İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:01 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    DİN ALİMLƏRİ VƏ MÜCTEHİDLƏRƏ EHTİRAM
    Oğul, din alimlərinin (Allah onlardan razı olsun) ehtiramını saxlamaq sənə vacibdir. Çünki onlar dinin bayrağı, şəriətin (islam) əmanətdarıdırlar. Onlar Həzrət Höccətin (İmam Mehdi (ə.c)) nümayəndələri və xalqı düz yola hidayət edənlərdir. (Məcməul-Bəyan c, 5, səh. 264, İmam Sadiq əleyhissalamdandır. ) Lakin onların öz elminə əməl etməyənindən yırtıcıdan qorxub qaçdığın kimi uzaq ol. Çünki belələri İmamların dediyinə görə alim deyil, onların dinə olan zərəri(Mütəal Allahın "Nəhl” surəsində 44-cü (fəsəlu əhləz-zikri in kuntum la tələmun) ayəsində buyurduğuna işarədir. Bu ayənin mənası belədir "Bilmədiyinizləri "zikr” (elm) əhlindən (Əhli-beytdən) soruşun). Üsuli-kafi kitabında, c, 1, səh, 32, bab: Elmin sifət və fəziləti, hədis Əbul-Bəxtəri deyir: İmam Sadiq əleyhissalam buyurdu:-Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbər dirhəm və dinar irs qoymayıb, onlar hədislər irs qoymuşlar, o hədislərdən bir şey alan kimsə böyük bir bəhrə alıbdır. Aldığınız bu elmi baxın kimdən alırsınız. Bizim (Əhli-beytin) hər nəsilə adil şəxslərimiz var ki, onlar dində mübaliğə edənlərin, dəyişdirmə və saxtalaşdırmaları və batil yol üzrə din tutan kimsələrin yollarını və cahillərin (elmi) ayrı cürə təfsir etmələrini rədd edərlər.  ) Yezid ibn Müaviyənin (lənətullahi əleyhima) qoşunun vurduğu zərərdən artıqdır. (Üsuli-kafi, 1, səh. 44 bab: Elmdən istifadə qaydası, hədis 2, İmam Sadiq əleyhissalam buyurubdur: Elm əməl ilə birlikdədir. Hər kəsin düzgün elmi olsa əməl edər və hər kəs düzgün elmi olar. Elm əməli çağırar, insan qəbul edərsə o elm özündə qalar, əməl etməsə elm ondan gedər.  )
    İMAM ƏLİ VƏ HƏZRƏT FATİMƏNİN (ə) NƏSLİNƏ OLAN VACİB EHTİRAM
    Oğul, sənə Əli və Fatimənin nəslinə (seyyidlər) ehtiram saxlamaq zəruridir və bu, vacib əməllərdən sayılır. Quranın buyurduğuna görə bu iş müqəddəs risalətin müqabilində istənilən əvəzdir. (Təfsirül-Burhan, 1, 118, bir uzun hədisdə Yəhudi alimlərini vəsf etmək və müsəlmanların (öz elmlərinə əməl etməyən və elmləri ilə çörək qazanmaqdan ötrü hədis düzəldən alimlərini onlara (yəhudi alimlərinə) bənzətmək barədə. İmam Sadiq əleyhissalam belə alimlər haqqında buyurmuşdur: Onların zərərləri bizim zəif (elmsiz) şiələrimiz üçün Yezidin qoşununun İmam Hüseyn əleyhissalama yetirdikləri zərərdən daha çoxdur.  )
    Bacardıqca sən onlara əlindən gələn hörməti et ki, həm Allah və Peyğəmbəri özündən razı edərsən həm də hər iki dünyanın xeyirini görərsən (Şura surəsi, ayə 23-də Mütəal Allah buyurur: (Qul la əsəlukum ələyhi əcrən illəlməvəddətə filqurba və mən yəqtərif həsənətən nəzid ləhu fiha husna innəllahə ğəfurun şəkur) (Allah buyurur: Ya Peyğəmbər!) De ki:-Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbət bəsləmənizdən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görsə biz onun yaxşılığının savabını, mükafatını artırarıq. Həqiqətən, Allah bağışlayandır və qədr biləndir. (şükr və itaətin, gözəl əməllərin əvəzini verəndir.)  )
    Seyyidlərin yalnız yaxşılarına hörmət etməklə kifayətlənmə ki, onların hökmü əməlsiz alimlərin hökmü ilə fərq edir. Çünki onların (seyyidlər) nəsl vasitəsilə olan nisbəti həmişəlikdir ki, günah etsələr də onlardan ayrılmaz və qırılmaz. Lakin hər hansı bir günahlarından uzaqlaşdırmaq üçün yalnız həmin cəhətə görə sərt rəftarın eybi yoxdur, baxmayaraq ki, Əhməd ibn İshaq Əşərinin Hüseyn ibn Həsən fatimi ilə arasında baş verdiyi hadisə bunu da rəva bilmir. (Müstədrəkül-Vəsail, 2, səh, 400, bab 17 (Təhqiq olunmuş çap, 12, səh. 367, hədis 14339) ələvilərə (seyyidlərə) yaxşılıq etməyin müstəhəb olmasının təkidi hədis rəvayət edilmişdir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Öz əli, öz dili, öz malı ilə mənim zürriyəmə (nəslimə) kömək edən şəxsə mənim şəfaətim zəruridir. Başqa bir rəvayətə əsasən Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: -Mənim övladımın (nəslimin) yaxşılarını Allaha xatir, yaxşı olmayanlarını isə mənə xatir sevin və hədis 21, səh, 402 İmran ibn Məqəl demişdir:-Eşitdim ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu:- Ali-Məhəmmədə öz malınız ilə kömək etməyi tərk etməyin, varlı öz varlılığına görə (kömək etsin), yoxsul isə öz yoxsulluğuna görə. Hər kəs istəsə ki, Allah onun böyük hacətlərini (istəklərini) versin. Ali, Məhəmməd əleyhissalama və onların şiələrinə öz ehtiyacı olduğu mal və mülkdən də kömək etsin. Yenə 20-ci hədis (təhqiq olunmuş çap, cild) 12, səh. 383, hədis 14351, Süleyman Qazi demişdir:- İmam Rza əleyhissalam buyurdu: -Atam Museyi Kazim əleyhissalam öz məsum ata babalarından nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu:-Dörd dəstə əgər bütün yer əhlinin günahları miqdarında günah etsələr də mən onlara şəfaət edərəm: Biri mənim zürriyəmə kömək edərək, onların önündə düşmənlərlə vuruşmuş şəxs. İkincisi zürriyyəmin ehtiyaclarını ödəyən şəxs. Üçüncüsü onlar çarəsiz olarkən onların işləri üçün səy edən şəxs və dördüncüsü dil və ürək ilə onları sevən şəxs. )
    Yaxşısı budur ki, belələrinin ehtiramı qorunsun və xəlvətdə isə (müxtəlif vasitələrlə) qarşısı alınsın. Lakin bu nəsildən olmayanlara Həzrət Əlinin qardaşı Əqil, Peyğəmbərin əmisi Abbas və başqa Haşimi nəslindən olanlara ehtiram etməyi sənə vacib bilmirəm. Doğrudur ki, onlar da əsli-nəsəbdə şərafətlidirlər, lakin Quranda gələn (Əhli-beyt və seyidlər barəsində) ehtiram hökmü onlara şamil deyil. Həmçinin (yalandan) özlərini seyid sayanlara da ehtiram etməyi sənə vacib görmürəm. Hər vaxt onların seyidlik iddialarının yalan olması aşkar olunsa ehtiram olunmamalı və əgər onun seyid olmasında şübhə varsa çəkinməyin məsləhətdir.
    Əlbəttə, təkcə ana tərəfi seyid olanlara da (yəni anası seyid qızı olan) atası seyid olanlar kimi ehtiram etməyi sənə vacib bilirəm. Çünki insana qızının oğlu (nəvə) həqiqətən oğul sayılır və şəri hökmlərdə də müştərəkdirlər. Elə buna görə də İmam Həsən ilə İmam Hüseyn əleyhissalam Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz oğulları sayılırdılar. İmam Həsən ilə İmam Hüseynin Peyğəmbərə oğul sayıldıqları kimi indi də ona ana tərəfindən mənsub olanlar onun oğulları sayılır (lakin seyidlik keçməmək şərtilə) amma "xüms” ona düşmür (halal deyil). Buna dəlil Həmmad ibn İsanın İmam Kazimdan əleyhissalam nəql etdiyi hədisdir. (Müstədrəkül-Vəsail 2, səh 400, bab 17 (Təhqiq olunmuş çap, 12, səh 375, hədis 14335) seyyidlərə yaxşılıq etməyin təkidli müstəhəb olması, hədis 4, Cəfər Sadiq əleyhissalam nəslindən olan Seyyid Hüseyn ibn Həsən Qum şəhərində aşkara şərab içirdi. Bir gün o, bir iş üçün Əhməd ibn İshaq Əşərinin yanına getdi. Əhməd Qumun övqafında vəkil idi. Hüseyn Əhmədlə görüşmək üçün izn ala bilməyərək qəmli halda öz evinə qayıtdı. Əhməd (sonra) həcc səfərinə gedərkən Samirraya çatarkən İmam Həsən Əskəri əleyhissalamın hüzuruna daxil olmaq üçün imamdan izn istədi. İmamdan izn ala bilmədiyi üçün çox ağlayıb, yalvarmağa başladı. Nəhayət imam ona izn verdi. O imamın yanına daxil olduqda, soruşdu ki: Ey Peyğəmbər övladı mən sənin şiələrindən və səni sevənlərdənəm, mənə izn verməməyin nədən ötrü idi? İmam buyurdu: Çünki, sən öz qapından bizim əmi oğlumuzu qovdun. Əhməd ağlayıb, and içərək dedi: Onu qovmağım şərab içməyi tərk etməsi üçün idi. İmam buyurdu:-Doğru deyirsən, lakin hər halda onlara hörmət etmək gərəkdir. Onları təhqir etmə. Çünki təhqir etmiş oldunsa ziyan çəkərsən. Əhməd Quma döndükdən sonra onların böyükləri Əhmədin yanına gələrkən həmin Hüseyn də onlarla gəldi. Əhməd Hüseyni görməklə durub onu, qarşıladı və hörmət edib, onu məclisin yuxarısında oturtdu. Hüseyn o qəribə rəftarı görüb onun səbəbini Əhməddən soruşdu. Əhməd özü ilə İmamın arasında olan cərayanı ona danışdı. Hüseyn isə onu eşidib, öz günahlarına və etdiyi işlərə peşiman oldu və tövbə edib, öz evinə qayıtdı. Evə qayıtdıqda şərabı yerə töküb, bardaqları və küpələri sındırıb, təqvalı, Allahdan qorxan və əməli saleh, ibadət edənlərdən oldu. )
    SİLƏYİ-RƏHM
    (Qohum-əqrəba ilə səmimi əlaqə saxlamaq)
    Oğul, siləyi-rəhmi özünə vəzifə bil ki, bu iş ömrü uzadar, ruzini çoxaldar Allahı razı edər (Vəsailüş-şiə kitabı, c, 2, səh. 62, bab 1, Xüms "6” altı yerə bölünür, üç "3” hissəsi imamındır. Və "3” hissəsi, yoxsulların, miskinlərin (çox yoxsul olanların) və ibnis-səbilin yəni öz şəhərindən çıxıb səfərdə pulsuz qalanlarındır. Onlar da gərək ata tərəfindən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in cəddi Əbdül Müttəlibə mənsub olsunlar, təkcə ana tərəfindən yox. Hədis, 8, (təhqiq olunmuş çap, cild 6, səh. 358) Həmmad ibn İmam Museyi Kazim əleyhissalamdan rəvayət edən şəxslərdən rəvayət edərək demişdir ki, O Həzrət buyurmuşdur: Xüms beş şeydən alınır:-Qənimətdən, tapılan xəzinələrdən, mədənlərdən dənizdən çıxarılanlardan və duzlaqdan çıxarılan duzlardan bu cürə şeylərdən xüms alınar. Və Allah-taala onlara xümsü təyin etdiyi kəslərə Xüms altı qismətə bölünər bir qismət Allahın haqqı, o bir qismət peyğəmbərin haqqı bir qismət Peyğəmbərin əqrabasının (imamların) haqqı, bir qismət də yetimlərin haqqıdır, bir qismət də miskinlərin (çox yoxsul olanlar) haqqı, o biri qismət də ibnis-səbilin haqqıdır. Allah və Peyğəmbər haqqı hər ikisi Peyğəmbərin yerində olan imama çatar. İmama xümsün altı hissəsindən üçü çatar. Qalan üç qisməti (ki, xumsun yarısıdır) biri seyyidlərin yetimlərinə, o birisi miskinlərinə, o birisi isə ibnis-səbillərinə verilər. Onlar arasında Quranın və hədislərin buyurduğu kimi bölünər. Sonra Həzrət Museyi Kazim əleyhissalam buyurur: -Allah bu xümsü seyyidlərin miskinlərinə və ibnis-səbillərinə məxsus edibdir. Çünki onlara xalqın zəkatını yemək halal deyil. Allah-taala onların Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə mənsub olduqlarına xatir bu məxsus malları onlar üçün qoyub. Mütəal Allah öz kərəmindən onlar üçün məxsus bir malların ayrılmasın əmr buyurubdur ki, onlar yoxsulluğa və zillətə düşməsinlər. Seyyidlərin bir-birinə zəkat verməsinin eybi yoxdur və bu iş caizdir. Onlar (seyyidlər ki, Mütal Allah onlar üçün xüms təyin edibdir. Peyğəmbərin əqrabasıdırlar. Allah-taala onları Quranda qeyd edərək buyurub: Və ənzir əşirətəkəl-əqrəbin” (və ən yaxın qohumlarını qorxut). Onlar (yəni seyyidlər) Əbdülmüttəlibin övladıdırlar. İstər oğlan olsun, istər qız. Ərəblər arasında Əbdülmüttəlibin nəsilindən olanlardan başqaları seyyid sayılmayıb, xüms almağa da haqları yoxdur. Və hər kəsin ki, anası Bəni-Haşimədəndir, lakin atası deyil, ona zəkat caizdir, lakin xümsə haqqı yoxdur. Çünki Mütəal Allah buyurubdur: "Uduhum liabaihim” (hərəni öz atasına nisbət verin, (Əhzab surəsi ayə, 51) Sonra Həzrət buyurdu: -Xüms düşən əşyalardan zəkat çıxarılmaz (zəkat o əşyalara düşməz), çünki yoxsulların ruzisi xalqın mallarındadır, və o ruzilər səkkiz yerə bölünüblər, yəni hər bir yoxsulun zəkatda müəyyən bir payı var və yoxsul seyyidlər üçün xümsün yarısı var. Buna görə də Mütəal Allah qoymayıbdır ki, onlar xalqın verdiyi zəkata möhtac olsunlar. Müstədrəki-Vəsailüş-şiə, 2-ci cild, səh. 638, bab 10, siləyi-rəhm etməyin müstəhəb olması, hədis 4, İshaq ibn Əmmar deyir:-İmam Museyi Kazim əleyhissalam buyurdu: Ömrün uzun olması üçün siləyi-rəhm kimi bir şey bilmirik. Sonra buyurdu: Kişinin ömründən üç il qalmışsa siləyi-rəhm etdikdə Allah onun ömrünü otuz üç il edər və bir kişinin ömüründən otuz üç il qalmışsa öz yaxınlarından əlaqəni kəsdikdə Allah onun ömrünü üç il edər.  )və hər iki dünyada insana fayda verər (Müstədrəki-Vəsailüş-şiə, 2-ci cild, səh. 639, bab 10 (Təhqiq olunmuş çap, 15-ci cild, səh. 236, hədis 18106) siləyi-rəhm etməyin müstəhəb olması, hədis 11, Əmirəl-möminin Həzrət Əli əleyhissalam bir hədisdə buyurubdur:-Siləyi-rəhm etmək ruzini çoxaldar.  ) səninlə rabitəni qıranlarla da əlaqəni kəsmə və bu barədə Həzrət Əlinin buyurduğu kalamı özünə sərlövhə qərar ver: "Sizinlə rabitəni qıranlarla əlaqəni kəsməyin və sizi hər hansı bir şeydən məhrum edənlərlə kəramət və mərdliklə rəftar edin”. (Müstədrəki-Vəsailüş-şiə kitabı, 2-ci cild, səh. 639, Siləyi-rəhm etməyin müstəhəb olması babı, hədis 18 (təhqiq olunmuş çap, 15-ci cild, səh. 238, hədis 18113) Hüseyn ibn Osman demişdir: İmam Sadiq əleyhissalam buyurdu:-Siləyi-rəhm etmək əməlləri təmizlədib, malları çoxaldar, hesabı asan edər, bəlaları uzaqlaşdırar. Və hədis 21 (təhqiq olunmuş çap 15-ci cild, səh. 239, hədis 18116) Yəhya ibni Ümmüt-təvil deyir: Həzrət Əli əleyhissalam bir xütbə oxuyub, Allaha həmd və səna etdi, sonra buyurdu: Kişinin malı və övladı olarsa varlı olub, öz əqrəbasından ehtiyacsız ola bilməz (həmişə onlara ehtiyacı var) və onlarla danışıb, mehribançılıq etməkdən və onların özünə hörmət edib, əl və dil ilə kömək etmələrinə həmişə ehtiyacı vardır. Onlar özünə ən böyük arxa və hasardırlar, və pərişanlığını ən çox uzaqlaşdıran və özünə müsibət və bəla günlərində xalqdan daha çox atifəli və məhəbbətlidirlər. Hər kəs öz əqrabasından əlini çəksə onlardan çəkilən yalnız bir əldir, lakin özündən çox əllər çəkilər. Və hər kəs öz əqrabasına düzgün məhəbbət bəsləyib Allaha xatir onlara yaxşılıq əlini uzadarsa, Allah onun dünyada etdiyi ehsana, yaxşılığa qarşı ona dünyada yaxşılıq göstərər, axirətdə isə onun səvabını çoxaldar. Sonra Həzrət buyurdu:-Sizlərdən heç biri öz əqrabasından qafil olmasın, öz əqrabasında bir ehtiyac, yaxud yoxsulluq görərkən öz malından onlara yardım etsin. Çünki bu cür yardım etmək ona zərər vurmaz və o yardımı etməmək ona bir fayda verməz. )
    Daha doğrusu oğul, əlaqəni kəsənlərlə siləyi-rəhm etmək insanı Allaha yaxınlaşdırar və nəfsi-əmmarəyə tabe olmağa qoymaz.
    QƏTİ-RƏHM (Qohumluq əlaqəsini kəsmək)
    Əsla qohum-əqrəba ilə qəti-rəhm etmə. Çünki "rəhm” ərşdə asılmış bir kisədir ki, Allaha belə deyər: "Ya Rəbb, hər kim mənimlə əlaqə saxlayıbsa sən də onunla əlaqə saxla və hər kim mənimlə əlaqəni kəsibdirsə sən də onunla əlaqəni kəs”. (Biharul-ənvar, 77-ci cild, səh. 291-294, hədis və Biharul-ənvar, 74-cü cild, səh. 411, hədis 23. Bihrul-ənvar kitabında nəql edir Əmalidən, 77-ci cild, səh. 404, hədis 29 və bundan başqa hədislər. )
    Mən siləyi-rəhm etməklə, məxsusən mənimlə əlaqəni kəsənlərlə elə gözəl, qeyri-adi və mühüm nəticələr əldə etmişəm ki, burada onları deməyə imkan yoxdur. Bu işdə çox ciddi ol və məbada səhlənkarlıq edəsən. Oğul, çarəsiz və köməksiz olan şiələrin halını nəzərə alıb onlara kömək et, məxsusən öz qohum-əqrəba və qonşularına. Bu işinlə sən hər iki dünyanın izzət və iftixarını qazanar, özünü onun bəlalarından qoruyar və Mütəal Allahı razı edərsən. İmam Cəfər Sadiq əleyhissalam buyurubdur: "Yusifin vasitəsilə Yəqubun bəlaya düçar olmasının səbəbi bu idi ki, Yəqub bir gün kök bir qoç kəsdi və həmin vaxt Yəqubun qonşularından (başqa bir hədisdə əshabından) biri axşam orucunu açmağa evində bir şeyi yox idi. Yəqub bundan qafil olduğuna görə o bəlaya (Yusifin bəlasına, ayrılığına) düçar oldu”. (Üsuli-kafi kitabı, 2-ci cild, səh. 151, siləyi-rəhm babı, hədis 10. Füzeyl ibn Yəsar demişdir:-İmam Məhəmməd Baqir əleyhissalam buyurdu: -Rəhm qiyamət günündə ərşdən asılıb deyər: Ya Rəbb, hər kəs mənə yaxınlaşıbsa ona yaxınlaş və hər kəs məndən uzaqlaşıb əlaqənə kəsibsə ondan uzaqlaş və əlaqəni kəs.  )
    Oğul, (Allah səni müvəffəq eləsin) bütün işlərində orta həddi riayət elə ki, nəticəsi çox yaxşı olar. Sədəqə vermək həm əqlə, həm də hədislərə görə gözəl bir işdir, lakin Mütəal (Safi təfsiri, 3-cü cild, səh. 8, Yusif surəsi "İnna izən ləxasirun” ayəsinin təfsirində İmam Sadiq əleyhissalam buyurubdur:-Yəqubun o bəlaya (Yusifi itirməyə) düçar olmasının səbəbi belə idi: Yəqub əleyhissalam kök bir qoç kəsdi, eyni halda Yəqubun əshabının biri möhtac idi və iftar etmək üçün bir şey tapa bilmirdi. Yəqub qafil olub ona həmin ətdən yedirtmədi. Bu səbəbə görə də Yusifin bəlasına giriftar oldu. O bəlaya düçar olandan sonra Yəqubun carçısı hər gün səhərlər car çəkib deyərdi: Hər kəs oruc deyilsə Yəqubun ehsanına gəlsin. Axşam vaxtı isə car çəkib deyərdi: Hər kəs oruc tutubsa Yəqubun iftarına gəlsin. Safi təfsiri səhifə 269, Yusif surəsinin 8-ci ayəsinin təfsirində (vəllahul mustəanu əla ma təsifun) İmam Zeynəlabidin əleyhissalam buyurubdur:-Həzrət Yəquba öz oğulları "Yusifi qurdlar yedi” sözünü deyərkən Yəqub "inna lillah və inna iləyhi raciun” deyib, gözləri yaşardı, eyni zamanda yadına saldı ki, özünə Mütəal Allah buyurmuşdu: "Bəlalara qarşı səbrin olsun”. Yəqub bəlaya hazırlaşdı, səbr etməyə başladı. (O bəlanın səbəbi bu idi:-Yəqub özünün ac qonşusunu yaddan çıxarıb, ona yemək vermədi). Sonra Yəqub öz oğullarına dedi: "Bəl səvvələt ləkum ənfusukum əmrən” öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməllərinizi sizə gözəl göstərmişdir).) Allah Peyğəmbərə buyurur: "Nə əlini möhkəm büküb xəsislik edəsən, nə də artıq hər şeyini əldən verib (ehsan edib) sonradan narahat və peşman olasan”. (Üsuli-kafi, 2-ci cild sədəqənin fəziləti babı, hədis 1, İmam Sadiq əleyhissalam buyurmuşdur: Həzrət Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm buyurub: Sədəqə vermək pis ölümü uzaq edər. Və səhifə 3, hədis 5-də Abdullah ibn Sənan deyibdir:-İmam Sadiq əleyhissalam buyurdu: -Sədəqə ilə öz xəstələrinizə şəfa verin və dua ilə bəlanı uzaqlaşdırın. Sədəqə verməklə ruzini özünüzə tərəf endirin. Ruzini şeytanlar saxlamışsa da sədəqə onu yeddi yüz şeytanın saqqalı arasından çəkib, çıxarar. Şeytana ən ağır gələn şey bir möminin digər bir möminə sədəqə verməsidir. Sədəqə (sədəqə verilən şəxsin) əlinə çatmazdan əvvəl Allahın əlinə çatar. Və səhifə 4, hədis 1, Məhəmməd ibn Ömər deyibdir:-İmam Rza əleyhissalama xəbər verib dedim: Mənim oğullarımdan ikisi əlimdən gedib və yalnız bir kiçik oğlum qalıbdır. Həzrət Rza əleyhissalam buyurdu: -O qalan oğlun üçün sədəqə ver. Sonra mən ayağa durarkən Həzrət buyurdu:-O qalan kiçik oğluna əmr et ki, öz əli ilə azacıq sədəqə versin. Çünki Allah yolunda xalis niyyət ilə verilən sədəqə, yaxud başqa şey, kiçik və az olsa da belə əzəmətlidir. Sonra Həzrət bu ayəni oxudu: "Fəmən yəməl misqalə zərrətin xəyrən yərəhu və mən yəməl misqalə zərrətin şərrən yərəhu.” (Hər kəs bir zərrə ağırlığınca da xeyir əməl edərsə, onun savabını görəcəkdir. Və hər kəs bir zərrə ağırlığınca şər əməl edərsə, onun cəzasını çəkəcəkdir.) Sonra Həzrət bu ayəni də oxudu: "Fəla iqtəhəməl-əqəbəh, və ma ədraka məl-əqəbəh, fəkku rəqəbətin əv itamun fi yəvmin zi məsğəbətin, yətimən za məqrəbətin, əv miskinən za mətrəbətin” (bu ayələr qul azad etməyə və yoxsullara kömək etməyə işarə edir). Sonra Həzrət buyurdu: Mütəal Allah qul azad etməyin çətinliyini bildiyinə görə yetimlərə, miskinlərə yemək və qida verməyi qul azad etmək kimi sayıbdır. Və səhifə 5, 7-ci bab: sədəqə bəlanı dəf edər, hədis 1: Əbu Vəllad deyir. Eşitdim ki, İmam Sadiq əleyhissalam buyurdu: Səhər açılanda sədəqə verin, sədəqə verməyə rəğbətiniz olsun, hər mömin bir sədəqə verməklə göylərdən yerə enən bəlaları özündən uzaqlaşdırmağı Allahdan istərsə Allah o gündə ondan hər bir şəri uzaq edər. Və səhifə 7, hədis 10, həmin babda Vəşşa rəvayət edibdir ki, Əbul-Həsən əleyhissalam buyurdu:-Bəni İsraildən olan bir şəxsin bir oğlu olanda ona dedilər:-Bu oğlun evlənən gecədə ölər. O oğlan böyüyüb toy gecəsindən əvvəl bir aciz qoca kişini gördü. Onu yeməyə dəvət edib, ona yemək verdi. O qoca kişi oğlana demişdi:-Məni diriltdin, Allah səni diriltsin. Oğlanın atasına yuxuda dedilər:-Soruş gör, oğlun nə edibdir? Ata öz oğlundan soruşub, o xəbəri almışdı. Sonra bir daha ataya yuxuda dedilər:-Allah sənin oğlunu o qoca kişiyə etdiyi köməyə xatir diri saxladı. Və səhifə 8, gizli sədəqə vermək babı, hədis 3: Rəvayət edilir ki, İmam Məhəmməd Baqir əleyhissalam buyurdu:-Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləm buyurmuşdur:-Gizlincə sədəqə vermək Mütəal Allahın qəzəbini yatırar. Və səhifə 8, gecə sədəqəsi babı, hədis 2, Səkuni rəvayət edir ki, İmam Cəfər Sadiq əleyhissalam öz ata-babalarından, onlar da Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləmdən nəql edirlər ki, o Həzrət buyurmuşdur:-Gecə vaxtında bir kişi sizin qapınızı döyüb sizdən sədəqə istəsə onu əli boş geri qaytarmayın. Və səhifə 9, sədəqə malı çoxaldar babı, hədis 1, Qiyas ibn İbrahim demişdir: İmam Sadiq əleyhissalam buyurmuşdur: Sədəqə vermək borcu ödəyər (borcun ödənilməsinə səbəb olar) və malı bərəkətli edər. Və səhifə 10, Səkuni demişdir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurmuşdur: -Sədəqə verməklə ruzini göylərdən endirin. ) Başqa bir ayədə Mütəal Allah buyurur: "Səndən soruşurlar ki, nə qədər sədəqə və ehsan etsinlər? De: orta həddi riayət etsinlər” (İsra surəsi, ayə 29.  ) ki, bu ayənin təfsiri İmam Sadiqdən rəvayət edilmişdir. (Bəqərə surəsi, ayə 219.)
    Oğul, həmişə özündən aşağı və imkansız olanlara bax və öz halına görə Allaha şükür elə. Heç vaxt özündən yuxarı və dövlətli olanlara baxma ki, əziyyət çəkər, rahatlıq tapa bilməzsən və eyni zamanda axirətin əcr və savabını əldən verərsən. (Məcməul-bəyan, 2-ci cild, səh. 316, Həsən və Əta rəvayət etmişlər ki, İmam Sadiq əleyhissalam buyurdu: Bu ayədə "əta” (ehsan) sözünün mənası orta səviyyədə (nə az, nə də çox) əta etməkdir.  )
    Mütəal Allah buyurur: "Kafirlərə verdiyimiz dünyanın zinət və gözəlliklərinə gözünü dikmə”. (Üsuli-kafi, 2-ci cild, səh. 140, qənaət babı, hədis 11, Südəyr rəvayət edənləri bir-bir sayaraq demişdir ki, Həzrət Əli əleyhissalam buyurdu: Dünyada insana kifayət edən miqdara qane olana az bir miqdar kifayət edər. Kifayət miqdarına qane olmayana isə heç nə kifayət etməz. Və səhifə 137, hədis 1, Əmr ibn Hilal demişdir ki, İmam Baqir əleyhissalam buyurdu: Heç vaxt gözünü özündən yuxarı olanlara dikmə, Mütəal Allahın öz Peyğəmbərinə buyurduğu ayə kifayətdir ki, buyurur "və la tucibukə əmvaluhum və la əvladuhum” (Ya peyğəmbər!, münafiqlərin nə malları nə də oğul-uşaqları səni təəccübləndirməsin) (Tövbə surəsi, ayə 85.) Və buyurur "Və la təmuddənnə əynəykə ila ma məttəna biha əzvacən minhum zəhrətəl-həyatid-dunya” (kafirlərin bəzi zümrələrinə dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma). (Taha surəsi, ayə 131.) Sonra İmam Sadiq əleyhissalam buyurdu: -Ürəyindən bir şey keçsə (yəni desən ki, kafirlər nə xoş güzarandadırlar) Həzrət Peyğəmbər səlləllahu ələyhi və alihi və səlləmin yaşayışını yada sal. O Həzrətin çörəyi arpadan idi. Halvası xurma idi və odun tapsaydı o odun xurma ağacının budaqları idi. Səhifə 139, hədis 9, Əbu Həmzə demişdir ki, İmam Məhəmməd Baqir əleyhissalam, yaxud İmam Sadiq əleyhissalam buyurdu:-Allahın ruzisinə qənaət edən şəxs varlı adamdır.  )
    Oğul, imkan olduqca həddən artıq camaata (yersiz) qarışma ki, həqqdən qalarsan, ölüm gözündə adiləşər, ibadət (ibadətə ayrılmış vaxt), dinin göstərişləri haqqında düşünmək və onun barəsində fikir-zikrdən səni ayırar, onların əlindəkilər səni tamaha salar, qeybət və töhmətdə şərik olmağa, pis məclislərdə iştirak və boşboğaz adamların sözlərinə qulaq asmağa məcbur edər. Hətta belə məclislərin sonu ola bilsin fitnə və düşmənçiliklə nəticələnsin və sonrakı peşmançılığın fayda verməz, qiyamət günü də "kaş filankəslə dost olmayaydım” (öz yoldaşına), (Taha surəsi, ayə 131. )"kaş mənimlə sənin aranda məsafə, şərqdən qərbə kimi uzaq olaydı” və "ya rəb, qaytar məni ola bilsin tərk etdiklərimin əvəzində (imana qayıdıb) saleh əməllər görüm” (Furqan surəsi, ayə 28. ) sözləri adamın dərdinə çarə eləməz. Belə isə fürsət var ikən tədarük vaxtını qənimət bil.
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1098 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024