İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    8:36 PM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    TƏHSİLDƏ QƏSDİ-QÜRBƏT
    Oğul, (Allah sənə hər iki dünyanın xeyrini nəsib eləsin) təhsil alarkən Allaha qəsdi-qürbət edib niyyətində pak, qəlbini dünyanın çirkin fikirlərindən uzaq, özünü elmlərə yiyələnməyə hazır, nəfsi rəzil sifətlərdən təmizləməli və onu fəzilətli sifətlərlə bəzəməli, şəhvət və qəzəb qüvvələrini cilovlamalısan. Əhli-beytdən bizə çatan hədislərdə bu barədə çoxlu məlumatlar var. Həfs ibn Qiyas nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: "Hər kəs elmi Allaha görə öyrənib ona əməl edərsə onun adı asimanlarda əzə-mətlə yad edilər: bu bəndə Allaha görə öyrənmiş, Allah xatirinə əməl etmiş və Allaha xatir öyrətmişdir”. ("Vəsaili-şiə”, 2-ci cild, səh. 530, hədis 3. )
    İbad ibn Suheyb Bəsrinin etdiyi rəvayətdə Həzrət belə buyurur: "Elmi öyrənənlər üç qismə bölünür, hər birini öz xüsusiyyətləri ilə tanı” birinci dəstə onu boşboğazlıq və yersiz mübahisə üçün, ikinci dəstə onu fırıldaq və hiylə üçün və üçüncü dəstə isə ona yiyələnmək və düşünüb dərk etmək üçün öyrənərlər. Birinci dəstə əziyyət və münaqişə edər, ləyaqətsiz adamların arasında söz açıb elm və helmdən danışar, zahirdə cilddən-cildə düşər amma onda təqvadan əsər-əlamət olmaz. Allah taala belələrinin burunlarını ovub zəlil edər. İkinci dəstə hiyləgər, lovğa və münafiqdir. Özü kimilərini aldadar, varlıların yanında təvazökarlıq göstərər, onların ən yaxşı varından yeyib dini əqidələrini zay edər. Allah həqiqi elmi onlardan alıb alimlərin sırasından kənara atar. Üçüncü dəstə isə həmişə əzab-əziyyət və zəhmətdədirlər, qaranlıq gecələrdə yerindən qalxıb, öz əbasına bükülüb Allahı çağırar, qiyamətin əzablarından lərzəyə gəlib zar-zar ağlayar və Allaha pənah aparar. Öz zamanında hamıdan ağıllı, həyatında çox ehtiyatlı olub heç kimə etibar eləməz. Allah onların özlərini və əqidələrini möhkəm və sarsılmaz edib, qiyamət günü də nicat verər”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 35, hədis 6.  )
    Suleym ibn Qeysin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: "İki nəfər var ki, heç vaxt doymaz” dünyapərəstlə elm aşiqi. Hər kəs dünyadan ona nəsib olan halal malla razılaşarsa nicat tapar və hər kəs haram yollarla mal ələ gətirərsə həlakətə uğrayar. Lakin tövbə edib düz yola qayıdırsa həlakətdən qurtular. Hər kəs elmi öz əhlindən öyrənib ona düz əməl edərsə nicat tapacaqdır və əgər onu dünyası xatirinə öyrənərsə nəsib olduğu şey yalnız dünya olacaqdır”. (Üsuli-kafi”, 1-ci cild, səh. 49, hədis 5.  )
    Əbu Xədicənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi hədisdə Həzrət belə buyurur: "Hər kim hədisləri-mizi (dini elmləri) dünyəvi mənfəətlər xatirinə öyrənərsə axirətdə ona bir şey nəsib olmaz və hər kim onu axirətdə xeyrini görmək məqsədilə öyrənərsə Mütəal Allah ona hər iki dünyanın xeyrini əta edər”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 46, hədis 1. )
    Həfs ibn Qiyas İmam Sadiq əleyhissalamdan belə nəql edir: "Əgər görsəniz ki, bir alim daha çox sizin malınıza meyl göstərir, dininizi xətərdən qorumaq üçün ona etibar etməyin”. "Allah taala Davud peyğəmbərə vəhy edib dedi: Heç vaxt özünlə mənim aramda dünyaya məftun olmuş alimi vasitə qərar vermə ki, mənə olan məhəbbətindən səni ayırar. Belələri həmişə mənim müridlərimin yolunu kəsərlər. Onlara verəcəyim ən sadə cəzam budur ki, qəlblərindən münacatımın ləzzətini çıxararam”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 46, hədis 2.  )
    Səkuni nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: "Peyğəmbər buyurur din alimləri nə qədər ki, dünyaya qoşulmayıblar peyğəmbərin əmanətdarlarıdır. Ondan dünyaya qoşulmağın mənasını soruşduqda Həzrət bunu onların "sultan”a tabe və saray əhlinə çevrilmə-ləri kimi məna etdi. Hər vaxt bu işi görsələr dininizi onların xətərindən gözləyin”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 46, hədis 4.  )
    Ribi ibn Abdullahın nəql etdiyi hədisdə İmam Baqir əleyhissalam belə buyurur: "Hər kəs elmi alimlərin sırasına girib özünü öyüb, fəxr etmək ya səfeh və nadanlara özünü göstərmək yaxud camaatı özünə tərəf cəlb etmək məqsədilə öyrənərsə indidən öz yerini atəş üçün hazırlasın. Çünki rəyasət və məqam öz əhlindən başqasına layiq deyildir”. ("Üsili-kafi”, 1-ci cild, səh. 46, hədis 5.  )
    Oğul, məbadə elm öyrənəndən (dini hökmləri) və həqiqət sənə tam aydın olandan sonra günah edəsən. Çünki alimə həqiqət aşkar olduqdan sonra üzərinə düşən yük çox ağır və çətindir. Allah taala Qurani-Kərimdə buyurur: "Allahın yanında yalnız cəhalət və nadanlıq üzündən məsiyət edənlərin tövbəsi qəbul olacaqdır” ("Üsuli-kafi”, 1-ci cild, səh. 47. )
    Sadiq əleyhissalam Həfs ibn Qiyasa buyurur: "Ey Həfs, alimin bir günahı bağışlananca cahilin yetmiş günahından keçəcəklər”.("Nisa” surəsi, ayə 17.)
    Oğul, elm (dini) öyrənməyə başladıqda gərək özünə əməli saleh, dindar və təqvalı bir müəllim və ustad seçəsən ki, bundan qeyrisinin yolu azdırmamaq və zəlalətə salmamağına əmin olmaq olmaz. Burada İmam Sadiq əleyhissalamın bu ayə - "İnsan gərək yediyi təamına diqqət yetirsin” - haqqda verdiyi təfsiri bizim üçün gözəl dəlildir. Həzrət ayədə gələn təam kəlməsinin elmə işarə olunduğunu bəyan etmişdir. ("Üsuli-kafi”, 1-ci cild, səh. 47, hədis 1.  )
    Oğul (Allah səni xeyir işlərdə müvəffəq və pis əməllərdən qorusun) rəhmətlik Şəhid Saninin təlim-tərbiyənin yolları barədə yazdığı "Munyətil-murid” kitabına mütləq müraciət etməli və onun faydalı məsləhətlərindən istifadə etməlisən. Çünki düzgün yolla yerinə yetirilməyən əməl heç vaxt şəriət tərəfindən bəyənilmir. O kitabda gələn ən mühüm göstərişlərdən biri, əməli saleh olan alimlərin, məxsusən ondan dərs aldığın ustadın ehtiramı haqdadır. Şəriətə görə insana üç nəfər ata hesab olunur, onlardan biri də ona dərs vermiş ustadıdır. ("Üsuli-kafi”, 1-ci cild, səh. 50, hədis 8. )
    Sabit ibn Dinar Sümali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn əleyhissalam buyurmuşdur: "Ondan elm öyrəndiyin ustadın sənin üzərinə düşən haqqı belədir” onun və məclisinin ehtiramını saxlamalı, ona qulaq asıb, sözlərini maraqla dinləməli, səsin onun səsindən uca olmamalı, ondan bir sual soruşularkən cavab verməyib səbr etməli, dərs vaxtı məclisində başqası ilə danışmamalı, onun yanında qeybətə yol verməməli, birdən sənin yanında onu pisləyib təhqir etsələr onu müdafiə etməli, eyblərini örtüb, fəzilətlərini deməli, onun düşmənləri ilə oturub- durmamalı və dostları ilə də düşmənçilik etməməlisən. Əgər bu deyilənləri edərsənsə Allahın mələkləri şəhadət verərlər ki, məqsədində düzsən və elmi də Allaha xatir öyrənmisən”. ("Məvaizil-ədədiyyə”, səh. 81. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Üç nəfər insana ata hesab olunur” biri doğma atası, o biri qaynatası, üçüncüsü isə ustadıdır”.  )
    Amma səndən elm öyrənənlərin sənin üzərində olan haqqı belədir: bilməlisən ki, Mütəal Allah verdiyi elm və qiymətli xəzinəsi ilə səni onların dini işlərində məsul təyin edibdir. Əgər sən onları heç bir çətinliyə salmadan gözəl təlim-tərbiyə versən, Allah da öz fəzilini çoxaldar və əgər sən elmi onlara öyrətməyib, yaxud elmi öyrənməkdə çətinlik törədərsənsə Allah elmi sənin əlindən alar, qəlbindən elmin mənəvi gözəlliyini silər və onların ürəklərindən sənə qarşı olan məhəb-bəti yox edər.("Risalətul-hüquq”, səh. 26.  )
    Süleyman ibn Cəfəri rəvayət edir ki, İmam Sadiq əleyhissalam Həzrət Əli əleyhissalamdan belə nəql edir: "Alimin haqqı budur ki, ona həddən artıq suallar verməməli, ətəyindən çəkməməli, yanına daxil olarkən, kənarında bir dəstə adam əyləşmişsə hamısına salam verib, onunla xüsusi salamlaşmalı, arxasında yox, qarşısında əyləşməli, məclisində ona-buna göz ucu ya əllə işarə etməməli, sözlərinə müxalif olan başqalarının fikirlərini yersiz ortalığa atmamalı, onu uzun söhbətlərindən narahat olmamalısan. Alim xurma ağacına bənzər ki, meyvəsi yetişənə qədər gözləməlisən ta ondan bir şey sənin əlinə yetişsin”. ("Biharul-ənvar”, 64-cü cild, səh. 5.  )
    Oğul, (Allah səni əməli saleh alimlərdən eləsin) mütləq öz bildiklərinə əməl etməlisən, çünki elm o vaxt qiymət tapır ki, sonradan ona əməl olunsun. Elə bu cəhətdəndir ki, əməlsiz alimi barsız ağaca bənzədiblər. Bunu da yaxşı bil ki, insanın öz bildiklərinə əməl etməməsi sonradan öz başına çox böyük bəla açar. Bunu deyən çox gözəl demişdir: "Bütün bəndələr (Allahın hökmlərinə) əməl etməyə borcludular, lakin alimin haqqında bu təklif qətidir”. Mütəal Allahın Peyğəmbərin öz xanımları barəsində buyurduğu hökmü burada bir dəlil kimi misal göstərmək olar. O ayədə buyurur, "əgər onlar günaha mürtəkib olsalar əzabları iki bərabər və əgər itaətkar olub yollarını azmasalar başqa qadınlara nisbətdə savabları da iki bərabər olacaqdır”. ("Üsuli-kafi”, 1-ci cild, hədis 1.  )
    Süleyman ibn Qeys Hilalinin verdiyi mənbədə Həzrət Əmirəl-möminin Əli əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edir: "Alimlər iki dəstəyə bölünürlər, bir dəstəsi öz elmlərinə əməl edib, nicat tapacaqlar, o biri dəstə isə bildiklərinə əməl etmədikləri üçün həlakətə uğrayacaqlar. Belə alimlərin murdar iyindən hətta cəhənnəm əhli də əziyyət çəkəcəklər. Cəhənnəm əhlindən ən çox peşman olub, həsrət çəkəni, o kəsdir ki, başqaları onun sözünə qulaq asıb behiştə daxil olacaq, özü isə öz elminin əksinə əməl edib, ehtiraslarına tabe və mənasız uzun arzularla ömrünü keçirdiyinə görə cəhənnəmə düşəcəkdir. Ehtiras-lara tabe olmaq adamı haqq yoldan uzaqlaşdırar, uzun arzular isə axirəti yaddan çıxarar”. (Əhzab” surəsi, ayə 30-31. )
    İsmayıl ibn Cabir nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: "Elm ilə əməl bir-birinə bağlıdır, hər kim bilsə əməl edər, hər kim əməl etsə bilər. Elm həmişə əməli səsliyər, əgər cavab versə (yəni insan öz elminə əməl etsə) elmə sahib olacaq. Əgər belə olmazsa, elm heç vaxt qəlblərdə yer salmaz”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 44, hədis 1. )
    Abdullah ibn Qasim Cəfərinin verdiyi mənbədə İmam Sadiq əleyhissalam belə buyurur: "Alim əgər öz elminə əməl etməzsə, yağış damcılarının saf daşın üzərində qalmayıb süzüldüyü kimi, onun da məsləhətləri ürəklərdə yer salmayıb süzülüb gedər”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 44, hədis 2.  )
    Əli ibn Hamim ibn Bureyd nəql edir ki, bir dəfə bir kişi İmam Səccadın əleyhissalam hüzuruna gəlib ondan müxtəlif şeylərin barəsində suallar soruşdu. İmam da onların hamısına bir-bir cavab verdi. O yenidən bu cür suallar verməyə başladıqda, İmam Səccad əleyhissalam dedi ki, bunda "İncil”də vardır. İkincisi, bildiklərinizə əməl etməyincə heç vaxt bilmədiyiniz şeylərdən soruşmayın. Əgər elmə əməl olunmazsa sahibinin fikirlərində küfrdən başqa bir şey oyatmaz və onu Allahdan da uzaqlaşdırar. ("Üsuli-kafi”, 1-ci cild, səh. 44, hədis 3. )
    Nəql olunan rəvayətlərə görə, Həzrət Əli əleyhis-salam xütbələrinin birində belə deyirmiş: "Camaat, hər vaxt bir şeyi bilsəniz, ona əməl edin ki, ola bilsin hidayət tapasınız. Öz elminə əməl etməyən alim (dini hökmləri bilən şəxs) cəhalətdə qərq olmuş nadana bənzəyir. Onun üzərinə düşən hökm çox ağır və həsrəti də nadanınkından çox çəkəcəkdir, hər ikisinin axirət xurcunu boş olacaq və çox his çaşqın vəziyyətə düşəcəklər. Əsla bir şeyə şübhə ilə yanaşmayın ki, şəkkə düşərsiniz, şəkk etsəniz küfr edərsiniz, özünüzü boş buraxmayın ki, etinasız olarsız, haqqı yüngül tutmayın ki, ziyan görərsiniz. Haqq və həqiqətin şərti budur ki, onun barəsində diqqətlə düşünəsiniz və düşünüb dərk etməyin şərti budur ki, bildiklərinizə qürurlanmaya-sınız. Hər kim məsləhətə qulaq asıb öz qədrini bilərsə, Allahın ən itaətkar bəndəsi və hər kim nəticə çıxarmayıb özünü aldadarsa, onun ən günahkar bəndəsidir. Allaha itaətkar olan şəxsi aman və bəşarət, günahkar bəndəni isə, ziyan və peşmançılıq gözləyir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 44, hədis 4.  )
    Abdullah ibn Məymun Əlqəddahın verdiyi mənbədə İmam Sadiq əleyhissalam öz babalarından belə nəql edir: "Bir kişi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib ona belə dedi: -Ey Allahın rəsulu, elm nədir? Peyğəmbər buyurdu: -Sükut. -Daha nə? -Dinləmək. -Daha nə? -Yadda saxlamaq. -Daha nə? -Ona əməl etmək. -”Daha nə, ey Allahın rəsulu?”-dedikdə Peyğəmbər belə buyurdu: -Onu yaymaq və bilməyənlərə çatdırmaq.("Üsuli-kafi”, 1-ci cild, səh. 45, hədis 6.)
    Ey oğul, sənə vacibdir ki, elmi onun əhlinə öyrədəsən. Çünki məsum imamlardan bu haqda belə varid olub: "Elmin zəkatı budur ki, onu Allah taalanın bəndələrinə təlim verəsən.” (Üsuli-kafi”, 1-ci cild, səh. 48, hədis 4. )
    "Həqiqətən Allah taala cahillərə elm öyrənməyi vacib etməzdən qabaq, üləmadan elmi cahillərə öyrətmək haqqında əhd-peyman alıb”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 41, hədis 3. )
    Bəli, başqa bir rəvayətdə gəlib ki, Həzrət İsa əleyhissalam Bəni İsrailə söylədiyi xütbəsində buyurub: "Hikməti cahillərə öyrətməyin ki, bununla ona (hikmətə) zülm edərsiniz və hikmət əhlini ondan məhrum etməyin ki, bu işinizlə onlara zülm etmiş olarsınız”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 41, hədis 1. )
    Ey oğul, (Allah taala sənin ömrünü uzun etsin, səni istədiyi və bəyəndiyi şeylərə nail olmaqda müvəffəq etsin) gərək öz ömrünü sair elmlərin təhsili üçün lazım olan miqdarda sərf edəsən, amma ömrünün qalan hissəsini isə "Fiqh” (din) elminin təhsilinə sərf etməlisən. Çünki elmin qiymətli olmasına səbəb ona əməl etməkdədir. Əməlində möhtac olduğun şey yalnız fiqh elmidir. Fiqh elminin vasitəsilədir ki, Allah taalanın əmrləri müəyyən olur və əncam verilir, qadağan etdiyi şeylər məlum olur və onlardan pərhiz olunur. Çünki fiqh elminin mövzusu (onlar Allah taalanın hökmlərindən ibarətdirlər) ən şərafətli mövzular-dandır. Bundan əlavə fiqh elmi camaatın məişət işlərini, dini əsaslara uyğun olaraq tənzim edir. Bu elmin vasitəsi ilə insan kamala yetişər. "Məalimul-üsul” kitabının müəllifi fiqh elminin əhəmiyyətini sübuta yetirmək üçün dəlil gətirdikdə çox gözəl deyib: "Bizim (müsəlmanların) əqidəmizə görə haqq budur ki, həqiqətən Allah taala əşyaları müəyyən bir qərəz və məsləhət üzrə xəlq edib. Şübhəsiz, yer üzündə insan bütün cisimlərdən şərafətlidir. Beləliklə onu (insanı) yaratmaqda mütləq bir məsləhət vardır. Mümkün deyildir ki, bu qərəzdə insana zərər yetirmək məqsədi güdülsün. Çünki bu iş yalnız "cahil” və "möhtac" olan bir şəxs tərəfindən baş verə bilər və Allah taala bu cür naqislikdən uzaqdır. Bəs məlum olur ki, bu qərəz insaniyyətə fayda verməkdən ibarətdir. Bu faydanın Allah taalaya qayıtması caiz və mümkün deyildir. Çünki Allah ona möhtac deyil və O, hər cəhətdən kamildir. Belə olan surətdə labüddür ki, bu fayda və mənfəət bəndəyə şamil olsun. Dünyəvi mənfəətlər həqiqətdə mənfəət olmadığı üçün təkcə çətinlikləri dəf etməyə görədir və onlara heç vaxt mənfəət adı vermək olmaz, bəzi şəraitlər müstəsnadır. Heç ağla sığmır ki, bu cür şərafətli məxluqu (insanı) icad etməkdə qərəz, dünyəvi nemətlər olsun. Məxsusən bu nemətlər müvəqqətidir və eyni zamanda çətinlik və bəlalarla qarışıqdır. Belə olan halda məqsəd başqa bir şey olmalıdır ki, o da axirətdə veriləcək mənfəətlərdir. Həqiqətdə bunlar nemətlərin ən böyüyü və bəxşişlərin ən qiymətlisidir. Belə olan halda heç vaxt bir kəsə əvəzsiz verilməyəcək və bəndənin ona ləyaqəti nəticəsində hasil olacaqdır. Ləyaqət isə bu dünyada əməlin vasitəsi ilə ələ gəlir və əməl də qabaqcadan onun keyfiyyətinə (xüsusiyyətlərinə) vaqif olmaqla (bu isə fiqh elminin vəzifəsidir) hasil olur. Bu böyük mənfəəti ələ gətirmək üçün fiqh elminə doğrudan da ehtiyac duyulur”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 42, hədis 4.) O, Əban ibn Təğlibin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayəti gətirmişdir: "Çox istərdim əshabımın başları üzərin-də qamçı ilə dayanıb onları fiqh elmində çalışmaq üçün məcbur etsinlər”. ("Məalimul-üsul”, səh. 20 və 21.  )
    Əli ibn Həmzənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: "Çalışın dinin hökmlərində fəqih olasınız. Həqiqətən sizlərdən dinində fəqih olmayan hər kəs bədəvi ərəb kimidir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 31, hədis 8.  ) Allah taala Qurani Kərimdə buyurur: "Gərək onlar dində fəqih və müctəhid olsunlar. Onlar təhsil alıb el-obalarına qayıdanda öz tayfalarını Allah taalanın hökmlərini bəyan etməklə onları Allah taalanın qəzəbindən qorxutsunlar. Bununla da onlar qorxub Allah taalaya itaət edəcəklər”. (Üsuli-kafi”, 1-ci cild, səh. 31, hədis 6.  )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1140 | Added by: Islam_Kitabxanasi | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024