İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    11:58 AM
    Məhəbbət iksiri
    ÖN SÖZ
    Saleh bir bəndə və həqiqi mə᾽nada arif insan olan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunan bu kitabın yazılması haqda oxucuları (xüsusilə də əgər oxucu Şeyxin şagirdlərindəndirsə) maraqlandıran ilk sual bu ola bilər: Görəsən heç bir vaxt Şeyxi görməyən və özü də ixtisas və tədqiqatları xatirə yazmaq olmayan müəllifi belə bir məcmuə yazmağa nə vadar etmişdir?
    ŞEYXİN SÖZLƏRİNDƏ OLAN CAZİBƏDARLIQ
    İmam Əli əleyhissalam buyurmuşdur:
    «Hər bir haqq işin öz həqiqəti və hər bir düzgün işin öz nuraniyyəti vardır.»
    Gənc yaşlarımda Qum şəhərində yerləşən «Cəmkəran» məscidində Şeyxə qəlbən bağlı olan bir şəxslə rastlaşdıqdan sonra o böyük şəxsiyyətə qiyabi şəkildə bağlandım, onun sözlərində elə bir həqiqət, nuraniyyət və cazibə gördüm ki, onun ətrini yalnız ilahi övliyaların kəlamlarından duymaq olar.
    Uzun müddət idi ki, qarşısında universitet müəllimləri və din alimlərinin diz çökdüyü o «dərs oxumamış alim» və böyük əxlaq ustadının həyat və davranışları haqda bir şey yazıb əziz oxuculara, xüsusilə də mürəkkəb həyat yolunun başlanğıcında olan gənc nəslə təqdim etmək arzusunda idim.
    Şübhə yoxdur ki, bu işi Şeyxin yazıçılıq və tədqiqat işləri ilə məşğul olan şagirdlərindən biri həyata keçirsəydi, yəqin ki, daha kamil və qarşınızda olan bu kitabdan daha yaxşı bir iş görmüş olardı. Nəyə görəsə bu iş bu vaxta qədər görülməyib və digər tərəfdən də Şeyxin bu işi bacara bilən yoldaş və şagirdlərindən çoxu dünyalarını dəyişiblər.
    Neçə il bundan əvvəl hiss etdim ki, fürsət tədricən əldən getməkdədir və əgər bu mərhələdə Şeyxin hali-həyatda olan dostlarının xatirələri toplanmasa, artıq bundan sonra onun son dərəcə tərbiyəvi əhəmiyyətə malik olan davranışlarını yazıb-hazırlamaq mümkün olmayacaq və nəticədə həqiqət aşiqləri həmişəlik olaraq bu ilahi insanın əldə etdiyi həqiqətlərdən məhrum qalacaqlar. Buna görə də məsələni yaxın dostlardan birinə danışıb ondan Şeyx barəsində hazırladığı mövzular əsasında onun yaxın dostları və şagirdlərindən müsahibələr götürüb maraqlı söhbətlərini maqnitofon lentinə yazmağı xahiş etdim.
    Bu iş həyata keçirildi, müsahibələr kağız üzərinə köçürüldü və «Astani Qüdsi Rəzəvi»nin tədqiqat mərkəzi tərəfindən çapa hazırlanaraq 1376-cı il xordad ayında (1997-ci il) «Təndise ixlas» adlı kitab şəklində çap olundu.
    «Təndise ixlas» kitabı bə᾽zi çatışmamazlıqlarına baxmayaraq, bu ilahi şəxsiyyətin cazibədarlığı səbəbi ilə geniş oxucu kütləsinin, xüsusilə də gənc nəslin yüksək rəğbətini qazandı. Qısa bir müddət ərzində on bir dəfə çap olundu və yüz min nüsxədən artıq kitab həvəskar oxucuların ixtiyarına verildi.
    Şeyxin həyatı barədə aparılan tədqiqatların ardınca, onun seyri-süluku, rəftar və davranışları haqda qiymətli mə᾽lumatlar əldə edildi. Həddindən artıq çox olan məşğuliyyətlərimə baxmayaraq, bu dəfə qərara aldım ki, Şeyxin öz nəfsi ilə mübarizə üslubunu, onun mə᾽nəvi aləmini, müvəffəqiyyət rəmzini çatdıra biləcək növbəti kitabı özüm yazım. Allahın fəzl və mərhəməti ilə qarşınızda olan «Məhəbbət iksiri» adlı bu kitab həmin qərarın nəticəsidir. Bu barədə bir neçə məsələni diqqətinizə çatdırıram.
    YAZIÇILIQ ÜSLUBU
    Bu kitabı hazırlamaq üçün ilk növbədə Şeyx Rəcəbəlinin yaxın adamları ilə aparılan söhbətlər nəzərdən keçirilib yenidən yazıldı. Bundan sonra həmin söhbətlərdə olan maraqlı və öyrənilməli məsələlər çıxarılaraq dörd hissədə - «xüsusiyyətlər», «sə᾽y və təlaşlar», «yaradıcılıq və quruculuq» və «vəfatı» adlı bölmələrdə yerləşdirildi. Daha sonra isə əsil işlər – kitabın fəsillərə bölünməsi və kitab şəklinə salınması başlandı.
    Şeyx barəsində olan bu kitabı digər xatirə kitablarından ayıran mühüm xüsusiyyət cənab Şeyxin tövsiyə və bə᾽zi kəramətlərinin islam ayinləri ilə uyğun olmasını göstərmək üçün dini mətnlərdən istifadə edilməsi, mövzu ilə münasib olan və digər övliyalar üçün baş verən mükaşifələrin burada gətirilməsidir.
    Qeyd etmək lazımdır ki, hər hansı məsələ ilə bağlı gətirilən hədislər burada nümunə olaraq göstərilmişdir və həmin mövzular haqda daha geniş mə᾽lumat almaq istəyənlər haşiyədə göstərilən «Mizanül-hikmət» kitabına müraciət edə bilərlər.
    XATİRƏDƏN DAHA ÜSTÜN
    Beləliklə də Şeyxə həsr olunan xatirələr toplusu xatirə kitabından daha üstün bir məcmuəyə, nəfsin paklaşdırılması və ali insani məqsədin yollarını göstərən bir kitaba, ilahi yolun yolçuları üçün mə᾽sumların kitab və sünnət yolundan haqq və həqiqət əhlinin yüksək məqamlarına doğru hidayət edən yaradıcı bir dərmana çevrildi.
    İmam Xomeyni (r.ə) «Əql və cəhlin qüvvələri» barədə olan hədisin şərhində əxlaq barəsində yazılan elmi-fəlsəfi kitabların zəifliyi və cəmiyyətin bu qəbildən olan kitablara ehtiyacı barədə yazır:
    «Mənə elə gəlir ki, elmi-tarixi əxlaq, həmçinin hədislərin bu şəkildə olan ədəbi təfsiri və elmi şərhi məqsəddən uzaq düşmək və yaxını uzaqlaşdırmaqdır. Müəllifin əqidəsinə görə əxlaq elmində, onunla bağlı olan hədislərin şərh edilməsində və ona aid olan ayələrin təfsirində əsil məsələ budur ki, yazıçı bəşarət və təhdid, moizə-nəsihət və bu kimi digər yollarla öz məqsədini nəfslərdə yerləşdirə bilsin.
    Başqa sözlə desək, əxlaq kitabı müalicə yollarını göstərmək deyil, dərd və eyiblərə birbaşa əlac edən yazılı moizələr olmalıdır.
    Əxlaqın köklərini başa salmaq və müalicə yollarını göstərmək heç kəsi məqsədə yaxınlaşdırmaz, heç bir qara qəlbə nuranilik gətirməz və heç bir fasid əxlaqı islah etməz. Əxlaq kitabı odur ki, onu oxumaqla qəsavətli qəlb yumşala, çirkin batinlər paklana və qaranlıqlar nuranilik tapa. Bunun da yolu odur ki, həmin alim yol göstərən olması ilə yanaşı aparıcı da olmalı, əlac yolunu müəyyən etməkdən əlavə müalicə də etməli, yazdığı kitab təkcə dərdin resçepti deyil, onun dərmanı da olmalıdır. İnsan ruhunu müalicə etmək istəyən təbibin sözləri resçept şəklində deyil, dərman hökmündə olmalıdır. Amma qeyd olunan kitablar dərman deyil, resçeptdir. Hətta əgər qəbahət olmasaydı, deyərdim ki, onların bə᾽zilərinin resçept olması da şübhəli məsələdir. Amma bu barədə danışmamaq daha yaxşıdır.»
    Əziz oxucular əməli olaraq görəcəklər ki, Şeyxin xatirələri təkcə resçept mahiyyəti daşımayıb dərman misalındadır, xəstə ürəklərə şəfa bəxş edir, qəlbləri yumşaldıb onlara nuranilik bəxş edir və haqq yolu yolçularını məqsədə yaxınlaşdırır.
    MƏNBƏYİN E᾽TİBARLI OLMASI
    Qeyd olunduğu kimi, Şeyxin həyat tarixinin mənbəyi və sənədi onun şagirdlərinin və müridlərinin söhbətlərindən götürülmüşdür. Az hallar istisna olmaqla nəql olunan bütün mətləblər birbaşa Şeyxin özündəndir və onu nəql edənlərin hamısı – istər adları qeyd olunanlar olsun, istərsə də müəyyən səbəblərə görə adları qeyd olunmasın – mö᾽təbər şəxslərdir, mən inanıram ki, onların dedikləri real həqiqətlə müvafiqdir.
    Diqqət yetirməli məsələ budur ki, kitabda cənab Şeyx barəsində qeyd olunanların hamısı sənəd əsasında olmasa belə şagirdlərinin onun barəsində dedikləridir.
    Növbəti məsələ budur ki, bu söhbətlərdə nəql olunan ifadələri bəyan edərkən kifayət qədər ehtiyata riayət olunmuş və onların sözləri mümkün qədər olduğu kimi gətirilmiş və bunların üzərində çox azacıq islahatlar aparılmışdır.
    MƏ᾽RİFƏT ƏHLİNİN MƏQAMLARI
    Cənab Şeyxin ən böyük hünəri kimi ilahi məhəbbət iksirinə nail olmasını qeyd etmək olar. O, bu məhəbbət sahəsində mütəxəssis idi və bu münasibətlə əlaqədar olaraq onun həyatını «məhəbbət iksiri» adlandırdıq. Cənab Şeyx bu iksirdən bəhrələnərək tövhidin həqiqətinə çatmışdı. Kitabın üçüncü bölməsinin ikinci fəslində görəcəyiniz kimi Cənab Şeyx buyururdu:
    «İksirin həqiqəti Allahın Özünə çatmaqdır... Allaha məhəbbət bəndəçilik yolunda ən axırıncı mənzildir... Əməllərin dəyərinin me᾽yarı əməl edən şəxsin Allah-taalaya olan məhəbbəti ilə ölçülür.»
    Mənə elə gəlir ki, hər kəs Şeyxin həyatını oxusa onun ilahi məhəbbət iksirinin həqiqətini dərk etdiyini görəcəkdir. O, öz xaliqinə məhəbbət bəsləməklə elə məqamlara və kamal dərəcələrinə çatmışdı ki, hətta onların bizim üçün təsəvvür olunması belə çox çətin və bə”zən qeyri-mümkündür.
    Çox hallarda mə᾽rifət əhlinin malik olduğu məqamları dərk etməkdə acizlik, mə᾽lumatsız adamların bu məsələni inkar etməsinə səbəb ola bilər. Məhz buna görə də İran İslam inqilabının banisi həzrət imam Xomeyni (r.ə) öz oğlu hacı Əhməd Ağanı bu işdən şiddətlə çəkindirərək buyururdu:
    «Oğul! Sənə ilk növbədə vəsiyyət etdiyim məsələ budur ki, mə᾽rifət əhlinin məqamlarını inkar etməyəsən, çünki bu iş cahillərin tutduğu yoldur. Allah övliyalarının məqamlarını da inkar etməkdən uzaq ol, çünki bu kimi şəxslər haqq yolunun qarşısını alanlardır.»(Səhifeyi nur, 22/371.)
    Hacı Əhməd Ağanın həyat yoldaşına vəsiyyətində buyururdu:
    «Mən iddiaçılara bəraət qazandırmaq istəmirəm, çox iddia edənlər var ki, cəhənnəm əhlidirlər. Mən demək istəyirəm ki, mə᾽na və mə᾽nəviyyətin əsasını inkar etməyəsən. Həmin mə᾽nəviyyəti demək istəyirəm ki, Allahın kitabı və Peyğəmbərin sünnətində qeyd olunmuş, müxaliflər ya onu görməməzliyə vurmuş, ya da avam camaatın əqidəsi səviyyəsində olan tövhidə üz tutmuşlar. Mən sənə tövsiyə edirəm: birinci mərhələ, inkarçılıq ruhiyyəsindən ibarət olan hicabdan çıxmaqdır. Çünki bu hər növ inkişafın və müsbət irəliləyişin qarşısında bir maneədir. Bu mərhələ (hicabdan çıxmaq) kamal deyildir, lakin kamala doğru yol açandır...
    Ümumiyyətlə inkarçılıq ruhiyyəsi ilə yanaşı mə᾽rifətə doğru heç bir yol tapmaq olmaz. Ariflərin və mə᾽na əhlinin məqamlarını inkar edənlər xudpəsənd və yalnız özünü bəyənənlərdir. Onlar bilmədikləri bir şeyi heç vaxt öz cəhalətləri ilə əlaqələndirməzlər və onu dərhal inkar edərlər ki, xudbinliklərinə xələl yetişməsin.»(Yenə orada, 22/348.)
    ŞƏXSİYYƏTİNİN ARAŞDIRILMASI HƏDDİNDƏN ARTIQ ÇƏTİN OLAN İNSANLAR
    Mə᾽rifət əhlinin məqamları camaatın əksəriyyəti üçün bəyan olunması çox çətin olan bir kamal məqamıdır. Bu barədə imam Sadiq (ə)-dan nəql olunmuş dərin məzmunlu aşağıdakı hədisə diqqət yetirək:
    «Məxluqat Allah-taalanın sifətlərini olduğu kimi dərk etməkdə acizdirlər. Onlar Allahın sifətinin cövhərini dərk etməkdə aciz olduqları kimi, Peyğəmbərin (s) xüsusiyyətlərini də olduğu kimi dərk etməkdə acizdirlər. Habelə Peyğəmbərin (s) xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi, imamın da xüsusiyyətlərini dərk etməkdə acizdirlər. İmamın xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi də, mö᾽minin həqiqətini olduğu kimi dərk etməkdə acizdirlər.» (Mizanül-hikmət, 1/390/289/1400.)
    İnsan Allahda fani olmaq məqamına (fəna fillah) çatdıqda Onun yer üzündəki nümayəndəsi olur, məhz belə olan halda camaatın əksəriyyəti tərəfindən onun kamal xüsusiyyətlərinin təhlil edilib araşdırılması və dərk ediliməsi Allahın xüsusiyyətlərində olduğu kimi, qeyri-mümkündür. İmam Sadiq (ə)-ın kəlamında gördüyünüz kimi, bu xüsusiyyətlərdə Peyğəmbər, İmam və mö᾽min şəxs arasında heç bir fərq yoxdur. Buna görə də - «Cənab Şeyx kimi böyük şəxsiyyətlərin mə᾽nəvi məqamlarını olduğu kimi vəsf etmək qeyri-mümkündür» - desək çox da qəribə olmaz.
    Şeyxin şagirdlərindən biri uzun illər boyu mənimlə dostluq etmişdir və Şeyxin yüksək mə᾽nəvi məqamları barədə çoxlu əhvalatlar nəql etmişdir. O, nəql edirdi ki, bir gün Şeyx belə buyurdu: «Filankəs! Dünyada bir kəs məni tanımadı, amma mən iki yerdə tanınacağam: Birincisi on ikinci İmamımız (ə.c) zühur edəndə, ikincisi isə qiyamət günündə.»
    Deməli, bu kimi kiçik kitablar vasitəsi ilə cənab Şeyxin həqiqi mə᾽nəvi kamallarının tanıtdırılması mümkün deyil, lakin onun nurani həyatının qələmə alınmasının ən yaxşı tə᾽siri məhz cənab Şeyxin həyatının ümumi xüsusiyyətlərini işıqlandırmaq, mə᾽rifət əhlinin yüksək məqamlara çatmasının sirrini və onun insanların mə᾽nəvi tə᾽lim-tərbiyəsindəki tutduğu yolu bəyan etməkdir. Bu da öz növbəsində çox böyük və dəyərli bir işdir ki, Allah Öz mərhəməti sayəsində bizə nəsib etmişdir. Bu böyük ne᾽mətə görə Allaha şükr edirik ki, bəlkə cənab Şeyxin «ölümümdən sonra tanınacağam» deyə etdiyi uzaqgörənliyinin gerçəkləşməsinə bir növ müqəddimə olsun. Belə ki, Şeyxin oğlu onun belə dediyini nəql edir:
    «Heç kəs məni tanımır, öldükdən sonra məni tanıyacaqlar.»
    Məhəmməd Reyşəhri.
    11/2/1378.
    Category: Məhəbbət iksiri | Views: 1247 | Added by: Islam_Kitabxanasi | Rating: 3.0/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024