İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:02 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    ÜÇÜNCÜ FƏSİL
    MÜXTƏLİF VƏSİYYƏTLƏR
    Ey oğul, (Allah səni hər xeyirə nail və bütün şərdən uzaq etsin) sənə tövsiyə edirəm ki, heç vaxt dünya məhəbbətinə qəlbində yer verməyəsən. Çünki dünya məhəbbəti acı zəhər kimidir və dərmanı olmayan bir dərddir. Səni atəşə çəkər və Allahın lütfündən uzaq salar. Dünya məhəbbətini ürəkdən çıxarmaq üçün bu haqda düşünməlisən ki, əgər bu iş bəyənilsəydi onu hamıdan qabaq əql sahibləri (peyğəmbərlər) özləri üçün seçərdilər, insanın yırtıcıdan qorxub qaçdığı kimi ondan qaçmazdılar, və bu qədər bu barədə təkidlə vəsiyyətlər etməzdilər.("İsra” surəsi, ayə 29.  ) Mütəal Allah dünya məhəbbətini əksər ayələrdə məzəmmət etmişdir və bu ayələr hədislərdə açıqlanmış və təfsir edilmişdir. Məsələn, Allah kafirlərin barəsində buyurdu: Dünya həyatı kafirlərin gözündə zinətləndirilmişdir” yəni dünya onların gözünə gözəl görünər, onun məhəbbəti ürəklərində yer salar və özlərini dünyadan ötrü həlakətə salarlar. Möminlərin yoxsullarını, acizlərini məsxərə edib, gülərlər. Lakin möminlərin təqvaları qiyamətdə onlardan (kafirlərdən) yuxarı və yüksəkdədirlər (illiyyin təbəqəsindədirlər) ("Üsuli-kafi”, 2-ci cild, səh. 315, hədis 1. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: "Bütün günah və xətaların başı dünyanı sevməkdir”. Həmin babda, səh. 31, hədis 7. İmam Cəfər Sadiq əleyhissalam öz atası İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edir ki, o Həzrət buyurdu: "Dünya hərisi olanın məsəli ipək qurdunun məsələsi kimidir. İpək qurdu nə qədər çox ipək toxusa onun arasından çıxması bir o qədər çətinləşir, beləliklə də qəm-qüssədən ölər”. Həmin mənbədə 8-ci hədis. İmam Zeynəlabidin əleyhissalamdan "Əməllərdən hansı Allahın nəzərində daha üstündür”- deyə soruşduqda buyurdu: "Allahı və Peyğəmbəri tanımaqdan sonra dünyadan meyilsiz olmaqdan üstün bir şey yoxdur. Çünki dünyanı sevməyin bir neçə bölməsi var, o cümlədən günahların da bir neçə bölməsi var. Allah-taalaya qarşı ediləni ilk günah təkəbbür olmuşdur və o şeytanın etdiyi günahdır, necə ki, Qurani-kərim buyurur: "İblis təkəbbür edərək kafirlərdən oldu” ( "Bəqərə” suərsi, ayə 34) Təkəbbürdən sonrakı günah dünya hərisi olmaqdır. O da Həzrət Adəm əleyhissalam ilə Həvvanın etdikləri günahdır. Necə ki, Allah-taala buyurur: "Hər ikiniz (Adəm və Həvva) istədiyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa özünə zülm edənlərdən olarsınız” ( "Ərəaf” surəsi, ayə 19) Amma onlar ehtiyacları olmayan bir şeyə meyl etdilər və onların bu ruhiyyəsi onların övladlarına sirayət etdi. Buna görə də Adəm övladının rəğbət etdiyi şeylərin çoxu ehtiyacları olmayan şeylərdir. Üçüncü günah paxıllıqdır. O da Adəmin oğlunun günahıdır. Belə ki, o paxıllıq etdiyi üçün öz qardaşını öldürmüşdür. Bundan da bir neçə əməl vücuda gəldi: qadınlara meyilli olmaq, dünyanı sevmək, vəzivəpərəstlik, rahatlığa meyillik, danışmağa meyilli olmaq, başqalarından üstün olmağa meyillik, dünya malına rəğbət bəsləmək. Bu yeddi günahın hamısı dünyanı sevməkdə cəm olmuşdur. Buna görə də Peyğəmbərlər və alimlər Allah-taaladan ilham alaraq buyurmuşlar ki, dünyanı sevmək hər bir xətanın başıdır. Dünya iki hissədən ibarətdir: Bir hissəsi insanı öz məqsədinə çatdırır, ikinci hissəsi isə lənətlənmiş dünyadır”. Həmin babda, 15-ci hədis, səh. 319. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunur ki, o Həzrət buyurdu: "Hər kəsin bütün gün ərzində himmətinin ən böyüyü dünya olarsa Allah onun iki gözünün arasında yoxsulluq yazar və işlərini pozar, dünyadan da Allahın ona nəsib etdiyindən başqa bir şeyə nail olmaz. Amma hər kəsin bütün gün ərzində ən böyük himməti axirət olarsa Allah onun ürəyinə göz toxuluğu yazar və onun işlərini tənzimləyər”. "Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 331 (mühəqqiqə çapı, 12-ci cild, səh. 40, hədis 13463) Əmirəl-möminin Əli əleyhissalamdan nəql olunur ki, buyurur: "Xətaların ən böyüyü dünyanı sevməkdir”.  ) kafirlər isə alçaqda (siccində) və peşmanlıqdadırlar. ("Bəqərə” surəsi, ayə 212. )
    Dünyanı məzəmmət edən hədislərimiz lap çoxdur və bizi onun məhəbbətindən çox ehtiyatlı olmağa dəvət edir. Hətta hədisdə var ki, dünya məhəbbəti axirəti insana unutdurar. Dünyanı sevənin axirətinə, axirət ardınca olanın isə dünyasına zərər dəyər. Sən bax gör bu iki zərərin hansı biri azdırsa onunla razılaş və qəbul et. Bu iki zərər("Safi təfsiri”, 1-ci cild, səh. 59. Bu məzmunda gəlmişdir.  )heç vaxt bir yerə yığışmaz. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 474, bab 62, hədis 2. (Mühəqqiqə çapı, 11-ci cild, səh. 316, bab 63) İmam Sadiq əleyhissalam buyurur: "Allahın Rəsulu buyurmuşdur: "Dünyanı tələb etməkdə axirətə zərər var, axirəti tələb etməkdə də dünyaya zərər var. Buna görə də dünyaya zərər vurun, çünki o zərər vurulmağa layiqdir”.  )
    Bunlar şərq ilə qərb kimidir ki, birinə nə qədər yaxınlaşarsansa o, birindən bir o qədər uzaq olarsan. Yaxud od ilə su kimidir ki, bir yerə yığışa bilməzlər. Çünki dünyanı sevmək axirətə, Quran və hədislərdə buyrulanlara yəqinin olmadığını aşkar edir. Dünyanın axirətə zid olduğu bəlli olduqdan sonra onu sevmək əqlə müvafiq deyil.
    Oğul, dünyanın haramını axirətdə əzabından qorxaraq şübhə doğuran şeylərin (bilmirsən halaldır ya haram) peşmanlıq çəkməmək üçün, hətta halalının belə hesabından uzaq olmaq üçün zahidcəsinə onlardan vaz keç. Lakin şəriətin buyurduqları evlənmə kimi hökmlərə riayət olunmalıdır. Dünyada, sənə ayrılmış ruzi və lazımi qədər geyimlə razılaş və ona qane ol, məqsədin axirət olsun. Əgər dünyada zahid olub özünü onun əsarətindən azad edə bildinsə bu dünyada rahat olub, axirətdə onun ləzzətini duyarsan. Zahidlik tam şəkildə yemək, içmək və geyimin qarşısını almaq deyil, zahidlik qənaətlə yaşamaq, həddini aşmamaq, imkanlı vaxt israfçılığa yol verməməkdir. İmam Sadiq əleyhissalam buyurmuşdur: "Zahidlik əldə olan malı zay edib, halalı haram bilmək deyil, zahidlik budur ki, əlində olan dünya nemətlərinə Allah yanında olan nemətlərdən çox bel bağlamayasan”. ("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 330 (Mühəqqiqə çapı, 12-ci cild, səh. 38, hədis 13451) Əmirəl-möminin Əli əleyhissalamın "Nəhcül-bəlağə” kitabında dünyanın məzəmməti və axirətə rəğbətləndirmək haqqında nəql olunur ki, o Həzrət buyurdu: "Dünya ilə axirət günü bacıdırlar”.  )
    Həmçinin Əli əleyhissalam buyurmuşdur: "Zahidlik arzularla yaşamamaq, hər bir nemətə şükür etmək və Allahın bütün haram etdiyi şeylərdən qorxub, çəkinməkdir”. ("Müstədrəkil-vəsail”, 2-ci cild, səh. 331 (mühəqqiqə çapı, 12-ci cild, səh. 51, hədis 13488) İmam Cəfər Sadiq əleyhissalam-dan yuxarıdakı məzmunla uyğun olan bir hədis nəql olunmuşdur. )
    Oğul, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak əhli-beytinə əleyhissalam təvəssül etmək ən mühüm məsələlərdən biridir. Mən bütün hədislərə diqqətlə nəzər salıb görmüşəm ki, Allah heç bir peyğəmbərin hər hansı bir kiçik səhvinə görə Peyğəmbərimiz və onun əhli-beytinə təvəssül etmədən tövbəsini qəbul etməyibdir. ("Müstədrəkül-vəsail”, 2-ci cild, səh. 332 hədis 17. (mühəqqiqə çapı, 12-ci cild, səh. 46, hədis 13480) Əmirəl-möminin Əli əleyhissalamdan nəql olunur ki, buyurdu: "Zahidlik sərvətdir, təqva isə qalxandır. Zahidliyin üstün hissəsi zahidi gizlətməsidir. Fələk bədənləri köhnəldir, arzuları təzələyir, ölümü yaxınladır və arzuları uzaqlaşdırır. Dünyaya nail olan adam çətinliyə düşər, belə ki, dünya əlindən çıxdıqda zəhmətdə olar. Amma kərəmlərin heç biri təqva ilə, ticarətlərin heç biri saleh əməl ilə, təqvaların heç biri şübhəli yerdən qorunmaq ilə və zöhdlərin heç biri haramdan çəkinmək ilə bir deyildir. Zahidlik isə iki kəlmə arasındadır. Allah-taala buyurur: "Bu, sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib özünüzdən çıxmamağınız üçündür” ( "Hədid” surəsi, ayə 23) Hər kəs ötüb-keçənlərə təəssüflənməyib gələcəyə də fərəhlənməzsə zahidliyin iki hissəsinə nail olar. Ey camaat! Zahidlik arzuları qısaltmaq, nemətlər zamanı şükür etmək, haram iş qarşıya çıxan zaman ondan çəkinməkdən ibarətdir. Əgər buna nail olmasanız, ən azı gərək səy edəsiniz ki, haramlar sizin səbrinizi əlinizdən almasın, nemət zamanı da şükür etməyi yadınızdan çıxartmasın. Allah-taala aydın-aşkar dəlillər və nazil etdiyi kitablar ilə höccəti sizin üçün tamamlamışdır”.)
    Hədislərdə var ki, Mütəal Allah Adəm peyğəmbəri yaratmaqla Həzrət Məhəmməd və onun Əhli-beytinin ruhlarını ərşin zirvəsindən Adəmin sülbünə köçürdü. Deməli Allahın, mələklərə Adəmə səcdə etməyini əmr etməsi elə onlara xatir imiş. Mələklərin səcdəsi də Allaha ibadət və bəndəliyi, Peyğəmbər və onun Əhli-beytinə olan təzimi (böyük tutmaq) və Adəmə olan itaəti göstərir. Mütəal Allah Adəmin onların kimliyi haqda soruşduqda ona belə buyurdu: "Bunlar Mənim məxluqatımın ən seçilmiş kəramətli bəndələridir, onlara görə nemətimi alaram və verərəm, onlara görə cəzalandıraram və savab verərəm. Ey Adəm, onlara təvəssül et, hər vaxt sənə böyük bir müsibət üz versə onları mənim yanımda şəfaətçi bil. (de: İlahi, onların xatirinə mənə bu müsibətdən nicat ver) Mən özümə and içmişəm ki, onlara ümid edib gələni heç vaxt peşman etmərəm (istədiyini verərəm), onlara təvəssül edib məndən hacət istəyən kimsəni əli boş geri qaytarmaram”. Adəm də öz xətasından sonra onlara təvəssül edib, Allaha yalvardı və Mütəal Allah da onun tövbəsini qəbul edib, xətasını bağışladı. ("Təfsiri-safi”, 1-ci cild, səh. 100-101, Allahın bu kəlamı haqqında "Mələklərə Adəmə səcdə etmək əmri verdiyimiz zaman” ( "Bəqərə” surəsi, ayə 34) bir hədisdir.  ) Adəmdən sonra Yəqub, ("Təfsiri Miratul-ənvar”, səh. 221, Yəqub kəliməsində və "Yusif” surəsində Yəqubun Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə təvvəssül etməsi və buna görə oğlunu tapması qeyd olunub.  ) Yusif("Təfsiri-safi”, səh. 242. "Yusif” surəsinin 19-cu ayəsində buyurur: "Onu (Yusifi) çox ucuz qiymətə satdılar” İmam Sadiq əleyhissalamdan nəql edilir ki, Həzrət Yusifin qardaşları onu quyuya saldıqda Cəbrail əleyhissalam onun yanına gəlib dedi: -Ey cavan, burada nə edirsən? Qardaşlarım məni quyuya salıblar deyə cavab verdi. -Buradan çıxmaq istəyirsənmi? -Bu, Allahıma aid olan bir işdir. Əgər o istəsə məni buradan çıxardar. Cəbrail dedi: -Allah-taala buyurur: Bu duanı oxu ki, mən səni quyudan çıxarım. "O hansı duadır?”-deyə Yusif soruşdu. Dedi: -Belə oxu: "Əllahummə inni əsəlukə biənnə ləkəl-həmd, la ilahi illa əntəl-mənnanu bədius-səmavati vəl-ərz zul-cəlali vəl-ikram ən tusəlliyə əla Muhəmmədin və Ali-Muhəmməd və ən təcələ li mimma ənə fihi fərəcən və məxrəca”. "Qumi” təfsirində bu əlavə də vardır: "Vərzuqni min heysu əhtəsibu və min heysu la əhtəsib”. ) və başqaları
    Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beytinə təvəssül etməyincə nicat tapmayıblar. Oğul, imkan dairəsində hər gün İmam Hüseyn əleyhissalama əza saxla və məclisinin xərcini də öz imkanına uyğun nəzərdə tut. Əgər imkanın yoxdursa heç olmasa əhli-əyalını gündə bir dəfə cəm edib, onlara əza kitabından mərsiyə oxumaqla kifayətlən. Çünki İmam Hüseyn əleyhissalam Allahın əziz bəndəsidir ki, ona itaətdə misilsiz bir dərəcəyə çatmışdır, öz canı, malı, ailəsi və bütün əshabını Allahın yolunda qurban vermişdir. Ona təvəssül etməklə insan hər iki dünyanın xeyrinə və səadətinə nail olar. ("Təfsiri-safi”, səh. 27. (1-ci cild, səh. 101). "O vaxt ki, mələklərə dedi: -Adəmə səcdə edin” ("Bəqərə” surəsi, ayə 34) ayəsinin təfsirində yazır: İmam Zeynəlabidin əleyhissalamdan nəql olunub ki, buyurub: Atam mənə öz atasından, o da Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) hədis nəql edir ki, o Həzrət buyurmuşdur: "Ey Allahın bəndələri! Həzrət Adəm əleyhissalam öz sülbündən nur saçmasını gördükdə (ona görə ki, Allah-taala bizim nurumuzu ərşin zirvəsindən onun sülbünə endirmişdir) onun nə olduğunu bilmədi. Dedi: -Ey Rəbbim, bu nurlar nədir? Allah-taala buyurdu: -Bunlar o nurlardır ki, ərşin şərif nöqtələrindən sənin sülbünə nəql etmişəm. Ona görə də mələklərə əmr etdim sənə səcdə etsinlər. Çünki həmin nurlar səndə qərar tapmışdır. Həzrət Adəm dedi: -Ey Rəbbim, onları mənə izah et. Allah-taala buyurdu: -Ey Adəm! Ərşin zirvəsinə nəzər sal. (Adəm ora nəzər saldıqda bizim nurlarımız Adəmin sülbündən ərşin zirvəsinə saçdı) İnsanın surəti aydın güzgüdə əks olunan kimi bizim nurlarımız ərşdə göründü. Adəm onları gördükdə soruşdu: -Ya Rəbb, bunlar nədir? Allah-taala buyurdu: -Ey Adəm! Bunlar mənim məxluqatımın ən üstünlərinin nurudur (əksidir). Bu Məhəmməddir, mən işlərimdə Həmid və Məhmudam və onun adını Öz adımdan götürmüşəm. Bu da Əlidir. Mən Əliyyul-əziməm və onun adını da Öz adımdan götürmüşəm. Bu da Fatimədir. Mən göylərin və yerin Fatiriyəm. Bu Fatimə Mənim qəzavət günümdə düşmənlərimi rəhmətimdən uzaqlaşdıran və mənim dostlarımı çətinliklərdən kənarlaşdırandır. Bunun adını da Öz adımdan götürmüşəm. Bu Həsən və bu isə Hüseyndir. Mən Möhsüni-mücmiləm. Onların adlarını da Öz adlarımdan götürmüşəm. Bunlar mənim məxluqlarımın ən yaxşıları və bəndələrimin ən əzizləridir. Bunların bərəkətinə bəxşiş edər, bunların bərəkətinə savab verər və bunlara xatir əzab edərəm. Ey Adəm! Bunlara təvvəssül elə və sənə çətinlik üz verəndə bunları Mənim dərgahıma şəfaətçi et. Çünki mən öz haqqıma and içməmişəm ki, bunları şəfaətçi edənləri ümüdsiz etməyəm və bunların səbəbilə hacət diləyənləri rədd etməyəm. Buna görə də Həzrət Adəmin ayağı büdrədikdə (qadağan olunmuş ağacın meyvəsindən yedikdə) bunların vasitəçiliyi ilə Allahı çağırdı və Allah-taala da onu bağışladı”. Yenə həmin kitab səh. 29. (1-ci cild, səh. 106) Allah-taalanın bu buyurduğunun mənasında "Allah onu bağışladı. O, bağışlayan və mehribandır” ("Bəqərə” surəsi, ayə 37.) İmam Həsən Əskəri əleyhissalamın təfsirində yazır: "Adəmin ayağı büdrədikdə və o, Allahdan üzr istədikdə dedi: -İlahi, məni bağışla, üzrümü qəbul et və məni əvvəlki məqamıma qaytarıb dərəcəmi ucalt. Xətamın eybləri bədənimin üzvlərində aşkar olubdur. Allah-taala buyurdu: -Ey Adəm! Yadındadırmı ki, Mən sənə əmr etmişdim ki, çətinliklərində Məhəmməd və Ali-Məhəmməd vasitəsilə məni çağırasan? Adəm ərz etdi: -Bəli, ya Rəbb. Allah-taala buyurdu: -Belə isə onların (Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn) vasitəsilə Məni çağır, Mən də istəklərini yerinə yetirim və sənə arzuladığından daha çox əta edim. Adəm ərz etdi: -İlahi, bunların məqamı ora çatıb ki, vasitəçilikləri ilə mənim tövbəmi qəbul edib xətamı bağışlayırsan, halbuki Sənin mələklərin mənə səcdə ediblər və Sən cənnətini mənə bağışlayıb öz kənizin Həvvanı mənə ərə verdin və hörmətli mələklərini mənə xidmətçi təyin etdin. Allah-taala buyurdu: -Ey Adəm! Mələklərin sənə səcdə etmələrinə əmr etməyim buna görə idi ki, o nurlar sənin sülbündə idi. Əgər ayağının büdrəməsindən əvvəl bunların vasitəçiliyi ilə qorunmağını məndən diləsəydin səni qoruyardım. İndi onların vasitəçiliyi ilə Məni çağır, Mən də duanı qəbul edim. Bu zaman Adəm dedi: -Əllahummə bicahi Məhəmmədin və Əlliyyin və Fatimətə vəl-Həsəni vəl-Huseyni vət-təyyibinə min alihim ləmma təfəzzəltə biqəbuli təvbəti və ğufrani zəlləti və iadəti min kəramətikə ila mərtəbəti. Allah-taala buyurdu: -Sənin tövbəni qəbul edib Öz rəhmət və rizvanımla sənə nəzər saldım, nemətlərimi sənə tərəf döndərib səni öz məqamına qaytardım və öz rəhmətlərimdən sənin payını artırdım. Elə buna görə də aləmlərin Rəbbi buyurdu: "Fətələqqa Adəmu min Rəbbihi kəlimatin fətabə əleyhi innəhu huvət-təvvabur-rəhim”. ( "Bəqərə” surəsi, ayə 37). O cümlədən də Həzrət İbrahim əleyhissalam (təvəssül edənlərdəndir). Necə ki, "Təfsiri-safi” səh. 231-də (3-cü cild, səh. 34) Allah-taalanın "Ey od, İbrahim üçün sərin və zərərsiz ol”. ( "Ənbiya surəsi, ayə 69) buyurduğunun təfsirində İmam Cəfər Sadiq əleyhissalam deyir: Allahın Rəsulu buyurmuşdur: "Həzrət İbrahim oda atıldıqda dedi: "Əllahummə inni əsəlukə bihəqqi Məhəmmədin və Ali-Məhəmməd ləmma əncəytəni minha” (İlahi, səndən diləyirəm ki, Məhəmməd və Ali Məhəmməd xatirinə məni bu oddan nicat verəsən). Allah-taala da odu onun üçün sərin və zərərsiz etdi”. O cümlədən də Həzrət Musa peyğəmbərdir. Necə ki, "Təfsiri-safi”, səh. 313 (3-cü cild, səh. 312)-də Allah-taalanın: "Qulna la təxəf innəkə əntəl-əla”. (Belə buyurduq: Qorxma sən mütləq üstün gələcəksən. "Taha” surəsi, ayə 68) ayəsi haqqda İmam Cəfər Sadiq əleyhissalam buyurur: Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Həzrət Musa əleyhissalam əsasını atdıqda daxilində qorxu hissi keçirib dedi: "Əllahumə inni əsəlukə bi həqqi Məhəmmədin və Ali-Məhəmməd ləmma aməntəni” (İlahi, Məhəmməd və Ali-Məhəmməd xatirinə məni amanda saxla) Allah-taala buyurdu: Qorxma, sən üstün gələcəksən”. O cümlədən də Bəni-İsraildir. Necə ki, "Təfsiri-safi”, səh. 32-də (1-ci cild, səh. 117-118) Allah-taalanın "Ya qövmi innəkum zələltum ənfusəkum biittəxazikumul-icl. Fətubu ila bariikum fəqtulu ənfusəkum zalikum xəyrun ləkum ində barikum fətabə əleykum innəhu huvət-təvvabur-rəhim” ( "Bəqərə” surəsi, ayə 54) (Həqiqətən özünüzə zülm etdiniz. Buna görə də Yaradanınıza tərəf üz tutaraq tövbə edin. Özünüzü öldürün. Belə etməniz Yaradanınız yanında sizin üçün daha xeyirlidir və Allah da tövbənizi qəbul etmişdir. Əlbəttə O, tövbələri qəbul edən və bağışlayandır.) Allah-taala Həzrət Musaya vəhy göndərdi: -Ey Musa! Onları bu çətinliyə salmağımın səbəbi bu idi ki, onlar buzova ibadət edənləri özlərinə düşmən bilməyib onlardan uzaqlaşmadılar. Onlara de: "Hər kəs Məhəmməd və Ali-Məhəmmədin vasitəçiliyi ilə Allahı çağırsa Allah günahları ucbatından qətlə yetirilənlərin ölümünü asan edər. Bəni-İsrail bu kəlmələri dedikdə Allah onlara qətli asan etdi, belə ki, onun ağrı-acısını duymadılar. Onların sayı 588 min nəfər idi. Allaha bu adlarla təvəssül edib günahlarının bağışlanmasını istədikdə Allah-taala qətli onlardan götürdü.  
    )
    Oğul, gündə bir dəfə İmam Hüseyni (duası ilə uzaqdan) ziyarət et, ayda bir dəfə Həzrətin (Doğrusu mən ehtimal vermirəm ki, zatı pak olan bir insan İmam Hüseyn əleyhissalama cənnət cavanlarının ağasına təvəssül etməyin arzulara çatmağın və istəklərin həyata keçməsinin səbəb olmasına şəkk-şübhə etsin və o həzrətə təvəssül etməyin sayəsində hətta qeyri-müsəlmanlar da çoxlu nəticələr gördükləri üçün o cənaba təvəssül edir və ehtiram göstərirlər. Yalnız onların əldə etdikləri nəticələr müsəlmanların aldıqları nəticələri, saysız-hesabsız kəramətləri dilə gətirməkdən bizi ehtiyacsız edir. İsmət və təharət Əhli-beyti nahiyəsindən bu məsələyə rəğbətləndirmək və Kərbəla şəhidini ziyarət edib, ona təvəssül etməyə və fəzilətlərini yaymağa, məzlumiyyətini elan etməyə aid çoxlu hədislər gəlib çatmışdır. Biz onlardan bir neçəsini gətirməklə kifayətlənirik: Məhəmməd ibn Müslim İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edir ki, o Həzrət buyurdu: "Bizim şiələrimizə göstəriş verin ki, İmam Hüseyn əleyhissalamın qəbrini ziyarət etsinlər. Bu əməl insanın ruzisini çoxaldar, ömrünü uzun edər və pis ölümü insandan uzaqlaşdırar. İmam Hüseyn əleyhissalamın ziyarətinə getmək o həzrətin Allahın İmam və hüccəti olmasına iqrar edən hər bir müsəlmana vacibdir”. "Vəsailüş-şiə”, 2-ci cild, səh. 394, bab 44, hədis 4. (10-cu cild, səh. 346). Həmçinin Bəkr ibn Məhəmməd rəvayət edibdir ki, İmam Sadiq əleyhissalam Füzeylə buyurdu: "Siz şiələr bir yerə toplanıb bizim hədislərimizi dilə gətirərsinizmi? Füzeyl dedi: -Bəli. Həzrət buyurdu: -Mən o məclisləri sevirəm, bizim dinimizi canlandırın, bizim dinimizi canlandırana Allah rəhmət etsin. Ey Füzeyl, hər kəs bizi yada saldıqda, yaxud yanında "biz” yada salındıqda gözləri dolub hətta əgər gözündən bir milçək qanadı qədər yaş axsa Allah onun günahlarını bağışlayar”. "Vəsailüş-şiə”, 2-ci cild, səh. 402, bab 68, hədis (təhqiq olunmuş çapı, 10-cu cild, səh. 392, bab 66). Eləcə də Hələbi deyir: İmam Sadiq əleyhissalama dedim: -İmkanı olan halda İmam Hüseyn əleyhissalamın ziyarətini tərk edən şəxsin barəsində nə buyurursan? Həzrət buyurdu: -O, Peyğəmbərə və bizə haqq olmuş və öz xeyrinə olan işi yüngül saymış kimsədir. Allah-taala İmam Hüseyni ziyarət edən şəxsə başqalarının ticarətləri əvəzində fayda verər və onun dünya işlərinə Özü kifayət edər. İmam Hüseyni ziyarət etmək bəndə üçün ruzi gətirər və ziyarət yolunda hər nə xərc etmişsə onun əvəzini Allah verər”. "Vəsailüş-şiə”, 2-ci cild, səh. 392, bab 38, hədis 2. (mühəqqiqə çapı 10-cu cild, səh. 334).)ziyarətinə get və əgər imkanın yoxdursa yaxşı (İmam Hüseyn əleyhissalamı ziyarət etməkdə çox böyük əcr və savablar vardır və bu söz barədə Tavusun İbn Abbasdan nəql etdiyi hədis kifayətdir. İbn Abbas deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mənə İmam Hüseyn əleyhissalamın öldürülməsini xəbər vermişdir. Deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər kəs İmam Hüseynin haqqını tanıyaraq onu ziyarət etsə Allah o ziyarət edən şəxs üçün min həcc və min ömrə savabı yazar. Onu ziyarət edən məni ziyarət edibdir. Və məni ziyarət edən sanki Allahı ziyarət etmişdir. Allaha layiqdir ki, onu ziyarət edən şəxsi cəhənnəm odu ilə yandırmasın. İmam Hüseynin qübbəsi (gümbəzi) altında edilən dualar qəbul olar. Onun torpağında şəfa var, onun özündən sonra övladları (doqquz məsum) imamdırlar. Bax Vəsailüş-şiə, 2, 395, bab, 45-Hüseyni ziyarət etməyin müstəhəb həcc və müstəhəb ömrədən daha artıq savaba malik olması hədis 16 ) olar "yeddi mərhələ”nin birində, (Vəsailüş-şiə, cild 2, səh. 393, 40-cı bab, İmam Hüseyn əleyhissalamı mümkün olduqca təkrar ziyarət etməyin müstəhəbliyi, 4-cü hədis təhqiq olunmuş çap, 10-cu cild, səh. 341. Davud ibni Fərqəd deyir: İmam Cəfər Sadiq əleyhissalama ərz etdim:-İmam Hüseyn əleyhissalamı hər ayda ziyarət edənin nə qədər savabı vardır? Buyurdu:-O şəxsə 100 min Bədr şəhidinin savabı verilər. )əgər uzaq şəhərlərin birindəsənsə ildə bir dəfə gedəsən.(Yeddi mərhələ bunlardır: 1) Birinci mərhələ: Aşura gecəsi və günü İmam Hüseyn əleyhissalamı ziyarət etməyin savabı haqqında. Necə ki, Vəsailüş-şiə kitabında 2, 398, bab, 55, Aşura gecəsi və Aşura günü İmam Hüseyni ziyarət etməyin təkidli müstəhəb olması, hədis (təhqiq olunmuş çap, cild 10, 372) İmam Məhəmməd Baqir əleyhissalam buyurubdur: Aşura günündə (Məhərrəmin onuncu günündə) Hüseyni ağlar göz ilə ziyarət edən kimsəyə Allahın dərgahında Peyğəmbərin hüzurunda olunan cihad qədər savab verilər. Yenə həmin bab və həmin səhifədə 3-cü hədis Cabir Cöfi deyir:-Həzrət Sadiq əleyhissalam buyurdu:-Aşura gecəsi İmam Hüseynin qəbri kənarında olan şəxs qiyamətdə Allahın hüzuruna gedərkən qanına qəltan olmuş halda gedər sanki İmam Hüseyn əleyhissalam ilə Kərbəlada şəhid olmuşdur. 2) İkinci mərhələ: Ərbəin ziyarəti Vəsailüş-şiə kitabında 2, 398, bab, 56: Ərbəin günündə (Aşuradan 40 gün sonra) İmam Hüseyni ziyarət etməyin təkidli müstəhəb olması, hədis (təhqiq olunmuş çap, cild 10, 373) İmam Həsən Əskəri əleyhissalam buyurubdur: Mömin şəxsin beş əlaməti var” 1) Hər gündə əlli bir rükət namaz qılmaq, 2) Ərbəin ziyarəti etmək, 3) Sağ ələ üzük taxmaq, 4) Səcdədə alnı torpağa qoymaq, 5) (Namazda) Bismillahir-Rəhmanir-Rəhim ayəsini ucadan demək. 3) Üçüncü mərhələ: Rəcəb ayının birinci gününün ziyarəti: Vəsailüş-şiə kitabında 2-ci cild, səh. 397, bab 50, Rəcəb ayının birinci günündə İmam Hüseyn əleyhissalamı ziyarət etməyin təkidli müstəhəb olması, hədis (təhqiq olunmuş çap, cild 10, 363) Bəşirüd-dəhhan demişdir:-İmam Sadiq əleyhissalam buyurdu:-Rəcəb ayının birində İmam Hüseyni ziyarət edən şəxsi Allah mütləq bağışlayar. 4) Dördüncü mərhələ: Rəcəbin yarısında (on beşində) ziyarət etmək: Vəsailüş-şiə 2-ci cild, səh. 397, bab, 50 Rəcəbin on birində və on beşində İmam Hüseyni ziyarət etməyin təkidi, hədis (təhqiq olunmuş çap, cild 10, 364, hədis 2) Məhəmməd ibn Əbu Nəsir demişdir: Həzrət Rza əleyhissalamdan soruşdum: Ziyarət etmək üçün hansı aylar fəzilətlidir? (Başqa bir nüsxədə yazılıbdır, dedi: Hansı ayda İmam Hüseyni ziyarət edək? Həzrət buyurdu: -Rəcəbin və Şəbanın on beşinci günlərində. 5) Beşinci mərhələ: Şəbanın on beşindəki ziyarət: Vəsailüş-şiə kitabı 2-ci cild, səh. 397, bab-51- Şəbanın yarısında İmam Hüseyni ziyarət etməyə təkid edilməsi, hədis (təhqiq olunmuş çap, cild 10, 365) Əbu Bəsir deyir ki, Həzrət Sadiq əleyhissalam buyurdu: -Yüz iyirmi dörd min (başqa nüsxəyə görə- iki yüz iyirmi dörd min Peyğəmbərlə görüşüb əl-ələ verməyini sevən şəxs Şəbanın on beşində Hüseyn ibn Əlinin qəbirini ziyarət etsin, çünki peyğəmbərlərin ruhları Allahdan izin alıb, İmam Hüseynin ziyarətinə gələrlər. 6) Altıncı mərhələ: Fitir bayramının gecəsi ziyarəti: Vəsailüş-şiə 2, 398, bab-54, Fitir bayramı və qurban bayramı gecəsində İmam Hüseyn əleyhissalamın ziyarətinin təkidi hədis, (təhqiq olunmuş çap, cild 10, 371) Əbdür-rəhman ibn Həccac demişdir: Həzrət Sadiq əleyhissalam buyurdu: -İmam Hüseyni üç gecənin birisində ziyarət edən şəxsin keçmiş və gələcək günahlarını Allah bağışlayar. Dedim: Canım sənə fəda olsun, o gecələr hansılardır? Buyurdu: Fitir bayramının gecəsi və qurban bayramının gecəsi və Şəbanın on beşinci gecəsi. Və hədis 2, həmin bab Yunis ibn Zəbyan demişdir. İmam Sadiq əleyhissalam buyurdu: -Bir ilin Şəbanın 15-ci gecəsi Fitir və Ərəfə gecələri İmam Hüseynin məzarını ziyarət edən şəxs üçün Mütəal Allah min qəbul olunmuş həcc və min qəbul olunmuş ömrə yazar və onun dünya və axirət hacətlərindən olan min istəyini verər. 7) Yeddinci mərhələ: Ərəfə günündəki ziyarət Vəsailüş-şiə, 2, 396, bab-49, ərəfə günü və ərəfə gecəsi (qurban) bayramı günü İmam Hüseynin ziyarət edilməsinin təkidli müstəhəb olması, hədis (təhqiq olunmuş çap, cild 10, 359) Bəşirüddəhhan demişdir: Həzrət Sadiq əleyhissalama dedim:-Həcc etmək çox vaxt əlimdən çıxdıqda ərəfə də İmam Hüseynin qəbri kənarında oluram. Həzrət buyurdu: Afərin ey Bəşir (yəni çox gözəl bir iş görürsən). İmam Hüseynin haqqını tanıyıb, (İmamətinə əqidəsi olan halda) onu öz məzarı kənarında bayram günündən başqa olan günlərdə ziyarət edən mömin üçün Mütəal Allah qəbul olunmuş iyirmi həcc və iyirmi ömrə savabı yazar, və bir peyğəmbər ilə, yaxud dil bir İmam ilə iyirmi həcc və iyirmi ömrə edən şəxsin savabını yazar. Sonra buyurdu: Əgər bayram günü ziyarət edərsə Allah ona mürsəl peyğəmbər və ya adil İmam hüzurunda etdiyi yüz həcc və yüz cihad savabı yazar. Və əgər ərəfə günü Onun (Hüseynin) haqqını tanıyıb məzarını ziyarət edərsə Allah ona min qəbul olunmuş həcc və min qəbul olunmuş ömrə və bir peyğəmbər ilə, yaxud adil bir İmam ilə min dəfə cihad edənin savabını yazar. Bəşir demişdir. Dedim: Ərəfat savabı harada ola bilər? İmam qəzəblə mənə baxaraq buyurdu: -Ey Bəşir, möminin ərəfə günü İmam Hüseyni ziyarət etməyə gəlib. Fəratda qüsl edib, sonra ziyarətə gedərsə onun hər addımına Allah-taala bir kamil həcc savabı verər. Bəşir deyir: Elə bil cihad da buyurdu: (başqa nüsxədə) Bir ömrəyə də yazır)
    Hər kəs hədisləri diqqətlə nəzərdən keçirə və dediklərimə düzgün əməl edib gördüyüm təsirləri o da görərsə heç vaxt mənim sənə dediklərimi əldən buraxmaz. Mən o Həzrətin ziyarəti və ona əza məclisləri qurmağın nəticəsində ağıla sığmaz kəramətlər görmüşəm. Əgər gördüklərimi dilə gətirsəm rahat deyə bilərəm ki, hər ziyarətdən sonra müşküllərim həll olmuş, ruzim artmış və bəndələr üçün Mütəal Allahın yanında olan nemətlər daha çox xeyirli, tükənməz və həmişəlikdir. (Vəsailüş-şiə, 2, 393, bab-40 Hüseyni imkan qədəri təkrarən ziyarət etməyin müstəhəb olması, hədis (təhqiq olunmuş çap, cild 10, 340) Əli ibni Riab demişdir: Həzrət Sadiq əleyhissalam buyurdu: İldə iki dəfə İmam Hüseynin qəbrinə ziyarətə getmək varlı şəxslərin vəzifəsidir, həmçinin yoxsulların isə ildə bir dəfə ziyarət etmələri vəzifələridir. )
    Oğul, (Allah səni bəyəndiyi işlərdə müvəffəq etsin və sənə ömür versin) qoca kişi və qadınların ehtiramını saxla, Allah onlara xatir öz bəndələrindən bəlaları dəf edər. (Vəsailüş-şiə kitabı, c. 2, səh. 390 bab: İmam Hüseyn ibn Əlini ziyarət etmək barədə təkid və bunun kifai vacib olması babı, hədis (təhqiq olunmuş çap, cild 10, səh, 321) Məhəmməd ibn Müslim demişdir: İmam Məhəmməd Baqir əleyhissalam buyurdu: Şiələrimizə əmr edin ki, Hüseynin məzarını ziyarət etsinlər. Onun məzarına ziyarətə getmək ruzini çoxaldır, ömrü uzun edib bəlaları uzaqlaşdırır. Allah tərəfindən olan İmam bilən möminlərə vacibdir ki, onun məzarının ziyarətinə getsinlər. ) Məbadə onlara əziyyət edəsən, mən onlara hörmət bəsləməklə elə şeylərə nail olmuşam ki, burada onları qeyd etməyə fürsət yoxdur. Oğul, ata-anaya hörmət və yaxşılıq etməkdə son dərəcə ciddi ol. (Hədisi-qüdsidə buyurmuşdur: (Əyilmiş bükülmüş) qocalar, südəmər körpələr və yayılan (düzənliklərdə) davarlar olmasaydı mən əzabı (camaatın) başına birdən yağdırardım. Və Safinin nəql etdiyi başqa bir hədisdə deyir: İmam Sadiq əleyhissalam buyurur: Böyüklərinizi böyük tutun qohum-əqrabalarınızla əlaqəni kəsməyin və Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm buyurub: Hər kəs bir böyüyün yaşına görə onun fəzilətini bilib, ona hörmət etsə, Allah o hörmət edən şəxsi qiyamət günündə onu qiyamətin dəhşətlərindən amanda saxlayar. Vəsailüş-şiə c, 2, səh. 214, bab 67-ağsaqqal qocaya hörmət etməyin müstəhəb olması, hədis 8-9 (təhqiq olunmuş çap, c, 8, səh. 467)  ) Quranda və hədislərdə ən çox təkid edilmiş şey ata-ananın ehtiramını saxlamaqdır və bu işdə heç vaxt süstlük etmə. Hədisdə var ki, İmam Sadiq əleyhissalam buyurubdur: Yusif peyğəmbər (padşah olduqdan sonra) bir dəfə qoca atası Yəqub onu görməyə getdi. Yusif peyğəmbər mindiyi heyvandan enmədən padşah kimi qürurla onun qarşısına çıxdı. Cəbrayıl enib, Yusifə dedi: aç əlini Yusif əlini açdıqdan sonra əlindən parlaq bir işıq çıxıb asimana getdi. Yusif dedi: Ey Cəbrayıl bu əlimdən çıxıb gedən nur nə idi? Cəbrayıl dedi: Daha sənin nəslindən Peyğəmbərliyi kəsdik. Çünki qoca atan Yəqubu qarşılayarkən yerə enmədiyinə görə səni cəzalandırdıq və səndən olanlara peyğəmbərlik yetişməyəcəkdir. (Mütəal Allahın buyurduğuna görə "Və qəza Rəbbukə əla təbudu illa iyyahu və bilvalidəyni ehsanən imma yəbluğənnə indəkəl-kibərə əhəduhuma əv kilahuma fəla təqul ləhuma uffin vəla tənhərhuma və qul ləhuma qəvlən kərimən vəxfiz ləhuma cənahəz-zulli minər-rəhməti və qul rəbbirhəmhuma kəma rəbbəyani səğira” İsra surəsi, ayə 23-24, (Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb, gözəl davranmağı) buyurmuşdur: Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara "uf” belə demə, qışqırıb, acı söz, söyləmə, onlarla gözəl danış, onların hər ikisini mərhəmət qanadının altına alıb, "pərvərdigara”, onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib, bəslədikləri kimi, sən də onlara rəhm et” Üsuli kafi, c, 2, 57, Ata-anaya yaxşılıq etmək babı, hədis 1, Əbu Vəllad Hənnat demişdir: İmam Sadiq əleyhissalamdan soruşdum: "Və bil-validəyni ehsanən” ayəsində ki, ehsan nə deməkdir. Buyurdu: Ata-ana ilə gözəl rəftar edib, qoymayasan ki, onların bir şeyə ehtiyacları olub, səndən bir şey istəsinlər (hər şeyi onlar istəməzdən əvvəl onlara ver). Məgər Allah buyurmamışdır ki, "lən tənalul-birrə hətta tunfiqu mimma tuhibun” (öz sevdiklərinizdən (əşyalardan və sairə) Allah uğrunda verməyincə Allahdan ehsan görməyəcəksiniz. Ali İmran surəsi, 92-ci ayə. Sonra Həzrət Sadiq əleyhissalam buyurdu: Lakin Mütəal Allahın buyurduğu İmma yəbluğənnə indəkəl-kibərə əhəduhuma əv kilahuma fəla təqul ləhuma uffin vəla tənhərhuma” Əgər (ata-ananın) biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara uf belə demə. Üstlərinə qışqırıb acı söz söyləmə. İsra surəsi, 23-cü ayə. Yəni onlar səni bizar etsələr də onlara uf belə demə. Mütəal Allahın buyurduğu "Onlarla gözəl danış” sözü yəni səni vursalar da onlara "Allah sizi bağışlasın” söylə ki, o cür danışmaq sənin gözəl danışmağındır. Və Mütəal Allahın buyurduğu "Onlara acı və onları mərhəmət qanadlarının altına al” sözü, yəni onlara rəhmət və şəfqətlə baxmaqdan usanma. Öz səsini onların səsindən və əlini onların əlindən yüksək etmə və onlardan qabaqda yerimə və səhifə 185-də hədis 2, Məhəmməd ibn Mərvan demişdir: İmam Sadiq əleyhissalam buyurdu: Bir şəxs peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yanına gəlib dedi: Ya Rəsuləllah, mənə nəsihət et. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Odda yansan yenə Allaha şərik qoşma, öldürülməklə təhdid edildiyin halda yalnız dildə müşrik ol və öz ürəyində müvəhhid (Allahı bir tanıyan) qal və öz valideyninə (istər diri olsunlar, istər ölmüş) yaxşılıq et, hətta əgər ata-anan sənə "öz ailə və malını qoy get”-desələr də onların dediklərini et ki, bu imandandır. Və səhifə 159, hədis Məhəmməd ibni Mərvan deyir İmam Sadiq buyurdu: Sizdən olan hər bir kişiyə öz ata-anasına yaxşılıq etməyə nə mane olur?! İstər onlar diri istər ölmüş Əgər onlar ölmüşlərsə onların yerinə namaz qılsın, sədəqə versin, həcc edib, oruc tutsun. Bu cür işlər onlar üçün (savabı onlar üçün yazılar) və özü üçün (o əməlləri edən oğul üçün) də o savablar miqdarınca savab yazılar və Allah onun etdiyi yaxşılığa görə ona çox xeyirlər verər. Hədis 9, həmin səhifədə, Hişam ibn Salim demişdir ki, İmam Sadiq əleyhissalam buyurdu: Bir şəxs peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in yanına gəlib dedi: Ya Rəsuləllah, kimə yaxşılıq edim? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Öz anana, O dedi: Daha kimə? Buyurdu: Öz anana, o dedi: Daha kimə? Yenə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Öz anana, dedi: Daha kimə? buyurdu: Öz atana.  
    )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1118 | Added by: Islam_Kitabxanasi | Rating: 4.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024