İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 11
Qonaqlar 11
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 3 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    9:59 AM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    Ardı...Oğul, qəsavəti-qəlbə mübtəla olmaqdan özünü gözlə ki, lap çox məzəmmət olunan sifətlərdəndir. Sənə yazmağı söz verdiyim "Ədəb” kitabının axırında qəlbə qəsavət gətirən şeyləri ola bilsin qeyd edəm. ("Vəsuiluş-şiə”, 1-ci cild, səh. 173, bölmə 78, hədis 1. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət edib: "Mömin qardaşının müsibətinə sevinmə ki, Allah-taala ona rəhm edib səni həmin müsibətə düçar etsin”. İkinci hədisə bax.)
    Oğul, (Allah sənə nəfsinə qalib gəlməkdə gömək olsun) təkəbbür və (yersiz) qürurdan çox uzaq ol. Mən şəxsi təcrübəmdən deyirəm, Mütəal Allah həmişə təkəbbürlü adamı zəlil edər və burnunu ovar. Doğrusu qürurlandığım hər bir şeydən həmişə Allah ümidimi kəsmiş və məni məyus etmişdir. Çoxları olub ki, hər bir şeyə qürurlanarkən Allah onları ağla gəlməz, qəribə yollarla zəlil edibdir. Hədislərdə deyilib ki, Allah təkəbbürlü, məğrurcasına yeriyən kimsəni özünə düşmən bilər. (Həmin əzəmətli kitab "Miratul-kamal”dır ki, bu kitabın (Miratur-rəşid) davamı sayılır. ) Hər kim yer üzərində təkəbbürlə və saymazyana yeriyərsə ona yer, yerin altındakılar və göydəkilər lənət edərlər. ("Vəsuiluş-şiə”, 2-ci cild, səh. 472, bölmə 58, hədis 6. Hüseyn ibn Xalid Əli ibn Musa Rza (ə)-dan, atası Museyi Kazım (ə) İmam Cəfər Sadiq (ə)-dan rəvayət edib: "Həqiqətən Allah-taala ət olan evə və yağlı ətə nifrət edər. Əshabdan biri dedi: -Ey Peyğəmbər övladı, biz ət yeməyi xoşlayırıq və bizim evlərimizdə ətsiz olmur. Bunu necə başa düşək? Həzrət İmam Sadiq (ə) buyurdu: -Sizin fikirləşdiyiniz kimi deyildir. Dediyim "Ət olan ev” o evdir ki, orada camaatın ətini onların qeybətini etməklə yeyərlər. Amma dediyim "yağlı ət” yer üzündə dikbaş və təkəbbürlü halda yeriyən adamdır”.  )
    Təkəbbürlü şəxs yer və göylərin sahibi olan Allahın düşmənidir. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 472, bölmə 58, hədis 9. İbn Fəzzal onun üçün rəvayət edən adamdan nəql edib ki, İmam Sadiq əleyhissalam buyurdu: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Həqiqətən Allah-taala ət olan evə və yağlı ətə nifrət edər. Əshabdan biri dedi: -Ey Peyğəmbər övladı, biz ət yeməyi xoşlayırıq və bizim evlərimizdə ətsiz olmur. Bunu necə başa düşək? Həzrət İmam Sadiq əleyhissalam buyurdu: -Sizin fikirləşdiyiniz kimi deyildir. Dediyim "Ət olan ev” o evdir ki, orada camaatın ətini onların qeybətini etməklə yeyərlər. Amma dediyim "yağlı ət” yer üzündə dikbaş və təkəbbürlü halda yeriyən adamdır”.  ) Oğul, səndən nə gizlədim təkəbbür, saymazyanalıq və dikbaşlıq səfehliyin əlamətləridir. Çünki aqil insan nədən yarandığını, axırda nə olacağını və hal-hazırda nə daşıdığını dərk edərsə onun təkəbbürlüyü səfehlikdir. Bu səbəbdəndir ki, imamlarımız bəni-adəmin əvvəli nütfə, axırı meyit və yaşadığı dövrdə isə qarnında nəcis daşıdığı halda təkəbbür etməsinə təəccüb etmişlər. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 472, bölmə 58, hədis 10. Əhməd ibn Məhəmməd atasından nəql edib: Həzrət İmam Baqir əleyhissalam buyurdu: Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Vay olsun o adamın halına ki, yer üzündə dikbaşlıq edər, yerin və göyün Cabbarına (Allah-taalanın adlarından biridir) qarşı üsyan edər”.)Hətta hədislərdə deyilib ki, nəcisin yaradılmasının səbəbi insanın təkəbbür etməsinin qarşısını almaq üçündür. ("Müstədrəku Vəsailüş-şiə”, 2-ci cild, səh. 330, bölmə 59, hədis 10. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Çox təəccüb edirəm təkəbbürlü və dikbaş adamın işindən ki, əvvəl nütfədən xəlq olub sonra isə dönüb leş olur. Amma adam bu iki şeyin arasında olduğu halda bilmir ki, onunla nə edəcəklər”.  )
    Oğul, nəfsini təkəbbür, qürur və buna oxşar sifətlərdən qoru ki, hədislərdə var: Hər kim öz bər-bəzəkli paltarlarını geyib qürurlanarsa behiştin ətri onun burnuna yetişməyəcəkdir, (Furui-kafi”, 3-cü cild, səh. 70, hədis 3.)Allah onun qəbrini cəhənnəm atəşi ilə doldurar və Qaruna yoldaş olar. Çünki Qarun, birinci kəsdir ki, qüruruna görə Allah onu öz evilə birgə torpağın altına çəkdi. Həmçinin, başqalarının ("Vəsailuş-şiə”, 1-ci cild, səh. 283, bölmə 23, hədis 11. Həzrət İmam Sadiq (ə)-dan rəvayət olunub. Həzrət Rəsulullah (s) buyurub: "Cənnətin iyini ağ valideyin, qohumları ilə əlaqəni kəsən və libasını təkəbbürlə uzadan adamlar dadmayacaqlar”. )sənə ehtiram əlaməti olaraq ayaq üstə durduğu halda sənin əyləşməyin təkəbbürlüyün əlamətlərindəndir. Hədisdə deyilib hər kim cəhənnəm əhlini görmək istəsə ətrafındakıların ayaq üstə durduğu halda mütəkəbbiranə oturmuş adama baxsın. (Vəsailüş-şiə”, 1-ci cild, səh. 283, bölmə 23, hədis 6. İmam Sadiq əleyhissalam babalarından əleyhissalam (qadağan edici hədisdə) buyurub: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) insanı yerişində təkəbbürlü olmaqdan çəkindirib və buyurub: Hər kim uzun paltar geyməklə təkəbbürlülük etsə Allah-taala onu cəhənnəmin hündür divarından cəhənnəmə yuvarladacaq və o cəhənnəmdə Qarunla bir yerdə olacaq. Çünki Qarun yer üzündə birinci təkəbbür edənlərdən idi ki, Allah-taala onu sarayı ilə bir yerdə yerə çırpdı. Hər kim dikbaşlıq etsə həqiqətdə Allah-taala ilə əzəmətdə bəhsə girişib”. )
    Məsum imamlarımız təkəbbürün əlacı üçün yollar göstərmişlər, məsələn” o yamaqlı paltarlar və cırıq (yaxud köhnə) ayaqqabı geymək, surəti torpağa sürtmək (səcdə), çiyində yük götürüb bazardan evə aparmaq, ulaq minmək, keçi sağmaq, yoxsullarla birgə əyləşmək ("Camius-sadat”, 1-ci cild, səh. 359. Həzrət Əmirəl-möminin əleyhissalam buyurub: "Hər kim cəhənnəm əhlini görmək istəsə, gərək o adama baxsın ki, özü oturub amma camaat onun müqabilində ayaq üstə dayanıblar” bu rəvayəti Əllamə Məclisi "Biharul-ənvar” kitabında, 73-cü cild, səh. 206, Həzrət Əmirəl-möminindən rəvayətin sənədini zikr etmədən nəql edib.  ) və sair (lakin hal-hazırda indiki zamana uyğun olmalıdır). Mütəal Allah bəzilərinin təkəbbürünə görə əlindən çox böyük nemətləri almışdır. Hətta Yusif peyğəmbərin o hərəkət və rəftarından sonra onun nəslindən peyğəmbər-lik götürülmüşdür. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 329, bölmə, 58, hədis 5. Əbuzər Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edib ki, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə dedi: "Ey Əbuzər, cəhənnəmə daxil olanların əksəriyyəti təkəbbür edənlərdirlər. Bu vaxt bir nəfər soruşdu: -Təkəbbürdən nicat tapmaq olarmı? Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Bəli, hər kim yun paltar geysə, ulağa minsə, keçi sağsa və miskinlərlə oturub-dursa təkəbbürdən nicat tapar. Ey Əbuzər, hər kim bazardan aldığı malı evinə özü daşıyarsa təkəbbürlük xəstəliyindən sağalar. Ey Əbuzər, hər kim ətəyinə yamaq qoysa, ayaqqabısını təmir etsə və üzünü torpağa sürtsə təkəbbürlük xəstəliyindən nicat tapar”.  ) Bunların ən dəhşətlisi Mütəal Allahın Şeytanın təkəbbür edib Adəmə səcdə etmədi-yinə görə öz yanından (ən böyük nemət) qovmasıdır. (Məcməul-bəyan”, 5-ci cild, səh. 264. Hişam ibn Salim İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Yəqub əleyhissalam Misrə gələndə Yusif əleyhissalam onu qarşılamaq üçün çıxdı. Yusif atasını görəndə istədi taxtından yerə düşsün sonra oturduğu taxta baxıb fikrindən döndü. Yusif atası Yəquba salam verəndə Cəbrail nazil olub ona dedi: -Allah-taala buyurur ki, sənə nə mane oldu ki, bizim saleh bəndəmiz üçün taxtından yerə düşmədin? Ey Yusif! Əlini aç. Həzrət Yusif əlini açanda barmaqlarının arasından bir nur çıxdı. Yusif dedi: -Ey Cəbrail! bu nədir? Cəbrail əleyhissalam dedi: -Bu sənin atan Yəqubun gəlişinə görə taxtından yerə düşmədiyinə görə cəzandır ki, bir daha sənin nəslindən peyğəmbər olmayacaq” Bu rəvayəti Şeyx Səduq "Əmali” kitabında geniş surətdə nəql edib. Səh. 149-152. Bu rəvayəti Əllamə Məclisi "Biharul-ənvar” kitabının 12-ci cild, 256-261-ci səhifələrində nəql edib. Bax "Şərayeul-islam”, səh. 29-30. )
    Oğul, özünü təkəbbürdən saxla, himayət et. Hətta təkəbbürün zərərlərindən uzaq olub, qurtulasan. Oğul, təvazökar ol ki, dünya və axirətdə xeyirə çatasan. Hədisdə deyilib ki, təvazökarlıq insanın məqamını yüksəldər, ("Sad”, surəsi, ayə 71. "Ey Məhəmməd! Yad et o anı ki, sənin Pərvərdigarın mələklərə dedi: -Mən torpaqdan bir bəşər yaradacağam. Onun qamətini düzəldəndən sonra öz ruhumdan ona daxil edəcəyəm və siz ona səcdə edin. Mələklər də səcdə etdilər. Yalnız iblis səcdə etmədi və özünü üstün bilib kafir oldu. Allah-taala buyurdu: -Ey iblis! Sənə nə mane oldu ki, mənim öz qüdrətimlə xəlq etdiyim bəşərə səcdə etmədin. Aya dikbaşlıq edirsən yaxud rütbəsi uca olanlardansan? İblis dedi: -Mən ondan (Adəm) üstünəm və sən məni oddan yaratmısan, amma onu torpaqdan yaratmısan. Allah-taala buyurdu: -Cənnətdən çıx bayıra və sən Allahın rəhmətindən qovulmusan. Qiyamətin gününə qədər mənim lənətim olsun sənə”. Bax. "Əraf” surəsi, ayə 11-13.  )ona şərəf gətirər, hikmətə (-”Vəsailüş-şiə”, 2-ci cild, səh. 457, bölmə 28, hədis 1. İmam Sadiq əleyhissalam Cəfər ibn Əbi Talibin Nəcaşi ilə söhbəti haqqındakı hədisdə buyurub: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-ə Cəfərin Nəcaşi ilə etdiyi söhbəti yetişəndə Əshabına buyurdu: Sədəqə ona verənin ruzisinin artmasına səbəb olar, sədəqə verin ki, Allah sizə rəhmət edəcək. Təvazökarlıq sahibinin məqamını ucaldar. Təvazökar olun ki, Allah sizi ucaldar. Əfv edib bağışlamaq sahibinin izzətini artırar. Əfv edin ki, Allah-taala sizə izzət verər”.  ) yol açar, cisim və ruhunda Allahdan qorxu və həya ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 306. Həzrət İmam Sadiq əleyhissalam buyurub: "Həqiqi və tam şövq yalnız Allah-taalanın müqabilində təvazökar olan adama veriləcək”. ) toxumlarını səpər. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 457, hədis 2. Hədisdə deyilir ki, Həzrət İsa əleyhissalam buyurub: "Təvazökarlıqla hikmət uzun ömürlü olar, təkəbbürlə yox”. )
    Tam, həqiqi şərəf yalnız Allaha xatir təvazö edənlərdə nöqsansız qala bilər. Mütəal Allah təvazökar bəndə ilə mələklərə fəxr edər. Hər bir insanın boynu bir mələk əlindədir ki, təkəbbürlük etdiyi vaxt onun boynunu yerə sarı çəkib, deyər: "təvazö et, Allah səni endirsin”, təvazö etdiyi vaxt isə onun yuxarı doğru çəkib deyər: "başını qaldır, Allah səni yüksəltsin (məqamı-nı) və bu təvazökarlığına görə səni heç vaxt alçaltma-sın”.(Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 306. Rəvayət İmam Sadiq əleyhissalamdan nəql olunub.  ) Mütəal Allahın Musanı özü ilə danışmağa nəsib etməsinin səbəbi onun təvazökarlığına görə idi. Musa öz nəfsini ən aşağı saydığına görə Allah onun zəmanəsindən ən yüksək məqamı ona əta etmişdir və insanlar arasında ("Vəsaliuş-şiə”, 2-ci cild, səh. 471, bölmə 58, hədis 10. İmam Sadiq əleyhissalam atası İmam Baqir əleyhissalamdan rəvayət edib: "Həzrət Əli əleyhissalam buyurub: Adəm əleyhissalamın bütün övladlarının cilovu Allah-taalanın əlindədir. Əgər onlardan biri dikbaşlıq etsə onun alnından tutub yerə sürtəcək. Sonra Allah-taala ona deyəcək təvazökar ol ki, Allah səni xar etdi. Əgər təvazökar olsa onda Allah-taala onun alnından tutub qaldıracaq və ona deyəcək: Başını yuxarı qaldır ki, Allah-taala səni yuxarı qaldırıb. Allah-taala səni sənin təvazökarlığına görə xar etməz”.  ) Allaha ən yaxın olanlar təvazö edən kəslərdir.("Camius-səadat”, 1-ci cild, səh. 346.  )
    Oğul, məxluqatdan heç bir şeyi kiçik sanıb, ona alçaq nəzərlərlə baxma ki, bu, Allahın məqamına toxunmaqdır. Bir dəfə Nuh peyğəmbər xəstəliyə düçar olmuş bir itin yanından ötərkən bu nəcür itdir dediyi vaxt it dilə gəlib dedi: "Ya Nuh mənim Allahım məni bu cür yaradıbdır, əgər qadirsənsə məni dəyişib, gözəl et”. Nuh peyğəmbər dediyi sözə peşman olub, qırx il ağladı. Allah onun adını Nuh qoyub (ağlayıb çox növhə edən, halbuki əvvəl onun adı Əbdülcabbar idi) buyurdu: ey Nuh nə vaxta qədər növhə edəcəksən? Mən səni bağışladım. Həmçinin, Musa peyğəmbərə Mütəal Allah vəhy etdi ki, ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 456, bölmə 28, hədis 2. İmam Sadiq əleyhissalam buyurub: "Allah-taala Həzrət Davud əleyhissalama vəhy göndərib dedi: "Ey Davud! Necə ki, camaat arasında Allaha ən yaxın olan adamlar təvazökar adamlardırlar, həmin cür camaat arasında Allahdan ən uzaq olanlar təkəbbür edənlərdirlər”. ) mənimlə münacat etməyə gələndə özündən aşağı bir kimsəni də özünlə gətirərsən. Musanın hər şeydən əli üzüldükdən sonra, axırda xəstəliyə düçar olmuş bir iti özü ilə apardı. Lakin yolda Musa onu da azad edib, aparmadı. Mütəal Allah ilə münacat edərkən Allah and içib buyurdu: Əgər iti gətirsəydi, onu peyğəmbərlər silsiləsindən silərdim. Oğul, sən özünü hətta xəstə və murdar itdən də yaxşı hesab etmə. Bəzi ariflərin dediyinə görə nə qədər ki, bəndə özünü xalq içində bir başqasından yaxşı güman edirsə, o bəndə təkəbbürlüdür.
    Oğul, tamahkar olma ki, cəddimiz Adəm peyğəmbər belə behiştdə bütün nemətlərdən istifadə edə biləcəyi halda qadağan olunmuş "buğda”ya tamah saldığına görə behiştdən çıxarıldı. ("Müstərdəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 294, hədis 30. Rəvayət olunub ki, Həzrət Nuh əleyhissalam xarici görünüşü pis olan bir itin yanından keçəndə dedi: -Bu it necə də iyrəncdir. İt durub dal ayaqları üstündə oturdu sərbəst və iti bir dillə dedi: -Ey Allahın Peyğəmbəri əgər Allah-taalanın xəlq etdiyindən xoşun gəlmirsə onda mənim qiyafəmi dəyişdir. Həzrət Nuh bunu eşidəndə çıxılmaz vəziyyətdə qaldı və özünü məzəmmət edib geri qayıtdı. Həzrət Nuh qırx il ağlayıb zarıldadı. Axırda Allah-taala ona xitab edib dedi: -Ey Nuh! Nə vaxta qədər ağlayacaqsan? Mən sənin tövbəni qəbul etmişəm.  )
    Tamahkarlıq haqqında hətta Şeytanın da nəsihət-ləri vardır. Onun Nuh peyğəmbərə olan nəsihətlərindən biri belədir: (Taha” surəsi, ayə 117. "Ey Peyğəmbər! Yad et o zamanı ki, Biz mələklərə dedik: -Həzrət Adəm əleyhissalama səcdə edin. Onların hamısı səcdə etdi, yalnız İblis səcdə etməkdən imtina etdi. Biz də Adəmə dedik ki, bu İblis sənin və sənin arvadın üçün düşməndir. Sizi cənnətdən çıxarmasın ki, dünyanın müsibətinə düçar olasınız. Çünki sən cənnətdə nə ağlıyacaqsan və nə də lüt qalacaqsan. Sən cənnətdə susuz olmayacaqsan və günün altında qalmayacaqsan. Amma Şeytan onu vəs-vəsəyə saldı və dedi: Ey Adəm! İstəyirsən səni əbədi bir ağaca və qocalmaz bir səltənətə hidayət edim? Adəm və Həvva o ağacın meyvəsindən yedilər və onların övrətləri zahir oldu. Onların hər ikisi cənnətdəki ağacın yarpaqlarından öz övrətlərinə yapışdırmağa başladılar. Adəm əleyhissalam Pərvərdigarının dediyinin əksinə əməl etdi və nəticədə öz məqsədinə (behiştdə əbədi qalmaq) yetişmədi”.  ) "Heç vaxt naməhrəm qadınla xəlvət bir yerdə tək qalma ki, belə halda mən orada hazır olaram və qəlbinə vəsvəsə etməklə səni təhrik edib zinaya mübtəla edərəm. ("Müstədrəku-vəsailüş-şiə”, 2-ci cild, səh. 335, bölmə 64, hədis 1. Əla ibn Səyyabə Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Həzrət Nuh əleyhissalam gəmidən yerə düşəndə İblis (lənətullah əleyh) onun yanına gəlib dedi: -Yer üzündə elə bir adam yoxdur ki, səndən çox mənim boynumda minnəti olsun. Mən Allah-taalaya o fasiqlərə görə dua etdim və sən məni onların əlindən rahat etdin. İstəyirsən sənə iki xisləti öyrədim? Ey Nuh! Həsəd aparmaqdan pəhriz et. Çünki o həsəd məni bu günə saldı və ey Nuh, hərislikdən çəkin. Çünki Adəmin başına o müsibətləri gətirən hərislik oldu”.  )
    Oğul, heç vaxt xudpəsənd olma ki, dinə-imana afət və böyük bir bəladır, saleh əməlləri heç edər və səni həlakətə salar. Bir dəfə İsa peyğəmbər öz müridlərindən biri ilə sudan keçməli olurlar. İsa "bismillah” deyib, suyun üzəri ilə getməyə başlayır. O da İsanın ardınca sidq ürəkdən "bismillah” deyib yola düşür. Gedərkən birdən ürəyindən belə bir fikir keçir:- İsada suyun üzərində yeriyir məndə, daha onun məndən nəyi artıqdır? (onun mənə olan fəziləti nədir? Bu söz ürəyindən keçən kimi suya batır və İsadan kömək istəyir. Həzrət İsa tez özünü yetirib onu sudan çıxarır. Sonra İsa ondan suya batmağının səbəbini soruşduqda öz ürəyindən keçəni İsaya söyləyir. Həzrət İsa ona deyir ki, sən özünü layiq olmadığın bir məqamda gördüyün üçün Allahın sənə qəzəbi tutdu. Bu fikrinə görə tez tövbə et. O, tövbə etdikdən sonra Mütəal Allah onu əvvəlki mərtəbəsinə qaytarır. (Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in qısa və hikmətli sözlərində varid olub (səh. 352): "Heç vaxt yad kişi ilə yad qadın xəlvətə çəkilməsinlər, çünki orada onların üçüncüsü şeytan olacaq”. Bax. "Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 252, hədis 3913.  )
    Oğul, (Allah səni şərdən saxlasın) nəfsində xudpə-səndliyə yol vermə və heç vaxt həddini aşma.
    Oğul, məbadə riyaya mübtəla olasan ki, mötəbər hədislərə görə bu, Allaha şərik qoşmaqdır. Hədisdə var, hər kəs əməllərini Allahdan qeyrisi üçün görərsə Allah qiyamət günü əməlini öz əlinə tapşırar. ("Üsulil-kafi”, 2-ci cild, səh. 306, Davud Bərqi İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Allah-taaladan qorxun və bir-birinizə həsəd aparmayın. Həqiqətən İsa İbn Məryəm əleyhissalamın şəriəti dünyanı dolanmaq idi. Həzrət İsa əleyhissalam səfərlərinin birində əshabından olan qısa boylu bir kişi ilə yola çıxdı. O adam İsa əleyhissalamın xidmətində çox səy göstərirdi. Onlar dəryaya yetişəndə Həzrət İsa yəqinlik üzündən "Bismillah” dedi və suyun üstü ilə yeriməyə başladı. O adam da İsa əleyhissalama baxıb tam yəqinliklə Allah-taalanın adını çəkib yola düşdü və İsa əleyhissalama yetişəndə xudbinlik onun ürəyinə nüfuz etdi və öz-özünə "Bu Ruhullahdır suyun üstündə yeriyir mən də yeriyirəm, bəs onun nəyi məndən artıqdır” dedi. O adam bunu deyən kimi suya batdı və İsa əleyhissalamı köməyə çağırmağa başladı. Həzrət İsa əleyhissalam onu sudan çəkib çıxartdı və ondan soruşdu: -Sən nə dedin ki, suya batdın? O adam dedi: -Dedim ki, Ruhullah da suyun üstündə yeriyir mən də və xudbinlik məni tutdu. Həzrət İsa əleyhissalam ona buyurdu: -Sən özünü elə bir mərtəbədə qoymusan ki, Allah-taala səni o mərtəbədə qərar verməyib və sənin dediklərinə görə səndən acığı gəlib. Dediyin sözlərə görə Allah-taalanın dərgahına tövbə et. İmam əleyhissalam buyurdu: O kişi tövbə etdi və təzədən öz əvvəlki mərtəbəsinə qayıtdı. Ona görə də Allah-taaladan qorxun və biriniz digərinizə həsəd aparmayın”. ) Riyakarı qiyamət günü dörd ad ilə çağırıb deyərlər: -Ey günahkar, ey kafir, ey xain, ey ziyankar, əməllərin batildir və savabı da heç. Bu gün sənə qurtuluş yoxdur və əməllərini kimə xatir edirdinsə savabını da ondan tələb et. ("Üsulil-kafi”, 2-ci cild, səh. 293, hədis 1. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub ki, o Həzrət məsciddə Ubbad ibn Kəsir Bəsriyə buyurdu: "Vay olsun sənə ey Ubbad! Məbada riya edəsən. Çünki hər kim Allahdan başqası üçün bir iş görsə Allah-taala onu həmin adamın öhdəsinə qoyar”.  ) Bundan əlavə, hədislərdə belə gəlib ki, bəndənin Allah üçün sidq ürəklə gördüyü az əməlini Allah qiymət verib artırar və onun başqalarına görə min bir zəhmətlə gecələri oyaq qalıb gördüyü saysız əməllərini isə Allah qiymətsiz bir şey kimi eşidənlə-rin gözündə azaldar. ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 11, hədis 17. Həzrət Cəfər ibn Məhəmməd babalarından əleyhissalam rəvayət edib: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən nicat haqqında soruşdular. Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Nicat Allaha qarşı məkr etməməkdədir ki, Allah-taala da sizə qarşı məkr etməsin. Çünki hər kim Allah-taalaya qarşı hiylə işlətsə Allah da ona qarşı hiylə işlədər və onu imandan uzaqlaşdırar. Əgər fikirləşsə başa düşər ki, həqiqətdə özünü aldadıb. Dedilər ki” İnsan Allahı necə aldadar? Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Allah-taalanın əmr etdiyi şeyi əncam verər, amma niyyəti onu başqasına eşitdirmək və ya göstərmək olar. Riya barəsində Allah-taaladan qorxun, çünki riya Allaha qarşı şirkdir. Qiyamətin günündə özünü göstərən adam dörd adla çağıracaqlar: Ey kafir! Ey facir! Ey hiyləgər! Ey ziyankar! Sənin əməlin zay olub və əcrin batil olub. Bu gün (yəni qiyamətin günündə) sənə qurtuluş yoxdur. Kimə görə əməl etmisən öz əcrini də ondan istə”. )
    Həmçinin ağıl da zahirdə Allah üçün, batində isə hər hansı bir bəndəyə göstərmək məqsədilə görülən əməli bəyənmir və çox pis bir iş bilir. İnsanın başqa bir insana, yaxud özündən zəif və hətta bit-birə, ağcaqanad və milçək kimi xırda həşəratların zərərindən özünü qoruya bilməyən və onların sorub çəkdiklərini, geri qaytarmaqda aciz olan məxluqatın hər hansı birinə ibadət etmək heç də aqilanə bir iş deyildir. (Üsuli-kafi”, 2-ci cild, səh. 296, hədis 13. )
    Oğul, Mütəal Allahın rəhməti çox genişdir. Elə buna görədə (günahkar olsanda) heç vaxt onun rəhmət və fəzlindən naümid olma. Həmçinin qəzəbi də çox şiddətlidir ki, heç vaxt nəyəsə arxayın olma. Çünki bu iki sifət Mütəal Allahı qəzəbləndirən kəbirə günah-lardandır ("Həcc " surəsi, ayə 73. "Ey iman gətirənlər! Sizin bütlərə ibadət etməyiniz üçün bir misal vurulub ki, ona qulaq asın. Allah-taaladan başqa ibadət edib köməyə çağırdığınız o bütlər əgər bir yerə yığışsalar bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey oğurlasa onlar (bütlər) onu o milçəkdən geri qaytara bilməzlər. Tələb edən (yəni milçək) və tələb olunan (bütlər) hər ikisi acizdirlər”. ) ikisi də Allahı saymayıb, ona aşağı nəzərlə baxmağa ehtiramsızlığa gətirib çıxarar. Mən bəzi adamların şahidiyəm ki, Şeytan onları cürbəcür günahlara sövq etməklə kifayətlənməyib hətta vəsvəsə ilə də aldadıb, Allahın rəhmətindən məyus və nəticədə tövbə etməkdən də naümid etmişdir. Onlar bu halda həm Allahın rəhmətindən məyus və günahları məhv edib paklayan tövbədən məhrum olmaqla iki böyük günaha mübtəla olmuşlar. Oğul, hər zaman Şeytan vəsvəsə edib, səni günaha salarsa tez tövbə edib Allaha yalvar ki, bu sənin günahının bağışlanmasına səbəb olar. Tam ciddiyyətlə edilən tövbə günahı məhv edib paklayar.
    Oğul, gərək bu işdə çox dəqiq olub daim ("Üsulil-kafi”, 2-ci cild, səh.280, hədis 10. Məsədət ibn Sədəqə deyir: İmm Sadiq əleyhissalamdan eşitdim deyirdi: "Böyük günahlar ibarətdirlər: Allaha şirk qoşmaq; 2-Allah-taalanın mərhəmətindən və lütfündən naümid olmaq. 3-Allah talanın məkrindən asudə olmaq. 4-Allah-taalanın haram etdiyi nəfsi öldürmək. 5-Ağ valideyin olmaq. 6-Nahaq yerə və zülmlə yetimin malını yemək. 7-Ribanın haram olduğunu biləndən sonra riba yemək. 8-Şəhərə və mədəniyyət mərkəzlərinə hicrət edəndən sonra təzədən bədəviləşmək. (Yəni səhraya, yaxud kəndə qayıtmaq.) 9-İffətli və ismətli qadınları zinakarlığa nisbət vermək. 10-Cihad meydanından fərar etmək...”  ) tövbə etməlisən. Bəndənin hər vaxt günah və xəta, bəzən də üstün sayılan işləri tərk etməsi mümkündür.
    Oğul, bil ki, tövbə yalnız istiğfar (əstəğfirullah) demək deyil. İstiğfarla yanaşı günah Mütəal Allahı məsxərə etməkdir. Mükəmməl tövbə məsumların dediyinə görə altı şərtdən ibarətdir: keçmiş günahlardan peşman olmaq, qəti qərara gəlib birdə o günahları etməmək, yediyin camaatın haqqını özlərinə qaytarmaq və halallıq almaq, zülmlə aldığın şeyləri öz sahiblərinə qaytarmaq, vacib əməllərin qəzasını yerinə yetirmək, haram və günahdan əmələ gəlmiş bədənindəki əti oruc və ibadətin ağrı-acısıyla dərin sümüyə yapışana qədər əritməli və yerinə təzəsi gəlməli, öz bədənin məsiyətin şirinliyinə öyrətdiyin kimi, ibadətin də zəhmətinə dözüb, onun çətinliyini bədəninə dadızdırmalısan. Bun-dan sonra əstəğfirullahın mənası var və mükəmməl tövbə budur. ("Üsuli-kafi”, 2-ci cild, səh. 432, hədis 5. İbn Əbi Ümeyr Məsum əleyhissalamdan rəvayət edib: "Allah-taala tövbə əhlinə üç xislət verib ki, əgər o xislətlərdən birini bütün yer və göy əhlinə versəydi onlar o bir xislətlə nicat tapardılar. Allah-taala buyurur: 1-”Allah-taala tövbə edənləri və pakları sevir” ( "Bəqərə” surəsi, ayə 22) 2-Allah-taala hər kimi sevsə ona əzab verməz. Allah-taala digər bir ayədə buyurur: "Allah-taalanın ərşini çiyinlərinə alanlar və onun ətrafında olanlar öz Pərvərdigarına onlar həmd etməklə təsbih deyib sitayiş edirlər. Onlar Allaha iman gətirib və sair iman gətirənlər üçün Allah-taaladan əfv diləyirlər. Ey Pərvərdigar! Bütün şeyləri öz elminlə və rəhmətinlə əhatə etmisən. O kəslər ki, tövbə edib sənin yoluna tabe olublar onları əfv et və onları cəhənnəmin əzabından saxla. İlahi, onları onların saleh atalarından, zövcələrindən və övladlarından olan saleh şəxslərlə bir yerdə onlara vədə verdiyin əbədi cənnətə daxil et. Çünki sən əziz və həkimsən. İlahi, onları pis əməllərdən saxla. İlahi, sən hər kimi pis əməldən saxlasan o gündə (qiyamət günündə) yəqinən ona rəhm edərsən və bu böyük xoşbəxtlikdir”. ( "Ğafir” surəsi, ayə 6-7.) Allah buyurur: "Allahın bəndələri o kəslərdir ki, Allah ilə bir yerdə başqa bir məbuda sitayiş etməzlər, Allah-taalanın haram etdiyi nəfsi qətlə yetirməzlər (məgər haqq olaraq) və zina etməzlər. Hər kim bunları etsə günaha mürtəkib olar və onun əzabı qiyamətin günündə iki dəfə artar. Zəlil olaraq o əzabın içində qalacaq. Məgər tövbə edib iman gətirən və saleh əməl əncam verən adamlar ki, Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edəcək. Allah həmişə bağışlayan və mehribandır”. ( "Furqan” surəsi, ayə 68-70). ) Əslində bizim əqidəmizə görə Həzrət Peyğəmbərin bərəkətilə müsəlman ümməti keçmiş günahlarına peşman, gələcəkdə bir daha o günahları etməməyi qərar alıb, istiğfar etdikdən sonra Allahın əzabı onlara şamil olmayacaqdır. ("Nəhcul-bəlağə”, 3-cü cild, səh. 252, xütbə 417. "Vəsailüş-şiə”, 2-ci cild, səh. 482, bölmə 85, hədis 4.  ) Lakin islamdan qabaqkı keçmiş millətlərin dini hökmlərini açıqlayan hədislər göstərir ki, onlara nazil olan hökmlər son dərəcə ağır və çətin imiş. Həzrət Əli əleyhissalamdan rəvayət edilmiş geniş şərhli bir hədisdə Həzrət Mütəal Allahın Peyğəmbərin bərəkətinə islam ümmətinə etdiyi böyük minnəti "Bəqərə” surəsinin 286-cı ayəsinin təfsirində belə bəyan etmişdir: "Mütəal Allah Öz peyğəmbərinə (meracda) buyurdu: Keçmiş ümmətlərin üzərinə qoyduğum ağır hökmləri sənin ümmətindən götürdüm... Hər vaxt günah etdikdə günahlarını onların qapılarına yazardım, tövbələrini qəbul edərkən onlara ən dadlı yeməkləri haram edərdim. Lakin onu sənin ümmətindən götürdüm, etdikləri günahları isə özüm ilə onların arasında gizli saxlayaram və onların üzərinə qalın pərdələr çəkərəm. Tövbələrini də onlara ləziz yeməkləri haram və hər hansı bir cəzaya mübtəla etmədən qəbul edərəm. Keçmiş ümmətlərdə hər kim bir günah etsəydi yüz, səksən və ya əlli il tövbə edəndən sonra dünyada da ona bir cəza verməmiş tövbəsini qəbul etməzdim və bu da ağır hökmlərdən birisidir ki, sənin ümmətinin üzərindən götürdüm. Sənin ümmətindən hər kim iyirmi, otuz, qırx, yaxud yüz il günah etdikdən sonra tövbə edib, bir an peşman olarsa mən onun bütün günahlarını bağışlayaram”. ("Təfsiri-safi”, səh. 26.  )
    Mütəal Allah doğrudanda tövbəni bu ümmət üçün Peyğəmbərin kəramətinə xatir asanlaşdırmışdır. Hətta rəvayət olunur ki, günahkar bir şəxs doxsan doqquz nəfər adamı nahaq yerə öldürmüşdü. O, bir müddət keçəndən sonra öz etdiklərinə peşman olub, tövbə etmək üçün bir abidin yanına gəlir və etdiyi cinayətləri ona söyləyir. Abid ona deyir: sənin tövbən qəbul olmaz, sənin tövbə ilə nə işin var?! Şəxs bunu eşidən kimi cumub abidi öldürür. Bir müddətdən sonra o, bir alimin yanına gəlib, məsələni ona açır. Alim ona deyir get filan yerə, orada bir peyğəmbər ya bir alim olmalıdır ki, onun yanında tövbə edə bilərsən. O, həmin yerə gedərkən yolda əcəli çatıb ölür. Rəhmət mələkləri ilə qəzəb mələkləri onun ruhunu almaq üçün yerə enirlər. Lakin rəhmət mələkləri deyirlər ki, biz onun ruhunu almalıyıq. Çünki o tövbə etməyə gedirdi. Əzab mələkləri isə deyirlər, biz onun ruhunu almalıyıq. Çünki hələ tövbə etməyibdir. Mütəal Allah yeri ölçün, görün o, hansı tərəfə yaxındır - deyə mələklərə vəhy etdi. Onlar yeri ölçüb, gördülər ki, bir qarış ya bir az çox tövbə yerinə tərəf yaxındır. Ondan sonra onun ruhunu rəhmət mələkləri aldılar. Başqa bir rəvayətdə deyilir ki, tövbə tərəfə düşən hissə çox olduğundan Allah tez yerə əmr edir və yerin həmin hissəsi çəkilib bir yerə yığılır. Nəhayətdə bu tərəfin ölçüsü o biri tərəfinkindən az gəlir. Gör Mütəal Allahın bəndəsinə etdiyi lütf və rəhməti nə qədər böyükdür və necə zərif və mehribanlıqla rəftar edir.
    Oğul, tövbə qapısı genişdir və mərhəmətli Allah tövbə edən bəndəsini çox sevir. Hədisdə var ki, ("Safi təfsiri”, səh. 76, "Bəqərə” surəsi, 286-cı ayə. İmam Kazim əleyhissalamın Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in fəziləti haqqında Əmirəl-möminin əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) gecə vaxtı Məscidul-həramdan beytul-müqəddəsə aparıldı ki, onların arasında olan məsafə bir aylıq yol idi və oradan da Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) göylər aləminə (meraca) aparıldı ki, 50 min illik yolu Həzrət gecənin üçdən bir hissəsindən az bir müddət ərzində qət etdi və Allah-taalanı ərşinə yetişdi. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) Allah-taalanın elminə yaxınlaşdı və cənnətdən yaşıl rəngli Rəfrəf adlı at onun üçün göndərildi. Bu vaxt həzrətin gözləri nurdan qamaşdı. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) Allah-taalanın əzəmətini ürəkdən dərk etdi ki, onu heç vaxt gözləri ilə görməmişdi. Allah-taalanın əzəməti ilə onun arasında olan məsafə kamanın iki qövsü arasında olan dairədən az idi. ("Nəcm” surəsi, ayə 10)” Allah-taalanın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə vəhy etdiyi mətləblər "Bəqərə” surəsinin bu ayəsinə qədər vəhy etdiyi şeylər idi: "Yerdə və göylərdə olan bütün şeylər Allaha məxsusdur. Nəfslərinizdə olan niyyətləri aşkar etsəniz və ya gizli saxlasanız Allah-taala ona görə sizi hesaba çəkəcək. Sonra Allah hər kimi istəsə öz fəzilətinə görə bağışlayacaq və hər kimi istəsə öz ədaləti ilə ona əzab verəcək. Allah-taala hər şeyə (əfv etməyə və bağışlamağa) qadirdir.” Bu ayə Həzrət Adəm əleyhissalamdan bizim Peyğəmbərə qədər olan bütün Peyğəmbərlərə və ümmətlərə ərz olunmuşdu. Amma onlar bu ayənin ağırlığına görə onu qəbul etmədilər. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) onu qəbul etdi, sonra onu ümmətinə ərz edəndə onlar ayəni qəbul etdilər. Allah-taala onların taqətləri çatmayan şeyi qəbul etdiklərini görəndə və Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) Allah-taalanın ərşinə yetişəndə ona başa salmaq üçün onunla dəfələrlə söhbət etdi. Allah buyurdu: -Həzrət Rəsulullah pərvərdigarından ona nazil olan şeyə iman gətirib. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ümmətin əvəzində cavab verdi: -Möminlər də hamısı Allaha, onun mələklərinə, nazil etdiyi kitablara və göndərdiyi peyğəmbərlərə iman gətiriblər. Biz Allah-taalanın göndərdiyi peyğəmbərləri arasında heç bir fərq qoymuruq”. Allah-taala buyurdu: -Əgər onlar bunu etsələr cənnət və əfv onların nəsibi olacaq. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, əgər sən bizimlə bunu etsən onda "İlahi, biz sənin əfvini istəyirik və hamının qayıdış yolu sənə tərəfdir”. Allah-taala Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-ə cavab verdi ki, Mən bunu sənin üçün və sənin ümmətin üçün etdim. Sonra Allah-taala buyurdu: -Sən ayənin ağır və əzəmətli olmasına baxmayaraq onu qəbul etdin, amma mən onu qabaqkı ümmətlərə verəndə onlar onu qəbul etməkdən imtina etdilər, sənin ümmətin isə onu qəbul etdi. İndi mənə vacibdir ki, onu sənin ümmətindən götürüm. Sonra buyurdu: "Allah-taala heç bir nəfsi qüdrətindən artıq olan şeyə vadar etməz. O nəfsin qazandığı hər bir xeyir iş ona aid olacaq və qazandığı hər bir günahın zərəri ona aid olacaq”. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bunu eşidəndə buyurdu: İlahi, sən bunu mənim üçün və mənim ümmətim üçün əncam verəndə mənə görə onların mükafatlarını artır. Allah-taala buyurdu: -Dilə məndən! Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, əgər biz xəta etdik və ya yaddan çıxartdıq ona görə bizə əzab vermə. Allah-taala buyurdu: -Sənin kəramətinə görə sənin ümmətinə xətaya və yaddan çıxarmaqlığa görə əzab verməyəcəyəm. Amma qabaqkı ümmətlər onlara deyilmiş şeyləri yaddan çıxaranda əzab qapıları onların üzünə açılırdı. Mən bunu sənin ümmətindən götürdüm. Qabaqkı ümmətlər xəta edəndə o xətaya görə cəzalandırılırdı, amma mən bunu sənin ümmətindən sənin kəramətinə görə götürdüm. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, bunları mənə əta edəndə mənim üçün artır. Allah-taala buyurdu: -Dilə məndən! Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, qabaqkı ümmətlərə yüklədiyin ağır şeyləri bizə yükləmə. Allah-taala buna görə ona cavab verdi: -Qabaqkı ümmətlərin üstündə onlan ağır vəzifələri sənin ümmətinin öhdəsindən götürdüm. Mən onların namazlarını onlar üçün yer üzündə təyin etdiyim müəyyən məscidlərdə qəbul edirdim. Baxmayaraq ki, o məscidlər uzaq olaydı. Amma mən yerin hamısını sənin ümmətin üçün məscid və pak edici qərar verdim. Bütün bunlar o çətinliklər idi ki, qabaqkı ümmətlərə vacib olunmuşdu, amma mən onları sənin ümmətindən götürdüm. Qabaqkı ümmətlərin paltarlarına nəcasət dəyəndə onu kəsib atırdılar. Amma mən suyu sənin ümmətin üçün pak edici qərar verdim. Bu həmin ağır işlərdən idi ki, qabaqkı ümmətlərə vacib etmişdim və mən onu sənin ümmətindən götürdüm. Qabaqkı ümmətlər qurbanlarını Beytul-müqəddəsdə aparırdılar və hər kimin qurbanını qəbul edirdim onun üçün od göndərirdim ki, od o qurbanı yandırardı. Həmin adam Beytul-müqəddəsdən şad halda geri qayıdardı və hər kimdən qəbul etmirdim oradan naümid halda qayıdardı. Amma sənin ümmətinin qurbanını onların fəqirlərinin və miskinlərinin qarınlarında qərar verdim. Hər kimdən onun qurbanını qəbul etsəm onun savabını onun üçün bir neçə dəfələrlə artıracağam. Hər kimin qurbanını qəbul etməsəm ondan dünyadakı əzabı götürəcəyəm. Bu o çətinliklərdəndir ki, qabaqkı ümmətlərə vacib olunmuşdu. Qabaqkı ümmətlərin namazları gecənin qaranlığında və gündüzün ortasında vacib idi. Bu da ən böyük çətinliklərdən idi ki, onlara vacib olunmuşdu. Amma mən bunu sənin ümmətindən götürdüm və onların namazlarını gecənin əvvəlində və axırında, gündüz və onların şadlıq vaxtlarında qərar verdim. Qabaqkı ümmətlərə gündə 50 vaxt namaz qılmağı vacib etmişdim. Bu həmin çətinliklərdən idi ki, onlara vacib etmişdim, amma mən onları sənin ümmətindən götürdüm və yalnız beş vaxt namaz qılmağı onlara vacib etdim ki, 51 rükətdən ibarətdir. Bunlarla da 50 vaxt namazın savabını onlara verdim. Qabaqkı ümmətlərin hər bir ehsanlarına bir savab və hər bir günahlarına görə bir günah yazırdım. Bu həmin çətinliklərdən idi ki, qabaqkı ümmətlərə vacib etmişdim, amma mən onu sənin ümmətindən götürdüm. Onların etdiklər hər bir ehsanın müqabilində 10 savab və hər bir günahın müqabilində bir günah qərar verdim. Qabaqkı ümmətlərdən bir nəfər əgər bir yaxşı işi niyyət etsəydi və sonra əncam verməyəydi o iş onun üçün yazılmazdı. Əgər onu əncam versəydi onun üçün bir ehsan yazılardı. Əgər sənin ümmətində bir nəfər bir yaxşı işi əncam verməyi qəsd etsə və onu əncam verməsə onun üçün bir savab yazılar. Əgər əncam versə onun üçün 10 savab yazılar. Bu həmin çətinliklərdəndir ki, qabaqkı ümmətlərə vacib olmuşdu, amma mən onu sənin ümmətindən götürdüm. Qabaqkı ümmətlərdən əgər bir nəfər bir günahı əncam verməyi niyyət etsəydi, sonra onu əncam verməsəydi onun üçün heç bir günah yazılmazdı və əgər əncam versəydi onun üçün bir günah yazılardı. Əgər sənin ümmətin bir günahı əncam verməyi qəsd etsə və sonra onu əncam verməsə onda onun üçün bir savab yazılar. Bu həmin çətinliklərdəndir ki, onlar vacib olmuşdu və mən onu sənin ümmətindən götürdüm. Qabaqkı ümmətlər günah edəndə onların günahları onların qapılarına yazılardı və mən onların tövbələrini sevdikləri ən yaxşı xörəyi onlara haram etməkdə qərar vermişdim. Amma mən bunu sənin ümmətindən götürdüm. Mən onların günahlarını özümlə onlar arasında məxfi saxladım və o günahların üstündə qalın bir pərdə qərar verdim. Yaxud onların tövbələrini cəzasız qəbul etdim və onlara sevdikləri xörəyi haram etməklə əzab vermədim. Qabaqkı ümmətlərdən hər biri bir günahdan ötürü 100 il, yaxud 80 il, yaxud da 50 il tövbə edirdi. Sonra o adamın tövbəsini dünyada ona cəza verməmiş qəbul etmirdim. Bu həmin çətinliklərdəndir ki, qabaqkı ümmətlərə vacib olmuşdu və mən onu sənin ümmətindən götürdüm. Sənin ümmətindən bir nəfər 20 il, yaxud 30 il yaxud 40 il, yaxud da 100 il günah edəndən sonra tövbə edib bir anlıq peşiman olanda mən onun bütün günahlarını bağışlayacağam. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, bütün bunları mənə əta edəndə onları mənim üçün artır. Allah-taala buyurdu: -Dilə məndən! Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -İlahi, bizim qüdrətimiz çatmayan şeyləri bizə vacib etmə. Allah-taala buyurdu: -Mən bütün bunları sənin üçün və sənin ümmətin üçün əncam verdim. Sənin ümmətindən bütün ümmətlərin böyük bəlalarını rəf etdim və mənim hökmüm budur ki, heç kimi qüdrəti çatmadığı işə vadar etməyim. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Bizim bütün günahlarımızı əfv edib bağışla və bizə rəhm et. Sən bizim sahibimizsən. Allah-taala buyurdu: -Mən bunu sənin ümmətindən tövbə edənlərin barəsində etdim. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Kafirlərə qələbə çalmaqda bizə kömək et. "Bəqərə” suərsi, ayə 286.) Allah-taala buyurdu: -Sənin Ümmətin yer üzündə qara öküzün bədənində olan ağ xal kimidir. Onlar qadir və qalibdirlər. Onlara sənin kəramətinə görə xidmət olunacaq və onlardan xidmət tələb olunmayacaq. Mənə vacibdir ki, sənin dinini bütün dinlərə zahir edim ki, yer üzündə nə şərqdə və nə də qərbdə sənin dinindən başqa heç bir din qalmasın. Yaxud da onlar (yəni sair dinlərdə olanlar) sənin ümmətinə bac versinlər”.  ) Mütəal Allah bir şəxsin itirdiyi ən qiymətli şeyini tapdığı zaman şad olmasından çox mömin bəndənin tövbə etməsinə sevinər. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 472, bölmə, 86, hədis 13. Həzrət İmam Rza əleyhissalamdan, o da babalarında rəvayət edib ki, Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Möminin hörməti Allah-taalanın yanında onun dərgahına yaxın olan mələkin hörməti qədərdir. Bəlkədə mömin Allah-taalanın yanında bundan da əzəmətlidir. Allah-taalanın yanında tövbə edən mömin kişidən və möminə arvaddan sevimli bir məxluq yoxdur”.  )
    Oğul, tövbə işində çox ciddi ol və fürsəti əldən vermə. Tələs! Çünki fürsət əldən çıxsa etdiyin günahların cəzasını çəkməli olacaqsan. Tövbəni təxirə salıb tənbəllik etmə ki, onu gecikdirməyin müsibətləri qarşıdadır və əcəl zamanı ölüm mələyi (Əzrayıl) sənə fürsət verməyəcəkdir. Tövbəni sonraya atan şəxs o kəsə bənzər ki, vaxtında çıxarılmalı bir ağacı günbəgün, ayba-ay hətta ilbəil təxirə salır və tənbəllik göstərir. Halbuki, özü də bilir ağac qaldıqca kökləri artacaq və çıxarılması daha da çətinləşəcəkdir. Ömür keçdikcə bədən zəifləyir, qüvvəsini əldən verir və get-gedə acizlik ona hakim olur. Belə olduqda onu bilə-bilə təxirə salmaq dəlilik və səfehlikdir. Oğul, bil ki, Mütəal Allah bəndənin günahını yazmaqdan qabaq ona yeddi saat ya doqquz saat və ya bir gün vaxt verər (vaxtların müxtəlif olması rəvayətlərlə bağlıdır). ("Üsuli-kafi”, 2-ci cild, səh. 345, hədis 8. Əbu Übeydə Xəzza rəvayət edib ki, İmam Baqir əleyhissalamdan eşitdim həmişə deyərdi: "Allah-taala möminin tövbə etməyinə görə bir nəfərin gecənin zülmətində itirdiyi atını və azuqəsini tapdığına görə sevindiyindən daha artıq sevinir. Allah-taala bəndəsinin tövbəsinə bu adamda daha çox fərəhlənir”.  )
    Bəndə bu vaxtlarda tövbə edərsə Allah onun üçün günah yazmaz. Allah göstərməsin, birdən günah etsən çalış yuxarıda qeyd olunan vaxtlar ötməmiş tövbə et ki, günahın qarşısını almaq onu silib məhv etməkdən daha asandır.(Vəsailüş-şiə”, 2-ci cild, səh. 480, hədis 3. İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər kim bir günah etsə yeddi saat ona möhlət verilər, əgər üç dəfə "Allahdan başqa pərəstişə layiq olamayan, o həmişə diri olan məbudun dərgahına tövbə edirəm” desə onun günahı yazılmayacaq”. Hədis 4. Zurarə İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Əgər bəndə günah etsə həmin gün sübhdən axşama qədər ona möhlət verilər, əgər istiğfar etsə (yəni tövbə etsə) onun günahı yazılmayacaq”. Bax. "Məcməul-bəyan”, 9-cu cild, səh. 144. )
    Oğul, tövbə etmək ömürü uzadar, ruzini çoxaldar, tövbə edənin ruhiyyəsində yaxşı təsir qoyar. Oğul, bir daha deyirəm tövbəni təxirə salma və bu işdə süstlük və tənbəllik etmə. Oğul (Allah sənə təmkin və izzət versin) yaxsulluğa ürəkdən razı olmalı, onun çətinlik və acılığına dözməlisən. Rəvayətdə var ki, Mütəal Allah Həzrət Musaya buyurdu: Əgər gördün "dünya” sənə tərəf üz gətirib tez bu duanı "inna lillahi və inna iləyhi raciun” və əgər gördün "dünya” səndən üz döndəribsə saleh bəndələrin "mərhəba olsun sənə” (yoxsulluq) olan şüarını zikr et. ("Üsuli-kafi”, 2-ci cild, səh. 451, hədis 1. Əbu Əbbas (ləqəbi çox danışandır) İmam Sadiq əleyhissalamdan rəvayət edib: Əmirəl-möminin əleyhissalam buyurub: "Xətanı tərk etmək tövbə etməkdən asandır. Nə çoxdur dünyada bir saatlıq ləzzətlər ki, özlərindən sonra uzun müddət hüzn və qəmi irs qoyurlar. Ölüm dünyanın ifşa edicisidir ki, ağıllı adam üçün heç bir fərəh yeri qoymayıb”.  )
    Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Yoxsulluq Mütəal Allahın xəzinələrindən biridir,("Camius-səadat”, 2-ci cild, səh. 76. "Allah-taala Həzrət Musa əleyhissalamda vəhy göndərdi ki, əgər gördün ki, fəqirlik sənə tərəf üz tutub gəlir de ki, Saleh adamların şüarına (əlamətinə) eşq olsun. Əgər gördün ki, mal-dövlət sənə tərəf üz tutub gəlir onda de ki, Bu bir günahdır ki, onun cəzası sonraya qalıb”. "Üsuli-kafi”, 2-ci cild, səh. 263, hədis 12. Bax: "Biharul-ənvar”, 13-cü cild, səh. 340, hədis 16. "Təfsiru Əli ibn İbrahim Qummi”, səh. 188. "Töhəful-üqul”, səh. 495. "Üsuli-kafi”, 2-ci cild, səh. 263. "Rövzətul-kafi”, səh. 48. "Əmali” (Şeyx Səduq) səh. 396 və "Məaniyul-əxbar” səh. 20. "Üddətud-dai” səh. 85.  .) yoxsulluq Allahdan bir kəramətdir, ("Camius-səadat”, 2-ci cild, səh. 82.) yoxsulluq elə bir şeydir ki, Mütəal Allah onu yalnız mürsəl peyğəmbərə və ya ən əziz mömin bəndəsinə verər, yoxsulluq möminin zinətidir, (-”Camiuş-səadat”, 2-ci cild, səh. 82. "Camiul-əxbar”, səh. 128.  )behişt əhlinin çoxu fəqirlər və miskinlər-dir,("Üsulil-kafi”, 2-ci cild, səh. 265. "Camius-səadət”, 2-ci cild, səh. 81. Həzrət Rəsulullah (s) buyurub: "Mömin üçün fəqirlik atın rüxsarındakı yüyəndən daha zinətlidir”. Bax. "Biharul-ənvar” Əllamə Məclisi 72-ci cild, səh. 28, hədis 24.  )behiştdə ən az olan sinif varlılar və qadın-lardır, bəndənin imanı artdıqca dolanışığındakı çətinliklər də artar.("Biharul-ənvar”, 72-ci cild, səh. 32. )Həzrət Süleyman dünyada verildiyi nemətlərə görə bütün peyğəmbərlərdən sonra behiştə daxil olacaqdır, yoxsulluğa səbr etmək cihaddır və altmış ilin ibadətindən üstündür, yoxsullar varlılardan yarım gün əvvəl behiştə gedərlər ki, orada yarım gün bizim beş yüz ilimizdir, behiştdə qırmızı yaqutdan otaqlar var ("Üsulil-kafi”, 2-ci cild, səh. 261, hədis 4. ) ki, behişt əhli o otaqlara yer əhlinin göydəki ulduzlar seyr etdiyi kimi baxarlar.("Camius-səadat”, 2-ci cild, səh. 72  ) O otaqlara yalnız yoxsul peyğəmbər ya yoxsul şəhid ya da yoxsul möminlər daxil ola bilər, yoxsullar behiştin padşahlarıdırlar, (Camiul-əxbar”, səh. 128-130, "Biharul-ənvar”, 72-ci cild, səh. 47-48, hədis 58. "Camius-səadat”, 2-ci cild, səh. 82.  ) hamı behişti istəyir, behişt isə yoxsulları, ("Camius-səadat”, 2-ci cild, səh. 82-83.  ) yoxsullar hesab-kitabsız behiştə daxil olarlar, (Camius-səadat”, 2-ci cild, səh. 82.  )yoxsullar varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar və oranın bir ili bizim min ilimizdir və başqa rəvayətə görə onlardan qırx milyon il əvvəl daxil olarlar, ("Camius-səadat”, 2-ci cild, səh. 85 "Ət-tovhid”, səh. 275. "Biharul-ənvar”, 7-ci cild, səh. 50, hədis 9.  )hər kim yoxsullara yaxşılıq və ya kömək etmişsə, hətta bir içim su ilə də olsa yoxsullar o dünyada ona şəfaət edərlər, ("Camius-səadat”, 2-ci cild, səh. 84) yoxsulun verdiyi bir dirhəm sədəqə varlının verdiyi yüz min dirhəm sədəqədən üstündür, ("Camius-səadat”, 2-ci cild, səh. 83.  )dünyada möhtac olan bəndədən qiyamət günü Mütəal Allah qardaşın qardaşdan üzr istəməsi kimi üzr istəyər. Halbuki, Allah nə ona yaxın mələkdən və nə mürsəl peyğəmbərdən üzr istəyibdir. Bu barədə soruşdular ki, necə üzr istəyər? Həzrət buyurdu: Nida olunar ki, möminlərin yoxsulları haradadır? Onların arasından bir hissəsi ayağa durarlar. Mütəal Allah onlara deyər: and olsun izzət və cəlalıma, uca məqamıma və nemətlərimə dünyada sizin istədiklərinizi verməməyimin səbəbi sizlərə etinasızlıqdan deyildir. Mən onları bu günə xatir sizin üçün saxlamışam. Allahın sizin istəklərinizi bu gün üçün saxlamışam - deməsi üzr istəmək deyilmi? Sonra Mütəal Allah buyurar: Bəndələrimdən hər kim sizə hətta bir içim su minnət etmişsə məndən ona behişti mükafat verin. ("Camius-səadat”, 2-ci cild, səh. 92.  ) Və bunun kimi hədislər bu mövzuda yazılan kitablarda müfəssəl zikr edilibdir. Oğul, şəriət bəyəndiyi yoxsulluğun şərtləri var: Yoxsul özünü elə iffətli və həyalı aparmalıdır ki, başqaları onu yoxsul bilməsinlər, ("Camius-səadat”, 2-ci cild, səh. 83. Bax. "Biharul-ənvar”, 7-ci cild, səh. 182, hədis 26 və 72-ci cild, səh. 50 hədis 66.  ) rəftarı xalq içində sadə və gözəl olub, ehtiyaclarını zəruri olmadan heç kimə bildirməməli ("Bəqərə” surəsi, ayə 273. "Sədəqə yer üzündə ticarət və kəsb etməkdən aciz olan fəqirlərə məxsusdur. Onların iffətli olmalarından cahillər elə bilirlər ki, onlar möhtac deyillər. Ey Peyğəmbər, sən onları simalarından tanıyarsan ki, onların rəngləri qaçıb belləri əyilib. Onlar camaata təkidlə əl açmazlar. Allah-taala sizin verdiyiniz bütün xeyratlardan agahdır”.  ) və əgər bu vəziyyət onu təngə gətirərsə yaxın dostun ya mömin bir qardaşın bu işdə köməyi dəyəcəyini hiss edib ona aça bilər. Amma bunu gizli saxlamağın daha yaxşıdır. Əgər o, öz yoxsulluğunu xalqa aşkar etməyib, gizlədərsə hökmən Mütəal Allah onun ruzisini verəcəkdir. Lakin başqalarına aşkar edib, şikayətlənərsə onu təhqir edib, daha saymazlar. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 54, bölmə 33. hədis 5. Hüseyn ibn Əbi Əla İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Allah-taala rəhmət etsin o bəndəyə ki, özünü pis işlərdən saxlayıb camaata əl açmasın. Çünki başqalarına əl açmaq dünyada zəlil olmağa səbəb olar və camaat da ona heç bir kömək edə bilməz”. (Yəni zəlillkdə ona nicat verə bilməzlər.) Sonra İmam Sadiq əleyhissalam Hatəmin şerindən bir misranı misal vurdu: Hədis 2, səh. 310. İmam Baqir əleyhissalam buyurub: "Camaatdan hacəti istəmək izzəti məhv edib həyanı aparmaqdır. Camaatın əlində olan şeydən ümüdü üzmək mömin adamın izzətli olmasına səbəbdir, amma ona göz dikmək yoxsul olmaqdır”. )
    Bu barədə Loğman oğluna belə demişdir: oğul, mən səbrin nə olduğunu daddım (acılığını), ağacların qabığını yedim amma, yoxsulluqdan acı bir şey görmədim. Oğul, bir gün yoxsulluğa düçar olsan onu başqalarına bildirmə çünki səni istehza edib kömək etməzlər. Səni o bəlaya düçar edənin sorağına get ki, sənin müşkülünü həll etmək ona çox asandır. Ondan istəyənlərin hansı birinə o əta etməyib, ona bel bağlayanların hansı birinə nicat verməyib.("Üsulul-kafi”, 2-ci cild, səh. 148, hədis 3. Zuhəri Həzrət İmam Əli İbn Hüseyn (ə)-dan rəvayət edib ki, İmam (ə) buyurub: "Mən xeyrin hamısını camaatın əlində olan şeylərə göz dikməməkdə cəm olduğunu gördüm. Hər kim camaatdan heç nə ummasa və öz işlərini Allah-taalanın öhdəsinə qoysa Allah-taala onun bütün istəklərini yerinə yetirəcək”.  ) Mütəal Allahın verdiyi ruzini qənaətlə sərf etməli, onun faydalarına qabaqda işarə etdik. Allahın ona müqəddər etdiyinə səbr etməli və razı olmalı, buna da əvvəldə işarə edildi. İmam Sadiq əleyhissalamdan rəvayətdir ki, Cəbrayıl əleyhissalam yerə enib Peyğəmbərə dedi: Ey Rəsulullah, Mütəal Allah sənin üçün bundan qabaq heç kimə verilməmiş bir hədiyyə göndərib. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? dedi: səbr və səbrdən də gözəl. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? Dedi: qənaət və ondan da gözəl. Peyğəmbər buyurdu: O nədir? dedi: Allahdan razı olmaq ta ki, ... Razı olan şəxs istər dünya nemətlərindən əlinə bir şey çata, istər çatmaya heç vaxt sahibinə (Allah) etiraz etməz və gördüyü az əməllərilə də heç vaxt razılaşmaz. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 54, bölmə 35, hədis 3.  )
    Oğul, qəza-qədərə razı olmaq çox əzəmətli bir məqamdır. Onu ələ gətirmək üçün çalışmaq lazımdır. Eyni halda razılığın əksi olan narazılıq və etiraz ən pis xüsusiyyətlərdən sayılır. Bu barədə Mütəal Allah "hədisi-qüdsi”də buyurur: Bəlalarıma səbr və qəza-qədərimə razı olmayan kəs özünə məndən başqa bir Allah tapsın və yer və göylərimdən xaric olsun. Hədisdə var ki, ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 444, bölmə 4, hədis 21. (Hədisin geniş təfsilatına müraciət et.)  )Allahın verdiyi ruziyə razı olan kəs əlindən gedən şeylərə narahat olmaz və amma Allahın verdiyi ruzilə razılaşmayan və şikayətlənib səbr etməyən kəsə heç bir savab yazılmaz və qiyamət günü də Allah onu qəzəbli halda qarşılayar. Oğul, onun sənin barəndə yazdığı bütün hökmləri sidq ürəklə qarşılamaq üçün əlindən gələn səyi göstər və heç vaxt narahat halda bir kimsəyə şikayətlənmə. İnsan gərək bütün hallarda rahatçılıq və çətinlikdə, pullu və yoxsul olarkən də Allaha şükr etsin. Mütəal Allah Quranda səbr ilə şükürün bir yerdə rəayət olamalarını qeyd etmişdir və şükr edənlərə öz fəzl və minnətini küfr edənlərə isə şiddətli əzablara düçar olacağını vəd etmişdir.
    "Bununla da öz qüdrətini bəzi dəlillərlə sizə göstərsin. Çünki bütün bunlarda bəlalara səbr edib, nemətlərin müqabilində şükr edən adamlar üçün nişanələr vardır”. ("Minhacun-nəcat”, (Feyz Kaşani) səh. 40. Allah-taala buyurub: "Hər kim mənim hökumümə razı olmasa, göndərdiyim bəlaya səbr etməsə və verdiyim nemətlərə görə şükr etməsə mənim torpağımdan və asimanımın altından çıxıb özünə məndən başqa bir pərvərdigar tapsın”. "Biharul-ənvar”, 5-ci cild, səh. 95, hədis 18. 67-ci cild, səh. 236, hədis 54 və 82-ci cild, səh. 132, hədis 16.  )
    "Ey Peyğəmbər! Sən onlara keçmiş ümmətlərə ariz olmuş müsibətləri və bəlaları xatırlat. Çünki bu xatırlatmada bəlalara səbr edib nemətlərin müqabilində şükr edən hər kəs üçün möhkəm nişanələr və ibrətlər vardır”. ("Loğman” surəsi, ayə 31. )
    Yoxsulluğun faydalarını biləndən sonra ona tərəf meyli artmalı və bu işə ürəkdən sevinməlidir. Oğul, o vaxt ən varlı olan Qarunu Allah yerin altına çəkdi, ən yoxsul bir insan olan İsa peyğəmbəri isə göylərə qaldırdı. Qarşıya gələn hadisələrə görə Mütəal Allaha etiraz etməməlidir. Haram və şübhəli (haram ya halal olması bəlli olmayan) şeylərdən çəkinməlidir. Mütəal Allahın buyuruqlarını yerinə yetirməli, qadağan etdiklərinə yaxın düşməməli, yoxsulluğa görə gördüyü ibadətlərini azaltmasın və öz imkanına uyğun sədəqə verməkdən də çəkinməsin. Varlılarla çox da qarışıb qaynamamalı, onlara var-dövlətinə görə təvazö etməməlidir. Hədislərdə deyilmişdir ki, hər kim varlının evinə daxil olduqdan sonra varına xatir ona təvazö edərsə dinin üçdən biri, başqa bir rəvayətə görə dininin yarısı, başqa bir hədisə görə isə dininin üçdən ikisi gedər.
    "Möminlərin müqabilində təvazökar ol”. Hər kəs varlının qarşısında özünü ("İbrahim” surəsi, ayə 5. ) alçaldarsa cənnətdə ona nəsib olacağı məqamları itirər. Hər kim varlıya varına xatir ehtiram edərsə, asimanlarda onu Allahın və peyğəmbərlərin düşməni adlandırarlar. Onun nə bir duası qəbul olar və nə istədiyini verərlər. Bu barədə başqa kitablarda müfəssəl yazılmışdır. Oğul, fəqirlik və miskinlik gətirən, qəm-qüssəni çoxaldan, adamın yaddaşını və ömrünü azaldan şeylərdən çəkinib, uzaq olmalı, ruzini çoxaldan, rahatlıq gətirən, ömürü uzadan və hafizəni gücləndirən şeylərə ciddiyyətlə əməl etməlisən. Bu barədə sənə yazmağı vəd etdiyim "Ədəb” kitabının sonunda inşaallah lazımı məlumatı qeyd edəcəyəm. (Qummi İmam Sadiq əleyhissalamdan rəvayət edib: " "Kafirlərə verdiyimiz şeylərə heç bir rəğbət göstərmə və onların iman gətirmədiklərinə görə kədərlənmə, amma möminlərin müqabilində təvazökar ol”, bu ayə nazil olanda ( "Safi təfsiri”, "Hicr surəsi”, ayə 88. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Hər kim Allah-taalanın əzasına görə kədərlənməsə onun nəfsi bu dünyadan həsrətlə kəsiləcək. Hər kim gözünü başqasının əlinə diksə dərdi çoxalacaq və qəzəbi soyumayacaq. Hər kim Allah-taalanın onun boynunda neməti olduğunu dərk etməsə, yalnız Allah-taalanın nemətini yeməkdə və paltarda görsə həqiqətdə o adam öz əməlini hiss və əzabı özünə yaxınlaşdırıb. Hər kim dünyasından narazı olub qəmlənsə həqiqətdə Allaha qarşı qəzəblənib. Hər kim ona yetişən müsibətdən şikayətlənsə həqiqətdə Allahından şikayətlənib. Bu ümmətin Quran oxuyanından hər kim cəhənnəmə daxil olsa həqiqətdə o adam Allah-taalanın ayələrini məsxərə edənlərdəndir. Hər kim varlı adama onun əlində olan mala görə təzim etsə onun dininin üçdən bir hissəsi məhv olacaq”.  )
    Oğul, (Allah sənə imanı nəsib və münafiqlərin şərrindən hifz etsin) möminlərin, boynundakı qardaşlıq haqqını ödəməlisən ki, möminin mömin üzərinə düşən haqqı ödəməmiş və ya halallıq almamış onun üzərindən götürülməz və mömin o haqqı ödəməzsə qiyamət günü mütləq ondan tələb olunacaq və onun cəzasını çəkəcəkdir. Möminlərin hüquqlarını sənin üçün vəd etdiyim həmin kitabın bəzi fəsillərində inşaallah yazacağam. (Həmin qiymətli kitab adı "Saleh əməlləri dərk etmək istəyən üçün kamal aynası”dır. Həmin kitabın üçüncü qismətinə müraciət et. )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1081 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024