İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:04 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    SƏBRİN MƏRTƏBƏLƏRİ VƏ NÖVLƏRİ
    1-İnsanın ürəyi istədiyi sağlamlıq, mal, qohum-əqrəba, cah-cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr. Bəndənin bunların müqabilində səbr edib, öz nəfsini onlara meyl etməkdən, ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir.
    2-İtaətdə səbr. Bu çətin işdir. Çünki nəfs təbii olaraq itaətdən, boyun qaçırır və daha çox ağalığa doğru meyilli olur. Ona görə deyiblər elə bir adam yoxdur ki, Fironun zahir etdiyi onun ürəyindən keçməsin. Lakin Firon imkan tapıb onu aşkar etdi. Elə bir adam yoxdur ki, öz nökərləri ya xadimləri və ya ətrafdakıları ilə bunu bildirməsin. Düzdür, həddini aşmasa da xadimlərin təqsiri olanda onlara acıqla qəzəblənməsi buna dəlildir. Bütün bunlar təkəbbürdən başqa bir şey deyildir.
    Ey oğul, itaətdə, həm əmələ başlamazdan qabaq, həm əməlin əsnasında, həm də ondan sonra səbr etməyin lazımdır. Əməldən qabaq, niyyətin düzlüyü üçün, əməlin əsnasında Allahın zikrindən qafil olmamağın üçün və əməldən sonra isə onu qiymətdən salan təkəbbür kimi halətlərin sənə üz verməməsi üçün lazımdır.
    3-Günahların müqabilində edilən səbr. Bəndənin buna lap çox ehtiyacı var. Çünki yalan, qeybət, söz gəzdirmək, böhtan kimi günahlar adətdən doğur və adət isə sabitləşmiş bir xüsusiyyətdir. Şəhvət də bunlara əlavə olsa Şeytanın iki böyük qoşununa çevirilib fitrətə qalib gələrlər. Bəs günah nə qədər ləzzətli olsa ona səbr etmək də bir o qədər çətinləşər.
    4-Xaricdən gələn təsirlərin müqabilindəki səbr. Belə ki, hər hansı bir iş, ya söz ilə sənə əziyyət olunarsa səbr et. Burada onun cavabını verməyib səbr etməyin "gözəl səbr” (şəriətdə) adlanır.("Üsuli-kafi”, 2-ci cild, səh. 91, hədis 15.  )
    Ey oğul, sənə pislik yetirən adamın müqabilində səbr edib işi Allaha həvalə et, intiqam almağa imkanın olsa da heç vaxt əks təsir göstərməyə can atma. Bizə yetişən hədislərdən əlavə, ("Üsuli-kafi”, 2-ci cild, səh. 332, hədis 9. İmam Sadiq əleyhissalam buyurub: "Hər kəs başqasına zülm etsə onun əvəzini özündə ya malında ya da övladında görəcəkdir”.  ) Əli əleyhissalamın oğlu Həsənə olan vəsiyyətlərindən: "Məbadə Allahdan başqa köməyi olmayan kəsə zülm edəsən”. ("Müstədrəki-vəsail”, 2-ci cild, səh. 343, hədis 12. Həzrət Əli əleyhissalam buyurmuşdur: "Sənə zülm edənin zülmü, sənin gözündə böyük görünməsin. Çünki onun bu işi özünə zərər, sənə isə xeyir verəcəkdir. Sənə yaxşılıq edənin əvəzi pislik deyildir. Hər kəs zülm qılıncını siyirərsə onunla qətlə yetirilər. Hər kəs qardaşı üçün quyu qazarsa özü düşər...” )
    Təcrübə göstərir ki, bəzən gec də olsa Allah taala elə bu dünyada çox gözəl əvəzini çıxar və məzlumun intiqamını zalımdan alar.
    5-İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur:
    "O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: "Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.” ("Bəqərə” surəsi, ayə 156.  )
    Ey oğul, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı məlum olmayan savabın verilməsi hədislərdə var ki, səbr edənlər "Ərəsat”da durmadan, "Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar. ("Vəsailiş-şiə”, hədis 1. Hişam ibn Həkəm İmam Sadiq əleyhissalamdan belə rəvayət edir: "Qiyamət günü bir dəstə insan baş qaldırıb cənnətin qapısına gələrlər. Onlardan soruşarlar ki, siz kimsiniz? Deyərlər ki, biz səbr edənlərik, Onlara deyilər ki, siz nəyə səbr etmisiniz? Cavab verərlər ki, biz Allaha itaət etməkdə və günahlardan çəkinməkdə səbr etmişik. Bu vaxt Allah-taala deyər: "Düz deyirlər, onları cənnətə daxil edin”. Buna dəlil "Həqiqətən səbr edənlərin əcri hesabsız olacaqdır” ayəsidir”.  )
    Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.
    Yoxsulluğa səbr etmək cihaddır.” ("Vəsaili-şiə”, hədis 5.  ) İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: "Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”.
    Bu mətləbi yuxarıda deyilmiş hədisdən "səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar.
    "Səbr etmək altmış il ibadətdən fəzilətlidir.” ("Camiüs-səadat”, 3-cü cild, səh. 207.  )
    İmam Sadiq əleyhissalam buyurub: "Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”.
    "Mömin hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.” ("Üsuli-kafi”, 2-ci cild, səh. 92, "Səbr” fəsli, hədis 17. )
    2-Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. Bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin möminin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. "Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir. ("Məcməül-bəyan”, 5-ci cild, səh. 241. "Yusif” surəsinin 56-cı ayəsinin təfsirinə bax. )
    Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi. ("Məcməül-bəyan”, 8-ci cild, səh. 477, "Sad” surəsi, 41-44-cü ayələrin təfsiri. "Safi təfsirinin” 462-ci səhifəsində bu ayələrin təfsirində deyilir: Əli ibn İbrahim İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, Həzrətdən Əyyubun dünyada başına gəldiyi bəlaların hansı səbəbə görə olduğunu soruşdular? Həzrət buyurdu: "Allahın bu dünyada ona verdiyi nemətlərin şükrünü əda etdiyinə görə. O zamanlar İblis, hələ ərşə qədər olan həddən qarşısı alınmamışdı. Əyyubun şükrünü görən İblis ona həsəd aparıb dedi: Ey Pərvərdigar, Əyyub ancaq, ona dünyada verdiyin nemətlərə görə sənə şükür edir. Əgər bunları ondan məhrum etsən heç vaxt sənə şükür etməz. Əgər bunu bilmək istəyirsənsə, onda onun dünya var-dövlətini mənim ixtiyarıma ver. Allah-taala buyurdu: Bəli, onun mal və övladlarını sənin ixtiyarına verdim. Bu zaman İblis onun övladlarını və bütün var dövlətini məhv etdi. Əyyub isə Allaha həmd və şükürü daha da çoxaltdı. İblis dedi: Ey Pərvərdigar, onun zəmilərini mənim ixtiyarıma ver. Allah-taala buyurdu: Sənin ixtiyarındadır. Sonra o, bütün şeytanları yığdı və zəmiləri üfürüb yandırdılar. Əyyub bir az da şükürü çoxaltdı. İblis dedi: Pərvərdigara, onun qoyunlarını mənim ixtiyarıma ver. Allah-taala qoyunları da onun ixtiyarına verdi. O, qoyunları da həlak etdi. Əyyub yenə şükürü çoxaltdı. İblis dedi: Ey Pərvərdigar, indi onun bədənini mənim ixtiyarıma ver. Allah onun bədənini, ağıl və iki gözündən başqa İblisin ixtiyarına verdi. İblis onun bədəninə üfürüb başdan ayağa qədər yaraya döndərdi. O, uzun müddət bu vəziyyətdə qalsa da Allaha şükürü kəsmədi. Axırda onun bədəninə qurd düşdü. Qurdlar onun bədənindən çıxdıqca onları yerinə qaytarıb deyirdi: Qayıt o yerə ki, Allah-taala səni orada xəlq edib. Beləliklə onun bədəni çürüməyə başladı. Bunu görən kənd əhli, onu kəndin kənarındakı zibilliyə atdılar. Onun arvadı Yusif peyğəmbərin qızı idi. O camaatdan yığdığı sədəqə və əlinə hər nə keçsəydi onu Əyyub üçün gətirərdi. Əyyubun bəlası uzandıqca səbrinin artdığını görən İblis, dağda rahiblik edən Əyyubun əshabının yanına getdi və dedi: Gəlin birlikdə o mübtəla olmuş bəndənin yanına gedək və hansı səbəbə görə bu bəlaya düçar olduğunu soruşaq. Onlar ala qatırlara minib yola düşdülər. Qatırla ora yaxınlaşanda üfunətli iydən çəkindilər. Onlar bir az bir-birinə baxıb sonra irəli getdilər. Ey Əyyub -deyə soruşdular: Əgər öz günahını bizə desən bəlkə Allah-taala bizim duamızı qəbul edər. Bizə elə gəlir ki, heç kəsin düşmədiyi bəlaya mübtəla olmağın, hər hansı böyük günaha görədir ki, onu bizdən gizlədirsən. Əyyub əleyhissalam dedi: And olsun Allahın izzətinə, yaxşı bilir ki, mən, heç vaxt yetim və zəifsiz süfrə başına əyləşməmişəm, həmişə Allah yolunda qarşıya çıxan işlərin ən çətin və şiddətlisini özümə götürmüşəm. Bu vaxt onlardan ən cavan olanı dedi: Xəcalət çəkin, Allahın peyğəmbərini o qədər məzəmmət etdiniz ki, hətta gizlətdiyi ibadəti izhar etdi. Əyyub dedi: Ey pərvərdigarım, əgər mənə hökm etməyə icazə versəydin öz dəlilimi bəyan edərdim. Allah-taala bir parça bulud göndərdi. Bulud dedi: Ey Əyyub, dəlilini bəyan et ki, artıq sənə icazə verildi və mən sənin yanında olacağam. Əyyub dedi: Ey pərvərdigarım, bilirsən ki, yolunda əgər iki iş arasında qalsaydım onun ən şiddətlisini seçərdim. Sənə həmd etməzdimmi? Sənə şükür etməzdimmi? Səni münəzzəh bilməzdimmi? Bu vaxt on minlərlə dil, buluddan səsləndi: Ey Əyyub, camaat qəflətdə olanda kim səni həmd, şükür və ibadət etməyə sövq etdirdi? Allaha minnət qoyursan, bir halda ki, onun sənə minnət qoymağa haqqı var. Əyyub bir az torpağı götürüb ağzına qoydu və dedi: Bəli haqq sənindir ey pərvərdigarım, sən bunları mənim üçün etmisən. Allah-taala ona bir mələk göndərdi. O, ayağını yerə vurdu və oradan su çıxdı. Əyyub həmin suda çimdi və əvvəlkindən də gözəl oldu. Allah-taala onun üçün gözəl bir bağ göyərtdi, əhlini, malını, övladını və zəmilərini qaytardı. Mələk də həmişə onunla olardı və ona munis idi. Əyyubun arvadı qayıtdıqda oraların dəyişdiyini görüb ağladı və dedi: Ey Əyyub, başına nə bəla gəldi? Əyyub onu yanına çağırdı. Əyyubun bədəni və hər şeyini geri qayıtdığını gördükdə şükür edib, Allaha səcdə etdi. Əyyub onun hörüklərinin kəsildiyini gördü. Onun gözəl hörükləri vardı. Bir dəfə o, Əyyub üçün yemək almaq istədikdə ona dedilər: Hörüklərini bizə satsan sənə yemək verərik. O, hörüklərini kəsib onlara verdi və əvəzində Əyyub üçün yemək aldı. Saçlarının kəsildiyini görən Əyyub, qəzəbləndi və and içdi ki, onu yüz dəfə vuracaq. Arvadı bu əhvalatın necə olduğunu ona xəbər verdi. Əyyub bu işdən çox kədərləndi. Allah-taala ona vəhy etdi ki, bir dəstə ot ya sünbül götürüb onunla vur, amma andını pozma. Əyyub yüz xırda budağı olan bir xurma ağacının şaxəsini götürüb bir dəfə onu vurdu və öz andını pozmadı. Allah-taala Əyyubun bəladan əvvəl və sonra vəfat etmiş əhlini diriltdi və onlar Əyyub ilə birlikdə yaşadılar. Ondan sağaldıqdan sonra soruşdular ki, bəlaların hansı sənin üçün ən ağır oldu? Dedi: düşmənlərin istehzası. Sonra Allah-taala onun evinə qızıldan çəyirtkə yağdırdı. Əyyub onları yığır, hətta külək apardıqlarınında arxasıyca qaçıb qaytarırdı. Cəbrayıl ona dedi Ey Əyyub, doymursanmı? O, dedi: Kim Allahın ruzisindən doyar?”. çoxdur və bu mövzudakı kitablarda geniş qeyd edilmişdir. )
    Ey oğul, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta "Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur. ("Təfsiri-miratul-ənvar”, səh. 30. Hədisi-Kəsa adlanan məşhur hədisdə Allah-taala Cəbrayıla xitab edərək buyurdu: "And olsun izzət və cəlalıma və uca məkanıma, böyük səmaları, geniş əraziləri, parlaq günəşi, nurlu ayı və dövr edən fələyi bu beş nəfərin məhəbbəti olmasaydı, yaratmazdım”  )
    Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:
    "Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.
    Ey oğul, məbadə bəzi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan. ("Camiüs-səadat”, 2-ci cild, səh. 280. Buyurur: Səbr əhli üç qismə bölünür: Birinci şikayətlənməmək və bu tövbə edənlərin dərəcəsidir. İkinci qəza-qədərə razı olmaq və bu zahidlərin dərəcəsidir. Üçüncü Allahın gördüyü bütün işləri məhəbbət və səmimi qəlblə qarşılamaq və bu isə siddiqlərin dərəcəsidir. Bu bölmə, müsibətlərin müqabilində olunan səbrə aiddir. Əgər səbri başqa cəhətdən bölsək onlardan biri, çətinlik zamanı insanların gözündə yaxşı tanınmaq üçün onların yanında özünü təmkinlə aparmaqdır. Bu avamların səbridir ki, onlar yalnız bu dünyanın zahirini tanıyırlar, amma axirətdən qafildirlər. İkinci, savab intizarında olub, axirətdə uca dərəcələrə nail olmaqdır ki, bu zahid və müttəqilərin səbridir. Üçüncü isə Allah tərəfindən gələn hər bir çətinlikdən ləzzət almaqdır. Çünki məhbub tərəfindən gələn bəla aşiqə əzizdir, aşiq isə, məşuq onu hər cür əziyyət və imtahana çəksə də ona müştaqdır. Bu ariflərin səbridir. Allah-taala buna işarə edərək buyurur: "Bəşarət ver o sabirlərə ki, müsibət onlara üz verdikdə deyərlər: biz Allahdanıq və ona tərəf də qayıdacağıq. Onlara pərvərdigarları tərəfindən salavat və rəhmət vardır”.  )
    Ey oğul, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular "Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: "Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik” ("Müstədrəki-vəsail”, 1-ci cild, səh. 133, bab 58, hədis 4. Əbdürrəhman ibn Ovf deyir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ilə xurma ağacının altına daxil oldum. Bu zaman İbrahim can verirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu qucağına aldı və gözləri doldu. Mən dedim: Ey peyğəmbər ağlayırsınız? Bəs bizə ağlamağa icazə verməyən sizin özünüz deyildiniz? Dedi: Xeyr, mən belə deməmişəm... bu rəhmətdir. Hər kəs rəhm etməsə, ona rəhm olunmaz. Ey İbrahim, əgər bu hökm haqq, vəd doğru, əcəl labüd olmasaydı və sonumuz əvvəlimizə birləşməsəydi, sənə görə bundan da artıq hüznlü olardım. Biz hamımız sənə görə hüzndəyik. Göz yaşı süzülür, qəlb kədərlənir, amma Allahın qəzəbinə səbəb olan bir şeyi biz dilimizə gətirmərik.  )
    Ey oğul, müsibət zamanı "İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən. ("Bəqərə” surəsi, ayə 154: "Müsibət onlara yetişən zaman deyərlər: Biz Allahdanıq və Allaha tərəfdə qayıdacağıq. Onlara pərvərdigarları tərəfindən salavat və rəhmət vardır və onlar hidayət olunmuşlardır”. İmam Sadiq (ə) Peyğəmbər (s)-dən rəvayət edir ki, həzrət buyurdu: "Dörd şey hər kəsdə olsa, Allah-taala onu cənnət əhli edər.” 1-Onun dəstəyi "La ilahə illəllah” şəhadəti olsun. 2-Allah-taala ona nemət verən zaman”Əlhəmdü-lillah” desin. 3-Günah edən zaman "Əstəğfirullah” desin. 4-Müsibət yetişən zaman "İnna lillahi və inna iləyhi raciun” desin”.  )
    Ey oğul, İmam Sadiq əleyhissalam buyurubdur: "Səbr kasası daşdıqda ümid qapısı açılar.” ("Vəsaili-şiə”, 2-ci cild, səh. 455, 24-cü bab, hədis,9. İmam Sadiq əleyhissalamın yanına bir qadın gəlib dedi: Oğlum, səfərə gedibdir və neçə vaxtdır ki, ondan bir xəbər yoxdur. Onun üçün darıxmışam. Mənim üçün Allahdan kömək istə. İmam buyurdu: Səbr et. Bir müddətdən sonra o qadın gəlib şikayətlə oğlunun gəlmədiyini söylədi. İmam buyurdu: -Demədimmi səbr et? Qadın dedi: -Nə qədər səbr edim? Səbrim tükənib. İmam buyurdu: -Get evinə, oğlun qayıdıb. Qadın evə qayıdıb oğlunu gördükdə gəlib imama dedi: -Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra məgər vəhy nazil olur? İmam cavab verdi: Xeyr, lakin səbr tükənəndə ümid qapıları açılar. Sən dedin ki, səbrim tükənib, bildim ki, Allah-taala oğlunun gəlişinə sənin üzərindən bu çətinliyi götürmüşdür.  )
    Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı. (Səbr tükənəndən sonra fərəcin hasil olmasına aid əhvalat və hadisələrdən xəbərdar olmaq istəyirsənsə "Çətinlikdən sonra fərəc ". (Müəllif Qazi Əbu Əli Həsən ibn Əbul Qasim), həmçinin Şeyx Bəhainin "Kəşkül” kitabına müraciət et. "Şərh” surəsi, və 6-cı ayələr.  )
    Nə gözəl deyilib:
    "Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”.
    "Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”.
    "Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”.
    "Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha etimad et”.
    "Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”.
    "Dünya sənə dar olsa "ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.
    Ey oğul, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə "iffət”, müsibətin müqabilindəki səbrə sadəcə "səbr”, günahın müqabilindəki səbrə "təqva”, özünü cüzi miqdar malla razılaşdırmağa "qənaət”, döyüş və müharibədəki səbrə "şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə "helm”, dünyəvi bəlaların müqabilindəki səbrə "ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa "zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur.
    TƏVƏKKÜL
    Ey oğul, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və etimad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin səyin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda səy etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası səyinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə səy uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da "Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini ("Yusif” surəsi, ayə 106.  ) dediyim mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər ("Məcməul-bəyan”, 5-ci cild, səh. 268. İmam Sadiq əleyhissalam bu ayəni təfsir edərək buyurur: "Əgər bir nəfər desə ki, filankəs olmasaydı ölərdim, əgər filankəs olmasaydı ailəm dağılardı Allahın mülkündə ona şərik qərar vermişdir. Soruşdular ki, o adam: əgər Allah filankəsi kömək göndərməsəydi ölərdim - belə desə necə? İmam buyurdu: Bunun eybi yoxdur. Bu ibadətdə yox, .itaətdə şərik qərar verməkdir.”  ) (Yəni, insanlar adətən öz elm, səy və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər).
    Ey oğul, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mənası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn təkidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin təkidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir. ("Müstədrəki-vəsail”, 2-ci cild, səh. 418, hədis 1. İmam Baqir əleyhissalam buyurur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) son həcc mövsümündə camaata belə xitab etdi: "Ey insanlar! Allaha and olsun ki, sizi cənnətə yaxınlaşdırıb cəhənnəmdən uzaqlaşdıran hər bir şeyi sizə əmr etdim və sizi, cəhənnəmə yaxınlaşdırıb cənnətdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim. Cəbrayıl mənə xəbər verib ki, heç kəs ruzisi tamam olmamış ölməyəcək. Allahdan qorxun və ruzi toplamaqda lazımi qədər çalışın. Ruzi yetişməmiş səbirsizlik edib heç vaxt haram yola əl atmayın. Həqiqətən Allahın nemətlərini yalnız ona itaət etməklə əldə etmək olar”.”Müstədrəki-vəsail”, 2-ci cild, səh. 418, Hədis 8. İmam Həsən Əsgəri əleyhissalam buyurur: "Dözmək mümkündürsə Allahdan bir şey istəmə. Həqiqətən hər günün öz ruzisi var. Bil ki, ruzidə israr etmək adamı qiymətdən salar və ruhi əzab-əziyyətə səbəb olar. Səbr et ki, Allah-taala sənin üçün daxil olmağı asan olan bir qapı açsın. Boş yerə tələsmək təəssüfə necə də yaxındır, necə ki, qorxub qaçmaq əmin-amanlığa yaxındır. Nemətlər müəyyən dərəcələrə bölünüb. Yetişməmiş meyvəni dərməyə tələsmə, ona yalnız öz vaxtında nail olacaqsan. Bil ki, sənin üçün tədbir tökən (Allah) sənin halına münasib olan vaxtı daha yaxşı bilir. Vaxtından əvvəl hacətlərinə çatmağa tələsmə ki, narahat və məyus olarsan”. İsmayıl ibn Kəsir bu hədisi Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql edir. "Allahın fəzlindən istəyin” ayəsi nazil olduqda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əshabı soruşdular ki, fəzl nədir? Hansımız bunu ondan soruşaq? Əli əleyhissalam dedi ki, mən soruşaram. O, soruşduqda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Allah-taala məxluqatı yaratdı və onlar üçün halaldan ruzi ayırdı, haramı qadağan etdi. Hər kəs haram yolla ruzi əldə edərsə bir o qədər halal ruzisindən azalar və onun hesabını verməlidir”.)
    Ey oğul, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: "Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bəzən çətinliklər sovuşar, bəzən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna etiraz etmə”.
    Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə təsir etməməsinə gətirib çıxara bilər.
    Ey oğul, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yəqub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir.
    Ey oğul, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir. ("Safi təfsiri”, 3-cü cild, səh. 466. "Allah-taala İbrahimi özünə dost seçdi” ("Nisa” surəsi, ayə 25). Bu ayənin təfsirində İmam Sadiq əleyhissalamdan belə nəql olunmuşdur: "İbrahim əleyhissalam qonaqpərvər bir şəxs idi və qonaq gəlməyəndə gedib axtarar və tapıb evinə dəvət edərdi. Bir gün qapını bağlayıb həmişəki kimi qonaq axtarmağa getmişdi. Qayıdarkən evində kişi tayfası gözünə dəydi. Səsləyərək dedi: -Ey Allahın bəndəsi, kimin icazəsi ilə evə daxil olmusan? Evdən səs gəldi: -Evin Allahının icazəsi ilə. Və üç dəfə bu sözləri təkrar etdi. İbrahim əleyhissalam bildi ki, evdəki Cəbrail əleyhissalamdır və buna görə Allaha şükür etdi. Sonra Cəbrail əleyhissalam belə dedi: -Rəbbim məni öz bəndələrindən birini dost seçmək üçün göndərib. İbrahim əleyhissalam ona xitab edib: "Mənə de, kimdir o? Ona ölənə qədər qulluq edim” deyə söylədi. Cəbrail əleyhissalam cavab verdi: -Həmin şəxs sənsən. İbrahim əleyhissalam soruşdu: -Niyə görə mən? Cəbrail əleyhissalam buyurdu: -Çünki sən heç kimdən dilənərək bir şey istəməmisən. Doğrudanmı, heç kimdən dilənərək bir şey istəməmisən? İbrahim əleyhissalam buyurdu: Xeyr, (istəməmişəm)”. )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 475, bab 66, hədis 324. )
    Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: "Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”.
    Yenə buyurur: "Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqaların-dan ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 485, hədis 94. Həfs ibn Qiyas İmam Sadiq əleyhissalamdan nəql edir ki, buyurdu: "Sizlərdən hər biriniz, Allahdan diləməmiş ona bir şey əta etməsini istəsə, gərək insanlardan tamamilə bir şey ummasın və onlardan ümidini kəssin. Və Allah dərgahından başqa, ümid yeri olmasın. Allah-taala onun qəlbində bunu hiss etsə diləməmiş ona istədiyini əta edər. Öz-özünüzün hesabınızı çəkin, sizin hesabınızı çəkmədən öncə. Çünki qiyamətdə əlli dayanacaq (hesab çəkmək yeri) vardır və hər biridə min il çəkər. Sonra bu ayəni tilavət etdi: Bir günki sizin hesabladığınız (tarixlə) əlli min il qədərdir” ( "Səcdə” surəsi, ayə5).  )
    Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mənaya dəlalət edən çoxlu rəvayət taparsan.
    "Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun. ("Səhifeyi-səccadiyyə”, hacət istəmək duası. "Səhifeyi-səccadiyyə”, külliyyat, səh. 84-86 və "Biharul-ənvar”da həmin kitabdan 94-cü cild, səh. 132 həmin duanı nəq etmişdir: "Ey istənilən hacətlərin əsl mənbəyi olan Rəbbim və ey istəkləri (tələbləri) qəbul dərəcəsinə yetirən və ey nemətlərin əvəzsiz verən və ey bəxşişlərini minnət qoymaqla puça çıxartmayan və ey o kəs ki, onunla başqasına ehtiyac əsla olmaz və hamı ona möhtacdır, ey o kəs ki, hamı ona rəğbətlə yanaşır və heç kim ondan üz döndərmir və ey o kəs ki, dilənib ondan almaqla xəzinələri tükənməz və ey o kəs ki, müxtəlif yollar onun hikmətini dəyişdirmək qüdrətində deyil və ey o kəs ki, möhtacların ehtiyacları həmişə ona sarı yönəlir və ey o kəs ki, dua edənlərin çağırışı duası ona mane törətməz. Yaratdıqlarına möhtac olmadığına görə həmd və sənaya layiqsən və əbədi olaraq onlara ehtiyac duymazsan və onları özünə möhtac yaratmısan, necə ki, sənə möhtacdılar və çatışmamazlığını düzətmək üçün sənin dərgahından kömək uman və möhtaclığı üzündən sənin vasitənlə uzaqlaşdıran hər bir şəxs, hacətini güman gələn yerdən istəyən və istəyinə doğru ondan çatan birisidir. Öz hacətini ödəmək üçün kiməsə üz tutan adam və ya tələb etməkdə müvəffəqiyyət qazanmaq üçün (başqasına üz tutmağı) səbəb qərar verən şəxs məhrumiyyətə məruz qalacaqdır və sənin ehsanından məhrum olacaqdır. Ey Rəbbim, sənə olan ehtiyacımı (ödəməkdən) güc-qüvətim aciz qalmışdır və onun müqabilində tədbir ağacı əlimdən çıxmışdır və mənim nəfsim öz hacətini sənə söyləyən kimsəyə və öz istəklərində səndən asılı olan birisinə ərz etməyi yaxşı hesab edir. Hansı ki, bu (əməl) özü xətakarların səhvlərindəndir və günahkarların xətalarındadır. Bu qədər macəradan və geşməkeşdən sonra sənin, məni yada salmağının nəticəsində qəflət yuxusundan ayıldım və sənin sayəndə əldə etdiyim uğurlarla uçurumdan nicat tapdım və çaşmaq halətində sənin köməyinlə qayıtdım və mənim Rəbbim pak və hər bir şeydən uca və uludur. Bəs necə olar ki, möhtac möhtacdan bir şey diləsin və öz-özlüyündə heç olan birisi öz tayına rəğbət bəsləsin, beləliklə ey Rəbbim sənə rəğbət və istəklə üz tutdum və sənə tam etimad etdiyim halda bütün ümidimi sənə bağladım. Bildim ki, səndən dilədiyim çox şey Sənin yanında çox azdır və Səndən umduğum böyük bəxşiş, Sənin zənginliyinə görə kiçik bir şeydir. Sənin kərəm qapın heç kimə dar gəlməz və bəxşiş və əta verən əlin hamının əlindən daha yüksəkdir. Ey Rəbbim, Məhəmməd və onun övladlarına salavat göndər və öz kərəmin xatirinə mənimlə əliaçıqlıqla rəftar et və ədalətin xatirinə mənimlə özüm layiq olduğum kimi rəftar etmə. Mən məhrumiyyətə layiq olduğum halda sənə rəğbət bəsləyən birinci adam deyiləm ki, ona istədiyini verirsən və həmçinin mən məhrum qalmağa layiq olduğum halda səndən diləyən ilk şəxs deyiləm ki, onunla bəxşiş və əliaçıqlıqla rəftar edirsən. Ey Rəbbim, Məhəmməd və onun pak övladlarına salavat göndər və mənim duamı qəbul et, Səni çağırmaqda mənə yaxın ol və Sənin müqabilində olan acizliyimə rəhm elə, sözlərimi dinlə və məni özündən naümid etmə. Ey Rəbbim, əlimi ətəyindən üzmə, məni öz hacətimdə özündən başqasının qapısına göndərmə, mənim istəyimin düzəlməsini, hacətimin qəbul olmasını və diləyimə çatmağı özün öhdənə al, bu məqam (yəni səni çağırıb, səndən diləmək) əlimdən çıxmamış və bu haləti mənim üçün çətinləşdirməmiş hacətimi rəva qıl və mənim müqəddəratımı bütün işlərdə yaxşı qərar ver. Ey Rəbbim, Məhəmməd və onun pak Əhli-beytinə ardı kəsilməyən və həmişə çoxlu əbədi və sonsuz qədər və vaxtımın nəhayəti olmayan miqdarda salavat göndər. Bu salavatları mənim üçün kömək və istəyim üçün müvəffəqiyyət qərar ver ki, sən hər şeydən daha geniş və kəramətlisən. Hacətini deyirsən sonra səcdəyə gedib, səcdə halında belə deyirsən: Sənin bəxşişin məni özünə yaxınlaşdırmışdır və ehsanın məni sənə tərəf getməyi göstərmişdir. Həmin ehsanına xatir səndən diləyirəm və Məhəmməd və onun Əhli-beyti xatirinə (sənin rəhmətin onlara olsun) məni naümid qaytarma”.)
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1281 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024