İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » September » 19 » Məhəbbət iksiri
    9:37 AM
    Məhəbbət iksiri
    İKİNCİ FƏSİL
    RUHİ-MƏ᾽NƏVİ TƏRBİYƏNİN ƏSASI
    «Fəlah» (qurtuluş), həqiqətdə bütün insani kamalları əhatə edən bir kəlmədir. Qur᾽an nəzərindən bu məqama çatmağın yolu nəfsin saflaşdırılması və mə᾽nəvi tərəqqidən ibarətdir. Allah-taala Qur᾽ani-Kərimdə təkrar andlardan sonra tə᾽kid edərək buyurur:(Şəms surəsi, 9-cu ayə.)
    Yə᾽ni, «Öz nəfsini paklayıb aludəliklərdən təmizləyənlər fəlaha (qurtuluşa) çatmışlar».
    Bütün ilahi peyğəmbərlərin Allah tərəfindən insanları hidayət etmək üçün gətirdikləri şeylər fəlahın və insanın daxilində olan yüksək istedadların çiçəklənməsinin müqəddiməsidir. Nəfsin saflaşdırılmasında əsas məsələ bundan ibarətdir ki, insan bu işin haradan başlayıb necə yerinə yetirəcəyini bilsin.
    İlahi peyğəmbərlərin nəzərində nəfsin saflaşdırılmasının əsası və bu yolda götürülən ilkin addım tövhiddən ibarətdir. Buna görə də bütün ilahi peyğəmbərlərin bəşəriyyət üçün gətirdikləri ilkin kəlam «la ilahə illəllah» kəlməsindən ibarətdir.
    «Biz səndən qabaq hər peyğəmbəri göndərmişiksə, ona belə vəhy etmişik ki: Məndən başqa heç bir mə᾽bud yoxdur, belə isə mənə ibadət edin».(Ənbiya surəsi, 25-ci ayə.)
    Peyğəmbəri-əkrəmin (s) də insanlara xitabən bəyan etdiyi ilkin söz bundan ibarət idi:
    «Ey insanlar, «la ilahə illəllah» deyin ki, qurtuluşa çatasınız».(«Biharul-ənvar», 18/202)
    Digər tərəfdən, təkcə tövhid kəlməsini demək kifayət deyildir. İnsanın mə᾽nəvi saflaşmasına, ruhi tərəqqisinə və fəlaha nail olmasına səbəb olan, eləcə də insani kamalları çiçəkləndirən şey, tövhidin həqiqəti və insanın həqiqi mə᾽nada tövhidçi olmasıdır.
    İnsanın tövhidin həqiqətinə tam və kamil mə᾽nada çatmasının əlaməti bundan ibarətdir ki, ilahi mələklərlə eyni səviyyədə Allahın hüzurunda haqq-taalanın yeganəliyinə şəhadət versin:
    «Allah, mələklər və elm sahibləri şəhadət verirlər ki, Allahdan başqa heç bir mə᾽bud yoxdur».(Ali-İmran surəsi ayə 18)
    Şeyxin şagirdlərindən biri onun barəsində belə deyir: Allah ona rəhmət eləsin! Bütün sə᾽y və çalışmaları «la ilahə illəllah» kəlməsini dərk etmək, bütün danışıqları bu pak kəlmənin həqiqətinə çatmaq üçün sərf olunurdu.
    Başqa birisi deyir: Şeyx bu sahədə mütəxəssis idi. Var gücü ilə çalışırdı ki, özünün əldə etdiyi həqiqəti başqalarına da ötürə bilsin, şagirdlərini şühudi tövhid məqamına çatdırsın.
    Şeyx buyururdu:
    «Mə᾽nəvi yüksəlişin və ruhi saflaşdırmanın əsası tövhiddən ibarətdir. Hər kəs bir ev tikmək istəsə, əvvəlcə onun təməlini möhkəmləndirməlidir. Əgər təməli möhkəm və əsaslı olmazsa, o binanın möhkəm olacağına arxayın olmaq olmaz. Allah yolunun davamçıları da öz yollarını tövhiddən başlamalıdırlar. Bütün peyğəmbərlərin ilkin sözü «la ilahə illəllah» kəlməsi olmuşdur. İnsan tövhidin həqiqətini dərk etməyincə, öz vücudunda Allahdan başqa heç bir şeyin tə᾽sirli olmadığına inanmayınca və Allah-taalanın müqəddəs zatından başqa hər bir şeyin fani olduğuna əqidə bəsləməyincə insani kamallara çata bilməz. Tovhid kəlməsini dərk etməklə insan bütün varlığı ilə Allaha diqqət yetirəcəkdir».
    Həmçinin buyururdu:
    «Əgər Allahın səni çağırmasını istəyirsənsə, müəyyən qədər mə᾽rifət qazanıb Allahla müamilə et. «La ilahə illəllah» deyərkən sözünüzdə doğruçu olmalısınız. İnsan yalançı mə᾽budları kənara qoymayınca həqiqi mə᾽nada müvəhhid (tovhidçi) və «la ilahə illəllah» kəlməsini deyərkən düz danışan ola bilməz. «İlah» dedikdə insanın qəlbini ovsunlayan hər bir şey nəzərdə tutulur. İnsanın qəlbini ovlayan hər bir şey, o şəxsin mə᾽budu sayılır. «La ilahə illəllah» deyəndə, biz Allaha heyran olmalıyıq.
    Bütün Qur᾽an «la ilahə illəllah» kəlməsinə qayıdır. İnsan elə bir yerə çatmalıdır ki, qəlbində bu kəlmədən başqa heç nə həkk olunmasın, Allahdan başqa hər şey aradan götürülsün:(Ən᾽am surəsi, ayə 91)
    İnsan tövhid ağacına bənzəyir ki, onun meyvəsi ilahi sifətlərin insanda zühur olmasıdır. O ağac bu səməri gətirməyincə kamil deyildir. İnsanın kamal həddi Allaha qovuşmaqla nəticələnir. Yə᾽ni, o, Allah-taalanın sifətlərinin zahir oduğu yerə çevrilir. Çalışın ilahi sifətlər sizdə canlansın. O, kərimdir, siz də kərim olun. O, rəhm edəndir, siz də rəhm edən olun. O, eybləri gizlədəndir, siz də eybləri gizlədin.
    İnsanın dərdinə dəyən şeylər ilahi sifətlərdir. Yerdə qalan heç bir şey insanın dərdinə dərman etməz, hətta ismi-ə᾽zəm də.
    Əgər tövhiddə qərq olsan, hər an Haqq-taalanın mərhəmətlərindən bəhrələnəcəksən. Hər an yeni-yeni mərhəmətlər vücudunu bürüyəcək.
    ŞİRKDƏN UZAQ OLMAQ
    İnsanın şirki öz qəlbindən, ruhundan təmizləməsi tövhidin həqiqətinə çatmaqda ilkin addımlardır. Buna görə də tövhidin əsil şüarında, yə᾽ni «la ilahə illəllah»da yalançı mə᾽budların inkar olunması həqiqi Allahın isbat edilməsindən öncə gəlir.
    İndi görək şirk nədən ibarətdir və müşrik kimdir. Görəsən şirk sadəcə cansız əşyaların Allah olmasına inanmaqdırmı? Və müşriklər də yalnız cansız bütlərə e᾽tiqad bəsləyənlərdirmi? Yoxsa məsələ tamamilə başqa cürdür?
    Tövhid müqabilində şirk dedikdə xəyali qüvvələrə e᾽tiqad bəsləmək, onların varlıq aləmində tə᾽sir göstərməsinə inanmaq və həqiqi tə᾽sir edən qüvvə, yə᾽ni Allah-taalanın qarşısında bu e᾽tiqadlara malik olmaqdır.
    Müvəhhid varlıq aləmində Allahdan başqa heç bir şeyi tə᾽sirli bilmir; Ondan başqa heç bir şeyə pərəstiş etmir; Nə cansız, nə də canlı bütlərə e᾽tiqad bəsləyir.
    Müşrik o kəsə deyilir ki, yeganə Allahdan başqa nə isə bir şeyi varlıq aləmində tə᾽sirli bilir, Ondan başqasına itaət edir. Bə᾽zən cansız varlıqlara, bə᾽zən zorakılara itaət edir, bə᾽zən də nəfsani istəklərinə tabe olur, bə᾽zi vaxtlar isə hər üçünə tabe olur.(Birinci dəstəyə Nuh surəsinin 23-cü ayəsi, ikinci dəstəyə Nəhl surəsinin 36-cı ayəsi və üçüncü dəstəyə Furqan surəsinin 43-cü ayələri dəlalət edir.)
    İslam nəzərindən qeyd olunan şirkin hər üç növü məzəmmət olunmuşdur. Tövhidin həqiqətinə çatmaq üçün mütləq mə᾽nada olan şirkdən uzaqlaşmaq lazımdır.
    Diqqət yetirilməli mühüm məsələ bundan ibarətdir ki, şirkin növlərinin ən təhlükəlisi üçüncü mə᾽nada olan şirk, yə᾽ni həvayi-nəfsin istəklərinə tabe olmaqdır. Bu qəbildən olan şirk əqli və qəlbi mə᾽rifətin maneələrinin mənşəyi, birinci və ikinci mə᾽naya olan şirkin başlanğıcıdır:
    «O kəsi görmədinmi ki, öz həvayi-nəfsini özünə mə᾽bud qərar vermişdir?! Allah-taala onu bildiyi halda azğınlığa saldı, qulağına, qəlbinə möhür vurdu. Bəs Allahdan sonra kim onu hidayət edə bilər? Ayılmaq istəmirsinizmi?!» (Casiyə surəsi-23))
    Buna əsasən Şeyx nəfs bütünü tövhidin ən təhlükəli bir bəlası hesab edərək buyururdu:
    «Kəlamın əsas məğzi o böyük büt ətrafındadır ki, sənin qəlbində yatmışdır».
    İmam Xomeyni (r.ə.) də bu barədə belə buyurur: Bütlərin anası sizin nəfsinizdən ibarət olan bütdür. Nə qədər ki, bu böyük büt və güclü Şeytan aradan qaldırılmayıb, Allah-taalaya doğru bir yol yoxdur. Nə qədər də çətindir ki, bu büt sına və bu Şeytan ram və müti ola».(Səhifeyi-nur», 22/348.)
    Əgər insan bu böyük bütlə mübarizədə qalib gəlsə, ən böyük qələbələrə nail olar.
    NƏFSİNLƏ MÜBARİZƏYƏ QALX
    O dövrün məşhur güləşçilərindən biri olan Əsgər Pəhləvan belə nəql edir: Bir gün məni Şeyxin yanına apardılar. O, mənim biləyimə əl vurub buyurdu: Əgər çox güclü pəhləvansansa öz nəfsinlə güləş!
    Həqiqətdə nəfs bütünün sındırılması, şirkin aradan qaldırılıb həqiqi tövhid məqamına çatmaq üçün birinci və axırıncı məsələdir.
    Bəlkə də bu mə᾽na Allaha çatmaqda ən yaxın yol ola bilər ki, Əbu Həmzə Somali imam Zeynül-abidin (ə)-ın dilindən belə nəql edir:
    İlahi, Sənə tərəf gələn yoçuların yolu çox yaxındır!(«Məfatihul-cinan», Əbu Həmzə Somali duası.)
    Zahirən cənab Şeyx məhz bu məsələni Sərdar Kabuli kimi böyük bir şəxsiyyətə xatırlatmaq üçün Kermanşaha səfər etmişdi.
    BİR İNCƏ MƏSƏLƏNİ DEMƏK ÜÇÜN SƏFƏR
    Ayətullah Fehri mərhum hacı Qulam Qüdsidən nəql edir: Günlərin bir günündə şeyx mənə dedi: Kermanşaha - Sərdar Kabulinin evinə getmək lazımdır.(O, əqli elmlərdə son dərəcə iste᾽dadlı bir şəxsiyyət idi.)
    Biz onun evinə gedib oturduq. Mən Şeyxi təqdim etdim, bir müddət araya sükut çökdü. Mərhum Sərdar Kabuli buyurdu: Cənab Şeyx! Bir şey buyurun biz də istifadə edək.
    Şeyx buyurdu: Allahın fəzl və mərhəmətinə e᾽timad etməyib, yalnız öz kəsb etdikləri mə᾽lumatlarına e᾽timad edən bir şəxsə nə deyə bilərəm?
    Mərhum Sərdar Kabuli sakit oturmuşdu, bir neçə an keçdi, əmmaməsini başından götürdü və stolun üstünə qoydu, başını o qədər divara çırpdı ki, mən onun halına yandım. Qarşısını almaq istədikdə Şeyx mane olub dedi:
    ...Mən gəlmişəm ki, elə bu sözü ona deyib qayıdam.
    MİN DƏFƏ İSTİĞFAR ET!
    Şeyxin övladlarından biri belə nəql edir: Hindistandan hacı Məhəmməd adlı bir nəfər hər il İrana gəlir və bir ay burada qalırdı. Məşhəd yolunda namaz qılmaq üçün qatardan enir və bir guşədə namaz qılmağı başlayır. Qatar hərəkət edən zaman dostları nə qədər «qatara min, qatar yola düşür» deyə fəryad etsələr də, onlara e᾽tina etmir və özünün ruhi qüdrəti ilə qatarı yarım saat hərəkətdən saxlayır. Məşhəddən qayıdıb Şeyxin hüzuruna gəldikdə, Şeyx ona deyir:
    «Min dəfə istiğfar et!»
    O, deyir: Nə üçün?
    Şeyx buyurur: Xəta bir iş görmüsən.
    Dedi: Hansı xəta? İmam Riza (ə)-ın ziyarətinə getdim, sizi də dua etdim.
    Şeyx buyurur: Qatarı orada saxladın. Demək istədin ki, mən idim ki...! Gördünmü Şeytan səni aldatdı. Sənin haqqın yox idi ki, belə bir iş görəsən!
    ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ VƏ ŞİRK
    Tövhidlə şirkin sərhədləri o qədər nazik, zərif və məxfidir ki, adi gözlər onu ayırd edə bilməz. Həzrət Peyğəmbərdən (s) nəql olunan bir hədis buyurur:
    «Həqiqətən şirk zülmətli gecədə qara daşın üstündə gedən qarışqanın yol getməsindən daha gizlindir».(«Mizanul-hikmət», 6/2724/1994/9316.)
    Yalnız Allah dərgahında böyük məqamlara malik olan bəsirət sahibləri gizlin şirk sərhədlərini ayırd edər və onun barəsində xəbərdarlıq verə bilərlər.
    Şəxsiyyətə pərəstiş hiss olunmayan şirkin məxfi növlərindən biridir ki, çoxları buna giriftar olurlar. Şəxsiyyət nə qədər ilahi və böyük olsa belə, ona diqqət yetirilməsi, əmrlərinə itaət olunması Allahın razılığı üçün olmazsa, bu iş şirk sayılır. Buna görə də Şeyx buyurardı:
    «Əgər mənim xatirimə mənim yanıma gəlirsənsə, uduzmusan».
    ATAN SƏNİN ÜÇÜN BÜT OLMASIN
    Höccətul-islam Seyyid Məhəmməd Əli Milani (böyük alim, mərcəyi-təqlid mərhum Ayətullah Seyyid Məhəmməd Hadi Milani (rə)-in oğlu) Şeyxin onun atası ilə görüşünü belə bəyan edir:
    Mərhum Şeyx Rəcəbəli Xəyyatın nəfsini günahlardan saxlamaq və Allah dərgahında günah etməmək səbəbi ilə bəsirət gözü açılmışdı. Bu ilahi şəxsiyyət müridlərindən bir çoxunu ixlas, Allaha eşq istiqamətində tərbiyə edə bilmişdi.
    O, atamı çox istəyirdi. Mən də onu əvvəlcədən tanıdığım üçün tez-tez hüzuruna gedir və bə᾽zi vaxtlar ayə və rəvayət zikr edilən məclislərində iştirak edib onun moizələrindən istifadə edirdim.
    Bir dəfə Məşhədə ziyarət üçün getdim. Yuxarı xiyabanda yerləşən «Bəstin» yanındakı «Tus» hotelində otaq götürdük. Mərhum atam onu nahar yeməyinə də᾽vət etdi. Şeyx Rəcəbəli bizim mənzilə gəldi, atam da onu görüb çox sevindi. Gün batana qədər bir-biri ilə söhbət etdilər.
    Mərhum Şeyx həmin məclisdə mənə üz tutub dedi: Ehtiyatlı ol, atan sənin üçün bütə çevrilməsin!
    Atama isə belə dedi: Ehtiyatlı olun, oğlunuz sizin üçün giriftarçılığa və əzab-əziyyətə səbəb olmasın!
    Mənim zehnimdən keçdi ki, görəsən insan həm dünyanı, həm də axirəti əldə edə bilərmi? Cənab Şeyx heç bir müqəddimə olmadan mənə üz tutub buyurdu: Bu duanı çox oxu: Rəbbana atina fiddünya həsənətən və fil axirəti həsənətən (Pərvərdigara, həm bu dünyada, həm də axirətdə bizə, Həsənə nəsib et!.)
    Onunla birlikdə hotelə qayıtdıq. Hoteldə Heydər ağa Mö᾽cüzə (şe᾽r divanının müəllifi) cənab Şeyxin qarşısına çıxdı və nahar yemək üçün də᾽vət etdi. Şeyx əvvəlcə qəbul etmədi, lakin çoxlu israr etdikdən sonra razı oldu. Sonra Heydər ağa atamın qarşısına gəldi və onu da də᾽vət etdi. Nəhayət atamla birlikdə Heydər ağa Mö᾽cüzənin evinə getdik. Cənab Şeyx Rəcəbəli özünün iki səfər yoldaşı ilə orada idi. Həmin gün gün batana qədər söhbət davam etdi.
    TOVHDİN HƏQİQƏTİNƏ ÇATMAĞIN YOLU
    İndi əsaslı sual bundan ibarətdir ki, insan özünü şirkdən necə təmizləyə bilər, nəfs bütünü sındırmaqla aşkar məxfi şirkin kökünü öz vücudundan necə quruda bilər və nəhayət tövhid zülalını əldə edə bilər?
    Cənab Şeyxin cavabı belə idi:
    Mənim nəzərimə görə əgər bir şəxs nicat yolunu tapmaq, həqiqi kamala yetişmək və tövhidin mə᾽nasından bəhrələnmək istəsə gərək dörd şeyə əl atsın:
    1. Özünü daim Allahın hüzurunda hiss etsin;
    2. Əhli-beytə (ə) təvəssül etsin;
    3. Gecələr ah-nalə etsin;
    4. Allahın bəndələrinə ehsan etsin.
    Şeyxin bu barədə olan nəzərləri sonrakı fəsillərdə bəyan olunacaqdır.
    Category: Məhəbbət iksiri | Views: 992 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Zərif nöqtələr [5]
    Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
    Həyat dərsi [5]
    İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
    İnsan və mənəviyyat [10]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
    Xəbərdarlıq [3]
    “Miratur-rəşad” (hidayət güzgüsü) [15]
    İslamda ailə 2 [16]
    İslamda ailə 1 [16]
    Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
    İslamda Əxlaq 2 [20]
    İslamda Əxlaq 1 [26]
    İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
    Siddiqeyi-Tahirə (ə) 2 [13]
    Siddiqeyi-Tahirə (ə) 1 [12]
    Ailə səadətinə necə nail olaq? [18]
    Kumeyl duasının şərhi 2 [13]
    Kumeyl duasının şərhi 1 [12]
    Minacatın əzəməti [13]
    Ey ata, ey ana, biz müttəhimik [5]
    Qadın - Fatimə Fatimədir [14]
    Nəsihətlər [26]
    İslam dünyagörüşü - Əbədi həyat [5]
    Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
    Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
    İslam dünyagörüşü - İnsan Quranda [5]
    İnsanı tanımaq [21]
    Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
    Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
    Ariflərdən [9]
    İslam dunyagörüşü İnsan və iman [6]
    Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
    İslam və qərb mədəniyyəti [15]
    Əbədi öyüd (ikinci cild) [22]
    Əbədi öyüd (birinci cild) [23]
    İlahi nəsihətlər [15]
    Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
    İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
    Günahşünaslıq [19]
    Nəfsin saflaşdırılması [24]
    İslamda qəhrəman qadınlar [20]
    Kəramət sahibləri [13]
    Kamil insan [30]
    Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
    Rəbbin dərgahında [22]
    İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
    İbrət güzgüsü [14]
    İmam Zamanla görüşənlər [15]
    Allaha doğru [33]
    Allahın elçisi [20]
    Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
    Məhəbbət iksiri [26]
    Hicab [14]
    Kaş valideynlərim biləydi! [14]
    Ayətullahül-üzma Behcətin həyatı [14]
    Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
    Övsafül-Əşraf [7]
    Gənc ailələr üçün göstərişlər [6]
    Əxlaq elmində 50 dərs [51]
    İslamda övlad [1]
    Islamda evlənmə və ailə hüququ-2 [11]
    Islamda evlənmə və ailə hüququ-1 [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024