İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 10
Qonaqlar 10
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:04 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    QƏNAƏT
    Ey oğul, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər. Qənaət dedikdə ailəni imkan olduğu surətdə çətinliyə salmağı nəzərdə tutmuram. Çünki hədislərdə ailədə bolluq yaratmaq savab bir iş kimi qeyd olunmuşdur. ("Vəsailuş-şiə”, 3-cü cild, səh. 141, hədis 20. Əbul-həsən (İmam Rza) əleyhissalam buyurub: "Bəyənilir ki, nemət çoxaldığı vaxt hər bir şəxs öz ailə üzvlərini bolluq içərisində saxlasın”. Həmin kitabın 142-ci səhifəsində 2-ci hədisdə İmam Səccad əleyhissalamdan nəql olunur ki, buyurmuşdur: "Sizlərdən Allahın ən razı olduğu bəndə, öz ailəsinə bolluq yaradandır”. Həmin kitabda 7-ci hədisdə Səid ibn Məhəmməd, Məsədədən nəql edir ki, Əbul-həsən əleyhissalam buyurmuşdur: "Hər bir kişinin ailə üzvləri onun əsirləri kimidirlər, əgər Allah ona nemət vermişsə gərək öz əsirlərinə bolluq yaratsın və əgər bolluq yaratmasa nemətin əlindən getmə ehtimalı çox böyükdür”.  ) Buna riayət etməmək vacib nəfəqənin (ev xərci) tərk olunmasına səbəb olar. Məqsəd budur ki, bacardıqca gücün çatanla razılaşıb öz qazancına münasib olaraq xərcləyəsən. Əgər sərvətlisənsə israfa yol verməmək şərtilə mümkün qədər ailənin maddi ehtiyaclarını artıqlaması ilə təmin et. Bütün işlərini düzgün tədbirlə idarə et ki, nə xəsislərdən nə də israf və bədxərclik edənlərdən sayılasan.
    Əgər kasıbsansa qənaət et, qəza-qədərə (Quranın bu ayəsinə işarə olunur: "Onlar elə bir insanlardırlar ki, ehsan etdikləri zaman nə israf edərlər və nə əsirgəyərlər və bu ikisinin ortasını riayət edərlər”. ("Fürqan” surəsi, ayə 67. "Vəsailüş-şiə”, 3-cü cild, səh. 143, hədis 3. Məhəmməd ibn Sənan Əbul-Həsən əleyhissalamdan bu ayə barəsində belə rəvayət etmişdir: "Qəvam (orta səviyyə) bundan ibarətdir ki, həm sərvətli həm kasıb adam hər ikisi öz şəninə münasib olaraq ailəsi üçün lazım olan şəraiti yaratmalıdır. Çünki Allah-taala heç kimdən öz ixtiyarından xaric olan yükü tələb etmir”. Həmin səhifədə, hədis 7. Abbasdan nəql olunur: "İmam Rza əleyhissalamdan ailəmə düşən nəfəqə haqqında üzr istədim. Buyurdu: İki bəyənilməz (məkruh) səviyyənin arasındakı miqdarı riayət etməlisən. Mən dedim: -İki bəyənilməz nə deməkdir? Buyurdu: -Allah-taala malı israf etmək və əsirgəməkdən xoşu gəlmir. Sonra "Fürqan” surəsinin 67-ci ayəsinə işarə etdi”.  ) razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə. Dünyapərəst və dar düşüncəli adamlar bunu bilən kimi istehza ilə səni təhqir edərlər.
    Şair nə gözəl deyib: "İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.
    Ey oğul, (Allah sənin abır-həyanı qorusun) təcrübəmdən deyirəm ki, sirri başqasına açmaq fəqirliyi artırar, adamı alçaldar, Allahın qəzəbinə səbəb olar. Çətinliyini başqasına açmaqla sənə məhəbbət göstərməyini və ya bir şey verməyini istəmə. Ruzi əvvəldən Allahın hikməti üzrə ayrılmışdır. Abrını (həyanı) tökməklə onu artırmaq olmaz, nə də iffət və izzətin onun azalmasına səbəb olar. (Üsuli-kuafi”, 5-ci cild, səh. 80, hədis 1. Əbu Cəfər əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: "Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) həccətül-vidada (axırıncı həcc mərasimində buyurmuşdur: Bilin, Ruhul-əmin (Cəbrail) mənə belə xəbər gətirdi ki, heç bir şəxs ruzisi kamil olmamış dünyadan getməyəcəkdir. Allahdan çəkinin və ruzini bəyənilmiş surətdə Allahdan diləyin. Ruzinizdən bir şey gecikəndə onu Allaha günah etmək vasitəsi ilə ələ gətirməyin. Çünki Allah-taala ruzini öz xəlqi arasında halal olaraq bölmüşdür və haram yoldan heç kimə ruzi ayırmamışdır. Bəs deməli Allahdan çəkinib səbr edən şəxsə Allah tərəfindən halal ruzisi yetişəcək. Amma həya pərdəsini yırtıb tələsməklə qeyri-halal yoldan onu ələ gətirən, bu yolla öz halal ruzisini azaltmış olar və qiyamət günü bu əməlin hesabını verəcəkdir”. ) Əksinə, bəzən sirri açmaq ("Kafi”, 5-ci cild, səh. 81, hədis 9. İmam Sadiq əleyhissalam buyurmuşdur: "Əmirəl-möminin Əli əleyhissalam dəfələrlə təkrar edərdi ki, bilin və yəqinliklə dərk edin, əziz olan Allah bəndəsinin çox səy edib, böyük tədbirə əl atıb, müxtəlif planlar çızmaqla hikmətli kitabında müəyyən olunmuşu (ruzi) qabaqlamağı rəva bilməmişdir və zəiflik və az tədbirinə görə heç bir bəndəni hikmətli kitabında ona müəyyən olunmuşa çatmağı qadağan etməmişdir. Ey insanlar, təqdir belədir ki, heç bir şəxs fərasətinə görə bir qəpik artıra bilməz və öz axmağlığına görə heç kimin pulu bir qəpik belə azalmaz. Bunu dərk edib ona əməl edən, öz mənfəətində ən rahat və asudə adamdır və bilə-bilə buna əməl etməyən isə öz işində ən ziyan çəkən şəxs sayılır. Nə çoxdur neməti verilib, ona olunan ehsanla qafil və xəbərsizlər və nə qədərdir, insanlar içində məğrur kəslər ki, bilmirlər bu onlar üçün bir tələdir. Ey çalışan şəxs, bu çalışmağını düz və lazımlı yerə uyğun qərar ver və tələsməyini azalt və qəflət yuxusundan oyan və Allah tərəfindən peyğəmbərinin dilində cari olmuş kəlam haqqında düşün və bu yeddi mühüm kəlməni yadda saxla ki, bu əql və düşüncə əhlinin və hikmətli kitabda Allahın qəti sözüdür. Eşidin! hər kimdə bu xasiyyətlərdən biri olsa onun yanına getməyəcək: 1-Allahın vacib etdiyində ona şərik qoşan 2-Qeyz və qəzəbini özünü həlak etməklə söndürən 3-Başqasının etdiyinə iqrar etmək 4-Allahın yaratdığından uğur diləməklə dində bidət qoymaq 5-Eləmədiyi işlərlə camaatın onu tərifləməyindən xoşu gələn 6-Özünü böyük sanan dikbaş adam; 7-Heybət və qüdrət sahibi kimi özünü qələmə vermək. Ey camaat, yırtıcıların fikir-zikri başqasına təcavüz etməkdir. Heyvanların fikri-zikri qarınlarıdır, qadınların fikri-zikri kişilərdir və amma möminlər isə bu cür pis əməllərdən qorxar, çəkinər və pis əməllərin ağır nəticəsindən qəlbləri əsər. Allah bizi və sizləri o möminlərdən qərar versin”. Bu hədisin faydası çox olduğu üçün hamısını zikr etdik.  ) Allahdan onun məxluqatına şikayətlənməyə gətirib çıxarar və onun qəzəblənməyi ilə həm dünyada vəziyyətin daha da çətinləşər, həm də axirətdə əzaba düçar olarsan. Hədisləri mülahizə etsən (Vəsailüş-şiə”, 2-ci cild, səh. 532, hədis 12.  )
    Allah taalanın qüdsi (İmam Sadiq əleyhissalam öz ata-babalarında və onlar da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql etmişlər ki, Həzrət haramları zikr edərkən buyurmuşdur: "Allahın ona qismət etdiyi ruzidən razı qalmayıb, şikayətlənən və səbirsizlik edib ümidsiz olan adamın yaxşı əməli qəbul olunmaz və Allah-taalanın ona qəzəbi tutar, ta ki, tövbə edə”.  ) hədisdəki bu kəlamı sənə kifayət edər: "And olsun izzət və cəlalıma, Məndən ümidini üzüb başqasına üz gətirəni mütləq naümid edəcəyəm, insanlar arasında ona zillət paltarı geydirəcəyəm və Öz fəzlimdən onu uzaqlaşdıracağam”. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 447, bab 12, hidis 1. İmam Sadiq əleyhissalamdan nəql olunur ki, Allah-taala buyurur:  )
    HƏYA
    Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir. İmamlardan yetişən hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir. ("And olsun izzət və cəlalıma, böyüklüyümə və uca ərşimə, məndən başqasına ümid edənlərin arzusunu ürəyində qoyub məyus edəcəyəm, insanlar arasında onu zillətə düçar edəcəyəm, onu mənə yaxın olmaqdan məhrum edib, fəzilətimdən uzaqlaşdıracağam. O məndən başqasınımı çətin hallarda arzu edib diləyir? Bir halda ki, çətinliklər mənim əlimdədir və o (bəndə) məndən başqasına ümid bəsləyib, onun qapısınımı döyüb? Bir halda ki, hər şeyin açarı mənim əlimdədir və döydüyü qapı da bağlıdır. Təkcə mənim qapımdır ki, həmişə açıqdır məni çağıranın üzünə. Hər kim müsibət və çətinlikdə məni arzulasa, müsibətinin qarşısını alaram. Hansı kəsdir ki, bəlaya düçar olanda mənə ümid bəsləsin və mən onun ümidini naümidsizliyə çevirəm? Mən Öz bəndələrimin arzularını öz yanımda qoruyub saxlayıram, onlar isə mənim bu işimdən narazıdırlar. Mən asimanları məni təsbih edib yorulmayan (mələklər ilə) doldurmuşam və onlara əmr etmişəm ki, mənimlə bəndələrim arasında olan qapıları bağlamasınlar, amma bəndələrim mənim sözümə etimad etmirlər. Görəsən dərk etmirlərmi ki, bəla mənim tərəfimdən gələndə məndən başqa heç kim onu (bəlanı) dəf edə bilməz ta ki, mən izn vermiş olam. Nə olub, bəndəm başqası ilə üns tapır və məndən üz döndərmiş halda onu görürəm. Bir halda ki, məndən diləyib istəməmiş bəxşiş üzündən ona əta etmişəm. Sonra verdiyimi ondan alanda, əlindən getmişi qaytarmaq üçün məndən istəməyib, başqasına əl açır? Bir halda ki, mən həmişə bəndə istəməmişdən qabaq əta edirəm, lazım olan zaman məgər verməyəcəyəmmi? Mən paxılam, yoxsa bəndəm məni paxıl sayır? Bəxşiş və kərəm sahibi mən deyiləmmi? Güzəşt və rəhmət sahibi mən deyiləmmi? Mən bütün arzuların istək yari deyiləmmi? Bəs, kim mənim qarşımda ümidini məndən üzər? Arzu edənlər, qorxmurlarmı məndən başqasını arzulayırlar? Əgər yer və göy əhli birlikdə məndən istəsələr və mən onların hamısının birlikdə istədiyini hər birinə versəm mənim mülkümdən bir zərrə belə azalmaz və necə ola bilər ki, mən sahibi olduğum mülk azalsın? Vay olsun mənim rəhmətimdən naümid olanlara və mənim əmrimdən çıxıb mənim haqqımda ehtiyatla rəftar etməyənlərə”.  )
    Həya və iman bir-birindən ayrılmaz, əgər biri gedərsə o biri də ona qoşular. ("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 1. )
    İmam Sadiq ya Baqir (ə)-dan nəql olunmuşdur ki, buyurub: "Həya və iman bir-biri ilə yanaşıdırlar. Əgər biri getsə (olmasa) o birisi də onunla gedər”.
    Həyası olmayanın imanı da olmaz. ("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 4. )
    Dörd şey hər kəsdə olsa, günahları həddən artıq çox olsa belə Allah o günahları savaba döndərər: doğruluq, həya, gözəl əxlaq və şükür.("Üsuli-kafi”, 2-ci cild, səh. 106, hədis 5.  )
    Başqa bir hədisdə şükürün yerinə əmanətdarlıq deyilmişdir. ("Üsuli-kafi”, 2-ci cild, səh. 107, hədis 7. ) İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: "Hər kəsdə bu dörd xislət olsa imanı kamil olmuşlardan sayılar və başdan ayağa qədər günaha batmış olsa belə heç şeyinə mənfi təsir qoymaz. Və o dörd xislət bunlardı: Düzlük, əmanəti əda etmək, həya və gözəl əxlaq”. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 221, bab 104, hədis 2. )
    HÜSNÜ-XÜLQ (GÖZƏL ƏXLAQ VƏ RƏFTAR)
    Ey oğul, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tərif etməsi sənə kifayət edər.
    Hədislərdə var ki, gözəl əxlaq dinin (Kitabın müəllifi hədisi "Üsuli-kafi” kitabından əxz etmişdir.  ) yarısıdır. İnsana əta olunan ən fəzilətli (Bu həmin: "Sən həqiqətən də böyük bir əxlaq sahibisən” ayəsinə işarədir. ( "Qələm” surəsi ayə 4.)  ) sifətdir. Qiyamətdə insanın "mizan”ına ondan ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 221, bab 104, hədis 27. Sabit Ənəsdən nəql edir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Gözəl əxlaq dinin yarısıdır”.  ) fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 221, bab 104. Əlaqət ibn Şərik deyir: "Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan soruşdular: Müsəlman bir şəxsə əta edilmiş ən yaxşı şey nə ola bilər? Buyurdu: Gözəl əxlaq”.  )gündüzləri oruc tutub gecələri ibadət və Allah ("Üsuli-kafi”, 2-ci cild, səh. 99, bab 99, hədis 2. Əli ibn Hüseyn (ə) nəql edir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Qiyamət günü hər bir şəxsin əməl tərəzisində qoyulan ən yaxşı şey gözəl əxlaqdır”.  )yolunda cihad edənin əcr və savabını qazanır. ("Üsuli-kafi”, 2-ci cild, səh. 100, hədis 5. İmam Sadiq əleyhissalam rəvayət edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Gözəl əxlaq sahibinin əcri gecələri namaz qılıb gündüzləri oruc tutan adamın əcri qədərdir”. )
    Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar. ("Üsuli-kafi”, 2-ci cild, səh. 101, hədis 12. İmam Sadiq əleyhissalam buyurub: "Allah-taala gözəl əxlaq sahibinə, Allah yolunda cihad edib, gecə-gündüz vuruşan adamın savabını verər”. )
    İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq.("Üsuli-kafi”, 2-ci cild, səh. 100, hədis 7.  )Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar. (Qabaqkı hədisdən həmin mətləbi asanlıqla başa düşmək olar. "Üsuli-kafi”, 2-ci cild, səh. 100, hədis 6. )
    Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur. ("Vəsaliuş-şiə”, 2-ci cild, səh. 221, bab 104, hədis 31. Əbul-Həsən İmam Rza əleyhissalamdan nəql olunur ki, belə buyururmuş: "Elə ki, Allah-taala bir bəndənin xilqətini (zahiri quruluşu) və əxlaqını gözəl qərar verdi qiyamət günü onun bədənini ətini atəşə daddırmaqdan həya edər”. "Üsuli-kafi”, 2-ci cild, səh. 100, hədis 8. Abdullah ibn Sənan İmam Sadiq əleyhissalamdan nəql edir ki, buyurub: "Yaxşılıq və gözəl əxlaq insanın evini abad edib, ömrünü uzadar”. )Mən əxlaqın gözəl və qəribə təsirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”. ("Müstədrəki-vəsailüş-şiə”, 2-ci cild, səh. 60, bab 2, hədis 3. İmam Məhəmməd Baqir əleyhissalamdan rəvayət olunub ki, buyurub: "Münafiqlə dildə xoş danış, mömin üçün xalis məhəbbət bəslə və əgər yəhudi səninlə oturub-dursa onunla yaxşı rəftar elə”.  )
    Həzrət Əli əleyhissalam buyurmuşdur: "Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: "Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: "şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”. ("Üsuli-kafi”, 2-ci cild, səh. 103, hədis 1. Həsən ibn Hüseyn nəql edir ki, eşitdim İmam Sadiq əleyhissalam belə buyururdu: "Ey Əbdül-müttəlib övladları! Dünya malı ilə insanları çalışıb razı sala bilməyəcəksiniz, bəs onları açıq üz və gözəl təbəssümlə qarşılayın”.  )
    İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: "Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”. ("Vəsailüş-şiə”, 2-ci hədis, səh. 227, bab 121, hədis 8. Əmirəl-möminin əleyhissalam Məhəmməd ibn Hənəfiyəyə vəsiyyətində buyurmuşdur: "Sənə yaxşılıq edilməyini sevdiyin kimi bütün insanlara yaxşılıq elə, özünə rəva bildiyini onlar üçün də rəva bil, özünə bəyənmədiyin şeyi onlara da məsləhət bilmə, insanlarla gözəl əxlaqla rəftar elə belə ki, onlardan uzaq düşəndə qeydinə qalsınlar. Vəfat edəndə sənə ağlasınlar və "Biz Allahdan və ona tərəf qayıdacayıq” desinlər. Elə olma ki, öləndə camaat "Əlhəmdulillahi Rəbbil-aləmin”- desinlər. Bil ki, əqlin ən uca mərtəbəsi, Allaha iman gətirdikdən sonra, camaatla yaxşı dolanmaqdır. Yaxşı rəftar olunmalı adamla yaxşı rəftar etməyən şəxsin xeyiri yoxdur, ta ki, Allah-taala onun əlindən xilas olmaq üçün çarə qıla və mən insanlarla yaşamaq və düzgün rəftar etmək üçün lazım olan bütün şeyləri dolu bir tərəzi gözü kimi tapdım. Onun üçdən ikisi gözəl əxlaq və üçdən biri isə göz yummaq və güzəştdir”. Başqa bir hədisdə "Üçdən ikisini zirəklik və üçdən birini göz yummaq və güzəşt təşkil edir”.  )
    Həzrət başqa bir hədisdə belə buyurub: "Möminlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mömin qardaşlarını onun şərrindən gözlə”.("Üsuli-kafi”, 2-ci cild, səh. 103, hədis 4.  )"İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: "Bütün insanlara xoş söz deyin, istər mömin olsun, istər qeyri-mömin. Möminlər üçün üzü açıqlıqla və qeyri-möminlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mömin qardaşlarını onların (qeyri-möminlərin) şərindən qorumuş olar”.
    Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mömin qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 91, bab 104, hədis 3. )
    Ey oğul, məxsusən əhl-əyalın ilə bəd rəftar etməkdən özünü gözlə. Hədisdə var ki, bədrəftarın yeri hökmən cəhənnəmdir. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 91, bab 104, 3-cü hədisin axırı. İmam əleyhissalam buyurub: "Allahın düşmənləri ilə yaxşı dolanmaq insanın özü və mömin qardaşları üçün ən yaxşı sədəqədir. Rəsulullah öz evində idi. Birdən Abdullah ibn Əbu Səluq onun yanına gəlmək üçün izn istədi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Çox pis adamdır, icazə verin gəlsin. İzin veriləndən sonra içəri girdi və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ona yanında yer verib təbəssüm etdi. O gedəndən sonra Aişə dedi: -Ey Rəsulullah, onun barəsində belə deyib, üzünə gülürsən? Peyğəmbər buyurdu: -Ey Üveyşə (Aişə qırmızı sifət), insanların ən şərlisi qiyamət günü o kəsdir ki, şərindən uzaq olmaq üçün ona ehtiram olunur”. ) Sirkə balı xarab etdiyi kimi bədrəftar da imanı aradan aparar. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 221, bab 104. İmam Rza əleyhissalam öz ata-babalarından nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Gözəl əxlaqlılardan olun çünki gözəl əxlaqı olan şəxslər şübhəsiz cənnət əhlindəndir. Və pis xasiyyətdən çəkinin, çünki pis xasiyyətli şəxs şübhəsiz cəhənnəm əhlindəndir”. )
    Məazın dəfnində yetmiş min mələk hazır olsa da ailəsində bəzi əxlaqi nöqtələrə riayət etmədiyi üçün qəbir sıxıntısı ilə qarşılaşdı. ("Üsuli-kafi”, 2-ci cild, səh. 321, hədis 3. İmam Sadiq əleyhissalam nəql olunub ki, o Həzrət buyurmuşdur: "Pis xasiyyət imanı xarab edər, necə ki, sirkə balı xarab eləyir”. )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1050 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024