İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:05 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    İKİNCİ FƏSİL
    Allah-taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi və başqa vəsiyyətlər haqda
    Ey oğul, (Allah səni itaətə müvəffəq və ona müxalifət etməkdən qorusun) bil ki, Allah öz məxluqatını həddən artıq çox sevir. Ümumiyyətlə bütün sənətkarlar öz yaratdıqlarını çox sevirlər. Ona görə də Allah taala bəndələrin xeyrini nəzərə alıb bəzi hökmləri vacib və müstəhəbb və bəzi hökmlərin isə onların zərərinə olduğunu nəzərə alıb haram və məkruh hesab etmişdir. Nə günahkarın günahının Ona zərəri var, nə də müti (Allahın əmrindən itaət edən) adamın itaətinin Ona xeyri vardır. Şair nə gözəl deyib:
    Gər cumle kainat kafər gərdənd.
    Bər daməne kibriyaş nəneşinəd gərd.
    "Gülüstani-Sədi”.
    Cümlə-aləm dönüb kafir olsa da Allahın şəninə bir toz belə qona bilməz”. Çünki Allah taala qüdrətlidir və heç nəyə ehtiyacı yoxdur. Onun məqsədi şəriət hökmlərini göndərməkdə dünya və axirətdə bəndələrin halını islah etmək, onları düz yola hidayət, zərəri onlardan uzaqlaşdırmaqdır. Belə olan surətdə onun hömklərinə fikir verməmək (bir halda ki, nemət verənə şükür və mövlasına itaət etməyi vacib bilən ağılın hökmü ilə müxalifət edir) səfehlikdir. Çünki bu, xeyiri tərk etmək, özünə zərər vurmaq və zülm etməkdir.
    Ey oğul, günah etmə! Doğrudan da günah dünyada səni xar, axirətdə isə əzaba düçar edər. Babamız Adəmin bir xəta ilə cənnətdən çıxarıldığı haqda düşün.
    Ey oğul, tənbəllik, səfeh işlə və onlara səbəb olan şeylərdən uzaq ol. Deyilənə görə şeytan və nəfsi-əmmarə pis işləri gözəl, gözəl əməlləri pis cilvələndirməkdən aciz olduqda tənbəllik və bekarçılıq yaradan işlərək ehtiyacdan artıq yemək, yatmaq, rahatlılıq, mal toplamaq, vaxtı görüşlərə, söhbətlərə, uzun-uzadı bəhslərə sərf etməyə üz tutarlar. Bəs onların hər birini insanın gözündə zinətləndirməklə onu bu işləri görməyə vadar edər və nəticədə qiymətli vaxtını itirməklə belə mənfi sifətlərin yaranmağına səbəb olar.
    Ey oğul, ömrünü boş və axirətə xeyri olmayan işlərə sərf etməkdən gözlə. Çünki ömrün hər anı gövhər kimidir, daha doğrusu ondan qiymətlidir. Ona görə ki, gövhəri hər hansı bir yolla əldə etmək olar, ömür isə daha ələ gəlməz. Əcəl gəlsə bir an belə gecikməz.
    Ey oğul, belə asanlıqla bu gövhəri hədərə vermə.
    Ey oğul, yaşa dolmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, zəiflənməmiş qüvvətin, yalnız olmamış dövlətin, giriftar olmamış asudəliyin, ölməmiş isə həyatın qədrini bil. Hədisdə var ki, ("Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?”-deyə hələ bizə misal çəkdi. De ki, onları ilk dəfə yoxdan yaradan dirildəcək və o, hər bir şeyə alimdir. O kəsdir ki, sizə yaşıl ağacları yandırmaq üçün od qərar verdi və budur indi siz onu yandırırsınız. Məgər göyləri və yeri yaradan, onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. Yaradan və bilən odur. Bir şeyi yaratmaq istədiyi zaman ona ancaq "Ol!” deyər, o da dərhal olar. Hər şeyin maliki və sahibi olan Allah pak və müqəddəsdir və sizin hamınız onun hüzuruna qaytarılacaqsınız.”  ) cənnət əhli dünya işlərinin heç birinə deyil, yalnız Allahı zikr etmədikləri an üçün peşman olarlar. (Peyğəmbərdən rəvayət olunmuşdur: "Şəhabul-əxbar” kitabının farsca şərhinə müraciət et. Müəllif: Qazi Əyaz, Tehran çapı, 1-ci cild, səh. 279. )
    Peyğəmbər (səlləllahu əleyhi və alih)dən rəvayət olunmuşdur: Hər kəs qiyamətdə özünü danlayacaq. Xeyir işlərin sahibi deyər: Əməllərimi bir az artırsaydım bundan da üstün məqam alardım. Pis işlərin sahibi isə deyər: -Ey kaş, o işləri görməsəydim əzab çəkməzdim. (Müstədrəki-vəsailüş-şiə”, 1-ci cild, səh. 382, 6-cı hədis.  )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz hikmətli kalamlarında Əbuzərə belə buyurur: "Öz ömrünün qədrini bilməkdə dirhəm və dinar toplamaqdan çox həris ol.”(Məcməul-Bəyan”, Səyda çapı, 10-cu cild, səh. 394: "Qiyamət” surəsi, 2-ci ayə.  )
    Hədislərdə deyilir ki, əməllərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ın Əbuzərə etdiyi vəsiyyətlərdən. Ən gözəli vaxtı qorumaqdır və hər kəs əkin vaxtını əldən versə biçin vaxtı peşman olar.(Şeyx Əbu Firansın "Məcmuə”si, İran çapı, 2-ci cild, səh. 52.  )
    Ey oğul, nəbada ölümdən sonra sənə xeyir verməyən işlərə ömrünü sərf edəsən. Hədisdə var ki, aqil o kəsdir ki, fürsət var ikən sabahı (axirət) üçün iş görür və zirək o kəsdir ki, öz qədrini bilir və ölümdən sonrası üçün çalışır. Axmaq o kəsdir ki, öz nəfsinə tabe olur və Allahdanda məğfirət təmənnası var.” ("Nəhcul-bəlağə”, 2-ci cild, səh. 111, 171-ci xütbə, 2÷92, Beyrut çapı və Sübhi-saleh çapında səh. 250. Əli əleyhissalam buyurur: "Qiyamət günü nida olunar: Quranın hömklərindən bəhrələnməyib başqa işlərə ömrünü sərf edənlər bu gün çox pis aqibətə mübtəla olacaqlar. Ona görə də Quranın hömklərindən yapışın və onlara tabe olun”. )
    Axirətdə faydasız olan işlərə ömrü sərf edən insan o şəxsə bənzəyir ki, yer üzünə tökülmüş qiymətli daş-qaşları qoyub yerin dərinliklərindən çox çətinliklə köhnə saxsı və daş parçaları çıxarır. Ey gözümün nuru oğul, ey ciyər-param, ömrünün qədrini yaxşı bil, onu sənə nicat verməyən işlərdə itirmə və özünü barama qurdu kimi torun içinə salıb məhv etmə.
    Ey oğul, (Allah taala səni xeyir işlərdə müvəffəq və şər işlərdən saxlasın) mən sənə ən gözəl əxlaqi sifətləri vəsiyyət edirəm. Bu sifətlər aşağıdakılardır:
    DİLİ QORUMAQ
    Sənə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilini saxla. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. (Vərramın "Məcmuə”si, 1-ci cild, səh. 56, ikinci İran çapı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Əbuzərə etdiyi vəsiyyətlərdən. )
    Elə buna görədə susmaq hikmət qapılarındandır. ("Üsuli-kafi”, 2-ci cild, səh. 115, hədis 6. İmam Sadiq əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edir ki, Həzrət Peyğəmbər buyurmuşdur: "Allah-taala bədən üzvlərindən ən çox dilə əzab verər. Dil deyər ki, pərvərdigara nə üçün hər bir şeydən çox məni əzabla cəzalandırdın. Ona deyilər ki, səndən çıxan bir kəlmə, yerin məşriq və məğribini bürüdü, onunla nahaq qanlar töküldü, məzlumların malı qəsb olundu, camaatın namusuna ləkə yaxıldı. And olsun izzət və cəlalıma bədən üzvlərindən heç birinə layiq görmədiyim əzabla səni cəzalandıracağam”.”Üsuli-kafi”, 2-ci cild, səh. 119, hədis 1.  )
    Səni cənnətə aparan xeyirli sözlərdən başqasını dilinə gətirmə. Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar. ("Üsuli-kafi”, 2-ci cild, səh. 116, hədis 21Əbu Nəsr İmam Rza əleyhissalamdan rəvayət edir ki, Həzrət buyurmuşdur: "Helm, və susmaq fiqhin əlamətlərindəndir. Susmaq həqiqətən hikmətin qapıların-dandır, məhəbbəti cəzb edər və xeyir işlərin köküdür”. )
    "Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” ("Üsuli-kafi”, 2-ci cild, səh. 113, hədis 4. İmam Sadiq əleyhissalam buyurub: "Mömin bəndə nə qədər ki, sakitdir, ona savab yazılar. Danışmağa qaldıqda isə, ya savab, ya da günah yazılar”.  )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Möminin nicatı dilini qorumaqdadır”. (Osman ibn İsa deyir ki, İmam Rza əleyhissalamın hüzurunda idim, gördüm bir kişi həzrətdən ona tövsiyə etməyini istədi. Həzrət dedi: Dilini qorusan izzətli olarsan. Öz ixtiyarını insanlara vermə ki, yoxsa özünü zillətə salarsan)
    "İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!” ("Müstədrəkil-vəsail”, 2-ci cild, səh. 89, hədis 16. İmam Sadiq əleyhissalam buyurmuşdur: "Susmaq keçmiş həqiqətləri təhqiq edənlərin şüarıdır. Bununla kifayət edər. Susmaq dünya və axirətdəki rahatlığın açarıdır”.  )
    Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. ("Üsuli-kafi”, 1-ci cild, səh. 115, hədis 14. Bir kişi Peyğəmbərin yanına gəlib ondan tövsiyə etməyi xahiş etdi. Həzrət buyurdu: "Dilini saxla. Vay olsun sənə, insanların cəhənnəmi qazanmaqda dillərindən başqa bir şey varmı?!”  )Dili düz olmasa qəlbi saf olmaz. Çünki möminin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. ("Müstədrəki-vəsail”, 2-ci cild, səh. 91, bab 103, hədis 13. Hədis Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunmuşdur.  ) Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib. ("Nəhcul-Bəlağə”, Əli əleyhissalam buyurmuşdur: "Diliniz ancaq həqiqəti desin. Kişi əgər dilini saxlamasa öz sahibindən qaçar. And olsun Allaha, bəndə dilini saxlamayınca təqvalı ola bilməz və mən belə bir bəndə görməmişəm. Möminin dili qəlbinin arxasında, münafiqin isə qəlbi dilinin arxasında olar. Mömin danışmaqdan əvvəl fikirləşər, əgər xeyir olsa dilinə gətirər və əgər şər olsa onu aşkar etməz. Münafiq isə dilinə gələni deyər, xeyir-şərini fikirləşməz”. )
    Ey oğul, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: "Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimiz-dir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: "Səni Allaha and verirəm, məni əzaba düçar etmə.” ("Müstədrəki-vəsail”, 2-ci cild, səh. 89, hədis 12. Həzrət Əlinin əleyhissalam oğlu Həsən əleyhissalama etdiyi vəsiyyətlərdən: "Susmaq peşmançılıqdan amanda olmaqdır. Susmaqla itirdiyin mənfəəti ələ gətirmək, danışmaqla itirdiyin faydaları ələ gətirməkdən asandır...”. )
    Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. ("Vəsaili-şiə”, 2-ci cild, səh. 226, bab 119, hədis 10.  )Bəzən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç, məsələn, əxlaqdan, şəri qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bəzi hallarda sükut öldürücü zəhər kimidir. (İmam Sadiq əleyhissalam buyurdu: "Elə bir gün yoxdur ki, bədən üzvləri dilə şikayət edib deməsinlər: Səni Allaha and verirəm, sənə görə əzab çəkməyək”  )Məsələn, əmr be məruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala səni bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərini isə keçmiş günlərindən xeyirli etsin. ("Üsuli-kafi”, 2-ci cild, səh. 114, hədis 6. İmam Sadiq əleyhissalam buyurur: "Loğman öz oğluna dedi: Ey oğul, əgər güman etsən danışmaq gümüşdəndir, onu bil ki, susmaq qızıldandır”. )
    NƏFSİN MÜHASİBƏS
    Hər gecə öz-özünlə hesab çək.
    Ey oğul, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsin ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, "Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin” ("Vəsaili-şiə”, 2-ci cild, səh. 225, bab 118, hədis 2. İmam Səccaddan soruşdular ki, danışmaq və susmağın hansı əfzəldir? Həzrət buyurdu: "Onların hər ikisinin özünəməxsus bəlası var. Əgər hər ikisinin eyblərini götürsək, danışmaq susmaqdan əfzəldir”. Ondan soruşdular ki, bu necə ola bilər? Həzrət cavab verdi: "Çünki Allah-taala peyğəmbərləri susmaq üçün yox danışmaq üçün göndərmişdir. Susmaqla cənnəti və Allahın vilayətini almaq olmaz. İnsanları sükutla cəhənnəmdən qorxuza bilməzsən. Allahın qəzəbindən sükutla (duaya işarə edir) qurtarmaq olmaz. Bunların hamısı danışmaqla baş verir. Mən heç vaxt ayı günəşə bərabər bilmərəm, sən sükutun fəzilətini danışmaqla çatdırırsan, amma danışmağın fəzilətini isə sükutla çatdıra bilməzsən”. )
    NƏFSİN KEŞİYİNDƏ
    Ey oğul, nəfsinin işlərində diqqətli ol. Bunu bil ki, Allah səni görür və hər bir halda etdiyin hərəkətə, işə, dediyin sözə, gördüyün səhvə, atdığın qədəmə, çəkdiyin nəfəsə, hətta keçirdiyin anlara belə agahdır. Allah bəyəndiyini sən də bəyən, Onun seçdiyini sən də seç. Loğmandan hekayət olunur ki, oğluna dedi: "
    Ey oğul, Allahla olsan heç vaxt günah etməzsən. Çünki onun gördüyünü və xəbərdar olduğunu bilsən həya səni onunla müxalifət etməyə qoymaz” ("Üsuli-kafi”, 2-ci cild, səh. 453, hədis 2.)
    TƏFƏKKÜR
    Ey oğul, sənə təfəkkür etməyi vəsiyyət edirəm. Təfəkkür qəflətin qəti düşməni və qəlbin saflaşmasında ən mühüm səbəblərdəndir. Fikirdə olan küdurətin getməyində, qarşısını almaqda, qürur evini (dünya) sadə, əbədişadlıq evinə (axirət) üz tutmaqda təfəkkürün böyük rolu var. O, ibadətlərin başında durur, itaətlərin canı və ruhudur. Hədisdə var ki, ibadətlərin ən əfzəli, Allah və onun qüdrətində təfəkkür etməkdir. (Elə buna görə deyilib ki, bir saat fikirləşmək, bir il ibadət etməkdən xeyirlidir "Bunu ancaq ağıl sahibləri düşünərlər”. "Müstədrəki-vəsail”, 2-ci cild, səh. 281, bab 5, hədis 2. )
    Təfəkkür bəndənin Allaha yetişməsinə itaəti isə bəndənin Allahın səvabına nail olmasına səbəb hesab edirlər. Allahın özünə yetirən, onun səvabına yetirən əməldən yaxşıdır. Həmçinin təfəkkür qəlbə, ibadət isə bədənə məxsusdur. Qəlb başqa üzvlərdən şərəflidir. Demək qəlbin əməli də, başqa üzvlərin əməlindən şərafətli olacaqdır. Hədisdə var ki, bir saat təfəkkür bir il ya altmış il, yaxud da yetmiş il ibadətdən yaxşıdır. ("Üsuli-kaifi”, 2-ci cild, səh. 55, hədis 3. )
    Hədislərin müxtəlifliyi təfəkkür dərəcələrinin müxtəlif olduğu ilə əlaqədardır. Təfəkkür insana cəhənnəmdən nicat verər. Necə ki, Hürr ibn Yezid Riyahi azacıq düşünməklə nicat tapdı. Bir il, ya illərlə etdiyi ibadəti qiyamətdə ona xeyir verməzdi, lakin bir az fikirləşib düzgün nəticə alması ona xeyir verdi və cəhənnəmdən nicat tapdı. Ona görə də bir saat fikirləşmək yetmiş ilə (düşünülməmiş) ibadətdən xeyirli hesab olunur. Hədisdə var ki, ibadət, namaz və orucun çoxluğu ilə deyil, (ibadət) Allah və Onun yaratdıqları barədə düşünməklədir. (Müstədrəki-vəsail”, 1-ci cild, səh. 88, hədis 6.  )
    Ey oğul, hərdən bir keçmişdəkilər haqda fikirləş. Gör onların əvvəli, axırı və sahib olduqları var-dövlət necə oldu, kimin üçün qoyub getdilər, nə qazandılar, necə öz dünyalarından üzülüşdülər və ondan məhrum oldular? İpək üzərində yatan və yer üzərində saymazyana gəzənlər necə öz malından, əhl-əyalından, qəsr, imarət, kəniz və qulluqçularından ayrıldılar, əyninə kəfən geyib, zərif üzünü torpağa qoyub, əqrəb və ilanlara yoldaş olub tək-tənha qəbirin sakini oldular.” ("Üsuli-kaifi”, 2-ci cild, səh. 55, hədis 4.  )
    Hərdən bir ölüm və onun qəfildən gəlməsini fikirləş. Onun vaxtı vardır ki, yetişdikdə nə bir an tez və nə bir an gecikər və o vaxt heç kimə bir dəqiqə də möhlət verilməz. Bu anı heç vaxt unutma!
    Allahın izni olmayınca heç kəsə ölüm yoxdur və hər birinin vaxtı təyin olunmuşdur. ("Nəhcül-bəlağə”, (2-ci cild, 246-247, Misir çapı, Beyrut çapı, 2-ci cild, 219-220 və Sübhi saleh çapı, səh. 348-349), xütbə 221. Həzrət Əli əleyhissalam buyurub: "Dünya bir evdir ki, bəla ilə əhatə olunub, hiylə ilə tanınıb, onun halları həmişəlik qalmır, ona nazil olanlar da salamat qalmırlar, müxtəlif əhvalı var, zamanları dəyişər, xoş əhval orada məzəmmət olunur, əmin-amanlıq yoxdur, onun əhli hədəfdən başqa bir şey deyil, öz oxları ilə onları vurur, ölümləri ilə onları aradan aparırlar. Bilin, ey Allah bəndələri, siz və yaşadığınız bu dünya keçmişlərin ötüb keçdiyi yol üstüdür. Həmin insanların ömrü sizin ömrünüzdən uzun, evləri abad, nişanələri mühüm idi. Onların səsi kəsildi, küləkləri sakit oldu, bədənləri çürüdü, evləri boşaldı, nişanələri viran oldu. Onlar əzəmətli qəsrləri, geniş balışları möhkəm və böyük daşlar ilə ləhd daşlarına bərkidilmiş qəbirlər ilə əvəz etdilər, o qəbirləri ki, xaraba qalmaq üçün tikilmişdi, onun binası torpaqdan qaldırılmışdı. Onların yeri yaxındır, onların sakini vəhşət gətirənlər və bu dünyadan uzaq olub axirətə məşğul olanlar arasında çox qəribdirlər, öz vətənləri ilə əlaqə saxlamırlar, qonşuluqla evlərinin bir-birinə yaxın olmasına baxmayaraq qonşu kimi bir-birinə bağlanmırlar. Onların arasında get-gəl necə olar ki, sinələrinin çürüməsi onları öldürdü, onları daş və torpaqlar yedi. Sanki, siz də onları qayıtdıqları yerə qayıtdınız, bu yataqlar (qəbrlər) sizi əhatə edər, bu əmanət yeri sizi öz ağuşuna çəkdi. Əgər işlər sizin axırınıza çıxsa halınız necə olar? Qəbirlər hərəkətə gələr bir zaman ki, hər kəs etdiklərini yoxlayar, haqq ağaları olan Allaha tərəf qaytarılarlar və iftira etdikləri onlardan itib gedər”. )
    Fürsət varikən özünü ona hazır et, tövbə və saleh əməl ilə ona hazırlaş, onu yüngül tutma, ondan qafil olma. Çox insanı ölüm birdən yaxalayıb ki, nə Allahı zikr etməyə və nə tövbə etməyə möhlət tapıblar. Tövbəni təxir etdiyinə görə həsrət və peşmançılıq çəkən kəslərdən olmamaq üçün bunu heç vaxt unutma. Allah taala bu barədə belə buyurub:
    "Ey Pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.” ("Dünya mənfəəti istəyənə dünya mənfəətindən, axirət savabı istəyənə isə axirətin savabından verərik və tezliklə şükür edənləri mükafatlandıracağıq” "Ali İmran” surəsi, ayə 145. "De ki, Allahın istəyi olmadan, mən özümə nə bir xeyir nə də bir zərər yetirə bilərəm. Hər ümmətin bir əcəl vaxtı var ki, onların əcəli çatdıqda nə bir ləhzə yubanarlar, nə də qabağa keçərlər”. "Yunus” surəsi, ayə 49  )
    Ey oğul, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: "Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.
    Ey oğul, bunları dərk etdikdən sonra çətinliklər sənə asanlaşar, axirət üçün səy etməyə rəğbət və həvəsin çoxalar. Dünyada zəhmət və məşəqqətin labüd olduğunu biləndən sonra daimi olan cənnət xatirinə bu məşəqqətlərə dözmək çox asan olar. Qarşıdan gələn ölümdən sonrakı həyat, qəbir, bərzəx, məhşər, əməllər və əqidəni təcəssümü, hesab, sirat (körpü), mizan, Allahın müttəqilərə vəd etdiyi cənnət və onun növləri, həmçinin günhakarlara vəd etdiyi cəhənnəm və əzabının qisimləri barədə fikirləş.
    Ey oğul, sənə var-dövlətinin yalnız Allah yolunda sərf etdiyini fayda verəcəyi haqqında düşün. Çünki onların arasından özünə bircə kəfən apara bilərsən. Arvad- uşaqların, sevimlilərin və yaxınlarının səni tənha öz əməllərinlə qəbirə qoyub getməkdən başqa heç bir çarələri yoxdur. Orada sənə xeyir verən yalnız Allaha xatir etdiyin əməllərindir ki, onlar səninlə bir olacaq və ayrılmayacaqlar. Deyilənlər barədə düzgün fikirləşsən gözəl işləri çoxaldacaq, niyyətini saflaşdıracaq və həlak olmaqdan nicat tapacaqsan, həmçinin fürsəti əldən vermədən sabahın üçün çalışacaqsan. Hədisdə var ki, zöhdün ən fəzilətlisi ölümü yada salmaqdır, ibadətlərin ən fəzilətlisi ölümü yada salmaqdır, təfəkkürün ən fəzilətlisi ölüm haqda fikirləşməkdir. ("Möminun” surəsi, ayə 98. De ki, ey mənim pərvərdigarım, mən şeytanların vəs-vəsələrindən sənə sığınıram, onların yanımda olmala-rından sənə pənah gətirirəm. Nəhayət zalımların (hər) birinin əcəli gəlib çatdığı zaman belə deyər: Pərvərdigara məni geri qaytar, bəlkə zay etdiyim ömrümün müqabilində yaxşı bir iş gördüm. Xeyr! Bu onun dediyi faydasız bir sözdür. Bundan sonra onları qiyamət gününə qədər bərzəx gözləyir və "sur” çalındığı gün artıq aralarında olan qohumluq əlaqələri qırılacaq və bir-birini hal-əhvalını da soruşmağa imkan olmayacaqdır. Əməlləri ağır olanlar nicat tapacaq və yüngül olanlar isə özlərinə ziyan edənlərdir, cəhənnəmdə əbədi qalacaqlar”. )
    Hər kəs ölümü yad etməsə ömrünü faydasız işlərə və hər kəs ölümü yad etsə, ömrünü düz yolda sərf etmişdir. Ölüm insana ən gözəl nəsihətçi və çətinliklərdə yaxın köməkçidir. Ölümü yada salmağın nə qədər mühüm olduğu barədə onun çətinliyə düşmüş insanın işini asanlaşdırmağı, var-dövlətini əcrə səbəb olan yerə xərc etməsi və bəndəni lazımsız işlərdən çəkindirməsi kimi xüsusiyyətlərini demək kifayətdir. Nə gözəl deyiblər: "Ölüm haqda təfəkkür, çətinlikləri asanlaşdırar, qiyamət günü fayda verən işlərə rəğbət artırar, ölümdən qabaq tövbə etməyə və hazırlığa sövq edər, uzun arzulara son qoyar və bəndənin həsrət çəkməyinə imkan verməz”.
    SƏBR
    Ey oğul, səbr etməyi sənə vəsiyyət edirəm. Onun insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar.
    "Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.
    Ey oğul, nemətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.
    Ey oğul, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şerdə Həzrət belə buyurub: "Bəlaya mübtəla olsan kəramət sahiblər tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahın qoyub adi insanların qarşısında şikayətlənməyin”.
    Ey oğul, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən. ("Müstədrəki-vəsail”, 1-ci cild, hədis 17. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Dünyada ən üstün zahidlik, ibadətin ən fəzilətlisi və təfəkkürün ən qiymətlisi həmişə ölümü yad etməkdir. Hər kəs ölümü çox yad etsə, öz qəbrini cənnət bağlarından birinə döndərər”.  )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: "Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üçyüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”. ("Üsuli-kafi”, 2-ci cild, səh. 90, hədis 11. İmamlarımız buyurublar ki, səbr üç qismdirk bəla və müsibət zamanı edilən səbr, Allaha itaət zamanı edilən səbr və onun qoyduqları haramın müqabilində olunan səbr. İkincisi birincidən, üçüncüsü isə hər ikisindən fəzilətlidir.  )
    Əxlaq alimləri səbri neçə mərtəbəyə bölüblər:
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1359 | Added by: Islam_Kitabxanasi | Rating: 4.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024