İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2076
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » October » 2 » “Miratur-rəşad” (hidayət güzgüsü)
    8:32 PM
    “Miratur-rəşad” (hidayət güzgüsü)
    BEŞİNCİ FƏSİL
    Məişət işlərinə aid vəsiyyətlər
    Məskən, paltar, dostla oturub-durmaq, ailə həyatı qurmaq, həyat yoldaşı ilə rəftar və övlad tərbiyə etmək haqqında vəsiyyətlər
    Oğlum, (Allah taala sənin işini avand və ömrünü uzun etsin. Allah səni razı olduğu işlərə nail edib sənin gələcəyini keçmişindən xeyirli etsin) sənə vəsiyyət edirəm o vaxta qədər ki, sənin yaşayışın ortabab, hətta haram işlərə düçar olmadan aşağı səviyyədə də keçsə Nəcəf şəhərində sakin ol və bir neçə şeyə görə zillətə qatlaşma. Onlardan biri budur ki, Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşularını himayə edib onları adamların şərindən hifz etməkdə özünə məxsus səciyyə var. Necə ki, axırıncı on illikdəki təcrübə və qabaqkı əsrlərdəki müşahidələr buna dəlalət edir. Həzrət Əmirəl-möminin əleyhissa-lamın kəlamı bunu sübuta yetirib: "Nəcəf mənim hərəmimdir. Hər zülümkar pis niyyətlə ona tərəf üz qoysa Allah taala onun belini sındırar”. ("Üsuli-kafi”, 2-ci cild, səh. 293, hədis 3. Yəzid ibni Xəlifə İmam Sadiq əleyhissalamdan nəql edib: "Bütün riyalar şirkdirlər. Hər kim camaata görə bir əməl əncam versə o əməlin savabını vermək camaatın öhdəsinə olacaq. Hər kim Allah-taalaya görə bir əməl əncam versə onun savabını vermək Allaha vacib olacaq”. 4-cü hədis. Həzrət İmam Sadiq əleyhissalam Allah-taalanın bu ayəsinin ( "Kəhf” surəsi, ayə 110.) təfsiri haqqında buyurub: "Bəzən bir nəfər bir savab iş görər və o işi ilə Allah-taalanın nəzərini cəlb etməyi qəsd etməz. Yalnız o işi ilə istəyər ki, camaat onu tərifləsin və arzusu da onu camaata eşitdirmək olar. Belə adam ibadəti ilə Allah-taalaya şərik qoşandır”. Sonra İmam əleyhissalam buyurdu: "Hər bir bəndə xeyir iş əncam verməyə israr etsə zaman keçdikcə Allah-taala xeyri onun üçün zahir edəcək. Hər bir bəndə əgər şər iş əncam verməyə israr etsə zaman keçdikcə Allah-taala şəri onun üçün zahir edəcək”. 14-cü hədis: Həzrət İmam Sadiq əleyhissalam buyurub: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Bir zaman gəlib yetişəcək ki, həmin zamanda camaat əməllərini gizli saxlamağı pis və aşkar etməyi yaxşı biləcəklər. Onların dinləri riya etməkdən ibarət olacaq. Onlarda qorxu olmayacaq. Ona görə də Allah-taala onların hamısını əzaba düçar edəcək. Onlar Allahı suda batan adam tək köməyə çağıracaqlar. Allah-taala onların dualarını qəbul etməyəcək” ". )
    Həzrət Əmirəl-möminin Kufənin arxa nahiyəsinə (Nəcəfə) işarə edərək buyurub: "Hər bir zalım ora (Nəcəfə) pis niyyətlə hücum çəkibsə Allah taala onu qatili ilə dala qaytarıb”. ("Biharul-ənvar”, 100-cü cild, səh. 232 və 234. "Ət-təhzib”, 6-cı cild, səh. 30, Kufənin fəziləti bölməsi.) Həzrət əleyhissalam digər bir yerdə buyurub: "Hər vaxt dünyanın sair məntəqələrində bəla qulağın ucuna qədər olsa onda səndə topuğa qədər olacaq”. (Nəhcul-bəlağə”, 1-ci cild, səh. 92, xütbə 46. "Ey Kufə, mən sənə baxıram elə bil sən iftixar palazı kimi sərilmisən. Müsibətlərlə sığallanıb ruzigarın çətinlikləri ilə bürünmüsən. Mən bilirəm ki, sənə qarşı əgər bir zalım pis niyyət edibsə Allah-taala onun başını qarışdırıb və onun qatilini ona hökmran edib”. ) Hər kim ağılları heyran qoyan bu tənəzzül edib fəsada uğradan zəmanəmizə diqqət etsə ("Vəsailüş-şiə”, və "Müstədrəkül-vəsailüş-şiə”, 1-ci cild, səh. 212. Bax "Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətinin müstəhəb və onu tərk etməyin məkruh olması” bölməsi. "Biharul-ənvar”, 2-ci cild, səh. 145, hədis 17. Əmirəl-möminin əleyhissalamın ziyarəti 100-cü cild, səh. 226, bölmə 1. ) bu rəvayətin mənasını başa düşəcək və Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşusunu nə dərəcədə himayət etdiyini dərk edəcək. İkincisi budur ki” -Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətində və onun yanında namaz qılmaqda böyük fəzilət var. Aqil adam özünü o fəzilətə nail olmaqdan məhrum etməz. (Bu kitab 1324 h. (1945 miladi) ilində Böyük Britaniya İraqa müsəllət olduğu ildə yazılıb. (Bu barədə əlavə məlumat almaq üçün İraq hadisələrini şərh edən tarixi ensklopediyaya müraciət et.)  )
    Üçüncü: -Nəcəfdə sakin olmaq məcburi surətdə günahlardan uzaq olmağa səbəb olur. Çünki o günahların müqəddimələri sair məkanlarda olduğu kimi mümkün olmur. Dünyanın sair nöqtələrində üləma üçün müyəssər olan dünyəvi rəyasətlər kimi (məxsusən İran kimi) və bundan başqa şeylər ki, insaflı, dərrakəli adamdan gizli deyil. Əgər Nəcəfdə sakin olmaq sənin üçün müyəssər olmasa, yaxud Nəcəfdə sakin olmaq şəri hökmlərlə müxalifət etməyə bağlı oldu yaxud da zillətə düçar olmağa bais oldu onda sənə oradan xaric olmaq vacibdir və digər müqəddəs astanələrin birində sakin ol. Kərbəladan başqa hər hansı bir astanəni Nəcəfə müqəddəm et. Çünki hədisdə var ki, Kərbəlada sakin olmaq məkruhdur. ("Müstədrəkül-vəsailüş-şiə” və "Vəsailüş-şiə”, 2-ci cild, səh. 195, hədis 4. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər kim Əmirəl-möminin əleyhissalamın qəbrini ziyarət etməyi tərk etsə Allah-taala ona nəzər etməz. Aya mələklərin və Peyğəmbərlərin ziyarət etdikləri şəxsi ziyarət etmək istəmirsiniz? Həqiqətən Əmirəl-möminin əleyhissalamın bütün imamlardan əfzəldir. Həzrət Əmirəl-möminin əleyhissalamın bütün imamların savabı qədər savabı var və imamlar öz əməlləri qədər fəzilət tapıblar”. Beşinci hədis: Məhəmməd ibn Müslim İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Allah-taala mələklərdən çox məxluq xəlq etməyib və hər gün asimandan yerə 70 min mələk nazil olur. O mələklər Beytul-məmuru (dördüncü asimanda Kəbə evinin müqabilində olan məscidin adıdır) təvaf edəndən sonra yerə nazil olub Kəbə evinin ətrafını təvaf verirlər. Onlar Kəbə evini təvaf edəndən sonra Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinin yanına gəlib ona salam verirlər. Sonra Həzrət Əmirəl-möminin əleyhissalamın qəbrinin yanına gəlib ona salam verirlər. Sonra Həzrət İmam Hüseyn əleyhissalamın qəbrinin yanına gəlib ona salam edirlər. Sonra onlar asimana qalxırlar və bu cür qiyamətin gününə qədər onlar kimi başqa mələklər nazil olurlar”. Sonra İmam Sadiq əleyhissalam buyurdu: "Hər kim Əmirəl-möminin əleyhissalamın qəbrini onun haqqını tanıyan halda zalım və təkəbbü rlü olmadan ziyarət etsə Allah-taala onun üçün 100 min şəhidin savabını yazar. Allah-taala onun qabaqkı və sonrakı günahlarını bağışlayar. Onu qiyamət günündə heç bir qorxusu olmadan qəbirdən qaldırar və onun hesabını yüngül edər. Mələklər onu qarşılamağa çıxacaqlar. O Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətindən qayıdanda mələklər onu evinə qədər ötürəcəklər. Əgər xəstədirsə ona baş çəkəcəklər. Əgər ölsə onu qəbir evinə qədər onun üçün istiğfar etməklə ötürəcəklər”. "Üsuli-kafi”, 4-cü cild, səh. 549, hədis 4. İmam Sadiq əleyhissalamdan rəvayət edib: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Ey Əli hər kəs məni həyatımda yaxud vəfatımdan sonra ziyarət etsə yaxud səni sənin həyatında yaxud səndən sonra ziyarət etsə yaxud sənin iki oğlunu İmam Həsən və İmam Hüseyn əleyhissalamın onların həyatında ya da onlardan sonra ziyarət etsə mən zəmanət verirəm ki, onu qiyamətin günündə o günün dəhşətlərindən xilas edib öz dərəcəmə çatdırım”. Bax: "Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətinin müstəhəb və tərkinin məkruh olması” bölməsi, "Biharul-ənvar”, 8-ci cild, səh. 147, hədis və 100-cü cild, səh. 226, bölmə və s.  ) Məlum olan təcrübələr göstərir ki, Kərbəlada sakin olmaq ürəyin daşlaşmasına səbəb olur. Kərbəlada sakin olmaq insanın etinasız olmasına gətirib çıxarır.("Səvabul-əmal”, Şeyx Səduq səh. 50. İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Hər vaxt Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etmək istəsən onda hüzünlü, qəmli, pərişan, torpağa bulaşmış, ac və susuz halda onu ziyarət et. Çünki İmam Hüseyn əleyhissalam hüzünlü, qəmli, pərişan, torpağa bulaşmış, ac və susuz halda öldürülüb. İmam Hüseyn əleyhissalamdan hacətini istəyəndən sonra Kərbəladan geri qayıt və oranı özünə vətən seçmə”. )
    Oğul, o vaxta qədər ki, müqəddəs məkanı sənin yaşayışın harama mürtəkib olmağa və zillətə düçar olmağa səbəb olmayıb onlardan başqa şəhərlərdə yaşamaqdan pərhiz et. Çünki müqəddəs astanalarda yaşamağın axirət faydaları var. Hətta elə dünyəvi faydaları var ki, o faydalar onlardan başqa şəhərlərdə yoxdur. Oğul, əgər bu müqəddəs məkanların heç birində sakin olmaq sənin üçün müyəssər olmasa onda elə bir şəhəri yaşamaq üçün seç ki, onun əhalisi təqvalı, saleh, təmkinli, vüqarlı, dərrakəli və elmli olsunlar.
    Ey oğul, müqəddəs məkanlarda birində sakin olanda həmin məkanlara yaxın olan məhəllədə bir ev al. Çünki mənzilin məzardan uzaq olması bəzi vaxtlar qorxuya görə ya yağışa görə, ya şəhərdə olan fəsada görə, ya vaxtın azlığına, görə ya bunlar kimi sair işlərə görə ziyarəti tərk etməyə bais olur. Əgər müqəddəs məkanların başqa bir şəhərdə sakin olsan onda həmin şəhərin mərkəzində sakin ol. Çünki şəhərin mərkəzində sakin olmaq zərər-ziyandan salamat və uzaq olma deməkdir. (

    Çünki orada sakin olmaq Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak zürriyələrinə üz vermiş müsibətlərdən qafil olub dünya işlərinə meyl etməyə və məhzun olmamağa səbəb olur. Amma o məkanın xüsusiyyəti budur ki, insan orada olana qədər insandan məhzun və pərişan olmağı tələb edir.  )
    Oğul, səy et imkan daxilində kiçik də olsa, yaşamaq üçün bir mülk və ya şəri cəhətdən yaşamağı caiz olan bir ev əldə edəsən. Çünki maliki olduğun və ya mülk misalında olan bir ev (kiçik də olsa) dünya və din cəhə-tindən geniş, icarə olan evdən yaxşıdır. Çünki icarə olunan evdə sakin olmaq zillət düçar olmağa bais olar.
    Ey oğul, hər vaxt ev almaq və ya icarə etmək istəsən qonşular haqqında təkidlə axtarış et. Əvvəl qonşu sonra ev. (Bu bir işdir ki, onda heç bir şübhə yoxdur. Hər kim şəhərlərdə baş verən gündəlik hadisələrin haqqında təhqiq etsə görər ki, bu cür hadisələr cox vaxt şəhərlərin ətrafında və şəhərin ətrafında olan evlərdə baş verir.  )Həqiqətən mən bundan qafil oldum, nəticədə uzun müddət qonşularımdan mənə elə narahatçılıqlar yetişdi ki, onların bəzilərinə dözmək az qala mənim taqətimdən xaric oldu. Əgər Allah taalanın lütfü və hifzi olmasaydı onda mən xoşa gəlməz vəziyyətdə qalardım.
    Ey oğul, əgər sənin məskəninin təmirə ehtiyacı olsa onda onun hamısını bir ildə təmir etmə. Hər il onun bir tərəfini təmir et. Əvvəllər təmir etdiyin yerin hamısını sökmə. Onun möhkəm olan yerini saxla. Çünki təcrübə olunub ki, hər kim evini bir ilin içində əsaslı surətdə təmir etsə o evdə sakin olmaq ona nəsib olmaz və ondan doymaz. Bundan əlavə möhkəm olan yeri sökmək malı tələf və israf etməkdir.
    Ey oğul, evini hər cəhətdən əsaslı təmir etməkdən pəhriz et. Mal-dövlət sahibi olanda lazım olan miqdarı təmir etməklə qane ol. Çünki dünya əbədi qalmaq və şadlıq yeri deyil. Ondan o qədər istifadə et ki, sənə bəs etsin. Ehtiyacını yox etmək üçün lazım olan qədər dünya malı ilə qane ol. Qalan malları isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak zürriyə-lərinə, şiələrin yaxşılarına, əta etməkdə onların subaylarını evləndirməkdə, onların kasıblarına kömək göstərməkdə və s. yerlərdə xərclə. Oğul, əgər imkanın olsa geniş bir ev al. Çünki insanın səadə-tindən biri hər iki dünyada evinin geniş olmasıdır. (Vəsailüş-şiə”, 2-ci cild, səh. 218, 89-cu bölmə. "Pis qonşuluğun məhruhluğu” hidis 1. Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Beş sındıran şeylərdən biri pis qonşudur. Əgər qonşusundan yaxşı bir şey görsə onu gizlədəcək və əgər pis şey görsə ifşa edəcək” )
    Oğul, Allah taala mənə və sənə o səadəti nəsib etsin. Ey oğul, sənə tövsiyə edirəm (Allah taala səni təqva paltarı ilə geyindirsin) orta səviyyəli paltarlardan gey ki, o cür paltarı varlı və yoxsul geyir. Çünki sən əgər yoxsul olsan o cür paltar geyməklə həddini aşmış sayılmazsan. Onunla camaatın mallarını və haqqını lazım olan miqdardan artıq xərcləməklə pis vəziyyətdə qalmazsan. Əgər varlı olsan orta səviyyəli paltar geyməklə xərcində dünyada zahid olarsan və fəqirlər sənə müsəllət olacaq. Çünki bu yaramaz dünya daim dəyişməkdədir. Əgər sənin nəfsin orta səviyyəli paltarları geyməyə adət etsə onda dünya malı səndən üz döndərəndə sənin yoxsul olmağın bilinməz. Əgər sənin nəfsin varlıların geydiyi paltarlara adət etsə, dünya səndən üz döndərəndə əgər adət etdiyin paltarları geyinməyə davam etsən onda öz nəfsini qüdrətin çatmadığı şeyə vadar etmiş olarsan. Bəzi vaxtlar ona görə harama giriftar olarsan. Əgər əvvəllər geydiyin paltarlardan aşağı dərəcəli paltar geysən onda həyatındakı boşluq, paltarındakı və üzündəki zillət zahir olar.
    Ey oğul, nadir fəxri paltar geyməkdə, zahidlikdə və dəbdəbədə ifrata uğrama. Çünki bu iş qadağan olunub. Ən yaxşısı ortabab olmaqdır. ("Müstədrək” və "Vəsailüş-şiə”, 2-ci cild, səh. 534, bölmə 8. "Saleh zövcə ilə evlənməyin müstəhəb olması”, hədis 9. Həzrət Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: "Kişinin xoşbəxtliyi zövcəsinin saleh, evinin geniş, atının yaxşı və övladının saleh olmasındadır”. ) Oğul, paltar geyəndə şəri cəhətdən məqsədə uyğun paltarlardan gey. Pak və təmiz olsun. Ağlın və şəriətin hökmünə əsasən təmiz kətan paltar çirkin xəz paltardan üstündür.
    Ey oğul, (Allah taala sənə yaxşı dostlarla oturub-durmağı nəsib etsin) hər vaxt bir nəfərlə oturub-durmaq istəsən bax gör kiminlə oturursan. Çünki insan müsahibi ilə tanınır. Oğul, əqidəsi xarab, günahkar, şəxsiyyətsiz, rəzil, yaramaz, pis adət və əxlaq sahibi olan adamlarla oturub-durma. Çünki insan hər bir müsahibindən onun xislətlərini götürür. Oturub durmaq özü insana təsir edən bir işdir. Həzrət Əmirəl-möminin əleyhissalama mənsub olan külliyyat (Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Təbuk müharibəsində söylədiyi xütbəsində buyurub: "İşlərin ən yaxşısı ortabab olmaqdır və ən pisi onların cilalanmışlarıdır”. "Biharul-ənvar”, 77-ci cild, səh. 135, hədis 43. "Təfsirul-Qummi” "Biharu-ənvar”-dan nəql edib, 21-ci cild, səh. 210, "İşlərin ən yaxşısı onların vacibatıdır” mərhum müəllif rəvayəti "Yəni Allah-taalanın sənə vacib etdiyi vacibatlardır” kimi təfsir edib. "Biharul-ənvar”, 48-ci cild, səh. 154, hədis 26. ) bu dediyimi əhatə edib: "Cahil qardaşınla oturub-durma, ondan uzaq gəz.”. Nə qədər dünyada cahil adamlar var ki, onunla qardaşlıq edən aqil adamı həlak edib. Kişini onunla yol gedən adamla müqayisə edərlər. Hər bir şeyin başqa şeylər arasında bənzəri var. Rəvayət olunub ki, Loğman oğluna dedi: "Ey oğul! Öz elmin üçün bir dost seç”. Əgər müsahiblərini Allah taalanı zikr edənlərdən görsən onda onlarla otur-dur. Əgər özün alim olsan elmin sənə fayda verəcək və əgər cahil olsan onda onlar sənə öyrədəcəklər. Çünki bununla ümid edirəm ki, Allah taala onlara öz rəhmətini şamil edər və o rəhmət səni də onlarla bir yerdə əhatə edər. ("Divanu Əmirəl-möminin Əli əleyhissalam”, səh. 100.  )
    Həzrət Əbul-Həsən İmam Museyi Kazim əleyhis-salamdan rəvayət olunub: "Həqiqətən alimlə zibilliyin üstündə oturub söhbət etmək cahil adamla məxmər xalça üstündə söhbət etməkdən yaxşıdır”. ("Vəsailüş-şiə”, 1-ci cild, səh. 442, bölmə 50 (Allah-taalanı zikr edənlərlə oturmağın müstəhəb olması haqqında bölmə), hədis 4. ) Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: "Həvarilər (Həzrət İsa əleyhissalamın şagirdləri) İsa əleyhissalama dedilər: -Ey Ruhullah, biz kiminlə oturub-duraq? Həzrət İsa əleyhissalam buyurdu: -Hər kimin görüşü Allah taalanı sizin yadınıza salır, məntiqi sizin elminizin artmasına kömək edir və elmi sizi axirətə qarşı rəğbətləndirir onunla oturub-durun”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 39 "Üləma ilə müsahib olmaq və onlarla oturub-durmaq” bölməsi, hədis 2.  
    )
    Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Din əhli ilə oturub-durmaq dünya və axirət üçün şərəfdir”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 39, "Üləma ilə müsahib olub onlarla oturub-durmaq” bölməsi, hədis 3. )
    Əbu Cəfər İmam Məhəmməd Baqir əleyhissalam buyurub: "Etimad etdiyim adamla bir məclisdə oturub söhbət etmək mənim üçün bir ilin əməlindən etibar-lıdır”.(Üsuli-kafi”, 1-ci cild, səh. 39, hədis 4.) Əmirəl-möminin əleyhissalamdan rəvayət olunub: "Şəxsiyyətsiz adamla oturub-durmaqdan çəkin. Çünki şəxsiyyətsiz adam xeyrə tərəf aparmaz”. ("Üsuli-kafi”, 1-ci cild, səh. 39, hədis 5. )
    Şeyx Səduq (r.h) deyib: "Şəxsiyyətsizin” mənası("Üsuli-kafi”, 5-ci cild, səh. 158, hədis 7. "Ət-təhzib”, 7-ci cild, səh. 10 hədis 37. ) Haqqında gəlmiş rəvayətlər bir neçə surətdədir: "Şəxsiyyətsiz o kəsdir ki, özünün dediyi və başqasının onun haqqında dediyi sözlərə heç bir əhəmiyyət verməz”, "Şəxsiyyətsiz o adamdır ki, tənbur (tara oxşar musiqi aləti) çalar”, "Şəxsiyyətsiz o adamdır ki, ehsan onu sevindirməz və pislik onu naraht etməz”, "Şəxsiyyətsiz o adamdır ki, rəhbərlik iddiası edər, amma özü rəhbərliyə layiq olmaz”. Bütün bunlar şəxsiyyətsiz adamın sifətləridir. Hər kimdə bu sifətlərin bəzisi yaxud hamısı olsa belə bir adamla qaynayıb qarışmaqdan uzaqlaşmaq vacibdir. Bəli əgər günahkar və alçaq adamla oturub-durmaqdan məqsədin onu islah etmək və onu rəzil əxlaqlardan pak etmək olsa (onda pis adətləri kəsb etmədən və camaat arasında ittiham olunmadan) onda sənə onu islah etmək üçün lazımi qədər onunla oturub-durmaq vacibdir. Çünki kamil insan yalnız öz nəfsini tərbiyələndirib cəhənnəmin odundan özünü nicat verən adam deyildir. Əksinə kamil insan o kəsdir ki, başqasını da tərbiyələndirsin. Buna görə də "Əmr be məruf və nəhy əz münkər” ən mühüm vaciblərdən biri kimi qərar verilib. Əmr be məruf və nəhy əz münkər bütün vacib yetirməyə təkid edir. Çünki bu iki əməldə başqasını tərbiyələndirib onu günah etməkdən çəkindirib itaətə sövq etmək və onu cəhənnəmin odundan xilas etmək kimi xüsusiyyət vardır. Ey oğul! Əgər evlənmək istəsən (Allah taala sənə hər iki dünyada xeyir versin) evlənmək istədiyin qadının əsil-nəsəbini axtar. Çünki uşaq ondan doğulacaq. Çünki ona bətninin və südün uşağa təsiri var.
    Oğul, sənə vacibdir ki, evlənmək istədiyin qadında şəri cəhətdən bəyənilmiş sifətlərin olmasını nəzərə alasan. Oğul, o qadının nəsəbinin ar gətirən səbəblərdən salamat, imanlı və təqvalı olduğuna yəqin edəndən sonra səy et onun gözəl olub olmadığına agah olasan ki, o qadınla evlənməklə başqa arvadlarda gözün olmasın. Çünki arvadın gözəl olması onunla ünsiyyətdə olmağa və ondan başqalarından göz yummağa səbəb olar. Qadınlarla onların mallarına və gözəlliklərinə görə evlənməyin qadağan olmasına dəlalət edən hədislərdən məqsəd onların dindar olub-olmadıqlarını nəzərə almadan bu iki xüsusiyyətə (gözəllik və mal-dövlət) riayət etməkdir. Əks təqdirdə əgər onların dindarlığı nəzərə alınsa heç şübhəsiz gözəl qadınla evlənmək çox yaxşıdır. Hər kim rəvayətlərə müraciət etsə buna agah olar. (Mən la yəhzuruhul-fəqih”, 3-cü cild, səh. 164. 3605-ci hədisin əsnasında deyilib. ) Həzrət İmam Rza əleyhissalamdan, babalarından rəvayət olunub: Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Xeyri gözəllərdə axtarın. Çünki onların işləri gözəl olmağa daha ləyaqətlidir”.
    Həzrət İmam Museyi Kazim əleyhissalamdan rəvayət olunub: "Üç şey göz oxşayar” Yaşıllığa baxmaq, axar suya baxmaq və gözəl çöhrəyə baxmaq”. (

    "Vəsailüş-şiə”, 3-cü cild, səh. 7, 21-ci bölmə, 4-cü hədis. ")
    Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət olunub: "Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Mənim ümmətimin ən yaxşı qadınları üzdə gözəl və məhriyələri az olan qadınlardır”.
    Habelə əgər qadın saleh din və təqva sahibi olsa onda sənin onunla onun malına görə (əgər malı halal və malının haqqını (xüms və zəkat) ödəyən olsa) evlənməyinin heç bir qorxusu yoxdur. Hətta ey oğul, əgər sən kasıb olsan onda sənə vacibdir belə bir qadınla evlənəsən. Çünki onun malı onun övladlarına fayda verər və onların elm təhsilinə məşğul olmaları üçün kömək olar. Çünki elm təhsili üçün pulu olan qadın, yoxsuldan yaxşıdır. Lakin ey oğul, dindarlıq və nəcabət qeydi yadından çıxmasın.
    Ey oğul! Heç vaxt təzəcə nemətə yetişmiş sərvətli qadınla evlənmə. Çünki o, malın möhtacıdır. Mümkündür sənə qarşı lovğalıq etsin və səni alçaltsın. Nəticə də möhnətə və bəlaya düçar olarsan. Buna görə də təzə var-dövlətə yetişmiş adamdan borc almaq məkruhdur. ("Firiul-kafi”, 5-ci cild, səh. 324. )
    Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: "Yalnız xeyir, bərəkət içində böyümüş adamlarla qaynayıb qarışın və müamilə edin”. 7-ci hədisin məzmunu da bu mənaya uyğundur. Həfs ibn Buxtəri deyir: Qəhrəman Həzrət İmam Cəfər Sadiq əleyhissalam üçün bir nəfərdən təam borc aldı. O adam borcu qaytarmaq üçün çox israr etdi. Həzrət İmam Cəfər Sadiq (əleyhissalam) ona dedi: Aya mən sənə deməmişəm ki, sonradan mal dövlətə yetişən adamdan mənim üçün borc alma? (Furiul-kafi”, 5-ci cild, səh. 158, hədis 5. )Ey oğul, arvadını, qızlarını və sənə məhrəm olan sair qadınları evdə saxla. Onların çölə çıxmağına mane ol, yalnız zəruri olan miqdarda çölə çıxmağa onlara icazə ver. Çünki qadının digər qadınlarla ünsiyyəti çoxalsa və evdən çölə çox çıxsa dinini və dünyasını xarab edər. Buna görə də rəvayət edilir ki, qadınların danışmaqda aciz olanlarını sükutla və övrətlərini evdə saxlamaqla hifz edin. (Əgər təzəcə var-dövlətə yetişmiş qadın ilə nəcabətli yoxsul bir qadınla evlənmək arasında qalsan onda ikincisini seç (yəni nəcabətli və yoxsul qadınla evlən). Çünki təzəcə sərvətə çatmış qadının daxili yoxsulluqla doludur. Buna görə də şair deyib: "Təzə nemətə yetişmiş adama etibar yoxdur. Çünki onun daxili yoxsul-luqla doludur”. Fars şairi bu haqda deyib: "Səxavətli adamın övladı əgər müflis olsa ona kömək et. Çünki ağacın yarpağı tökül-sə, yenidən göyərər. Xəsis adamın övladı əgər sənə ehsan etsə ondan uzaq gəz. Çünki tualetin quyusu dolsa, iyi daha da kəskin olar”. ) Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: "Arvadlar məqsədlərini başa salmaq üçün danışmağa acizdirlər və övrətdirlər. Övrətləri evdə saxlamaqla və acizləri sükutla hifz edin”.
    Ey oğul, övladlarını (oğlanları və qızları) uşaqlıqdan şəri və əqli ədəblərlə tərbiyə et. Belə demə ki, "o, uşaqdır, Allah taalanın xitabı ona aid deyildir”. Çünki uşaq əgər uşaqlığın əvvəlindən tərbiyə olunmasa böyüyəndən sonra onu tərbiyələndirmək mümkün olmaz. Şair bu haqda çox gözəl deyib:
    "Balaca uşağını böyüməmişdən qabaq tərbiyə etmək üçün vur. Demə ki, o, uşaqdır, hələ həddi buluğa yetişməyib. Bəzən sənin uşağı vurmamağın böyüyəndən sonra onun qan axıtmağına və vəhşi olmağına səbəb olar”.
    Ey oğul! Övladına uşaqlıqdan dinin əsaslarını və aləmlərin rəbbinin hökmlərini təlim ver. Çünki uşaqlıqdan zehnə həkk olunan məlumat heç vaxt yaddan çıxmaz. Ona Kitabullahı xətm (Quranı) edəndən sonra "Kitabul-Həsəniyyə” və imamların ("Əl-vafi”, 3-cü cild, səh. 118, "Nikah” kitabından. ) möcüzələri haqqında bəhs edən kitabları təlim ver. Qoy onun qəlbi İmamların (əleyhimussalam) məhəbbəti ilə dolsun və onun şiəliyi ata babadan təqlid üzündən olmasın. Əksinə gərək dəlil və sübut üzündən olsun. Uşağı tərbiyələndirmək üçün sənə lazım olan ən əhəmiyyətli üsullardan biri budur ki, tənha evdən çıxmağa qoymayasan və küçədə uşaqlarla oynamağına mane olasan. Hətta imkan daxilində evdə onu uşaqlarla oynamağa qoymayasan. Çünki uşağın təbiəti sürətlə hər bir şeyi əldə etməkdədir. Mümkündür bəzən o pis adət sahibi olan uşaqla qaynayıb qarışsın. Nəticədə uşaq ondan o pis adəti sürətlə özünə götürəcək. Hətta əgər uşaq elm öyrənməyə başlayanda onu onun yaşıdları ilə (hətta ondan böyük olanlarla) ünsiyyətdə olmağa qoyma. Yalnız elm öyrənmək və elmi müzakirələr etmək üçün lazım olan miqdarda ona icazə ver. Gərək uşağın elm öyrəndiyi və müzakirə etdiyi yer elə bir yerdə olsun ki, orada uşağın çəkindiyi üçüncü bir adam olsun. Onunla da uşaq üçün fitnə və fəsadın yollarını öyrənməyə imkan olmasın. Mən bütün bunları özüm təcrübədən keçirəndən sonra sənə danışıram. Çünki mənim uşaqlıqda oturub-durduğum, bəhs etdiyim adam özü saleh və saleh adamın oğlu idi. Mən ondan heç bir pis şey öyrənmədim və yalnız məni siqaret çəkməyə öyrətdi. Mən yaşa dolandan sonra o vaxt peşiman oldum ki, peşimançılığımın faydası olmadı.
    Mən siqaret çəkməyin zərərini və nə qədər bu zərərin çox olduğunu dərk edəndən sonra onu tərk etdim. Onu tərk etdiyimə gör mənə böyük ziyan dəydi. Ona görə də yenidən siqaret çəkməyə başladım. Çünki bəzən insanın təbiəti qidanı həzm etmək və bədəndəki artıq rütubəti (bəlğəmi) dəf etmək üçün siqaret çəkməyə adət edir. Siqareti tərk etməklə rütubət çoxalır və xəstəlik əmələ gəlir.
    Ey oğul! Heç vaxt uşağı pula öyrəşdirmə. Uşağa pul vermə və onu xərcləməyi uşağa öyrətmə. Çünki bu işdə çox böyük bədbəxtliklər vardır ki, yalnız təcrübə edən adam onu bilir. Çünki əgər uşaq pulun faydasını başa düşsə uşaqlıqdan onun qəlbi pula bağlanar. O əlaqə onun qəlbindən çıxmaz. Nəticədə uşaq dünya malına və qızıla həris olar. Bundan əlavə bəzən uşaq pul tapa bilməz və onu ələ keçirmək üçün mümkün olan hər bir yola əl atar. Ona görə də böyük fəsadlara düçar olar.
    Ey oğul! Uşağı yaxşı yeməyə və yaxşı geyinməyə adət verməkdən çəkin. Çünki əgər uşaq onlara adət etsə və digər tərəfdən də zəmanə onun adət etdiyi şeylərdə ona yar olmasa həyatı daralıb qaralacaq. Amma əgər əksinə olsa uşaq ortabab və aşağı dərəcəli şeylərə adət etsə onda yaxşı şeylər onun əlinə keçsə şad olacaq.
    Ey oğul! Sənə lazım olan ən əhəmiyyətli şeylərdən biri övladlarını həddi-buluğ dövranının əvvəllərində evləndirməkdir. Oğul bunu etməklə onların dinini və şərəfini hifz etmiş olarsan. Oğul, kasıblıq səni bundan qorxutmasın. Oğul, əgər mənim sənə əmr etdiyim bu işi əncam verməsən onda mənə aqq olarsan və əgər mənimlə müxalifət etsən onda ruhum səndən razı olmaz. Oğul, əgər kasıb olsan imkanın daxilində oğlunu kasıb bir qızla evləndir ona qənaət etsin, bununla da Allah taala sənin yaxud onun işini qaydasına salsın. Sənə vəsiyyətimdən sözümün xülasəsi budur ki, dünya və axirət işlərində daim ağlını işlət. İşin aqibətini nəzərə alaraq şərən və əqlən üstün olan işi əncam ver. Allah taala səni bəyəndiyi işlərdə müvəffəq etsin. Sənin gələcək işlərini keçmişindən yaxşı qərar versin.
    Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin və lənətullahi əla ədaihim ila yəvmid-din (Məhəmməd və onun pak Əhli-beytinə Allahın salavat-salamı, onların düşmənlərinə isə qiyamət gününə qədər Allahın lənəti olsun!)
    ("Ər-Risalətul-Hüseniyyə fil-imamət” imamət haqqında çox nəfis və məşhur kitabdır. Şiə alimlərindən birinə nisbət verilib. Bu risalədən məlum olur ki, kitabın müəllifi alim, fəzil və rəvayətlərə agah olan bir qadın olub. Bəzi alimlər bu cür isbat ediblər. Amma Riyaz kitabının müəllifi bu risalənin Əbul Futuh Razi tərəfindən yazıldığını güman edib. Bax. "Riyazul-üləma”, 2-ci cild, səh. 159-160, 5-ci cild, səh. 406 və 6-cı cild, səh. 496. "Əyanuş-şiə”, 2-ci cild, səh. 110.  )
    Category: “Miratur-rəşad” (hidayət güzgüsü) | Views: 1112 | Added by: Islam_Kitabxanasi | Rating: 2.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024