İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:03 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    HƏLİMLİK VƏ GÜZƏŞT
    Ey oğul, sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab-kitabsız cənnətə daxil olar. Bu iki sifət elə şərafətlidir ki, Mütəal Allah özünü bu sifətlərlə tərif etmişdir. Peyğəmbər və övliyaların bu barədəki, qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur. Hədislərdə gəlib ki, insan helmsiz abid ola bilməz. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 338, hədis 3. İmam Sadiq əleyhissalam buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə gəlib dedilər: "Səd ibn Məaz öləndə, ta kəfən-dəfninə qədər, sonra deyəndə, onlar dedilər sən özün ona qüsl verməyi əmr edib onun cənazəsinə namaz qıldın və ləhədə qoydun. Sonra mən dedim: Səd ibn Məazı əzab etdilər. Peyğəmbər buyurdu: Bəli o ailəsi ilə pis rəftar edirdi”.  )Allah helmli insanı sevər. Həlimlik möminin sifətlərindədir. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 304, hədis 4. İmam Rza əleyhissalamdan nəql olunur ki, o Qum şəhərindən olan bir nəfərə deyib: "Allahdan qorxun, susub, səbirli və helmli olun, çünki helmi olmayan bəndə olmaz”. Həmçinin buyurmuşdur: "Helmi olmayanın əqli olmaz”.  ) İntiqam almağa qüdrəti olan kəs ("Mişmatul-ənvar”, səh. 195, 11-ci fəsil, hədis 1. İmam Baqir əleyhissalam buyurub: "Allah-taala həyalı və helmli olanı sevər”. ) qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar, qəlbini imanla doldurar və onu əmin-amanlıqda qərar verər.("Müstədrəki-vəsailüş-şiə”, 2-ci cild, səh. 304, hədis 6. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Mömin şəxs bu üç xislətsiz kəmala çatmaz: 1-Helm. Bu onu nadanlardan qoruyar. 2-Pərhizkarlıq. Bu onu günahlardan çəkindirər. 3-Kərəmli olmaq. Bununla (yəni bu xislətin vasitəsi ilə) yaxşı yoldaşlıq edər”.  ) Onu məxsus ehtiramla çağırıb, deyər hər hansı hurul-eyni seçirsən seç və ona şəhid savabı verər. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 88, hədis 15. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Qəzəbini göstərməyə qadir ola-ola onu boğan şəxsi Allah-taala insanların başı üzərindən səsləyib çağırar və onu istədiyi hurini seçməkdə öz ixtiyarına buraxar”.  )
    Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 224, hədis 12. İmam Sadiq əleyhissalam öz ata-babalarında və onlar da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql edirlər ki, o Həzrət buyurub: "Qəzəbini göstərməyə qadir ola-ola onu boğan şəxsə və helmini büruzə verənə Allah-taala şəhid əcri verər”. )
    Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar. Və qiyamət günü Allah bütün məxluqatı bir yerə cəm etdikdən sonra bir səs gəlir: Fəzilət əhli haradadırlar? Onların arasından bir iddəsi baş qaldırdıqdan sonra mələklər onları qarşılayıb soruşarlar: Fəzilətiniz nədir? deyərlər: Bizimlə əlaqəni kəsənlərlə rabitəni kəsmədik, bizi məhrum edənləri məhrum etməzdik və bizə zülm edənləri bağışlayardıq. Bu zaman onlara deyilər: Düz dediniz, hesab-kitabsız cənnətə daxil olun. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 87, hədis 3. İmam Baqir əleyhissalam buyurub: "Allah dərgahında səbr və helmlə boğulub, udulan qəzəbdən qiymətli bir qurtum ola bilməz”.  )
    Qələbənin zəkatı güzəştdir. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 87, hədis 4. İmam Sadiq (ə) buyurub: "Qəzəbini boğan kəsi Allah-taala dünyada və axirətdə əziz edər, necə ki, Quranda buyurmuşdur: "Qəzəblərini boğanlar, insanlara güzəştə gedənlər ki, Allah yaxşı iş görənləri sevər” ( "Ali-İmran” surəsi, ayə 134.) Allah-taala qəzəbini boğduğuna xatir ona cənnətdə yer verər”.  ) İnsanların daha çox qüdrətlisi güzəştə getməlidir. Güzəşt etmək ("Nəhcül-bəlağə”, 3-cü cild, 200-2-1-ci xütbələr, 211 nömrəli ibarətdə (Sübhi-saleh, çapı, səh. 5-6.)  )bəndənin izzətini artırar. Güzəşt edin ki, Allahda sizi izzətli etsin. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 223, bab 112, hədis 9. (Bir az dəyişikliklə.)  )
    Oğul, gərək sənə zülm edəni bağışlayasan ki, Allah taala da onun hökmlərinə müxalifət göstərməklə etdiyin zülmlərin- dən keçsin və qabaqda qeyd olunan yüksək məqamlara çata biləsən. Oğul nəbada qəzəblənsən, bu qəzəblənən insanın iman və əqidəsindəki zəifliyi göstərir. Hədislərdə deyilb ki, sirkə balı korladığı kimi qəzəb də imanı xarab edər. Qəzəb küfrün dirəklərindən biridir. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 223, bab 112, hədis 2. İmam Hüseyn əleyhissalam cəddi Peyğəmbərdən nəql edir ki, belə buyurmuşdur: "Güzəşt sahibi olun, çünki güzəşt eləmək bəndənin izzətini artırar və bir-birinizə güzəşt edin ki, Allah da sizi əziz edər”.  ) Qəzəb bütün şər işlərin köküdür. ("Üsuli-kafi”, 2-ci cild, səh. 302, hədis 1. küfrün dörd dirəyi var "dünya nemətlərinə rəğbət, dünyanın (mal-dövlətin) əldən çıxmasın-dan qorxmaq, əsəb və qəzəb) Qəzəb hikmət sahibinin qəlbini öldürər. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 466, bab 48, hədis 2.  ) Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz. ("Üsuli-kafi”, 2-ci cild, səh. 303, hədis 3. İmam Sadiq əleyhissalam buyurub: "Qəzəb hər bir şərrin açarıdır”.  ) Lənətlənmiş iblis deyibdir: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm.("Üsuli-kafi”, 2-ci cild, səh. 305, hədis 13.  )Qəzəbin qarşısını almaq üçün bir neçə yol göstərib:
    1-Şeytandan uzaq olmaq üçün Allaha pənah aparmaq. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 326, bab 35, hədis 10. )
    2-Mütəal Allahı zikr edib yada salmaq. Hədisdə deyilib ki, Tövratda belə yazılmışdır: "Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”. ("Məcməul-bəyan”, 4-cü cild, səh. 512, bu ayənin təfsirində: "Güzəşt və əfvi seç, bəyənilmiş yola çağır və cahil insanlardan üz döndər!!”. İbn Zeyd deyir ki, bu ayə nazil olan məqamda Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Ey Rəbbim, bəs qəzəblənməyi necə eləyək?”. Sonra bu ayə nazil oldu: "Haçansa şeytandan sənə vəsvəsə olunarsa Allaha pənah gətir ki, o eşidən və biləndir”. ( "Əraf” surəsi, ayə 199). Allaha pənah aparmağın necə olması isə Maviyə ibn Əmmarın Həzrət İmam Sadiqdən nəql etdiyi hədisdən məlum olur ki, buyurub: "Pənah aparmaq belədir: "Əuzu billahis-səmiil-əlim minəş-şəytanir-rəcim”  )
    3-Qəzəblənən vaxt, şəxs ayaq üstədirsə otursun, oturmuşsa uzansın, yaxud ayağa dursun. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 470, bab 52, hədis 3.  )
    4-Qəzəbləndiyin yeri dəyişmək. Bir gün Şeytan Həzrət Musaya dedi: Qəzəbləndiyin vaxt öz yerini dəyiş ki, yoxsa səni fitnəyə salaram.
    5-Soyuq su ilə dəstəmaz və ya qüsl almaq. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 470, bab 52, hədis 19. Əbu Bəsir İmam Sadiq əleyhissalamdan nəql edir ki, həzrətin yanında qəzəbdən söz düşdü və İmam əleyhissalam belə buyurdu: "Bir şəxs qəzəblənə və heç vaxt razı qalmaya, həmin qəzəblə cəhənnəm atəşinə daxil olacaq. Bəs hər kəs qəzəblənsə ayaq üstə olduğu halda, əyləşsin, çünki bu halda şeytanın çirkinliyi ondan çıxıb gedəcək. Oturmuş halda qəzəblənsə, ayağa qalxsın və hər bir şəxs öz məhrəm olanına qəzəbi tutsa, ona yaxınlaşıb əl versin və ya toxunsun, çünki məhrəm məhrəmə toxunanda aram olar”.  )
    6-Qəzəb olunan şəxs qəzəblənənin əqrəbasından biridirsə öz əlini onun bədəninə sürtsün ki, qəzəbi yatar.("Camius-səadət”, 1-ci cild, səh. 296.)
    7-Su içmək. ("Üsuli-kafi”, 2-ci cild, səh. 302, hədis 3. )
    8-Üzüm yemək qəzəbi yatırar. ("Əl-məhasin” (müəllif: Əl-bərqi), səh. 572, hədis 15. Əbu Teyfur Mütətəbib nəql edir ki, Əbul-həsən İmam Rzanı əleyhissalam su içməkdən çəkindirdikdə belə buyurdu: "Su heç də pis şey deyil, çünki mədədə yeməyin həzminə kömək edir, qəzəbi sakitləşdirir, ağılı artırır və acılığı aradan aparır”.  )
    9-Bu duanı -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əsəlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəcəlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et) desin. ("Müstədrəku-vəsailüş-şiə”, 3-cü cild, səh. 115, bab 69, hidis 1. Ziyad ibn Əbu Hind nəql edir ki, Peyğəmbər əleyhissalama üstü örtülü bir boşqab hədiyyə olundu və o Həzrət boşqabın örtüyünü açıb buyurdu: "Allahın adı ilə başlayın yeməyi, kişmişin faydası çoxdur, əsəbi möhkəmlədir, qəzəbi sakitləşdirir, pərvərdigarı razı salır, bəlğəmi aradan aparır, ağız iyini yaxşılaşdırır, sifətin rəngini duruldur”.  ) Hədislərdə deyilib hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür. ("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 326, hədis 3. (təhqiq olunmuş çapı, 12-ci cild, səh. 54, 13382-ci hədis).  )
    İNSAF VƏ MÜRÜVVƏT
    Oğul, bunlara riayət et və heç vaxt tərk etmə ki, insana nicat verənlərdəndir. Mürüvvəti olmayan kimsənin dini olmaz ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 470, bab 52, hədis 17. (11-ci cild, hədis 290.) Əbu Həmzə Sümali İmam Baqir əleyhissalamdan rəvayət edir ki, o Həzrət buyurdu: "Hər kəs başqasının abrını aparmaqdan özünü qorusa Allah-taala qiyamət günü öz əzabını ondan kənar edər və hər kəsi qəzəbini başqasından saxlasa Allah-taala qiyamət günü onun peşmançılığını qəbul edər” (günahından keçər)”. Yenə həmin kitab, 11-ci cild, səh. 228, (hədis 9, səh. 469). Seyf ibn Ümeyrə İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət edir ki, o Həzrət buyurub: "Hər kəs qəzəbinin qarşısını alsa Allah-taala onun eyblərini örtər”. "Müstədrəki-vəsaili”, 2-ci cild, səh. 325, bab 53, hədis 3. (Mühəqqiqə çapı, 11-ci cild, səh. 172, hədis 12668 və 1-ci cild, səh. 350, hədis 817 Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən və 9-cu cild, səh. 23, hədis 10097 və 12-ci cild, səh. 16, hədis 13359. Hədis Həzrət Əli əleyhissalamdan nəql olunub: Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər kəs dəstəmazını kamil yerinə yetirə, namazını düzgün qıla, öz malının zəkatını verə, qəzəbinin qarşısını ala, dilini qoruya, xeyirini başqalarına çatdıra, günahları üçün tövbə edə və mənim Əhli-beytim üçün xeyirxah ola, imanını kamilləşdirib və cənnətin qapıları onun üzünə açıqdır”. Yenə də həmin kitabın 326-cı səhifəsindəki 11-ci hədisdə (mühəqqiqə çapı ilə 12-ci cild, səh. 9, hədis 13368) İmam Cəfər Sadiq əleyhissalam buyurub: "Hər kəs qəzəb etməsə cənnətə görə və hər kəs xəsis olmasa cənnət əhli olar”.  ). Allahın xəlqə ən böyük vacib etdiyi şey insanın xalq arasında insaflı olmasıdır.
    İnsaf yəni özün üçün bəyəndiyini başqalarına da məsləhət bilmək və bəyənmədiyini isə onlara bilməməkdir.("Müstədrəki-ürvətül-vüsqa”, 5-ci cild, səh. 214, birinci çap. )
    VƏDƏ VƏFA ETMƏK
    Oğul, (Allah sənə vəfa etsin) vədə verdinsə hökmən ona vəfa et ki, buna həm Quranda həm hədislərdə çox təkid edilibdir. Allah Quranda buyurur: "Öz əhdinizə vəfa edin ki, bu barədə mütləq sorğu-sual olunacaq”. ("Üsuli-kafi”, 2-ci cild, səh. 214, birinci çap, hədis 8. Həsən Əlbəzzaz İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, o Həzrət buyurdu: "Allah-taala bəndələrinə vacib etdiyi vəzifələrin ən şiddətlisini sənə xəbər verimmi? Ərz etdim: -Bəli. Buyurdu: -Hamı ilə insaflı olmaq, dini qardaşınla malını birlikdə xərc etmək və hər bir halda Allahı yada salmaq. Sonra buyurdu: Məqsədim "Subhənalahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” demək deyil ki, buda Allahı yada salmaqdır. Amma məqsədim hər ibadət və hər günah iş zamanı Allahı yada salmaqdır”. )
    Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: Allaha və qiyamətə imanı olan kimsə verdiyi vədə vəfa etsin. ("İsra” surəsi, ayə 3. )
    Həzrət Sadiq əleyhissalam buyurubdur: Mömin bir kimsənin öz mömin qardaşına verdiyi vəd bir nəzirdir ki, başqa bir şeylə əvəz olunmaz. Vədə vəfa etməyən şəxs Allaha vəfa etməmiş və Allahın qəzəbinə uğramışdır. ("Üsuli-kafi”, 2-ci cild, səh. 364, hədis 2. )Vədə vəfa etmənin əzəmətini Quranda Mütəal Allahın İsmail peyğəmbəri "vədə vəfa edən” sifətilə mədh etməsi göstərir. (Üsuli-kafi”, 2-ci cild, səh. 364, hədis 1. Sonunda Allah-taalanın buyurduğu "Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?”. "Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar”. ( "Səff” surəsi, ayə 2-3)  )
    Vədə vəfa etməməyin barəsində gələn təkidləri kənara qoysaq, bizə yalnız Mütəal Allahın bu sözü "Ey iman gətirənlər görmədiyiniz bir şeyi niyə deyirsiniz? Bunu dilə gətirməyiniz Allah yanında çox böyük günahdır” ("Quranda İsmailidə yada sal. O, öz vədinə sadiq və Peyğəmbər idi”. ( "Məryəm” surəsi, ayə 2-3. )kəlamı kifayətdir. Hədislərdə var ki, İsmail peyğəmbər bir şəxsə müəyyən bir yerdə görüşməyi söz verdi. Lakin o şəxs bunu unutdu. İsmail peyğəmbər onu həmin yerdə bir il gözlədikdən sonra gəlib çıxdı.
    Başqa bir hədisdə var ki, İsmail peyğəmbər ("Səff” surəsi, ayə 2-3. ) hətta günəşin şiddətli vaxtları belə vədəsini pozmamaq üçün kölgəyə tərəf getmədi. Daha başqa bir hədisdə isə deyilir ki, o, gözlədiyi bu müddət ərzində yalnız ağac qabığı ilə qidalanarmış.
    Ey oğul, (Allah sənin günahını bağışlasın) vədə vəfa etmədə sən də o cür ol, əgər qadir deyilsənsə çalış özünü ona bənzədəsən. Heç vaxt qüdrətin çatmadığı bir şeyi vəd vermə. Çünki vədi sındırmaq insana ardır. Şair gözəl demişdir: "Vəd verməkdən qabaq yox deməyin yaxşıdır, amma bəli deyib sonra vəfa etməməyin çox pisdir. Əgər peşman-lıqdan qorxursansa yox ilə başlamağın məsləhətdir”.
    SƏXAVƏT
    Oğul, səxavətli ol ki, onun həm dünyada həm axirətdə nəticəsi var. Səxavətli insan dünya və axirətdə izzətli, xəsis isə hər ikisində zəlil olar. ("Üsuli-kafi”, 2-ci cild, səh. 105, hədis 7. Mənsur ibn Hazim İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, Həzrət buyurdu: "İsmailə ona görə Sadiqul-vəd (Vədəsinə vəfa edən) deyilib ki, o, bir şəxsə bir məkanda görüşmək vədəsi verdikdə onu bir il müddətində orada gözləmişdir. Allah-taala buna görə onu sadiqul-vəd adlandırmışdır”. Sonra o Həzrət əlavə etdi: "O şəxs bu zaman (bir ildən sonra) həmin məkana gəldikdə İsmail ona dedi: -Mən indiyə qədər səni burada gözləyirdim”. )
    Səxavətliyin qiyməti barədə sənə Hatəmin cəhənnəmdə olduğu bir halda atəşin onu yandıra bilməməyi kifayət edər. ("Müstədrəki-vəsail”, 2-ci cild, səh. 643, bab 15, hədis 18. (təhqiq olunmuş çapı, 15-ci cild, səh. 259, hədis 18179). İmam Cəfər Sadiq əleyhissalam buyurur: "İnsan dörd xislət ilə ağalığa çatar: İffət, ədəb-ərkan, səxavət və ağıl”. 16-cı hədisdə Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Allah-taala cənnəti dostlarının savabı müqabilində yaradıb və onu səxavət və kərəmlə əhatələndirib. Cəhənnəm odunu da düşmənləri üçün əzab olaraq yaratdıqda onu xəsislik və simicliklə əhatələndiribdir”; 14-cü hədis (Mühəqqiqə çapı, 7-ci cild, səh. 13, hədis 7509-7519. Habelə 15-ci cild, səh. 259, hədis 18175). Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Səxavətli insan Allah rəhmətinə və cənnətə yaxın, cəhənəmdən isə uzaqdır. Amma xəsis adam Allahın rəhmətindən və cənnətdən uzaq, cəhənnəm oduna isə yaxındır”. )
    Oğul, bil ki, xəsislik adamı hər iki dünyada üzü qara edər. (Müstədrəki-vəsail”, 2-ci cild, səh. 643, bab 15, hədis 20. (Mühəqqiqə çapı, 15-ci cild, səh. 260, hədis 18181) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Ədi ibn Hatəmə buyurdu: "Allah sənin atanın səxavətinə görə şiddətli əzabı ondan kənarlaşdırıbdır”.  )
    Mütəal Allahın bu kəlamını yaddan çıxarma: "Əlini təmamilə açıb, hər şeyini ehsan etmə ki, sonra özünü danlayıb peşman olasan”. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 5, bab 4, hədis və 6. (Mühəqqiqə çapı, 6-cı cild, səh. 21) İmam Sadiq əleyhissalam Allah-taalanın "Beləcə də Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər” ( "Bəqərə” surəsi ayə 164) ayəsi haqqında buyurur: "Bu o şəxsdir ki, mal-dövlətinin Allah yolunda xərcləməyib ölə və onun varisləri o mal-dövləti Allaha itaət və ya günah yolunda xərcləyələr. Əgər onun Allah yolunda xərcləsələr onun savabını başqasının əməl dəftərində görüb həsrət çəkəcək. Bir halda ki, mal-dövlət onun özünün idi. Əgər onu günah yollarında xərcləsələr bu şəxs onu həmin mal ilə onun günah etməsinə imkan yaratmışdır”. Yenə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Pul hərisliyi kimi heç bir şey islamı aradan apara bilməz”. Başqa bir hədisdə isə buyurur: "Hərislik yavaş-yavaş imanı yox edib aradan aparar”. Həmin mənbədə səh. 6, hədis 11. (Mühəqqiqə çapı 6-cı cild, səh. 23, hədis 14) Əbu Səid Xudridən nəql olunur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Müsəlmanda iki xislət cəm olmaz: xəsislik və əxlaqsızlıq”. ) Xərclədikdə orta bir yol tut” nə xəsislik et, nə də israf. Çünki hər işdə yaxşı cəhət orta həddə riayət etməkdir.
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1119 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024