild, səh.108 )
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Mənim belimi iki nəfər sındırmışdır: 1.Fasiq alim. 2.Cahil abid. Birincisi dili ilə öz günahlarının üstünü örtür, ikincisi isə öz ibadəti ilə cahilliyini ört-basdır edir. Fasiq alimlərdən və cahil abidlərdən uzaq olun! Çünki hər bir fitnənin səbəbkarı bunlardır. Mən Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) belə buyurduğunu eşitdim: "Ya Əli! Ümmətimin həlak olması münafiq, əməlsiz və dildə alim olan şəxsin əli ilədir.”("Biharul-ənvar”, 2-ci cild, səh.107 )
    O Həzrət (ə) yenə buyurur: "Cəhənnəmdə bir dəyirman daşı vardır. Bilirsinizmi o nəyi üyüdür?” Dedilər: "Ey Əmirəl-möminin, nəyi?” Buyurdu: "Facir (günah və fisq-fücur əhli olan) alimlər, fasiq qarilər, zalım hakimlər, xain vəzirlər, yalançı ariflər. Cəhənnəmdə bir şəhər vardır ki, ona "Həsinə” deyilir. Soruşmursunuzmu ki, orada kimlər vardır?” Dedilər: "Kimlər vardır, ey Əmirəl-möminin?” Buyurdu: "Əhd-peyman pozanlar!”(Biharul-ənvar”, 2-ci cild, səh.107 )
    Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Agah olun! Şər adamların ən şəri şər alimlərdir, xeyirlilərin də (yaxşı insanların da) ən xeyirlisi yaxşı alimlərdir.”(Biharul-ənvar”, 2-ci cild, səh.110)
    Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Alimin qəlbində səfehlik və qürur olmaz!”(Kafi”, 1-ci cild, səh.36 )
    Gördüyünüz kimi, bu hədislərdə bir neçə mühüm mətləbə işarə olunmuşdur. O cümlədən:
    1.Hər kəs öz elminə uyğun əməl etməsə İmamların (ə) dilincə, ümumiyyətlə alim sayılmır və alimlər cərgəsində yaşasa da, camaat da onu alim hesab etsə də Quranda və hədislərdə təriflənən alimlər cərgəsində olmur.
    2.Öz elminə əməl etməyən hər bir alim cəhənnəmdə ilahi əzaba düçar olacaq.
    3.Elminə uyğun əməl etməyən alim eynilə cahil kimidir, hətta alim olduğu halda elminə əməl etmədiyindən daha artıq məsuliyyət daşıyır və qiyamətdə ondan ən şiddətli şəkildə hesab alınacaqdır.
    4.Fasiq və elminə əməl etməyən alimin əzabı cəhənnəmdə olan sair şəxslərdən daha artıqdır, hətta cəhənnəm əhli onun üfunətli iyindən əzabda, narahatlıqda olarlar.
    5.Hər kəs dini elmləri dünyəvi məqsədlər xatirinə öyrənsə, qiyamətdə bu elmdən heç bir bəhrəsi olmayacaq.
    6.Hər kəs bu məqsədlə elm öyrənsə ki, başqa alimlərə özünün elm və biliyi ilə öyünsün, yaxud səfehlərlə mübahisə etsin, yaxud elm vasitəsilə camaatı özünə doğru cəlb etsin, onun yeri cəhənnəm olacaq.
    7.Hər kəs din alimi olmaq, dini mənsəblərdən birini qəbul etmək və camaatın rəhbəri olmaq istəyirsə, əvvəlcə özünü islah edib nəfsini, ruhunu rəzil xislətlərdən saflaşdırmalı, özünün əxlaq, rəftar və danışığını islama uyğun etməli, əməl vasitəsilə camaatı dinə dəvət etməlidir.
    8.Sair dünya əhli kimi dünyaya, dünya malına vurğun olan alimlər haqq yolunu kəsənlərdir ki, özlərinin batil əməlləri, yaramaz əxlaq və danışıqları ilə camaatı Allah məhəbbətindən uzaqlaşdırırlar. Onlar dünyanın puç və ötəri gözəlliklərinə ürək bağlamışlar. İnsanlar özlərini alimə oxşadan bu cür şəxslərə aldanmamalıdır.
    9.Əməlsiz elmin nəinki qiyamətdə insan üçün heç bir faydası yoxdur, üstəlik insanın həsrət və peşmançılığına da səbəb olur.
    10.Alimlərin günahı cahillərin günahından çox gec bağışlanacaqdır. Alimdən bir günah bağışlanana qədər cahilin yetmiş günahı bağışlanacaqdır.
    11.Elmini özündə saxlayıb başqalarının ixtiyarına qoymayan alim cəhənnəm əzabına düçar olacaqdır.
    12.Camaata çox ciddi şəkildə moizə edən, lakin başqaları ona moizə etdikdə narahat olub kobudluq göstərən alim cəhənnəmə gedəcək.
    13.Öz elmini əyan-əşrafların, sərvətlilərin ixtiyarında qoyan, lakin miskinlərin, kasıbların hidayət olunmasına heç bir nəzər yetirməyən alim cəhənnəmdə əzaba düçar olacaq.
    14.Camaatla zalımlar və sultanlar kimi rəftar edən, onların sözündən çıxdıqda, yaxud səhlənkarlıq etdikdə əsəbləşən, onlarla qəzəblə rəftar edən alim cəhənnəmə daxil olacaq.
    15.Elmi qüdrəti olmadığı halda fətva verməkdən ötrü özünün səlahiyyəti olduğunu hesab edən, elmindən artıq iddialar edən, camaatın cavabını zorla verən alim cəhənnəmdə əzaba düçar olacaq.
    16.Fasiq alimlərin zərər və təhlükələri o qədər çoxdur ki, Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Fasiq alim mənim belimi sındırmışdır, çünki dili ilə özünü alim kimi göstərir, batini fasiqliyini gizlədir və camaatı aldadır, haqqı nahaq, nahaqı isə haqq kimi cilvələndirir.”
    17.Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Mənim ümmətim, fasiq alimlərin vasitəsilə həlak olar.”
    Bu hədisləri qeyd etməkdə bunu çatdırmaq istəyirik ki, izlədiyimiz məsələdə elm əhlinin sair insanlarla fərqi yoxdur. Əksinə, onların daha artıq məsuliyyətləri vardır. Əgər camaatdan nəfsin aludəliklərdən paklanması, saleh əməl görülməsi istənilibsə, elə bizdən də həmişə istənilmişdir. Əgər günahkarlıq, çirkin əməllər həlakətə, axirətdə bədbəxtçiliyə səbəb olursa, bu məsələdə alimlə qeyri-alim arasında heç bir fərq yoxdur. "İman və saleh əməl səadət, kamal və Allah dərgahına yaxınlaşmağın yeganə vasitəsidir” - deyilirsə, bu müddəa alimlər barəsində də zəruridir. Belə ki, camaatın bəziləri behiştə, bəziləri də cəhənnəmə getdiyi kimi, alimlərin də bəziləri cəhənnəmdə əzaba düçar olacaqlar. Deməli, əgər təzkiyə etmədən, nəfsi aludəliklərdən təmizləmədən, özümüzdə əxlaqi keyfiyyətləri icad etmədən, saleh əməl görmədən Allah dərgahına yaxınlaşmaq, behiştin yüksək dərəcələrində olmaq istəyiriksə, bu böyük bir səhvdir və bununla məğrur oluruq. Elm təklikdə bizi cəhənnəm əzabından qurtarıb, Allah dərgahına yaxınlaşdıra bilməz. Hökmən əməl də etmək lazımdır.
    Category: Nəfsin saflaşdırılması | Views: 829 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024