İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    10:00 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    ZİKR
    Oğul, Mütəal Allahı çox zikr elə ki, ürəyi dirilik, insanı Allaha yaxın, bərəkəti bol, həlakətdən və şeytandan uzaq, Allahın mələklərini və rəhmətini cəlb edər və qəlbə rahatlıq gətirər. Hədislərdə buyurulur ki, "Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər” (Bəqərə surəsi, ayə 282: "Ey iman gətirənlər! Müəyyən müddətdə bir-birinə borc verib, aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə (qoca və ya uşaqdırsa), yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun (əvəzinə) vəkili ədalətlə deyib (borcu) yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər qadınlardan biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın. Şahidlər (bu işə) dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borclu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməsin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar (nəğd) ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. (Hər halda) alış-veriş etdiyiniz vaxt şahid tutun, ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir. O, bütün işləri biləndir!”  )
    "Hər kim Allahı çox zikr edərsə Allah onu sevər”, (Üsuli-kafi kitabı, 2-ci cild, səh. 499, Allahı çox yada salmaq babı, hədis 2, yuxarıda yazmışıq) "Hər kim Allahı çox zikr edərsə Allah onu iki şeydən azadlıq və qurtuluşunu səbt edər” biri cəhənnəmin atəşindən, o birisi isə nifaqdan və behiştdə Allah onun üzərinə öz sayəsini salar və "Behişt əhli, dünyada Allahı zikr etmədikləri anlardan başqa onun heç bir şeyinin peşmançılığını çəkməzlər”. (Üsuli-kafi, 2-ci cild, səh. 500, Allahı çox yada salmaq babı, hədis. 3, rəvayət edilir ki, İmam Sadiq əleyhissalam deyib: Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub: Hər kəs Allahı çox yada salsa Allah onu sevər və hər kəs Allahı çox zikr etsə onun üçün iki qurtuluş yazılar: biri atəşdən, o biri də nifaqdan (münafiq olmaqdan) qurtuluş.  )
    Ey oğul, hər hansı bir məclisdə heç vaxt Mütəal Allahın zikrindən qafil olma. Hədislərdə deyilib: Məclisdə oturanlar Allahı və bizləri (Əhli-beyti) zikr etməzlərsə, o məclis onlar üçün (axirətdə) həsrət və peşmanlığa səbəb olar. (Üsuli-kafi, 2-ci cild, səh. 500, Allah-taalanı çox yada salmaq babı, hədis 4, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm: hər kəs Allahı çox zikr edərsə onun üçün iki qurtuluş yazılar, biri atəşdən, o biri də nifaqdan qurtuluş. )
    Zikrdən məqsədim bu deyil ki, dilin dediyindən qəlb xəbərdar olmasın. Əksinə dil zikri qəlbin zikrinə yetişmək üçün başlanğıcdır. Və dil zikri bədən, ürək zikri isə cana bənzəyir. Ürək zikr edərkən, dil zikri olmasa da fayda verəndir. İbrahim peyğəmbərin ürəyi Mütəal Allahdan heç vaxt qafil olmadığına görə Allah taala onu özünə dost seçdi. ("Üsuli-kafi”, 2-ci cild, səh.498, "hər məclisdə Allahın vacib olan zikrləri” babı, 5-ci hədis. İmam Cəfər Sadiq əleyhissalam buyurub: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Hər bir məclisdə əyləşənlər Allahı zikr etməyib, Peyğəmbərə salavat hədiyyə etməsələr o məclis onlar üçün həsrət və peşmançılıq olar”. )
    Hədisdə deyilib: Günah və savabları yazan mələk-lərin eşitmədikləri zikrin savabı eşitdiklərindən yetmiş dəfə çoxdur. (Təfsiri-safi”, "Nisa” surəsi, 125-ci ayə. Mütəal Allah buyurur: "Həqiqətən Allah İbrahimi özünə dost seçmişdir”.  )
    İSTİĞFAR (Bağışlanma diləmək)
    Oğul, səhər çağları çoxlu istiğfar "Əstəğfirullah” söylə. Hər səhər ardıcıl yüz dəfə ("Üsuli-kafi”, 2-ci cild, səh. 476, "duanı gizlətmək” babı, 1-ci hədis. İmam Rza əleyhissalam buyurub: "Bəndənin gizlində etdiyi duası yetmiş aşkar duaya bərabərdir”. Başqa bir rəvayətdə: "Gizlində etdiyin bir dua Allah yanında yetmiş aşkar duadan üstündür”. "Üsuli-kafi” 2-ci cild, səh. 506, "Təsbih, təhlil, təkbir, (yəni sübhanəllah, la ilahə iləllah vəllahu əkbər demək)” babı, 3-cü hədis. Səkuni İmam Cəfər Sadiq əleyhissalamdan nəql edir ki, o Həzrət belə buyurmuşdur: Həzrət Əli əleyhissalam buyurub: "Təsbih (sübhanəllah demək) mizanın (yaxşı əməllər dəftəri) yarısını doldurar, Allahu əkbər isə yerlə göyün arasını doldurar”. Səh. 505, 1-ci hədis. İmam Cəfər Sadiq əleyhissalam buyurub: "Yoxsullar Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) yanına gəlib dedilər: Ey Rəsulullah, varlılar qul azad edir, həccə gedir, sədəqə verir və cihad üçün pul sərf edə bilirlər. Biz isə o işləri edə bilmirik. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər kim yüz dəfə Allahu əkbər deyərsə, (onun bu işi) bir dənə qul azad etməkdən üstündür. Yüz dəfə sübhanəlah deyərsə, yüz dəvə yaxud yüz inək verməkdən üstündür. Və hər kim yüz dəfə Əlhəmdu lillah deyərsə azuqə və sursatla yüklənmiş Allah yolunda cihad üçün verilmiş atdan üstündür. Və hər kim yüz dəfə la ilahə illəlah deyərsə o gün bəndələrin arasında ən fəzilətli işi o görmüşdür. Lakin hər kim yüz dəfədən çox deyərsə savabı əvvəlkindən çox olacaqdır. Varlılar Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) bu hədisini eşidib o cür zikr etməyə başladılar. Sonra yoxsullar yenidən Peyğəmbərin yanına gəlib dedilər: Ey Rəsulullah, sənin buyurduqlarını varlılar eşidib, o zikrlərdən edirlər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) cavabında: "O Allahın fəzilət və kərəmindəndir ki, onu öz istədiyi kimsələrə verər” ayəsini söylədi.  ) "Maşallahu, la qüvvətə illa billah, əstəğfirullah” ("Üsuli-kafi”, 2-ci cild, səh. 416, 6-cı hədis. İmam Cəfər Sadiq əleyhissalam buyurdu: "Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub ki, dua üçün ən münasib vaxtlar səhər vaxtlarıdır və sonra bu ayəni söylədi: Sofə əstəğfiru ləkum Rəbbi. Yəqub əleyhissalam bu ayədə öz günahkar övladları üçün Allahdan bağışlanmağı istəyəcəyini söz verdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu ki, Yəqubun duanı sonraya saxlamaqda məqsədi onun səhər vaxtı qəbul olmasına işarədir”.  ) (yəni hər şey Allahın istəyilədir, qüvvət və qüdrət Allahdandır, Allaha tövbə edirəm) və on dəfə də "Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” (yəni Allah pak təmizdir hər pis iş və pis şey ondan uzaqdır və həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur. Allah böyükdür) de.("Vəsaili-şiə”, 2-ci cild, səh. 483, 90-cı bab, 3-cü hədis. Əmmar ibn Mərvan nəql edir ki, İmam Cəfər Sadiq əleyhissalam belə buyurub: "Hər kim gündə yüz dəfə "əstəğfirullah” deyərsə, Allah o gün onun yeddi yüz günahını bağışlayar və bir gündə yeddi yüz günah edən bəndənin xeyiri yoxdur”. "Səvabi-əmal” səh. 90, "istiğfar etməyin savabı” babı, 2-ci hədis. Səlami xəyyat deyir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu: "Hər kim gün ərzində yüz dəfə əstəğfirullah deyib yatarsa, günahları ağacın yarpaqları kimi tökülər və günahsız bir insan tək sübh onun üzünə açılar”. )
    Evdən eşiyə çıxdığın vaxt əmmamənin bir ucunu sinənin üzərinə salıb bu duanı "Bismillahi və billahi, aməntu billahi, ma şaəllahu, la həvlə və la qüvvətə illa billahi, təvəkkəltu ələllah” zikrini et. (Üsuli-kafi”, 2-ci cild, səh. 506, hədis 3. İmam Sadiq əleyhissalam buyurur: "Sübhanəllah demək insanın əməl tərzisinin yarısıdır, "Əlhəmdu lillah” onu bütünlüklə doldurar, "Allahu əkbər” isə yerlə göyün arasını doldurar”.)(Allahın adıyla, ona iman gətirmişəm, hər şey onun istəyilədir, onun köməyi olmadan heç bir şey qüdrət və qüvvət tapmaz, təkcə ona təvəkkül edirəm)
    Oğul, bir şeyi görüb onu bilmək üçün soruşmaqda tələsmə. Bir gün Loğman gördü ki, Davud əleyhissalam dəmirləri öz əliylə buraraq zireh düzəldir. Loğman ondan bu barədə soruşmaq istədikdə hikmətli olduğundan susdu. Davud zirehi düzəldib, geydi və dedi: Döyüş üçün yaxşı zirehdir. Loğman dedi: Susmaq hikmətdir. Lakin onun sahibi çox azdır. ("Üsuli-kafi”, 2-ci cild, səh. 543, "Mənzildən xaric olarkən deyilən dualar” babı, 12-ci hədis. Həsən ibn Cəhm deyir ki, Həzrət Əbulhəsən (ə) buyurdu: "Əgər mənzilinizdən çıxdığınız vaxt bu duanı "Bismillahi, aməntu billahi, təvəkkəltu ələllahi, maşaəllah, la həvlə və la qüvvətə illah billah” (Allahın adı ilə, Allaha iman gətirmişəm, Allaha təvəkkül edirəm hər şey Allahın istədiyilədir, hər qüdrət və qüvvət Allahdandır) zikr etsəniz şeytanlar sizdən uzaqlaşar və mələklər şeytanların üzlərinə vurub deyərlər: Daha bu bəndənin qəlbinə girmək üçün sizə yol yoxdur, bu bəndə Allahın adını dedi, Allaha iman gətirdi Allaha bel bağladı və "Ma şaallahu la həvlə və la qüvvətə illa billah” dedi . )
    Oğul, müstəhəbb işləri çalış xəlvətdə gör. Çünki riyakarlıq xəlvətdən uzaqdır. Camaat arasında olarkən "La ilahə illallah” zikrinə məşğul ol ki, o, həm ən üstün zikirlərdən sayılır. ("Məcmuəyi-Vərram”, 1-ci cild, səh. 108. ) həm də aşkarda zikr edilərkən dodaqlar tərpənmədiyinə görə başqalarının diqqətini cəlb eləməz və heç bir şey gözə çarpmaz. Buna görə ona "gizlin zikr” deyiblər və onun fəziləti aşkarda deyilən zikrlərdən yetmiş dəfə artıqdır. ("Üsuli-kafi”, 2-ci cild, səh. 516, 1-ci hədis. Əbu Həmzə deyir ki, İmam Baqir (ə) belə buyurdu: "Kəlmeyi-şəhadətdən sonra la ilahə illallahı deməkdən üstün bir savab yoxdur, Mütəal Allahın bənzəri yoxdur və heç bir işində də şəriki yoxdur”.  ) Zikrlər çoxdur və hər birinində özünəməxsus faydaları var ki, bu barədə müfəssəl yazılmış kitablara müraciət elə. ("Üsuli-kafi”, 2-ci cild, səh. 476, hədis 1. Əbi Hümam ibn İsmail ibn Hümam nəql edir ki, Həzrət Rza əleyhissalam buyurub: "Bəndənin gizlində etdiyi bir duası yetmiş aşkar duaya bərabərdir”. Başqa bir hədisdə "Etdiyin bir gizlin dua yetmiş aşkar duaya bərabərdir”. ) Oğul, bu zikri də "La ilahə illallah, la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim və səlləllahu əla Mühəmmədin və alihit-tahirin” çox təkrar elə ki, onun şeytanları uzaqlaşdırmaqda böyük təsiri var. ("Müstədrəki-vəsail”, 1-ci cild, səh. 381-401. "Savabul-əmal”, (Şeyx Səduq) səh. 192-208. "Məhasin”, (Bərqi), səh. 25-70 və qeyriləri.  ) Oğul, çalış bütün duaları və əməlləri ömründə bir dəfə oxuyasan və yerinə yetirəsən. Çünki əməllərin də özünəməxsus təsirləri var ki, onların hamısını yerinə yetirməklə qiyamətdə Allahın fəzl və kəramətinə nail ola bilərsən. Bəziləri ibadət və duaları meyvəli bağa bənzədib demişlər ki, insan ora daxil olduqdan sonra onun bütün meyvələrindən dadmaq istədiyi kimi yaxşı olar ibadət və duaların da mənəvi təsirlərindən heç olmasa bir dəfə istifadə olunsun. (Buna sübut, bu üç zikirin "La ilahə illəllh”, "La hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim”, "Mühəmməd və Ali Mühəmmədə salavat göndərmək” fəziləti haqqında varid olan rəvayətlərdir. Amma "La ilahə illəllah” zikri haqqında "Üsuli-kafi” kitabının 2-ci cild, səh. 516-da birinci hədisdir ki, Əbu Həmzədən nəql etdik və qabaqdakı səhifədə keçdi. O kitabın 517-ci səhifəsində 2-ci hədisin əsnasında deyilir ki, Həzrət Rəsulullah (s) belə buyurmuşdur: "Ən yaxşı ibadət "la ilahə illəllah” deməkdir və bunun dəlili Allah-taalanın öz kitabında buyurduğu "Bil və agah ol, həqiqətən Allahdan başqa pərəstişə layiq heç bir məbud yoxdur və günahlarına görə istiğfar et” kəlamdır”. Amma "la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” haqqında, Bəraqinin "Məhasin” kitabında, səh. 42, hədis 39 və 53-də deyilir ki, Mühəmməd ibn İmran Həzrət İmam Sadiq (ə)-dan belə rəvayət edib: "Hər vaxt bəndə "la hövlə və la qüvvətə illa billah” deyərsə həqiqətdə o, öz işlərini Allah-taalanın öhdəsinə qoyubdur və Allah-taalaya vacibdir ki, onun istəyini yerinə yetirsin”. Hişam ibn Salim İmam Sadiq (ə)-dan belə rəvayət edib: "Hər vaxt bəndə "la hövlə və la qüvvətə illa billah” deyərsə, Allah-taala mələklərə buyurar: Mənim bəndəm mənə təslim olub və siz onun hacətini rəva edin "Müstədrəku-vəsail”, 1-ci cild, səh. 398, bölmə 41, hədis 7. İmam Musa Kazım (ə)-dan buyurur: "Hər kim şam vaxtı üç dəfə "Bismillahir- rəhmanir-rəhim, la hövlə və la qüvvətə illah billahil-əliyyil-əzim” deyərsə nə şeytandan, nə sultandan, nə qoturluqdan və nə də qara yaradan qorxusu olar. Mən onları yüz dəfə deyirəm”. Amma Peyğəmbərə və onun Əhli-beytinə (ə) salavat göndərmək haqqında "Üsuli-kafi”-nin, 2-ci cild, səh. 491, 1-ci hədisdə gəlmişdir. Hişam İbn Salim, imam Sadiq (ə)-dan belə rəvayət edib: "Dua, Həzrət Peyğəmbərə və onun Əhli-beytinə salavat göndərilməyənə qədər daim həbsdə qalacaq”. (Yəni qəbul olmayacaq.) 3-cü və 4-cü hədislərdə, Məhəmməd ibn Müslim İmam Sadiq (ə)-dan belə rəvayət edib: "Həzrət Rəsulullahın yanına bir kişi gəldi və həzrətə dedi: Ya Rəsulullah, göndərdiyim salavatların üçdən biri sənin üçün qərar verirəm. Yox ikidən birini sənin üçün qərar verirəm. Bağışlayanı, hamısını sənin üçün qərar verirəm. Həzrət Rəsulullah (s) buyurdu: Belə olan surətdə sənin dünya və axirətdə olan ehtiyaclarını ödəmək üçün kifayət edər”. Əbu Bəsir deyir: "İmam Sadiq (ə)-a ərz etdim ki, "Salavatlarımın hamısını sənin üçün qərar verirəm” sözünün mənası nədir? Həzrət buyurdu: Bəndə hər bir hacətinin əvvəlində salavat söyləyir”. Beləliklə dua edən, Allah-taaladan hər nə istəsə əvvəl Peyğəmbərə və onun Əhli-beytinə salavat göndərir, sonra isə hacətlərini istəyir. "Üsuli-kafi”, 2-ci cild, səh. 492, 8-ci hədisdə Abdullah ibn Sənan İmam Cəfər Sadiq (ə)-dan belə rəvayət edib: "Həzrət Rəsulullah (s) buyurub ki, mənə salavat göndərmək qəlbdə olan nifaqı aradan aparır”.)
    Oğul, Qurani Kərimdən hər gün xüsusən səhər vaxtları bir miqdar oxumalı, onun mənalarında düşünməli, ədəb və əxlaqi nöqtələrə diqqət yetirməli və bəzi ayələrin mənalarında müşküllə qarşıladıqda, (o ayə haqqında) imamlardan rəvayət edilən təfsirlərə müraciət etməlisən. ("Camius-səadət” (Nəraqi), 3-cü cild, səh. 367-379. "Üsuli-kafi”, 2-ci cild, səh. 596-602.  )
    Oğul, bacardıqca həmişə təharətli (yəni dəstəmazlı) ol ki, bu şeytanı dəf etmək üçün möminin silahıdır, qəbir əzabının qarşısını alır, ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 368, 3-cü bölmə, hədis 6. İmam Cəfər Sadiq əleyhissalam öz babalarından, onlar da Əmirəl-möminin əleyhissalamdan nəql edirlər ki, Həzrət təqvalı adamların vəsfi haqqında söylədiyi uzun bir xütbədə buyurub: "Onlar gecələr qədəmlərini saf saxlayıb, Quranın cüzlərini münəzzəm və gözəl ahənglə oxumağa məşğul olarlar. Quran oxumaqla özlərini məhzun edərlər. Onunla hüznlərini cuşa gətirərlər və günahlarına görə ağlayarlar, sızıldayarlar. Hər vaxt əzab haqqında bir ayəyə yetişsələr diqqətlə onu dinləyərlər və onun təsirindən dəriləri ürpəşər, qəlblər dəhşətə gələr. Elə güman edərlər ki, cəhənnəmin bağırtısı və zəbanəsi onların qulaqlarına yetişir. Əgər onlar rəğbət oyadıcı bir ayəyə yetişsələr ona tərəf meyl salarlar və şövq içində o nemətləri gözlərinin nuru hesab edərlər”. Səh. 830, 7-ci hədisdə Əbu Həmzə Sumali İmam Baqir əleyhissalamdan rəvayət edib ki, Həzrət Əmirəl-möminin əleyhissalam buyurmuşdur: "Camaat! İstəyirsinizmi alim və fəqih adam haqqında sizə xəbər verim? O kəsdir ki, camaatı Allahın rəhmətindən məyus, əzabından isə xatircəm etməyə, Allaha qarşı üsyankarlığa icazə verməyə və Qurandan başqa bir şeyə görə ayrılmaya. Camaat! O elmdə ki, təfəkkür olmadı onun heç bir xeyiri yoxdur. Ey camaat! Ətrafında düşünülməyən qiraətin və elmsiz ibadətin heç bir faydası yoxdur”. ) hacətlərin qəbul olmasına səbəb olar, ("Müstədrəki-vəsail”, 1-ci cild, səh. 44, 15-ci bölmə, hədis 9. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bir yəhudi ilə söhbətində buyurub: "Su elə bədənin birinci üzvünə toxunan zaman şeytan ondan uzaq qaçar...”.  )ömrü uzadar, ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 49, 2-ci bölmə, hədis 2. İmam Sadiq əleyhissalam buyurur: "Yəhudi alimlərindən birini qəbirdə ona əzab verən mələklər otuzdurdular və ona dedilər ki, biz sənə Allah-taalanın əmri ilə 100 şallaq vuracağıq. Yəhudi alimi dedi: Mənim buna taqətim çatmaz. Mələklər vurmağa başladılar və axırıncı şallağa yetişəndə yəhudi dedi: Mən ona dözə bilmərəm. Mələklər dedilər: Çarə yoxdur, gərək onu vuraq. Yəhudi dedi: Nəyə görə məni vurursunuz? Onlar dedilər: Ona görə vururuq ki, sən bir gün dəstəmazsız namaz qıldın və zəif bir adamın yanından keçəndə ona kömək etmədin. Onlar axırıncı şallağı ona vurandan sonra onun qəbiri odla doldu”.  ) ruzini çoxaldar, ("Vəsailuş-şiə”, 1-ci cild, səh. 49, Altıncı bölmə, hədis 2. İmam Sadiq (ə) buyurur: "Mən dəstəmazlı halətdə hacətinin dalınca gedən adamın işinə təəəccüb edirəm. Axı necə ola bilər ki, onun hacəti rəva olmasın?!”  )insanın qədr-qiyamətini, məqamını ucaldar ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 45, 11-ci bölmə, hədis 3. Ənəs, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət edib ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə belə buyurdu: "Ey Ənəs, dəstəmaz çox al, ki, Allah-taala ona görə sənin ömrünü uzadar. Əgər gecə və gündüz təharətli olmağa imkanın varsa həmişə onu əncam ver. Çünki əgər təharətli halda ölsən şəhid olarsan”.  )və bədənə sağlamlıq gətirər, ruhiyəni qaldırar və hafizəni ("Müstədrəki-vəsail”, 1-ci cild, səh. 43, 12-ci bölmə, hədis 7. Hədisdə deyilir, bir nəfər Həzrət Rəsulullaha ruzisinin azlığından şikayət etdi. Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) ona buyurdu: "Daim təharətli olsan ruzin də daimi olacaq. Həmin adam o cür etdi və ruzisi də çoxaldı”.)gücləndirər. ("Məhasin”, səh. 425, hədis 222. İmam Sadiq əleyhissalam babalarından rəvayət edir ki, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Ya Əli, yeməkdən qabaq və sonra dəstəmaz almaq bədənə şəfa, ruzi üçün bərəkətdir”. Bu rəvayəti Əllamə Məclisi "Biharul-ənvar” kitabında nəql edib. 66-cı cild, səh. 356, hədis 17.  )
    Hədisdə gəlib ki, dəstəmaz almaq imanın yarısıdır. Mömin dəstəmazlı olduğu müddətdə mələklər onu mühafizə edərlər, ("Müstədrəki-vəsail”, 1-ci cild, səh.. 41, 1-ci bölmə, hədis 9. Həzrət Əli ibn Əbu Talib əleyhissalam nəql edir ki, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Dəstəmaz imanın yarısıdır”. ) dəstəmazlı ölərsə şəhid sayılar. ("Vəsaili-şiə”, 1-ci cild, səh. 404, 16-cı bölmə, hədis 1. Hişam deyir. İmam Sadiq əleyhissalama dedim: "Mən hacətimin dalınca gedirəm və istəyirəm ki, hacətim rəva olsun. Həzrət buyurdu: Əgər dəstəmazlı olsan hacətin rəva olacaq”.) Hər kim gecə dəstəmaz alıb yatarsa bütün gecəni ibadət etmiş kimidir. ("Müstədrəki-vəsail”, 1-ci cild, səh. 42, 9-cü bölmə, hədis 2. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: "Hər kəs dəstəmazlı halda yuxuda ikən ölüm onun sorağına gələrsə şəhid hesab olacaqdır”. "Vəsailüş-şiə”, 1-ci cild, səh. 50, 11-ci bölmə, hədis 11 (Müraciət et).  )
    Hər kim gecə dəstəmaz alıb, yatağına daxil olarsa, yatağı ona məscid olar. ("Vəsuiluş-şiə”, 1-ci cild, səh. 50, bölmə 9, hədis 3. İmam Sadiq əleyhissalam babalarından rəvayət edir ki, Salman Farsi Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan belə nəql edir: "Hər kim təharətli halda yatarsa elə bil bütün gecəni ibadətlə məşğul olub”.)Mömin yatandan sonra ruhu Allahın yanına gedər. Mütəal Allah özü onu qarşılayar və ona bərəkət və rəhmət əta edər. Buna görədə dəstəmazsız yatmaq məsləhət deyil. ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 50, bölmə, 9, hədis 2. İmam Sadiq əleyhissalam buyurur: "Hər kim dəstəmaz alıb yatağına uzanarsa, yatağı onun məscidi hesab olacaq”.  )
    Oğul, şeytanın vəsvəsəsi zamanı Mütəal Allahdan kömək istəyib, bu zikri "Əuzu billahi minəş-şəytanir-rəcim”("Vəsailüş-şiə”, 1-ci cild, səh. 50, bölmə 9, hədis 4. Həzrət İmam Sadiq əleyhissalam babalarından onlar da Həzrət Əmirəl-möminin əleyhissalamdan belə rəvayət edirlər: "Müsəlman cünub halında yox, yalnız təharətli (dəstəmazlı və ya qüsl etdiyi) halda yatmalıdır. Əgər su tapa bilməsə gərək təyəmmüm etsin. Çünki möminin ruhu gecələr Allahın yanına gedir. Allahla görüşəndə Allah-taala ona bərəkətini nazil edər. Əgər o ruhun əcəli çatmışdırsa Allah-taala onu öz rəhməti altında qərar verər. Yox, əgər onun əcəli çatmayıbsa Allah-taala onu öz əmin mələkləri ilə geri qaytarar və mələklər onu cəsədinə çatdırarlar”.) və "Bismillahir-rəhmanir-rəhim, aməntu billahi və rusulihi ("Müstədrəku-vəsailüş-şiə”, 1-ci cild, səh. 284, bölmə, 43, hədis 3. "Ənsardan bir nəfər (Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) Məkkədən Mədinəyə hicrət edəndən sonra o həzrətlə hicrət edənlərə "Mühacir” və Mədinədə həzrətə iman gətirib qoşulanlara isə "Ənsar” deyilir) Həzrət Rəsulullahın yanına gəlib dedi: Ya Rəsulullah! Namaz qılarkən məndə yaranan vəs-vəsədən istəyirəm sənə şikayət edim. Hətta o dərəcəyə yetişib ki, neçə rükət qıldığımıda bilmirəm. Həzrət buyurdu: Allah-taalaya pənah aparıb de: "Əuzu billahis-səmiil-əlim minəş- şeytanir-rəcim” ". Hədis 1. Cəfər ibn Məhəmməd (İmam Sadiq) əleyhissalam buyurub: "Diqqətini bir yerə cəm edəndən sonra Şeytandan Allaha pənah apar və bu ayəni de: "Mən müsəlmanlardanam (yəni sənə təslim olanlardanam). Ey Pərvərdigarım, Səndən başqa heç bir məbud yoxdur”. Sonra "Əuzu billahis-səmiil-əlim minəş-şeytanir-rəcim” zikrini deyirsən”. )muxlisən ləhud-din” duasını səmimi qəlbdən zikr elə. (Tibbul-Əimmə” "səh. 117. "Biharul-ənvar” kitabının 95-ci cildinin 98 və 99-cu bölmələrinə ( "Zikr” və "Dua” kitabları) müraciət et. səh. 136-139.  )
    Oğul, vacib namazları öz (əvvəl) vaxtlarında qıl ki, belə daha fəzilətlidir və hökm insanın boynundan tez götürülər, zehni azad, bədəni rahat və fikri cəm olar. O cür ki, məlumdur namaz qəbul olunmamış heç bir əməl nəticə verməz. Bəs oğul, namazı öz vaxtında qıl və onu tez yerinə yetirib rahat ol ki, o cürə inşaəllah ruzinin də çoxalmasına səbəb olar.("Xisal”, 2-ci cild, səh. 163. )
    Oğul, gecə və gündüzün nafilə namazlarını hətta adi və yüngül tutsanda vaxtlı-vaxtında qıl. Nafilələr vacib namazları mükəmməlləşdirir. ("Müstədrəki-Vəsailüş-şiə”, 1-ci cild, səh. 171, hədis 1. Həzrət Rəsulullahın qızı Həzrət Fatimə (səlləllahu əleyhi və alihi və səlləm) atası Peyğəmbərdən soruşdu: "Ay ata, kişi və qadınlardan namaza etinasızlıq edib, onu məsxərə edənin cəzası nədir? Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Ey Fatimə! Kişilərdən və arvadlardan hər kim namazı məsxərə etsə Allah-taala onu dünyada və axirətdə 15 xislətə düçar edəcək. Onlardan altısını dünyada, üçünü öləndə, üçünü qəbirdə və üçünü isə qiyamətin günündə qəbirdən qalxanda görəcək. Dünyada görəcəyi altı xislət ibarətdirlər: 1-Allah-taala onun ömründən bərəkəti götürəcək” 2-Allah-taala onun ruzisindən bərəkəti götürəcək” 3-Allah-taala onun simasından saleh adamların nurunu yox edəcək” 4-Gördüyü işlər üçün ona əcr verilməyəcək” 5-Onun duası asimana qalxmayacaq” 6-Saleh adamların etdikləri duada onun heç bir nəsibi olmayacaq. Amma öləndə görəcəyi xislətlər ibarətdirlər: 1-Zəlil halda öləcək” 2-Öləndə haqq halda öləcək” 3-Susuz halda öləcək. Əgər dünyadakı bütün çayların suyu ilə onu suvarsalar yenə də onun susuzluğu yatmayacaq. Amma qəbirdə görəcəyi əzablar ibarətdirlər: 1-Allah-taala ona bir mələk təhkim edəcək ki, qəbirdə onu biqərar edəcək” 2-Qəbiri onun üçün daraldacaq” 3-Qəbiri zülmətlə dolacaq. Amma qiyamətin günündə qəbirdən çıxanda ona yetişəcək əzablar ibarətdirlər: 1-Allah-taala ona bir mələk təhkim edəcək ki, onu üzü üstə yerə yıxıb sürüyəcək və məxluqat ona baxacaq” 2-Onun hesabına çox şiddətlə baxılacaq” 3-Allah-taala ona nəzər etməz və onu pak etməz. Onun əzabı dəhşətli olacaq”. )
    Bunu sənə öz təcrübəmdən deyirəm ki, gecə nafilələrinin ruzinin çoxalmasında və günorta nafilələrinin isə insanın işinin rast gətirməsində təsiri vardır. Sən əsla və heç vaxt onları tərk eləmə və demə ki, bunlar insanın vaxtını alan bir şeylərdir. Əksinə nafilələr insanın işlərini tənzimləyir. Elmi öyrənirsən ki, ona əməl edəsən və o, əməl müqəddimədir. Bu cür fikirlərlə özünü aldatmağın yeri yoxdur. Oğul, bacardıqca vacib namazları məsciddə camaat ilə qıl, istər sən pişnamaz olasan, istər başqa bir şəxs. Camaat namazının fəziləti çox böyükdür, onu belə rahat əldən vermə. ("Müstədrəki-vəsailiş-şiə”, 1-ci cild, səh. 176, bölmə 13, hədis 4. "Fiqhur-Rza (ə)” kitabından nəql olunur ki, Həzrət buyurub: "Bil və agah ol, Allah-taala sənə rəhmət etsin (burada İmam (ə) raviyə xitab edir) gecə-gündüz ərzində vacib və müstəhəb olan namazların sayı 51 rükətdir. Onlardan 17 rükəti vacibdir və 34 rükəti müstəhəbdir. Zöhr namazı dörd rükət, əsr namazı dörd rükət, şam namazı üç rükət, xiftən namazı dörd rükət, sübh namazı isə iki rükətdir. Bütün bunlar vətənində olanlara vacib olan namazlardır...” ta ki, həzrət buyurdu: "Vətəndə qılınan müstəhəb namazlar vacib namazların iki bərabəridir. Həzrət Rəsulullah (s) buyurub: Allah-taala mənə 17 rükət namaz vacib edib. Mən özümə, Əhli-beytimə və şiələrimə hər rükətin müqabilində iki rükət vacib etmişəm ki, bununla da vacib namazlar tamamlansın. Nafilə namazları isə bundan iabarətdir: zöhrdən qabaq qılınmalıdır ki, onlar tövbə edənlərin namazlarıdır, səkkiz rükət zöhrdən sonra qılınacaq ki, onlar təvazökarların namazlarıdır, səkkiz rükət gecə namazlarıdır ki, onları Allahdan qorxanlar qılarlar, üç rükət şəf və vətrdir ki, onlar Allah-taalanın rəhmətinə rəğbət edənlərin namazlarıdır, iki rükət dan yeri söküləndə qılınar ki, o, Allah-taalaya həmd və səna edənlərin namazıdır”. )
    Namazlardan sonra Həzrət Fatimə (ə.s)-in təsbihini zikr etməkdə və səcdəyi-şükrü yerinə yetirməkdə ciddi ol. ("Müstədrəku-vəsailüş-şiə”, 1-ci cild, səh. 487, bölmə 1, hədis 1. Həzrət Rza əleyhissalamdan rəvayət olunub: "Camaatla qılınan bir rükət namazın fəziləti təklikdə qılınan min rükət namaza bərabərdir”. Səh. 487, hədis 3. Əbu Səid Xudəri, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət edib: "Cəbrail yetmiş min mələklə zöhr namazından sonra mənim yanıma gəldi və mənə dedi: -Ey Məhəmməd! Sənin Pərvərdigarın sənə salam söyləyir və sənə iki şeyi hədiyyə edib ki, səndən qabaq onları heç kimə verməyibdir. Mən dedim: -O iki hədiyyə nədir? Dedi: -Üç rükət vətr namazı və gündəlik camaatla beş dəfə qılınan namaz. Dedim: -Ey Cəbrail! Camaat namazından mənim ümmətimə yetişəcək fayda nədir? Dedi: -Ey Məhəmməd! Əgər namaz qılanların sayı iki nəfər olarsa Allah-taala qıldıqları hər bir rükət namaza görə onların hər biri üçün 150 rükət namazın savabını yazar. Əgər onlar üç nəfər olsalar Allah-taala onların hər birinə, qıldıqları hər bir rükət namaz üçün 600 rükətin savabını yazar. Əgər onlar dörd nəfər olsalar onda Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 1200 rükət namazın savabını yazacaq. Əgər beş nəfər olsalar Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 2400 rükət namazın savabını yazar. Əgər altı nəfər olsalar onda Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 4800 rükət namazın savabını yazacaq. Əgər yeddi nəfər olsalar Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 9600 rükət namazın savabını yazacaq. Əgər səkkiz nəfər olsalar Allah-taala onların hər biri üçün qıldıqları hər rükətə görə 19200 rükət namazın savabını yazacaq. Əgər onlar doqquz nəfər olsalar Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 36400 rükət namazın savabını yazacaq. Əgər onlar on nəfər olsalar Allah-taala onların hər biri üçün qıldıqları hər bir rükətə görə 72800 rükət namazın savabını yazacaq. Əgər camaatla namaz qılanların sayı on nəfərdən keçərsə yerdəki və asimandakı dənizlər mürəkkəb, ağaclar qələm, ins və cin mələklərlə bir yerdə katib olsalar onların qıldıqları bir rükət namazın savabını yazmağa qadir olmazlar. Ey Məhəmməd! Möminin İmam camaatla bir yerdə dediyi bir təkbiri, yetmiş min həcdən və ömrədən xeyirlidir. Bu təkbir dünyadan və dünyada olan şeylərdən yetmiş min dəfə xeyirlidir. Möminin İmam camaatla qıldığı bir rükət namazı miskinlərə verdiyi yüz min dinar sədəqədən xeyirlidir. Möminin camaat namazında İmam camaatla etdiyi bir səcdəsi yüz qulu azad etməyindən xeyirlidir”.  )
    Oğul, hər hansı bir çətinliyə düşdükdə səcdəyi-şükr niyyəti ilə alnını yerə qoyub (düz) Cəbrayılın Yusifə öyrətdiyi və Yusif onu oxuyub quyudan nicat tapdığı dua-nı "Allahummə inni əsəlukə bi ənnə ləkəl həmdu, la ilahə illa əntəl mənnanu, bədius-səmavati vəl ərzi, zül cəlali vəl ikram, ən tusəlliyə əla Məhəmmədin və ali Məhəmməd və ən təcələ li mimma ənə fi hi fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsibu ("Müstədrəki-vəsailüş-şiə”, 1-ci cild, səh. 337, bölmə, 7, hədis 1. Həzrət İmam Baqir əleyhissalam buyurub: "Həzrət Fatimə (səlləllahu əleyhi və alihi və səlləm)-in təsbihi, Allahın "Kəsir” (çox) zikrindəndir ki, Allah-taala buyurub: Məni yad edin, mən də sizi yad edəcəyəm "Bəqərə” surəsi ayə 152. Bölmə 6, hədis 3. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər bir namazdan sonra Fatimə (səlləllahu əleyhi və alihi və səlləm)-in təsbihini demək gündə min rükət namaz qılmaqdan mənə daha əzizdir”. Hədis 1. Abdullah ibn Sənan İmam Sadiq əleyhissalamdan rəvayət edir ki, İmam Sadiq əleyhissalamdan eşitdim deyirdi: "Hər kim vacib namazdan sonra ayaqlarını uzadaraq Həzrət Fatimə (səlləllahu əleyhi və alihi və səlləm)-in təsbihini deyərsə Allah-taala cənnəti onun üçün vacib edəcək”. "Müstədrəki-vəsailüş-şiə”, 1-ci cild, səh. 354, bölmə 1, hədis 1. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər kim dəstəmazlı halda Allah-taalanı nemətlərinə görə şükür etmək üçün səcdə edərsə Allah-taala ona on dənə mükafat verəcək və onun günahlarından on böyük xətanı məhv edəcək”.) və min həysu la əhtəsibu, əsəlukə bi mənnikəl əzimi və ehsanikəl qədim” sonra üzünün sağ tərəfini yerə (Bura kimi Təfsiri-safidə, arxası isə Təfsiri-Qummi və Məcməul-bəyanda qeyd olunmuşdur.) qoyub Yusifin onu oxumaqla zindandan nicat tapdığı duanı "Allahummə in kanət zünubi qəd əxləqət vəchi indəkə fələn tərfəə li iləykə sovtən, və lən təsticibə li dəvətən fə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Məhəmmə-din və Əliyyin və Fatimətə vəl Həsəni vəl Hüseyni vəl əimməti ələyhimus-salam illa ma fərrəctə ənni” ("Məcməul-bəyan”, 5-ci cild, səh. 217. "Təfsiri-safi”, 3-cü cild, səh. 11. Bu məzmunda rəvayət Əli ibn İbrahimin təfsirində səh. 330-331, "Əyyaşinin” təfsirində və "Qisəsul-ənbiya” kitabında Əbu Səyyardan nəql olunub. )və sonra isə sol tərəfini yerə qoyub, Cəbrayılın Yaqub peyğəmbərə öyrətdiyi və Yaqub peyğəmbər onu oxuduqdan sonra Allahın onun gözlərinə şəfa verdiyi və iki oğlu-nu özünə qaytardığı duanı "Ya mən la yələmu əhədun kəyfə huvə və həysu və qudrətəhu illa huvə, ya mən səddəl həvaə bəssəmai və kəbəsəl ərzə ələl mai vəxtarə linəfsihi əhsənəl əsmai, itini biravhin minkə və fərəcin min indik” zikr elə. ("Məcməul-bəyan”, 5-ci cild, səh. 217. "Təfsiri-burhan”, 2-ci cild, səh. 268, hədis 29. "Təfsiri-Qummi”, səh. 321-322. Əyyaşi bu duanı öz təfsirində nəql edib.  )
    Oğul, hər ayın birinci və son pəncşənbələrini və orta on günlərindəki birinci çərşənbəni oruc tut ki, bütün ruzigarın orucuna bərabərdir. (Təfsiri-burhan”, 2-ci cild, səh. 268, hədis 27. Əli ibn İbrahim özünün mötəbər bildiyi mənbədən İmam əleyhissalamdan rəvayət edib: "Qasid Yaqub peyğəmbərin məktubu ilə sultanın yanına qayıdandan sonra Həzrət Yaqub əllərini asimana tərəf qaldırıb dedi: -Ey gözəl müsahib, ey kəramətli köməkçi və ey ən yaxşı söz önü! Özün mənə rəhmət qapısını aç və mənə qurtuluş ver. Cəbrail nazil oldu və dedi: -Ey Yaqub, istəyirsənmi sənə bir dua öyrədim ki, Allah-taala ona görə sənin gözlərini və oğlanlarını sənə qaytarsın? Həzrət Yaqub dedi: -Bəli. Cəbrail ona dedi: -Bu duanı oxu: Həzrət Yaqub duanı oxuyandan sonra dan yeri sökülməmiş onun üçün bir köynək göndərildi və bundan sonra Allah-taala onun gözlərini və övladlarını ona qaytardı”.  )
    Oğul, gündə "İxlas” surəsini üç dəfə oxu ki, bütün Quranı xətm eləməyə bərabərdir. ("Müstədrəki-vəsailüş-şiə”, 1-ci cild, səh. 592, bölmə, 6, hədis 4. İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər ildə bir dəfə va-cib olan şey, müəyyən olunmuş orucdur. Hər il həmin ay camaatın öh-dəsinə qoyular. O ay Ramazan ayıdır. Amma hər ildə tutulan müstəhəb oruclar vacib oruc kimi vaxtı müəyyən olunmuşdur və onlar hər ayın üç gününün orucudur. 30 günün hər on günündən bir gün oruc düşür” 1-İki pəncşənbə arasındakı çaharşənbənin orucu (birinci pəncşənbə ayın əvvəlinə düşməlidir), 2-Ayın ortasına yaxın olan çaharşənbənin orucu, 3-Hər ayın axırıncı pəncşənbəsinin orucu müstəhəbdir. Şaban ayını isə əvvəldən axıra oruc tutmaq müstəhəbdir. Beləliklə də müstəhəb orucla iki ay olacaq ki, vacibi oruca (Ramazan ayının orucuna) bərabər olacaq. Yəni mömin 10 ayda hər birində üç gün oruc tutmaqla tutduğu oruc bir ay olacaq və bir ay da şaban ayını oruc tutacaq. Nəticədə tutduğu orucların cəmi ay olacaq”. Hədis 6. İbrahim ibn Abbas deyir: "Mən heç vaxt görmədim ki, İmam Musa Kazim əleyhissalam danışığı ilə bir nəfərə cəfa etsin... İmam Musa Kazim əleyhissalam çox oruc tutardı və Həzrət hər ayın üç gününün orucunu əldən verməzdi. İmam əleyhissalam buyurardı: Hər ayın üç gününün orucu bir ilin orucuna bərabərdir”. Hədis 5. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Hər kim hər ayın üç gününün orucunu tutsa elə bil bir ilin orucunu tutub. Çünki Allah-taala O buyurur: Hər kim bir yaxşı iş görsə onun əvəzində ona etdiyi əməlin on bərabərini verəcəyəm”. "Ənam” surəsi, ayə 160.  ) Tarixdə belə gəlib ki, Salman (r.ə) iftixarla "mən bütün ruzigarı oruc tutub, gecələri yatmayıb ibadət edirəm və gündə bütün Quranı xətm edirəm” dediyi vaxt Ömər onun bu sözünü qəbul eləmədi. O vaxt Salman Peyğəmbərin yanında Ömərə belə dedi: Hər ay üç gün oruc tuturam, gecələr dəstəmaz alıb yatıram və hər gün üç dəfə "İxlas” surəsini oxuyuram. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də onun sözünü qəbul və təsdiq elədi. ("Təfsiri-safi”, səh. 540. "İkmal” kitabında gəlib ki, Əmirəl-möminin əleyhissalam buyurub: "Hər kim "Qul hüvəllahu əhəd” surəsini bir dəfə oxusa elə bil Quranın üçdən bir hissəsini oxuyub, hər kim iki dəfə oxuyarsa elə bil üçdən iki hissəsini oxuyub və hər kim üç dəfə oxuyarsa elə bil Quranın hamısını oxuyubdur”.  )
    Oğul, müstəhəb oruc tutmuş halda əgər möminlərdən birinin evinə qonaq ya yolun düşərsə və o da səni süfrə arxasına dəvət edərsə təklifini qəbul edib, orucunu aç. Lakin nə bunu ona bildir və nə orucu açmağınla ona minnət qoy. Bu işinə xatir Allah sənin üçün bir ilin orucunu yazar.(Bu rəvayət dəfələrlə sünnü və şiə raviləri tərəfindən müxtəlif mənbələrlə nəql olub. Şeyx Səduqun (r.ə) "Əmali” kitabına müraciət et, səh. 21-23. "Məaniyul-əxbar”, səh. 234-235. İbn Şəhr Aşubun "Mənaqibu-Ali Əbu Talib” kitabında nəql etdiyi rəvayətə bax ki, həmin rəvayəti "Rövzətul-vaizin” kitabından nəql edib. Bu rəvayət "İləluş-şəraye” və "Üyunil-Əxbarir-Rza əleyhissalam” kitablarında da nəql olunub. Bu rəvayətin kamil mətinə "Biharul-ənvar” kitabında bax. 76-cı cild, səh. 181-182, hədis və təkrar olaraq 92-ci cild, səh. 345-346, beşinci hədisdə rəvayət olunub. )
    Oğul, hər gün vaxtının bir hissəsini hədis, moizə və nəsihətlərə həsr et ki, qəlbi diriltməkdə və nəfsi-əmmarəni tüğyandan saxlamaqda onun çox böyük təsiri var. Oğul, (Allah səni şərdən saxlasın) yemək zamanı ifrat eləmə ki, çox yemək tənbəllik, süstlük gətirər və qəlbi öldürər. (Furui-kafi”, 4-ci cild, səh. 150. Cəmil ibn Dərrac İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Hər kim oruc halda mömin qardaşının yanına gedərsə və onun yanında oruc olduğunu ona minnət qoymamaq üçün bildirmədən iftar edərsə, Allah-taala onun üçün bir ilin orucunun savabını yazar”.  ) Hədislərdə deyilib ki, insan qarnının dolu vaxtı şeytana lap çox yaxın olar. Mütəal Allahın ən xoşu gəlmədiyi şey dolu qarındır. ("Müstədrəku-vəsailüş-şiə”, 3-cü cild, səh. 80, bölmə 1, hədis 6. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: "Boğaza qədər yeməkdən pərhiz edin. Çox yeməyin bədən üçün zərəri var və çox yemək xəstəliyə səbəb olar. Çox yemək insanı ibadətə qarşı süst edər”. Hədis 7. Rəvayət olunub: "Hər kim az yesə bədəni sağlam və qəlbi saf olar. Hər kim çox yesə bədəni xəstə və qəlbi daş olar”.  ) Möminin qəlbinə çox yemək kimi zərərli bir şey yoxdur. ("Müstədrəku-vəsaliş-şiə”, 3-cü cild, səh. 81, bölmə 2, hədis 5. İmam Rza əleyhissalam öz babalarından rəvayət edir: (Yəhya peyğəmbərin iblislə söhbəti) "Həzrət Yəhya dedi: -Heç olmasa bir dəfə mənə qələbə çalmısan? İblis dedi: -Xeyir, lakin səndə bir xislət var ki, məni təəccübə gətirir. Həzrət Yəhya dedi: -O xislət nədir? İblis dedi: -Sən çox yeyən bir adamsan. Hər vaxt iftar edəndə doyana qədər yeyirsən. Bu da sənin bəzi namazları qılmağına və gecə namazına durmağa mane olur. Həzrət Yəhya əleyhissalam dedi: -Mən Allah-taala ilə əhd edirəm ki, bundan sonra həmişə doymamış xörəkdən əl çəkəcəyəm. İblis dedi: -Mən də Allaha söz verirəm ki, heç bir müsəlmana nəsihət etməyəcəyəm və onu öz başına buraxacağam. Sonra İblis Yəhyanın yanından çıxıb getdi və bir daha geri qayıtmadı”. ) Qarnının üçdən birini su üçün, üçdən birini nəfəs üçün və üçdən birinə də yemək üçün yer saxla. Həm rahat olarsan həm də ruhiyyə və bədən üçün daha münasibdir. ("Müstədrəku-vəsailüş-şiə”, 3-cü cild, səh. 80, bölmə 1, hədis 3. Həzrət İmam Baqir əleyhissalamdan rəvayət olunub.  )
    Belə sanma ki, güc-qüvvət çox yeməklədir. Əksinə o yaxşı həzmlədir və bəllidir ki, yaxşı həzm çox yeyəndə yox az yeyəndə baş verir. Mədə qazana bənzəyir ki, hər vaxt boş yer onda çox olarsa yemək həm tez həm də yaxşı bişər. Doyandan sonra və iştahın olmayan vaxt bir şey yemə. Çünki o səni qarın köpməsinə (ki, qarın köpməsidə çox xəstəliklərə səbəbdir) və istiklik xəstəliyinə və həmaqət "anlamazlıq” xəstəliyinə düçar edər. ("Müstədrəku-vəsaliş-şiə”, 3-cü cild, səh. 80, bölmə 1, hədis 12. Həzrət İmam Sadiq əleyhissalam buyurub: "Az yemək hər bir halda və hər bir tayfanın yanında bəyənilmiş bir sifətdir... Möminin qəlbinə çox yeməkdən zərərli bir şey yoxdur. Çox yemək iki şeyi özündən sonra irs qoyur” qəlbin daşlanması və şəhvətin cuşa gəlməsi. Aclıq möminin munisi, ruhun qidası, qəlbin təamı və bədənin sağlamlığıdır”. "Vəsailüş-şiə”, 3-cü cild, səh. 263, hədis 5. Saleh Nili İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Həqiqətən Allah-taalanın çox yeməkdən acığı gəlir. İmam Sadiq əleyhissalam buyurur: Bəni adəmin itirdiyi qüvvəni bərpa etmək üçün yeməkdən ayrı çarəsi yoxdur. Əgər sizdən biri xörək yeməyə məşğul olarsa gərək qarnının üçdən bir hissəsini təam üçün, ikinci üçdən bir hissəsini su üçün və digər üçdən bir hissəsini isə nəfəs üçün ayırsın”.  )
    Oğul, çox yatmaqdan özünü gözlə ki, qiymətli ömrün fənaya gedər. Bundan məqsədim özünlə şəriətdə olmayan üslublarla (yoqlar kimi) mübarizə eləmək deyil. Mən sənə o yollardan istifadə etməyi qəti qadağan edirəm. Çünki elə işlər xüsusən bu müqəddəs şəhər (Qum) kimi normal havası və təbiəti olmayan yerlərdə insanın sinir sistemini pozar. Məqsədim, normal yatmağın və həddən artıq ifrata yol verməməyindir. Oğul, gülməyin həddini riayət elə ki, hədislər əsasən çox gülmək qəlbi öldürər, ("Vəsaliuş-şiə”, 3-cü cild, səh. 236, bölmə 4, hədis 1. İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Qızdırma xəstəliyini çıxmaq şərti ilə, bütün xəstəliklərin mənşəyi qarınqululuqdur. Qızma isə özü bir başa daxil olur”. Hədis 3, bölmə 2. Abdullah ibn Sənan İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Tox halda yemək qotur xəstəliyinə səbəb olar”. "Müstədrəku-vəsailüş-şiə”, 3-cü cild, səh. 81, hədis 18. Həzrət Əmirəl-möminin əleyhissalamın parlaq kəlamlarından: "Çox yeməkdən pəhriz et. Hər kim çox yeyərsə xəstəliyi də çoxalacaq və yuxusu pozulacaq”. Digər bir hədisdə İmam əleyhissalam buyurub: "Dərrakə və çox yemək bir yerə yığışmaz”. Hədis 15. İmam Rza əleyhissalamdan nəql olunan hədisdə deyilir: "Xörək yeməyə meylin olan halda ondan əlini çək. Çünki doymamışdan qabaq xörəkdən əl çəkmək mədəyə və bədənə faydalıdır. Doymamışdan qabaq xörəkdən əl çəkmək əqlin inkşafına və bədənin yüngülləşməsi üçün xeyirlidir”. ) adamın abırını aparar və imansız edər. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 217, bölmə 83, hədis 2. Məsur ibn Hüreys İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Çox gülmək qəlbi öldürər”. İmam əleyhissalam digər bir rəvayətdə buyurub: "Çox gülmək dini əridər, necə ki, su duzu əridir”  )Belə vaxtı sənə başını aşağı salıb diqqətini barmaqlarının ucuna yönəltməyi məsləhət görürəm. Və kəffarə üçün "Allahummə la təmqutni” zikrini deyə bilərsən. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 217, bölmə 83, hədis 7. İmam Sadiq və İmam Baqir əleyhissalamdan rəvayət olunub: "Çox zarafat etmək üzün suyunu (abır-həya) aparar və çox gülmək imanı məhv edər”.  )
    Lakin əxlaqın xüsusiyyətlərindən olan az miqdarda gülmək yaxşıdır və bəyənilir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gülüşü təbəssüm idi. Çox gülməyi qadağan etdiyim kimi ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 216, bölmə 81, hədis 2. Xalid ibn Təhman İmam Baqir əleyhissalamdan rəvayət edib: "Hər vaxt qəhqəhə çəkdin, ondan ayrılandan sonra ilahi, mənə qəzəb etmə- de”. ) çox zarafatı da sənə qadağan eləyirəm. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 216, bölmə 80, hədis 1. Müəmmər ibn Xəllad deyir ki, İmam Musa Kazim əleyhissalama dedim: Sizə qurban olum! Adam dostları ilə bir yerdə olanda onların arasında zarafat və deyib-gülüşmə baş verir. Bunun hökmü nədir? İmam əleyhissalam buyurdu: "Heç bir eybi yoxdur madam ki,...” Müəmmar deyir: Elə güman etdim ki, İmam əleyhissalam söyüş söyməyi demək istəyir. Sonra İmam əleyhissalam buyurdu: "Həmişə bədəvi ərəblərdən biri Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-ın yanına gələr və onun üçün hədiyyə gətirərdi. Sonra Rəsulullah əleyhissalama deyərdi: Bizim hədiyyəmizin pulunu ver. Həzrət Rəsulullah əleyhissalam onun bu sözündən gülərdi. Sonralar hər vaxt Rəsulullah əleyhissalam qəmlənsə idi, buyurardı: Bədəvi ərəb hədiyyə verəndən sonra nə deyərdi?... Ey kaş gələydi bizim yanımıza!” (Yəni bizi güldürüb, qəmimizi dağıdardı). Hədis 4, səh. 478. Yunis ibn Şeybani İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Siz bir-birinizlə necə zarafatlaşırsınız? Dedim: -Çox az. İmam Sadiq əleyhissalam buyurdu: -Bir-birinizlə zarafatlaşın. Çünki zarafat etmək yaxşı səciyyələrdəndir və sən zarafatla mömin qardaşının qəlbini şad edə bilərsən. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) əshabı ilə zarafat edərdi və istəyərdi ki, onları şadlandırsın”. ) Çox zarafat adamın abırını, imanını aparır, mürüvvətini (Vəsailuş-şiə”, 2-ci cild, səh. 216, bölmə 80, hədis 6. Həmran ibn Əyan deyir: "İmam Baqir əleyhissalamın yanına daxil oldum və dedim: -Mənə nəsihət ver. İmam Baqir əleyhissalam buyurdu: -Sənə vəsiyyət edirəm ki, Allah-taaladan qorx, zarafatlaşmaqdan pəhriz et. Çünki zarafat (əlbəttə çox zarafat etmək) insanın heybətini və üzünün suyunu aparır”. ) azaldar və düşmənçilik gətirər. ("Müstədrəku-vəsailuş-şiə”, 2-ci cild, səh. 78, bölmə 69, hədis 6. İmam Sadiq(ə)dan rəvayət olunub: "Çox zarafat etmək üçzün suyunu aparır. Çox gülmək imanı məhv edər”.  ) Lakin az zarafat yaxşı və müstəhəbdir. ("Müstədrəku-vəsailüş-şiəG, 2-ci cild, səh. 77, bövmə66, hədis 19. Ömər ibn Cəmi İmam Cəfər əleyhissalamdan və o da atasından rəvayət edib: "Çox zarafat etməkdən pəhriz edin. Çünki zarafat üzün həyasını və mürüvvəti aradan aparar”. ) İmamlarımız həm özləri belə edərdilər həm də başqalarına məsləhət buyurardılar və deyərdilər ki, bu iş mömin qardaşın ürəyini sevindirmək üçündür. ("Vəsaliluş-şiə”, 2-ci cild, səh. 217. bölmə 83, hədis 9. Əbu Qəddah İmam Sadiq (ə)-dan rəvayət edib: "Həzrət Əmirəl-möminin (ə) buyurub: Zarafatlaşmaqdan pəhriz et. Çünki zarafat özündən sonra kin gətirər və düşmənçiliyə səbəb olar. Zrafat kiçik söyüşdür”.  ) Oğul, mömin bir kimsənin öldürülməsinə heç vaxt razı olma ki, İmam Rza əleyhissalam buyurub: "Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”.("Vəsailüş-şiə”, 2-ci cild, səh. 216, bölmə 80 hədis 4. Qabaqkı səhifədə bu hədis zikr olundu)Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 344, bölmə 80, hədis 3. Nəhcül-bəlağə kitabından nəql olunub. Həzrət Əmirəl-möminin əleyhissalam buyurub: "Ey camaat! Razılıq və nifrət camaatı bir yerə cəm edər. Səmud tayfasının dəvəsini bir nəfər kəsdi. Allah-taala onların hamısını əzabda şərik etdi. Çünki onların hamısı o bir nəfərin işinə razı olmaqda şərik idilər. Allah-taala buyurur: "Səmud tayfası dəvəni kəsdilər və etdikləri işə görə peşiman oldular”.”Şüəra” surəsi, ayə 26.  )
    "Bəqərə” surəsi, ayə 190: "Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib "İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. "Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”.
    Oğul, qeybət və böhtandan uzaq ol ki, hesab-kitabdan saleh əməlləri silib yerini şər əməllərlə doldurar. Çünki sənin xeyr əməllərin qeybətini etdiyin, yaxud böhtan dediyin kimsənin kitabına, onun şər əməlləri isə sənin kitabına köçürülər və ondan sonra sən, həm əli boş qalarsan, həm də başqasının günahlarının yükünü daşıyarsan. ("Təfsirul-Safi”, səh. 59.  )
    Oğul, həsəddən özünü qoru ki, həsəd eləyən şəxsin əməlləri Allah dərgahına getməz və öz sahibini əzaba salar. Bu dünyada onu həsəd və həsrət yandırar, axirətdə isə Allahın əzabına düçar olar. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 106, hədis 30. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: "Qiyamətin günündə bəndəni gətirib Allah-taalanın hüzurunda saxlayacaqlar və onun əməl kitabını ona verəcəklər. O adam kitabında heç bir yaxşı əməl görməyəndə deyəcək: İlahi, bu mənim kitabım deyil. Çünki mən onda etdiyim ibadətlərimi görmürəm. Ona deyəcəklər: -Həqiqətdə sənin Allahın heç bir şeyi itirmir və yaddan çıxarmır. Amma sənin əməllərin camaatın qeybətini etdiyinə görə aradan gedib. Sonra başqa bir bəndəni gətirəcəklər və onun əməl kitabını ona verəcəklər. O adam kitabında çoxlu itaət olduğunu görəndə deyəcək: İlahi, bu mənim kitabım deyil. Çünki mən bu itaətləri əncam verməmişəm. Bu vaxt ona deyiləcək: -Filankəs sənin qeybətini etdiyi üçün onun yaxşı əməlləri sənə verilib”.  )
    Bu barədə Şeytanın Adəm peyğəmbərə həsəd ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 327, bölmə 55, hədis 5. Əbul Fəth Kəracəki Həzrət Əmirəl-möminin Əli əleyhissalamdan rəvayət edib: "Həsəd aparandan daha çox məzluma oxşar bir zalım görməmişəm. Daim paxıllıq edər, qəlbi narahat olar və daim hüzn içində qərq olar”. Həzrət Əmirəl-möminin əleyhissalam buyurub: "Yalan danışanın mürüvvəti olmaz və həsəd aparanın rahatlığı olmaz”. "Həsəd aparan həmişə qəmli olar”. "Həsəd aparan adamın həsrəti çox günahları isə iki qatdır”. Həzrət Əmirəl-möminin Əli əleyhissalam digər bir hədisdə buyurub: "Həsəd aparan daim xəstə olar baxmayaraq ki, onun cismi salamatdır”. ) etdikdən sonra əzaba düçar olması sənə kifayət edər. O cümlədən Yusifə qardaşlarının həsəd ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 327, bölmə 55, hədis 6. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "İman və həsəd insanın qəlbində bir yerə sığışmaz”. Həzrət Əmirəl-möminin əleyhissalam buyurub: "Su qarı əritdiyi kimi, həsəd də qəlbdəki imanı əridər”.  ) etdikdən sonra zəlil kimi onun qarşısında xəcalətli olub ona möhtac olmalarını misal çəkmək olar. Hədisdə var ki, həsəd edən şəxsə səbr ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 327, bölmə 55, hədis 2. Məhəmməd Həzrəmi Həzrət İmam Məhəmməd ibn Əli əleyhissalamdan rəvayət edib: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) Qədir xum günündə oxuduğu xütbəsində buyurub: Ey camaat! Həqiqətən İblis Adəm əleyhissalamı cənnətdən ona həsəd apardığına görə çıxartdı. Həsəd aparmayın ki, əməlləriniz puç olacaq və qədəmləriniz haqq yolunda sürüşüb həlak olacaqsınız. Adəm əleyhissalam bir xətaya görə cənnətdən yer üzünə düşdü. Məlun Şeytan ona bir ağacla həsəd apardı, bir halda ki, o Allah-taalanın bəyəndiyi bəndələrindən idi. Görün indi sizinlə nə edəcək”.  ) etməyin hökmən sənə nicat verər. Necə ki, Yusif peyğəmbərin Allahdan qorxub zinaya yaxın düşmə-məsi onu necə ali məqamlara çatdırdı. Buna dəlil
    Allahın bu kəlamıdır: "Yusuf dedi: Ey mənim pərvərdigarım! Zindan mənim üçün bu arvadların məni təhrik etdikləri şeydən daha əzizdir. Əgər sən onların məkrlərini məndən uzaqlaşdırmasan onda mən onlara tərəf meyl edərəm və cahillərdən olaram. Allah onun duasını qəbul edib o arvadların hiylələrini ondan uzaqlaşdırdı. Həqiqətən o Allah bütün dua edənlərin səsini eşidəndir və hər şeydən ona pənah aparanın halına agahdır”.("Məcməul-bəyan”, 5-ci cild, səh. 211-265. Həzrət Yusif əleyhissalamın qardaşları ona həsəd apardılar. Sonra ondan onlara təam satmağı xahiş edəndə və ona möhtac olanda o həsəd onları zəlil etdi...  )
    Heç vaxt yalan danışma ki, Mütəal Allahın yalan danışan kimsəyə qəzəbi tutar və onu xalq içində zəlil edər. Yalançının xalq içində qədri-qiyməti olmaz, onun nə gördüyü işinə və nə danışdığı sözünə etimad eləməzlər. Hətta məsləhət olan yerdə də (tövriyə) yalan danışmamağın gərəkdir (amma həqiqətdə o, yalan deyil). Çünki biz dəfələrlə təcrübə edib görmüşük ki, qurtuluş və nicat düz danışmaqdadır("Yusuf” surəsi, ayə 33. )və çox olub ki, adamlar ən çətin şəraitlərdə düz danışdıqlarına görə nicat tapıblar. Bu, sədaqət və düzlüyün xüsusiyyət-lərindəndir. Heç vaxt başqasına yalan danışmağı öyrətmə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Başqalarını yalana öyrətməyin ki, sizə də yalan danışarlar. Yəqub peyğəmbərin övladları qurdun adam yediyini bilmirdilər. Lakin Yəqub bunu öyrətdikdən sonra onlar belə yalana əl atdılar” ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 84, bölmə 91,)
    Heç vaxt giriftar ya müsibətə düçar olmuş bir kimsəyə gülüb tənə vurma. Belə şəxsin əməlləri qəbul olunmaz. Üstəlik, onun başına gələn müsibət mümkündür sənin də başına gəlsin. ("Məcməul-bəyan”, 5-ci cild, səh. 216. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət olunub: "Yalan danışmağı öyrənməyin ki, nəticədə yalan danışarsınız. Çünki Həzrət Yəqubun oğlanları bilmirdilər ki, canavar insanı yeyir, amma onların ataları bunu onlara öyrətdi "Mən qorxuram ki, canavar onu yesin”. ( "Yusif”, surəsi, ayə 13).  )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1482 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024