İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 14
Qonaqlar 14
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    9:41 AM
    Məhəbbət iksiri
    ÜÇÜNCÜ BÖLMƏ
    RUHUN SAFLAŞDIRILMASI
    BİRİNCİ FƏSİL
    RUHU SAFLAŞDIRMANIN YOLLARI
    Cənab Şeyxin nəfəsi çox tə᾽sirli idi və iste᾽dadlı ruhların tərbiyə olunmasında yüksək quruculuq qabiliyyətinə malik idi. Onun şagirdlərindən biri belə deyir:
    «Bir gün mən və Şeyx mərhum Ayətulluh Məhəmməd Əli Şahabadi ilə birlikdə Təcriş meydanında gedirdik.(O, Həzrət imam Xomeyninin ustadıdır.)Şeyx, Ayətullah Şahabadini çox sevirdi. Bir nəfər bizə yaxınlaşıb mərhum Şahabadidən soruşdu: Siz düz deyirsiniz, yoxsa bu ağa (Şeyxə işarə edirdi)?
    Ayətullah Şahabadi buyurdu: Nəyi düz deyir? Siz nə istəyirsiniz?
    O şəxs dedi: Sizlərdən hansı biriniz düz deyirsiniz?
    Ayətullah Şahabadi buyurdu: Mən dərs deyir və tələbələri öyrədirəm, o isə insan hazırlayıb cəmiyyətə təhvil verir.
    Bu sözlər, o böyük rəbbani və kamil insanın təvazökarlıq nümunəsi olmasından əlavə, cənab Şeyxin tə᾽lim-tərbiyə və insan ruhunun saflaşdırılmasındakı qüdrət və kəlamının dərin tə᾽sirini bəyan edirdi.
    ALTMIŞ İL YOLU TƏRSİNƏ GETMİŞƏM!
    Doktor Həmid Fərzam, cənab Şeyxin mə᾽nəvi cazibəsini və kəlamının tə᾽sirini belə bəyan edir: Tehran universitetinin məşhur ustadlarından olan Cəlaləddin Hümayi elm və maarifdə, xüsusilə fars ədəbiyyatında və islami irfanda dövrümüzün məşhur şəxsiyyətlərindən biri idi. O, həm də mənim müəllimim idi. İlk dəfə altmış yaşında ikən Şeyxlə görüşə bilmişdi.
    Mən on yeddi yaşımda olarkən ustad Humayinin hüzuruna getdim. O, həmin vaxtlarda Əbu Reyhan Biruninin «Əttəfhimu li əvailis-sənaəti təncim» kitabını, eləcə də İzzuddin Məhmud Kaşaninin «Misbahül-hidayət» və «Miftahul kifayət» adlı kitablarını təshih etmiş, eləcə də imam Məhəmməd Qəzzalinin əsərləri ilə bağlı «Ğəzzalinamə» kitabını çox dəqiq və incəliklə yazmışdı. Onun «Misbahül-hidayət» kitabına yazdığı müfəssəl müqəddimə demək olar ki, nəzəri və əməli irafanın tam külliyatıdır.
    Bəli, altmış yaşlı bu böyük irfani şəxsiyyət mənim ustadım idi. Adətimizə görə bir gün cənab Şeyxin hüzuruna çatdıqda mənə buyurdu:
    «Sənin ustadın cənab Cəlaləddin Humayi mənim yanıma gəlmişdi. Ona bir neçə cümlə dedim. Dərindən təsirləndi, həsrət və peşmançılıq əlaməti olaraq öz alnına bir sillə vurdu və öz-özünə dedi: «Qəribədir: Altmış il yolumu tərsinə getmişəm!!»
    Bəli, cənab Şeyxin cazibəsi və kəlamının tə᾽siri elə bir dərəcədə idi ki, ustad Humayini kimi böyük irfani və elmi məqamda olan şəxsin həyatında əsaslı bir dönüşə səbəb olur. Allah ona rəhmət eləsin!
    Şeyx qızğın söhbətə məşğul olduğu dua və raz-niyaz məclislərində buyururdu:
    «Dostlar! Mənim sizə dediyim bu sözlər irfanın axırıncı səviyyəsindədir!»
    Doğrudan da belə idi.
    Şeyxin şagirdlərindən biri deyir: Şeyxin dərsləri misi qızıla çevirirdi.
    Buna əsasən, Şeyxin insan quruculuğunun bəyanında ilkin məsələ onun dinləyicilərə tə᾽sirinin sirrini açmaq, bu ilahi şəxsiyyətin insan quruculuğu yolunda və insan tə᾽lim-tərbiyəsində seçdiyi üslubu araşdırmaqdan ibarətdir.
    ƏMƏL İLƏ TƏ᾽LİM-TƏRBİYƏ
    İslami rəvayətlər və hədislər baxımından əxlaq tərbiyəçilərinin, əxlaq ustadlarının tə᾽lim-tərbiyəsinin daha tə᾽sirli olmasının ilkin şərtlərindən biri də tərbiyəçi şəxsin özünün öz dediklərinə əməl etməsindən ibarətdir. Əmirəl-mö᾽minin Əli (ə) bu barədə buyurur:
    «Hər kəs özünü camaata rəhbər seçsə, gərək başqalarını öyrətməkdən qabaq özünü tə᾽limləndirsin, (və başqalarına) sözlə tə᾽lim-tərbiyə verməkdən əvvəl onları öz rəftarı ilə tərbiyələndirməlidir».(«Mizanul-hikmət», 1/222/147/850.)
    Şeyxin nəfəsinin tə᾽sirinin və onun tə᾽lim-tərbiyədəki qüdrətinin əsil sirri Əmirəl-mö᾽minin Əli (ə)-ın bu tövsiyələrinə əməl etmək, camaatı Allah yoluna sözlə deyil, ilk növbədə əməllə də᾽vət etməsi idi.
    Şeyx başqalarını tovhidə də᾽vət etdiyi zamanda özü «Ərbabun mütəfərriqun»u(Yusif surəsi, 39-cu ayə) pərakəndə vəziyyətdə olan rəbbləri) onların da başında öz nəfs bütünü sındırmışdı. Başqalarını bütün işlərdə ixlas və sədaqətə də᾽vət etdiyi zaman özünün bütün hərəkətləri, bütün əməlləri yalnız Allah üçün idi. Əgər bir anlığa Allahdan qafil olurdusa, yenə də haqqın mərhəməti onun dadına yetişirdi. O, özü bu barədə belə buyurur:
    «Allahdan başqası xatirinə vurduğum hər bir iynə əlimə batırdı».
    Şeyx başqalarını Allaha məhəbbət bəsləməyə də᾽vət etdiyi zaman özü pərvanə kimi Allahın eşq şö᾽ləsi ətrafında yanırdı. Başqalarını ehsana, fədakarlığa, xalqa xidmət etməyə də᾽vət etdiyi zaman özü bu işlərdə hamıdan öndə gedirdi. Dünyanı «qoca qarı» kimi tə᾽bir etdiyi və başqalarını da ona qarşı məhəbbət göstərməkdən ciddi şəkildə çəkindirdiyi halda, onun zahid sayağı olan sadə həyatı dünya malına rəğbətsiz olduğunu göstərirdi. O, başqalarını həvayi-nəfslə Allah yolunda mübarizəyə də᾽vət etdiyi zaman özü bu cəbhənin ön xətlərində dayanmış və həzrət Yusif kimi çox çətin imtahanlardan başıuca çıxmışdı.
    TƏRBİYƏ METODLARI
    Cənab Şeyxin şagirdlərinə verdiyi tə᾽lim-tərbiyə üsullarını iki yerə bölmək olar: Ümumi məclislərindəki tə᾽lim-tərbiyə üsulları və xüsusi rəftar və tərbiyə üsulu.
    1. Ümumi məclislər;
    Şeyxin ümumi iclasları adətən, onun öz evində təşkil olunurdu. Həmçinin əksər bayram günlərində, mə᾽sumların (ə) şəhadət və təvəllüd günlərində, məhərrəm və səfər aylarında, eləcə də mübarək Ramazan ayında hər gecə öz evində moizə təşkil edirdi.(Cənab Şeyx öz övladlarına belə tövsiyə edirdi: Yadınızda olsun, həmişə rövzələrin axır günlərinə gedin çünki, həzrət Zəhra (ə) orada iştirak edir.) Bə᾽zi hallarda bu yığıncaqlar növbə ilə dostlarının evində təşkil olunurdu və iki il müddətində davam edirdi.
    Həftəlik yığıncaqlar adətən cümə axşamları olurdu. Məğrib və işa namazları cənab Şeyxin imaməti ilə qılınırdı və o, namazdan sonra çıxışının əvvəlində mərhum Feyz Kaşaninin istiğfarla əlaqədar olan şe᾽rlərindən bir neçə beyt oxuyurdu:(Mərhum Məhəmməd Möhsün ibni Mürtəza [molla Feyz adı ilə məşhurdur] on birinci hicri əsrinin məşhur şair, müfəssir, arif, filosof və alimlərindən biridir. [1006/hq])
    Ze hər çi ğeyri yar əstəğfirullah
    Ze bude müstəar əstəğfirullah
    Dəmi ki an beqzərəd biyadi ruyəş
    Əz an dəm bişumar əstəğfirullah
    Zəban ki an tər bezikri dust nəbovəd
    Ze sirrəş əl həzər əstəğfirullah
    Səraməd ömro yek saəti ze ğəflət
    Nəgəştəm huşyar əstəğfirullah
    Cəvani rəfto piri həm səraməd
    Nə kərdəm hiç kar əstəğfirullah
    Şeyxin şagirdlərindən biri belə deyir: «Bu beytləri elə halla oxuyurdu ki, ağlamağımızın qarşısını ala bilmirdik. Bundan sonra imam Zeynül-abidin (ə)-a mənsub edilən on beş münacatdan birini vəsfolunmaz halla oxuyurdu.(«Xəmsətə əşərə» [on beş münacat] çox qısa, lakin gözəl münacatdan ibraətdir ki, imam Zeynül-abidin (ə)-a mənsub edilir. Bu «Məfatihul cinan» kitabında qeyd olunmuşdur.)
    Başqa birisi belə deyir: «Şeyxin dua mərasimlərində heç kəs onun kimi göz yaşı axıtmırdı. Doğrudan da onun göz yaşları insanın qəlbini riqqətə gətirirdi.
    Dua mərasimi sona yetdikdən, çay paylandıqdan sonra çıxışında moizə, nəsihət etməyə başlayırdı. Cənab Şeyxin bəyanı çox gözəl idi. Danışarkən çalışırdı ki, özünün Qur᾽an və islam hədislərindən çıxardığı, eləcə də yəqinə yetişdiyi həqiqətləri başqalarına çatdırsın.
    Onun məclisində iştirak edənlərə «dostlar» deyə xitab edirdi. Onun sözünün əsil mehvəri tovhid, ixlas, Allaha məhəbbət, həmişə özünü Allahın hüzurunda hiss etmək, Allahla ünsiyyətdə olmaq, insanlara xidmət, Əhli-beytə (ə) təvəssül etmək, on ikinci imamın (ə) zühurunun intizarını çəkmək, dünyaya məhəbbətdən və xudbinlikdən uzaq olmaq, həvayi-nəfsə itaət etməkdən çəkinmək və s. Bunların hamısı gələcək fəsillərdə qeyd olunacaqdır.
    Cənab doktor Səbati özünün cənab Şeyxlə necə tanış olması, eləcə də onun məclisləri barədə belə deyir: «Orta məktəbin axır illərində mərhum doktor Əbdül Əli Quyanın (o, Fransada atom fizikasında doktorluğu müdafiə etmişdir.) vasitəçiliyi ilə Şeyxlə tanış oldum və təqribən on il müddətində onun moizə məclislərində iştirak etdim. Onun məclisləri çox müxtəsər bir yığıncaq idi və çox az və xüsusi şəxslərin vasitəsi ilə təşkil olunurdu, ümumi yönə malik deyildi. Hər vaxt onun məclislərində çox adam iştirak etsəydi və məclisə məhrəm olmayan şəxslər gəlsəydi, moizəsini müvəqqəti olaraq dayandırardı. Yə᾽ni o, heç vaxt özünə çoxlu mürid toplamaq fikrində deyildi.
    Onun moizə və nəsihət məclislərində bir qədər söhbət olunur, moizə və nəsihət edilir və bir dua oxunurdu. Söhbətlər də əksər hallarda bir-birinin təkrarı idi. Lakin məclisə mə᾽nəvi bir fəza hakim olduğundan insan o söhbətlərin oxşarını və təkrarını nə qədər eşitsəydi, yenə də yorulmazdı. Bu sanki Qur᾽ana oxşayırdı! İnsan nə qədər tilavət etsə, yenə də təravətli və ürəkoxşayandır. Onun söhbətləri də belə idi.
    Onun təşkil etdiyi məclislər o qədər mə᾽nəvi yönə malik idi ki, heç kəs maddi və dünyəvi söhbətlər etməyə cür᾽ət etmirdi. Əgər bə᾽zi hallarda bir kəs maddiyyatdan söhbət etsəyədi, ətrafdakılar o söhbətdən narahat olurdular. Cənab Şeyxin söhbətləri Allah dərgahına yaxınlıq, Allaha məhəbbət və Allaha doğru seyr ətrafında cərəyan edirdi. O, Allah dərgahına yaxınlaşmağı iki cümlədə xülasələndirir və deyirdi:
    «Elə indidən ustadı dəyişmək lazımdır, yə᾽ni indiyə qədər etdiyin hər bir işi özün üçün etmisən. Bundan sonra görəcəyin işlərin hər biri Allah xatirinə olsun və bu, Allah dərgahına yetişməyin ən yaxın yoludur. İnsanın bütün xudbinlikləri özünü pərəstişdən irəli gəlir. Nə qədər ki, Allaha pərəstiş etməyibsən, bir yerə çatmayacaqsan.
    İşlərini Allah üçün yerinə yetirməlisən, özü də məhəbbətlə! Yə᾽ni, Onu sevməlisən və əməllərini Onun dostluğu xatirinə yerinə yetirməlisən. Allaha məhəbbət bəsləmək və əməlləri Allah xatirinə yerinə yetirmək bəşərin bütün mə᾽nəvi tərəqqilərinini sirridir. Bu da nəfsin istəkləri ilə müxalifət sayəsində əldə oluna bilər. Buna əsasən, bəşəriyyətin bütün mə᾽nəvi tərəqqilərini nəfsani istəklərlə müxalifətdə axtarmaq lazımdır. Nə qədər ki, nəfslə güləşməmisən və onun arxasını yerə vurmamısan, tərəqqiyə nail olmayacaqsan.
    Yenə də buyururdu:
    «Sənin dəyər və qiymətin istəyinin qədərincədir. Əgər Allahı istəsən, sənin istəyin sonsuz və mütləq olar və əgər dünyanı istəsən, sənin dəyər və qiymətin istədiyin şeylər qədərdir.
    Heç vaxt demə ki, ürəyim «bunu istəyir, onu istəyir». Bax gör, Allah nəyi istəyir. Əgər qonaqlıq verirsənsə, bax gör Allahın istədiyi şəxsləri də᾽vət edirsən, yoxsa ürəyin istədiyi adamları? Nə qədər ki, ürəyinin istədiklərinin ardınca düşmüsən, heç bir yerə çatmayacaqsan. Qəlb Allahın evidir, orada Allahdan başqasına yer vermə. Öz qəlbində hökumət etmək üçün yalnız Allaha yer verməlisən, başqasını yox! Həzrət Əli (ə)-dan soruşdular ki, bu məqama necə nail olmusan? Buyurdu:
    «Qəlbimin darvazasının qapısında oturdum və Allahdan başqasına yol vermədim».
    Onun bu çıxışlarından sonra məclisdə iştirak edənlərə yüngülvari xidmət olunur, çay verildikdən sonra münacat oxunurdu. Onun münacatları çox eşitməli, keçirdiyi ruhi vəziyyətlər isə doğrudan da görməli idi. Duanı çox sadə oxuyur, rəsmi şəkildə bəyan etmirdi. Əksinə o, öz məhbubu ilə vüsala çatan bir şəxs kimi danışırdı. Münacatlarda Allaha o qədər qovuşurdu ki, sanki ana öz itirmiş övladını axtarırdı. Ürəkdən ağlayır və öz sevimili Rəbbi ilə söhbət edirdi.
    Bə᾽zi vaxtlar hiss olunurdu ki, dua əsnasında bə᾽zi mükaşifələri görür, belə ki, onun əsər-əlamətləri söhbətlərində və onun ruhi halətlərində aşkar olurdu. Dostları onun istədiyi kimi irəli getmədiyindən çox qəmgin olurdu. İstəyirdi ki, dostlarının gözü tez bir zamanda açılsın, mələkələri, imamları görə bilsinlər.
    Ziyarətə gedən bir şəxsdən soruşdular: O mübarək vücudu görmüsənmi?
    Əlbəttə, bə᾽ziləri bu işə müvəffəq olur və çox yüksək mə᾽nəvi məqamlara çatır, bə᾽zən mükaşifə vəziyyətinə düşürdülər. Qalanları da yıxıla-dura onun ardınca hərəkət edirdilər.
    Ümumiyyətlə, onun münacatları insana dərin tə᾽sir bağışlayır, başqalarını da həyəcanlı vəziyyətə salırdı. Duaların mə᾽nalarını çox yaxşı bilirdi, duanın cümlələrində dayanır, bə᾽zən təkrar edir və bə᾽zən də izah edirdi. «Yəstəşiru» «Xəmsətə əşərə» dualarını çox oxuyardı. O, inanırdı ki, «yəstəşiru» duası məhbubla eşq əsasında olan deyişmədir.(Yəstəşiru» duasının 214-cü səhifəsinə bax.)
    Məhərrəm mövsümündə çox az söhbət edir, əksinə Taqdis kitabından Əhli-beytin (ə) başına gələn müsibətlərdən bir neçə səhifə oxuyub ağlayır və sonra münacata başlayardı.
    Category: Məhəbbət iksiri | Views: 1010 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024