İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    8:35 PM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    Ardı...Müfəzzəl ibn Ömərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: "Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmasa Allah taala qiyamət günü ona etina etməyəcək və onun heç bir əməlini islah etməyəcəkdir”. ("Tövbə” surəsi, ayə 122.  )
    Müfəzzəl ibn Ömər Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir: "Allah taalanın dinində ictihad edib fəqih olun və bədəvi ərəblər kimi olmayın. Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmazsa Allah taala qiyamət günü ona nəzər salmaz və onun heç bir əməlini islah etməz”.
    İbrahim ibn Əbdulhəmidin İmam Kazim əleyhis-salamdan nəql etdiyi rəvayətdə deyilir: "Bir dəfə Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) məscidə daxil olanda gördü ki, camaat bir nəfəri dövrəyə alıblar. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Nə olub belə? Dedilər:-Bu əllamədir (bilicidir). Həzrət buyurdu: -Əllamə nədir? Ərz etdilər:-Bu adam ərəblərin nəsəbləri, onların əhvalatları, cahiliyyət dövrü və ərəb şerlərinə hamıdan çox agahdır. Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Bu bir elmdir ki, onu bilməyənə heç bir zərər yetirməz və onu bilənə də heç bir fayda verməz. Sonra Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Həqiqi elm üç şeydən ibarətdir: Düzgün əqidə, əxlaq və sabit sünnətdən. Bu üç şeydən sonra bilməli nə varsa yalnız fəzilətdir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 31, hədis 7.  )
    İmam Baqir əleyhissalamdan nəql olunub ki, o Həzrət belə buyurub: "Kamal-dində fəqih olmaq, müsibət-lərə səbr etmək və həyatda iqtisad və qənaətlə dolanmaqdan ibarətdir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 32, hədis 1.  )
    Həmmadın İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: "Hər vaxt Allah taala öz bəndəsinə bir xeyir vermək istəsə onu dinində fəqih edər”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 32, hədis 4.  )
    Həzrət İmam Sadiq əleyhissalamdan belə rəvayət olunub: "Alimlər ümmətin əmin adamları, təqvalı adam-lar fəth olunmaz qalaları və vəsilər isə rəhbərləridir-lər”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 32, hədis 3. )
    Ey oğul, bil və agah ol! həqiqətən elmi müzakirə etmək ibadətdir və sən də elmi müzakirələrdən uzaq olma. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Elmi müzakirə edib bir-biriniz ilə bəhs edin və bir-birinizə hədis nəql edin. Həqiqətən hədislər qəlblərin cilalayıcısıdır. Qılınc paslandığı kimi qəlblər də paslanır və qəlblərin pasını təmizləyən hədislərdir”. (Üsuli-kafi”, 1-ci cild, səh. 32, hədis 5. )
    İmam Baqir əleyhissalam buyurub: "Allah taala rəhmət etsin elmi dirçəldən bəndəyə. Elmin dirçəlişi isə din və təqva əhlinin onu müzakirə etməsidir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 41, hədis 8.  )
    Ey oğul, (Allah taala səni elm öyrənmək və saleh əməllərdə müvəffəq etsin) əgər zamanın tələbinə görə zillətə və yaxud qeyri-şəri yollara düçar olmaqdan qorxub pul qazanmağa məşğul olsan da belə təhsildən kənar düşməməlisən. Belə bir zamanda günün bir hissəsini təhsilə, digər hissəsini isə qazanca sərf etməlisən. Rəvayətlər əsasında təcrübə olunub ki, insanların ruzisi əvəlcədən bölüşdürülüb, nə səy göstərməklə artar və nə az səylə azalar. ("Üsuli-kafi”, 1-ci cild, səh. 41, hədis 7. )
    Ey oğul, belə bir vaxtda bütün ömrünü təkcə öz güzaranını yaxşılaşdırmağa sərf edib, təhsili birdəfəlik tərk etməkdən özünü gözlə ki, nəticədə heyvan səviyyəsinə yaxud ondan da aşağı bir səvviyyəyə düşərsən. Bundan sonra dini vəzifələrini anlama-yacaqsan, oxuduğun Quran və dualar dilində lağlağaya çevriləcək, amma mənasını başa düşməyəcəksən.
    Oğul, mən rövzə oxuyub dolanışığını təmin etməyi sair qazanc yollarından sənə üstün bilirəm. Çünki rövzə oxumaqla sən, dini mətnləri araşdıracaqsan. Bu da sənin təhsilini davam etdirməyinə kömək olacaqdır.
    Oğul, əgər rövzə oxumağı özünə peşə seçdinsə dilini Əhli-beyt (əleyhimussalam)-a yalan və böhtan deməkdən qorumalısan. Hər vaxt məclisdə hər hansı bir müsibəti oxuyarkən onun səhih mənbədən nəql etdiyini (əgər varsa) qeyd etməli və ya savadlı, alim adamlardan eşitdiyin hekayətləri söyləməlisən. Elə güman etmə ki, camaatın ağlamağına səbəb, onlara çoxlu rövzə və müsibət oxumaqladır. Xeyr, əksinə hüzn, qəm və ağlamaq şiənin qəlbinə müsibəti gözəl bəyanla yetirməklə hasil olur. Buna görə də Əhli-beyt (əleyhimussalam)-dan hər birinin müsibətini oxumaq istədikdə əvvəlcə onun kəramətlərindən birini, sonra isə onun müsibətini zikr et. Çünki bunun qəlblərdə müsibətin təsir qoymağına böyük əhəmiyyəti vardır. Necə ki, bu, təcrübə və müşahidə olunmuşdur.
    Oğul, heç vaxt təbib olmağa meyl göstərmə. Çünki tibbin xətəri böyükdür və ağır nəticələri çoxdur. Sonradan o nəticələrdən qurtulmaq çox çətindir, məxsusən öz əlinlə müalicəni aparmış olsan.
    Ey oğul, əgər təhsildə elmin yuxarı mərtəbəsinə yetişdinsə heç vaxt rəyasət arzusunda olma və nəfsini ona tərəf meyl etməyə qoyma. Çünki rəyasət insanı həlakətə çəkər, onun dinini məhv edər. ("Müstədrəki-vəsailüş-şiə”, 2-ci cild, səh. 418, 10-cu bölmə, hədis 4. ) Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər kim rəyasət arzusunda olsa həlak olar”. (Üsuli-kafi”, 2-ci cild, səh. 297, hədis 5.)
    İmam Sadiq əleyhissalam buyurub: "Rəyasətdən özünü qoru və camaatın dalınca sürünməkdən çəkinin. Ravi deyir: İmam əleyhissalama ərz etdim: -Sizə qurban olum, mən dediyiniz rəyasəti başa düşdüm. Amma camaatın dalınca getmək məsələsinə gəldikdə isə, mənim malımın üçdən iki hissəsi bu yolla əlimə gəlir. Həzrət buyurdu: -Xeyr, məqsədim bu deyil. Heç vaxt bacarıqsız bir adama rəhbərlik verib onun hər sözünü təsdiq etmə”.
    Mən sənə agah, bu işdə təcrübə görmüş bir adam kimi xəbər verirəm ki, əgər bu işdə (rəyasət sahibi olsan) haqqın acılığını üzərinə götürüb onu müdafiə etsən, heç vaxt qəlbində rahatlığın olmayacaq və camaatın arasında da məzəmmət olunacaqsan. Amma əgər camaatın meyli ilə hərəkət etsən onda axirətini əlindən verəcəksən. Oğul, rəyasətdən yırtıcıdan qaçdığın kimi qaç. Çünki səni ibadətdən ayıran və camaat arasında məzəmmətə düçar edən bir şeyin heç bir xeyri yoxdur. Mən ömrümdə elə bir vəzifə sahibi görməmişəm ki, elminə, dininə vəfadar olsun və kənardan təzyiqlərə məruz qalmasın. Bəzən olub ki, adamın bütün malını və namusunu özlərinə halal, ona böhtan və söyməyi caiz və hətta onunla "Hərbi kafir” (yəni heç bir cəhətdən ehtiramı vacib olmayan kafir) kimi rəftar ediblər.
    Ey oğul, məbadə rəyasətə çatmaq üçün müqəddimə və hazırlıq görəsən! Çünki bu işinlə özünü həlakətə aparar, rahatlığını və dinini əldən verərsən. Əgər hər hansı bir vəzifə icbari surətdə sənə tapşırılarsa onda sənə vacibdir ki, nəfsini hər an onun fitnəsindən qoruyasan. Çünki onun xətəri böyük, inhirafı çox, mənfəəti az və zərəri böyükdür. Onun acı nəticələrindən salamat qurtaranlar çox azdır.
    Ey oğul, alim üçün ən qorxulu olan şeylərdən səni nəhayət dərəcədə çəkindirir və onlardan uzaq olmağı sənə tövsiyə edirəm: Onlardan biri qəzavət və hakimlikdir. Həqiqətən qəzavət xətərli zəhər və müalicəsi mümkün olmayan xəstəliyə bənzəyir. Oğul, ondan uzaq ol! Çünki qəzavət qədəmlərin haqq yolundan azdığı və sürüşdüyü yerdir. Məxsusən indiki zamanda dindarlar çox azdır və şeytanın bəndələri və hiyləgər adamlar çoxdur. Belə olan surətdə hansı ağıllı adam bir işin ki, sahibləri dörd qisimdir və o dörd qismin üçü cəhənnəmdə, yalnız bir qismi cənnətdə olacaq onu özünə peşə seçər?! ("Üsuli-kafi”, 2-ci cild, səh. 298, hədis 4.  ) Hansı tacir bir ticarətə əl atar ki, faydası zərəri ilə bərabər olmaya?! Dindar olan bir adam necə Peyğəmbər və Peyğəmbərin vəsisinə (İmama) məxsus olan bir mənsəbdə əyləşməyə cəsarət edər? Kimdir o kəs ki, özünə arxayın halda o məqama layiq olduğunu iddia edə, amma həlakətə düşəcəyini ehtimal verməyə?
    Ey oğul, (Allah taala səni xətalardan qorusun!) şeytanın sənin gözündə gözəl cilvələndirdiyi şeylərdən və onun xülyalarından çəkin. Elə güman etmə ki, hökm vermək daha sənə vacibdir. Belə etmə ki, sən də hökm verməklə bilməyərəkdən bədbəxtliyə düçar olasan. Oğul, əgər bir məntəqədə olasan ki, zehnini hər şeydən pak edib fikirləşəndən sonra sənə məlum ola ki, həqiqətdə fətva vermək vacibi eynidir (hər iki səciyyəni özündə cəm etdiyin üçün) ("Vəsailüş-şiə”, 3-cü cild, səh. 369, 4-cü bab, hədis 6. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub ki, "Qazilər dörd qisimdirlər. Onların üç qismi cəhənnəm əhlidir: 1-Bir qazi ki, nahaq hökm edə və özü də bunu bilə, onun yeri cəhənnəmdir. 2-Bir qazi ki, nahaq hökm edə, amma özü ondan xəbərdar olmaya, onun da yeri cəhənnəmdir. 3-Bir qazi ki, haqq olaraq hökm edə, amma özü bunu bilməyə, onun da yeri cəhənnəmdir. 4-Bir qazi ki, haqq olaraq hökm edə və özü də düzgün hökm etdiyini bilərsə, onun yeri cənnətdir”.) və əgər sən fətva verməyi tərk etsən camaatın namusunda, nəfsində, malında hərc-mərclik yaranar. Haqq sahibini tanısan hər iki tərəfi ehtiyata əməl etməyə vadar et və sülh yarat. İkincisi: Xəyanət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından və sair nəsillərdən olan fəqirlərin, miskinlərin haqqlarına xəyanət etmək. Bəzən bu xəyanət heç bir şəri səbəb olmadan özünün və əyalının yaşayışını firavanlaşdırıb onları sair yoxsullardan üstün etməklə olunar. Bəzən də yoxsulun malını sərf etməkdə nəfsin əmrinə tabe olub onu sahibinə çatdırmaqda xəyanət olunar. Oğul, mənim ustadım və atamın (Allah taala onun dəlilini mənə işıqlan-dırsın) etdiyi vəsiyyəti sənə vəsiyyət edirəm: -Əgər mərcə (müctehid) oldun ilk mərtəbədə beytul-malı özün və əyalın üçün sərf etməkdən imkan daxilində imtina et. Hədiyyələrlə qane ol. Mən xatircəm deyiləm çünki sən əgər birinci dəfə lazimi qədər beytül-maldan götürsən sənin ürəyin bərkiyəcək və ondan sonra rifaha çatmaq dərəcəsi qədər götürməyə cürət tapacaqsan. Ondan sonra şadlıq edib kef çəkmək üçün ondan götürməyə cəsarət edəcəksən. Ondan sonra o malları özündən sonra övladların və əyalın üçün mülk yığmağa sərf etməyə cəsarət edəcəksən. Beləliklə öz nəfsinə həlakət gətirəcəksən. Ehtiyac (qiyamət) günündə əzaba layiq müstəhəqq olarsan. Həqiqətən hüquq (beytul-mal) şübhəli şeylər kimidir. Hər kim onun ətrafına dolansa ona giriftar olacaq. Bəli, əgər mərcəi təqlid və hüquq (beytul-mal) olmadın, onda beytul-maldan ehtiyacını dəf etmək üçün, lazımı miqdarda götürməyinin qorxusu yoxdur. Elə güman etmə ki, əgər sən beytul-malı özün və əyalın üçün sərf etməkdən imtina etsən acından öləcəksən. Həqiqətən ruzinin qəyyumu əmindir. Əgər səni beytul-maldan imtina etdiyini görsə onda sənə təyin etdiyi miqdarda hədiyyələrdən ruzi verəcək. Necə ki, qəti təcrübələr bunu sübuta yetirib. Oğul! Mən beytul-malı özümə və əyalıma sərfindən xərcləməkdən imtina etdiyimə görə çox təəccüblü nəticələr, çoxlu qəribə faydalar görmüşəm. O imtinadan qəlbimdə nur, ömrümdə bərəkət, itaət etməkdə tovfiq (müvəffəqiyyət) və zillətdən qurtuluş görmüşəm. Kərim və səxavətli olan Allahdan diləyirəm bütün bunları sənə əyani olaraq göstərsin, çünki bəyan əyan kimi ola bilməz. İkinci budur: oğul, beytul-malı sahibinə çatdıranda gərək qürbət qəsdi edəsən. Heç vaxt etdiyin bəxşişi puç olan dünyəvi niyyətlərlə əncam vermə. Beləliklə də məbada sənə xidmət edib təzim göstərənə əta edəsən və sənə yaxınlaşmayıb, sənə etina etməyənin haqqını kəsəsən. Heç bir şəri səbəb olmadan sənə yaxın olanın payını uzaq olanın payından çox edəsən. Bu işin sənə yaxın olduğuna görə və sənə sədaqət göstərdiyinə görə yox, əksinə bu işin verdiyin o adamın imanına və təqvasına görə olmalıdır. Gərək sənin əta etdiyin adamı şəri fəzilətinə görə başqalarından üstün edəsən. Çünki beytul-malı əta edib sahibinə çatdırmaq ibadətdir və ibadətdə qəsdi-qürbət etmək şərtdir. Bu qürbət qəsdi ilə boş və puç qərəzlər ziddiyyət təşkil edirlər. Əgər ibadətdə niyyət xalis olmasa onda haqqın sahibinin və fəqirlərin hamısının müqabilində borclu qalacaqsan. Qiyamət günündə sənin şəfaətçilərin sənə düşmən olacaqlar. Onda malı əlindən çıxardığın üçün dünyada ziyankar, qürbət qəsdi etmədiyin üçün də axirətdə ziyankar olacaqsan. Bununla da şairin dediyi bu şerin nümunəsinə çeviriləcəksən "Gördünmü nə iş gördü eşşək, özü zəhmət çəkdi, amma başqası xeyrini gördü.” Üçüncü: Fətva verməkdə tələsmək. Fətva verməkdə tələsmək böyük bir dərddir. Oğul, bu dərddən uzaq ol. Oğul, fiqhin bütün bölmələrini əhatə etməmişdən qabaq heç vaxt fətva vermə. Çünki fiqhin bəzi bölmələri biri-digəri ilə əlaqədardır. Mən dəfələrlə müasir alimlərin fətvalarında elə bir məsələyə rast gəlmişəm ki, müəyyən bir qaydaya əsasən icma (rəy birliyi) edilib yaxud da həmin məsələ barəsində icmanın əksinə və o bölməyə münasib olan əsasların zahirinə etimad edilib. Çünki onlar bu ünvanla əlaqədar olan ayrı bölmədəki azacıq bir əlaqəyə agah olmayıblar.
    Əgər sən "Vəsailüş-şiə” kitabının icarə bölməsində (Elmi səciyyə odur ki, fiqhin əsasları və qanunlarını dərs almaqla və onları hifz etməklə sənin zehnində hazır olsun. Əməli səciyyə-Şəri hökmlərə əməl edən Allah-taalaya itaətkar, bəndələr arasında ədalətli və bütün işlərind təqvalı olasan.)(27-ci bölmə) qatırın icarəsi haqqında Əbu Vəlladdan nəql olunmuş rəvayətə nəzər etsən onda fətva verməyin xətasının nə dərəcədə böyük olmasını başa düşərsən. Əgər bir neçə dirhəmin haqqında düzgün olmayan fətva göyün yağışı dayandırmasına və yerin bərəkətini yox etməsinə səbəb olarsa onda malların, namusların və möhtərəm nəfslərin haqqında Allah taalanın nazil etdiyi hökmlərin əksinə fətva verməyin işi necə olacaq? Nəql edirlər ki, Əllamə Hilli oğluna yuxuda xəbər verib ki, "Əgər yazdığım "Əlfeyn” kitabı olmasaydı və Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etməsəydim onda o kitabda verdiyim fətvalar məni bədbəxt edəcəkdilər”. Halbuki, Əllamə Hilli Ayətullah idi. Fiqh elminə, rəvayətlərə, rəvayətlərin sənədlərinə və onları nəql edən ravilərin tərcümeyi-hallarına agah idi.
    Ey oğul! Fiqh elmini tam surətdə əhatəli mənimsəməmişdən qabaq fətva verməyi öhdənə götürmə. Hətta tam surətdə onu mənimsəməkdən sonra da bu məqamı öhdənə alma, yalnız naçar olan halda və fiqh elmini əhatə etmək, yalnız sənə sənin fətva verməyinə bağlı olan surətdə bunu edə bilərsən. Əgər imtina etməyin camaatın haqq yolundan azıb zəlalətə düşməsinə və cahillərin o məqamı ələ keçirməsinə səbəb olsa onda fətva ver. Dördüncü: Şöhrətpərəstlik. Şöhrətpərəstlik və cah-cəlal çox vaxt mərcəiyyətlə bir yerdə olur, əcri batil edib həlakətə səbəb olur. Oğul özünü ondan hifz et və hər an öz nəfsini ondan gözlə. Həqiqətən nəfs insanı pis işlərə tərəf sövq edir. Yalnız Allah taala rəhm edib onu saxlasa ondan qurtulmaq olar. Oğul Allah taala səni və məni nəfsi islah edib meyli ki, ondan uzaqlaşdırmağa müvəffəq etsin. Həqiqətən Allah taala öz bəndələrinə qarşı mehribandır və muradını əncam verməyə qadirdir. Beşinci: Təzvir. Təzvir özünü zahidliyə vurmaqla, zahiri gözəlləşdirməyə qənaət edib batinə əhəmiyyət verməmək və batinin zahirlə ziddiyyətli olmasından ibarətdir. Bu iş bizim zəmanəmizdə çox geniş yayılıb və o dərəcəyə yetişib ki, onunla məzəmmət olunuruq. Oğul, ondan pərhiz edib uzaq ol. Çünki o böyük olan Allaha qarşı gizli şirkdir. Bəlkə də aşkar şirkdir. O əmələ mürtəkib olan camaatı Allah taaladan uzaqlaşdırıb başqasına tərəf sövq edir. Batində olan şeylər heç vaxt məxfi qalmaz onların aşkara çıxması riyakarın camaatın nəzərindən düşməsinə və onun bəndələr arasında biabır olmasına səbəb olar. ("Vəsailüş-şiə”, 2-ci cild, səh. 646, bölmə 17, hədis 1. İbn Məhbub Əbu Vəlladdan rəvayət edib: "Mən İbn Hubeyrə qəsrinə getmək üçün filan qiymətə bir qatır kirayə etdim. Mən borcumun dalınca yola düşdüm. Kufənin evlərinə yaxınlaşanda mənə dedilər ki, mənə borclu olan adam Nilə tərəf gedib. Mən oradan Nilə tərəf üz qoydum. Nilə yetişəndə dedilər ki, o, Bağdada gedib. Mən onun dalınca Bağdada getdim və orada onu tapdım. Aramızda olan hesabı ayırd edəndən sonra Kufəyə qayıtdıq. Mənim gedib qayıtmağım 15 gün çəkdi. Mən qatır sahibinə üzrümü bəyan etdim. İstədim qatır sahibindən gördüyüm işə görə halallıq alıb onu razı salım. Buna görə də ona 15 dirhəm pul verdim. Qatır sahibi pulu qəbul etməkdən imtina etdi. Biz Əbu Hənifənin yanına getməyə razılaşdıq. Mən Əbu Hənifəyə məsələni nəql etdim. O kişi də danışdı. Əbu Hənifə mənə dedi: -Qatırı nə etdin? Dedim: -Qatırı salamat halda ona verdim. Qatır sahibi dedi: -Bəli, 15 gündən sonra. Əbu Hənifə dedi: -Bu kişidən nə istəyirsən? Qatır sahibi dedi: -Qatırımın kirayəsini istəyirəm. O mənim qatırımı on beş gün özündə saxlayıb. Əbu Hənifə dedi: -Mənim nəzərimə görə sənin onun boynunda heç bir haqqın yoxdur. Çünki o, qatırı İbn Hubeyrə qəsrinə qədər kirayə edib, amma müxalifət edib onu Nilə qədər və oradan da Bağdada qədər minib. Buna görə kirayə onun boynundan saqit olub və o qatırın qiymətinə zamin olub. Amma bu kişi qatırı salamat halda qaytardığı və sənə də onu qəbul etdiyin üçün daha sənə kirayə verməyəcək. Əbu Vəllad dedi: -Biz Əbu Hənifənin yanından çıxanda qatır sahibi məndən kirayəni qaytarmağımı istədi. Mənim Əbu Hənifənin verdiyi fətvaya görə ona rəhmim gəldi. Ona bir miqdar pul verib halallıq aldım. Həmin ildə Həccə getdim və İmam Cəfər Sadiq əleyhissalama Əbu Hənifənin verdiyi fətva haqqında xəbər verdim. İmam Sadiq əleyhissalam buyurdu: -Belə fətvalara görə asiman yağış yağdırmağı dayandıracaq və yer bərəkətini verməkdən imtina edəcək. Dedim: -Sizin rəyiniz bu haqda nədir? İmam Sadiq əleyhissalam buyurdu: -Sənə Kufədən Nilə, Nildən Bağdada və Bağdaddan Kufəyə qədər gedən qatırın kirayəsini onun sahibinə vermək vacibdir. Dedim: -Ağa, sizə qurban olum, mən onu bir neçə dirhəmə yemləmişəm, onun yeməyi mənim öhdəmədir? Həzrət buyurdu: -Xeyr, çünki sən qəsbkarsan. Dedim: -Əgər qatır həlak olsa aya onun qiymətini mənə ödəmək vacib deyilmi? Həzrət əleyhissalam buyurdu: -Bəli, o gün ki, müqavilə ilə müxalifət etdin o gündə qatırın qiyməti neçədirsə onu ödəməlisən. Dedim: -Əgər qatıra bir kəsr ya yara ya da ki, eyib ariz olsa necə? Həzrət buyurdu: -Qatırı qaytardığın gün sənə salamat qatır ilə naqis qatırın qiyməti arasında olan fərqi onun sahibinə qaytarmaq vacibdir. Dedim: -Kim bu fərqi müəyyən edəcək? Həzrət əleyhissalam buyurdu: -Sən və o. Ya o, bir qiymətə and içəcək və sənə onu ödəmək vacib olacaq. Əgər o, and içməsə sənin öhdənə qoyacaq və sən bir qiymətə and içsən onda ona həmin məbləği qəbul etmək vacib olacaq. Yaxud da qatır sahibi şahidləri gətirəcək ki, onlar qatırın sənə kirayəyə verəndə qiymətinin filan qədər olması haqqında şəhadət verəcəklər. Onda sənə onu ödəmək vacib olacaq. Bundan sonra İmam Sadiq əleyhissalama ərz etdim ki: -Mən ona filan qədər pul verdim, o həmin pula razı olub məni halal etdi. İmam əleyhissalam buyurdu: -Qatır sahibi Əbu Hənifə zülm, sitəm üzündən hökm verəndən sonra razı olub və sənə halal edib. Lakin sən onun yanına qayıt və mənim sənə verdiyim fətvanı ona danış. Əgər məsələni biləndən sonra sənə halal etsə onda sənə heç bir şey vacib olmaz”. (Hədisin ardı var.)  
    )
    Oğul, tayfanın böyüyü ilə dost ol, bəlkə də hamısı ilə dost və rəfiq ol. Özünlə onun arasında olan anlaşılmazlığı islah etmək və hər bir cəhətdən zahirlə batin arasında bərabərliyi riayət etmək sənə vacibdir. Şair bu haqqda gözəl deyib:
    "Ey kaş, mənimlə sənin aranda bir abad edən olaydı. Mənimlə aləmlər arasında bir viranə var.”
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 949 | Added by: Islam_Kitabxanasi | Rating: 3.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024